Mövzu Seçki hüququ və seçki sistemi plan: 1



Yüklə 154,38 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü154,38 Kb.
#73718


Mövzu 6. Seçki hüququ və seçki sistemi 

Plan: 





1.

 

Seçki  hüququ  anlayişi  və  onun  əsas  növləri.  AR  konstitusiyasinda  seçki 

hüququnun əsaslari 





2.

 

Seçki sistemi anlayişi və onun mahiyyəti 



3.

 

Seçki hüququnun əsas prinsipləri 



4.

 

Seçki prosesi və onun mərhələləri 



Ədəbiyyat 



1.



 

AR – nın Konstitusiyası 



2.

 

İsmayılov İ. AR Konstitusiyası və hüququnun əsasları Bakı 2002 

10 

3.

 

Cəfərov İ. Konstitusiya hüququnun əsasları Bakı, Adiloğlu 2002 

11 

4.

 

Əsgərov Z.A. Konstitusiya hüququ, Bakı BDU 2002 

12 

5.

 

Hacızadə H. Demokratiya və seçki islahatı uğrunda mübarizə. Bakı 1998 

13 

6.

 

Vətəndaşalrın  idarəetmədə  iştirak  formaları.  Vətəndaş  Cəmiyyəti  Uğrunda 

14 

Məsləhət və Yardım Mərkəzinin redaktəsi ilə. Bakı 2002 



15 

7.

 

AR – nın Seçki Məcəlləsi Bakı 2008 

16 

1.

 

Seçki  hüququ  anlayışı  və  onun  əsas  növləri.  AR  –  nın  Konstitusiyasında 

17 


seçki hüququnun əsasları 

18 


Bəşəriyyət  tarix  boyu  insan  hüquqlarının  məhdudlaşdırılmasının  qarşısını 

19 


almaq  üçün  idarəetmənin  böyük  bir  praktiki  prosesini  keçmişdir.  Bütün  dünya 

20 


dövlətçilik  tarixində  bu  prinsipə  əməl  etmək  üçün  müxtəlif  tədbirlərə,  üsullara 

21 


müraciət  edilmişdir.  Seçki  məhz  bu  üsullardan  biridir.  Seçkilər  əksəriyyətin 

22 


iradəsini  ifadə  etmək  baxımından  hakimiyyəti  legitimləşdirir.  Seçkilər  vasitəsilə 

23 


xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar 

24 


arasında  mandat  bölgüsü  aparır.  Bu  yolla  insan  və  vətəndaşın  ən  mühüm 

25 


hüquqlarından  biri  həyata  keçirilir.  10  dekabr  1948  –  ci  il  tarixli  “İnsan 

26 


Hüquqlarının  Ümumi  Bəyannaməsi”ndə  qeyd  olunduğu  kimi,  xalqın  iradəsi 

27 


hakimiyyətin əsasını təşkil edir. Bu iradə öz əksini ümumi, bərabər seçki  hüququ 

28 


əsasında  gizli  səsvermə  və  seçkinin  azad  və  demokratikliyini  təmin  edən 

29 


vasitələrdən istifadə etməklə müntəzəm keçirilən səsvermələrdə tapır.  

30 


12  noyabr  1995  –  ci  il  Konstitusiyasının  2  –  ci  maddəsində  qeyd  olunur  ki, 

31 


Azərbaycan  xalqı  öz  suveren  hüququnu  bilavasitə  ümumxalq  səsverməsi  – 

32 


referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və 

33 


şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Lakin, bu 

34 


heç  də  o  demək  deyildir  ki,  xalq  səsvermə  vasitəsilə  öz  ayrılmaz  suverenliyini 

35 


seçilənlərə  verir.  Seçkilər  vasitəsilə  yalnız  Konstitusiyada  müəyyən  olunmuş 

36 


səlahiyyətlər çərçivəsində suverenliyin reallaşdırılmasına nail olunur.  

37 


Seçkilərin  keçirilməsi  həmişə  bir  qayda  olaraq  xalqın  hüquq  düşüncəsinin 

38 


genişləndirilməsinə, onun siyasi aktivliyinin artmasına, xalqı daha uğurlu idarə edə 

39 


biləcək  və  xalqın  daha  çox  inamını  qazanmış  olan  qüvvələrin  dinc  yolla 

40 


hakimiyyətə  gəlməsinə  şərait  yaradır.  Seçkilər  cəmiyyətin  “siyasi  barometri” 

41 


qismində çıxış edir.  

42 


Dünya  dövlətlərinin  sırasında  respublikaların  sayının  artması  nəticəsində 

43 


bəşəriyyətin  mütləq  əksəriyyətinin  get  –  gedə  daha  çox  seçmək  və  seçilmək 

44 


hüququndan  istifadə  etməsi  üçün  yaranan  imkan  seçkilərdən  gələcəkdə  də 

45 



hakimiyyətin ali orqanlarının formalaşdırılmasında ən optimal variant kimi istifadə 

olunmasına tam zəmin yaradır. Seçkilər anlayışı ilk növbədə seçki hüququ anlayışı 



ilə  sıx  bağlıdır.  Seçki  hüququ  geniş  anlayış  olub,  vətəndaş  hüquqlarının  başlıca 

təzahürlərindən biridir. Seçki hüququ hüquq ədəbiyyatında iki mənada – obyektiv 



və  subyektiv  mənada  işlədilir.  Obyektiv  mənada  seçki  hüququ  dedikdə,  ali 

hakimiyyət  və  yerli  özünüidarə  orqanlarına  seçkilərlə  bağlı  ictimai  münasibətləri 



tənmiz  edən  hüquq  normalarının  məcmusu  başa  düşülür.  Obyektiv  seçki  hüququ 

konstitusiya hüququnun bir institutu olmaqla geniş mənada seçki sistemini tənzim 



edən  hüquq  normalarını  birləşdirir.  Seçki  hüququnun  predmetini  vətəndaşların 

birbaşa və dolayı iştiral etdiyi seçkilərlə bağlı ictimai münasibətlər təşkil edir.  



10 

Seçki  hüququnun  mənbələri  sırasına  seçki  hüququnun  normalarının  ifadə 

11 

edildiyi  Konstitusiya  hüququnun  bütün  mənbələri  daxildir.  Subyektiv  mənada 



12 

seçki  hüququ  dövlətin  öz  vətəndaşlarına  dövlət  orqanlarına,  habelə  yerli 

13 

özünüidarə  orqanlarına  seçkilərdə  iştirak  etmək  imkanını  təmin  etməsi  nəzərdə 



14 

tutulur.  Başqa  sözlə,  subyektiv  mənada  seçki  hüququ  dedikdə,  vətəndaşların 

15 

seçkilərdə  iştirak  etmək,  seçmək  və  seçilmək  imkanı  başa  düşülür.  Subyektiv 



16 

mənada  seçki  hüququ  aktiv  (seçmək)  və  passiv  (seçilmək)  seçki  hüquqlarından 

17 

ibarətdir.  



18 

2.

 

Seçki sistemi anlayışı və onun mahiyyəti 

19 


Seçki sisteminin anlayışı hüquq ədəbiyyatında geniş və dar mənada işlədilir. 

20 


Geniş  mənada  seçki  sistemi  ali  hakimiyyət  orqanlarına  seçkilərin  keçirilməsi  ilə 

21 


bağlı  tənzimlənən  ictimai  münasibətlərin  məcmusudur.  Bu  sistem  Konstitusiya 

22 


hüququ  əsasında  tənzimlənir.  Seçki  sisteminin  reallaşdırılmasında  digər  normalar 

23 


(adətlər, ənənələr, siyasi etika qaydaları) da yaxından iştrak edir.  

24 


Dar  mənada  seçki  sistemi  –  seçicilərin  və  ya  digər  səlahiyyətli  şəxslərin 

25 


səsverməsində  müvafiq  olaraq  deputat  mandatlarının  deputatlığa  namizədlər 

26 


arasında bölüşdürülməsi üsulu kimi işlədilir. Tarix boyu səsvermənin nəticələrinə 

27 


uyğun olaraq mandatların namizədlər arasında bölüşdürülməsinin bir sıra metodları 

28 


formalaşdırılmışdır. Hazırda dünya ölkələrində bu üsullardan geniş istifadə olunur. 

29 


Seçki  sistemlərinin  ən  çox  yayılanları  majoritar  və  proporsional  seçki 

30 


sistemləridir.  

31 


Majoritar  seçki  sistemi  tarixən  ən  qədim  sistemdir.  Majoritar  seçki  sistemi 

32 


səslərin əksəriyyətinin toplanması prinsipinə əsaslanır. Majoritar termini mənşəcə 

33 


fransız sözü olub majorite - əksəriyyət deməkdir. Majoritar seçki sisteminə uyğun 

34 


olaraq namizədlərdən səslərin müəyyən edilmiş əksəriyyətini qazanan şəxs deputat 

35 


mandatı  əldə  etmiş  olur.  Səslərin  tələb  olunan  əksəriyyətindən  asılı  olaraq 

36 


majoritar seçki sisteminin 3 növü fərqləndirilir. Bunlar – nisbi əksəriyyət sistemi, 

37 


mütləq  əksəriyyət  sistemi,  şərtləndirilmiş  (ixtisaslaşdırılmış)  əksəriyyət 

38 


majoritar sistemidir.  

39 


Nisbi əksəriyyət majoritar sistemi ən sadə seçki sistemi olub, mahiyyətinə 

40 


görə deputatlığa namizədlərdən digər namizədlərə nisbətən verilmiş səslərin daha 

41 


çox hissəsini toplamış namizədin mandat qazanmasını göstərir. Başqa sözlə, nisbi 

42 


əksəriyyət sisteminin tətbiq olunduğu ölkələrdə digər namizədlərə nisbətən çox səs 

43 


toplamış şəxs nümayəndəli orqanın tərkibinə seçilmiş sayılır. Dünya dövlətlərindən 

44 


43  –  də  nisbi  əksəriyyət  majoritar  sistemindən  istifadə  olunur.  nisbi  əksəriyyət 

45 



majoritar  sistemində  seçkilərdə  seçicilərin  iştirakı  üçün  minimum  hədd  təyin 

edilmir.  Yəni  seçkinin  baş  tutması  üçün  ən  azı  bir  seçicinin  belə  səs  verməyə 



gəlməsi  kifayət  edir.  Maraqlı  burasıdır  ki,  əgər  konkret  dairədən  yalnız  bir  şəxs 

deputatlığa  namizəd  kimi  irəli  sürülmüşdürsə,  seçkidə  hətta  bir  nəfər  –  namizəd 



özü bülə iştirak edərək öz lehinə səs versə, o seçilmiş hesab olunur.  

Qeyd etmək lazımdır ki, cəmiyyət tərəfindən tanınmış, seçicilərin inandığı və 



etibar  etdiyi,  intellektual  imkanlarına  görə  xalqa  xeyir  verə  biləcək  ayrı  –  ayrı 

şəxslərin  nümayəndəli  orqanın  tərkibinə  və  ya  seçkili  vəzifələrə  müstəqil  seçilə 



bilməsi  üçün  majoritar  nisbi  əksəriyyət  sistemi  gözəl  imkan  yaradır.  Sağlam 

düşüncəli,  orta  intellektual  səviyyəli  cəmiyyətlərdə  nisbi  əksəriyyət  majoritar 



10 

sisteminin  tətbiqi  baxımından  heç  bir  problem  yoxdur.  Xalq  demokratik  şəraitdə 

11 

yalnız özü inandığı və etibat etdiyi bir namizədə səs verir və onu bu və ya başqa 



12 

orqana seçir.  

13 

Majoritar  seçki  sisteminin  digər  bir  forması  olan  mütləq  əksəriyyət  sistemi 



14 

deputatlığa  namizədin  seçilməsi  üçün  ümumi  səslərin  mütləq  əksəriyyətinin 

15 

toplanması, yəni seçicilərin ən azı 50% +1 – nin səsin toplanmasını tələb edir.  



16 

Qeyd  etmək  lazimdir  ki,  bu  sistem  nisbi  əksəriyyət  sisteminə  nisbətən  daha 

17 

möhkəm tləbkarliği ilə fərqlənir. Əgər nisbi əksəriyyət sistemində baş tutmasi üçün 



18 

namizədin digər namizədə nisbətən çox səs toplamasindan söhbət gedirsə, mütləq 

19 

əksəriyyət  sistemində  bu  prinsip  əsas  götürülə  bilməz.  Belə  ki,  nisbi  əksəriyyət 



20 

sistemində  bir  seçicinin  səs  verməsi  ilə  seçkilər  baş  tutmuş  hesab  olunurdusa, 

21 

mütləq  əksəriyyət  sistemində  seçkilərin  baş  tutmasi  üçün  seçkilərdə  seçicilərin 



22 

iştirakinin  minimal  həddiən  riayət  olunmalidir.  Əgər  minimum  həddə  seçicilərin 

23 

iştiraki qeydə alinmamişdirsa, seçkilər baş tutmamiş sayilir. Minimum hədd qeydə 



24 

alinmiş  seçicilərin  ümumi  sayinin  yarisina  və  ya  yarisindan  az  sayda  seçicilərin 

25 

sayina  bərabər  ola  bilər.  Birinci  halda  əgər  minimum  həddə  qeydə  alinmiş 



26 

seçicilərin  yarisina  bərabərdirsə,  verilmiş  ümumi  səslərin  mütləq  əksəriyyəti 

27 

minimum hüquqi seçki korpusunun 25% +1 – lə ifadə olunur. 



28 

Majoritar  mütləq  əksəriyyət  sisteminin  tətbiqi  zamani  bir  qayda  olaraq 

29 

birmandatli seçki dairələri təşkil olunur. Bu halda seçilmək üçün seçicilərin mütləq 



30 

əksəriyyətinin səsini toplamaq lazim gəlir.  

31 

Majoritar  şərtləndirilmiş  əksəriyyət  sistemi  majoritar  nisbi  əksəriyyət  və 



32 

mütləq  əksəriyyət  sisteminə  nisbətən daha  az tətbiq  olunur.  Çünki şərtləndirilmiş 

33 

əksəriyyət  sistemində  seçkilərin  lazimi  nəticələr  verməsi  daha  çətinləşir. 



34 

Şərtləndirilmiş  əksəriyyət  majoritar  sisteminə  uyğun  olaraq  namizədlərdən  təsdiq 

35 

olunmuş  əksəriyyətdə  səsləri  toplaya  biləniseçilmiş  hesab  olunur.  Şərtləndirilmiş 



36 

əksəriyyət majoritar sistemində seçicilərin 65% - nin, 2/3 – nün, ¾ - nün, 60% - nin 

37 

səsini toplamasi tələbi qoyula bilər.  



38 

Proporsional  sistemin  tətbiqində  məqsəd  seçicilərin  səslərinə  uyğun  olaraq 

39 

mandatlarin  proporsional  əsaslarla  partiyalar  arasinda  mütənasib  bölüşdürülür. 



40 

Proporsional seçki sistemi çoxmandatli seçki dairləri üzrə tətbiq olunur. 

41 

3. Seçki hüququnun əsas prinsipləri  

42 


Seçki hüququnun prinsipləri seçkilərin taninmasinin və gerçəkləşdirilməsinin 

43 


elə şərtləridir ki, həmin şərtlər seçkiləri əsl xalq iradəsinin ifadəsi edir. Əksinə bu 

44 


prinsiplərin pozulmasi seçkilərin legitimliyinə deməli həm də seçkili hakimiyyət  

45 

Yüklə 154,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə