Müasir dövr Tarix və onun problemləri, №4 2014 165



Yüklə 92,33 Kb.

tarix08.07.2018
ölçüsü92,33 Kb.


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

165 

                                                                                                   ELDAR CƏFƏROV 

                                                                                                Bakı Dövlət Universitetinin  

                                                            Beynəlxalq münasibətlər kafedrasının doktorantı 

E:mail: ejafarli@yahoo.com 

 

 

TÜRKIYƏ-İRAN MÜNASIBƏTLƏRI ABŞ-IN XARICI SIYASƏT KONTEKSTINDƏ 

 

Açar sözlər: İranın nüvə proqramı, Türkiyənin region siyasəti, ABŞ-İran qarşıdurması 

Ключевые слова: Ядерная программа Ирана, региональная политика Турции, 

ирано-американская конфронтация 



           Keywords: Iran's nuclear program, Turkey's regional policy, US-Iran confrontation 

 

Müasir dövrdə Türkiyə İran münasibətləri təkcə  iki ölkənin xarici siyasəti baxımından 

deyil, eyni zamanda regionda həyati maraqlara sahib olan ABŞ-ın daim diqqət mərkəzindədir.  

Hələ  inqilabdan  sonra  İran  Qərb  ittifaqından  qopmasına  baxmayaraq,  İranın  parçalanması 

və ya Sovet nüfuzuna meyllənməsini əngəlləmək üçün ABŞ İranın Türkiyə ilə dialoq qapısını 

açıq tutdu. Türkiyə tərəfinə gəlincə, həm ABŞ-ın bölgədəki müttəfiqi, həm də İranın qonşusu 

olması  onu  regionda  baş  verən  hadisələrdən  kənarda  qoymur.  Digər  tərəfdən,  Türkiyə  İran 

münasibətlərini  ABŞ-ın  xarici  siyasət  prizmasından  dəyərləndirməyi  vacib  hesab  etdiyimizə 

görə,  məqalədə  Türkiyə-İran-ABŞ  üçbucağında  ortaq  və  toqquşan  maraqlara  xüsusi  yer 

vermişik. Beləliklə, məqalədə İranın müasir dövdə nüvə proqramına yiyələnmək cəhdləri, iki 

dövlət arasındakı enerji məsələləri, İsrail dövlətinin ikitərəfli münasibətlərdə yeri və nəhayət 

ABŞ-ın qeyd olunanlara dair mövqeyindən bəhs edilmişdir. 

 

          Sovetlər  Birliyi  dönəmində  regionun  təhlükəsizliyi  üçün  ABŞ-ın  ən  mühüm  müttəfiqi 

olan İran, SSRİ-nin dağılmasından sonra bölgədəki ABŞ maraqlarının təmini baxımından ən 

böyük  təhdidə  çevrilmişdir.  11  sentyabrdan  sonra    dünyanın  şər  oxu  konteksində  İraq  və 

Suriyanın  yanına  üçüncü  bir  ölkə  olaraq  İran  da  əlavə  edildi.  [4,  100]  Türkiyə  11  sentyabr 

hadisələrindən  sonra  Prezident  Buş  tərəfindən  İran,  İraq  və  Suriyanın  onun  üçün  təhdid  ola 

biləcəyini  hesab  etməsə  də,  terror  mövzusunda  ABŞ-ın  liderliyi  ilə  NATO  çərçivəsində 

Əfqanıstan əməliyyatlarında iştirak etmişdir. 

Türkiyə  İran  münasibətlərində  iki  ölkənin  təhlükəsizlik  baxımından  bir-birinə 

yaxınlaşması  həmin  dövlətlərin  siyasi  rejimlərinin  və  iqtidardakı  güclərin  təsirindən 

formalaşmışdır. Həm İranda,  həm də  Türkiyədə  hadisələri  dostluq və  həmrəylik baxımından 

bir-birini rəqib, hətta təhdid altında görən meyllər mövcuddur. Yəni Türkiyədə və ya İranda da 

iqtidarda  kimin  olduğu  və  digər  ölkələrə  qarşı  necə  mövqenin  formalaşması  olduqca 

önəmlidir.  

Iki ölkə arasında münasibətlərdə beynəlxalq təhlükəsizlik və “hegemon” güc anlayışları 

əsas  istiqamətlərdəndir.  Inqilabdan  sonra  İran  Qərb  ittifaqından  qopmasına  baxmayaraq, 

İranın  parçalanması  və  ya  Sovet  nüfuzuna  meyllənməsini  əngəlləmək  üçün  ABŞ  İranın 

Türkiyə ilə dialoq qapısını açıq tutdu. 1979-cu il inqilabından sonra gərgin olan münasibətlər 

Türkiyədə  AKP-nın  iqtidara  gəlməsindən  sonrakı  dönəmdə  gözlənilməz  bir  şəkildə 

normallaşdı və bu, qlobal və regional güclərin də diqqətini çəkmişdir.  

Məlum olduğu kimi, İranın  raket  proqramları, nüvə  istehsalı və  beynəlxalq terrorizmi 

dəstəklədiyi  iddiaları  səbəbilə,  xüsusən  11  sentyabr  hadisələrindən  sonra  Əfqanıstan  və 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

166 


İraqdan  sonra  İran  ABŞ-ın  hərbi  hədəfi  olaraq  görünməyə  başladı.  ABŞ-la  İran  arasında 

gərginlik  artdıqca,  Türkiyənin  mövcud  vəziyyət  qarşısında  izləyəcəyi  siyasət  və  qarşılaşa 

biləcəyi problemlər hər keçən gün daha da artmaqdadır. İran ABŞ-ın Yaxın Şərq siyasətində 

ön planda  yer tutmuşdur. Iranın daxili və xarici güclərinin  təzyiqi nəticəsində parçalanması, 

bölgədə kürd dövlətinin qurulması ehtimalı gərgin vəziyyətə səbəb olmuşdur. Türkiyənin nüvə 

böhranı  ərəfəsində  siyasəti,  Şimalı  İraqda  baş  verənlər  və  PKK  faktorunu  da  hesaba  əlavə 

etdikdə  tarixi  bir  qarışıqlığın  şahidi  oluruq.  Türkiyə  İranın  nüvə  silahı  istehsalına  qarşı  bir 

siyasət  xətti  yeridir.  Türkiyənin  İranın  nüvə  silahı  istehsalına  qarşı  olmasının  səbəbi,  İranın 

Türkiyəyıə qarşı bir təhdid olacağından deyildir, çünki, Türkiyə NATO üzvüdür və hər hansı 

bir  vəziyyətdə  Türkiyənin  təhlüksizliyi  NATO  tərəfindən  təmin  olunacaqdır.  Türkiyənin  əsl 

narahatlığı  odur  ki,  nüvə  silahlarına  sahib  olan  İran  regionda  sabitsizliyə  səbəb  olacaqdır. 

Bundan  başqa,  İranın  nüvə  gücünə  sahib  olması,  strateji  baxımdan    regionda  qüvvələr 

balansını dəyişdirə bilər və bu dəyişiklik regional siyasət baxımından Türkiyənin əleyhinə ola 

bilər və daha genişlənə bilər. [ 7, 51] 

 

Türkiyə  həm  ABŞ-ın  bölgədəki  müttəfiqi,  həm  də  İranın  qonşusu  olması  onu  gedən 



proseslərdən kənarda qoymur. Bir vaxtlara qədər türk hökümətinin İranın nüvə siyasətindəki 

mövqeyi  dəqiq  olmamaqla  yanaşı  –  hökümət  hər  fürsətdə  İranın  nüvə  texnologiyasını  sülh 

məqsədilə inkişaf etdirməsində haqlı hesab edirdi və məsələnin beynəlxalq diplomatik yollarla 

həll  edilməsinin  lazım  olduğunu  deyirdi.  Lakin  İranın  bu  hərəkəti  nüvə  silah  istehsalına 

çevrilə bilər ki, bu da Türkiyə üçün böyük təhdid kimi görünür. 

 

 Məhz bu yerdə ABŞ və BMT TŞ-nın İran haqqında qəbul etdiyi qərarlar Türkiyə-İran  



münasibətlərini üçün əsas əhəmiyyət qazandı. Ancaq, indiyə qədər ABŞ və müttəfiqləri  İrana 

qarşı ortaq bir baxış göstərsələr də, ABŞ-ın İrana müdaxilə müddəti ABŞ-ın və Təhlükəsizlik 

Şurasının  digər üzvlərinin mövqeləri baxımından uzanmışdır. Yenə buna oxşar şəkildə, İrana 

qarşı ABŞ Təhlükəsizlik Şurasının tam dəstəyini almaya bilər. Bu sahədə hadisələrin inkişafı 

necə olursa olsun Türkiyə müttəfiqi  ilə  birlikdə İrana qarşı mövqe tutmağa çətinlik çəkmiş və 

ABŞ ilə qonşusu İran arasında qalmışdır.  

Obama  administrasiyası  hakimiyyətə  gəldikdən  sonra  2009-cu  ilin  əvvəllərində  İran 

İslam Respublikası ilə münasibətləri təkmilləşdirmək  xətti götürdü  [ 10, 76] Indi də  İran ilə 

əlaqədar  türk,  amerikan  və  İsrailli  nümayəndələr  arasında  tez-tez  görüşlər  olsa  da,  Türkiyə 

İran mövzusunda tərəfsizliyini qorumağa çalışır. ABŞ, İrana qarşı sanksiya və embarqo tətbiqi 

üçün  və  ya  İrana  qarşı  bir  əməliyyat  üçün  aktiv  və  ya  passiv  formada  Türkiyənin  iştirakına 

təzyiq etsə belə, Türkiyə ABŞ-dan birinci beynəlxalq legitimliyi təmin etməyi tələb edəcəkdir 

və  İran  ilə  ABŞ  arasında  balanslaşmış  bir  mövqedə  duracaqdır.  Ancaq  ABŞ,  İsrail  ilə  İran 

arasında  açıq  bir  qarşıdurma  yaranarsa  və  əgər  Avropa  İttifaqı  da  ABŞ-ın  tərəfində  olarsa, 

Türkiyə artıq tərəfsiz qala bilməz və belə bir durumda Türkiyə ABŞ-ın yanında  yer alacaqdır.  

 

Həm ABŞ-ın bölgədə müttəfiqi, həm də İranın qonşusu olması faktı göstərir ki, Türkiyə 



regionda baş verən hadisələrin ən çox təsirə məruz qaldığı  bir dövlətdir. Ancaq Türkiyə xarici 

siyasət  sahəsində  sahib  olduğu  yeni  bir  mövqe  ilə  İran  səbəbindən  ortaya  çıxan  regional 

miqyasda  olan  böhranlardan  çıxa  bilmişdir.  Son  dönəmdə  baş  verən  hadisələrə  baxdıqda 

Türkiyə-İran münasibətlərində artan yaxınlaşma müşahidə edilmişdir.  

 

ABŞ-ın  İranın  nüvə  fəaliyyətinə  qarşı  çıxmasının  səbəbi  iki  ölkə  arasındakı 



konfilktlərdir.  ABŞ  İranı  terrorizmi  dəstəkləməkdə  günahlandırır  [1,  166].  11  sentyabr 

təcavüzündən  sonra  İranın  ABŞ  tərəfindən  hədəf  ölkə  olaraq  görülməsi,  İranın  gizli  nüvə 

ehtiyatlarının  ortaya  çıxması,  İranın  zəngin  neft  və  təbii  qaz  ehtiyatlarına  sahib  olması, 

Türkiyədə  AKP-nin  iqtidara  gəlməsi  və  yeni  bir  xarici  siyasət  xəttinin  işlənməsi,  Türkiyədə 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

167 

tez bir zamanda iqtisdiyyatın genişlənməsi, Türkiyədə enerjiyə ehtiyacın artması kimi iqtisadi 

və təhükəsizliklə bağlı olan əsas səbəblər 2002-ci ildən sonra Türkiyə-İran  münasibətlərində 

izlər  qoymuşdur.  2001-ci  il  sentyabr  hadisələrindən  sonra  ABŞ-ın  Əfqanıstanda  antiterror 

kampaniyasına  başlaması,  daha  sonra  isə  İraqda  Səddam  rejimini  devirməsi  İranda  1979-cu 

ildən  bərqərara  olmuş  rejimi  də  təhlükə  altına  qoydu  [2,  127].  2003-cü  ildə  başlayan 

müharibənin  sonu  sadəcə  İraqı  deyil,  bütün  bölgə  dövlətlərini  dərindən  təsirləndirmişdir. 

Iraqda ortaya çıxan etnik və dini qarşıdurmalar, iqtisadi tənəzzül, dövlət quruluşunun ortadan 

qalxması ən çox  İraqın sərhəd qonşusu olan Türkiyə və İrana təsir etmiş deyə bilərik.  

 

Təhlükəsizliklə  bağlı  digər  bir  mövzu  isə  İranın  nüvə  enerjisi  əldə  etmək  səyləridir. 



İranın  bu  sahədəki  gizli  fəaliyyəti  öyrəniləndən  sonra  İran  ilə  beynəlxalq  aləmdə  böhran 

yaranmışdır.  Beynəlxalq  aləmin  bu  fəaliyyəti  dayandırması  işindəki  tələbləri  İran  tərəfindən 

əhəmiyyətsiz qalmışdır. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurası müxtəlif qətnamələr qəbul 

etməsinə baxmayaraq, real nəticə əldə olunmamışdır. Ilk dəfə 2003-cü ilin fevral ayında, daha 

sonra  iyun  ayında  İranı  ziyarət  edən  və  nəhayət  iyul  ayından  etibarın  daha  intensiv  şəkildə 

çalışan BAEA üzvləri, İranın nüvə texnologiyasından sülh məqsədilə üçün istifadəsi ilə bağlı 

fəaliyyətini və ona yiyələnmək cəhdini tənqid etmişlər.  

Iran  inqilabından  sonra,  böyük  güclərin  İran  ilə  müxtəlif  formada  münasibətləri  və 

fərqli-fərqli siyasət yeritmələri; ABŞ-ın İrana qarşı  nəzarətedici və məcburedici siyasət tətbiq 

etməsi, Avropa ölkələrinin İranla tənqidedici dialoqları və son olaraq Rusiya və Çinin İranla 

normal  münasibətlər  saxlaması  və  İranın  raket  və  nüvə  texnologiyasını  inkişaf  etdirməsinə 

yardımçı  olmaları  Türkiyəyə  İran  ilə  münasibətlərində  sərbəst,  müstəqil  olmasını  təmin 

etmişdir.  

İranın nüvə proqramının sülh yolu ilə həll edilməsinə yönəlmiş fəaliyyətə  o cümlədən, 

Türkiyə də daxildir: 5+1 qrupu ölkələri ilə İran arasında vasitəçi olaraq problemin sülh yolu 

ilə  həll  olunmasına  cəhd  göstərmək.  1  oktyabr  2009-cu  il  tarixində  Cenevrədə  BAEA 

çərçivəsində 5+1 qrupu ilə İran görüşləri ərəfəsində üçüncü tərəf rolunu oynamışdır. 1 oktyabr 

görüşündə  ortaq  razılaşdırılan  ən  önəmli  anlaşma  İranın  əlindəki  aşağı  nisbətdəki 

zənginləşdirilmiş  uranla  İranın  enerji  üçün  ehtiyacı  olduğu    daha  yüksək  nisbətdəki  uranın 

“mübadiləsi”ni  nəzərdə  tuturdu.  Növbəti  mərhələ  kimi  isə,  bu  mübadilə  nəticəsində  İranın 

nüvə  proqramını  dayandırması  gözlənilirdi.  Lakin  bu  mübadilənin  necə  ediləcəyinə 

anlaşılmazlıq var idi. Belə ki, 5+1 qrupu ölkələri mübadilənin Fransa və ya Rusiya vasitəsilə 

və İranın əlindəki zənginləşmiş uranın hamısının ləğvini həyata keçirməli idi. Lakin İran bunu 

qəbul etməmişdir həm də, vasitəçi ölkələr də miqdarı uyğun hesab etməmişdilər. Dolayısıyla, 

mübadilənin  tətbiqindəki  problemli  səbəblər  nəticəsində  Cenevrə  razılaşması  həyata 

keçirilmədi. Bu kilidlənmə nöqtəsində Türkiyə İranı mübadilə razılaşmasını imzalamaq üçün 

razı salmağa cəhd göstərdi.  

Məsələnin həlli ilə bağlı Prezident Obama BAEA rəhbəri Baradeydən, Braziliya dövlət 

başçısı  Luladan  və  baş  nazir  Ərdoğandan  bu  müddət  ərzində  vasitəçi  olmaları  istəmişdir. 

Obamanın bu məqsədlə Lulaya və Ərdoğana məktub yazaraq Tehranla mübadilə razılaşması 

üçün  səy  göstərməsini  istəməsi  də  mətbuata  bildirildi.  [5,  109].  9  iyunda  TŞ-da  baş  tutan 

səsvermədə İrana qarşı embarqo layihəsi Türkiyə və Braziliyanın “yox” səslərinə baxmayaraq 

qəbul edildi və Türkiyənin qərarın əleyhinə səs verməsi, Türkiyənin İranı “qoruduğu” və  ya 

“nüvə proqramını qorumağa çalışdığı” kimi tənqidlərə yol açdı.  

Əsl  problem  isə,  Ərdoğan  və  Davudoğlunun  nüvə  silahının  məhdudlaşdırılması 

mövzusunda “bərabərlik-ədalətlilik-regional  səviyyədə nüvə silahlarının məhdudlaşdırılması” 

görüşlərini  irəli  sürməsi  və  bu  görüşlərdə  İsrailin  nüvə  silahlarını  gündəmə  gətirməsi  idi. 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

168 


Ərdoğan hökümətinin nüvə silahlarının məhdudlaşdırılması təkcə İranı deyil, regiondakı bütün 

ölkələri  və  İsraili  əhatə  etməsinin  vacibliyini  ifadə  etməsi,  İsrailliləri  və  dünyadakı  İsrail 

lobbisini çox qıcıqlandırmışdı. Üstəlik, bu ifadənin İsrailin regiondakı ən  yaxın dostu olaraq 

qəbul etdiyi Türkiyə tərəfindən işlədilməsi gərginliyi daha da artırdı, ABŞ da həmçinin İsrail 

kimi eyni reaksiyanı verdi.  

Hər nə qədər çətin olsa da, Türkiyənin İrana qarşı olan tarixi narahatlığı hələ də davam 

etməkdədir.  Irana  qarşı  ediləcək  hər  hansı  bir  embarqo  və  ya  hərbi  müdaxilə  ilə  İrandakı 

rejimin  devrilməsinə  və  İrandakı  kürd  millətçiyinin  qiyamına  səbəb  ola  bilər,  bu  qiyamlar 

nəticəsində Kürd dövlətinin qurulması ehtimalı qüvvətlənə bilər. 

İranın  nüvə  silahlarına  malik  olması  Türkiyənin  maraqlarına  da  ziddir.  Eyni  formada 

İranda  baş  verə  biləcək  hər  hansı  qarşıdurma  və  İranın  işğalı  və  ya  İrana  qarşı  iqtisadi 

embarqo  da  Türkiyənin  maraqlarına  tərsdir.  Türkiyə  xarici  siyasətini  həm  ümumi,  həm  də 

ayrı-ayrı parametrlərlə düşündükdə, ABŞ-ın mövcud İran siyasəti və ya ola biləcək hər hansı 

fəaliyyəti Türkiyənin zərərinə olacaqdır. [9] 

Zaman-zaman  Türkiyənin  və  İranın  bir-biri  ilə  münasibətlərini  inkişaf  etdirməyə 

ehtiyacları  olmuşdur  və  bu  istiqamətdəki  fəaliyyətə  həmişə  ABŞ  əngəl  yaratmışdır.  Bundan 

başqa,  Türkiyənin  İranla  münasibətini  genişləndirməsinə  mane  olan  sadəcə  ABŞ  deyil,  eyni 

zamanda və qanadları arasında bəslədiyi İsrail dövlətidir. Bu iki gücün mənafeləri var olana 

qədər,  Türkiyə  öz  maraqlarına  diqqət  yetirməli  və  qonşuları  ilə  münasibələrini 

genişləndirərkən bu maraqlarını gözə almalıdır.  

Türkiyənin Qərb ilə və ABŞ ilə yaxın münasibətlərini davamlı olaraq tənqid edən İran 

Türkiyənin İsrail ilə münasibətlərini strateji və hərbi əməkdaşlıq adlandırmışdır. Türkiyə bunu 

İsrail ilə əlaqələrin “üçüncü bir dövlətə qarşı istiqamətli olmadığını” israrla qeyd etsə də, İran 

bu cür əlaqənin ona qarşı bir ittifaq olduğunu bildirmişdir. Həm neft, həm də təbii qaza sahib 

olan  bir  ölkənin  nüvə  enerjisi  istehsal  edərək  bir  enerji  mərkəzinə  çevrilməsi  ABŞ-ın 

regiondakı  maraqlarına  təhdid  kimi  görülür  və  İsrail  tərəfindən  də  ciddi  bir  təhdid  kimi 

görülməkdədir.  

İranın ideoloji mövqeyi və təhlükəsizlik sahəsindəki fəaliyyəti baxımından həqiqətdən 

də,  İsraili  hədəf  olaraq  görür.  Buna  qarşılıq  olaraq,  İsrail  də  İranı  öz  təhlükəsizliyi  üçün  bir 

təhdid  kimi  qəbul  edir.  Hər  iki  tərəfdə  gərginliyin  artması  hərbi  gücdən  istifadəyə  gətirib 

çıxardacaq.  Bu  baxımdan  İsrail  İranın  hücumlarını  təsirsiz  etmək,  qabaqcadan  xəbərdarlıq 

yaxud  şikayət  etmək  üçün  İranın  qonşusu  Türkiyəyə  ehtiyacı  vardır.  Iran-Türkiyə  sərhəd 

bölgəsinə  lazımı  olan    texniki  infrastrukturun  qurulması  və  Türkiyə-İsrail  əməkdaşlığının 

artması İran tərəfindən təhdid olaraq dərk olunacaqdır. Belə bir vəziyyət Türkiyə üçün yeni və 

ciddi  risklər  yarada  bilər.  İran  belə  bir  əməkdaşlığın  ona  qarşı  yönəlmiş  olduğunu  başa 

düşəcəkdir.  Türkiyənin  İsrailin  tələblərinə  mənfi  cavab  verməsi  nəticəsində  isə,  bunun 

təsirlərini  təkcə,  Türkiyə-İsrail  münasibətlərində  deyil,  Türkiyə-ABŞ  münasibətlərində  görə 

biləcək.  

AKP-nın iqtidara gəlməsindən sonra “qonşularla sıfır problem” şüarı çərçivəsində digər 

qonşu  ölkələrlə  olduğu  kimi  Türkiyə-İran  münasibətləri  də  başda  iqtisadi  maraqlar  olmaqla, 

siyasi  və  sosial  istiqamətdə  də  intensiv  bir  inkişaf  sərgiləmişdir.  Bu  durum  eyni  zamanda 

Amerikan rəhbərliyini rahatsız etsə də,  Ankara-Tehran xəttində enerji istiqamətində  yüksəliş 

qazanan münasibətlər digər sahələrə də keçmişdir.  

 

Enerji  sahəsində  ABŞ    üçün  əsas  məqsəd  İranın  can  damarı  olan  enerji  sektorunu  və 



digər  ölkələrlə  ticarətini  intensivləşdirən  maliyyə  sektorunu  iflic  vəziyyətə  salmaqdır.  Bunu 

üçün ABŞ siyasətini həm  beynəlxlaq səviyyədə,  həm də Avropa İttifaqında həyata keçirmiş 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

169 

və  Aİ  ölkələri  BMT  TŞ    sanksiya  qərarlarını  öz  qanunvericiliklərinə  uyğunlaşdıraraq  onun 

tətbiqinə  başlamışlar.  [8]  ABŞ  Aİ-nın  üzvlərinin  İranla  müxtəlif  səviyyələrdə  ticarət 

münasibətləri olan digər ölkələrlə əməkdaşlıq edərək İranı sıxışdırmağa çalışır.  

Türkiyə  və  İran  münasibətlərində  2000-ci  illərdən  bəri  yaşanan    iqtisadi,  enerji 

məsələləri sistem şəklində qruplaşdırsaq, əsas hadisələri təkqütblülükdən çoxqütblülüyə doğru 

yaşanan  dəyişikliklə  bərabər,  “ticarət  dövləti”nin  yüksələn  hal  alması,  regional  səviyyədə 

ABŞ-ın  İraqı  işğalı  ilə  pozulan  qüvvələrin  iki  ölkəni  bir-birinə  yaxınlaşması  və  Türkiyənin 

daxili  fəaliyyəti  ilə  birlikdə  xarici  siyasətini  “qonşularla  sıfır  problem”  və  “qonşularla 

sərhədsiz  ticarət”  çərçivəsinə  yönləndirməsi  ilə  açıqlamaq  mümkündür.  Son  illərdə  artan 

ikitərəfli ticarət münasibətləri Türkiyənin daha çox “ticarət dövləti”nə çevrilməsi ilə bağlıdır. 

2000-ci illərdə 1990-cı illərdəki məsafəli və gərgin  münasibətlərin  yerini iqtisadi əməkdaşlıq 

tutmuşdur.  Belə  ki,  2000-ci  illərdə  iki  ölkə  arasında  münasibətləri  xarakterizə  edən  əsas 

məsələ xarici siyasət, investisiya qoyuluşu və enerji tədarükü kimi mövzular təşkil etmişdir. 

Digər  tərəfdən  ikitrəfli  münasibətlərdə  yaşanan  son  durum  hadisələr  regionda  ortaya 

çıxan bəzi problemlərə təsir etmişdir. Ərəb baharı ilə yanaşı, iki ölkə arasında xüsusilə, Suriya 

və İraqa olan münasibətdə olan strateji fərqliliklər, Türkiyənin NATO-nun mərmi sisteminin 

bir  parçası  olaraq  onun  Türkiyə  torpaqlarında  (Malatya)  qurulmasına  icazə  verməsi  iki  ölkə 

arasında münasibətlərdə bəzi əngəllər yaratmışdır. Türkiyə isə hər fürsətdə İranı təhdid olaraq 

görmədiyini  və  Türkiyədən  bu  ölkəyə  qarşı  bir  təcavüzün  olmayacağını  dəqiq  şəkildə  ifadə 

etmişdir. Ancaq İran Türkiyənin bu addımını təhdid kimi görməkdə davam etmişdir.  

İran Ərəb Baharının ilk günlərindən xalq üsyanlarını “islami oyanış” olaraq adlandırmış 

və  Ərəb  baharını  dəstəkləmişdir.  Suriya  məsələsi  İranın  xarici  siyasətində  başlıca 

istiqamətlərdən  birini  təşkil  etmiş,  bu  yöndə,  xüsusən,  bölgə  ölkələri,  ilk  növbədə  Türkiyə, 

eləcə  də  Misir və  İraqla  intensiv təmaslarda  bulunmuşdur. [3] Lakin üsyanlar  Suriyaya  təsir 

etməyə başlayanda İran fərqli bir mövqe sərgiləməyə başladı. Iranın maraqlarına xidmət edən 

Suriya  rejimində  baş verən  hər hansı dəyişiklik İranın    geopolitik  maraqlarını  təhdid altında 

qoyacaqdır.  Bu  səbəbdən,  ərəb  baharı  Suriya  xalqına  təsir  etməyə  başlayanda  İran  başqa 

mövqe  tutmağa  başladı.  Eyni  zamanda  mövcud  vəziyyət  Türkiyə-İran  münasibətlərini    də 

toxunmuşdur.  Türkiyənin  Suriya  rəhbərliyini  tənqid  etməyə  başlaması  və  Suriyalı 

müxalifətçilərə dəstək verməsi Türkiyə ilə İranı qarşı-qarşıya qoymuşdur. 

Türkiyənin ərəb baharı daxilində aktiv xarici siyasət izləməsi və inqilab vaxtı ölkələrlə 

yaxın  münasibət  saxlaması  İranda  xoş  qarşılanmamışdır.  İlk  olaraq    baş  nazir  Ərdoğanın 

Misirdəki  dünyəvilik  çağırışları  ilə  fürsət  axtardığını  düşünən  İran  rəhbərliyi  Türkiyənin  bu 

hərəkətini  tənqid  etməyə  başlamışdır.  Daha  sonra  Türkiyənin  Suriyaya  qarşı  mövqeyini 

sərtləşdirməsi  və  eyni  zamanda  NATO-a    aid  mərmi  sisteminə  ev  sahibliyi  edəcəyini 

açıqlaması  İran  ilə  Türkiyə  arasındakı  soyuqluğu  daha  da  artırmışdır  və  iki  ölkə 

münasibətlərində son illərdəki ən gərgin dönəmə çevrilmişdir. Xüsusilə, Suriya mövzusundakı 

hadisələr iki ölkənin qarşı qütblərdə  yer alması nəticəsində Tehran-Ankara  münasibətlərində 

son  illərdə  olmadığı  qədər  gərginlik  yaratmışdır.  Suriya  hadisələrinin  necə  nəticələnirsə 

nəticələnsin, bu gərginlik qısa müddətdən sonra sakitləşəcək kimi görünməkdədir. 

Son zamanlara qədər Türkiyənin NATO-nun təhlükəsizlik çətiri altında  yer tutması və 

ABŞ  ilə  strateji  münasibətləri  Türkiyənin  bu  balanslaşmış  siyasətində  ən  önəmli  vasitəsi 

olmuşdur.  Çox  gümankı,  nüvə  İranı  regional  güc  balansını  böyük  ölçüdə  dəyişdirəcəkdir. 

Vaxtilə, İranın Türkiyədə ideoloji təhdid olaraq görüldüyü 1980 və 1990-cı illərin əksinə, İran 

bu dəfə nüvə silahını bir təhdid kimi ortaya çıxartmışdır.  [6] Ancaq bu cür vəziyyət ikitərəfli 

münasibətlərdə  ciddi  geriləmə  yaratmamışdır.  Bunun  2  səbəbi  var  :  Türkiyə  İranın  sülh 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

170 


məqsədilə nüvə texnologiyasına sahib olmasını haqlı sayır və gələcəkdə özünün nüvə siyasəti 

üçün  zəmin  hazırlayır.  Buna  əlavə,  bölgədəki  Türkiyə-İran  qüvvələr  balansının  saxlanması 

məqsədilə  Qərb  tərəfi  İrana  qarşı  tarazlığın  qorunması  üçün  Türkiyənin  də  nüvə  enerjisinə 

sahib  olmasına  yardımçı  olacaqdır.  İkincisi,  NATO  üzvü  olması  İrana  qarşı  Türkiyəni  də 

balanslaşdırmaqdadır. Çünki, uzunmənzilli raketlərə və nüvə texnologiyasına malik olan İran 

sadəcə  Türkiyə  və  digər  region  dövlətləri  üçün  deyil,  beynəlxalq  aləm  üçün  təhlükə  olaraq 

görülür və buna görə də, Türkiyə maksimum çalışmalıdır ki, İran il münasibətlərini pozmasın.  

 

Əks  halda,  Türkiyə,  ABŞ-İran  arasındakı  böhranın  ən  çox  təsir  edə  biləciyi  ölkələr 



içində birinci yer tutacaq və bundan asılı olaraq Türkiyə regionda balanslaşdırılmış bir siyasət 

xətti həyata keçirməlidir. Həm İranin nüvə silahına malik olması, həm də ABŞ-ın İrana hərbi 

müdaxiləsi Türkiyəyə olduqca ağır formada təsir edəcəkdir. Iki tərəf də böhranın uzlaşma yolu 

ilə  həll  olunmasının,  Türkiyənin  maraqlarına  uyğun  olacağını  bilirlər.  Bunun  üçün  tərəflər 

(ABŞ  və  İran)  Türkiyəni  öz  tərəflərinə  çəkmək  ya  da  ən  azından  öz  mövqelərinə  uyğun 

formada  Türkiyənin  onların  tərəfində  olmasını  istəyirlər.  Türkiyə  isə  Yaxın  Şərq  və  İranla 

bağlı strateji planlarını həyata keçirmək üçün hər iki tərəfə bərabər məsafədən yaxınlaşmalı və 

hadisələrə  öz  maraqları  prizmasından  baxmalıdır.  Türkiyə  maraqlarına  uyğun  olan  bütün 

alternativ  variantları  dəyərləndirməli,  ABŞ-İran  arasında  əlaqələri  nəzərətdə  saxlamalı  və 

diplomatik yollarla nizamlamağa çalışmalıdır.  

Tarixi  baxımdan  turan-fars  qarşıdurması  daim    mövcud  olmuşdur.  Lakin  əvvəlki 

zamandan  fərqli  olaraq  həm  Türkiyə,  həm  də  İran  dövlətləri  belə  hesab  edirlər  ki,  bölgəyə 

qaydaların  kənardan  gətirilməsi  düzgün  deyil  və  bu  baxımdan,  hər  iki  dövlət  əməkdaşlıq 

etməklə  bərabər,  regional  güc  olaraq  bölgədə  daha  fəal  mövqe  nümayiş  etdirməyə  cəhd 

edirlər.  

   



ƏDƏBIYYAT:  

 

1)



 

Səccad İsmayılzadə “ABŞ və Avropa dövlətlərinin İranın nüvə proqramına 

münasibətləri”. Tarix və onun problemləri, № 4 2012, 162-171 s. 

2)

 



G.M.Məmmədzadə “İranın atom energetikasının inkişaf proqramı”. Bakı Dövlət 

Universitetinin xəbərləri, humanitar elmlər seriyası, No 4, 2011. 127-133 s. 

3)

 

Məsiağa Məhəmmədi “İran İslam Respublikasına dair rüblük hesabat”. SAM, oktyabr-



dekabr 2012. http://sam.az/uploads/gallery/20.04/Hesabatlar%20SAM%20 

M.Mehemmedi%20IranIslam.pdf 

4)

 

T. Arı “Yükselen Güç, Türkiye-ABD ilişkileri ve Ortadoğu” , Bursa 2010, 342 s. 



5)

 

M. Hakan Keskin “Nükleer Krizde AB’nin İran Politikalari: Tarihsel ve Güncel Bir 



Perspektif” Uluslararası Hukuk ve Politika Cilt: 9, Sayı: 34, ss.87-118, 201 

6)

 



Prof. Dr. Hüseyin Bağcı, Bayram Sinkaya “Türkiye-İran ilişkileri: güvenlik 

perspektifinden bir değerlendirme” http://www.academia.edu/339228/TURKIYE-

IRAN_ILISKILERI_GUVENLIK_PERSPEKTIFINDEN_BIR_DEGERLENDIRME 

7)

 



Talha KÖSE “İran nükleer proqramı ve Orta Doğu siyaseti”, SETA yayınları. 

http://file.setav.org/Files/Pdf/iran-nukleer-programi-ve-orta-dogu-siyaseti-guc-dengeleri-ve-

diplomasinin-imkanlari.pdf  

8)

 



“COUNCIL REGULATION (EC) No 423/2007 of 19 April 2007 concerning restrictive 

measures against Iran”. Official Journal of the European Union. 

http://trade.ec.europa.eu/doclib/docs/2010/august/tradoc_146397.pdf 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

171 

9)

 



Con Coughlin “Turkey`s alliance with İran is a threat to world peace”. The Telegraph

10 June 2010. http://blogs.telegraph.co.uk/news/concoughlin/100043002/turkeys-alliance-

with-iran-is-a-threat-to-world-peace/  

10)


 

Евсеев В. Американо-Иранские отношения в контексте региональной 

безопасности // Кавказ и глобализация. Том 6.Выпуск 2. 2012, с. 204. 

 

 



 

ЭЛЬДАР ДЖАФАРОВ 

Докторант кафедры «Международные отношения»  

Бакинского Государственного Университета 

 

ТУРЕЦКО-ИРАНСКИЕ ОТНОШЕНИЯ В КОНТЕКСТЕ 

ВНЕШНЕЙ  ПОЛИТИКИ США 

 

На  сегодняшний  день  Турецко-иранские  отношения  значимы  не  только  для 



внешней политики соответствующих государств, но также занимают центральное место 

во  внешней  политике  США,  которая  имеет  жизненно  важные  интересы  в  данном 

регионе.  Несмотря  на  ухудшения  отношений  с  Западом  после  революции,  с  целью 

сохранения целостности Ирана и предотвращения его возможности сближения с СССР, 

США  поддержали  диалог  открытых  дверей  Турции  и  Ирана.  Что  касается  Турции, 

являясь  союзником  США  в  регионе  а  также  соседом  Ирана,  Турция  не  остается 

нейтральной  в  происходящих  в  регионе  событиях  .  С  другой  стороны,  поскольку  мы 

считаем  очень  важной  оценку  турецко-иранских  отношений  в  контексте  внешней 

политики США, мы особо подчеркнули противоречивые и пересекающиеся интересы в 

отношениях  межу  США,  Турцией  и  Ираном.  Таким  образом,  попытка  Ирана 

продолжить  свою  ядерную  программу,  энергетические  вопросы  между  двумя 

государствами,  роль  Израиля  во  взаимоотношениях  и,  наконец,  позиция  США  по 

вышеупомянутым вопросам были упомянуты в данной статье 

 

 

ELDAR JAFAROV 

The PhD candidate of the department of 

“İnternational Relations” of Baku State University 

 

TURKEY-IRAN RELATIONS 

IN THE CONTEXT OF US FOREIGN POLICY 

 

Today,  Turkey-Iran  relations  not  only  is  important  for  the  foreign  policy  of  respective 

states, but also occupies a central position in foreign policy of USA who has vital interest in 

the region. Even after the deteriotation of relation with the West after the Revolution, In order 

to keep Iran united and not to admit it approach USSR, USA held Turkey-Iran dialogue door 

open. As for Turkey, being an ally of USA in the region and neighboor of Iran does not let it 

step aside from the events in the region. On the other hand, Since we consider evaluation of 

Turkey-Iran Relations in the context of USA foreign Policy to be imporant, we gave a special 

emphasis  to  conflicting  and  overlapping  interest  of  USA-Turkey-Iran  relations.  Thus,  Iran's 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

172 


attempt to continue its nuclear program, energy-related issues between two states, the role of 

Israel  in  mutual  relations  and  finally,  USA's  stance  on  aforementioned  issues  have  been 

mentioned in the article. 

 

 

 



Rəyçilər: t.e.n. A.Gülaliyeva, t.e.d. M.Fətəliyev 

 

BDU-nun  “Beynəlxalq  münasibətlər”  kafedrasının  20  noyabr  2014-cü  il  tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3). 

 

: Tarix%20ve%20onun%20problem -> 2014%20%204
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 46 sevda hüseynova tarix fakültəsi “Slavyan ölkələri tarixi”
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 132
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 57 aydin mirzəzadə Siyasi elmlər üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 50 mehdiyeva aytən dos., t.ü. f d. Adpu
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 90 ramin sadiqov tarix üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 238 S. Misirxanova bakı Dövlət Universiteti
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 127


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə