Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti



Yüklə 81,96 Kb.
səhifə1/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
  1   2   3   4   5   6   7   8   9   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021


Müasir diplomatiya imtahan cavabları


  1. Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatiya – beynəlxalq münasibətlər sahəsində istifadə edilən, bu və ya digər dövlətə özünün xarici siyasi məsələ və məqsədlərini həyata keçirməyə yardımçı olan üsullar və hərəkətlər məcmusudur. Diplomatiya “diplom” sözündən olub yunan dilində diploma – ikiqat yığılmış sənədlər deməkdir.İlkin mənada diplomat - «diplomu» olan şəxs demək idi. Qədim Romada yunan terminologiyasına körə «diplom» - əyalətə və ya xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət və ya etimadnaməyə deyilirdi.Diplomatiya və diplomatik anlayışlar isə XVII əsrdən tətbiq edilib. Diplomatiya anlayışı ilə beynəlxalq münaqişələrin qarşısının alınması, yaxud nizamlanması, kompromis və bütün tərəflərin qəbul edəcək həll yollarının axtarışı, həmçinin beynəlxalq əməkdaşlığın genişlənməsi və dərinləşdirilməsi məqsədləri üzrə danışıqların aparılması məharətini də əlaqələndirirlər.Diplomatiyanın predmeti, subyekti, obyekti də dunyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir.

Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir:

1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya;

2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsi ilə tanınma.

Lakin “diplomatiya” anlayışı müasir anlamda ilk dəfə Fransız diplomatı Fransua Kalyerin 1716-cı ildən çap olunmuş kitabında(“Hökmdarlarla danışıqlar aparılması üsulları”) istifadə edilib.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə