Mövzu: XVIII əsrin I yarısında irsi müharibələr



Yüklə 108 Kb.
səhifə1/6
tarix17.01.2022
ölçüsü108 Kb.
#82938
  1   2   3   4   5   6
Muhazire 2- XVIII əsrdə beynəlxalq münasibətlər


Beynəlxalq münasibətlər tarixi – III kurs regionşünaslıq ixtisası üzrə T.ü.f.d.,dosent. V.Əliyeva
Mövzu: XVIII əsrdə beynəlxalq münasibətlər

Plan:

  1. İspan irsi uğrunda müharibə (1701-1713)

  2. Polyak irsi uğrunda mübarizə (1733-1735)

  3. Avstriya irsi uğrunda müharibə (1740-1748)

  4. XVIII əsrin I yarısında İngiltərənin xarici siyasəti

  5. XVIII əsrin I yarısında Rusiyanın xarici siyasəti


1. XIV Lüdoviqin hakimiyyətinin II yarısında Avropanın diplomatiya tarixinin yeni mərhələsi başlanır ki, bu dövr Fransa ilə müstəmləkələri talan etmək uğrunda mübarizədə İngiltərənin beynəlxalq rolunun tədricən artması kimi səciyyələndirilir. Bu mübarizənin əsas mərhələsi ispan irsi uğrunda müharibə idi. Sülalə müharibəsi kimi başlayan bu münaqişə, faktiki olaraq Fransa ilə İngiltərə arasında dənizlərdə və müstəmləkələrdə ağalıq uğrunda ilk iri toqquşmaya çevrildi. İspan irsi uğrunda müharibəyə səbəb varisi olmayan ispaniyalı II Karlın ölümü oldu. XIV Lüdoviq özünü ispan varidatının varisi hesab edirdi. Bu tarixdə mövcud olmuş ən zəngin miras (irs) idi. İspan irsinin ələ keçirilməsi “siyasi tarazlığın” Fransanın xeyrinə dəyişməsi, faktiki olaraq isə Fransanın dünya hegemonluğu demək idi. “Varis” XIV Lüdoviq İspaniyadan savayı, İspaniyanın italyan, holland (Niderland), eləcə də çoxsaylı Afrika və Amerika torpaqlarını ələ keçirəcəkdi.

Hələ XVIII əsrin 90-cı illərində Lüdoviq digər iri dövlətlərlə bu irsi bölüşdürməyə dair danışqlar aparmışdı. İspan kralının daha bir varisi – Avstriyalı ershersoq Karl ispan kralı III Filipin nəvəsi idi. XIV Lüdoviq Habsburqların iddialarına qarşı İngiltərə və Hollandiyanı vahid cəbhədə çıxış etməyə həvəsləndirməklə mümkün ola biləcək antifransız koalisiyanın, qarşısını almağa ümid edirdi. Fransanın London və Haaqadakı səfirləri ingilisləri və hollandları əmin edirdilər ki, ispan taxt-tacına yalnız Burbonların və ya yalnız Habsburqların çıxması tarazlığı pozar.

Vyanadakı fransız səfiri Avropada sülhü qorumaq üçün İspaniyanı iddiaçılar arasında bölüşdürməyi təkidlə irəli sürürdü (bildirdi). Fransız diplomatları bu işdə əhəmiyyətli nəticələr əldə etdilər.

1698 və 1700-cü illərdə İspan kralı II Karldan gizli olaraq İspaniyanın bölüşdürülməsi haqqında iki razılaşma imzalandı. Bunlardan xəbər tutan II Karl uzaq qohumu Bavariya kürfüstünü varis elan etmək istəsə də, qəflətən və naməlum səbəbdən 7 yaşlı oğlanın dünyasını dəyişməsi onu seçim qarşısında qoydu. Bu zaman II Karl ölkənin parçalanmasının qarşısını almaq üçün mirası – yəni İspaniyanı bütöv halda fransız şahzadəsinə verməyi qərarlaşdırdı. Kralı bu qərara gəlməyə fransız diplomatiyası və ispanlar sövq etdi.




Yüklə 108 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə