Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   53


MÜBARİZ YUSİFOV
LİNQVİSTİK
  
TİPOLOGİYA
(Dillər arası  müştərəklik  və  təfəkkür  
topologiyası)
(Seçmə fənn üzrə dərslik)
Gəncə Dövlət Universitetinin 
12.02.2016-cı  il  tarixli  5/30 
saylı  əmri  və  Filologiya 
fakültəsi  Elmi  Şurasının  27 
noyabr 2015-ci il tarixli, 03 
saylı  protokoluna  əsasən 
təsdiq  edilmişdir.
«Elm və təhsil»
Bakı – 2017


Redaktor:   Əsgər Quliyev
 
 
filologiya elmləri namizədi, dosent
Rəyçilər:      Telman Quliyev
 
 
filologiya elmləri doktoru, professor
 
 
 
 
İsmayıl Kazımov
 
 
filologiya elmləri doktoru, professor
Mübariz Yusifov. Linqvistik tipologiya (dillər arası  müştərəklik  
və  təfəkkür  topologiyası). Bakı, «Elm və təshil», 2017, 184 səh.
Dillərin yaranması ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır. Bu 
nəzəriyyələrin bünövrəsi qədim yunan mütəfəkkiri Platondan başlamış 
olsa  da  XIX  əsrin  əvvəllərində  müqayisəli-tarixi metodun  meydana 
gəlməsindən sonra xüsusilə yeni bir istiqamət almışdır. Müqayisəli-
tarixi metod üzrə tədqiqatların şəbəkəsi genişləndikcə mütəxəssislər 
böyük dil ailələrinin mövcudluğunu müəyyən etmişlər. Dil ailələrinə 
daxil  olan  regional  dillərin  tipoloji  yaxınlığı  tədqiqatçıları  “ulu 
dilin”  mövcudluğu  fikrinə  gətirib  çıxarmışdır.  Oxuculara  təqdim 
edilən bu əsərdə mövcud nəzəriyyələrə yenidən bir baxış keçirilir və 
dünya  dilləri  üçün  vahid  “ulu  dilin”  mövcudluğuna  şübhə  yaradan 
məsələlər barədə fikirlər irəli sürülür. Nəticə olaraq dillərin yaranması 
prosesində  təfəkkür  tipologiyasının  aparıcı  rolu  istisna  edilmir.  Bu 
əsərlə  bağlı  tənqidi  fikir  və  mülahizələrini  söyləyəcək  oxuculara 
müəllif  əvvəlcədən  öz  minnətdarlığını  bildirir. 
ISBN 978-9952-8176-4-5
© «Elm və təshil», 2017


Linqvistik  tipologiya
3
SÖZÖNÜ
Dünya dillərində homogen (müştərək) kök sözlərin mövcud-
luğu mütəxəssislər arasında heç də gizli, sirli və heyrətləndirici 
bir hadisə kimi qarşılanmır. Müqayisəli-tarixi dilçiliyin meyda-
na çıxması ilə dillərarası müştərəkliyin səbəblərinin öyrənilmə-
sinə maraq artmağa başlamışdır. Müxtəlifsistemli dillərdə eyni-
köklü elementlərin mövcudluğu barədə çoxlu sayda tədqiqatlar 
aparılmış və biri digərini təkzib edən fikir və mülahizələr söy-
lənmiş, bir çox fərziyyələr irəli sürülmüş, subuta yetirilməsi cid-
di problemlərlə qarşılaşan nəzəriyyələr yaradılmışdır. Bütün bu 
fikir  və  mülahizələrin,  fərziyyə  və  nəzəriyyələrin  baş  mövzusu 
dillərin eyni kökdən törəməsini sübut etməkdən ibarət olmuşdur. 
Elə burada da ilkin səhv addımlar atılmış və söylənilən fikirlərin 
həqiqətə uyğunluğu öz təsdiqini tapa bilməmişdir. Çünki nəzərə 
alınmamalıdır  ki,  dünyanın  ayrı-ayrı  nöqtələrində  yaşayan  in-
sanların  dilləri  arasındakı  müstərək  elementlərin  varlığı  “kök 
dilin” mövcudluğu üçün aldadıcı təəssüratdır. Yəni bu cür ele-
mentlərin varlığı heç də bütün dillərin eyni mənşəyə (ulu dilə) 
aid olub sonradan parçalanması barədəki fikirləri məntiqi cəhət-
dən təsdiq etmir. Ancaq mövcud olanı da inkar etmək mümkün 
deyildir. Məsələ  bundadır  ki, mütəxəssislər ən əvvəl bu sualın 
cavabını tapmağa cəhd göstərməlidirlər ki, dil elementlərində, 
xüsusən, kök morfemlərdə müşahidə olunan müştərəklik nədən 
yaranmışdır? Bu elementlər niyə mövcuddur? Müştərəkliyin sə-
bəbi nədir? Bu suallara cavabdan sonra hansı nəzəriyyənin və 
ya fərziyyənin irəli sürülməsinə rəvac vermək olar. Bu sualla-
ra cavab tapmaq vacibdir. Vacibdir ona görə ki,  müştərəkliyin  
mövcudluğu ümumbəşəri dil vəhdətini sübut  etmək üçün heç  


Mübariz Yusifov
4
də kifayətləndirici əsas vermir. Çünki dillərdə müşahidə edilən 
müştərəkliklər heç də hər yerdə, hər məqamda, bütün dillərdə 
bir-birinin üstünə düşmür. Belə ki, bütün mövqelərin hamısında 
kök  morfemlərin  birmənalı  paralelliyini  iddia  etmək  mümkün 
deyildir. Qaldı dillərin formalaşması və qohum dillərin mövcud-
luğu məsələsinə, bu bir həqiqətdir ki, ayrı-ayrı qrup dillərin tipo-
loji quruluşunda yaxınlıq olduğu kimi, onların genetik tərkibin-
də də oxşarlıq vardır. Bu onu göstərir ki, müəyyən ərazidə möv-
cud olmuş dil mühiti zaman-zaman areal genişlənmələrinin baş 
verməsi səbəbindən yayılma prosesi keçirmiş, tarixin gedişində 
isə onlar diferensiallaşaraq öz normalarını yaratmışlar. Bunun-
la  birlikdə  bu  dillərdə  genetik  vəhdət  və  tipoloji    quruluş    öz 
ənənələrini  yaşatmaqda davam  edir. Məsələn, türk dilləri ailəsi, 
Hind-Avropa dilləri ailəsi, sami dilləri ailəsi və digər dil ailələri 
özlərinin daxili quruluşunda genealoji və tipoloji ənənələri va-
risliklə qoruyub saxlayırlar. Eyni zamanda, demək olmaz ki, bü-
tün dillərin hamısında areal genişlənməsi və yerdəyişmələr tarixi 
zərurətə çevrilmişdir. Dünya dillərinin içərisində areal genişlən-
məsi prosesini keçirməyən dillər də vardır. Belə dillərdə ilkin 
quruluş,  demək olar  ki, sabit qalır və bu dillər xüsusi bir ailə 
də yaratmır. Ailə yaratmayan dillər öz ənənələrini öz daxilində 
mühafizə etməklə yaşadırlar. Ancaq demək olmaz ki, köklərin 
genetik müştərəkliyi belə dillərdə müşahidə edilmir. İndiyədək 
aparılan araşdırmalardan məlumdur ki, genetik kök müştərəkliyi 
genealoji təbiətindən və tipoloji quruluşundan asılı olmayaraq 
bütün  mövcud  dillərdə  və  hətta,  indi  fəaliyyətdə  olmayan  ölü 
dillərin materiallarında da müşahidə edilir. Ancaq kök müştərək-
liyinin mövcudluğu  həm  də  belə  nəticə  çıxarmağa əsas vermir 
ki, dillərin hamısı bir vaxtda yaranıb və müştərəklik də bundan 
əmələ gəlmişdir. Dillər arasındakı müştərəkliyin bütün genetik 
kökləri əhatə edə bilməməsi onu deməyə əsas verir ki, müxtəlif 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə