Ms excel proqramında mühasiblər tərəfindən ən çox istifadə edilən 10 funksiya



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
tarix26.09.2018
ölçüsü0,94 Mb.
#70561


MS Excel proqramında mühasiblər tərəfindən  

ən çox istifadə edilən 10 funksiya.

 

 

1.

 

AVERAGE() 

2.

 

COUNT() 

3.

 

İF() 

4.

 

ROUND() 

5.

 

SUM() 

6.

 

SUMİF() 

7.

 

CONCATENATE() 

8.

 

MİN() və MAX() 

9.

 

VLOOKUP() 

10.

 

COUNTİF() 

 

 

 

 


1.

 

AVERAGE() Funksiyası

 

AVERAGE funksiyası verilən diapazonda rəqəmlər içində orta arifmetik dəyərin hesablanması üçündür.  

Aşağıdakı şəkildə olan cədvəl yaradaq: 

 

D9 və E9 xanalarında Xarici dil və Riyaziyyat fənnləri üzrə tələbələrin orta arifmetik ballarını hesablamaq 

üçün AVERAGE funksiyasını daxil edək. E8 xanasında qiymət yoxdur, ona görə nəticə yalnız iki qiymətdən 

formalaşacaq. 

D9 xanasına keçək və AutoSum düyməsini basıb AVERAGE funksiyasını seçək: 

 

Excel diapazonu avtomatik seçir, ona görə yalnız Enter düyməsini basmaq qalır ki nəticəni görək. 



D9 xanasındakı funksiyanı E9 xanasına Copy-Paste edək. 

 

E9  xanasında  olan  AVERAGE  funksiyası  gördüyünüz  kimi,  “qiymət  yoxdur”  mətnini  nəzərə  almır.  Eyni 



zamanda,  boş  xananı  da  nəzərə  almayacaq.  Lakin,  E8  xanasında  0  olarsa,  o  zaman,  bu  nəticəyə  təsir 

edəcək. 



 

Bundan başqa, Exceldə AVERAGEA funksiyası da var. Bu AVERAGE funksiyasından onun ilə fərqlənir ki, 



AVERAGE funksiyası rəqəm olmayan xanaları nəzərə almırAVERAGEA funksiyası isə yalnız boş xanaları 

nəzərə almır mətn olan xanaları isə sıfır kimi gəbul edir. 

 

 

 




2.

 

COUNT() Funksiyası

 

COUNT()  funksiyası  verilən  diapazonda  rəqəm  olan  xanaların  sayını  verir.  D10  və  E10  xanalarına  bu 

funksiyanı  yazaq  və  qoyulan  qiymətlərin  sayını  öyrənək.  D10  xanasına  keçək  və  AutoSum  düyməsini 

basıb Count numbers funksiyasını seçək: 

 

Bu  dəfə  avtomatik  seçilən  xanaların  diapazonu  bizi  qane  etmir,  çünki  D9  xanası  da  avtomatik  seçilmiş 



diapazona daxil olacaq. Ona görə seçim diapazonuna düzəliş edirik və D6:D8 diapazonunu seçib ENTER 

düyməsini basırıq. D10 xanasındakı formulanı Copy-Paste edirik E10 xanasına.  



Diqqət!  COUNT  funksiyası  yalnız  rəqəm  olan  xanaları  nəzərə  alır,  boş  və  mətn  olan  xanaları  nəzərə 

almır. Misalda da bu aydın görsənir. 

 

 



 


3.

 

İF() Funksiyası

 

 

Exceldə İF() funksiyası məntiqi funksiyadır və hər hansı şərtin yerinə yetirilib-yetirilməməsinin nəticəsini 



bizə verir. D11 və E11 xanalarında tələbələrin aldıqları qiymətlərə görə son nəticəni (yaxşı və ya pis) 

çıxardmaq üçün məntiqi funksiyanı daxil edək: 



D11 xanasına keçək və Formulas menyusunda Logical düyməsinə basıb, IF() funksiyasını seçək: 

 

 



Açılan  aynada  İF  funksiyasının  şərtlərini  daxil  edək.  Əgər  fənnlər  üzrə  orta  bal  4  və  ondan  çoxdursa 

nəticə “Yaxşı” olacaq, əks halda nəticə “Pis” olacaq. Sonda OK düyməsini basırıq. 

 

 

D11 xanasındakı İF funksiyasını E11 xanasına Copy-Paste edirik. 



Bu funksiya Formula Bar-da bu cür əks olunur: 

=IF(D9>=4;"Yaxşı";"Pis") 

 

 




4.

 

ROUND() Funksiyası

 

Exceldə olan ROUND() funksiyası rəqəmləri yuvarlaq etmək üçün istifadə edilir. 



ROUND  funksiyası  xanaların  formatında  yuvarlaqlaşdırmadan  daha  lazımlıdır.  Çünki  xanadakı  rəqəmi 

format  ilə  yuvarlaq  göstərmək olar,  amma etmək  mümkün  deyil.  Format  ediləndə  vergüldən  sonra  nə 

qədər rəqəm varsa elə də qalır, lakin, RAUND funksiyası tətbiq ediləndə rəqəm yuvarlaq edilir. 

Aşağıdakı şəkildə göstərilən cədvəl qurun: 

 

B6  xanasını  elə  format  edək  ki, vergüldən  sonra  iki  rəqəm  görsənsin. B7  xanasında  isə  =ROUND(B5;2) 

funksiyasını  yazaq.  Nəticədə  B6  və  B7  xanalarında  5.66  görsənəcək.  Lakin,  B6  xanasında  bu  5.66 

görsənsədə, əslində 5.6578 olacaq və hesablamalarda da 5.6578 götürüləcək.  

B7 xanasında isə qərəm 5.66 görsəndiyi kimi olacaq və hesablamalarda da 5.66 kimi götürüləcək. 

Böyük  məbləğlərdə  hesablamalar  olduğu  zaman  ROUND()  funksiyasından  istifadə  edilməsə,  vergüldən 

sonra olan rəqəmlərin son nəticəyə böyük təsiri olur. 

 

 



5.

 

SUM() Funksiyası 



SUM() funksiyası riyazı funksiyalara aiddir və cədvəldə olan verilən diapazonda rəqəmləri cəmləyir. 

İşçilərin hesablanmış əmək haqqı cədvəlini aşağıdakı kimi hazırlayın: 

 

Cəmi  hesablanmış  əmək  haqqının  hesablanması  üçün  D10  xanasına  keçin  və  Formulas  menyusunda 



AuoSum düyməsinə basın: 

 

D10  xanasında  =SUM(D7:D9)  formulası  avtomatik  yaranacaq.  Klaviaturada  Enter  düyməsini  basıb  işi 



tamamlayın. Sonda D10 xanasında hesablanmış əmək haqqının cəmi görsənəcəkdir. 

Bəzən  elə  ola  bilər  ki,  Excel-in  AutoSum  ilə  seçilən  diapazonu  sizi  qane  etmir,  o  zaman,  siz  istədiyiniz 

diapazonu seçə bilərsiniz. Misal üçün, sizə əmək haqqında tutulan məbləğlərin cəmi lazımdır. Bu zaman, 

siz D13 xanasına aşağıdakı funksiyanı yazırsınız:  



=SUM(E7:E9;F7:F9) 


 

Bundan  başqa  eyni  zamanda  bir  neçə  sütunun  rəqəmlərini  cəmləmək  olar.  Bunun  üçün  cəmlənməsi 

lazım  olan  sütünlardakı  rəqəmləri  seçirsiniz  CTRL  düyməsini  saxlayarq  və  exceldə  olan  AutoSum 

düyməsini basırsınız. 

 

Nəticədə seçilən bütün sütunların altında SUM() funksiyası yaranır və sütunda olan rəqəmləri cəmləyir. 



 

 

 




6.

 

SUMİF() Funksiyası 



SUMİF()  funksiyası  sütunda  olan  rəqəmləri  hər-hansı  bir  şərtə  görə  cəmləyir.  Misal  üçün,  sizdə 

abunəçilərin mobil operatorlar üzrə istifadəsi vardır - Nar, Azercell, Bakcell 

 

Hər bir nömrə üzrə aylıq istifadə edilən məbləğ C sütununda verilibdir. Bütün nömrələrin cəmini C18 



xanasında SUM() funksiyası ilə hesablaya bilərik. Lakin, bizə hər bir operator üzrə ayrılıqda məbləğ lazım 

olarsa, o zaman, SUMİF() funksiyası bizə kömək edə bilər. 

Bunun üçün, cədvəlin səğ tərəfində balaca bir cədvəl yaradaq. 

 

F6 xanasında biz nar mobil operatoru üzrə cəmi məbləği hesablamaq üçün aşağıdakı formulanı daxil 

edirik: 

=SUMIF(B:B;E6;C:C) 

Və ya Formulas menyusundan SUMİF() funksiyasını seçirik 




 

Açılan aynada olan funksiyanın arqumentləri olan xanaları doldururuq 

 

Range xanasında “nar”sözü axtarılan diapazonu, Criteria xanasında axtarılan “nar” sözünü, Sum_range 



xanasında isə cəmlənməsi lazım olan rəqəm diapazonunu seçirik və OK düyməsini basırıq. 

Eyni əməliyyatları “bakcell ” və “azercell” sözləri üçün də edirik. 

 

 

 




7.

 

CONCATENATE() Funksiyası 



CONCATENATE() funsiyası Exceldə 2 mətni birləşdirmək üçün istifadə edilir. Aşağıdakı cəfvələ baxaq: 

 

Gördüyünüz kimi cədvəldə işçilərin adları və soyadları müxtəlif xanalarda yazılıbdır. Bəzən bu cür 



mətnlərin bir xanada yazılması lazım gəlir. Yenidən adları yazmamaq üçün CONCATENATE() 

funksiyasında istifadə etmək olar. Bunun üçün, cədvəlin sağ tərəfində F7 xanasında aşağıdakı fuksiyanı 

yazırıq 

=CONCATENATE(B7;" ";C7) 

Bu funksiya B7 və C7 xanalarınd olan sözləri birləşdirəcəkdir. Arqımentlər arasında, təbii ki, mütləq ; 

işarəsi olmalıdır. Arada olan “ ” dəqnaq arası işarəsi sözlər arasında boşluq yaradır. 

 

 



 


 

8.

 



MİN() və MAX() Funksiyaları

 

MIN() və MAX() funksiyaları verilən diapazonda minimum və maksimum rəqəmləri bizə qaytarır. 

Misal üçün aşağıdakı cədvəldə minimum və maximum olan rəqəmləri seçək: 

 

Bunun üçün, C21 xanasına gəlirik və AutoSum düyməsini basıb, MIN() funksiyasını seçirik. Avtomatik 



seçilən diapazonda C6:C17 diapazonunu seçirik. Eyni əməliyyatı cədvəldə maksimum rəqəmi tapmaq 

üçün həyata keçiririk, lakin, MAX() funksiyasını seçirik. 

 

 

 



 

 

 




9.

 

VLOOKUP() Funksiyası

 

VLOOKUP() funksiyası verilən cədvəldə axtarılan sözə və ya rəqəmə aid olan hər hansı xüsusiyyəti axtarıb 

verir. Misal üçün, biz aşağıda verilən cədvəldə 704011253 nömrəsinin məbləğini öyrənmək istəyirik: 

 

Bunun üçün, cədvəlin sağ tərəfində, tutaq ki, E6 xanasında 704011253 nömrəsini yazırıq və F6 xanasına 



keçib Formulas menyusunda Lookup&Reference düyməsini basırıq və açılan aynada boş xanaları 

doldururuq: 

 

Lookup_value xanasında axtarılan nömrəni – E6 (xanasında olan nömrəni) 

Table_array xanasında axtarılan diapazonu – A:C 

Col_index_num xanasında axtarılan diapazonunda axtarılan sütunun nömrəsini - 3 

Range_lookup xnasında 0 yazırıq. 

Nəticədə cədvəldə olan axtardığımız nömrənin məbləğini alırıq – 8 manat. 




 

 

 



 

 



10.

 

COUNTIF() Funksiyası

 

 

COUNTIF() funksiyası cədvəldə axtardığımız rəqəmlərini və ya sözlərin miqdarını qaytarır. 



Misal üçün, aşağıdakı cədvəldə biz yoxlamaq istəyirik ki eyni nömrə təkrarlanırmı? Təkrarnanırsa da, 

neçə dəfə? 

 

Bunun üçün cədvəlin sağ tərəfində E6 xanasına gəlirik və Formulas menyusunda AutoSum düyməsini 



basıb açılan siyahıda COUNTİF funksiyasını seçirik. Açılan pəncərədə bütün xanaları doldururuq: 

 

Range xanasında axtarılan sütunun diapazonunu - A:A 



Criteria xanasında isə axtardığımız nömrəni seçirik – A6 

E6 xanasındakı formulanı aşağıdakı xanalara da Copy-Paste edirik. Nəticə aşağıdakı kimi olacaqdır: 

 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə