Mövzu. Qender anlayişi və onun yaranma tariXİ



Yüklə 134,21 Kb.
Pdf görüntüsü
tarix02.12.2017
ölçüsü134,21 Kb.
#13607


MÖVZU. QENDER ANLAYIŞI VƏ ONUN YARANMA TARİXİ 

 

Kursun məqsəd və vəzifələri. Qender anlayışı. Feminizm, feminizm tədqiqatları. Qadın tədqiqatları. Qender 



tədqiqatları. Azərbaycanda qender.  

 

Müasir dövrdə qender tədqiqatları humanitar elmlərin müxtəlif istiqamətlərində mühüm rol oynayır. 

Mədəniyyətin inkişafında cinslərin rolunun, onların fəlsəfə, tarix, dil, ədəbiyyat və incəsənətdə obrazlar 

və simvollar (işarələr) vasitəsilə ifadə olunması cəmiyyətin inkişafının yeni cəhətlərini üzə çıxarmağa, baş 

verən hadisələrin mahiyyətinə müdaxilə etməyə köməklik edir.  

«Qender və filologiya» kursunda qender nəzəriyyəsinin  əsasları ilə tanışlığı dilçilik və 

ədəbiyytaşünaslıqda qender aspektinin öyrənilməsi nəzərdə tutulur. Adı  çəkilən elmlərin ümumiliyi – 

tədqiqat obyektindədir. Hər ikisi dilin hadisələrini öyrənir. Əsrlər boyu dilçilik və ədəbiyyatşünaslıq yan-

yana ümumi «filologiya» adı altında əlaqəli şəkildə inkişaf edib.  

Xatırladaq ki, ədəbiyyatşünaslıq – ədəbiyyat, dilçilik (və yaxud linqvistika) – dil haqqındakı 

elmlərdir. Məs., linqvistika dil sahəsində baş verən prosesləri, daha doğrusu, insanların dil praktikasını 

öyrənir ki, müxtəlif daşıyıcıları olan dünya xalqları dillərinin inkişaf qanunauyğunluqlarını müəyyən 

etsin.  Ədəbiyyatşünaslıq isə dünya xalqlarının bədii  ədəbiyyatını öyrənir ki, bunun məzmunu və onu 

ifadə edən formalarını axtarıb tapsın.  Ədəbiyyatşünaslıq və linqvistika daima qarşılıqlı  təsir və 

əlaqədədir, bir-birini tamamlayır, kömək edir. Bir sahədə aparılan tədqiqatlar digərini tamamlayır və 

əksinə.  

Bizi əsas maraqlandıran mövzunun izahına keçməzdən əvvəl, bir sıra digər, «Qender və filologiya» 

kursunun qavranılmasını mümkünsüz edən məsələləri işıqlandıraq. Beləliklə, «qender» nədir? 

Qender – elmdə nisbətən yeni anlayışdır. O, öz yaranma dövrünü yaşayaraq, sosiologiya və digər 

ictimai elmlərin anlayışlar sistemində müəyyən yer tutur. Bu da onun qavranılması, istifadə olunması və 

yazılması məsələlərinə birmənalı təsir edir.  

Müasir dövrdə qender tərifləri ilə bağlı bir ox yanaşma və mövqelər var. Xüsusi olaraq, iki 

konsepsiya qeyd edilməlidir: qenderin sosial quraşdırılması  və qender sisteminin nəzəriyyəsi. Birinci 

yanaşmada üç qrup keyfiyyətlər araşdırılmalıdır: bioloji cins, cinslə bağlı rolların stereotipləri (söhbət 

ayrı-ayrı cəmiyyətlərdə yayılmış stereotiplərdən gedir), bir də «qender displeyi» (cədvəli, xəritəsi). 

Gəlin qenderin əsas tərifləri, anlayışları, qender nəzəriyyəsinin kateqorial aparatı ilə slaydlar 

vasitəsilə tanış olaq (slaydların mətnləri əlavə edilir). 

«Qender displeyi», «qender sistemi» dedikdə, birincidə  cəmiyyətdə  qəbul edilmiş kişi və qadın 

qarşılıqlı  fəaliyyəti normaları ilə bağlı ifadələrin müxtəlifliyi, ikincidə isə – cinslərarası  və cinslər 

daxilində münasibətər məcmusu nəzərdə tutulur.  

Qeyd edək ki, «qender» və «cins» sözləri və onların törəmələri bəzən sinonim kimi istifadə edilir, 

lakin onların fərqləndirilməsi prinsipial əhəmiyyət kəsb edir. Bizə elə  gəlir ki, burada Amerikalı 

antropolu K.Marçsın obrazlı ifadəsi yerinə düşər: cins və qenderin nisbəti – işıq və rəngin nisbəti kimidir. 

Əgər cins və işıq – təbii fiziki hadisələrdirsə, onları obyektiv şəkildə ölçmək lazımdır, qender və rəng – 

tarixən müəyyən edilmiş  mədəni hadisələrdir, bunların köməyi ilə insanlar müəyyən keyfiyyətləri 

qruplaşdırır və onlara simvolik məna verirlər.  İnsanlarda işığı qavramaq qabiliyyəti eyni fizioloji 

proseslərlə bağlıdır, dil vasitəsilə isə  bəzi mədəniyyətlər və dillərdə – iki-üç, bəzilərində isə – onlarla, 

yüzlərlə rənglər fərqləndirilir.  

Xüsusi olaraq, qeyd olunmalıdır ki, qender – təbii hadisə yox, sosial formadır, burada özündə şüur və 

özünüdərk mövcuddur. «Qender identikliyi» anlayışı hər bir kəsin özünü, müəyyən cinsə aid olduğunu 

fundamental əsaslı duyumudur; burada hər bir kəs özünü kişi, qadın, ola bilsin, «üçüncü», «ara» cinsinin 

nümayəndəsi kimi dərk edir, duyur. Qender identikliyi birbaşa anadangəlmə yaranmır, insanın təbii 

imkanları ilə müvafiq sosiallaşma, «tipləşdirmə» və yaxud kodlaşdırma prosesləri ilə uzlaşmasının 

mürəkkəb yolunu keçəndən sonra, formalaşır.  

Yuxarıda qeyd edildiyi kimi, müasir humanitar biliklər sistemində qender tədqiqatları mühüm yer 

tutur.  Şübhəsiz, bu sistemin yaradılmasında qenderin rolu böyük olub. Bununla belə, «qender» və 

«qender tədqiqatları» tez-tez feminizm, feminizm tədqiqatları  və feminologiya ilə  əlaqələndirilir və 

əslində eyniləşdirilir, hərçənd feminizmin daxilində qender tədqiqatları ən gəc yaranan (XX əsrin 80-90-cı 

illəri) istiqamətlərindən biridir. 



Həqiqətən, «qender» anlayışın özü, «qender tədqiqatları», Qərbdə qadın hərəkatının inkişafı, 

qadınların öz hüquqları  uğrunda mübarizəsi olan feminizmin hesabına yarandı. Lakin qender və 

feminizm – heç də  bərabərhüquqlu anlayışlar deyil. Feminizm haqqında daha aydın təsəvvürə malik 

olmaq üçün bu anlayışı daha yaxından öyrənmək lazımdır.  

Feminizm (ingiliscə-feminism) sözü latın sözü femina (qadın)  əsasında yaradılıb və ilk dəfə olaraq 

XIX əsrin sonunda istifadə olunmağa başlandı. Hal-hazırda onun müxtəlif tərifləri var. Bəzən, qadınların 

azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi başa düşülür. O vaxt 

isə onu daha geniş  mənada götürürlər. Cinslərin hüquqi bərabərliyi haqqındakı  təsəvvürlərə  əsaslanan 

qadın hüquqlarının müdafiəsi işində aparılan fəaliyyət kimi. 

Feminizmin inkişafında bir sıra mərhələlər var:  



Birinci mərhələ – XIX  əsr-XX  əsrin birinci yarısı. Burada cinslərin hüquqi bərabərliyi uğrunda 

mübarizə aparılır. XX əsrin ortalarından feminizmin inkişafının  ikinci mərhələsi  başlanır – qadın və 

kişilərin həqiqi bərabərliyi uğrunda mübarizə mərhələsi.  

Feminizmin üçüncü mərhələsi – postmodernizm feminizmi adlanır (post-feminizm). Burada subyekt 

anlayışı bütünlüklə aradan qaldırılır.  

Feminizmin inkişaf tarixinə müraciət edək. 

Qadınlara kişilərlə  bərabər seçki hüquqlarının verilməsi uğrunda qadın hərəkatı – «sufrajizm» – 

İngiltərədə XIX əsrin ikinci yarıçında yaranıb. Sufrajizsm iki, sağ  və sol qollarına ayrılır. Sağ qolda, 

birləşən liberal hərəkatın nümayəndələri mübarizəni konstitusion üsullarla aparılmasının tərəfdarları 

kimi çıxış edirdilər. Sol – radikal Britaniya sufrajizmin «Militant» adlanan nümayəndələri sağ qolunun 

sufraistlərindən yalnız taktikası ilə  fərqlənirdilər. Onlar əzmli, qeyrikonstitusion vasitələrdən istifadə 

edirdilər. Liberal və radikalların seçki mitinqlərini pozmağa çalışır, ictimai yerlərdə nümayişləri təşkil 

edir, icazəsiz paradlar və yürüşləri keçirirdilər. Hər iki qolun nümayəndələri hesab edirdilər ki, seçki 

hüququna yalnız seçkilərdən keçmiş qadınlar malik ola bilərlər. Feminizm hərəkatı aşağı siniflərin qadın 

nümayəndələrini demək olar ki, əhatə etmirdi.  

Qeyd edildiyi kimi, XX əsrin ortalarından başlayaraq, feminizmin inkişafının  ikinci mərhələsi 

başlayır. Onun xüsusiyyəti ondadır ki, burada qadın və kişilərin həqiqi bərabərliyi uğrunda mübarizə 

Qərbdə, xüsusilə ABŞ-da 70-ci illərin ortaları  və sonunda kütləvi hal aldı  və özünü müxtəlif çoxsaylı 

aksiyalarda, bir sıra təşkilatların və çoxlu, nisbətən balaca, qeryi-formal, lidersiz qrupların və  ənənəvi 

anlamda nəzəri strategiyanın yaradılmasında ifadə etdi.  



Postmodernizm feminizmin tərəfdarları, yuxarıda qeyd etdiyimiz kimi, subyekt anlayışını 

bütövlükdə  rədd edirlər. Onlar, dəqiq müəyyən edilmiş keyfiyyətlərə  mənsub olan sabit, universal 

subyektin özünü belə  tənqid edirlər. Nəticədə feminizmin nəzəriyyəçi və praktiklər (icraçılar) arasında 

ziddiyyətlər artır. Feminizm təəssübkeşlərinə, uğurlu siyasi fəaliyyət naminə, maraqlarını müdafiə edə 

biləcək konkret bir subyekt lazım idi (onun irqindən və yaxud qrupundan asılı olmayaraq). 

Razılaşaq ki, feminizm ideyaları ictimai psixologiyaya çox böyük təsir göstərir. Bu təsir altına 

düşənlərin sayı artdıqca, onlar qadınların öz hüquq bərabərliyi uğrunda mübarizədə – həm onlara 

təəssübkeşlik edir, həm də müəyyən dərəcədə köməklik edirlər. Bir çoxu qadının cəmiyyətdə roluna yeni 

nəzər salır, öz ailə üzvlərinə münasibətini dəyişdirirlər.  

Təqribən XX əsrin 60-70-ci illəri dövründə feminizm ideyaların təsiri altında elmi biliklər sistemində 

yeni bir cərəyan – feminizm tədqiqatları meydana gəldi. Butövlükdə bu tədqiqatlar, humanitar elmlərin 

bütün sahələrinə toxunaraq, ənənəvi intellektual və mədəni təsəvvürlərin tənqidi təhlili halını aldı. Belə 

tənqidin nəticəsində  ənənəvi təsəvvürlərin arxalandığı bir sıra təsəvvrlər – «subyekt-obyekt», «insan-

təbiət», «kişililik», «qadınlılıq», «mən» – «qeryi-mən» yenidən öyrənilib və  nəzərdən keçirilib; nəticədə, 

əvvəlki yanaşmalar həddlərində mümkün olmayan yeni tədqiqat perspektivli tədqiqatçıların qarşısında 

açıldı. Qeyd edilməlidir ki, feminizm tədqiqatları, tədqiqat prosesində siyasiləşməni ifrat dərəcəsinə 

çatdırdılar. Feminizm tədqiqatlarına xas olan tənqidi mövqe onları digər, sonradan formalaşan qadın, bir 

də qender tədqiqatlarından fərqləndirir. 



Qadın tədqiqatları  (Women’s studies) - qender tədqiqatların ilk mərhələsidir. Yuxarıda qeyd 

etdiyimiz kimi, XX əsrin 70-ci illərində humanitar elmlərdə «qadın mövzusu»na maraq xeyli artmışdı. Bu 

da onunla izah olunmuşdu ki, XX əsrin ikinci yarısında feminizm hərəkatında bir sıra dəyişikliklər baş 

verdi, nəticədə cinslərin münasibətlərin nəzəri təhlili zərurəti meydana gəldi (XIX əsr və hərəkatın birinci 

mərhələsi ilə nisbətdə). 



Artıq bir çox ölkələrin qanunlarında öz əksini tapmış hüquq bərabərliyi uğrunda mübarizəni onlar, 

qadınlar üçün imkanlar bərabərliyi mübarizəsi ilə  əvəz etdilər, «bərabərlik feminizmi» «fərqlər 

feminizmi» ilə əvəz olundu, qadınların sosial təcrübəsinin «xüsusi»liyinin qəbul olunması tələbi ilə əvəz 

olundu. XX əsrin 60-cı illərin feminizm nümayəndələri, azad, müstəqil qadın şəxsiyətinin yetişdirilməsi 

məqsədini özü üçün başlıca olduğunu bildiriblər. Onların mövqeyi çoxlu mübahisələrə  səbəb oldu; və 

nəticədə «qadın mövzusu»nun tədqiqinə bir çox digər elmlərin nümayəndələri – genetiklər, psixoloqlar, 

antropoloqlar, etnoloqlar, filosoflar, tarixçilər, sosioloqlar, filoloqlar – cəlb edildi.  

Qeyd olunmalıdır ki, bu tədqiqatları əsasən feminizm mövqeyində duran qadın-alimlər aparırdılar. 

XX əsrin 70-ci illərində bu cür tədqiqatlar müxtəlif sərlövhə ilə aparılırdı: - «qadın tədqiqatları» («Female 

Studies») adı, feminizm nümayəndələri, problemin bioloji tərəfinə yönümlü olmasına işarə verdiyi kimi 

qiymətləndirilirdi: 

-  «feminizm tədqiqatları («Feminist studies») adı bir çox tədqiqatçılar tərəfinən ideologiyalaşdırılmış 

olduğu kimi qiymətləndirildi (yeni cərəyanı qəbul edənlər sırasında feminist adını daşımaq arzusunda 

olmayanlar da var idi). 

-  «qadınların öyrənilməsi («Women’s Studies») – belə ad siyasi cəhətdən bir o qədər mədəni sayıla 

bilməzdi, çünki qadın və yaxud qadınlar tədqiqat predmeti olduğu hala, onların obyektliyini» 

qabartmaq olmaz. 

-  «qadın tədqiqatları («Women’s Studies»). 

-  «qadın mövzusu»nda yazılan hər hansı bir problemin tədqiqi (özü də daha çox məhz qadınlar 

tərəfindən) belə bir ad altında aparılırdı. 

Belə terminoloji müxtəliflik elmdə yeni bir yanaşmanın meydana gəlməsini təsdiqləyir. Bununla belə, 

bunların məna baxımından bir-birilə çox yaxın olması heç də onların eyniliyini təsdiqləmir. Alimlər 

arasında belə prinsipial məsələlər çox zaman mübahisələr doğurur. Həm də  nəzərə almaq lazımdır ki, 

«qadın problemlərin tədqiqatları» – «qadın tədqiqatları» – «qender tədqiqatları» ifadələri haqqında bəhs 

edilən problemin inkişafında müəyyən təkamülü olmasına işarə verir.  

Tez-tez «qadın tədqiqatları», «qadınlar haqqında tədqiqatlar» kimi ifadələr sinonim və yaxud 

bərabərhüquqlu qiymətləndirildiyinə görə, onların istifadəsində müəyyən dolaşıqlıq yaranır. Lakin, 

Renata Xofun ədalətli etirafına görə, «qadın tədqiqatlar», «qadın haqqındakı  tədqiqatlar»dan fərqi 

ondadır ki, birinciyə qadının həyati təcrübəsi daxil edilir, nəticədə həm sübut olunma yolları dəyişdirilir, 

həm də elmi maraqlar formalaşdırılır».

1

  

Feminizm tədqiqatlarından fərqli olaraq, qadın, eynilə qender tədqiqatları özündə ideoloji yükü 



qabarıq  şəkildə daşımırlar. Belə düşünmək olar ki, qadın tədqiqatların məqsədi – qender problemlərin 

düşünülməsi səviyyəsini qaldırmaq, onları institut və ali məktəblərin humanitar şöbələrin tədrisi 

prosesinin tərkib hissəsi etməkdir.  

Müasir qender tədqiqatların nəzəri mənbələri – Avropa fəlsəfəsi fikrinin əldə ediyi nailiyyətləridir. 

İlk növbədə – Platon, Aristoteli, İ.Kant, G.Hegel, Z.Freyd və digər tədqiqatçıları əsərlərində cinsi fərqlərin 

mahiyyəti və rolu haqqındakı fikirlərini qeyd etmək lazımdır. Qender bərabərliyi nəzəriyyəsinin əsasında 

liberal fəlsəfənin maarifçi konsepsiyaları və insan hüququ nəzəriyyəsi (C.Lokk, J.J.Russo) durur. Qender 

nəzəriyyələrin yaranmasının sosial şərtləri – şübhəsiz, qadınların ictimai istehsala cəlb edilməsi, qadın 

hərəkatının fəallaşması, qadınların feminizm düşüncəsinin artmasıdır.  

Qərbdə qadın və qender tədqiqatları tarixi şərti olaraq dörd dövrə bölünür.:

 2

 

ABŞ-da qadın tədqiqatların inkişafının  ilk mərhələsi (XX əsrin 60-cı illərin sonu – 70-ci illər) yeni 



akademik elm sahəsinin yaradılması üzrə səyylərlə səciyyəvidir.  

Qadın probleminin öyrənilməsi ilk əvvəl  ənənəvi akademik fənnlər olan ədəbiyyat, tarix, fəlsəfə, 

sosiologiya və psixologiya həddlərində aparılıb. Tarixçilər,  ədalət naminə  mədəniyyətin inkişafına öz 

töhfəsini gətirən qadınları tarixi yaddaşa qaytarır, ədəbiyyatçılar qadın-yazıçıların dil üslubu və obrazlar 

aləmini öyrənir, pedaqogikanın tədqiqatçıları – oğlan və  qızların tərbiyəsi xüsusiyyətləri məsələsini 

qaldırır, psixoloqlar, vaxtilə məşhur, lakin sonradan unudulmuş qadın psixologiyası üzrə klassik əsərlərə 

                                                 

1

 Хоф Р. Возникновение и развитие гендерных исследований. Пол, гендер, культура. Пер. с нем./*Под ред. Э.Шоре и 



К. Хайдер. - М., РГГУ, 1999, с.27-28. 

2

 Bystydzienski J. M. Women's Studies Programs in the United States: History and Current Issues. Iowa State University, 



1999. 


müraciət edir, sosioloqlar qadın və kişilərin sosial rolları müxtəlifliyi, buradan irəli gələn demoqrafik 

problemlərini qeyd edirdilər.  

90-cı llərin əvvəllərində qadın tədqiqatlarında ikinci mərhələ başlandı. Bu zaman qadın tədqiqatları 

ABŞ-nın ali təhsil sisteminə  tətbiq edilib. Qadın tədqiqatların sahələrarası xarakteri, sanki bu fənnin 

özünəməxsusluğunu  şübhə altına alır, onun ənənəvi tədqiqat sahələri ilə inteqrasiya olunmasına işarə 

verir. Nəticədə qadın psixologiyası, qadın tarixi, qadın ədəbiyyatı meydana gəldi. Bununla belə, çox alim 

hesab edirdi ki, qadın tədqiqatları mövcud fənlərin daxilində qadınlar haqqında adi bir bölmə kimi çıxış 

etmək yox, müstəqil elm olmaq hüququnu qazanır. 

Qadın tədqiqatların inkişafının  üçünsü mərhələsi  80-ci illərə  təsadüf edir. bu zaman yeni jurnallar 

yaradılır, ali məktəblərdə «rəngli» qadınlar üçün layihələr və  şəbəkə proqramları maliyyələşdirilir, 

konfranslar və yay məktəbləri keçirilir. Qeyd olunmalıdır ki, məhz bu dövrdə elmdə bütün cinslə bağlı 

tədqiqatları, onların məzmunu və  nəzəri  əsaslarından asılı olmayaraq, qender adı ilə tanınmağa 

başladılar.  

XX  əsrin 90-cı illəri qlobal infrastrukturun inkişafı  və qadınların beynəlxalq problemlərinə diqqətin 

artması ilə xarakterizə olunur. Məhz bu dövr qadın tədqiqatların dördüncü mərhələ kimi tanınır. Qərbi 

Avropa, Asiya, Yaxın  Şərq və Latın Amerika ölkələrində qadın və qender problemləri üzrə  tədris 

proqramları və tədqiqat layihələrin inkişafı nəticəsində alim və müəllimlər arasında məlumat, təcrübə və 

imkanların (resursların) mübadiləsi fəal xarakter aldı. Qadın təşkilatların köməyi ilə müntəzəm xarakterli 

yay məktəbləri təşkil olunur, konfranslar və konqresslər keçirilirdi. Üçüncü dünya və müstəmləkəçilikdə 

azad olmuş ölkələrində bu mövzuda nəşrlərin artması ilə əlaqədar, tədris proqramları geniş vüsət aldı. 

Onlar diqqəti siyasət, sosial-iqtisadi inkişaf, silahlanma, qüvvələrin və  nəsillərin bərpası hüququ, 

qaçqınlar, əmək və ailə problemləri üzərində cəmləndirmişdilər. 

80-90-cı illərdə qadın və qender tədqiqatları Avropada da geniş yayılmağa başlayır. Burada qender 

mahiyyətli müstəqil kafedralar açılır, elmi-tədqiqat birliklər yaradılır. Padərşahlığın, ona xas olan təzyiq 

və diskriminasiyanın (qadınlara, seksual azlıqlara qarşı) təhlilindən 80-ci illərin qenderoloları, qender 

sistemlərin təhlilinə keçirlər, bu zaman qender ölçüsündə götürülmüş  mədəniyyət və sosial həyatın 

müxtəlif tərəfləri təhlil olunurdu. Qenderin yeni təlimində, qenderi artıq, müstəsna olaraq, yalnız qadın 

həyatı ilə  əlaqələndirmək fikrindən uzaqlaşmışdılar. Qender dedikdə, cəmiyyətin cinsi əlamətə görə 

bölünməsinə əsaslananan münasibətləri nəzərdə tuturdular.  

Qadın tədqiqatlarından söhbət düşəndə, məntiqi olaraq belə bir sual meydana çıxır: «SSRİ-də qadın 

tədqiqatları olubmu? Bir yandan da soruşmaq olar ki, bəs 70 ildən artıq bir dövrdə qadın azadlığı 

haqqında xüsusi mövqedə olan bir dövlətdə qadın tədqiqatların məzmunu nə ola bilərdi?»  

Şübhəsiz, sosializm dövründə qadın problemlərindən kifayət qədər tədqiqat aparılıb: qadınların 

rekroduktiv davranışı ilə bağlı, analıq və  məşğulluğun nisbəti,  əmək  şəraiti üzrə  və s. Lakin bizə belə 

gəlir ki, belə  tədqiqatlar qadın tədqiqatları adlandırıla bilməz; sonuncular enyi zamanda həm tədqiqat, 

həm təlim-tədris xarakterlidir, burada biodeterminizm (təbiinin üstünlüyü) mövqeyindən kişi və 

qadınları  cəmiyyətdə  fərqləndirilməsi ideyası  rədd edilir, qadın problemlərin öyrənilməsində xüsusi 

fəndlər yox, sosial həyatın bütün sahələri kompleksli qender yanaşılması istifadə edilir; funksional 

paradiqma (yanaşma) həddlərində inkişaf edən  ənənəvi metodologiyası, metod və  nəticələrinin 

məhdudluğu göstərilir.  

Son zamanlar qender tədqiqatları humanitar biliyin inkişafının nüfuz qazanmış bir istiqamət kimi 

nəinki ABŞ  və  Qərbi Avropa, həmçinin də Afrika, Asiya, Şərqi Avropa ölkələrində  qəbul olunmuşdur. 

Bu, beynəlxalq  əhəmiyyət kəsb edən qadın problemlərinə diqqətin artması ilə bağlıdır. Yüzlərlə 

dinləyicilər yay və  qış «məktəb»lərinə  yığılır, qadın təşkilatların köməyi ilə konfrans və konqreslər 

keçirirlə.  

Postsovet məkanında qender artıq 90-cı illərdə inkişaf etməyə başladı. Qeyd etmək lazımdır ki, 

Azərbaycanda qender tədqiqatları  10 ildir ki, aparılır. Bizim ölkədə siyasi durum siyasi şüurluluğun 

mədəniyyətli artırılması  zərurəti var, bununla əlaqədar respublikamızın təhsil sisteminə qender 

tədqiqatların tətbiqi çox vacibdir.  

Azərbaycan,  əlverişli geosiyasi mövqeyi, təbii sərvətlərinə görə  həmişə daha güclü dövlətlər 

tərəfindən təzyiqlərə  məruz qalıb. Bu səbəbdən Azərbaycanda qender tədqiqatları milli, irqi və 

kulturoloji səviyyələrdə geniş ümumiləşdirmələr halı alır.  




Azərbaycanda qender problemlərinin tədqiqatçıları, qenderin adicə qadın hüquqdlarının uğrunda 

mübarizə yox, daxilində ümumbəşəri dəyərlərin təcəssüm olunmuş ahəngdar, bütöv bir cəmiyyətin 

yaradılması  uğrunda mübarizənin olması ideyasını  rəhbər tutaraq, bu sahədə  qərb tədqiqatçıların 

təcrübəsini nəzərə alırlar. Aydındır ki, qender tədqiqatları inkişaf etdirmək işi «sırf» akademik, yəni elmi-

nəzəri xarakter daşıya bilməzdi. Hər hansı bir nailiyyəti  əldə etmək üçün xüsusi, tədqiqatla, təhsillə, 

təsisat və təşkilatlar və ictimaiyyətlə bağlı fəaliyyəti birləşdirən strategiyanı işləyib hazırlamaq lazım idi.  

Qeyd olunmalıdır ki, Azərbaycan xalqının mədəniyyətində tarixi keçmişimiz xüsusi iz qoymuş və bir 

sıra, öz əksini mənəvi, sosial, siyasi və iqtisadi həyat fəaliyyəti sahələrində tapmış sabit stereotiplərində 

tapmışdır.  

Azərbaycanda qender münasibətlərinin inkişafı  cəmiyyətdə qadın və kişilərin fərqli sosio-mədəni 

rolları ilə  səciyyələnir. Onlar, Azərbaycana mədəni təsiri və tarixi hadisələrin dinamikası ilə müəyyən 

edilir. Azərbaycan üçün qender tədqiqatların vacibliyi həm də onunla bağlıdır ki, son beş ildə burada 

mühüm dəyişikliklər baş verdi. Dövlətimiz müstəqillik  əldə etdi, sosial-siyasi quruluşda dəyişiklik baş 

verdi, nəticədə cəmiyyətin sosial strukturu, onun sosial oriyentirlərində bir sıra yeniliklər əmələ gəldi.  

Azərbaycanda qender yönümlü tədqiqatların inkişafı  işində BMT-nin «Qender inkişafda» adlı 

şöbəsinin böyük rolu qeyd olunmalıdır. 1998-ci ildə «Qender: qadın probleminin yeni mərhələsi» adlı ilk 

respublika konfransı keçirilib. Bu konfransın işində geniş ictimaiyyət, çoxsaylı qadın təşkilatların 

nümayəndələri, qadın-deputatlar iştirak edib. 

Son illər  ərzində qender üzrə çoxsaylı yazılar, monoqrafiyalar çap olunub. Bütün bunlar o faktı 

təsdiqləyir ki, Azərbaycanda qender tədqiqatların özünəməxsus istiqaməti formalaşır və burada 

respublikanın bu sahədə inkişaf xüsusiyyətləri nəzərə alınır. 

Hal-hazırda Azərbaycanda BMT-ni «Qender inkişafda» proqramı yekunlaşdırılıb. Bu proqramın 

əsasında respublikanın  16 rayonunda İcra Hakimiyyəti orqanları  nəzdində  fəaliyyət göstərən qender 

şöbələri yaradılıb, daha sonra Azərbaycan Respublikasının qadınlarla iş üzrə Dövlət komitəsi, bir sıra 

nazirlik və idarələrin nəzdində qender şöbələri açılıb. Bununla yanaşı, BMT-nin Jənubi Qafqazda 

münaqişələrin həlli və sülh quruculuğunda qadınların rolu» adlı proqram həyata keçirilir.  

Respublikamızda Qərb Universitetin nəzdində  fəaliyyət göstərən Qender Tədqiqatları  Mərkəzi 

böyük işlər görür. Tədqiqatlar Mərkəzi böyük işlər görür. Bu Mərkəzin tədqiqatçıları tərəfindən 16 sosial 

və humanitar fənnlər üzrə, Azərbaycan Respublikası  Təhsil Nazirliyi, bir də Azərbaycan Respublikası 

Təhsil problemləri institutu tərəfindən təsdiq edilmiş  təhsil proqramları  işləyib hazırlanmışdır. Tədris 

proqramları əsasında mühazirə mətnləri hazırlanıb təsdiq olunub, bundan əlavə olaraq, «Qender: Tarix. 

Jəmiyyət. Mədəniyyət» adlı  məcmuə hazırlanmışdır; burada doqquz fənn üzrə mühazirə  mətnləri dərc 

edilib. Ali məktəb müəllimləri üçnü trenninqlər 5 modul üzrə keçirilib: politologiya və tarix, fəlsəfə  və 

kulturologiya, psixologiya və sosiologiya, iqtisad nəzəriyyəsi və  əhali məşğulluğu, hüquq. Öz fəaliyyət 

dövründə Mərkəz üç elmi-praktik konfrans keçirib: «Sosial və humanitar fənnlərlə qender nəzəriyyəsinin 

inteqrasiyası», «Ali təhsil sistemində qender tədrisinin nəzəri-metodoloji aspektləri», «Müasir sosial-

siyasi dəyişikliklər konmətnində qender təhsilinin inkişafı».  

Beləliklə, qender, elmdə nisbətən yeni anlayış olaraq, öz inkişafı  və formalaşması  mərhələsini 

yaşayır. Qenderin təhlili göstərir ki, elmi sahədə nəinki cinsin öyrənilməsində, həm də bütövlükdə sosial-

humanitar biliklər sistemində prinsipcə yeni elmi paradiqma yaranıb. Qender nəzəriyyəsinin yaradılması 

humanitar elmlərin inteqrasiya nümunəsinə çevrilib. Sosioloq və psixoloqlar, tarixçi və filosoflar, 

ədəbiyyatçı  və dilçilər qender problemlərinin təhlilinə müraciət edir, hər biri də burada özünəməxsus 

fəaliyyət sahəsini tapır.  

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 



 

1. «Qender» 

anlayışı və onun yaranmasının elmi şərtləri. 

2. Qender 

tədqiqatlarının əsas anlayışları. 

3. «Feminizm tədqiqatları», «qadın tədqiqatları», «qender tədqiqatları» anlayışları  və onların 

ətrafında elmi diskussiya. 

4. Qenderin 

əsas inkişaf istiqamətləri.  

5. Azərbaycanda qender. 

 



 

İş üsulları - aşağıda adları çəkilən anlayışların slaydları 

 

SLAYDLARIN MƏTNLƏRİ 



 

Feminizm və qender nəzəriyyəsinin 

əsas anlayış və terminləri 

 

Qender (gender) 

1. (ümumi mənası) – anatomik baxımdan kişi və qadın arasındakı cinsi fərq. 2.(sosioloji mənası) çox 

zaman cinsi fərqə  əsaslanan, lakin mütləq onunla üst-üstə düşməyən sosial bölqü. Beləliklə, terminin 

sosioloji və ümumişlək istifadəsi bir-birindən fərqli ola bilər. 

Sosioloqlar və sosial psixoloqlar təsdiq edir ki, cins bioloji xarakteristikaya aiddir və buna müvafiq 

olaraq insanlar «kişi», «qadın» və çox hallarda «hermafrodit» (hər iki cinsin xarakteristikası daxilən, 

yaxud açıqcasına birləşmiş olanda) kateqoriyalarına, qender isə – insanları «kişi», «qadın» yaxud 

«hermafrodit» (hər iki qenderin xarakteristikası bilərəkdən yaxud bilməyərəkdən birləşmiş olanda) 

kateqoriyalarına ayıran sosial-psixoloji və sosial atributlara bölünür. Bir çox sosioloqların fikrincə, 

sosioloji diskursda qender o zaman tətbiq olunmalıdır ki, söhbət kimlərin kişilərə, kimlərin isə qadınlara 

aid olması ilə bağlı  cəmiyyətdə sosial yaranmış bölümdən getsin. «Kişi» və «qadın» terminləri onlar, 

həmçinin oğlan və  qızlar arasındakı bioloji fərqlərlə  şərtlənən termin olduğu üçün, «kişi» və «qadın» 

bölümü mədəniyyətin formalaşdırdığı  əxlaqa və, sosial olaraq cinslərə müvafiq hesab olunan 

temperament növlərinə aiddir. Bu xüsusiyyətlər mürəkkəb və uzunmüddətli sosializasiya prosesinin 

köməyi ilə öyrənilir. 

Antropoloqlar (məsələn, Marqaret Mid), psixoloq və sosioloqlar qeyd edirdi ki, qender bioloji 

olaraq yox, sosial olaraq, mədəniyyətin vasitəsi ilə müəyyən edilir, mədəniyyətcə  və tarixən nisbidir. 

Tarixi dəyişmələr obyekti olaraq, onun əhəmiyyəti,  şərhi və ifadəsi, həm mədəniyyətin daxilində, həm 

mədəniyyətlər arasında dəyişir. Sosial amillər – sinif, yaş, irq və etnos da qenderin xüsusi əhəmiyyətini, 

ifadə və təcrübəsini yaradır və o fakt xüsusi qeyd olunur ki, hansısa bir bəsitləşdirilmiş üsulla onu cins və 

ya seksuallıqla bərabərləşdirmək olmaz. 



COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

M., «AST», 1999. T.1. s. 109-110 

 

Qender ideologiyası (gender ideology) 

- elə bir ideyalar sistemidir ki, onun vasitəsi ilə qender fərqləri və qender stratifikasiyası - o 

cümlədən «təbii» fərqlər və qeyri-adi əqidə nöqteyi-nəzərindən də - sosial bəraət qazanır. Stenli (1974) 

«sağlam mühakimə» ideologiyası  tətbiq etməklə qender fərqlərinə qeyri-tənqidi bir yanaşma 

iddiasında idi. 

COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

M., «AST», 1999. T.1. s.109- 110. 

 

Qender təbəqələşməsi (gender differentiation) 

- kişi və qadın arasındakı bioloji fərqlərin sosial əhəmiyyət kəsb etməsi və sosial təsnifat vasitəsi 

kimi istifadə olunması prosesidir. Bəzi mədəniyyətlərdə cinslər arasındakı bioloji fərq  şişirdilə, 

başqalarında isə kiçildilə bilər və beləliklə  də ayrılmaz bir əlamət yaxud universal əhəmiyyət hesab 

olunmamalıdır. 

Yenə orada, s.109-110 

 

Qender rolu (gender role) 

- qenderi əhatə edən anlayışlardan doğan sosial gözləmələr, həmçinin nitq, manera, geyim və 

cestlərlə ifadə olunmuş davranışdır. Belə hesab olunur ki, kişi və qadın ideyaları bir-birini istisna edir, 

bəzi cəmiyyətlərdə isə rol davranışı qütbləşir: passivlik – qadın roluna, aktivlik – kişi roluna çevrilir. 

Qender rolları ilə bağlı olan davranışa aid deyilənlər kişi və qadın  əməyinin mövcudluğunda özünü 

daha qabarıq əks etdirir. 




Yenə orada, s. 112. 

 

Qender stratifikasiyası (gender stratifijation) 

- onun vasitəsi ilə qender - sosial stratifikasiyasının  əsasına, qenderlər arasında qəbul olunmuş 

fərqlərin isə, sistematik olaraq, qiymətləndirilən və qiyməti verilmiş  fərqə çevrilməsi prosesidir. Belə 

stratifikasiya çox zaman təhrif olunurdu və o, sosial-sinfi yaxud etnik stratifikasiyaya tabe etdirilirdi. 

Lakin bunun, qadın cinsinə aid olan insanların kişilərlə müqayisədə daha aşağı qiymətləndirildiyini və 

mükafatlandırıldığını əks etdirən sistem olması, feminizmin təsirinə məruz qalan sosioloqlar tərəfindən 

xüsusi qeyd olunurdu. Məsələn, feminist sosioloqlar, qadınların müasir və tarixi istismarını  dərk və 

təhlil etmək üçün patriarxat termini tətbiq etməyə başladılar.  



Yenə orada, s. 112. 

 

Qender tədqiqatları 

- sosial tranformasiyalar və hökmranlıq sistemlərinin təhlili üçün qender yanaşmasının evristik 

imkanlarını reallaşdıran fənlərarası tədqiqat praktikasıdır. XX əsrin sonunda fəlsəfi və ümumhumanitar 

fikirdə cinslərarası  əlaqəyə  və qadın məsələsi deyilən problemə yeni baxış  tətbiq edildi. Cinsin 

sosiallaşması mexanizmləri, artıq hakimiyyət diskursu mexanizmləri olaraq, tam aydın üzə  çıxarıldı. 

Sosiumun  ən aktual problemləri – hakimiyyət, zorakılıq, özünüanlam və  şəxsiyyət azadlığı 

postsənayeləşmiş  cəmiyyətdə  fərdin cinsi eyniləşmə  və müvafiq sosial rolları problemi kimi qarşıya 

qoyuldu.  İnsan mahiyyəti problemi, insan mövcudluğunun məna və  gərəkliyi, məkan və zamanı kimi 

əsas fəlsəfi məsələlər qender ölçüsünə çevrildi. Həmin müddəanın dərki isə bütün dünyada geniş yayılan 

qender tədqiqatlarında öz əksini tapdı. 

Fərq nəzəriyyəsinin qəbul olunması, qender tədqiqatlarında fənnlərarası prinsip barəsində daha 

böyük əsasla söz deməyə imkan verdi. Fənnlərarası prinsip həm konkret problemlərin tədqiqi səviyyəsi 

üçün, həm də bütövlükdə ictimai inkişafın qender assimmetriyasının  əsaslandırılması  səviyyəsi üçün 

səciyyəvidir. Qender tədqiqatları ilə  əhatə olunmuş elmlərin çevrəsi olduqca genişdir: fəlsəfə, 

sosiologiya, iqtisadiyyat, demoqrafiya, tarix, antropologiya, psixologiya, politologiya, filologiya və 

sosiolinqvistika, semiotika, etnoqrafiya, kulturologiya və s. 

Sovremennıy filosofskiy slovarğ. 

Panprint. 1998.s. 180-183 

 

Cinsi əlamətə görə diskriminasiya (sex disjrimination) 

- bir cinsə, digəri ilə müqayisədə üstünlüyün verilməsi praktikasıdır. Jəmiyyətlərin çoxunda bu, 

qadınların zərərinə, kişilər üçün əlverişli olan diskriminasiya kimi nəzərdən keçirilir. 

Patriarxal münasibətlərin səciyyəvi olduğu cəmiyyyətdə qadın, bir qayda olaraq, sosial həyatın 

bütün sahələrində, yəni sosial fəaliyyətin xüsusi və ictimai sahələrində sistematik olaraq 

diskriminasiyaya məruz qalır. 

 COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

 M., «AST», 1999. T.1. s. 183 

 

 

Feminizm (feminism) 

1. Qadının qlobal surətdə istismarı  və kişiyə tabe edilməsinin xarakteri ilə bağlı olan bütöv bir 

nəzəriyyədir. 2. Bütün qadınları kişilərin üstünlüyündən və istismardan azad etməyə can atan 

sosiosiyasi nəzəriyyə  və praktikadır. 3. Qender-sinfi sistem ilə strateji konfrontasiyadan ibarət sosial 

hərəkatdır. 4. Qadına nifrət ideologiyası  və davranışı ilə dialektik ziddiyyət təşkil edən hər hansı 

ideologiyadır.  



COLLINS. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. 

M., «AST», 1999. T.2. s. 386-388. 

 

TƏHLİL ÜÇÜN MƏTN 

 


Simona de Bovuar birincilər sırasında mədəniyyətdə qadınlılıq fenomeni nəzəri cəhətdən təhlil 

etməyə cəhd göstərmişdir. O qeyd edirdi ki, maskulinlik həmişə müsbət mədəni normalar, femininlik isə 

– onlardan kənar çıxması kimi yozulurdu. Belə halı  qəbul etməyənlər, qadılılığın (subyektin) təbiətinə, 

mədəniyytədə qadınların hüquqlarının sıxışdırılmasının səbəblərinə yenidən baxmalı oldular. Simona de 

Bobuarın «İkinci cins» (1949) əsəri feminizmin yaranmasında həlledici rol oynamışdır. 

 

Simona de Bovuar 



İKİNCİ CİNS 

 

«…» Bəs qadın nədir axı? 



Problemin qoyuşulu belə  mənə cavabı bildirir. Artıq, bu problemin qoyuluşu belə  əlamətdar bir 

haldır. Kişinin ağlına gələ bilməzdi ki, insan nəslində kişi nümayəndələrinin tutduqları xüsusi mövqedən 

kitab yazsınlar. Mən özümə belə  tərif verməli olsam, onda «mən-qadınam» ifadəsini işlətməyə 

məcburam. Bu həqiqətin üzərində bütün digər, istənilən mühakimələr qurulur. Kişilər heç vaxt öz 

mühakiməsini, öz cinsi mənsubiyyətini qeyd etməklə başlamaz: onun kişi olduğu fakt danılmazdır. 

Yalnız formalizm naminə icra hakimiyyətinin qeydiyyat jurnallarında, «kişi» və «qadın» sərlövhələri 

simmetriyalı görünür. İki cinsin münasibətləri iki elektrik cərəyanın və yaxud qütblərin münasibətlərinə 

uyğun deyil: bildirirlər ki, hətta fransız sözü «Les hommes» eyni zamanda həm «kişi», həm də «adam» 

mənasını daşıyır (burada latın sözü «homo»nun xüsusi mənası «vir» sözünün mənasına qovuşub). Qadın 

özündə  mənfi başlanğıcı o dərəcədə  təcəssüm edir ki, onun istənilən keyfiyyəti məhdud, müsbətə keçə 

bilməyəcək bir mövhum kimi qiymətləndirilir. Diskussiya zamanı kişilərdən kimsə  mənə deyəndə ki, 

«Siz qadın olduğunuz üçün belə düşünürsünüz», mən hiddətlənirdim. Mən bilirdim ki, özünü müdafiə 

etməyinin bircə  yolu  var:  deyirdim  ki, «bu,  doğru olduğu üçün, mən belə düşünürəm», bununla da öz 

subyektiv yanaşmanı  ləğv edirdim. Başqa bir cavab, məs., «Siz də, kişi olduğunuzdan belə 

düşünürsünüz» - heç ağlıma belə gələ bilməzdi: axı belə qayda var ki, kişi olmaq – xüsusi keyfiyyətlərsiz 

olmaq deməkdir. Kişi, kişi olaraq, həmişə haqlıdır, qadın isə haqlı olmaqdan məhrumdur. Qədim dövrdə 

mütləq şaquli ölçü var idi, ona nisbətdə mail müstəvini tapırdılar; cəmiyyətdə də mütləq insan tipi var – 

bu da kişidir. Qadınlarda yumurtalıq və analıq orqanları var – bu spesifik xüsusiyyətlər onun subyektiv 

aləmini müəyyən edir; bəziləri hşəvəslə  təkrarlayırlar ki, qadın öz vəzləri ilə düşünür. Kişi isə vüqarla 

unudur ki, onun da anatomiyasında hormonlar və toxumluqlar var. O, öz bədənini dünya ilə normal, 

düz xətt  şəklində münasibət kimi təsəvvür edərək, onu, bütün obyektivliyi ilə qavrayı, qadın bədənini 

isə, onun özünəməxsusluğunu bildirən hər bir ifadəsi ilə  ağırlaşdırılır; bu – bir əngəl, dustaqxanadır. 

«Dişi heyvan ona görə dişidir ki, onda müəyyən keyfiyyətlər çatışmır». Aristotel belə deyəndən sonra 

əlavə edirdi ki, «qadının xasiyyəti, öz təbii qüsurlarından zərər çəkdiyini başa düşməliyik». Onun 

arxasınca müqəddəs Akvinalı Foma bildirirdi ki, qadın «baş tutmayan kişidir», səhvin üzündən  əmələ 

gəlmiş «məxluq»dur. Məhz Bossüenin sözlərinə görə, Adəmin «artıq sümüyündən» hazırlanmışdır. 

İnsan nəsli kişi cinsi tərəfindən yaradılıb, ona görə  də kişi qadını özü-özlüyündə yox, özünə nisbətdə 

olanı kimi qiymətləndirir. Mişle yazır ki, «qadın – nisbətdə götürülən bir varlıqdır». Jənab Benda öz 

«Urilel hekayəsi» əsərində belə yazır: beləliklə, «kişinin bədəni özü-özlüyünə, qadın bədəni ilə hər hansı 

bir  əlaqəsi olmadan, müəyyən məna kəsb edir; eyni zamanda sonuncu, görünür ki, kişi bədəni ilə 

əlaqələndirilmirsə, təsəvvür edilə bilməz. Kişi özünü qadınsız təsəvvür edir. Qadın isə özünü kişisiz 

təsəvvür edə bilmir». Qadın – yalnız kişinin müəyyən etdiyi qədərdir. Beləliklə, onu «cins» adlandıraraq, 

nəzərdə tuturlar ki, kişi gözündə o müəyyən bir cinsin mütləq mənada nümayəndəsidir. Qadın özünü 

müəyyən edəndə, özünü fərqləndirən kişi ilə özünü müqayisə edir, kişi isə  bunu  etmir;  qadın – 

əhəmiyyətlinin yanında əhəmiyyətsizdir. Kişi – Subyekt, kişi – Mütləqdir, o isə – Başqadır.  

Başqasının mahiyyəti, şüurun olduğu kimi, bünövrədən belə başqadır. Ən qədim mifologiyalarda 

həmişə Biri və digəri, yəni Başqasının dualizmini izləmək olar; bu bölgü lap əvvəllərdə cinslərin 

bölgüsünə göstəricisi olmamışdı, bu bölgü heç bir empirik göstəricilərdən asılı deyil. Bu nəticəyə biz, bir 

sıra  əsərlər – Çin fəlsəfəsinə  həsr edilmiş Qranenin, Hindistan və Roma haqqında – Dümezilin əsərləri 

üzrə gələ bilərik. Bir sıra nisbətlər Parı Varuna-Mitra, Uran-Zevs, Günəş-Ay, Gün-Gecə – əzəldən özündə 

heç bir qadın elementi nəzərdə tutmurdu., eynilə bunu Xeyir və  Şərin,  əlverişqli və  əlverişsiz 

prinsiplərinin, sol və sağın, Allah və Şeytanın qarşıdurması haqqında demək olar. «Başqa», digər – insan 




fikrinin  ən  əzəmətli kateqoriyalardan biridir. Heç bir kollektiv özünə «Nə isə» deməz, «Başqa»sını öz 

qarşısına gətirməsə «…». 

…Levi Stros, müxtəlif ibtidai cəmiyyətləri dərindən təhlil edərkən, belə bir qənaətə gəldi: «Təbitin 

qoynundan mədəniyyətin ağuşuna keçmək üçün insan qarşıdurmalar  şəklində düşünsün: dualizm, 

əvəzlənmə, qarşıdurma və simmetriya; dəxli yoxdur, onlar dürüst və ya qeyri-müəyyən şəkildədir, izah 

olunmasnıda ehtiyac duyan hadisə, yoxsa başqa sosial varlığın fundamental və bilavasitə verilən bir 

faktdır».  

İnsan varlığı yalnız həmrəylik və dostluğa əsaslanan mitsein-dən ibarət olsaydı, bu hadisələr bizim 

üçün qaranlıq olaraq qalardı.  Əksinə, çox şeylər o zaman aydın olur ki, Hegellə yanaşı, mənşəyini 

özündə  hər hansı bir digər məxluğa fundamental (əzəli) mahiyətli düşmənçiliyi aşkar edirsən; subyekt 

özünü yalnız qarşıdurma  şəraitində düşünə bilər; o, özünü əsaslı oduğunu təsdiqləyən zaman bütün 

digərlərini qeyriəsaslı obyekt olduğunu düşünür…  

Gələcək nəsillər ibtidai tayfaları heç düşündürmürdü. Müəyyən  ərazi1ə bağlı olmayan, heç bir 

əmlaka sahib durmayan, davamlı, stabil bir hala düşməyən qədim insanlar fasiləsizlik haqqında heç 

düşünmürdülər; onlar özünü keçmək qayğısına qalmır, öz gələcək nəsillərində özünü tanımaq 

iqtidarında deyildilər. Onlar ölümdən qorxmur, varislərdə ehtiyac duymurdular, uşaqlar onlar üçün var-

dövlət yox, bir yük idi. Buna sübut olaraq qeyd etmək lazımdır ki, köçəri xalqlarda uşağı öldürmək adəti 

geniş yayılmışdır, öldürülməyən körpələr natəmizlik və biganəlik üzündən məhv olurdu.  

Dünyaya uşağı  gətirən qadın yaradıcı  əzmindən uzaq idi; o, özünü qaranlıq qüvvələrin  əlində 

passiv bir oyuncaq kimi hiss edirdi; ağrılı doğuş isə  mənasız və  zəhlətökən bir hal idi. Sonrada uşağın 

dəyəri artdı. Bununla belə uşağı dünyaya gətirmək, onu əmizdirmək – fəaliyyət yox, təbii bir vəzifədir, 

bunlarda bir ideya yoxdur, qadın burada öz varlığının təkəbbürlə təsdiqləyə bilməz, o, öz bioloji taleyini 

passivcəsinə yaşayır. Analıq vəzifələrinə yalnız ev işi uyğun gəldiyinə görə, qadın özünü məhz bu 

sahəyə həsr edir, bu da təkrarlanan, immanent (daxili) bir dairədə qadını saxlayır; bu vəziyyət hər gün 

həmin qaydada təkrarlanır, əsrdən-əsrə, demək olar ki, dəyişilmədən keçir, qadın yeni olanın heç bir şeyi 

yaratmır.  

Kişilərdə  vəziyyət prinsipcə başqadır; kollektiv üçün qidanın axtarıb tapılması, arılarda olduğu 

kimi, adicə bir həyati proses yox, onun məxluqi vəziyyətini müəyyən edən hərəkətlər silsiləsidir.  

Homo faber əzəldən ixtiraçı olub: dəyənək, ağacla silahlanan əli ilə o ağacdan meyvələri salır, 

heyvanları öldürür, dünyanın fəth edilməsində imkanlarını genişləndirmək üçün bu adətlərdən istifadə 

edirdi; dənizin dibindən balığı axtarmazdan qabaq su səltənətini fəth etmək üçün o qayığı  ağac 

kötüyündən düzəltməli idi; dünyanın var-dövlətini  əldə etdiyi zaman o, dünyanın özünü də 

mənimmsəyirdi. Bu zaman o, özündə hökm etmək bacarığını  aşılayır: qarşısına məqsəd qoyaraq, ona 

doğru yolları layihələşdirir -, mövcud olan bir şəxs kimi özünü realizə edir.  

Həyatı qoruyub saxlamaq üçün o, onu yaradır; indinin həddlərini aşaraq, o, gələcəyi kəşf edir. 

Buna görə  də balıqçılıq və ovuçuluq səyahətləri dəbdəbəli bir adətə, ibadətə çevrilir. Onların 

müvəffəqiyyətlə bitməsi  şərəfinə  təntənəli bayramlar keçirilir, insan öh insaniliyini dərk edir. Belə  fəxr 

hissini insan indi də, bəndi, göydələni, nüvə reaktoru yaradaraq ifadə edir. O, yalnız indiki dünyanı 

qoruyub saxlamayıb – əmək vasitəsilə onun həddlərini genişləndirərək, yeni gələcəyin  əsaslarını 

yaratmış olurdu.  

Onun fəaliyyətində başqa, ən ali ehtirama layiq tərəf də var – o, bəzən olduqca təzlükəli olur. Qan, 

bir qida məhsulu olsaydı, onun dəyəri süddən artıq olmazdı, amma ovçu – qəssab deyil, vəhşi 

heyvanlarla mübarizə  həyat üçün təhlükəlidir. Öz qəbilə  və tayfasının nüfuzunu qaldırmaq üçün 

döyüşçü ölüm təhlükəsilə rastlaşır. Bu yolla o təntənəli surətdə sübut edir ki, həyat insan üçün ali dəyər 

yox, özündən daha əhəmiyyətli olan məqsədlərə qulluq edən bir vasitə rolunu ifadə etməlidir. Qadının 

üzərində asılıb qalan ən pis lənət – onun hərbi yürüşlərdə iştirak etməməsidir; insan heyvanlar üzərində, 

başqalara həyat verdiyinə görə yox, həyatın bahasına nəyəsə nail olduğuna görə yüksəlir; məhz buna 

görə insanlar həyat verən yox, öldürən cinsə üstünlük verirlər.  

Sirrin açarı elə burada tapılıb. Bioloji səviyyədə hər bir heyvan növü, özü-özünü yenidənquraraq, 

özünü müdafiə edə bilər, bu cür quruculuq – əslində  həyatın müxtəlif formalarda təkrarıdır.  İnsan isə 

Həyatın təkrarını öz Mövcudluğu, varlığı vasitəsilə həyatı düşünərək yaradır; özü-özünə üstün gələrək o, 

adi təkrarı tam qiymətdən salan yeni dəyərləri yaradır. Heyvanları erkəyin fəaliyyət müzxtəlifliyi heç bir 

məhdudiyyət görməsə də, tam yersiz olur, çünki bu erkəyin heç bir layihəsi yoxdur, yəni o, öz növündən 



olanlara qulluq etmirsə, bütün səylər puça çıxır; insanlara erkək isə, öz qəbiləsinə qulluq etdikcə 

dünyanın dəyişdirir, yeni alətləri yaradır, gələcəyi düşünür və formalaşdırır. Özünü külli-ixtiyarlı  ağa 

kimi təsdiqləyən kişi, qadından da rəğbət qazanır – axı qadın da mövcuddur, o da düşünən varlıqdır, 

onun layihəsi, heç də eyni, ömürlük qənim kəsilənin təkrarı  yox,  öz  «mən»in hüdudlarından kənara, 

başqa gələcəyə  çıxmasnıdadır; ürəyində o, kişinin iddiaları ilə tam razıdır. O, kişilərin  əldə etdiyi 

qabiliyyətlər və müvəffəqiyyətlər naminə keçirilən bayramlarda onlara qoşulur. Onun bədbəxtliyi 

ondadır ki, o, bioloji şəkildə  həyatı  təkrarı etməyə  məhkumdur, baxmayaraq ki, hərçənd belə 

əsaslandırma onun üçün taleyüüklüdür. 

Hegelin təsvirində ev yiyəsinin qula münasibətini müəyyən edən dialektika, bəzən kişinin qadına 

münasibətinin ihahı çün daha çox yarayır. Ev yiyəsinin üstünlüyü ona əsaslanır ki, ölümlə üzləşmək 

təhlükəsinə baxmayaraq, o, Ruhun Həyatı üzərində aliliyini təsdiqləməyə çalışır. Amma əslində itaətdə 

olan qul da belə risqlə üzləşib. Qadın isə – mahiyyət etibarilə Həyat verəndir, lakin öz həyatını təhlükə ilə 

üzləşdirənlərdən deyil. O, heç vaxt kişilərlə mübarizədə üz-üzə gəlməyib; Hegelin tərifi bütövlükdə ona 

aiddir: «Digər (şüur) – asılı olan şüurdur; onun üçün əsas varlıq – heyvani ömür sürmək, yəni başqa bir 

mahiyyət tərəfindən verilən bir varlıq olmaqdır. Lakin bu münasibət  əzən və  əzilən arasındakı 

münasibətdən fərqlidir, çünki qadın, kişilərin  əldə etdikləri nailiyyətlər və  dəyərləri qədul edir, onları 

özünü yönəldir, məhz kişi gələcəyin üfüqlərini açıqlayır, bu üfüqlərə qadın da özünü istiqamətləndirir; 

düzünü desək, qadınlar heç vaxt kişi dəyərlərlə qadınınkilərini qarşı-qarşıya qoymurdular; bu bölgünü 

kişilər uydururdular ki, öz kişi üstünlüklərini qoruyub saxlasınlar; onlar qadın qismətini yaratmaq 

fikrinə düşdülər – qaydalar, müəyyən həyat ukladı, dəyişilməz qanunları fikirləşdilər ki, bunlarla qadını 

bürüsünlər; lakin yaşayan öz yaşamasına bəraət qazandırmaq istəyir, özü də  hər hansı bir cinsi 

fərqlərdən kənarda – qadınların əsarəti elə bunu təsdiqləyir.  

Bu gün üçun onların tələbləri elə ondan ibarətdir ki, kişilərlə bərabər hüquqa malik olsunlar və öz 

mövcudluğunu – həyata, daxilindəki insanı isə – yalnız heyvani mahiyyətinə tabe etməsinlər.  

Beləliklə, mövcudluq fəlsəfəsinin üfüqləri bizə belə bir suala cavab verir ki, nə üçün ibtidai 

tayfalarda bioloji və iqtisadi vəziyyət kişi üstünlüyə gətirib çıxartdı. Dişi heyvan öz qəbiləsinə daha çox 

tabe olur, nəinki erkək; insan həmişə öz müqəddəratından kənara çıxmaq arzusu ilə yaşayıb;  əmək 

alətlərinin yaradılması; həyatı müdafiə etmək işini kişilər üçün xüsusi fəaliyyətə çevirdi, qadınlar üçün 

isə analıq vəzifəsi heyvanlarda olduğu kimi, cismi ilə bağlı olaraq qaldı. Kişi özünü qadına qarşı ağa kimi 

aparmağa başladı, çünki bəşəriyyət öz varlığının mahiyyəti məsələsini ortalığa qoydu, yəni həyatın 

mənasını  həyatın özündən üstün tutdu; kişinin məqsədi ondan ibarət deyil ki, özünü zamanda dönə-

dönə təkrarlasın, o, məhz bu an üzərində  qələbə çalmaq və  gələcəyi yaratmaq arzusundadır. Məhz kişi 

fəaliyəti nəticəsində  dəyərlər yaradıldı  və kişilər öz mövcudluğunu bir dəyər kimi təsdiqlədilər; kişi 

fəaliyyəti həyatın qaranlıq qüvvələri üzərində qələbə çaldı, Təbiəti və Qadını əsir etdi.  

Tarix bizə göstərdi ki, real hakimiyyət həmişə kişilərin  əlində olub; padərşahlığın ilk dövründən 

başlayaraq, kişilər qadını  əsarətdə saxlamağını faydalı bilirdilər, onların qanunvericiliyi qadınlara qarşı 

idi, beləlilkə o, konkret olaraq, Başqası kimi, qanuniləşdirilmişdi. Belə  vəziyyət kişilərin iqtisadi 

maraqlara cavab verir, həm də onların ontoloji və əxlaqi tələbləri ödəyirdi. Bir subyekt özünü təsdiqlədiyi 

zaman, digəri də – özünü məhdudlaşdıran, inkar edən Başqası da istər-istəməz ona lazımdır, çünki o, 

özünü yalnız belə bir özü olmayan reallıq vasitəsilə təsdiqləyə bilər. 

Başqasının yanında olması mümkündür. Lakin bu Başqa – onun qarşısına gələn özüdür, yəni 

həqiqi Başqa – məndən ayrılıqda olan, amma həm də ona identik, uyğun olan şüurun Başqasıdır. Yalnız 

başqa insanların olması, hər birinə öz mahiyyətini üxə  çıxarmaq, öz varlığının həqiqiliyini aşkarlamaq, 

mövcudluqda ifadə olunmaq imkanını verir. Biz obyekti öz düşüncə, layihə kimi qiymətləndiririk.  

Lakin bu xarici azadlıq, mənim azadlığını  təsdiqləyərək, həm də bununla münaqişəyə girir; 

bədbəxt  şüurun faciəsi məhz bundadır; hər bir şüur yalnız özünü suveren subyekt sifətində görmək 

arzusundadır. Hər kəs özünütəsdiqləməsini digərinin əsirliyində görür. Amma onu da deməliyik ki, qul 

işləyəndə  də, qorxu keçirəndə  də özünü bir varlıq,  əsas kimi duyur, bu zaman dialektik dönüş 

nəticəsində ağa əsaslı olmayana çevrilir. Bu faciəni ötmək də olar: bunun üçün hər bir kəs sərbəst şəkildə 

digərində şəxsiyyəti tanımalı, onu və özünü eyni vaxtda həm obyekt, həm də subyekt, qarşılıqlı şəkildə 

olduğunu qəbul etməlidir. Amma bu azadlıqların qəbulu dostluq, alicənablıq vasitəsilə  əldə edilir; 

şübhəsiz, b u asan başa gəlməyən cömərdliklər insanın özünüifadəsinin  ən ali zirvəsidir; bunların 




vasitəsilə o, səmimiliyinə nail olur, lakin bu səmimilik həm də daima formalaşan və daima fəth edilən 

mübarizəni nəzərdə tutur, o, tələb edir ki, insan daima özü üzərində qələbə çalsın.  

…Qadınlar vacib olmayan bir mövhum kimi, mütləq, birtərəfli qaydada Başqa kimi təsəvvür 

edilirdi. Dünyanın yaradılması haqqında olan bütün əfsanələr kişini bu əminlikdə saxlayır; bunların 

sırasında «Varlıq»  əfsanəsini qeyd etmək olar; bu əfsanə vasitəsilə xristianlıq Qərb sivilizasiyasında 

özünü möhkəmdəndirdi. Həvva kişi ilə eyni vaxtda yaradıldı, onu hansısa başqa materialdan etməsələr 

də, Adəmin hazırlanmasında istifadə edilən hildən onun üçün işlətmədilər – o, adicə birinci kişinin 

qabırğasından çıxdı. Onun doğulması belə müstəqil bir hadisə olmamışdır. Allah Həvvanı onun özünə 

görə, bir də Allaha səcdə etməsi üçün yaratmayıb, Allah qadını yaradıb ki, o Adəmi tənhalıqdan xilas 

etsin, kişi – onun mənbəyi və  məqsədidir, qadın kişini, qeyri əsasda olduğu kimi yalnız tamamlayır. 

Beləliklə, qadın – imtiyazlı bir qurbandır. O – şüurla aydınlaşmış təbiət, təbiətdən ayrılmış bir şüurdur. 

Gözəl ümidləri qadınlara bağlayan kişilər fikirləşirlər ki, onlar bir varlıq kimi özünü tam o zaman 

təsdiqləyə bilərlər ki, cismani şəkildə digər varlığı mənimsəsinlər. Digər tərəfdən, öz azadlığın dərkində 

də özünü təsdiqləmək üçün tabe olunanın azadlığına yaxın olmaq lazımdır. 

Heç bir kişi qadın olmaq istəmir, lakin hamı qadınların olmasını istəyir. «Gəlin Allahın qarşısında, 

o qadını yaratdığı üçün, diz çökək». Bu və buna bənzər kəlamlarda kişilər ədəbsiz bir sadəliklə neçənci 

dəfədir ki, sübut etməyə çalışırlar ki, onun bu dünyada olması – labüd, qadınınki isə – adicə bir 

təsadüfdür, düzdü, həm də xoşbəxt təsadüfdür. «Başqası» şəklində qəbul olunan qadın burada varlığın 

dolğunluğu kimi qavranılır; bunun əksinə isə insan mövcudluğu da var ki, öz daxilində heç nəyini 

duyur. «Başqa» isə – obyekt kimi müəyyən edilib və subyektin gözündə «şey-özündə» kimi, yəni varlıq 

kimi qəbul edilir. Qadında müsbət bir hal kimi nəyinsə olmaması təcəssüm olunur, bu nəyisəni insan öz 

qəlbində daşıyır və ümid edir ki, bunu realizə etsə, öz-özünə də bu yolla gəlib çıxa bilər.  

Hər bir rəvayətdə, öz qorxu və ümidlərini fövqəlşüuri göylərə yönəldən subyektin mövcudluğu 

nəzərdə tutulur. Qadınlar özünü bir subyekt kimi düşünmədiklərinə görə, onlar kişi rəvayətini 

yaratmadılar və öz düşüncələrini, yəni layihələrini bu rəvayətdə  əks etdirmək imkanından məhrum 

oldular; qadınların nə dini, nə poeziyası var, onlar hətta xəyallara da kişilərin arzuları qanadlarında 

gedirlər. Kişilərin yaratdıqları Allahlara ibadət edirlər. Sonuncular özünü tərifləmək məqsədilə böyük 

cəsarətli obrazları yaratdılar: Herakl, Prometey, Persifal; bu qərhəmanların taleyində qadın ikinci dərəcəli 

rol oynayır.  Əlbəttə ki, kişilərin müəyyən üsluba salınan obrazları da var ki, burada onlar qadınlarla 

müəyyən əlaqələr qurur – ata, yoldan çıxardan, ərə qısqanan, yaxşı oğul, pis oğul kimi obrazlar yaradılır. 

Lakin bu obrazları yenə də kişilər yaradırlar. Əfsanə səviyyəsinə onlar hələ ucalmayıblar; əslində, bu, adi 

təkrardır. 

Dünyanın təsviri, dünyanın özü belə – kişi işidir; kişilər bu dünyanı öz nöqteyi-nəzərindən öyrənir, 

sonuncunu da mütləq həqiqətlə qarışıq salırlar. 

 

Simona de. Bovuar. Vtoroy pol. M., Proqress, 1997 // Faktı i mifı. 

 

ƏDƏBİYYAT 

 

Abasov A., Mirzazade R. Qenderə giriş. – B., 2004 

Ali təhsil sistemində qender problemləri təliminin metodoloji aspektləri. Elmi-praktiki konfransın 

materialları. – B., 2002 

Qender: tarix, cəmiyyət, mədəniyyət. – B., 2002 

İbrahimbəyova R. Təhsilin qender aspektləri/ Azərbaycanda qender tədqiqatları. - B., 2002 

Quluzadə Z. Qender Azerbaycanda. – B., 2003 

Müasir sosial-siyasi dəyişikliklər konmətnində qender təhsilinin inkişafı. Elmi-praktiki konfransın 

materialları. – B., 2004 

Введение в гендерные исследования. В 3-х ч. - Харьков, СПб., 2001 

Гендерные исследования в гуманитарных науках: современные подходы. Материалы международной 

научной конференции (Иваново, 15-16 сентября, 2000). – Иваново, 2000 



Трофимова Е.И. Терминологические вопросы в гендерных исследованиях / Гендер: язык, культура, 

коммуникация. Доклады 2-й международной конференции.- М., 2001. 



Уэст К., Зиммерман Д. Создание гендера / Хрестоматия феминстских мятнов. (Переводы под ред. 

Е.Здравомысловой и А.Тёмкиной).- СПб., М.,1998. 




Хоф Р. Возникновение и развитие гендерных исследований. Пер. с нем. Пол, гендер, культура. Под ред. 

Э.Шоре и К. Хайдер. - М., 1999 



Bergval, V.L., Bing, J.M., Freed, A.F. Rethinking language and gender Research: Theory and Practice. London: 

Longman, 1996, 360pp. 

Bystydzienski J. M. Women's Studies Programs in the United States: History and Current Issues. Iowa State 

University, 1999. 

http://www.gender-az.org/ 

http://www.owl.ru/win/women/journalists/we 



 

 

 



Yüklə 134,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə