Mövzu. QƏDİm yunanistan və roma iNCƏSƏNƏTİNDƏ qender aspekti



Yüklə 104,81 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü104,81 Kb.
#32661


 

 

MÖVZU. QƏDİM YUNANISTAN VƏ ROMA İNCƏSƏNƏTİNDƏ  



    QENDER ASPEKTİ 

 

 



Antik cəmiyyətdə qadınların sosial statusu.  

 



Mifologiyada qadın və kişi obrazları.  

 



Qədim Yunan faciə və lirikasında sevgi mövzusu 

 

«Tarixin atası» sayılan Herodot (e.ə. 484-425-ci illər), öz əsərlərində  qədim insanların məişəti, 



cinslərin qarşılıqlı münasibətləri, nigah mərasimləri, qadına olan münasibət haqqında məlumat verir. 

Herodotun müasiri Fukidid (e.ə. 460-400-cı illər) isə  bəzən qender münasibətlərinin bu və ya digər 

xüsusiyyətlərini təsvir etməklə kifayətlənmir, onları  təhlil edir, mövcud sosial münasibətlərin inkişaf 

səviyyəsi ilə  əlaqələndirirdi. Fəlsəfi irsin bir sıra digər təmsilçiləri (Platon, Aristotel), qanunvericilik 

sisteminin baniləri Solon və Likuq da bu problemə öz münasibətini bildirmişlər. Cinslərin qarşılıqlı 

münasibətləri haqqında biliklərin genişlənməsi və  dərinləşməsi Roma imperiyası dövründə  də davam 

edirdi. Sezarın «Qall müharibəsi haqqında qeydlər»  əsərində, Strabonun «Coğrafiya»sında, Tasitin 

«Annallar» əsərində bu barədə qiymətli və rəngarəng informasiya verilir. Roma tarixçisi Svetoniy Roma 

sezarları dövründə  əxlaqın pozulması  mənzərəsini geniş  təsvir edir. Sənət nümunələri də cinslərin 

qarşılıqlı münasibətləri haqqında təsəvvürləri xeyli zənginləşdirir.  

Antik cəmiyyətdə qadın kişilərə nisbətdə asılı vəziyyətdə olub və ictimai əxlaqi normalar məhz bu 

vəziyyətə  əsaslanaraq inkişaf edirdi. Başlıca qadın keyfiyyətləri bizə  gəlib çatmış  qəbir daşlarının 

üstündəki yazılarda həkk olunub: mömin, pak, təvazökar». Yunan qadınların  əksəriyyəti ailəni quran 

zaman (13-15 yaşlarında) savadsız olub, onları ataya və  gələcək  ərə  şəksiz itaət ruhunda tərbiyə edir, 

evdarlıq sənətinə yiyələnirdilər. Nigahın bağlanması əsasən iki məqsəd güdürdü: maddi təminat bir də 

nəslin davam etdirilməsi. Qədim Yunan polislərdə qadınların heç bir siyasi hüquqları yox idi, o 

cümlədən yunan demokratiyasının institutu sayılan xalq yığıncağlarında o, iştirak edə bilməzdi. Hər 

hansı bir iş  məhkəməyə düşəndə  zərərçəkən qadının adından ya əri, ya qardaşı, ümumiyyətlə kişi 

tayfasından olan qohum çıxış edə bilərdi. Yunanlarda qadın ömrü boyu kişinin himayəsində qalırdı. Ərə 

getməyən qadının qəyyumu atası, onun vəfatından sonra isə – böyük qardaşı  və ata tərəfdən digər 

qohumları olurdu. Yunan adətlərinə görə varislik hüququ yalnız oğullara mənsub idi. Qızlar yalnız oğul 

övladı olmadığı təqdirdə, varis ola bilərdilər. Qəbilə mülkiyyəti başqaların əlinə keçməsin deyə, varis qız 

gərək yaxın bir qohumuna ərə gedəydi. Belə qohumlar sırasında üstünlük daha yaşlı olana verilirdi.  

Afinanın böyük islahatçısı Solon, bu adətlə  əlaqədar həyatda, praktikada yaranan bir sıra 

çətinlikləri aradan qaldırmağa çalışsa da, artıq  ənənəyə çevrilmiş qadın vəziyyətində bir dəyişiklik edə 

bilməzdi. Qədim Yunanıstanda qadınlar sevqi obyektindən daha çoz nəsili artıran bir məxluq idi. Hətta 

maariflənmiş Afinada Periklin «qızıl əsri» dövründə (e.ə. V əsrin ortaları), Yunanıstanın gur çiçəklənməsi 

zamanı qadınlar ictimai həyatdan, mədəniyyətdən təcrid olunmuşlar. Onlar qinekeyada (qadın tərəfi) 

qapalı  həyat sürür, təsərrüfat və analıq vəzifələrini yerinə yetirirdi. Qadının cəmiyyətdə ikinci dərəcəli 

bir üzv olması haqqında geniş yayılmış fikir mizoginiyada (qadınlara nifrət cərəyanı) ifadə olumuşdur; 

belə baxışlar hətta mədəni və savadlı insanlara da xas idi. Platon bunun haqqında çox ifadəli bir şəkildə 

demişdir: «namuslu qadının adı evin dörd divarın arasında qalmalıdır». Fukidid, qadına həqarətli 

münasibətini bildirərək, qeyd edirdi ki, o, nəinki kişiyə nisbətən aşağı pillədə dayanan bir məxluq, həm 

də şərlərin ən pisidir: Əgər qadını icad edən Allah varsa, onu harada olsa da, xəbəri olmalıdır ki, o, ən 

böyük şərin yaradılmasında günahkardır».  

Qədim dövrdə qadınlara nifrəti bildirən ən çox yayılan şeyr –Simonidin 118 yambıdır (yamb-şerin 

quruluşunda xüsusi ölçüdür). Burada o, qadını heyvanlarla müqayisə edir və ona müxtəlif zəiflik və 

günahları aid edir.  

Sonradan Evripid öz «İppolit» poemasında demişdir: 

«Nə üçün ey Zevs, sən, insanlara dərd verdin qadını yaratmaqla?  



Əgər insan nəslini dünyaya gətirmək istəmirdin,  

bəyəm bu xain təbəqəsiz keçinə bilməzdinmi? 

Qadınlar – sərdir, buna çoxlu sübut var,  

Ata, doğma qızını başdan eləmək üçün,  

Onun adaxlısına qızı üçün cehiz verir…». (10) 


 

 

Rəvayətə görə, Evripidə bir qrup hirsli qadın hücum edərək, gözəl cins sayılan özlərini 



hirsləndirdiyinə görə, qisas alaraq, onun ömrünə son qoydular.  

İlk dəfə olaraq, cinslərin qeyri-bərabərliyi probleminə  şübhə ilə yanaşan sofistlər və Sokrat olub. 

Platonun sözlərinə görə, Sokrat hesab edirdi ki, «Ya qadın, ya da ki, kişi xeyirxah mömin olmaq 

istəyirlərsə, ədalətli və dərrakəli olmalıdırlar».  

Məşhur yazıçı  və biblioqraf Plutarx bu problemin müzakirəsində Sokrata tərəf çıxırdı.  Əsərlərin 

birinə o, «Qadının üstün cəhətləri» («Qadın qeyrəti haqqında») adını verərək, burada yalnız qadın 

«şücaəti» və «mərdliyin» nümunələrindən bəhs edir; qadın ədalətliliyi, dərrakəliyi, mülayimliyini o, bir 

kənara qoyur. 27 hekayəsinin yalnız ikisi qadın ləyaqətinin ənənəvi göstəriciləri sayılan «təvazökarlıq və 

utancaqlığa» həsr olunub. Oxşar vəziyyəti Plutarxın digər, «Sparta qadınlarının kəlamları» adlı əsərində 

də müşahidə etmək olar. Lakin nəzərə almalıyıq ki, qədim Yunan cəmiyyətini  ən mütərəqqi 

nümayəndələrin belə fikirləri həyat və məişətdə həlledici deyildi.  

Əslində, Yunanıstanın müxtəlif regionlarında qadının vəziyyəti bir-birindən fərqlənirdi. Dori-Eoli 

hissəsində qadınlar Afinadakilərdən daha sərbəst idilər. Onların birlikləri, dini ibadətləri var idi; kişilər 

bura müdaxilə edə bilməzdilər. Belə birliklərin maraq dairəsinə – toylar, rəfiqələrlə ünsiyyəti yaratmaq, 

musiqi məclislərini keçirmək, şer oxumaq, rəqs etmək daxil idi. Siyasi həyatdan onlar çox uzaq idilər.  

Düzü, Aristofan öz «Lisistrat» komediyasında (e.ə. 411-ci il) qadınların siyasi həyata müdaxilə 

etmək – qəfil qərarının qəbul edilməsini göstərilir: müharibə edən vilayətlərin qadınları tətil elan edərək, 

əsrlərini sülh sazişini imzalamağa məcbur etdilər. Onun digər komediyası olan «Qadınlar milli 

toplantıda» (e.ə. 392-ci il) Platonun sosial utopiyası gülünc görkəmdə göstərilir: xüsusi mülkiyyətin ləğvi, 

ailənin aradan qaldırılması, filosofların hakimiyyəti və s. Burada qadınlar, hakimiyyəti  ələ keçirib, 

ümumi mülkiyyəti və ərlərin ümumiliyini yaradırlar.  

Qadına mənfi münasibətin təzahürləri incəsənət və  ədəbiyyat  əsərlərində müşahidə edilir. Belə 

münasibətinin  əsasını  şair Hesiod qoyub. İapet adlı titanın (Allahlarla vuruşan div) oğlu Prometey 

Zevsdən oğurladığı odu insanlara bəxş edəndə, Zevs, başqa  əlac tapmadığı üçün insanların üstünə 

Pandora adlı qadın sifətində yamanlığı göndərib.  

Bu  əfsanə ilə Hesiodun iki poemasında – «Əmək və zaman» və «Teogoniya»da tanış olmaq olar, 

özü də «Teogoniyada» hirsin, qəzəbin mənbəyi kimi qadınların özü göstərilir: Hər  şeyi bilmək istəyən 

Pandora, bağlı qabın ağzını açaraq, içindəki bütün bəlaları çölə buraxdı, yalnız ümid, uçub çatdıra 

bilmədiyindən, içəridə qaldı. Hər halda, məhz Pandora «zərərverən arvad tayfasının»  əsasında durur. 

Eyni zamanda Hesiod qadına müxtəlif cürə yanaşır: qadına nifrət bəsləmək, onu sevmək qədər 

ziyanvericidir, çünki ailə  həyatında boyun qaçırmaq nəticəsində insan qoca yaşında qalır, yığılmış, 

toplanmış var-dövlət qohumlara paylanacaq, oğluna çatmayacaq. Sonra, ola bilsin ki, arvad yaxşı olsun, 

«yaxşı arvaddan dünyada artıq bir şey yoxdur». Axır ki, arvad yaxşı olsa da, vəziyyət mürəkkəb olaraq 

qalır: «Əgər kiminsə qismətidə, ailə qurarkən, arzu etdiyi qadın onu qarşısına çıxsa da, xeyir və  şər 

dönmədən fasiləsiz yarışacaq». Əgər ki, o, «anadangəlmə pislik xisləti ilə yaranıbsa, ağır dərd bu kişinin 

sinəsinə və qəlbinə yatır».  

Afinadan fərqli olaraq, totalitar rejimli Spartada qadına münasibət bir qədər başqa idi. Qadınlar 

kişilərlə  bərabərhüquqlu idi, onlar kişilərlə yan-yana şəhərin ictimai və  hərbi işlərində  iştirak edirdilər. 

Əfsanəvi Likurq (e.ə. IX-VIII əsrlər) birinci növbədə  vətəndaşların fiziki və  hərbi hazırlığını düşünür, 

onlarda şücaət hissini, əsqərlərdə isə – fədakarlığı tərbiyə etməyə çalışırdı. Vətən təhlükə ilə üzləşəndə, 

hamı, istər qadınlar, istərsə  də kişilər bir nəfər kimi, eyni qaydada şəhərin müdafiəsində  iştirak edir, 

düşmənlə döyüşürdülər. Sparta qızlarının obrazı impressionizm cərəyanının nümayəndəsi E.Deqin 

«Oğlanları yarışa çağıran Sparta qızları» rəsmində  təcəssum olunub. Burada, öz gücü, diribaşlığı  və 

bacarığında oğlanlara güzəştə getməyən qızların döyüşkən ruhu və qəhrəmanlığı təsvir edilib.  

Qeyd edilməlidir ki, qender qeyri-bərabərliyi öz xüsusi ifadəsini antik incəsənətində də tapmışdır. 

Qədim Yunan incəsənətində  əsgərlər, qaliblər, sərkərdələr, müdriklər, kişi obrazında təsvir olunub. 

Onların üstünlüyü, sosial qrup olaraq, hökmranlığı xüsusi qeyd edilir. Qadın obrazların məzmununda 

onların ailə vəzifələri, sevgi, gözəllik, həssaslıq ilə bitir. Mədəniyyətdə ənənə xarakteri almış femininlik 

haqqında təsvirlər ondan ibarət olub ki, incəsənətdə qadın keyifyyətlərinə  və  dəyərlərinə  zəifliyi, 

yumşaqlığı, yolayovuqluğunu, utancaqlığı, estetik cəhətdən cazibədarlığını aid edirdilər.  

Eyni zamanda antik sənətində, çox «gözəl heyvan» olan qadına obyektiv-rasional münasibətilə 

yanaşı, hissi başlanğıc da öz səsini ucaldır: gözəllik duyumu bilavasitə yaradıcılıqda qender fərqləri ilə 




 

 

bağlanır; sənətkarlar cinsi fərqləri qeyd edirdilər; bu, özünü gözəl bədənin təsviri mədəniyyəti, hissi 



məhəbbətin təntənəsində özünü büruzə verir. belə yanaşmanın zirvəsini heykəltəraş Praksitelin yaratdığı 

Knidalı Afroditasında görmək olar: onun açıq bədəninin təsvirində müəllif, qadıın, empatik başlanğıcının 

daşıyıcısı olduğunu xüsusi olaraq ifadə etdi.  

Knidalı Afrodita – iki min beş yüz il əvvəl yaradılmış heykəldə  təcəssüm edilmiş poemadır. 

Təsadüfi deyil ki, Afrodita gözəllik və  məhəbbət ilahəsi olub – yunanlarda məhəbbət və gözəllik bir-

birindən ayrı ola bilməzdi. Afroditanın həm bədənində, həm də ruhunda da gözəllik aşıb-daşır. Dəniz 

köpüyündən yaranmış bu gözəl, özündə sanki dəniz dalğasının incəliklərini, onun ləng və  təlaşsız 

gözəlliyini daşıyır.  

O büsbütün təbiilik, əmin-amanlıq rəmzidir. İlahə çılpaqdır, lakin onun sakit, ehmalca duruşunda 

heç bir sıxıntı yoxdur. O, qorxmur ki, onun çılpaqlığı kimisə  dəhşətə  gətirə bilər, qorxmur ki, ona 

bədnəzər dəyər, sevgisinin mahiyyəti isə – dünya ilə tam həmahəng olmaq; onların arasında heç bir 

ziddiyyət yoxdur; bu dünyaya onun münasibətinin xüsusi tərzidir. O, adicə insanların gözünü oxşayır. 

İnsan bu qadında həm onun mənəviyyatının ucalığını göstərən etosu, həm də onun hissi, cismani 

cazibədarlığını ifadə edən erosu, hər ikisinin harmoniyası  və gözəlliyini duya bilər. Knidali Afrodita – 

cismani-mənəvi məhəbbətin ahəngdarlığı ilahəsidir. O, özündə  məşhur yunan idealını – 

«kalokaqatiyanı» (kalos kay aqatos-gözəl və yaxşı), yəni bədən və ruhun fərəhli harmoniyası, fiziki 

gözəllik və mənəvi kamilliyini təcəssüm edir.  

Ümumiyyətlə Afroditanın pərəstişi Aralıq dənizinin az qala bütün regionunda geniş yayılmışdı. 

Tədqiqatçılar hesab edirlər ki, ona pərəstişolunma hətta Zevsə olan sitayişdən qabaq yaranmışdır. Bu 

ilahənin ən qədim və  məşhur məbədləri Pafos, Samos, Hermionda, Şimali Afrikada isə Kifera adasında 

yerləşirdilər. Xios adasında yerləşən Askleniya məbədində Afrodita-Anadomenanın (sudan çıxanın) 

təsviri var. Epidavr ərazisində yerləşən ağaclıqda onun şərəfinə ibadətgah ucaldılmışdı.  

Bu ilahənin çoxsaylı heykəlləri də bu günə qədər tapılır. Məs., Miloslu Veneranın qolları olmayan 

heykəli var (hal-hazırda Paris muzeyi Luvrda saxlanılır; Roma mifologiyasında gözəllik və  məhəbbət 

ilahəsi Venera adlandırılırlı). Bu heykəlin yaranma tarixini qabaqlar e.ə. IV əsrə aid edirdilər, lakin 

sonralar – bir qədər bizə yaxın olan elenizm dövrü ilə əlaqələndirməyə başladılar. Bu heykəli 1820-ci ildə 

Milos adasında tapmışdılar. Sonralar, Kirendə, təqribən  100 il sonra, 1913-cü ildə Afroditanın digər 

heykəli öz gözəlliyi il əvvəlkini keçdi.  

Mifologiyada Afroditaya çox böyük yer ayırıblar, ona bütün canlı həyat tabedir. O, hətta Allahları 

qadınlarla, ilahələri isə – kişilərlə birləşdirir. Homerin «Afroditaya ithaf» himnində deyilir:  



«Allahların qəlbində şirin ehtiras 

Yer üzündəki insan tayfalarını oyatmış,  

Uca göylərdə uçan quşları, yerdəki 

Müxtəlif heyvanları özünə tabe etmişdir». (2) 

Qədim yunanlar bir neçə məhəbbət növünü fərqləndirirdilər. Birinci növbədə bu – Erot – yəni ilahi 

erosdur. Erot və yaxud eros sevgi-ehtiras, ağılsızlıq dərəcəsində sevgini bildirir. Qədim yunanlar belə 

deyirdilər: erotomaniya – dəlisayağı məhəbbətdir». Belə bir söz işlədilirdi – «eromaneo» – «sevgidən dəli-

divanə olmaq».  

Eros-əsasən cinsi sevgidir. «Erotika» sözü, bununla bağlı olaraq, sevmək sənəti deməkdir. Roma 

şairi Levinin «Erotopaynion» («Məhəbbət  əyləncəsi»)  əsərinin adı  məhz bundan əmələ  gəlib. Ovidinin 

latın dilində yazdığı poeması «Sevmək sənəti» də elə bu qəbildəndir.  

«Filia» daha sakitdir. «Filia» isminin feli forması da var – «fileo» – «mən sevirəm». Bu sevginin, 

«eros»dan fərqli olaraq, daha çox mənaları var. Burada sevgini müxtəlif cisim və hadisələrə bildirmək 

olar, sevgi ilə yanaşı dostluq da nəzərdə tutulur. Erotik məhəbbət – «filia»nın növlərindən biridir. 

«Filiya»nın digər növləri – ataya sevgi («filiopater»), anaya sevgi (filiomater»), uşaqlara sevgi 

(«filiopays») və  s.  da  fərqləndirilir. Bunların sırasında miflərə  də sevgi qeyd edilir («filiomütos» – 

«rəvayətləri, mifləri xoşlayan»).  

Qədim Yunan mifologiyasında çox zəngin obrazlar, sücetlər, rəvayətlər var, bir çoxz tragediya 

yazanları, şairlər, yazıçılar, rəssamlar bu mənbədən qidalanıblar.  

Mifologiya antropomorfizm ilə (insana bənzətmək) səciyyələnir. Burada insanlar təbiətin  əsil 

mahiyyətini bilmədən, qanunları  səthi izah edir, onları assosiasiyalar şəklində (bənzətmə), öz 

münasibətlər və keyfiyyətləri ilə əlaqələndirirdilər. Təbiətdə insani keyfiyyətlər və münasibətlər axtarılır, 



 

 

nəticədə insanın hər bir şeyi təbiətə yad olduğu üçün, təbiətə müncər edilən insani hallar, toplanılıb, 



fövqəltəbii, qeyritəbii, bu və ya digər həm təbii, həm də ictimai hadisələrin fövqəl məxluqları, Allahları, 

cinləri və sair fövqəl qüvvələri təcəssum edirdilər. Bü məxluqlar, insanlara oxşamasalar da, heyvani 

mahiyyətini özündə saxlayır və müdhişdirlərsədə, onlar insanlar kimi düşünür, danışır və  fəaliyyət 

göstərir, öz işlərində insani motivləri əsas tuturlar.  

Sevgi də ilahiləşdiriliş və əfsanələşdirilmişdi. Qədim Yunanıstanda sevgi bir neçə mifoloji məxluq 

timsalında çıxış edir: birinci növbədə bu, yuxarıda adı çəkilmiş Afrodita və Erotdurlar (Romada müvafiq 

olaraq Venera və Amur). Erot – Afroditanın oğludur. Sənət nümunələrində gördüyümüz yapışıqlı, şıltaq 

və qəddar, qanadlanıb uçan və əlində sevgi oxu və kamanı tutan oğlan uşağı – eliinizm dövrü sənətinin 

məhsuludur.  Əvvəllər Erotu yonulmamış daş qoyması  şəklində  təsvir edirdilər. Homer Allahlar 

sırasında onun adını  çəkmir. Bu – adsız,  əks cinslərə  mənsub Allahlar və  və insanları  cəlb edən bir 

qüvvədir. Platon «Ziyafət»  əsərində Erot haqqında fəlsəfi düşüncələrini ifadə etmişdi. Aristofan hesab 

edirdi ki, «Şəhvətli Erot» küləkdən törənən, gecənin gətirdiyi yumurtadan çıxan bir məxluqdur. E.ə. VI 

əsrdə yaşayıb-yaradan şair İbik Erotun qurbanı olub.  

«Heç vaxt ehtirasım gözünü yummaz.  

Sanki ildırımla, yandırılmış Frakiya Borey küləyi,  

Birdən üstümə Kipridanın əmrilə Erot cümür.  

Məni dəli edir, əridir, o qorxmaz və tutqundur;  

uşaqlıq illərindən mənim üzərimdə yenilməz olaraq hökmranlıq edir,  

Dincliyimi əlimdən alır» (9).  

Əfsənədən əfsanəyə keçdikcə, qadın və kişi arasındakı sevgiyə, insanların həyatında onun roluna 

daha çox əhəmiyyət verilir. Arqonavtlar haqqındakı eposda bu, artıq həyatın başlıca hərəkətverici 

qüvvələrindən birinə, digər duyğular və vərdişlərdən daha güclü olana çevrilir. Troya silsiləsində sevgi – 

qəhrəmanların həyatda az qala və ən başlıca təkanverici qüvvə olmuşdur. Digər əfsanələrdəki kimi, o, iki 

məxluqun  şəxsi işi, adi bir epizod yox, insanların və dövlətlərin taleyi, onların dinc həyatı  və 

müharibələri ilə bağlı olan bir prosesdir.  

Yunan mifologiyasında bir neçə  rəvayətlərdən birində müğənni Orfey öz sevgilisi Evridikanı o 

dərəcədə çox istəyridi ki, onu ölülər səltənətindən qaytarmağa çalışırmış, başqa qadınlara baxmaqdan 

belə imtina edirmiş; nəticədə şərab pəriləri tərəfindən (içki və keyf Allahı Vakxın kahinləri) parça-parça 

edilmişdi.  

Digər bir əfsanədə – Admet və Alkestida haqqında Moyralar (Zevs və Femidanın qızları, tale 

kahinələri) keçinən Admetin ömrünü uzatmağa hazır idilər, o şərtlə ki, kimsə öz ömrünü ona bağışlasın; 

Alkidanın sevgisi o qədər böyük olub ki, Admetin əvəzinə ölümü qəbul etməyə razılıq vermişdir.  

Odisseyin yolunu gözləyən Penelopanın da sevgisi çox böyük olub; Laodamiya öz sevgilisi 

Promesilay ilə  bərabər ölümü qəbul etdi; İlliada, onun sevgilini, çar Demofont vaxtında Troyadan 

qayıtmadığına görə, dərdə, həsrətə cdözə bilməyib, özünü asdı. Evadna məlum mifdə özünü ərin 

yandırılan matəm tonqalına atmışdır; Eney Dudonanı tərk edəndən sonra, o, sevgi həsrətinə dözməyib, 

özü-özünü qılınca çəkdi; məşhur Hero, suda batan Leandri görcək, həsrətinə dözməyib, özünü də suya 

atdı. Adları çəkilən qəhrəmanların hər biri üçün sevdiyi insana yaxın olmaq, onu sevmək, öz həyatından 

artıq, ölüm qorxusundan güclü olmuşdu.  

Qədim lirikada da eşq-məhəbbətin təsviri yüksək səviyyəyə çalmışdı. Şair Arxiloxun (e.ə. VII əsr) 

şerlərində güclə cilovlanan enerji axını var. Arxiloxu gur ehtiras yıxıb aparır; o, yetkin yaşında olsa da, 

qılınc zərbəsi kimi qüvvətli və yığcamdır, özü belə yazır:  



«Eşqin atəşində üzülmüşəm mən,  

yazığam, düşmüşəm yorğan-döşəyə 

Allahlar şiddətli ağrılarla 

Oynaqlarımı vurub deşirlər birdən!» 

Həmin  əsrdə yaşayıb-yaradan  şairə  Safonu  Platon  vaxtılə onuncu Muza (sənət kahinəsi) 

adlandırmışdır. Safo da həmin atəşli qüvvəni özündə duyaraq, sevqiyə qadınsayağı münasibətini bildirir: 

«Sanki dağlardan palıd ağaclarına 

şığıyan küləkdir,  

Epos qəlbimizi silkələdi… 

Ehtiras oduna yanıram, dəli-divanəyəm» (10) 



 

 

Bu, insanı lərzəyə gətirən sevginin və ehtirasın qüvvəsi – cismani ehtirasdır, ona görə də  mənəvi 



yox, cismani duyğuların «sözlərilə» ifadə olunur. Lakin bu ciçmani duyğuların poetikliyi, onların estetik 

əhval-ruhiyəsi əslində qədim yunanların qarşılıqlı münasibətlərin mənəvi tərəfini ifadə edir; poetik dilin 

cismani forması o zaman mənəvi sahənin ifadə forması olub.  

Bu  əsərlərə gerder yanaşması onların məzmununda yeni poetik alqoritmlərini tapmaqda, kişi və 

qadınların qarşılıqlı münasibətlərini bu müstəvidə öyrənməyə imkan verəcək. Burada sevgi, eros, mənəvi 

yüksəlişin təkanverici qüvvəsi, estetik şövqün və xeyirxahlığın, sevgi və gözəllik ideyalarının 

ekstazsayağı (cuşa gətirən) yönümü kimi çıxış edir.  

Hələ klassik dövrə  qədər Yunanıstanın bir çox şairləri, məhəbbəti həyatın  ən böyük sevincin 

olduğunu qeyd edir, onu şöhrətləndirirdilər. Safonun müasiri olan Alkey öz əsərlərində Mimnerm (e.ə. 

VIII-VI əsrlər) gözəl arfa çalan Nanno haqqındakı mahnılarda, Feoqnid (e.ə. VI əsrdə) öz elegiyalarında, 

Anakreon və digər şairlər məhəbbəti qeyd etdiyimiz kimi tərənnüm edirdilər.  

Ellinizm dövrünün digər şairlərin yaradıcılığında da məhəbbət mövzusu böyük yer tutur (e.ə. IV-I 

əsrlər).  Ən parlaq formada biz bunu Feokritin məşhur idilliyalarında, Mosxun, Bionun şerlərində, o 

dövrün Roma və Yunan komediyalarında müşahidə edə bilərik. Yunanların həyatında sevgi lirikasının 

vacib rol oynadığını belə bir fakt da təsdiqləyir ki, onların doqquz sənət kahinələri (muzaları) sırasında 

biri, Erato, məhəbbət poeziyasını təmsil edirdi.  

Qədim yunanlar, müasir insanlardan fərqli olaraq, mənəvi və cismani məhəbbətin harmoniyasını, 

fiziki gözəlliyin və mənəvi kamilliyin qovuşması başqa cürə başa düşürdülər. Onların gündəlik şüurunda 

ruh və bədən hələ ki, bir-biri ilə vəhdət təşkil edirdi. Bu vəhdət sinkretik, ayrılmaz idi; ruh və cisim hələ 

bir-birindən ayrı götürülmürdü.  

Elin dövründən  əvvəlki Yunanıstanda formalaşan sevgiyə münasibətdə  mənəvi və cismani 

motivlər hələ ki, ayrılmazdır. Mənəvi və cismani meyllərin hissəcikləri orada bir-birilə qarışır, ahəngdar 

vəhdəti təşkil edir, emosiyanın hər bir çalarında harmoniya sezilir, sevgi sanki bu emosiyaların ilkin 

hüceyrəsidir.  

Antik incəsənətdə  təsvir edilən məhəbbətin xüsusiyyəti – məhz həmin bu xəlitə, qatışıqlıqdır, bu 

xüsusiyyətlə o, bütün digər sevgi növlərindən fərqlənir. Qədim insanlarda duyğular müasir dövrdə 

yaşayanlardan məhz bu sahədə fərqlənir. Müasir dövrün insanlarında belə xəlitə yoxdur, burada hisslər 

daxilən kristallaşıb, mənəvi duyğular çox vaxt cismanilərdən ayrılıqda mövcud olur.  

Antik lirikanın yaranması o faktı təsdiqləyir ki, yunanların şüurunda böyük bir psixoloji irəliləyiş 

əmələ  gəlib, yeni psixoloji hisslər, dünyaya və özlərinə yeni baxışlar formalaşıb. Qədim sinkretizm 

(bütövlük) getdikcə daha çox parçalanır, mənəviyyat cismaniliyin ağuşundan tamamilə çıxıb gedir. İndi 

mənəvi dəyərlər müstəqil şəkildə, özü-özlüyündə yaşayır. Sevginin məzmunu mənəvi arzu və istəklərlə 

dolğunlaşır; bunu nəinki lirikada, həm də son antik mərhələsində yaranmış romanda – Apuleyin «Qızıl 

ulaq» əsərindəki Amur və Psixeya hekayətində, Axill Tatiyin «Levkipp və Klitofont» əsərində, Xaritonun 

«Herey və Kalliroyanin sevgi hekayəti»ndə xüsusilə də Heliodorun «Efiopika» əsərində (çünki sonuncu, 

orta əsərlər dövrünə bir növ körpü yaradaraq, həmin dövrün dünyagörüşünü qabaqlayır) görmək olar.  

Qədim Yunan faciəsində sevgiyə münasibət xüsusi, təkrarolunmazdır, çünki əsas cizgiləri etibarilə, 

o, dünya incəsənətinin heç bir formasında müşahidə olunmur. Faciələrdə söhbət daha çox sevginin 

özündən yox, onun cəmiyyətə təsirindən, törətdiyi faciəvi nəticələrindən gedir. Klassik faciənin, lirikadan 

əsaslı fərqi ondan ibarətdir ki, burada daha çox sevginin sevinci və bəxtəvərliyindən yox, onun gətirdiyi 

bəlalar və dərdlərdən gedir.  

Esxilin «Aqamemnon», Sofoklun «Traxinyalı qadınlar», «Herakl», «Car Edip», Evripidin «İppolit», 

«Medemya», «Elektra» əsərlərində sevgi, insanları  hərəkətə  gətirən, onları ölüm və  xəyanət,  əzabkeşlik 

və  dəhşətlə rastlaşdıran qanlı qüvvə kimi göstərilir, onun iblisanə gücündən qorxu hissini yaşayan 

insanlar bu dramaların qəhrəmanlarıdır.  

Faciə  qəhrəmanlarının keçirdikləri hisslər – adi insani hisslər yox, qəlblərinin nəhəng təkanları 

olaraq, böyük bir qüvvəyə çevrilən fövqəl-insani hisslərdir. Sevgi, nifrət, sevinc, həsrət, dərd – burada 

onlar şövqün elə bir dərəcəsinə atılırlar ki, insan, onların əlində oyuncağa, qula çevrilir.  

Safo – məşhur yunan şairəsi – bütün antik dünyada məşhur idi. Onun yaradıcılığı, bədii-estetik 

fəaliyyətdə sənətkar qadınların fəallaşması faktını təsdiqləyir.  

Safo haqqında dəqiq məlumat bir o qədər yoxdur. XVIII əsrdə Fransa yazıçısı madam Dasye onun 

hekayə xarakterli tərcümeyi-halını  tərtib etdi. Məlumdur ki, o, e.ə. VII əsrin ikinci yarısında Lesbos 




 

 

adasında Eres şəhərində anadan olub. Varlı və möhtərəm bir ailədən olmasına baxmayaraq, Safo siyasi 



intriqaların qurbanı olaraq, Siciliya adasına qaçmağa məcbur olmuşdur. Erkən yaşlarında o, öz müasiri 

olan Aikeyin lirik poemalarını oxumaqdan yorulmurdu; Alkeyin yaradıcılığı ona böyük təsir göstərdi. 

Adada bir neçə musiqi – yaradıcı  məktəb var idi. Müəyyən bir zaman keçəndən sonra onlardan birinə 

Safo başçılıq etdi. Onun şan-şöhrəti o dövrün mədəni aləminə yayıldı. Yunanıstan, Kiçik Asiyadan onun 

yanına  şagird – qızlar, onun həvəskarları axışıb gəlirdilər. Öz şagirdlərinə  həsr olunmuş nitqlər və 

müraciətlər ehtiraslı  və  mənəvi yüksəlişin təzahürü idi. Platon yazırdı ki, «o, çox gözəl idi». Müasirləri 

ona onuncu muza deyirdilər. Safonun mahnılarında duyğu dərinliyi var idi. Öz təcrübəsindən irəli 

gələrək o, insanın təəssüratlarının bütün çalarlarını ifadə edə bilib, o cümlədən qəlbindən gələn sevinci, 

xüsusilə kişi və qadın arasındakı məhəbbətin sevincini, bunu Safo, insanın həmişə can atmalı olduğu bir 

xoşbəxtlik adlandırıb. Onun mahnıları – xalis şəhvaniliyin tam açıq etirafıdır. Elə bil ki, o məhəbbət 

ilahəsindən başqa bir Allah tanımır, ancaq ona o, həyatındakı bütün şad günlərini və  nəğmələrini həsr 

edir: 


«Əziz ana, mən dəzgahdan bezmişəm,  

Toxumağa halım qalmayıb mənim,  

Qəlbimi çoşğunluq sökür, dağıdır; 

Zərif Kipridanın tilsiminə düşmüşəm». (19) 

Safonun bu sadə sözlərində gənc qızın sevgi arzusu ifadə olunur.  

Şəxsi həyatda  şairə xoşbəxt deyildi. Hələ cavan ikən o, ailə qurandan bir qədər sonra ərini itirdi. 

Şöhrətin zirvəsinə çatmış Safo cavan gəmiçi Faonu sevdi. Faon ona qarşı biganə idi. Rədd edilmiş Safo 

ümidsiz bir halda Levkar qayasından özünü dənizə atdı. Luvrda N-Pussenin «Safo və Faon» adlı rəsmi 

var; burada Safo öz sevgilisi ilə yan-yana təsvir olunub; Amur öz kamanından ona sevgi oxu atır.  

Məlumdur ki, qədim Romada qadına münasibət, ona olan sevgi çox vaxt şəhvətpərəstliyə, əxlaqsız 

oyuna çevrilirdi. Svetoninin «On iki Sezarın həyatı», bir də Tasitin «Annallar»ında (hadisələrin təsviri) 

müxtəlif eyş-işrət xarakterli məclislər təsvir edilir, həmin məclislər Sezarlar sarayında təşkil olunurdu. 

Kvint Ennidən tutmuş Anuleyə  qədər olan Roma satirasında həmin dövrün adətləri ifşa edilirdi, bu 

adətlərə görə, insanın öz duyğularını təmin edib ondan həzz alması, hər şeydən üstündür. Eyni zamanda 

qadın və kişi arasındakı uca, pak məhəbbət, hörmətlə yanaşmaq nümunələrinə  də, yaradıcılığı Roma 

poeziyasının inciləri sayılan, e.ə. I əsrdə yaşamış  şairlər Katull, Tibull, Propertsiy, Ovidiy, Horatsinin 

yaradıcılığında izləmək olar. Qadına məhəbbət burada uca zirvələrə yüksəlir, böyük bir, yüksəldilmiş və 

şairanə  şəklində verilmiş, qadınlar obrazları silsiləsi yaradılmşıdır. Ovidinin «Məhəbbət ellegiyası» 

əsərində Korinna, Propertsinin Kinfiya və digər personaclar buna misaldır. Məhəbbətin ağlasığmaz 

hədsizliyi, onun coşğun zənginliyi ona xüsusi rəng verir. Onlar sevgini bir insanın digəri qabağında bir 

vəhy olduğunu təsir edir; bu isə sevgi psixologiyasında yeni bir mərhələdir. Onlar qadın cismini 

tərifləyəndə, nəinki onun bədən açıqlığını, bütövlükdə insan qəlbinin sərhədsizliyini, sevgilərə, bir-birini 

axıra qədər dərk etmək imkanını verən açıqlığını nəzərdə tuturdular. Sevgidə hər bir şey təbii, qabağasız 

idi – o dövrün sevgisinin başlıca keyfiyyətlərindən biri məhz bu idi. Böyük Ovidiy, sevgini bütün 

təəssüratı ilə təsvir edəndə məhz buna görə belə açıq və səmimi olub. O, öz Korinanı bütün qəlbi ilə sevir: 

onun işıq saçan sevgi sevinci ilə dolu məhəbbət elegiyaları dünya lirikasının  ən parlaq şedevrlərindən 

biridir.  

Çox vaxt Roma şairləri tərəfindən təsvir edilən məhəbbət heteralara aid idi (məşuqələrə). Heteralar 

əslində ilk savadlı  və bilikli qadınlar olub, onlar antik dövrünün müəyyən mənada qadın intellektual 

elitasını (seçmə adamları) təşkil edirdilər. Onların sosial statusu kifayət qədər yüksək idi; heteralar 

yüngül davranışlı qadınlar da deyildilər, çünki sevgi ilə məşğuliyyət onlar üçün məqsəd yox, yalnız bir 

vasitə idi. Onların fəaliyyət dairəsi çox geniş idi. Dövlət və ictimai işlərdə, siyasi qərarların qəbul 

olunmasında iştirak etmək,  şairlər, filosoflar, rəssamlar sırasında öz əzəmətini nümayiş etdirmək və s. 

Onlar alimlərin simpoziumlarında iştirak edir, kişilərlə  bərabər söhbət aparmaq hüququnda idilər. Bir 

çox heteralar Korinf adasından gəlmiş, onlar burada musiqiyə,  şairlik, natiqlik sənətinə yiyələnirdilər. 

Onlara şöhrət gətirən nəinki gözəl görkəmi, həm də ağlı, intellekti, bədii yaradıcılığa olan qabiliyyətləri 

olub. Bununla belə, onlar, ailədən, uşaqdan, varis olmaq imkanından məhrum olduqları üçün, 

cəmiyyətin də tamhüquqlu üzvü ola bilmirdilər. Hətta onlardan ən istedadlı olanlar – şer, nəsr 

yaradanlar, rəssamlıq sənəti ilə məşğul olanlar, musiqini qoşanlar – real həyat mövqeyində yaradıcı insan 

nüfuzuna malik deyildilər. Heteraların tarixi səhnəyə  gəlməsi onların arzu və meylləri ilə yox, kişi 



 

 

«tələbatı», zövqü və iddiaları ilə bağlı olmuşdur. Onların  əldə etdilkləri bacarıqlar və biliklər  əslində 



ictimai səhnədən çox dar idi. Heteraların savadı və bədii zövqü praktiki bir məqsədə – kişilərin könlünü 

almaq, onun məişətinin, intim, xüsusi sahəsinin bir hissəsi olmaq vəzifəsinə cavab verirdi. Hetaralar 

haqqında bir çox ədəbi və tarixi əsərlər yazılmışdır (Lukian «Heteraların söhbəti», Kalistrat – 

«Heteraların tarixi») Məşhur,  əfsanəvi yazıçı – Hetera Elefantis (Elefantida) sevgi haqqında romanların 

müəllifi olub. Qalen hesab edirdi ki, o həm də kosmetika haqqındakı əsərlərin müəllifidir.  

Əslində yunanları və romalıları indiki dövrdə erotik adlanan xüsusi ədəbi canrının təşəbbüsçüləri 

adlandırmaq olar. Belə  qəbildən olan əsərlər çox qədimlikdən yaransa da, onların çiçəklənmə dövrü 

məhz ellinizm olub. Erotikanın yayılması  mərkəzi Sibaris adlı yunan icması olub; oranın sakinləri 

sonradan var-dövlətin üzündən  ərköyünləşmiş, avara insanlar – sibaritlər adını qazanmışdılar. Onlar 

müxtəlif açıq-saçıq fizioloji mahiyyətli zarafatlar, atalar sözü, zərbi məsəllərin yaradıcısı olub. Bu mənada 

onlardan da çox şöhrət qazanmış İoniyada yerləşən Milet şəhəri olub; bura Aristidin naturalist xarakterli 

«Mileziya hekayələri»nin vətəni olub; onlar sonradan latın dilinə çevrilmiş  və böyük şöhrət 

qazanmışdılar. Belə yazılara «Mileziya» deyirdilər.  

Yunan erotik ədəbiyyatının digər, sonralar adı ümumi isim kimi işlədilən müəllif – Maroniyalı 

Sotades olub. O, II Ptolemeyin sarayında yaşamış, nəsr və şer sahəsində çalışmışdır. Səciyyəvi haldır ki, 

Sotades öz tamamilə aydın zarafatlarına görə pis vəziyyətə düşdü. Ptolemey öz bacısı Arsonaya ilə 

evləndiyinə görə Sotades çox məzəli danışdı, nəticədə həbsxanaya düşdü, orada da vəfat etdi.  

Ellinizm, ictimai həyatın bir çox sosial-siyasi, mədəni sahələrində, öz inkişafının  ən yüksək 

zirvəsinə çatandan sonra qadınların ictimai vəziyyətində bir sıra dəyişikliklərə  səbəb oldu. Aristotel, 

qadınlara və nigaha olan baxışları, cinslərin qarşılıqlı münasibətlərinə yenidən baxmağa çağırmışdır. O, 

deyirdi ki, nigah yalnız nəsli artırmaq üçün yox, iki adamın ittifaqı olaraq, ümumi vəzifələrin yerinə 

yetirilməsinə qulluq etməlidir; vəzifə bölgüsü aparılmalıdır, hər kəsin öz vəzifəsi var, «hər ikisi bir-birinə 

köməklik göstərərək, ümumi məqsədə öz payını verməlidir, çünki belə ittifaq yalnız fayda və  ləzzət 

gətirə bilər». Hər ikisi yüksək əxlaqi keyfiyyətlərə malikdirlərsə, belə nigahın da əxlaqi əsasları möhkəm 

olur,. Həyat haqqında yeni humanist təsəvvürlər, mədəni yüksəlişin ümumi ab-havası qadının digər 

antik dövrlərindən fərqli olaraq, azadlığa çıxmasına imkan yaratdı.  

Ellinizm dövründə qadının azad olunması və mənəvi əsarətdən özününqurtarması, qədim dövrün 

bilmədiyi bir səviyyəsinə çatmışdı. Qadınlar, qinekeya oturmaq əvəzinə oxumaq hüqununu qazanmış, 

mədəni həyatda iştirak etməyə başlamışdılar. Savadlı qadınlar öz müəllimləri ilə yanaşı  çıxış etməyə, 

diskussiyalarda, fəlsəfimübahisələrdə iştirak etməyə, bir çox sənətlərlə məşğul olmağa başladılar. Pifaqor 

məktəbinin nümayəndəsi Feano öz savadı  və azadsevərliyi ilə  fərqlənirdi; həmin məktəbin digər 

nümayəndəsi  İpatiya da çox məşhur idi. O, məşhur riyaziyyatçının qızı olaraq, məktəbə  rəhbərlik edir, 

kitabları yazır, fəlsəfə  və  sənətkarlıqla məşğul idi. Ayrıca bir icma kimi fəaliyyət göstərən Pifaqor 

məktəbində çoxlu qadın var idi.  

Emansipasiya ilə bağlı olaraq (qadınların azadlığı), amazonkalar (cəngavər qadınlar obrazı), 

onların, antik cəmiyyətinin həyatında oynadıqları rolun üzərində xüsusi olaraq dayanmaq lazımdır. Hələ 

Homer vaxtlarında  şairlər dəfələlərlə  cəsarətli və  mərd qadın-amazonkaların adlarını  çəkirdilər. 

Dulusçular güldanların üzərində onların təsvirlərini verir, heykəltəraşlar isə – mərmər heykəllərini 

yaradırdılar. Böyük heykəltəraşlar – Fidiy, Praksitel, Fradmon – Kiçik Asiyada Efes şəhərində – Artemida 

ilahəsinin məbədi üçün bu, tək döşü olan (rəvayətə görə, onların sağ döşünü uşaq ikən yandırıb 

qurudurdular ki, kamanı  çəkə bilsinlər) ilahələrin gözəl heykəllərini yaratmışdılar. Bizim dövrümüzə 

yalnız həmin heykəllərin çoxsaylı surətləri gəlib çatmışdır. Rəvayətə görə, amazonkalar, öz nəslini 

davam etdirmək üçün ildə bir dəfə kişilərlə əlaqəyə girirdilər. Onlar yalnız qadın nəslini yetişdirir, onlar 

hərbi  şücaətləri göstərmək naminə, atı sürməyə, ox atmağa hazırlayırdılar. Tesey, Herakl, Axill, hətta 

Makedoniyalı  İsgəndər kimi böyük qəhrəmanlar və  sərkərdələr qadınların bu cəsur və  mərd tayfası ilə 

mübarizə aparmaq məcburiyyətində olmuşdular. Hesab olunurdu ki, amazon qadınlar hakimiyyət və 

azadlığın ən uca zirvəsinə gəlib çıxa bilmişlər.  

Bəzi alimlər belə bir cəngavər tayfasının mövcudluğuna  şübhə ilə yanaşır, hesab edirlər ki, bu, 

adicə yunanların tükənməz təxəyyülünün məhsuludur. Lakin müasir tarixçi və etnoqraflar qeyd edirlər 

ki, amazon qadınları haqqındakı  əsatirlərin real zəmini var. Qədim yunan əsatirlərə görə amazon 

qadınları  şimal-şərqdə  Kiçik  Asiya,  Qara  dənizin sahili, Espera adası,  Şimali Qafqazı  əhatə edən 

ərazilərdə  məskunlaşmışdılar. Onların qəhrəmanlıqlarını  təsvir edən çoxlu əfsanə  və  rəvayətlər var; 




 

 

amazonların adı Homerin “İliada”sında, Herodot, Strabonun əsərlərinədə  çəkilir. Amazon qadınlarla 



döyüşlərin təsviri – qədim yunan incəsənətinin sevimli mövzularından biri olub, onları hətta kentavrlarla 

döyüşəndə təsvir ediblər.  

Amazon qadıların adı Azərbaycanın qədim tarixində  də  çəkilir. Qobustanda 7 qadının qayaüstü 

təsivri var; arxeoloqlar onları “Yeddi gözəl adlandırıb.  Əlamətdar haldır ki, onlar kamanı sağdan sola 

tutaraq, sağ döşünün üstünü örtürlər. Hesab etmək olar ki, bu zabitəli qadınlar – amazonlardır.  

 

 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 

1. Antik 

incəsənətdə qender münasibətləri hansı rol oynayıb? 

2. Mifologiyada 

məhəbbət hansı mifik bütlərlə ifadə olunub? 

3. Safo 


kimdir? 

4. Hansı qədim yunan faciələrində qadın və kişi münasibətləri təsvir olunub? 

 

İş üsulları – antik ədəbiyyat və mifologiya əsərlərindən parçaların müzakirəsi 

 

QƏDİM YUNAN ƏDƏBİYYATINDAN PARÇALAR 



 

Anakreon və Heteralar 

 

Zərif Erotu tərifləyirəm,  



O bütün Allahlardan çox-çox güclüdür 

Sayı olmayan gül-çiçəklərdən 

Başına çələng qoyub padşahlıq edir.  

İnsanları qüdrətli əhliləşdirən 

Allahların da belə hökmdarıdır.  

 

Ovidinin arvadı Fabiya ilə vidalaşması 

 

Səcdəgah önündə gülü titrəyən dodaqlarla öpərək,  



Başı açıq, üzüqoyulu yerə düşüb intizar dolu səslə 

Gah ağlayır, gah Allaha şövqlə dad eyləyir,  

Yalvarışlar axıb getdi onun doğma diyarına 

Lakin məhkum edilmiş xilas edilməli deyilmiş 

Ayrılıq anı gəlib çatdı, Fabiya özünü saxlaya bilmədi və 

Sürgün edilən ərinin boynuna sarıldı bərk-bərk 

Söylədi, nə söylədi, göz yaşımı axıtdı: 

Qoymaram səni tək qalasan, səninləyəm indi də mən 

Sürgünsənsə, mən də sürgün olacağıma razıyam 

Yolumu tutmayıblar, səninlə qərib yerə gedəcəyəm mən.  

Sürgün edilmisən, qayığında mən ağır yük olmaram,  

Padşahın qəzəbi gücünə sən, ölkəni tərk etdinsə,  

Məni qovan padşah-sənə olan məhəbbətimdir.  

 

Horatsio və onun sevgilisi Lidiya 

 

Horatsio: 

Nə qədər ki, məni sevgilin sanırdın,  

Sevgi atəşində od tutub yanan 

Ağ çiyinlərinə əl vuran cavan yox idi, 

Fars çarından da artıq idim mən.  

 

Lidiya: 

Nə qədər ki, məhəbbətin başqasını tapmamışdı,  


 

 

Nə qədər ki, sənin üçün Lidiya Xloyadan artıq idi,  



Xoşbəxt Lidiya adımla fəxr edirdim mən,  

Romalı İliadan şöhrətli idim mən.  

 

Horatsio: 

Mən indi Frakiyalı Xloyanın əsiriyəm,  

O, sitranın cingiltisindən, mahnılarımdan zövq alır,  

Onun yolunda özümü qurban verərəm,  

Təki tale onun üzünə gülsün.  

 

Lidiya: 

Kalayın eşqinə cavab olaraq od tutub yanıram 

Turiyalı Orpidin övladıdır o,  

Canımı onun yolunda iki dəfə verərəm,  

Bircə bu cavanın üzünə taleyi gülsün.  

 

Horatsio: 

Birdən əvvəlki xoşbəxt zamandakı kimi,  

Sevgi bizi, əbədi tellərlə bir-birinə bağladı,  

Sarışın Xloyanın ağır yükünü üstümdən götürsəm 

Unudulmuş Lidiyanın qapısını döysəm? 

 

Lidiya: 

Gözəlliyin gecəyarı ulduzlardan artıqdır,  

Ağlın isə ağac qabığından yüngüldür,  

Acıqdı Adridən daha qəribə və acıqlısan,  

İstərdim yanında olum, yanında ölüm.  

 

 

ƏDƏBİYYAT 

 

1.  Адам и Ева /Альманах гендерной истории. – СПб., 2003 



2.  Античные гимны. – М., 1988 

3.  Винничук Л. Люди, нравы, и обычаи Древней Греции и Рима. – М., 1988 

4.  Грейс Р. Мифы Древней Греции. – М., 1992 

5.  Гендер: история, общество, культура. – Б., 2003 

6.  Кун Н. Легенды и мифы Древней Греции. – М., 1975 

7.  Мир и Эрос. Антология философских текстов о любви. – М. 1991 

8.  Овидий Н. Наука любви. – М., 1992 

9.  Радцен С. И. История древнегреческой литературы. – М., 1978 



10.  Хрестоматия по античной литературе. – М., 1972 

 

Yüklə 104,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə