Müasir dövr Tarix və onun problemləri, №4 2014



Yüklə 355,77 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü355,77 Kb.
#54524


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

104 


 

 

 



 

 

 



 

 

ASLAN XƏLILOV 



 

 

 

 

 

 

 

Tarix üzrə fəlsəfə doktoru, 

 

AMEA-nın A.A.Bakıxanov adına  

Tarix İnstitutunun dissertantı 

E-mail: xalilov62@inbox.ru 

 

AZƏRBAYCAN SSR RƏHBƏRLIYINDƏ QARŞIDURMALAR ELLIKLƏ 

KOLLEKTIVLƏŞMƏ DÖVRÜNÜN BAŞLANĞICINDA 

 

Açar sözlər: elliklə kollektivləşmə, N.Gikalo, neft sənayesi, Azərbaycan rəhbərliyi. 

Ключевые слова: сплошная коллективизация, Н.Гикало, нефтяная промышленность, 

Азербайджанское руководство. 



Key words: mass collectivization, N.Qikalo, oil industry, Azerbaijan's leadership. 

 

1920-ci  ilin  aprel  çevrilişindən  başlayaraq  Azərbaycan  SSR  rəhbərliyində  baş  verən 



siyasi  ixtilaflar  elliklə  kollektivləşmə  dövrünün  başlanğıcında  daha  da  intensivləşdi.  Bu 

dövrdə  cərəyan  edən  hakimiyyətdaxili  mübarizənin  mərkəzində  yenidən  Az.DSİ  sədri  təyin 

edilmiş M.C.Bağırov və AK(b)P MK katibi N.Gikalo dururdu.  

Ürəyincə vəzifə almayınca Tiflisdə qalmağı planlaşdıran M.C.Bağırov, nəhayət, 1929-

cu  ilin  sentyabrında  Bakıya  dönməyə  məcbur  olmuşdu.  M.C.Bağırov  1930-cu  ilin  payızında 

etdiyi  qeydlərdə  bu  dönüşün  səbəbini  belə  əsaslandırırdı:  «Ölkə  Komitəsinin  dəfələrlə  qəbul 

edilmiş  və  ciddi  qərarları  (o  zamankı  katib  yol.  Mamiyanın  mənə  qarşı  tam  şəkildə  nifrət 

etdiyi bir halda)» (3, v.104). 

Əslində isə, M.C.Bağırovun tezliklə inadından dönərək, hətta, qatarla deyil, drezin ailə 

Tiflisdən Bakıya təcili dönüşü, birbaşa, mərkəzin göstəricisi ilə əlaqədar idi. 

Bakıda  Azərbaycanın  yeni  rəhbərliyi  ilə  görüş  zamanı  M.C.Bağırov  Az.DS  İsədri 

olmaqdan imtina etməyə cəhd göstərmişdi. Onu yola gətirməyə çalışan N.Gikalov əmirzəyən 

çılardevrildikdən  sonra  respublikanı  faktiki  olaraq  idarə  edən  ÜK  (b)P  MK  təlimatçısı 

K.Pşenitsın  M.C.Bağırova  Az.DSİ  sədri  vəzifəsi  ilə  eyni  zamanda  XKŞ  sədr  müavini  və 

AXTŞ  sədri  vəzifələrini  tutmağı  təklif  etmişdilər.  M.C.Bağırov  onların  bu  təklifini  rədd 

edərək  yalnız  müvəqqəti  olaraq  və  müəyən  şərtlər  daxilində  Az.DSİ  sədrliyinə  razılıq 

verəcəyini  bildirmişdi:  «İşin  şərtləribarədəmənim  Gikalo  iləs  öhbətim:  əgər  o,  açıq  söhbət 

istəyirsə – bununla əlaqədar mənim fikirlərim: 

a) milli məsələ üzrə 

b) qrupların işi üzrə 

c) işdə kollektivçilik 

Yoldaş  Gikalonun  tam  və  sözsüz  həmrəyliyi  –  lakin,  təəssüf  ki,  sonralar  praktikada 

buna riayət edilməməsi» (3, v.103). 

Beləliklə,  AK(b)P  MK  Katibliyinin  7  sentyabr  1929-cu  il  qərarı  ilə  M.C.Bağırov 

Az.DSİ  sədri,  23  sentyabr  1929-cu  il  qərarı  ilə  XDİ  komissarı  təyin  edildi.  O,  bu  postda  4 

sentyabr  1929-cu  ildə  XDİ  komissarı  vəzifəsinə  təyin  olunmuş  Bakı  həmkarlar  təşkilatının 

nümayəndəsi olan Azad Bayramovu əvəz etdi. 

AK(b)PMK  plenumunun  30  sentyabr  1929-cu  il  qərarı  ilə  M.C.Bağırov  MK  və  MK 

Rəyasət  heyətinin  üzvü  təyin  edildi.  Həmin  günün  səhərisi,  ÜK(b)PMNK-nın 

Q.Orconikidzenin  sədrliyi  ilə  keçən  1  oktyabr  1929-cu  il  tarixli  iclasında  Az.FK  işçilərinin 

1924-cü  ildə  leqallaşmış  qaçaqlara  qarşı  törətdikləri  məlum  cinayət  faktı  müzakirə  edildi. 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

105 

İclasın  qərarında  M.C.Bağırovun  nəzərinə  çatdırıldıki,  «…o,  DSİ  orqanlarında  yol  verilməz 

divan tutma metodlarına qarşı tədbir görməmiş (məhbusların öldürülməsi barədə materialların 

saxtalaşdırılması), belə halların təkrar olunacağı təqdir də tam şəkildə məsuliyyət daşıyacağı 

haqqında xəbərdarlıq edilir» (1, v.44). 

S.Qorobçenko, Y.Moroz və digərlərinin, demək olarki, analoji cinayətə görə daha ciddi 

cəza ya məhkum edildiyini nəzərə alsaq ÜK(b)PMNK-nın qeyd olunan qərarı izafi dərəcə də 

yumşaq bir hökm təsiri bağışlayırdı. Əslində isə, M.C.Bağırov ağır cəzaya layiq görülmüşdü: 

bir  tərəfdən  o,  uğrunda  mübarizə  apardığı  vəzifəyə  təyin  edilməmiş,  digər  tərəfdən  isə  onun 

üzərinə  mərkəzin  bütün  göstərişlərinə  sözsüz  əməl  etmək  öhdəliyi  qoyulmuşdu.  «Əsaslı 

dönüş» illərində bu öhdəliklərin nədən ibarət olduğunu M.C.Bağırov yaxşı başa düşürdü: o öz 

günahlarını «qılıncvəqanla» yumalı idi. 

Bu  yolla  Azərbaycana  qayıdan  M.C.Bağırov  burada  1924-cü  ildə  Az.DSİ-də  baş 

vermiş  məlum  hadisə  ilə  əlaqədar  kompomatların  meydana  çıxmasında  əli  olan  şəxsləri 

cəzalandırmaq xəttini yeritməyə başlamışdı.  

Ə.Qarayev,  N.Rızayev  və  digərə  leyhdarlarının  N.Gikalo  tərəfindən  dəstəklənməsi 

M.C.Bağırovla  AK(b)PMK-nın  birinci  katibi  arasında  münasibətlərin  get-gedə  pisləşməsinə 

səbəb olmuşdu. 

Respublikanın  siyasi  dairələrində  «ağır,  çətinadam»  imici  qazanmış  N.Gikalo  ilə  bu 

cəhətdən ondan heç də geri qalmayan M.C.Bağırov arasında baş verən çəkişmə formal olaraq 

respublikanın ictimai-iqtisadi və siyasi həyatında baş verən proseslərlə əlaqədar idi. 1929-cu 

ilin  dekabırn  sonlarından  etibarən  Azərbaycanda  (Gəncə  mahalı  və  bir  sıra  digər  rayonlarda) 

elliklə  kollektivləşmə  prosesinə  start  verilməsi,  əslində,  hakimiyyət  uğrunda  çəkişmədən 

başqa birşey olmayan N.Gikalo – M.C.Bağırov konflikti üçün münbit şərait yaratmışdı. 

Siyasi  mahiyyəti  qolçomağın  bir  sinif  kimi  ləğv  edilməsindən,  iqtisadi  mahiyyəti 

Azərbaycan  kəndlilərindən  taxılın  və  digər  kənd  təsərrüfat  məhsullarının  zorla  müsadirə 

edilməsindən ibarət olan elliklə kollektivləşmə AK(b)PMK Katibliyinin, MK Rəyasət heyətin 

də  belə  müzakirə  edilmədən,  qəbul  etdiyi  26  yanvar  1930-cu  il  qərarı  ilə  Gəncə  mahalı 

çərçivəsini aşaraq, tez bir zamanda, bütün Azərbaycana tətbiq edilmişdi. O zaman ən ağır yük 

–  taxıl  tədarükü  adı  altında  aparılan  həmin  qarətçi  tədbirlərin  həyata  keçirilməsi  vəzifəsi, 

N.Gikalo tərəfindən, azqala, zorla M.C.Bağırovun çiyinlərinə qoyulmuşdu. 

Nəticədə  M.C.Bağırov,  özüdə  istəmədən,  «kolxozoyununun»  doğurduğu  və 

Azərbaycanın bir çox  mahallarını bürüyən antisovet üsnyanlarının  yatırılması işinə rəhbərlik 

etməli olmuş, bu yolla, öz düşmənləri sırasına yenilərini əlavə etmişdi. 

N.Gikalo  M.C.Bağırovu  tamamilə  dalana  sıxmaq  üçün  sonuncuya  qarşı  respbulikanın 

rəhbər  işçilərini  qaldırmaqla  yanaşı  onu,  hətta,  rəhbərlik  etdiyi  Az.DSİ  daxilində  də  təcrid 

etməyə  çalışırdı. Bu  məqsədlə  N.Gikalo  Az.DSİ  rəhbərliyinin  səlahiyyətinə  aid  olan  bir  çox 

məsələlərin  həlli  ilə  əlaqədar  M.C.Bağırova  deyil,  onun  müavini  A.Aqrbaya  və  digərlərinə 

müraciət  edirdi.  Məsələn,  1928-ci  ildə  baş  vermiş  Vərgədüz  hadisələrinin  təhqiqatı  zamanı 

belə olmuşdu. 

N.Gikalo  M.C.Bağırovla  ayrı-ayrı  Az.DSİ  rəhbər  işçiləri  arasında  təfriqə  toxumları 

səpir,  sonuncuları  açıq  şəkildə  müdafiə  etməkdən  belə  çəkinmirdi.  1930-cu  ilin  əvvəlində 

M.C.Bağırovla Quba mahal siyasi şöbəsinin rəisi Hacıyev arasında konflikt baş verən zaman 

N.Gikalo  məhz  sonuncunu  müdafiə  etmişdi.  Beləki,  M.C.Bağırov  Y.Hacıyevi  «qolçomaqları 

himayə  etməkdə»  təqsirləndirərək  onun  işdən  azad  edilməsi  təklifiilə  N.Gikaloya  müraciət 

edən  zaman  sonuncu  tərəfindən  rədd  cavabı  almışdı.  N.Gikalo  M.C.Bağırovun  həmin 

müraciəti  üzərində  Y.Hacıyevin  fəaliyyətini  dəstəkləyən  dərkənar  qoymuşdu.  Lakin 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

106 


N.Gikalonun  bu  dərkənarına  rəğmən  M.C.Bağırov  Y.Hacıyevi  tutduğu  vəzifədən 

kənarlaşdıraraq  həbs  etmişdi.  M.C.Bağırovun  bu  və  digər  hərəkətləri  N.Gikalonu  hədsiz 

dərəcədə  hiddətləndirmiş  və  onun  Az.DSİ  rəhbərliyinə  qarşı  daha  kəskin  hücumlarına  rəvac 

vermişdi. MK-nın birinci katibinin bir çox iclas və müşavirələrdə, davamlı olaraq, Az.DSİ-nin 

M.C.Bağırova  yaxın  olan  işçilərini  rüşvətxorluqda  və  özbaşınalıqda  ittiham  etməsi  məhz  bu 

amillə  əlaqədar  idi:  Şirvan  mahal  siyasi  şöbəsinin  fəaliyyətinin  tənqidi,  çekistlər  tərəfidən 

2.000.000 manat pulun məni sənilməsivəs. 

N.Gikaloya  «borcluqalmaq»  istəməyən  M.C.Bağırov  birinciyə  cavab  olaraq  onun 

fəaliyyətinin ən zəif nöqtələri nəzər bələr vururdu. 

Kollektivləşmə  nəticəsində  bütün  sovet  məkanında,  xüsusilə,  milli  respublikalarda 

kəndli müharibəsi təhlükəsi ilə üzləşən ÜİK(b)PMK 20 fevral 1930-cu ildə «İqtisadi cəhətdən 

geridə qalmış milli rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında», 14 

mart 1930-cu ildə «Kolxoz hərəkatında partiya xəttini nəyin tilərinə qarşı mübarizə haqqında» 

qərarları  qəbul  etdi.  Bu  qərarlarda  sovet  məkanında,  xüsusilə,  milli  respublikalarda 

kollektivləşmə prosesində ciddi nöqsanlara yol verildiyi göstərilir, məhz həmin respublikaların 

rəhbərləri  baş  verən  əyinti  hallarının  əsas  günahkarları  elan  edilirdilər.  Qarətçi 

kollektivləşmənin əsas müəllifi olan İ.Stalin bu yolla öz günahlarını yerli rəhbərlərin üzərinə 

qoyurdu.  Stalin  yolu  ilə  gedən  N.Gikaloda  eynilə  hərəkət  edərək  elliklə  kollektivləşmənin 

doğurduğu  katoklizmlərin  mahal  partiya  və  sovet  rəhbər  işçilərinin  yarıtmaz  və  səbatsız 

fəaliyyəti ilə əlaqələndirməyi lazım bilmişdi. AK(b)PMK Rəyasət heyətinin 14 aprel 1930-cu 

ilə qərarında deyilirdi: «AK(b)PMK tərəfindən 25 fevral 1930-cu ildə çağırılmış mahal partiya 

komitələrinin  müşavirələrində  ÜK(b)PMK-nın  müvafiq  direktivləri  əsasında  hazırlanmış  və 

yerli partiya təşkilatları qarşısında tamamilə konkret vəzifələr qoyan qətnaməsi yerlərdə lazımi 

dəqiqlik və ardıcıllıqla həyata keçirilməmişdir» (2, v.2). 

MK Rəyasət heyətinin həmi iclasında Gəncə, Ağdam, Quba mahal partiya komitələrinə 

«qolçomağa  qarşı  düzgün  mübarizə  aparmadıqlarına  görə»  töhmət  elan  edilmiş,  Quba  və 

Qarabağ mahal komitələrinin katibləri işdən azad edilmişdilər. 

ÜK(b)PMK-nın  20  fevral  1930-cu  il  qərarından  «ruhlanan»  M.C.Bağırov  N.Gikaloya 

qarşı hücuma keçmək üçün əlverişli zamanın yetişdiyini qət etmişdi. Az.DSİ sədri ZÖK-nın 4 

mart  1930-cu  il  iclasında  etdiyi  çıxışında  Azərbaycanda  elliklə  kollektivləşmənin  həyata 

keçirilməsi  prosesində  yol  verilmiş  əyintilərin  yalnız  yerli  orqanların  deyil,  həmçinin, 

respublika  rəhbərliyinin  günahı  üzündən  baş  verdiyini  qeyd  etmişdi.  Onun  bu  çıxışı 

Zaqafqaziya və Gürcüstan rəhbərliyinə daxil olan bir sıra şəxslər, xüsusilə, Zaqafqaziya DSİ-

nin  sədr  müavini,  Gürcüstan  DSİ-nin  sədri  L.Beriya  tərəfindən  dəstəklənmişdi.  L.Beriya 

Azərabycanda  vəziyyətə  həsr  etdiyi  məruzədə  bir  sıra  ciddi  problemlərə,  xüsusilə, 

kollektivləşmənin doğurduğu çətinliklərə toxunmuşdu və onun bu mövqey N.Gikalonun ciddi 

narazılığına  səbəb  olmuşdu. 11  mart 1930-cu  ildə  o, M.C.Bağırovla  görüşündə  bu  məsələyə 

toxunmuş  və  «Gürcüstanda  vəziyyət  bizimkindən  heçdə  yaxşı  deyil»  -  deyə  L.Beriya  və 

Gürcüstan  rəhbərliyini  qınamışdı.  N.Gikaloeyni  fikirləri  ÜK(b)PMK-nın,  AK(b)PMK 

katibliyinin  bədnam  26  yanvar  1930-cu  il  qərarının  ləğv  edilməsi  barədə  12  mart  1930-cu  il 

tarixli  şifrəli  teleqramının  müzakirəsi  zamanı  səsləndirərək  Azərbaycanda  vəziyyətin 

Gürcüstan və Ermənistandakından daha məqbul olduğunu göstərmişdi (3, v.99). 

Həmin  müşavirədə  M.C.Bağırov  N.Gikaloya  etiraz  etməsədə, elə  həmin  gün  sonuncu 

ya məktubla müraciət etmişdi: «AK(b)PMK katibi Gikaloya, şəxsən! 

1)  Mən  qolçomağın  ləğv  edilməsinə  görə  Gəncə  mahal  partiya  komitəsi  rəyasət 

heyətinə  töhmət  elan  edilməsinin  əleyhinəyəm,  orada,  yəni  Gəncədə,  həmçinin,  bir  çox 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

107 

rayonlarda  qolçomaqsızlaşdırma  MK  katibliyinin  26  yanvar  qərarından  və  xüsusilə,  fevralın 

əvvəlində olmuş mahal partiya komitələri katiblərinin müşavirəsindən sonra, ÜK(b)PMK-nın 

qərarından əvvəl başlanmış və həyata keçirilmişdi… 

2)  Mən  Sizin  «Gəncə  və  Naxçıvandakı  son  faktlar,  göstərirki,  vəziyyət  Gürcüstan  və 

Ermənistan  hadisələri  xarakterini  alır»  fikrinizlə  razı  deyiləm,  çünki  Naxçıvandakı  və 

Gəncədəki  çətinliklər  daha  əvvəl  başlanmışdır,  son  günlərdə  isə  biz  Naxçıvanda  yalnız 

kolxozlardan axınla deyil, əsl silahlı üsyanla üzləşmişik… 12 mart, 1930-cu il» (4, v.2). 

L.Beriya  ilə  yanaşı,  N.Gikalo  –  M.C.Bağırov  konfliktinin  ilhamçılarından  biridə 

Q.Orconikidze  idi.  Cənub  Qafqaz  respublikalarında  öz  nüfuzunu  qoruyub  saxlamaq  üçün 

Serqo,  ənənəvi  olaraq,  müəyyən  mənada  müstəqil  siyasət  yürütməyə  cəhd  edən  MK 

rəhbərliklərinə  qarşı  müxalifətçi  qüvvələr  formalaşdırırdı.  «Çətin  adam»  N.Gikaloya  qarşıda 

eyni  taktikadan  istifadə  edən  Serqo  intriqaçılıq  sahəsində  püxtələşmiş,  qətiyyətli 

M.G.Bağırovu irəli sürürdü. 

Təsadüfi  deyildi  ki,  1929-cu  ilin  payızında  Azərbaycana  dönən  M.C.Bağırov  daim 

Serqo  ilə  əlaqə  saxlayır,  onunla  məsləhətləşirdi.  1930-cu  ilin  yazında  L.Beriyaya  göndərdiyi 

məktubda  M.C.Bağırovona  Azərbaycan  mahalların  da  mövcud  olan  anarxiyadan  və 

N.Gikalonun  yarıtmaz  fəaliyyətindən  şikayətlənir,  tezliklə  Serqo  ilə  görüşmək  arzusunda 

olduğunu  bildirirdi:  «…  əgər  mahallarda  vəziyyət  bir  qədər  yüngülləşsə…  Serqonun  yanına 

getmək istəyirəm, ona, risqsiz, öz narahatlıqlarım barədə danışmaq olar» (3, v.99). 

Gözlənildiyi kimi, Azərbaycanda 1930-cu ilin yayı siyasi baxımdan xeyli «isti» keçdi. 

M.C.Bağırovun  «mahallarda  vəziyyətin  yüngülləşməsi» arzusunun  əksinə  olaraq  həmin  vaxt 

mahalların  ləğv  edilməsi  ilə  əlaqədar  olaraq  respublikada,  xüsusilə  də,  onun  kənd 

rayonlarında, onsuzda, mövcud olan xaos və anarxiya daha da dərinləşərək təhlükəli xarakter 

aldı.  Mürtəce  elliklə  kollektivləşmənin  və  mahalların  ləğv  edilməsi  haqqında  ZÖK-nın 

qərarının  doğurduğu  fəsadlar  respublikada  hakimiyyət  daxili  böhranın  kulminasiya  xəttinə 

çatmasına səbəb oldu. 

Yaranmış  vəziyyət,  İ.Stalin  tərəfindən  Azərbaycan  da  kollektivləşmə  prosesində  yol 

verilmiş  «əyintilərin»  «əsasbaiskarı»  elan  edilən  N.Gikalonun  devrilməsi  haqqında  artıq 

mövcud olan planın reallaşmasını sürətləndirmişdi. 

Bütün  bunlarla  yanaşı,  N.Gikalonun  Azərbaycan  rəhbərliyindən  uzaqlaşdırılmasını 

labüd edən əsas səbəb respublikanın neft sənayesində birinci beşilliyin ilk aylarından başlamış 

və  1930-cu  ilin  əvvəllərindən  etibarət  katastrofik  xarakter  daşıyan  böhran  olmuşdu.  Neft 

istehsalında  və  qazmada  müşahidə  edilən  katastrofik  eniş  prosesi  o  qədər  güclü  idi  ki,  bu 

özünü nəinki, aylıq, hətta, gündəlik istehsal proqramının göstəricilərin də aşkar şəkildə biruzə 

verirdi. Beləki, bütün Azneftdə neft hasilatı üzrə istehsalat proqramı 1930-cu il fevralın 6-da 

79,4%, 7 fevralda isə cəmi 78,9% yerinə yetirilmişdi (7). 

Neft hasilatının davamlı olaraq aşağı düşməsi prosesi 1930-cu ilin  yazında və yayında 

da  davam  etmişdi.  Məsələn,  «Bakinskiy  Raboçiy»  qəzetinin  9  iyul  1930-cu  il  tarixli  sayında 

dərc edilmiş «Neft hasilatı günbəgün aşağı düşür» adlı məlumatında Suraxanı rayonunda iyul 

ayının  7-də  həmin  ayın  6-sına  nisbətən  107  ton  azneft  hasil  edildiyi,  Artyom  adasında  isə 

iyulun  7-də  hasilat  üzrə  istehsalat  proqramının  cəmi  38,8%  yerinə  yetirildiyi  deyilirdi  (5, 

v.48). 

Qeyd  etmək  lazımdır  ki,  rəsmi  hesabatlarda  göstərilən  rəqəmlər  həqiqi  vəziyyəti 



düzgün  olaraq  əks  etdirmirdilər.  Bir  çox  hallarda,  Azneft  məmurları  və  mədən  rəhbərləri 

tərəfindən neft hasilatı üzrə göstəricilərin bilərəkdən şişirdildiyini nəzərə alsaq, onda, mövcud 

vəziyyətin  nəqədər  kritik  olduğu  aydın  olar.  Neft  hasilatında  süni  şişirtmələr  o  qədər  geniş 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

108 


yayılmışdı ki, bu vaxta qədər belə hallara göz yummağa üstünlük verən respublikanın direktiv 

orqanları işə müdaxidə etmək məcburiyyətində qalmışdı. Beləki, AK(b)PMNK-nın 4 sentyabr 

1930-cu il tarixli iclasında Suraxanı rayonunda yolverilmiş saxtakarlıq və süni şişirtmə halları 

müzakirə  edilmişdi:  «…  1930-cu  ilin  fevralından  başlayaraq,  bütün  Suraxanı  rayonunda 

olduğu kimi, 3 və 6 saylı mədənlərdə də neft hasilatı proqramının əhəmiyyətli dərəcədə yerinə 

yetirilmədiyi aşkar oldu. 3 və 6 saylı mədənlərin müdirləri Ryabov və Kravçenko tərəfindən 

gündəlik neft hasilatı... şişirdilmiş rəqəmlərlə, 75-150 ton çox göstərilmişdir. 

Bunun nəticəsində 29 iyun 1930-cu ildə qeyd olunan mədənlərdə 10.600 ton neft borcu 

toplanmışdır…» (6). 

Azərbaycan  neft  sənayesində  yaranmış  ağır  vəziyyət  texniki  və  ərzaq  təchizatı,  əmək 

haqqının  aşağı  olması  səbəbindən  fəhlə  axını  və  s. amillərlə  yanaşı  ilk  növbədə, Stalinin  bu 

sahə  qarşısında  qoyduğu  planın  qeyri-reallığı  ilə  əlaqədar  idi.  Beş  illiyi  iki  il  yarıma  yerinə 

yetirməyi planlaşdıran Stalinə neft sənayesinin mövcud mənzərəsi sarsıdıcı təsir bağışlamışdı. 

Baş  Katib,  növbəti  dəfə,  bu  uğursuzluğunu  respublika  rəhbərliyinin  –  N.Gikalonun  ayağına 

yazmağı qərara almışdı. 

 

ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT 

 

1. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.44, iş 250 



2. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.74, iş 300 

3.Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 14 

4.Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 22 

5.Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.122, iş 139

6. Постановление Президиума ЦКК АКП(б) от 4 сентября 1930 г. по вопросу об 



искусственном повышении добычи нефти на 3-м и 6- промысле Сураханского района 

Азнефти. Газ. «Бакинский рабочий», Баку, 1930, 12 сентября. 

7. Постановление секретаря БК о ходе выполнения Сураханским районом 

промышленной программы. Газ. «Бакинскийрабочий», Баку, 1930, 9 февраля. 



 

 

 

 



 

 

 



 

 

 



 

 

АСЛАН ХАЛИЛОВ 



 

КОНФЛИКТЫ В РУКОВОДСТВЕ АЗЕРБАЙДЖАНСКОЙ ССР В НАЧАЛЕ 

СПЛОШНОЙ  КОЛЛЕКТИВИЗАЦИИ 

 

Статья посвящена борьбе за власть в руководстве Азербайджанской ССР в начале 



сплошной  коллективизации.  Автор  статьи  на  базе  широкого  фактического  материала 

проанализировал  динамику  и  мотивов  этой  борьбы.  В  частности,  изучается  суть 

сложных взаимоотношений между М.Дж.Багировым и Н.Гикало. 

 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

109 

 

ASLAN KHALILOV 

 

THE STRUGGLE IN THE LEADERSHIP OF AZERBAIJAN SSR IN THE 

BEGINNING OF   MASS COLLECTIVIZATION 

 

This article, dedicated to the political struggle between communist leaders of the Soviet 

Azerbaijan  in  1929-1930.  The  author  basing  upon  concrete  factual  accounts  substantiates 

dynamics  and  motives  of  the  political  fights  in  the  leadership  of  Azerbaijan  SSR  in  given 

period.  Particularly,  here  is  examined  context  of  relationships  between  M.Bagirov  and 

N.Qikalo. 



 

 

 



Rəyçilər: t.ü.f.d. İ.Niftəliyev, t.e.d. A.Məmmədov 

 

AMEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun  “Azərbaycanın  müasir  tarixi” 

öbəsinin  1  dekabr  2014-cü  il  tarixli  iclasının  qərarı  ilə  çapa  məsləhət  görülmüşdür 

(protokol №15). 

 

Yüklə 355,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə