Müasir ərəb dilində əvəzliklər



Yüklə 93,97 Kb.
tarix06.02.2018
ölçüsü93,97 Kb.
#26240

MÜNDƏRİCAT

GİRİŞ ..........................................................................................2

Müasir ərəb dilində əvəzliklər ....................................................3

Bitişən əvəzliklər ........................................................................4

Şəxs əvəzlikləri ............................................................................7

Sual əvəzlikləri .............................................................................9

İşarə əvəzlikləri .............................................................................11

Nisbi əvəzliklər .............................................................................12

İş əvəzlikləri ..................................................................................13

Nəticə .............................................................................................14

Ədəbiyyat........................................................................................17

G İ R İ Ş

Müasir ərəb dili dünyanın ən geniş yayılmış və qədim dillərindəndir.Ərəb dili flektiv dillər qrupuna daxildir.Müasir dövrümüzdə ərəb dili 20 –dən artıq dövlətin rəsmi dilidir.Bu dillərdə danışan ölkələr Afrika qitəsinin şimalında,Ərəbistan yarımadasında,Asiya qitəsinin cnub-qırbində ( Aralıq dəninzinin şərq sahillərində) yerləşir.Həmçinin ərəb dili Beynəlxalq millətlər Təşkilatında altı beynəlxalq dildən biridir.

Ərəb dilinin bu cür geniş yayılmasında təbii ki,ərəb fəthlərinin də mühüm rolu olmuşdur.Elə bu dövrdən sonra Azərbaycan dilinə də ərəb sözləri keçmişdir.Müasir Azərbaycan dilinə də nəzər yetirsək görərik ki,ərəb sözləri elə indi də dilimizdə çoxluq təşkil edir.Bir çox müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da uzun müddət ərəb əlifbasından istifadə edilmişdir.

Ərəb dili dünyanın ən zəngin dillərindən biridir.Bu istər morfoloji,istər leksik,istərsə dəsöz yaradıcılığı baxımından belədir.Bu dildəki sinonimlər,omonimlər də onun zənginləşməsində böyük rol oynayır.Ərəb dilində fikri daha aydın ifadə etmə,fikrin ifadəliliyi də onun lüğət fondunun zənginliyindən xəbər verir.

Ərəb dilinin morfologiyası bu dildəki nitq hissələrini(əsas nitq hissələrini,köməkçi nitq hissələrini)öyrənir.Bu nitq hissələri də ərəb dilinin zənginləşməsində müstəsna rol oynayır.O cümlədən əsas nitq hissəsi olan əvəzliklər də bu qəbildəndir.Əvəzliklər ikibağlayıcılı təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin,sual sözlü ismi cümlələrin qurulmasında və s. Ifadələrin qurulmasında istifadə olunur.

MÜASİR ƏRƏB DİLİNDƏ ƏVƏZLİKLƏR

Digər dillərdə olduğu kimi ərəb dilninin morfologiyası nitq hissələrini öyrənir.Morfologiya bölməsinə aid olan nitq hissələrindən biri də əvəzlikdir.Əvəzliklər digər əsas nitq hissələrini əvəz edə bilirlər.Ərəb ədəbi dilində əvəzliklər “ضمير“ adlandırılır və əvəzliklər digər nitq hissələrindən fərqli olaraq quruluşca müxtəlif növlərə bölünmürlər.Əvəzliklər quruluşca növlərə bölünməsələr də,ərəb dilində işlədilməsinə görə iki qrupa bölünürlər:

1الضمير المنفصلظ- ayrı yazılan əvəzliklər

2.الضمير المتصل-bitişən əvəzliklər

الضمير المنفصل Adından məlum olduğu kimi bu əvəzliklər ayrı yazılan əvəzliklərdir.Bu əvəzliklər heç bir sözə birləşməyərək ayrı yazılırlar.Ayrı yazılan əvəzliklərə biz şəxs əvəzliklərini,sual əvəzliklərini,ال hissəciyindən sonra gələn əvəzlikləri və.s göstərə bilərik .Məsələn;

. انا مهند Mən mühəndisəm.

انا.ما جاء الا Yalnız mən gəldim

من هو؟ O,kimdir?

İkinci cümlədəkiالا hissəciyi Azərbaycan dilinə tərcümə olunarkən “ancaq”, “yalnız”, “sadəcə” mənalarını bildirir.Nümunədən göründüyü kimi الا hissəciyindən sonra gələn şəxs əvəzliyi ayrı yazılıb.Digər hissəcik isə ايا hissəciyidir.ايا hissəciyi tək işləndiyi halda heç bir məna daşımır.O bir ədatdır və vasitəsiz tamamləq kimi çıxış edən əvəzliyi özünə birləşdirir.Bu zaman onunla işlənən əvəzlik hissəciyə birləşdiyi üçün bitişən əvəzliyə çevrilir.Lakin onun bitişən əvəzliyə çevrilməsinə baxmayaraq اياhissəciyi ilə işlənən əvəzliklər ərəb dili qramatikasında ayrı yazılan əvəzliklər qrupuna daxildir.

Bitişən əvəzliklər

Ərəb ədəbi dilində mövcud olan şəxs əvəzlikləri hallanmırlar. Bu əvəzliklər yalnız adlıq halda olur və ayrı şəkildə yazılırlar.Cümlədə digər iki halın mənasını bildirmək üçün bitişən əvəzliklərə çevrilir və sözlərə bitişik yazılırlar.Ərəb dilində bitişən əvəzliklərdən geniş şəkildə istifadə olunur.Bitişən əvəzliklər aşağıdakılardır;


TƏK CƏM TƏSNİYƏ

1.نا ي


2.كما كم,كن ك ,ك

3.ه ,ها هم,هن هما

Bətəşən əvəzliklər isim,fel,isimləşmiş sözlərlə,yiyəlik və təsirlik halını tələb edən ön qoşmalarla işlədilərək müxtəlif mənalar bildirirlər.Bitişən əvəzliklər təsirsiz fellər ilə işlədildikdə vasitəsiz tamamlığın mənasını daşıyırlar.Misal üçün;

شاهدته Mən onu gördüm.

İsimlə işlənən bitişən əvəzliklər mənsubluq bildirir Misa üçün;

كتابيشيق Kitabım maraqlıdır .

كتابي Mənim kitabım

Bitişən əvəzliklər fellərlə işlədildikdə müxtəlif qrammatik qaydalar ortaya çıxır.



  1. I şəxsin təkinin bitişən əvəzliyi olan ي -felə birləşərkən ني- olur.

شاهدني O məni gördü.

  1. II şəxsin cəm müzəkkərində olan felə,birləşən əvəzlik qoşulduqda şəxs sonluğu ilə bitişən əvəzlik arasına “ و” hərfi artırılır.

شاهدتمونا Siz bizi gördünüz.

3)III şəxsin cəm müzəkkərindəki felə bitişən əvəzlik artırıldıqda felin şəxs sonluğundakı أ – atılır.

شاهدونا Onlar bizi gördülər.

*Bundan başqa bitişən əvəzliklərin isimlərlə işlədilməsində də xüsusiliklər mövcuddur.

1) İsmə bitişən əvəzlik qoşulduqda isim müəyyənlikdə olur və onun ال artiklılını qəbul etməsinə lüzum qalmır.

2)Bitiçən əvəzliklər təmərbutəli sözə qoşulduqları zaman sözün sonundakı təmərbutə məbsudəyə çevrilir.Məsələn;

مكتبة - مكتبتنا

*Bitişən əvəzlikli isimlərin hallanması;

Adlıq ; كتابك

Yiyəlik; كتابك

Təsirlik; كتابك

*Bitişən əvəzliklərin köməkçi nitq hissələri ilə işlədilməsi;

TƏK CƏM TƏSNİYƏ

I منا مني

IIمنكما منكم ,منكن منك ,منك

IIIمنهما منهم ,منهن منه ,منها

Nümunədəki I şəxsin təkinin və cəminin təsrifində fərqlilik vardir.Belə ki,I şəxsin təsrifi zamanı iki ن -nun yanaşı gəldiyi üçün təşdidlənir;

من +ني منني مني

من+ نا مننا منا

ŞƏXS ƏVƏZLİKLƏRİ

Əvəzliklər məna növlərinə görə bir neçə qrupa bölünürlər.Bunlardan biri də şəxs əvəzlikləridir.Digər əvəzliklər kimi şəxs əvəzliklərindən də ərəb ədəbi dilində geniş istifadə olunur.Şəxs əvəzlikləri özü də üç qrupa bölünür;Iمتكلم - mənası “danışan” deməkdir.Ərəb qrammatikasında I şəxs əvəzlikləri belə adlandırılır.متكلم əvəzliklər təkdə انا (mən),cəmdə نحن (biz) –dir.

II مخاطب - mənası “ xitab olunan” –deməkdir.

II şəxs əvəzlikləri ərəb dilində مخاطبadlandırılır.Bunlar انت ,انت,انتم,انتن,انتما əvəzlikləridir.

III غائب - III şəxs əvəzlikləridir. غائب - əvəzlikləri; هو ,هي,هم,هن,هما

Cədvəl;


التثنية

الجمع

المفرد







نحن

انا

المتكلم

انتما

انتم,انتن

انت ,انت

المخاطب

هما

هم,هن

هو,هي

الغائب

Şəxs əvəzlikləri hallanmırlar.Onlar yalnız adlıq hal mənasını daşıyırlar.Digər iki halı(yiyəlik və təsirlik halını)bildirmək üçün ərəb ədbi dilində bitişən əvəzliklərdən istifadə olunur.Şəxs əvəzlikləri cümlədə mübtəda və xəbər olurlar.

هو استاذ O ,müəllimdir.

هذا هو Bu odur

Birinci nümunədə şəxs əvəzliyi mübtəda,ikinci nümunədə isə xəbərdir.Əsasən ismi cümlələrdə şəxs əvəzlikləri cümlədə yazılır.Feli cümlələrdə isə yazılmaya da bilər.Yəni fel keçmiş və ya indiki zamanda təsrif olunarkən həmin mənanı özündə daşıyır.

اكتب –Mən yazdım (yazdım).

Bu nümunədə göründüyü kimi şəxs əvəzliyi yazılmayıb.Lakin felin təsrifi zamanı bu məna ortaya çıxır.Feli cümlələrdə şəxs əvəzlikləri yazıla da bilər.Bu zaman əvəzlik feldən əvvəl yazılır.Təsrif olunan felin şəxs əvəzliyi ilə işlədilməsindən məntiqi vurğunu əmələ gətirmək üçün istifadə olunur.

اناا كتب - Mən yazıram.

Bu cümlədə vurğu mən sözünün üstünə düşür və bu əvəzlik vurğulanaraq deyilir.Belə cümlələrdə şəxs əvəzliyi feldən sonra da yazıla bilər.

III şəxs əvəzlikləri olan هو,هي,هم,هن,هما bəzən ismi cümlədə xəbər şəkilçisini əvəz edirlər.Belə halda bu əvəzliklər öz mənalarından təcrid olunaraq,mübtəda ilə xəbər arasında işlədilir və -dır şəkilçisinin mənasını daşıyırlar.Bu əvəzliklər;1)Artikıllı ismi xəbəri mübtədadan ayırmaq;

2)İsmi xəbəri mübtədaya xüsusi şəkildə bağlamaq üçün istifadə olunur.

1)Artikıllı ismixəbəri mübtədadan ayırır;

هذا هو الكتاب Bu kitabdır.Nümunədə III şəxs əvəzliyi artikıllı ismi xəbəri mübtədadan ayırıb.Bu cümlədə هوəvəzliyi gəlməsəydi onda hər iki söz müəyyənlikdə olardı və bu cümlə kimi deyil,söz birləşməsi kimi tərcümə olunacaq.هذا الكتاب - bu kitab

2)İsmi xəbəri mübtədaya xüsusi şəkildə bağlayır;Bu vəziyyətdə də bu əvəzliklər –dır şəkilçisinin mənasını daşıyırlar.من هو الجاحظ؟ Cahiz kimdir?

SUAL ƏVƏZLİKLƏRİ

Əvəzliklərin məna növlərindən biri də sual əvəzlikləridir.Sual əvəzlikləri aşağıdakılaماذا,مااين hara ,harada

من- kim كم -neçə

اي,اية hansı كيف-necə

Bu sual sözləri adətən əksər hallarda cümlənin başında gəlirlər.اية , اي sual əvəzlikləri sifətə aid əvəzliklərdir.Adıçəkilən əvəzliklərin cinsə görə müzəkkər və müənnəs olmaqla iki qrupa bölünürlər.اية isə müənnəsdir.Bu sual əvəzliklərinin özünəxas cəhətləri vardır.Bu xüsusiyyətlərdən biri də onların isimlərdən əvvəl gələrək onlarla izafətə girməsidir.اية və اي sual sözləri izafətə girdiyi isimdən əvvəl gəlir,aid olduğu ismi yiyəlik halına salır.

هذا اي الكتاب؟ Bu hansı kitabdır?

Nümunədəki cümlədə göstərildiyi kimi buradakı hansı sözü kitab sözünə aiddir və onunla birləşərək uzlaşmayan söz birləşməsi əmələ gətirib.Bu izafət tərkibi cümlənin baş üzvü olan xəbərdir.Cümlənin mübtədası isə işarə əvəzliyidir.

ما Sual əvəzliyinin işlədilməsi;

1)Sual əvəzliyi kimi;

ما هذا؟ Bu nədir?

Bu sual əvəzliyi ön qoşmalarla işlədilərək müxtəlif məna çalarları əmələ gətirir;

بماnə ilə لما nə üçün

فيماnədə مما nədən



  1. Tabeli mürəkkəb cümlədə “ nə ki”,” hansı ki” əvəzində işlədilən nisbi əvəzliyin mənasını daşıyır.

هذا يعجبنيMənim xoşuma gələn budur.

ما sual əvəzliyi kimi من əvəzliyi də tabeli mürəkkəb cümlədə nisbi əvəzlik kimi çıxış edə bilir, “kim”,”kim ki”,”o kəs ki” mənalarında işlədilir.

اهو من كتب هذه الكتاب؟Bu kitabı yazan odurmu?(hərfən;o o kəsdir ki, bu kitabı yazmışdır?)

Digər əvəzliklər kimi sual əvəzlikləri də ön qoşmalarla işlədildikdə müxtəlif məna çalarları əmələ gətirirlər.

الى اين ؟ haraya? بكم؟ neçəyə

لماذا؟ nə üçün? من اين؟ Haradan?

İŞARƏ ƏVƏZLİKLƏRİ

Ərəb ədəbi dilində də başqa xarici dillərdə olduğu kimi əvəzliklərin məna növündən sayılan işarə əvəzlikləridir.İşarə əvəzlikləri aşağıdakılardır:

Müzəkkərdə; هذا ,ذلك

Müənnəsdə; هذه ,تلك

Bu əvəzliklərdən هذا, هذه təkdə hallanmırlar.ذلك , تلك isə təkdə ikihallıdır.Adlıq haldaذلك ,تلك , yiyəlik və təsirlik halında;ذنك ,تنك .

هذا və هذه isə yalnız təsniyədə hallanırlar.Bu o deməkdir ki,işarə əvəzliklərinin təsniyəsi mövcuddur.İşarə əvəzliklərinin təsniyə forması olduğu kimi cəm forması da vardır.ذلك ,تلك işarə əvəzlikləri üçün cəm forması اولائك (onlar),هذا هذه işarə əvəzlikləri üçün cəm forması هولاء dir.

Təsniyədə هذا - هذان ,هذه -هتان , olur.Təsniyədə hallanması:

Adlıq : هذان -هتان

Yiyəlik: هذين -هتين

Təsirlik: هذين هتين

İşarə əvəzliklərinin işlədilməsi:

Sifətdən fərqli olaraq işarə əvəzlikləri isimdən əvvəl gəlirlər.Bu əvəzliklər müəyyənlikdədir və eəl buna görə də bu əvəzliklər uzlaşan təyini söz birləşməsi əmələ gəlir.Yox əgər isim artikl qəbul etməzsə,bu zaman cümlə olur.

Məsələn: هذا الكتاب Bu kitabdır.

هذا كتا بBu kitab

NİSBİ ƏVƏZLİKLƏR

Nisbi əvəzliklər ərəb qramatikasında da mövcuddur.Nisbi əvəzliklər işarə əvəzliklərinin az işlənən formasından əmələ gəlmişdir.(işarə əvəzliklərinin az işlənən formaları:ذا ,ذي ,تي ,تا )İşarə əvəzliklərinin bu formaları ل təsdiq ədatını və ال artiklını birləşdirərək nisbi əvəzliyi əmələ gətirib.Bu əvəzliklərin cəm forması da mövcuddur.Nisbi əvəzliklər aşağıdakılardır:

Müzəkkər Müənnəs

Tək الذي التي

Cəm اللواتي,االاتي الذين

Təsniyə التان الذان

Bu nisbi əvəzliklər azərbaycan dilinə hansı (ki),hansılar(ki),hansı ikisi (ki) tərcümə olunur Bu əvəzliklərin yalnız təsniyə forması hallanır.Nisbi əvəzliklərin təsniyə forması ikihallıdır.

Müzəkkər Müənnəs

Adlıq التان الذان

Yiyəlik التين الذين

Təsirlik التين الذين

Nisbi əvəzliklərdən bağlayıcılı təyin budaq cümləli tabeli mürəkkəb cümləsinin qurulmasında istifadə olunur.Bu cümlə növü ərəb ədəbi dilində geniş yayılmışdır.Bəzi hallarda isə ما və من sual əvəzlikləri də nisbi əvəzliklərin yerində işlənə bilər.Bu əvəzliklər nisbi əvəzliklərin yerində işlənəndə kim(ki) ,nı (ki),o şey(ki) mənalarını ifadə edirlər.

هذا هوالكتاب الذي قراته Bu mənim oxuduğum kitabdır.

İ Ş ƏVƏZLİKLƏRİ

Əvəzliyin digər bir məna növü də iş əvəzlikləridir.Bu əvəzlik ərəb ədbi dilində

ضمير الشان olaraq adlandırılır.Bu əvəzliyin özünəməxsus özəl xüsusiyyəti odur ki,bu əvəzlik digır əvəzliklərdən fərqli olaraq özündən əvvəl gələn hissəyə yox,özündən sonra gələn hissəyə aid olur.İş əvəzlikləri azərbaycan dilinə o ,ki,bu ki və digər mənlarda tərcümə olunur.Bu əvəzliklərdən fikri kinayə rolu ilə ifadə etməkdən ötrü istifadə olunur.Bu əvəzliklər III şəxsin təkinin əvəzlikləri olan هو (müzəkkər), هي (müənnəs) əvəzlikləridir.

هو الدين اساس الانسانية Din insanlığın əsasıdır.

İş əvəzliyinin iki forması mövcuddur: bitişik yazılan və ayrı yazılan.

Bitişik yazılana misal göstərək;

انه ياتي صديقك سمعتEşitdim ki,sənin dgələcək.

İş əvəzliyi ayrı yazılarkən mübtəda vəzifəsində çıxış edir.Məsələn;

هحد قل هو ﷲDe; O Allah birdir.

İş əvəzliyinin xəbəri ismin özünə keçməz.Yəni iş əvəzliyindən bilavasitə sonra mübtəda gəlməlidir.

NƏTİCƏ


Ərəb dilinin morfologiyası bu dildəki nitq hissələrini (əsas nitq hissələrini,köməkçi nitq hissələrini) öyrənir.Bu nitq hissələri də ərəb dilinin zənginləşdirilməsində müstəsna rol oynayır.O cümlədən əsas nitq hissəsi olan əvəzliklər də bu qəbildəndir.

Əvəzliklər ikibaşlı cümlələrin,bağlayıcılı təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin,sual sözlü ismi cümlələrin qurulmasında və s.ifadələrin qurulmasında istifadə olunur.

Ərəb qramatikasında əvəzliklər ضمير adlandırılır və əvəzliklər digər nitq hissələrindən fərqli olaraq quruluşca müxtəlif növlərə bölünmürlər.Əvəzliklər quruluşca növlərə bölünməsələr də,ərəb dilində işlədilməsinə görə iki qrupa bölünürlər:

1) الضمير المنفصل ayrı yazılan əvəzliklər

2 ) الضميرالمتصلbitişən əvəzliklər

الضميرالمنفصلAdından məlum olduğu kimi bu əvəzliklər ayrı yazılan əvəzliklərdir.Bu əvəzliklər heç bir sözə birləşməyərək ayrı yazılırlar.

الضميرالمتصل Ərəb ədəbi dilində mövcud olan şəxs əvəzlikləri hallanmırlar.

Bu əvəliklər yalnız adlıq halında olur və ayrı şəkildə yazılırlar.Cümlədə digər iki halın mənasını bildirmək üçün bitişən əvəzliklərə çevrilir və sözlərə bitişik yazılırlar.Bitişən əvəzliklər aşağıdakılardır:

TƏK CƏM TƏSNİYƏ

I-نا -ي

II-كما -كم,كن ك,ك

IIIهما -هم,هن ه,-ها

Əvəzliklər məna növlərinə görə bir neçə qrupa bölünürlər:

1)Əxs əvəzlikləri

2)Sual əvəzlikləri

3)İşarə əvəzlikləri

4)Nisbi əvəzliklər

5)İş əvəzlikləri

Cədvəl


التثنية

الجمع

المفرد







نحن

انا

المتكلم

انتما

انتم ,انتن

انت ,انت

المخاطب

هما

هم ,هن

هو,هي

الغائب

2) Sualəvəzlikləri

كم من


كيف اي,اية

اين ماذا,ما

3)İşarə əvəzlikləri;

Müzəkkərdə;هذا , ذلك

Müənnəsdə;هذه تلك

4)Nisbi əvəzliklər; Müzəkkər Müənnəs

Tək التي الذي

Cəmاللواتي , اللاتي الذين

Təsniyəالتان الذان

5)İş əvəzlikləri;

Bu əvəzlik ərəb dilində ضمير الشان olaraq adlandırılır.İş əvəzlikləri III çəxsin təkinin əvəzlikləri olan هو (müzəkkər هي (müənnəs)əvəzlikləridir.Bu əvəzliklərdən fikri kinayə yolu ilə ifadə etməkdən ötrü istifadə olunur.Ərəb dilində azərbaycan dilindən fərqli olaraq qayıdıç əvəzlikləri yoxdur.Bu əvəzliyi bildurmək üçün

نفس sözündən istifadə olunur.



ƏDƏBİYYAT

  1. Ə.C.Məmmədov; Ərəb dili, Bakı.Maarif,1998, səh.620

  2. ƏşC.Məmmədov;Ərəb dili,orta kurs.Bakı,Maarif ,1996

  3. Dr.Mustafa Meral Çörtü,Arapça Dilbilgisi,Nahiv,İstanbul 2007

  4. Dr.Mustafa Meral Çörtü,Arapça Dilbilgisi,Edatlar,İFAv ,İstanbul,2008

  5. Bekir Topaloğlu,İstanbul ,1994




Yüklə 93,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə