Mövzu qender və Sİyasi İnstitutlar



Yüklə 52,01 Kb.
Pdf görüntüsü
tarix20.02.2018
ölçüsü52,01 Kb.
#27216


 

 

Mövzu 5.



 QENDER VƏ SİYASİ İNSTİTUTLAR 

 

1.  «Siyasi sistem», «siyasi institutlar» anlayışlarının mahiyyəti və qender  



 

nəzəriyyəsi üçün onların əhəmiyyəti 

2. Dövlət əsas siyasi institut kimi və qender bərabərliyində onun rolu 

3. Qender bərabərliyi problemlərinin həlli sahəsində xarici təcrübə 

4. Azərbaycanın dövlət siyasətində qender yanaşmaları 

 

1. «Siyasi sistem», «siyasi institutlar» anlayışlarının mahiyyəti və qender 



nəzəriyyəsi üçün onların əhəmiyyəti 

Məlumdur ki, siyasi həyatın mahiyyəti, onun faktiki məzmununu siyasi 

münasibətlər, daha dəqiq desək, insanlar arası münasibətlər, sosial idarəetməni və 

hakimiyyəti həyata keçirmək, sosial-siyasi maraq və tələbatları reallaşdırmaq məqsədilə 

yaradılmış müxtəlif insan birlikləri, təşkilatlar və ittifaqlar təşkil edir. Bu baxımdan da 

siyasi həyatın  əsasında insanların siyasi maraq və  tələbatlarının işləməsi və inkişafı 

durur. 

İnsanlar maraqlarını reallaşdırarkən öz aralarında  əlaqə yaratmağa, qarşılıqlı 



fəaliyyət göstərməyə  məcburdular. Siyasi münasibətlər sosial-siyasi tələbat və 

maraqların üst-üstə düşməsi və ya müxtəlifliyi əsasında formalaşdığından siyasi həyatın 

subyektləri arasında münasibətlər də ya əməkdaşlıq, ya da rəqabət formasında təzahür 

edir. 


Cəmiyyətin siyasi həyatının ən vacib tərkib elementini, onun xüsusi quruluşu olan 

siyasi sistem təşkil edir. Bildiyimiz kimi, siyasi sistem – siyasi hakimiyyətin, siyasət–

hakimiyyət münasibətlərinin həyata keçirilməsi vasitəsi olan sosial-siyasi institutların, 

təşkilatların, normaların məcmusudur. Onun başlıca quruluş elementləri kimi siyasi 

təşkilat, siyasi şüur və siyasi mədəniyyət çıxış edir. 

Siyasi təşkilat – siyasi münasibətləri tənzimləyən dövləti –hüquqi və ictimai-siyasi 

təşkilat, idarələrin toplusudur (dövlət, partiyalar, ictimai təşkilatlar və özünüidarəetmə 

orqanları). Siyasi təşkilatın ən əsas subyekti dövlət və onun orqanları təşkil edir. 

Siyasi  şüur – siyasət və hakimiyyətə dair biliklərin, dəyərlərin, təcrübə  və 

təsəvvürlərin məcmusudur. Siyasi şüura ideologiya, hüquq normaları, adət-ənənələr, 

eyni zamanda siyasi həyatın iştirakçılarının emosiyaları  və yalnış görüşləri,  əhval-

ruhiyyəsi daxildir. 

Siyasi mədəniyyət – siyasətin vacib elementidir; onsuz hər bir vətəndaşın siyasi 

fəaliyyəti əvvəlcədən müvəffəqiyyətsizliyə, ya da inanılmaz gərginliyə məhkumdur.  

Cəmiyyətin siyasi sisteminin tərkibində  aşağıdakı yarımsistemlər sıx qarşılıqlı 

əlaqədə  fəaliyyət göstərirlər: institusional, kommunikativ və siyasi ideoloji. İnstitusional 

yarımsistem – siyasi sistemin konstruksiyasını daşıyan «karkas»dır. O, özünə siyasi 

institutları, cəmiyyətin siyasi təşkilatının elementlərini – dövləti, partiyaları, sosial-iqtisadi 

və digər təşkilatları daxil edir. 

Digər yarımsistemlər bu və ya digər formada siyasi institutların formalaşmasını, 

fəaliyyətini, münasibətlərini və, bütövlükdə, cəmiyyətin siyasi sisteminin işləməsini 

tənzimləyir. 

«Siyasi institutlar» anlayışı özündə  nəinki siyasi orqan və  təşkilatları, həm də 

hüquq normaları ilə  tənzimlənən ictimai münasibətlərin məcmusunu birləşdirir. 

Məlumdur ki, cəmiyyətdə siyasi hakimiyyət münasibətləri başlıca olaraq siyasi institutlar 

vasitəsilə reallaşır. Bu sosial institutlar və normalar cəmiyyətin siyasi sisteminin vacib 

elementləri keyfiyyətində çıxış edərək bu və ya digər formada siyasi hakimiyyətin həyata 

keçirilməsi ilə bağlıdır. 

Cəmiyyətin proqressiv modelinə müvəffəqiyyətlə keçmək üçün cəmiyyətin hər bir 

üzvünün, kişi və qadınların yaradıcı enerjisindən istifadə etmək vacibdir. Lakin siyasi 

sistemin və institutların proqressiv inkişafını, cəmiyyət üzvləri arasındakı münasibətlərin 



 

 

humanizasiyasını  ləngidən  ən ciddi əngəl  əhalinin  əksəriyyətini təşkil edən qadınların 



hələ də saxlanılmaqda olan diskriminasiyadır. 

Yeni cəmiyyət qadınların və kişilərin  əməkdaşlığına  əsaslanır. Belə  əməkdaşlıq 

cəmiyyətdə  əhalinin bu və ya digər təbəqələrinin birtərəfli dar qrup maraqlarının təmin 

edilməsini istisna edir, siyasi instituların iştirakı ilə bütün vətəndaşların ümumi rifah və 

razılığına istiqamətlənir. 

 

2. Dövlət əsas siyasi institut kimi və qender bərabərliyində onun rolu 

Dövlət xüsusi siyasi institut olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil 

edir. O, siyasi sistem bütün əlamətlərini və funksiyalarını özündə birləşdirir. Dövlət siyasi 

birlik olmağ etibarı ilə müəyyən quruluşa malik olan, siyasi hakimiyyətin müəyyən təşkili 

ilə  səciyyələnən və müəyyən  ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən 

əsas institutdur. 

Dövlət siyasi hakimiyyətin təşkilinin və cəmiyyətdə bütün sosial proseslərin idarə 

edilməsinin vacib bir institutdur. Siyasi institut kimi dövlət qəbilə quruluşunun dağıldığı 

dövrdə meydana gəlmişdir. Dövlətin meydana gəlməsi cəmiyyətin inkişafının nəticəsi 

olub, siyasi elmi marağlandırın aktual problemlərdən biridir.  

Antik filosofların görüşlərində dövlətin – polisin siyasi həyatının reallığı  əks 

olunmuşdur. Azərbaycan xalqının siyasi fikir tarixində dövlət nəzəriyyəsinin banilərindən 

biri Nəsrəddin Tusi Avropa maarifçilərindən hələ xeyli əvvəl belə qənayətə gəlmişdi ki, 

dövlət insanların könüllü ittifaqı əsasında yaranmışdır və ona görə də onların birliyindən, 

siyasi cəmiyyətdən başqa bir şey deyildir. 

Təhminən  17-ci  əsrədək dövlət  əsasən «cəmiyyət» anlayışı ilə eyniləşdirildi. 

Dövlətin bu cür izahından ilk dəfə N.Makiavelli çəkindi. O, «dövlət» və «cəmiyyətin» 

anlayışlarını  fərqləndirməyi zəruri hesab edirdi və insan üzərində istənilən ali 

hakimiyyəti idarə etmək üçün xüsusi termin «stato» daxil edir. Lakin bu iki anlayış 

arasında fərqləri dəqiq göstərmək T.Hobbs və J.Lokkun dövlət nəzərilərinin xidməti 

sayılmalıdır. Beləliklə «dövlət» termini özü ilk dəfə Avropada Yeni dövrdə meydana 

gəlmişdir.  

Bütün nəsillərin tədqiqatçıları belə bir vahid fikrə  gəlmişlər ki, dövlət – elə bir 

qüvvədir ki, siniflərə, təbəqələrə, etnik, mədəni və peşəkar qruplara bölünmüş cəmiyyəti 

birləşdirir. 

Dövlət özünə qədərki təşkilatdan bir neçə mühüm əlamətlərlə fərqlənir:  

 

1.  İdarə etmə aparatından ibarət olan təsisat və orqanların yaradılması;  



2. Qohumluq və ya icma əlaqələrinin ərazi əlaqələri ilə əvəz olunması; 

3. Müntəzəm sürətdə vergi qoyulmasının həyata keçirilməsi; 

4. Gözlənilməsi dövlət orqanları  tərəfindən təmin olunan hüquq sisteminin, məcburi 

normaların tətbiq olunması. 

19-cu  əsrin axırlarında meydana gəlmiş dövlətin ümumi nəzəriyyəsi belə hesab 

edirdi ki, dövləti üç əsas  əlamətə görə müəyyən etmək olar: xalq (əhali);  ərazi; dövlət 

hakimiyyəti. 

Artıq çox uzun bir tarixi müddətdir ki, tədqiqatçılar nəzəri və  təcrübi axtarışlar 

apararaq siyasi sistemin elə bir vəziyyətini tapmağa çalışırlar ki, bu cəmiyyət daxilində 

insan və dövlət düşmən deyil, sosial həyatın bir-birini qarşılıqlı sürətdə tamamlayan 

başlanğıcları olsunlar. Bu hal dövlətin və  şəxsiyyətin müstəqilliyinin, muxtariyyatının 

saxlanılmasına yönəlmiş qarşılıqlı fəaliyyətinin gücləndirilməsi nəticəsində mümkündür. 

Belə  vəziyyətə siyasi sistemin vətandaş  cəmiyyəti və hüquqi dövlətin prinsipləri 

əsasında qurulduğu zaman nail olunur. 

Vətəndaş  cəmiyyətinin məqsədi insana öz azadlığını  həyata keçirtmək imkanı 

verməkdir. Bunun üçün iki başlıca  şərtin olması  tələb olunur: birincisi, mülkiyyətə 

sahiblik; ikincisi, kamil şəxsiyyət. 



 

 

«Hüquqi dövlət» anlayışı dövlətdə bütün sosial birliklərin o cümlədən ayrı-ayrı 



fərdlərin hüquqa hörmət etdiyini və ona münasibətdə  bərabər vəziyyətdə olduğunu 

göstərir.  

Dövlət öz fəaliyyətini ictimai həyatın bütün sahələrinin ayrı-ayrı kiçik hissələrinin 

müfəssəl tənzimlənməsinə deyil, onun daha vacib parametrlərinin təminatına yönəldir. 

Qeyd edək ki, fərdə hüqüqları dövlət vermir, fərdin özü dövlətin mövcudluğundan 

ayrılmaz hüquqlara malikdir. Qanuna çevrilmiş  hər hansı iradə hüquq deyildir, insan 

hüquqlarını pozmayan, onlara zidd olmayan, insan hüquqlarını möhkəmləndirən və 

qoruyan iradə hüququdur. Lakin öz vətəndaşlarını müəyyən minimum sosial 

zəmanətlərlə təmin etməyən dövlət hüquqi dövlət ola bilməz. 

Sosial dövlətin  əsas müsbət keyfiyyəti ondan ibarətdir ki, o, hüquqi dövlətin 

vətəndaşlarının «formal» bərabərliyinə «faktiki» bərabərlik əlavə edərək bu iki bərabərlik 

arasındakı antoqanizmi aradan qaldırır. 

 

3. Qender bərabərliyi problemlərinin həlli sahəsində xarici təcrübə 

İnsanların hüquq və azadlıqlarının qorunmasına, qadın və kişilərin bərabərliyinə 

münasibətdə hökümətlərin siyasəti  ən  əvvəl öz əksini dövlətlərin konstitusiyalarında 

tapmışdır. Lakin belə  vəziyyət heç də  həmişə mövcud olmamışdır və öz həllini nə 

dövlətlərin Konstitusiyalarında, nə  də onların siyasətlərində tapmışdır. Bu da həyatın 

başlanğıcları olan kişi və qadınlar arasındakı ahəngdarlığın pozulmasına səbəb oldu. 

İlk konstitusiyalar 1787-ci ildə ABŞ-da (1791-ci ildə Hüquqlar haqqında Bill) və 

Fransada (1789-cu ildə «İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə») 1791-ci 

ildə qəbul edilmişdir. Fransa inqilabının əsas sənədi olan «İnsan və vətəndaş hüquqları 

haqqında Bəyannamə» təntənəli sürətdə bəyan edilmişdir: «Bütün insanlar doğulduqları 

andan azaddırlar və  bərabər hüquqlara malikdirlər» Lakin ümumi qəbul edilmiş 

«azadlar» və «bərabərlər» kateqoriyasına yalnız kişiləri aid edilməsi aydın görünürdü.   

Feministlər kişi və qadınların tam hüquq bərabərliyinə nail olmaları haqqında 

yekdil fikrə malik olmasalar da, bərabərliyin mütləq vacibliyi ilə və hər bir azad insanın 

malik olduğu hüquqlara qadınlarının sahib olmaması ilə razılaşırdılar. 

«Qender» konsepsiyası  və ya «qender münasibətləri» ilk politoloji və sosioloji 

konsepsiya oldu ki, qadınları bioloji varlıq kimi təbii keyfiyyətlərinə görə deyil, insan kimi, 

yəni xüsusi statusa, sosial marağlara, tələbatlara, sosial davranışın strategiyasına malik 

sosial varlıq kimi nəzərdən keçirir. 

Dövlət siyasətində qender yanaşmaları cinsindən asılı olmayaraq ictimai-siyasi 

həyatın bütün sferalarında insanların özünürealizə imkanlarına  əsaslanan bərabərlik 

konsepsiyasının formalaşması və təsdiqinə yönəldilmişdir. 

Bununla  əlaqədar xarici ölkələrin, xüsusilə  də Skandinaviya ölkələrinin 

təcrübəsinə  nəzər salmaq həm faydalı, həm də maraqlıdır. Bu ölkələrdə qadın və 

qender problemləri  əvvəldən qitəyə nisbətən daha möhkəm  şəkildə  bərabərlik 

konsepsiyasına istiqamətlənir.  

18-ci  əsrin sonlarına yaxın Skandinaviya cəmiyyətində qadınlar üçün bərabər 

hüquqlar və daha yaxşı  həyat  şəraiti mübarizə, qadınların ictimai statusu haqqında 

nəzəri-siyasi və fəlsəfi diskussiyalar özünə yer tapa bilmişdir. 

Apardıqları mübarizə  nəticəsində indi Skandinavıya qadınları kişilərlə  bərabər 

hüquqlara malikdirlər və  təhsil, iş  və siyasət sahəsində kişilərlə eyni səviyyədə  fəal 

iştirak edirlər. Bu sahələrdə qadınların iştirak səviyyəsi durmadan artır. 

Hazırda bu göstərici dünyada ən yüksək göstərici olub 40% təşkil edir. Belə ki, 

İsveç və Norveçdə qadınların 40-44% parlament üzvləri, 47-50% isə hökümət üzvləridir. 

Bu dövlətlərin gəlirlərinin müvafiq olaraq 44,7% (Şimali Avropada ən yüksək göstərici) 

və 42,2% qadınların payına düşür. 

Ümumiyyətlə, XX əsrin 80-ci illərinin  əvvələrindən  İsveçdə hüquq bərabərliyi 

məsələləri dövlət siyasətinin  ən vacib elementlərindən biridir. Bu problemin hüquqi 




 

 

əsasını aşığıdakı qanunlar təşkil edir: «Bərabər hüquqlar və imkanlar haqqında» (1980) 



və «Bərabər hüquqlar haqqında» (1991) qanunlardır. 

Norveçdə idarəetmənin bütün quruluşlarında yüksək vəzifələrin yarısını qadınlar 

tutur. Rəhbər vəzifələrə qadın və kişilərin təyin edilməsi və ya seçilməsi məsələləri 

1979-cu ildə  qəbul edilmiş «Cinslər arasında hüquq bərabərliyi haqqında» qanunla 

tənzimlənir. 

ABŞ-da məşğulluq sahəsində bərabər imkanlar haqqında məsələlər 1972-ci ildə 

qəbul edilmiş qanunla nizamlanır. ABŞ tarixində prezident B.Klintonun administrasiyası 

qadınların daha çox vəzifə tutması ilə seçilir. Belə ki, 2500 vəzifəni qadınlar tuturdular 

(40%) ki, bunlardan 27-sini yüksək dövlət vəzifələri təşkil edirdi. 

Kanadanın federal höküməti işə  qəbul və xidməti vəzifə pillələrində irəliləmə 

sahəsində qadınlara bərabər imkanların verilməsini təmin edən xüsusi siyasət aparır. 

Belə ki, 1986-cı ildə xüsusi sektora aid Birinci Qanun, 1995-ci ildə  işə «Qəbul zamanı 

bərabər imkanlar haqqında» yeni qanun qəbul edilmişdir. 

 

4. Azərbaycanın dövlət siyasətində qender yanaşmaları 

Bildiyimiz kimi Azərbaycanda qender bərabərliyi qadın və kişinin hüquqlarının 

bərabərliyi haqqında tələblərin irəli sürülməsi son dövrlərə təsadüf edir. 

Belə ki, respublikamızda 90-cı illərdə baş verən ictimai-siyasi və sosial-iqtisadi 

dəyişikliklər, XX əsrdə yığılıb qalmış problemlərin yeni keyfiyyətli həlli yollarının axtarılıb 

tapılmasını tələb edirdi. 

Bu problemləri həll etmək üçün dövlət siyasəti milli ənənələrimizə, mənəvi 

dəyərlərimizə, özünəməxsus mədəniyyətimizə söykənən qadınlara münasibətdə həm öz 

təcrübəmizdən, həm də beynəlxalq təcrübədən effektiv istifadə edir. 

Qadınlara münasibətdə Azərbaycanın siyasəti uzun tarixə malikdir. Belə ki, 

Şərqdə ilk qadın klubu məhz Bakıda 1920-ci ildə açılmışdır. Onun təsisçisi Azərbaycan 

Kommunist Partiyası MK-nın qadın  şöbəsinin birinci müdiri Ceyran Bayramova idi. 

Qadın klublarının xalq təsərrüfatı, məktəbəqədər və məktəb müəssisələri, xəstəxanalar 

üçün mütəxəssislərin hazırlanmasında dövlətə böyük köməyi olmuşdur. 

Respublikamızın qadınları  1919-cu ildə – Azərbaycan Demokratik Respublikasının 

dövründə seçmək və seçilmək hüququnu almışlar. 

90-cı illərdən yenidən demokratik inkişaf yolunu tutan müstəqil Azərbaycan ilk 

növbədə dövlətimizin  əsaslarının möhkəmlənməsi və ictimai-siyasi stabilliyinin təmin 

edilməsi ilə məşğul olmağa başlamışdır. 

1994-cü ildən etibarən ictimai-siyasi vəziyyətin normalaşması ilə əlaqədar dövlət 

siyasətimizdə qadınlara münasibətdə yeni mərhələ başlayır. 

Dördüncü Ümumdünya Pekin konfransından (1995-ci ildə) sonra qadınlara 

münasibətdə siyasətimiz yeni çalarlar qazanır. Konfransın qərarı respublikamızda 

qadınların vəziyyətinin yaxşılaşdırılması üçün institusional mexanizmlərin 

möhkəmlənməsinə güclü təkan verərək cinslərarası  bərabərliyə nail olmağın yeni 

yollarının axtarılmasına səbəb oldu. 

1998-ci ildə respublika prezidenti «Qadın problemləri üzrə Dövlət Komitəsinin 

yaradılması haqqında» fərman, «Azərbaycanda qadınların rolunun yüksəldilməsi üzrə 

tədbirlər haqqında» sərəncam verdi. Aparılan işlərin nəticəsi olaraq, elə  həmin ilin 

sentyabrında qadınların Birinci qurultayı – müstəqil Azərbaycanın ilk qadın forumu 

çağrıldı. Qurultayda aparılan işlərin nəticələri müzakirə olunmuş  və Azərbaycan 

qadınlarının Milli Şurası yaradılmışdır. 

2000-ci ilin mart ayında prezident «Dövlət qadın siyasətinin həyata keçirilməsi 

haqqında» yeni bir fərman verir. Bu fərmanda qadınların kişilərlə  bərabər dövlət 

strukturlarında rəhbər vəzifələrin tutmasının vacibliyi xüsusilə vürğulanır. Elə həmin vaxt 

respublikanın Nazirlər Kabineti «Azərbaycan Respublikasının qadın məsələləri üzrə milli 

fəaliyyət Planı haqqında» qərar qəbul edir. Bu qərarda qadınların problemlərinin həlli 




 

 

üzrə dövlət proqramının yaradılmasının qaçılmazlığı qeyd olunur. Yerlərdə qeyri-



hökümət qadın təşkilatları, qender tədqiqat mərkəzləri, qadın cəmiyyətləri və 

assosiyasiyaları yaradılmağa başlandı. 

Respublikamızda müxtəlif beynəlxalq təşkilatlar vasitəsi ilə qadın və kişi 

bərabərliyinə  həsr olunmuş konfranslar, «dəyirmi masalar», seminarlar və treninqlər 

keçirilməyə başlandı. Bu sahədə Avropa Şurası ilə birlikdə böyük işlər görülmüşdür. 

Belə ki, qadın məsələləri üzrə Dövlət Komitəsi Avropa Şurası ilə birlikdə 2001-ci ilin 10-

11 iyulunda Bakıda «Demokratikləşmə prosesi: qadınların irəli çəkilməsi» mövzusunda 

seminar keçirmişdir. Bu seminarın əsas məqsədi milli fəaliyyət Planının realizə əsasında 

həm dövlət, həm də vətandaş cəmiyyəti tərəfindən qadın – kişi bərabərliyi sahəsindəki 

biliklərin genişləndirilməsi idi.  



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1. Bənanyarlı S. Azərbaycan qadınları və siyasi fəaliyyət // Qender: qadın probleminin 

yeni mərhələsi. Respublika elmi-prkatik Konfransının materialları: 12 fevral 1998. – 

B., 1998 

2.  Абдела  Л.  Демократия  паритета  и  Группа-300 // Права  женщин  в  России. 

Законодательство и практика. № 1, 2000 

3.  Материалы  Первой  Российской  летней  школы  по  женским  и  гендерным 

исследованиям «Валдай-96». – М., 1997 

4.  Общая  и  прикладная  политология  под  ред.  В.И.Жукова  и  Б.И.Краснова. 

М.,1997 


5.  Хрестоматия по курсу “Основы гендерных исследований”. - М., 2000 

6.  Dr Vadhushree Public Space for Women in Governance: The Experience of India// 

Newsletter of the Centre for research on Women & Politics. Vol. 1, No 2, 2001 

7.  Kandieti D. From Empire to National State: Transformation of the Woman Question 

in Turkey //Retrieving Women History. Changing Perceptions of the Role of Women 

in Politics and Society. Edited by Jay Kleinberg. UNESCO, 1988 

8.  K.Janda, J.Berry, J.Goldman The Challenge of Democracy. Government in America. 

- Boston, 1992 

9.  Third World Women and the Politics of Feminism. Edited by C/Vonanty, A. Russo, 

L.Torres. - Bloomington, 1991 

10. Women in the Civil Rights Movement. Edited by Vicky Crawford. - Bloomington, 

1993 


11. 

www.ipu.org

 

12. 


www.idea.int/women/prl/ch2b.htm

 

13. 



www.owl.ru/win/books/gender/index.htm

 

14. 



www.library.cornell.edu/colldev/mideast/womtur1.htm

 

15. http://demo.interpro.ru/content/win/books/gender/11.htm 



Document Outline

  • Movzu 5. QENDER V? SIYASI INSTITUTLAR

Yüklə 52,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə