Mübtəda budaq cümləsini bağlayan vasitələrdən biri sonrakı dövrün



Yüklə 487,11 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü487,11 Kb.
#76764


1

Mübtəda budaq cümləsini bağlayan vasitələrdən biri sonrakı dövrün 

məhsuludur? A) qəlib sözlər B) kim ki, hər kim C) hər kəs, hər nə D) 

intonasiya E) ki // kim

2

Cümlənin növünü müəyyənləşdirin: Gəh gözdə, gəh könüldə məkan 



tutar, Hər qanda olsa, qanlım, əlbəttə, qan tutar.  A) Bölüşdürmə 

əlaqəli tabesiz mürəkkəb cümlə B) Şərt budaq cümləsi C) bağlayıcılı 

tabesiz mürəkkəb cümlə D) Yer budaq cümləsi E) Mübtəda budaq 

cümləsi


3

Cümlənin növünü müəyyənləşdirin. Xəyali-arizim cövlan edər bu 

çeşmi-pürməndə, Nəcük kim, mövclənmiş suda əksi-afitab oynar. A) 

Təyin budaq cümləsi B) Müqayisə budaq cümləsi C) tərzi-hərəkət 

budaq cümləsi D) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb E) 

ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə

4

Cümlənin növünü müəyyənləşdirin. Vər oğlunu dilərsən ola sahibi-



ədib, Əlbəttə,eylə zillətə möhtac qul kimi. A)  Şərt budaq cümləsi B) 

tabesiz mürəkkəb cümlə C) müəyyən şəxsli sadə cümlə D) 

qarşılaşdırma budaq cümlə E) şəxsiz cümlə

5

Şəxs sonluqları nədən törəmişdir? A) Şəxs əvəzliklərindən B) 



Müstəqil şəkilçi olmuşlar C) Xəbərlik kateqoriyasının şəkilçilərindən 

D) mənsubiyyət şəkilçilərindən E) müəyyən tarixi inkişaf nəticəsində 

zaman kateqoriyasından

6

Hicri dilbər, Eşq yolunda kim ki, ol yarinə canfəşan gedər, Əhli-yəqin 



biliri kim, ol cənnətə bigünah gedər. Altından xətt çəkilmiş şəkilçi (i) 

hansı şəkilçidir, nədən törəmişdir? A) zaman şəkilçisidir-indiki 

zaman şəkilçisindən törəmişdir B) indiki zaman-şəxs şəkilçisindən 

törəmişdir C) indiki zaman-şəxs sonluğu, o işarə əvəzliyindən 

törəmişdir D) indiki zaman-"dır" şəkilçisindən törəmişdir E) indiki 

zaman şəxs, sonluğu-mənsubiyyət şəkilçisindən törəmişdir

7

Haşa köməkçi nitq hissəsi aşağıdakılardan hansına daxildir? A) Ədat, 



nida B) ədat, bağlayıcı C) modal sözlər D) Ədat, modal sözlər E) 

Ədat, qoşma

8

Əya, gül yüzlü cöhrən ayə bənzər! Boyun bir sərvi-xoşbalaya bənzər! 



İşarələnmiş söz nədir? A) əvəzlik B) ədat C)bağlayıcı D) vokativ söz 

E) modal söz

9

Gər şərh edisərsən ayəti hüsnün kitabını, hər bab içində fəslinə yüz 



min füsul ola.İşarələnmiş söz feilin hansı zamanını göstərir? A) indiki 

zamanın şərtini B) qeyri-qəti gələcək zaman C) qəti gələcək zamanı 

D) feilin şərt şəklini E) qeyri-qəti gələcək zamanın şərtini 



10

Birinci şəxs əvəzliyinin şəkilçiləşməsi prosesində m-lə yanaşı bəzən -

... ilə də I şəxsin təki ifadə edilmişdir. Nöqtələrin yerinə nə 

yaılmalıdır? A) am²   B) n  C) ıq

⁴  D) ız⁴   E) i 

11

İndiki zamanı II şəxsin təkində işlənən -san² şəkilçisinin sabit şəklinə 



Cənubi Azərbaycanın ...., ...  dialektində təsadüf edilir. Nöqtələrin 

yerini doldurun. A) am

², Zəncan B) -n, Ələmdar C) an², Təbriz D) 

an², Ələmdar E) -n, Zəncan 

12

İndiki zaman şəkilçisi -ır⁴ -dən başqa ..... şəkilçisi də eyni vəzifəni 



daşıyır. Bu xüsusiyyət hansı qrup dialektdə özünü göstərir? A) dır⁴, 

Şimal B) dır⁴, Cənub  C) durur, Şimal D) durur,ədır⁴, Şərq  E) dır⁴, 

Qərb

13

Köməkçi nitq hissələrini göstərin, ardıcıllığı gözləyin. Bəs dəxi nə 



edim, nəsihət eylə! Xaçan ələ girə nuş bu niş. Bir dəxi varım xəstə 

saru; hər söz böhtan isə həqqa, bu söz böhtan deyil.  A) bəs, nuş, isə, 

həqqa B) dəxi, xaçan, dəxi, bir C) dəxi, nuş, isə, həqqa D) bəs dəxi, 

xaçan, dəxi saru, nuş E) bəs, dəxi, xaçan dəxi saru həqqa

14

Törəmə nidalar hansı yolla yaranır? Dəqiq cavabı göstərin A) alınma 



sözlərin nida funksiyasında işlənmiş. B) başqa nitq hissələrinin nida 

funksiyasında işlənməsi. C) ey, vay, vey, hey nidaları vasitəsilə D) 

başqa nitq hissələrinin və alınma sözlərin nida funksiyasında 

işlənməsi. E) yalnız"ey" və alınma sözlər

15

 İşarələnmiş sözlər hansı nitq hissəsinə aiddir? Ləblərin cami 



meyindən cümlə əşya əsrimiş! Teyyib, ey pakizə saqa, barakallah, ey 

şərab! Yüzündən gülüstan, billah degilim? Sözündür kün-fəkan, 

billah degilim? A) nida B) modal sözlərə C) nida və modal sözlərə D) 

ədatlara E) ədat və modal sözlərə

16

Türk dillərinin şəxs-xəbər şəkilçisinin hər iki kateqoriya üçün 



müştərəkliyi .......inteqrasiyasının qalığıdır. Nöqtələrin yerinə nə 

yazılmalıdır?    A) isim+feil  B) sifət+zərf  C) ad+feil  D) əvəzlik+feil  

E) zərf+feil

17

Subyekt-predikat-subyekt (analitizm) sxeminə uyğun cümləni seçin. 



A) Mən bilirmən bu dili şeyda nələr küncündədir B) Açıldı nərgisü 

lalə, tutubdur yaçəmən çadir C) Söyütlər ətğəran titrər,qamışlar mindi 

ənharə D)sən yar ol mana ki, könlüm dəxi yar istəməz E) Mən ol 

Mənsuram, ey arıf ki, həqdən bulmuşam nüsrət

18

Yarə o saət saıam olsun, salam. İşrətin eyşi mudam olsun, 



mudam.Göstərilən cümlə necə adlanır və necə yaranmışdır? Durğu 

işarələri buraxılmışdır.A) əmr cümləsi, leksik vasitələrlə B) nida 

cümləsi, leksik-sintaktik vasitələrlə C) nəqli cümlə, leksik-sintaktik 

vasitələrlə D) nida cümləsi, vokativ sözlərlə E) əmr cümləsi, vokativ 

sözlərlə

19

Nə qul-qül, qul-qüli badə, nə badə, badeyi-əhmər Yuxarıdakı cümlə 



necə adlanır və yaranma vasitəsini göstərin. A) sual cümləsi, sual 

əvəzliyi B) nəqli cümlə, nə əvəzliyi C) nida cümləsi, nə əvəzliyi D) 

nida cümləsi, intonasiya E) əmr cümləsi, nə əvəzliyi

20

Nöqtələrin yerinə nə yazılmalıdır? Ardıcıllığı nəzərə alın. 



.........əsrdə......dilində nidalarla düzələn nida cümləsi demək olar ki, 

çox az işlənir. Amma ayrı-ayrı hiss - heyəcanlı deyilmiş söz- lər.....ilə 

birlikdə işlənərkən nida cümləsinin bu tipi müəyyənləşir. A) XIV, 

Nəsimi, feilin əmr şəkli B) XV, Ş.İ.Xətai, feilin əmr şəkli C) XIII, 

Q.Burhanəddin, ədatlarla D) XVI, M.Füzuli, ədatlarla E) XVII, 

Q.Təbrizi, feilin əmr şəkli

21

Hansı əsrə qədər -mı⁴ sual ədatı xəbər-şəxs şəkilçilərindən əvvəl 



işlənmişdir? A) XVIII əsrə qədər B) XIX əsrə qədər C) XVI əsrə 

qədər D) XVII əsrə qədər E) XV əsrə qədər




22

Ölməli gündür,Vaqif, öl bugün. Yuxarıdakı cümlə sadə cümlənin 

hansı növünə daxildir. A) müəyyən şəxsli cümlə B) qeyri-müəyyən 

şəxsli cümlə C) adlıq cümlə D) ümumi şəxsli E) şəxssiz cümlə

23

Klassik ədəbiyyatda təyinin mövqeyinin dəyişilməsi onun 



funksiyasını dəyişirmi, dəyişirsə, nə kimi dəyişiklik yarada bilər? A) 

yerini dəyişir, təyinlik funksiyasını itirir, təyinlənən sözün 

şəkilçilərini qəbul edir. B) yerini dəyişir, öz funksiyasını saxlayır C) 

yerini dəyişmir, öz funksiyasını saxlayır D) öz yerini dəyişmir,amma 

öz funksiyasını itirə bilər E) yerini dəyişir,ancaq tamamlıq vəzifəsi 

daşıyır


24

Cümlələrin sintaktik təhlilə görə düzgün cavabı müəyyənləşdirin: 

1.Mən fəqirə əmr qılmışdı siyasət etməyə. 2. Çünki siz biçarələr 

əsrardan qafil və ülümi-hikmət və kimyadan bixəbər adamlarsınız. A) 

1. təyin, tamamlıq, xəbər, tamamlıq 2. təyin, mübtəda, tamamlıq, 

xəbər, tamamlıq, tamamlıq, təyin, xəbər  B) 1. tamamlıq, xəbər, 

tamamlıq 2. Mübtəda, tamamlıq, tamamlıq, tamamlıq, xəbər  C) 1. 

təyin, tamamlıq, xəbər 2. mübtəda, təyin, tamamlıq, tamamlıq, 

tamamlıq, təyin, xəbər D) 1. təyin, xəbər, tamamlıq 2. təyin, mübtəda, 

xəbər, tamamlıq, təyin, xəbər E) 1. təyin, tamamlıq, xəbər, tamamlıq 

2. təyin, mübtəda, tamamlıq, tamamlıq, təyin, xəbər

25

Folklor üslubunda daha çox işlənən -a² dedilər modelində olan 



cümlələr sadə cümlənin hansı növünə uyğundur? A) şəxssiz cümlə B) 

müəyyən şəxsli cümlə C) qeyri-müəyyən şəxsli cümlə D) adlıq cümlə 

E) ümumi şəxsli cümlə

26

Qədim və orta əsrlərin dilində I növ təyini söz birləşmələri (I tərəf 



müəyən miqdar sayı ilə ifadə olunduqda) arasında ......üçün formal 

əlamət tələb olunur. Nöqtələrin yerinə nə yazılmalıdır? Formal əlamət 

hansıdır? A) kəmiyyətcə uzlaşma ikinci tərəf I tərəfin çoxluq 

məzmununa əsasən bir qayda olaraq -lar² şəkilçisini qəbul edir. B) 

Kəmiyyətcə uzlaşma  ikinci tərəf I tərəfin çoxluq məzmununa əsasən, 

bir qayda olaraq şəkilçisiz işlənir.C) şəxsə görə uzlaşma, hər iki tərəf 

şəkilçisiz işlənir. D) I t+II t

₀ , I tərəf şəkilçili, II tərəf şəkilçisiz olur 

E) Hər iki tərəf arasında heç bir əlaqə özünü, uzlaşma özünü 

göstərmir

27

III növ təyini söz birləşməsinin I tərəfi nə zaman yiyəlik hal şəkilçisiz 



işlənir və əsasən hansı dövrdə özünü göstərir? A)Tərəflər yerini 

dəyişdikdə B) II tərəf sayla ifadə olunduqda C) qədim və orta 

əsrlərdə, I tərəf mənsubiyyət şəkilçisi ilə işləndikdə.D) XI-XII 

əsrlərdə, II tərəf mənsubiyyət şəkilçisi qəbul etmədikdə E) XIX-XX 

əsrlərdə I tərəf I və II şəxsin cəmi ilə ifadə olunduqda 

28

III növ təyini söz birləşməsi hallandığı zaman hansı halda hal şəkilçisi 



qəbul etmir? A) yiyəlik halda B) təsirlik halda C) yönlük halda D) 

çıxışlıq halda E) yerlik halda

29

Bəqayı-eşqin ilə canı cavidan olanın, zavallı günəşi ya mahi-asiman 



nədir? İşarələnmiş ifadələr qrammatik baxımdan nə adlanır? A) II növ 

təyini söz birləşməsi B) I növ təyini söz birləşməsi C) III növ təyini 

söz birləşməsi D) izafət E) feili birləşmə

30

Hansı xüsusiyyətlər XIII-XV əsrə aid deyil? A) Mən əvəzliyi mən // 



bən, bin variantlarında işlənmişdir. B) t˃d, d˃t əvəzlənmələri özünü 

göstərir C) xəbər şəkilçisi durur // turur formaları işlənməməşdir D) 

təsirlik hal şəkilçisi -ı⁴, yı⁴, -nı⁴ şəkilçiləridir. E) h ilə başlayan sual 

əvəzlikləri q/x/ğ ilə ifadə olunmuşdur

31

Gər açıq isə bəsirətin bax, Gər səndə həqnin qetmə irax. Cümlənin 



növünü müəyyənləşdirin. A) Şərt budaq cümləsi B) qarşılaşdırma 

budaq cümləsi C) səbəb budaq cümləsi D) məqsəd budaq cümləsi E) 

nəticə budaq cümləsi



32

Cümlənin növünü müəyyənləşdirin: Fikir edərəm ki, yazayım zərrəcə 

eşq sirrini, Bəhr midad, ağac qələm, taşı-fələk dəvat olur. A) şərt 

budaq cümləsi B) tamamlıq budaq cümləsi C) səbəb budaq cümləsi 

D) məqsəd budaq cümləsi E) nəticə budaq cümləsi



33

İlk baxışdan şərt budaq cümləsinə bənzəyən cümlənin növünü 

müəyyənləşdirin: Zülfü rüxsarındır, ey can, sureyi-nürü düxan. Gər 

bu mənidən ana şamü səhər dersəm, Nola? A) səbəb budaq cümləsi 

B) şərt budaq cümləsi C) nəticə budaq cümləsi D) müqayisə budaq 

cümləsi E) tərzi-hərəkət budaq cümləsi

34

Ol jalə ki düşdü güli-rüxsarımız üstə. Bir qətrə yağış damdımı, min 



lalə tər oldu. Cümlənin növünü müəyyənləşdirin. A) təyin budaq 

cümləsi B) zaman budaq cümləsi C) səbəb budaq cümləsi D) şərt 

budaq cümləsi E) müqayisə budaq cümləsi 

35

1. "Mən ol Mənsuram, ey arıf ki, həqdən bulmuşam nüsrət. 2. 



Ənəlhəq söylərəm daim ki, ömrüm payidar oldu." I və II cümlənin 

növünü müəyyənləşdirin. A) I səbəb budaq cümləsi, II zaman budaq 

cümləsi B) I tamamlıq budaq cümləsi, II təyin budaq cümləsi C) I 

təyin budaq cümləsi, II səbəb budaq cümləsi D) I səbəb budaq 

cümləsi, II zaman budaq cümləsi E) Hər ikisi zaman budaq cümləsi

36

Cümlənin növünü müəyyənləşdirin. Səndən əgərçi düşmüşəm ayru, 



səninləyəm yəqin A) şərt budaq cümləsi B) qarşılaşdırma -guzəşt 

budaq cümləsi C) səbəb budaq cümləsi D) məqsəd budaq cümləsi E) 

təyin budaq cümləsi

37

Cümlənin tərəfləri arasında hansı məna əlaqəsi var? Kirpiyin navək 



oxudur, qaşların çaçı kaman. A) zaman əlaqəsi B) qarşılaşdırma 

əlaqəsi C) aydınlaşdırma əlaqəsi D) ardıcıllıq əlaqəsi E) səbəb əlaqəsi

38

Aşağıdakı tabesiz mürəkkəb cümlə arasında əlaqəni müəyyənləşdirin. 



Şol qaş, saçı büt-məhvəş gəlir, Kirpik oxundan dolu tərkəş gəlir. Həq 

meyindən gözləri sərxoş gəlir, Kirpiyi, qaşı hesabı şeş gəlir. A) 

ardıcıllıq əlaqəsi B) zaman əlaqəsi C) səbəb əlaqəsi D) aydınlaşdırma 

əlaqəsi E) qarşılaşdırma əlaqəsi

39

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələrini üəyyənləşdirin1. Çarə 



yoxdur yarə, əbsəm, ey könül yar istəmə. 2.Ey Nəsimi, sən fələkin 

gərdişindən qəm yemə, şadlıq ənduhiləndir, həm qızıl gül xar ilən. 3. 

Aşiqə meyxanə küncündən gəlir peyğami-qəm ilhamü vəcd, Süfiyə 

məscid qucağından gəlir peyğami-qəm. 4. Mislin görələr, ya bulalar 

zatına həmtay. 5.Galıba, zülfü xalıdan saçın leylidürür, irişdi ayəti-

fanzur adı nurü düxan oldu.A)qarşılaşdırma, zaman, bölüşdürmə, 

ardıcıllıq, səbəb B) səbəb, qarşılaşdırma, aydınlaşdırma, bölüşdürmə, 

qarşılaşdırma C) aydınlaşdırma, zaman, səbəb, bölüşdürmə, ardıcıllıq 

D)səbəb, aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə, qarşılaşdırma E) 

qarşılaşdırma, aydınlaşdırma, səbəb, bölüşdürmə, qarşılaşdırma

40

Cümlələr arasındakı bağlayıcının cümlədəki mənasını nəzərə alaraq 



cümlənin növünü müəyyənləşdirin. Qəmzəyə versin nəsihət, yoxsa 

qan eylər. A) qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə B) Səbəb 

budaq cümləsi C) qarşılaşdırma budaq cümləsi D) səbəb əlaqəli 

tabesiz mürəkkəb cümlə E) Müqayisə budaq cümləsi

41

Nəqli keçmiş zamanın şəkilçilərindən hansı aktiv olmuşdur və müasir 



dildən fərqli cəhəti nədir? A) -mış⁴ II şəxsin təki və cəmində -ş- 

ünsürü düşür B) -ıb⁴ əsasən III şəxsə məxsus olmuşdur. C) -mış⁴ II 

şəxsdə "ş" ünsürünün düşməsi D) -ıb⁴  I şəxsdə işlənməsi E) mış⁴, -

ıb⁴ fərqli cəhət yoxdur. 

42

Nəsiminin dilində III növ təyini söz birləşməsinin I tərəfi ismin hansı 



halları ilə ifadə olunmasına rast gəlirik? A) yiyəlik, yerlik, çıxışlıq B) 

yiyəlik, çıxışlıq C) adlıq, qeyri-müəyyən yiyəlik hal, çıxışlıq D) 

yiyəlik, adlıq, çıxışlıq E) yiyəlik, yönlük, çıxışlıq



43

Çün Süleyman mülkünün qoydivi getdi dünyadan.Qaldı andan sonra 

bu mülki-Süleyman sizlərə. İşarələnmiş sözlərə qrammatik baxımdan 

nədir və bu cür işlənməsini necə izah etmək olar? A) hər ikisi ismi 

birləşmədir bədii üslub üçün uyğundur. B) hər ikisi ismi birləşmədir, 

obrazlılıq üçün işlənmişdir C) hər ikisi izafətdir, sadələşdirilmişdir D) 

I misradakı III n.t.s.b, II misradakı izafətdir, azərbaycanlaşdırmaq 

meyili güclüdür E) I misradakı III n.t.s.b, II misradakı izafətdir, 

azərbaycanlaşdırmaq meyili zəifləmişdir



44

İtabi şöylə şirindir dodağın işvə vəqtində ki, aşıq can yağar sanır onun 

nazü itabından. Cümlənin növünü müəyyənləşdirin. A) nəticə budaq 

cümləsi B) dərəcə budaq cümləsi C) tərzi-hərəkət budaq cümləsi D) 

müqayisə budaq cümləsi E) kəmiyyət budaq cümləsi

45

Zaman budaq cümləsini əmələ gətirən bağlayıcıları göstərin. A)  çün, 



ol vaxt kim//sol vaxt kim ta, ta ki, hər dəm, hər sübhi, kim/ki B) ol 

vaxt//sol vaxt, öylə, həman kim/ki, sol ki, neçin ki  C)kim/ki, 

çun/çunkim, nisə kim, hər sübhi dəm ki D)kim/ki, çun / çunkim, nişə 

kim, hər sübhi dəm ki, hər vərq ki E) ol vaxt/sol dəm ki, hər sübhi 

dəm ki, hər vəqt ki, nədən kim diyən

46

Nəticə budaq cümləsini bağlayan vasitələr hansılardır? A) elə/öylə, 



gər, vəli vəleykun, intonasiya B) elə/şöylə, ta/ta ki, məgər, kim//ki, 

intonasiya C) ta/ki, gər, kim/ki məgər, öylə D) elə/söylə, vəli, ta// ta 

ki, intonasiya E) nə qədər ki, elə, məgər, sansan

47

Cümlənin növünü müəyyənləşdirin: Qaravaşa don geyirsən, qadın 



olmaz. A) tabeli mürəkkəb cümlə B) müəyyən şəxsli cümlə C) 

ümumi şəxsli cümlə D) şəxssiz cümlə E) qeyri-müəyyən şəxsli cümlə

48

Nəsiminin "Dodağın qədinə şəkər dedilər" qəzəlində isə ........ poetik 



diffuzluğu ifadə olunur. Nöqtələrin yerinə nə yazılmalıdır? A) sadə və 

mürəkkəb B) sadə cümlələrin C) şəxsiz və müəyyən şəxsli cümlələrin 

D) qeyri-müəyyən və ümumi şəxsli cümlələrin E) müəyyən və qeyri-

müəyyən şəxsli cümlələrin

49

Nida cümlələrini əmələ gətirən vasitələr hansılardır? Dəqiq cavabı 



göstərin. A) intonasiya, xüsusi leksik-sintaktik vasitələr, nida sözləri, 

nida, bəzi sual əvəzlikləri, nə sözü B) nidlar və intonasiya C) ədat və 

nidalar D) nida, bağlayıcılar E) nida, qoşma

50

Min başda biri layiqi-dostlar bulunmaz. Cümlədə hansı söz birləşməsi 



işlənmişdir və fərqli cəhət nədir? A) I n.t.s.b; fərqli cəhət yoxdur B) II 

n.t.s.b; I tərəfin şəkilçili olması C) III n.t.s.b; I tərəfin yerlik halda 

işlənməsi D) III n.t.s.b; II tərəfin sayla ifadə olunması E) III n.t.b; 

fərqli cəhət yoxdur.

51

Nida cümləsi necə yaranmışdır? Mən mülki-cahan mənəm mən 



Haqqa məkan mənəm mən!  A) xəbər vəzifəsində işlənən təkid, 

hökm bildirən şəxs əvəzlikləri vasitəsilə intonasiya B) arzu, dilək 

bildirən leksik vasitələrlə C) sintaktik vasitələrlə D) nidalar vasitəsilə 

E) sual əvəzlikləri ilə

52

Epenteza hadisəsi və epentetik səs nədir? A) eliziya hadisəsidir, 



düşən səs B) kvintativ metatezadır C) səs artımı hadisəsidir, iki samit 

arasına artırılır D) sinkopo hadisəsidir, kipləşən samitlər arasında baş 

verir E) apokopo hadisəsidir, r,l samitlərinin düşməsidir 

53

II növ təyini söz birləşmələri məzmunca hansı birləşməyə oxşayırdı? 



Söhbət orta əsrlərdən gedir. A) III növ təyini söz birləşməsinə B) II 

növ təyini söz birləşməsinə C) qeyri-təyini söz birləşməsi D) məsdər 

birləşmələrinə E) feili-sifət birləşmələrinə

54

Haşa ki, türkzadə məhbublar  feyzi-nəzmindən bəhrəmənd     



olmayanlar;  Əbzəs ki, bahar ayını, saqi gözüm istər. Haşa ki, bu 

murğu-tiz rəftar.Sitəm etməgilə haşa ki, könül usana səndən, Əlhasil, 

fərqi-iqtidarımı əfsəri-qənaət. Cümlələrdə işlənən köməkçi nitq 

hissələri müəyyənləşdirin. ardıcıllığı gözləyin. A) ədat, ədat, modal 

söz, ədat B) ədat, ədat, ədat, ədat C) modal söz, modal söz, ədat ədat, 

modal söz D) modal söz, modal söz, ədat ədat E) ədat, modal söz, 

ədat, ədat

55

Şeirdəki feillər hansı şəkildədir? Baş tob edə gör canan yolundə Ey 



Xətayi, özünü xak edə gör pak. A) əmr şəkli B) lazım şəkli C) arzu 

şəkli D) şərt şəkli E) indiki zaman




56

XVI əsr ədəbi dilində indiki zaman və onun şəkli əlamətinin semantik 

məzmununda .....  məna çaları özünü göstərir. Nöqtələrin yerinə 

aşağıdakılardan hansı yazılmalıdır? A) indiki və keçmiş zaman B) 

indiki və qəti gələcək zaman C) qeyri-qəti gələcək zaman, qeyri-

müəyyən zaman D) qəti gələcək zaman və keşmiş zaman E) yalnız 

indiki zaman



57

feilin əmr şəkli  analtik üsulla necə yaranmışdır? A) gil,ğıl B) gilən, 

ğınan C) ginən+ib D) a²+gör E) gil+a²

58

Verilən şeirdə feilin arzu şəkli feilin hansı şəklinin mənasını daşıyır? 



Vəqt oldu: Verəm fənayə təxtim. Qədr ilən çəkəm bəqayə təxtim. A) 

arzu şəklin B) əmr şəklin C) vacib şəklin D) şərt şəklin E) lazım şəkli

59

ama² şəkilçiləri feilin hansı şəklinin inkarına aiddir? A) indiki 



zamanının inkarı B) feilin bacarıq şəklinin inkarı C) gələcək zamanın 

inkarı D) qeyri-qəti gələcək zamanın inkarı E) arzu şəklinin inkarı

60

Nümunədə işarələnmiş söz sadə cümlənin hansı növünə aidir? Həqqə 



yar ol, ey könül, yar ol, yetər, həqqi çün yar,eylədin,var ol, yetər. A) 

əmr cümləsi B) müəyyən şəxsli cümlə C) şəxssiz cümlə D) qeyri-

müəyyən şəxsli cümlə E) adlıq cümlə

61

M. Füzulinin dilində ıkən, vari öküs kimi sözləri hansı nitq hissəsinə 



daxildir? A) sifət B) feil C) isim D) say E) əvəzlik

62

XVI əsr ədəbi-bədii dilində, o cümlədən M.Füzulinin dilində arzu 



şəkli feilin hansı şəkillərinin mənasını da daşımışdır? Tam cavabı 

göstərin. A) əmr, vacib, xəbər  B) yalnız arzu  C) şərt şəkli, bacarıq  

D) xəbər, arzu  E) vacib, bacarıq şəkli

63

...........etimoloji subyekt və predikat arasındakı semantik münasibətin 



metaformalaşması yolu ilə əmələ gəlmişdir.  Nöqtələrin yerini 

doldurun. A) şəxsiz cümlə B) adlıq cümlə C) ümumi şəxsli cümlə D) 

qeyri-müəyyən şəxsli cümlə E) müəyyən şəxsli cümlə

64

Köməkçi nitq hissələrinin növünü müəyyənləşdirin. Yarimi ayırdın 



məndən çərxi-qəddar, üştə gör. Yürəyim boş oldu məndən, gəl içim 

yar üştə gör. A) modal söz, təssüf B) ədat, əmr C) modal söz, təsdiq 

bildirənlər D) ədat, qüvvətləndirir E) nida, kədər

65

"ha" sözünün funksiyasını müəyyənləşdirin: Ey dil ki, edərdim ahu-



nalə ha dövləti-vəsli zövqu-didar. A) əmr ədatı B) işarə əvəzliyi 

C)qüvvətləndirici ədat D) nida E) iştirak bağlayıcısı

66

"Qamu" sözünün funksiyasını müəyyənləşdirin:  Xublar qamu solü 



sağa durmuş Cövlanda durur qamu pərilər. Qamu hünərlərə 

gördüyüm könlüm. A) isim, ədat, isim B) sual əvəzliyi, işarə əvəzliyi, 

sual əvəzliyi C) qeyri-müəyyən əvəzliyi, təyini əvəzlik, təyini əvəzliyi 

D) qeyri-müəyəyn əvəzlik, qayıdış, qayıdış əvəzliyi E) qeyri-müəyyən 

əvəzlik, işarə əvəzliyi, qeyri-müəyyən əvəzlik

67

Fikrin emosional tərzdə deyilməsini qüvvətli şəkildə təsdiq etmək 



məqsədi ilə göstərilən nümunədə nədən istifadə olunmuşdur?  Deyən 

hər dəm mənə ki baxma xubni yüzünə. Aşıqin gözü var, axır, ol 

qədər nadan deyil! A) işarə əvəzliyindən B) təsirlik halın fərqli 

xüsusiyyətlərindən C) ədatdan D)saydan e)intonasiya 

68

Qeyri-müəyyən sayların bir növü də .......... üsulla, yəni.......... 



yaranmışdır. Nöqtələrin yerini doldurun. A) morfoloji, şəkilçilərlə B) 

analtik, sözlərin təkrarı ilə C) sintaktik, müxtəlif sözlərin birləşməsi 

ilə D) fonetik, səslərin əvəzlənməsi ilə E) morfoloji - sintaktik, şəkilçi 

və sözlə



69

Aşağıda müxtəlif hallarda işlənən işarələnmiş sözlər ismin hansı 

halını əvəz etmişdir? Ardıcıllığı gözləyin. Cananə mənim sevdiyim 

can bilir ancaq. Gah çıxmışam. İsa kimi çərx üstünə oturmuşam. 

Səltənətin zövqünü arifə sor kim, bilir A) yönlük, yönlük, yerlik B) 

yönlük, yönlük, təsirlik C) təsirlik, yönlük, yerlik D) təsirlik, yerlik, 

çıxışlıq E) təsirlik, yönlük, çıxışlıq 

70

"Çu"-nun funksiyasını müəyyənləşdirin və hansı sözlə əvəz etmək 



olar? Həbiba, firqətin saldı məlalə.Bu ənəlhəqin çırağı  əbədi çü 

yanəsərdir, . A) ədad ha, dəxi B) qoşma kimi, tək C) bağlayıcı amma, 

vəli D) işarə əvəzliyi bu, şu  E) modal söz əlqıssə, belkə

71

ıbanın feili bağlama şəkilçisinə ancaq ..... "...." rast gəlirik. Nöqtələrin 



yerini doldurun. A) Qazi Burhanəddin "Divan"ı B) Məhəmməd 

Füzulinin "Divan"ı C) Nəsiminin "Divan"ı D) Ş.İ.Xətainin "Divan"ı 

E) Qövsi Təbrizinin "Divan"I

72

Elliptik cümlələrdə hansı sözlər düşmüşdür. Tək sən bənüm ol, 



uçmağı kimə gərək isə, Tərk eylədi bir buğdayiçün uçmağı Adəm A) 

ona, ver  B) sən də C) cənnəti ona D) cənnəti də E) sən, ona

73

XIII-XV əsrlərdə indiki zamanın inkari hansı şəkilçilərlə də ifadə 



oluna bilirdi a) ma+dın²i  B) ma+acaqam  C) maz²am//man//man D) 

mar


² E) marıq²

74

XIII-XV əsrlərdə indiki zaman -ır⁴ şəkilçisi ilə yanaşı .....şəkilçisi də 



işlənmişdir. Nöqtələrin yerinə hansı şəkilçi yazılmalıdır? A) 

adur//ədur B) avuz//əvuz C) ıdır² D) mış⁴ E) isər

75

Cümlələrdəki mübtədalar ismin hansı halındadır? Könlümü aparanın 



kirpigi oxin bulmişəm Necə ki ol dilər isə ki, bini olam olmuşam. 

Gözuni xəstədir, xu göruruz, hicab yox A) adlıq, adlıq B) təsirlik, 

adlıq C) yönlük, yönlük D) çıxışlıq, təsirlik E) adlıq, təsirlik, 

təsirlik,adlıq

76

feili bağlama şəkilçiləri hansılardır? A) ıban



⁴, mədin, ası B) ıban⁴, 

malı, yu C) dığı

⁴, ınca⁴ D) ıban, ınca ², yu,an² E) mədın, ıcaq², yu², 

gəc


77

Nümunədə işlənmiş eyləmi hissəsini hansı cümləyə daxil etmək olar. 

Bənzüm saruvü yaşımı al etdin, eyləmi? A) adlıq cümlə B) yarımçıq 

cümlə C) təktərkibli cümlə D) söz-cümlə E) cüttərkibli cümlə

78

Cümlənin növünü müəyyənləşdirin. Nə dilim varur ki, vəslin 



diləyəm, Nə əlüm irər ki, sunam belinə A) qarışıq tipli tabesiz 

mürəkkəb cümlə B) sadə cümlə C) mübtəda budaq cümləsi D) xəbər 

budaq cümləsi E) I cümlə mübtəda, II cümlə xəbər budaq cümləsidir

79

Analtik üsulla yaranan əmr şəkli məzmunca feilin hansı şəklinə 



yaxınlaşır? A) xəbər şəklinə B) arzu şəklinə C) vacib şəklinə D) 

lazım şəklinə E) bacarıq şəklinə

80

Hansı qoşma aid olduğu sözdən əvvəl işlənə bilər? A) səmt B) doğrı 



C) yana D) misali E) cılayın 

81

dən-tən variantında olan qoşmalar mənaca qoşmanın hansı növünə 



aiddir? A) yön, istiqamət B) birgəlik C) məsafə-zaman D) səbəb E) 

kəmiyyət 

82

Sintaktik vahidlərin ardıcıl olaraq ....... çevrilməsi prinsipi nəticəsində 



müstəqil feillər köməkçi mövqeyə keçir. Nöqtələrin yerinə 

aşağıdakılardan hansı yazılmalıdır? A) cümləyə B) söz birləşməsinə 

C) sintaqmlara D) qrammatik kateqoriyaya E) qrammatik vasitə



83

Nə zaman təsirlik hal şəkilçisi düşür, bitişdirici samit qalır? A) 

samitlə bitən isimlərin hallanmasında B) saitlə bitən isimlərin 

hallanmasında  C) feili sifətin hallanmasında D) məsdərin 

hallanmasında E) II və III növ təyini söz birləşmələrinin 

hallanmasında 

84

Orta əsrlərin ədəbi, bədii əsərlərin dilində III növ təyini söz 



birləşməsi formal cəhətdən hansı birləşməyə oxşayırdı? A) I növ 

təyini söz birləşməsinə B) məsdər tərkibinə C) feili sifət tərkibinə D) 

II növ təyini söz birləşməsinə E) qeyri-təyini söz birləşməsinə 

85

İlə qoşmasının mənasını müəyyənləşdirin. Bu əqli naqis ilə özün 



xurdədan tutar (Füzuli). A) birgəlik B) məhdudiyyət C) hal-vəziyyət 

D) səbəb E) müstəqim obyekt bildirir 

86

Çoxdan zərfi xəbər vəzifəsi daşıdıqda hansı fərqli cəhət özünü 



göstərir? A) xəbər şəkilçisi "dır" şəkilçisinə qəbul etmir B) -dan 

şəkilçisi düşür C) cümlənin ancaq əvvəlində işlənə bilir D) heç bir 

dəyişikliyə məruz qalmır E) xəbər vəzifəsi daşıması üçün birləşmə 

əmələ gətirirdi

87

"cağaz" şəkilçisinin funksiyasını müəyyənləşdirin. Nə qədərdir ki, 



toxınıcağaz bu dilimə, Dilümi diləvü gəlməyə dəxi bilə nəzər A) feili 

sifət B) düzəltmə feil yaradan şəkilçi C) feildən sifət düzəldən şəkilçi 

D) feildən zərf düzəldən şəkilçi E) feili bağlama şəkilçi

88

İşarələnmiş sözdə nədir və fərqli cəhəti göstərin. Bir qac yigit dəxi 



endilər, təpdilər, təpdiklərincə böyüdü. A) feili sifət+ca² B) düzəltmə 

feil C) feili bağlama+mənsubiyyət şəkilçisi D) feili sifət+mənsubiyyət 

şəkilçisi+ca E) məsdərin arxaikləşmiş forması

89

Çaparaq, qaçaraq sözləri hansı nitq hissəsinə daxildir? (vurğu III 



hecadadır, nəzərə alınsın) A) feili sifət B) feili bağlama C) sifət D) 

zərf E) isim 

90

Cümlədə altından xətt çəkilmiş söz hansı cümlə üzvüdür? Qarğu gibi 



qara saçum uzanır gördüm. A) təyin B) vasitəli tamamlıq C) xəbər D) 

vasitəsiz tamamlıq E) zərflik

91

feillər hansı şəkildədir? Saqiyi-baqi əlindən məst olub içməkdəyüz 



(Xətai). Qəm yükün çəkməkdəyüz mən bir zəman, ol bir zaman 

(Füzuli). A) arzu şəkli B) bacarıq şəkli C) davam şəkli D) xəbər şəkli 

E) vacib şəkli

92

Cümlədə işlənən feil hansı zamandadır? Eşq yolunda mən sona təqsiz 



bilməzəm. Eşqindən özgə canıma təsir bilməzəm A) indiki zamanın 

inkarı B) qeyri-qəti gələcək zaman C) qəti gələcək zaman D) nəqli 

keçmiş zaman E) şühidi keçmiş zaman

93

Qaçan/xaçan sözləri sual əvəzlik vəzifəsindən başqa hansı funksiyanı 



yerinə yetirə bilirdi? A) qoşma B) sifət C) ədat D) feili sifət E) isim 

94

Nəsiminin dilində XIV əsrdə III şəxs mənsubiyyət şəkilçisinin digər 



variantına rast gəlirik. Bu şəkilçi hansıdır? A) nı⁴ B) sın⁴ D) ın⁴  E)  

yı⁴ 


95

Müasir dildən fərqli olaraq təsirlik halın hansı şəkilçisi işlənmişdir? 

A) yı⁴  B) nı⁴ C) ı⁴ D) a² E) da²

96

"Yengi" sözü təxminən ..... əsrin ortalarına qədər əski formasını 



saxlamış, get - gedə " " tərkibində olan " " zəyifləyib düşmüşdür. 

Nöqtələrin yerini doldurun. A) XVII əsr, n-q B) XVIII əsr, g-n C) 

XVIII əsr, g-n (sağır nun)  D) XIX əsr, n-g E) XX əsr n-g. 



97

feildən isim düzəldən ma² şəkilçisi nədən törəmişdir? A) ol köməkçi 

feilindən B) maq² şəkilçisindən C) madən² şəkilçisindən D) aq² 

şəkilçisindən E) müstəqil şəkilçidir, heç bir şəkilçidən törəməmişdir. 

98

Sifətin çoxaltma dərəcəsinin neçə növü var, hansıdır? A)2; 



nisbət və artıqlıq B)2; nisbət, şiddətləndirmə C)3; çoxaltma, 

nisbət, tam D)3; naqış, azaltma, çoxaltma E)2; yarımçıq, 

artıqlıq

99

"Afərin, səd afərin" - cümlənin növünü müəyyənləşdirin. A) cümlə 



deyil B) söz - cümlə C) adlıq cümlə D) şəxsiz cümlə E) qeyri - 

müəyyən şəxsli cümlə

100

Sifət düzəldən -ğan, -kən şəkilçiləri əsasən hansı şairlərin dilində rast 



gəlirik? A) M.Füzuli, Q.Zakir B) M.V.Vidadi, M.P.Vaqif C) 

Q.Bürhanəddin, M.V.Vidadi D) M.Füzuli, M.P.Vaqif E) M.Füzuli, 

M.V.Vidadi

101


Arxaik feilləri seçin. 1) Əhli-nəzərdən yaşırma, aç üzünü gəl 2) 

Doğru xəbərdir, onun üçün darə düşmüşəm 3) Könüldə eşqim can tək 

dilərdim 4) Mənzilinə qalan açan irür ki, bu yolda tayinə 5) Qanıma 

gəl bandır əlin ey nigar, gör 6) Vardır sualım çün sana, vergil cavab 

qalma tana A) 1,2,3,4  B) 1,3,4,5  C) 1,4,5,6  D) 1,2,5  E) 1,2,3,6

102


Cümlənin növünü müəyyənləşdirin. Sənin eşqində mən oldum 

ciyərxun, Necə kim Leylinin eşqində Məcnun (Fədai). A) tərzi-

hərəkət budaq cümləsi B) təyin budaq cümləsi C) kəmiyyət budaq 

cümləsi D) səbəb budaq cümləsi E) şərt budaq cümləsi

103

Tarixən səsdüşümünə daha çox məruz qalan samitlər hansılardır? A) 



b,n,m B) p,s,m C) t,s,r d) n,r,t E) r,b,p

104


Jan Denu əsərində göstərir ki, "çox dəfə feili bağlama şəkilçisi .... 

yardımcı cümlədə.....məzmunu yaradır. Nöqtələrin yerini doldurun. 

A) ıcaq şəkilçisi zaman, zaman budaq cümləsi B) ıcaq şəkilçisi 

səbəb, səbəb budaq cümləsi C) ıban şəkilçisi məqsəd, məqsəd budaq 

cümləsi D) ıban şəkilçisi qaşılaşdırma, güzəşt qarşılaşdırma budaq 

cümləsi E) ıcaq şəkilçisi şərt, şərt budaq cümləsi

105

Nominativ - analitik strukturlu muxtəsər cümlələrdə mübtəda və 



xəbər bir - biri ilə ..... və .....səviyyədə bağlanır. Nöqtələrin yerini 

doldurun. A) uzlaşma və semantik B) məntiqi semantik və intonativ 

C) semantik və intonativ D) uzlaşma və məntiqi E) uzlaşma və 

intonativ

106

Cümlədə hansı fonetik hadisə baş vermişdir? Neyləyim görgəc yüzini 



ixtiyar əldən gedər. A) proteza B) metateza C) epenteza D) 

assimilyasiya E) eliziya 

107

Cümlələrdə hansı nitq hissəsi zərflik mövqeyində işlənir? 1. 



Oğlancuğazı öldü bilir (KDQ) 2. Oğlan ata binər, qılınc quşanır getdi 

3. Oğlancığı qana bulaşmış yatır. A) hər üç cümlədə feili bağlama B) 

hər üç cümlədə feili sifət C) I və II cümlədə təsriflənən feillə, III 

cümlədə təsriflənməyən feillə D) I və II cümllədə feili sifətlə III 

cümlədə təsriflənməyən feillə  E) zərflik işlənməmişdir

108


feilin təsriflənməyən formalarını seçin və ardıcıllığı gözləyin. 1. 

Əldən gedərəm sərvi-xuramanım görgəc (Q.Təbrizi). 2. Tupçaq 

minib əldə baz ilən yetdi netəy (Əmani). 3. Genə yanar oda saldı can 

aldığım (Vaqif). 4. Bəxt aldı çü, verdügi xəraci (vərqa və Gülşa) 5. 

Haramdır yüzini görməklik anın. A) feili sifət, məsdər, feili bağlama, 

feili bağlama, məsdər B) feili bağlama, feili sifət, məsdər, feili sifət, 

feili bağlama D) feili bağlama, feili bağlama, feili sifət, feili sifət, 

məsdər E) feili bağlama, feili sifət, feili sifət, feili bağlama, məsdər




109

1. Qiblədir üzün, nigara, qaşların mehrablar, 2. Surətin müsbət, vəli 

mişkin xətib erablar. Bu cümlələrdəki məna əlaqələrini 

müəyyənləşdirin. A) qarşılaşdırma, aydınlaşdırma B) hər ikisində 

ardıcıllıq C) zaman, qarşılaşdırma D) bölüşdürmə, qarşılaşdırma E) 

zaman, səbəb

110

Modal sözlərin məna növlərini müəyyənləşdirin. Lacərəm bu 



məskənətdən nisbəti-sultan bitər. Xilafi vədə gər qılsa, Nəsimi, qəm 

deyil, şayəd Tərəhhüm eyləyə bir gəz yalanı dəşgirə çına. A) təəssüf, 

sıra B) təsdiq, güman şübhə C) təsdiq, təəssüf D) güman, şübhə E) 

güman, istinad

111

Ədatların hansı növünə aid nümunə yoxdur. Axır, dəxi, həm, leyk, 



vəli, pəs, gəl, di, heç, hərgiz, hoşa A) qüvvətləndirici B) 

məhdudlaşdırıcı C) sual D) təsdiq və inkar E) dəqiqləşdirici

112

Qoşmaların hansı növünə aid nümunə yoxdur: yana, ayru/ayrı, asa 



cılayın, kibi, dəkin sarı/saru,bərlu A) fərqlənmə B) istiqamət C) 

məsafə D) səbəb E)birgəlik

113

Hansı birləşmənin tərəfləri yerini dəyişə bilir? A) I növ təyini söz 



birləşməsi B) II növ təyini söz birləşməsi C) III növ təyini söz 

birləşməsi D) feili sifət tərkibləri E) feili bağlama tərkibləri

114

Tarixən dilimizdə neçə samit olmuşdur?  A) 21  B) 24  C) 25   D) 26   



E) 23

115


Müasir ədədbi dilimizdə "h" səsi ilə başlayan sual əvəzlikləri XVIII 

əsrə qədər hansı səslərlə əvəz edilmişdir? A) x, ğ, q  B) x, g, k  C) x, 

q, n  D) g, k, l  E) x, g, m 

116


Şərt budaq cümləsinin əmələ gəlməsində iştirak edən vasitələrdən biri 

səhvdir. A) əgər B) gər C) sa² D) vər+sa² E) ol səbəbdən 

117

iban


⁴ arxaikləşmiş feili bağlama şəkilçisi hansı dialektdə izinə rast 

gəlirik? A) Quba-Qazax-Şamaxı-Zaqatala dialektində B) Cənub-

Ordubad dialektində C) Lənkəran dialektində D) Nehrəm şivəsində 

E) Naxçıvan dialektində

118

Fars mənşəli "nak" şəkilçisi hansı şəkilçinin sinonimidir? A) sız B) 



ğın⁴   C) li⁴    D) i, vi   E) dakı²

119


Müasir dilimizdən arxaikləşən tarixən də az işlənən say növü 

hansıdır? Şəkilçisini də göstərin. A) sıra sayı, inci⁴  B) qeyri - 

müəyyən, larla², larca²  C) kəsr sayları  D) bölüşdürmə sayları, ar², 

şar²  E) miqdar sayları 

120

O şəxs əvəzliyi hallandıqda nə kimi dəyişiklik baş verir? A) o-a  B) o-



u  C) o-ı  D) o-ö  E) o-o

121


Qapalı hecadan açıq hecaya keçidə aid nümunələri göstərin. 1. Xeyli 

müddətdir ki, könlüm eşq ilə viranədir Şimdi ol viranəni abad ol 

qılsam vəqtidir 2. Qayit ki, bu işə çarə yoxdur 3. Sanma kim sən 

getdin, sən ey ay yüzlü, can qaldı mənə 4. Təbibimdir mənim ruhum, 

rəvanım ki, hər kim, can qaçar canan ondadır.  A) 1,3   B) 2,3  C) 3,4  

D) 1,4  E) 2,4 

122

gilən, ginən, ğınan şəkilçiləri neçənci əsrdən sonra dilimizdə 



işlənməyə başlamışdır? A) XVII əsrin II yarısından B) XVI  C) XIV  

D) XX  E) XV

123

feilin əmr şəklini arxaikləşmiş "ginən" şəkilçisi hansı dialektdə 



işlənir? A) Cənub-Naxçıvan dialektində, Muğan şivəsində  B) Şərq-

Şəki dialektində C) Şimal-Zaqatala dialektində  D) Qərb dialektində-

Qazax E) Cənubu-Şərq dialektində



124

Misralarda feillərin şəkillərini müəyyənləşdirin. Ardıcıllığı gözləyin. 

1. İkimiz bir yerdə həmdəm olalım Əbri yüzindən götürgil, dutmagil 

bəndən niqab 2. Duşdu dəli könül gözlərinin xəyalinə 3. Xəlq elə 

biləydi əzgə aləm 4. Alışıb adlara yanasıyam 5. Qönçətək eldən kişi 

sirrin nihal etmək gərək. A) əmr, əmr, əmr, xəbər, arzu (iltizam), 

lazım, vacib  B) əmr, arzu, lazım, xəbər, xəbər, arzu, əmr, əmr  C) 

xəbər, əmr, xəbər, əmr, arzu, lazım, vacib  D) arzu, əmr, əmr, xəbər, 

əmr, lazım, vacib  E) vacib, lazım, əmr, xəbər, əmr, arzu 

125


Yerlik halda da

² şəkilçisi ilə bərabər digər hansı halın şəkilçisi ilə 

ifadə olunmuşdur?  A) yiyəlik  B) yönlük  C) təsirlik  D) çıxışlıq E) 

adlıq 


126

gıl, ğıl şəkilçiləri neçənci əsrdən dilimizdə zəifləmişdir?   A) XV  B) 

XVI   C) XVII    D) XVIII    E) XIX 

127


Tabesiz mürəkkəb cümlələrin əmələ gəlməsində iştirak edən və 

arxiaikləşmiş bağlayıcılar hansılardır?  A) vəlakin, vəleykin, vəli  B) 

amma, ancaq, vəli, leyk C) vəli, və leykin, həm, həm də  D) nə-nə də, 

ya-ya da, yəni E) və, həm, lakin, yəni ya, həm, həm də

128

Misrada əvəzliyin hansı növü işlənmişdir? Ha böylə möhnət ilə 



keçsinmi ruzigarım. Qanqa görsəm bir güli-tər, bir bülbülü-zar 

andadır. Qani səndən ayru dilbər, qanı səndən özgə yar? Hər şəb 

qabunda naləvu əfğan yetər mana Zülfü uzun qəsidədir, kimsə irəməz 

ucına  A) işarə, sual, şəxs,sual, şəxs, sual şəxs, təyini şəxs. inkar B) 

işarə, şəxs, inkar, təyini, qeyri-müəyyən  C) inkar, şəxs, qeyri-

müəyyən D) şəxs, qeyri-müəyyən, işarə, inkar  D) şəxs, qeyri-

müəyyən, işarə, inkar  E) inkar, şəxs, sual, inkar

129


Orta əsrlərdə "durur/turur" formasında işlənən şəkilçi hansı 

qrammatik kateqoriyaya aiddir?  A) mənsubiyyət kateqoriyasına  B) 

hal kateqoriyasına  C) kəmiyyət kateqoriyyasına  D) xəbərlik 

kateqoriyasına  E) dərəcə kateqoriyasına

130

Cümlə nə cümləsidir, necə yaranmışdır? Durğu işarələri 



buraxılmışdır. Firqətindən dilbəra könlüm pərişan oldu gəl. Qıl kimi 

cismim mənim əz dərdi-hicran oldu gəl. A) Nəqli cümlə, xəbər 

şəklindədir  B) əmr cümləsi, əmr ədatı ilə  C) nida cümləsi, əmr 

formalı feillərlə işlənmişdir  D) nida cümləsi, nida vasitəsilə  E) sual 

cümləsi, intonasiya ilə 

131


Səni dilərəm, qılma məni qeyrə həvalə. Cümlədə vasitəsiz tamamlıq 

vəzifəsində işlənən "səni" sözü məzmunca hansı halı ifadə etmişdir?  

A) çıxışlıq hal  B) yönlük hal  C) yerlik hal  D) yiyəlik hal  E) adlıq 

hal


132

Cümlələr arasında hansı məna əlaqəsi var?  Dil bazarçısı yalandır, 

varmazam bazarına, Gerçək olmaz əgridil, inanmazam iqrarina  A) 

aydınlaşdırma əlaqəsi  B) səbəb əlaqəsi  C) zaman əlaqəsi  D) 

ardıcıllıq əlaqəsi  E) bölüşdürmə əlaqəsi 

133


Göstərilən cümlə necə cümlədir və nə ilə bağlanmışdır? Xəttuni 

gördüm, ləbündən soraram, Qanda buldu ənbər ol bərgi-səmən? Can 

ana vardı, ləli ləbindən zülal uma. A) sadə geniş cümlə  B) tabeli 

mürəkkəb cümlə, əvəzliklə bağlanmışdır  C) tabesiz mürəkkəb cümlə, 

zaman əlaqəli  D) tabeli mürəkkəb cümlə, intonasiya  E) tabeli 

mürəkkəb cümlə, bağlayıcı sözlərlə

134

Göstərilən cümlədə müasir dildən fərqli cəhət nədir? Günahım ol ki, 



anı sevmişəm bən (Q.Bürhanəddin) A) müasir dildən fərqli cəhət 

yoxdur B) tabeli mürəkkəb cümlədir. I və II tərəflər yerini dəyişmişdir 

C) Tabesiz mürəkkəb cümlədir. Bağlayıcı ilə işlənmişdir D) Tabeli 

mübtəda budaq cümləsidir, "ol" işarə əvəzliyi ilə bağlanmışdır E) 

Xəbər budaq cümləsidir, qəlib sözdə xəbər şəkilçisi işlənməmişdir.

135


"Kim" bağlayıcısı neçənci əsrə qədər aktiv olmuşdur? A) XVI əsrə 

qədər B) XVII əsrə qədər C) XVIII əsrə qədər D) XIX əsrə qədər E) 

XIII əsrə qədər



136

Nümunədə işlənən say hansı sayın ifadəsidir və fərqli cəhət nədir? Bu 

qəmər dövründə hərgis görməsin şahım, zəval, üç ötuz on yaşı olsun, 

on iki yaşındadır. A) 30 sayını ifadə edir onluq say sistemini göstərir. 

B) 90 sayını ifadə edir, onluq say sistemini ifadə edir. C) 40 sayını, 

20-lik say sistemini göstərir. D) 100 sayı, onluq say sisteminə uyğun 

deyil. E) 60 sayını ifadə edir, onluq say sisteminə uyğun deyil. 

137


"ədur/ədu" zaman şəkilçisi hansı dialektdə rast gələ bilərik? A) Qərb 

dialektdində B) Şimal dialektdində C) Cənub dialektdində D) Şərq 

dialektdinə E) Göyçay keçid şivəsində 

138


Cümlənin növünü müəyyənləşdirin necə yaranmışdır? Durğu işarələri 

buraxılmışdır: Məndə sığar iki cahan, mən bu cahana sığmazam 

Gövhəri - laməkan mənəm, kövnü məkana sığmazam A) Nəqli 

cümlədir, adi intonasiya ilə oxunur B) Əmr cümləsidir, "mən" xüsusi 

intonasiya və vurğu ilə deyilir C) Nida cümləsidir, xüsusi intonasiya 

və ahənglə vurğulanır, feili xəbərlər - törəmə nidalarla yaranmışdır D) 

Nida cümləsidir, nida sözləri vasitəsilə yaranmışdır E) nəqli cümlədir, 

Yüksələn intonasiya ilə yaranmışdır 

139

"Zira" bağlayıcısı hansı cümlələrin yaranmasında iştirak edir? A) 



qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin B) Səbəb-nəticə 

əlaqəli tabesiz mürəkkəb cümlələrin C) şərt budaq cümləsinin D) 

səbəb budaq cümləsinin E) ardıcıllıq əlaqəli tabesiz mürəkkəb 

cümlələrin

140

Altından xətt çəkilmiş şəkilçi hansı kateqoriyaya aiddir? Vermişəm ol 



qara saçın qövlü qərarinə könül, Gərçi inanmazam anın əhdinə 

vəfayinə A) xəbərlik şəkilçisi B) yönlük hal şəkilçisi C) yerlik hal 

şəkilçisi D) mənsubiyyət şəkilçisi E) kəmiyyət şəkilçisi 

141


Assimilyasiya hadisəsinin daha çox uğrayan səslər hansılardır? A) 

r,l,s,n  B) r,l,b,p  C) r,m,c,s  D) s,ş,j,d  E) ç,c,ş,v

142

Cümlənin növünü müəyyənləşdirin. Ləbindən qətrə-qətrə qan içər 



könlüm kərahətsiz, Şəkərdən olicaq mey qətrəsi güya haram olmaz 

A) Şərt budaq cümləsi B) zaman budaq cümləsi C) səbəb budaq 

cümləsi D) qarşılaşdırma budaq cümləsi E) məqsəd budaq cümləsi 

143


gəc,-ğac feili bağlama şəkilçisi neçənci əsrə qədər bu formada, 

neçənci əsrdən isə -caq, -cək formasına keçmişdir? A) XVII; XVIII 

B) XV; XVI  C) XVIII; XIX  D) XIX; XX E) XIII; XIV

144


Arxiaikləşmiş şəkilçi hansıdır? 1. araq²-feili bağlama 2. madan²-feili 

bağlama 3. maqlıq²-məsdər 4. ın

⁴-zərf. A) 1,2,  B) 3,4  C) 2,4  D) 1,3  

E) 1,4 


145

Cümlənin növünü müəyyənləşdirin, fərqli cəhət nədir? Çü dərdim 

böylə müzmərdin könüldə, Nəçün olmaz canın canıma 

(Q.Bürhanəddin) A) zaman budaq cümləsi, nəçün əvəzliyi ilə 

bağlanması B) səbəb budaq cümləsi, çü ilə bağlanması C) dərəcə 

budaq cümləsi, çü ilə bağlanması D) tabesiz mürəkkəb cümlədir, 

intonasiya ilə bağlanması E) şərt budaq cümləsi, çü ilə bağlanması

146


"Daş" şəkilçisinin alınma olmadığını sübut edən amillərdən biri 

səhvdir. A) d>t bütün dövrlərdə və müəyyən dövrdə imlada özünü 

göstərməsi dilimizə aid xüsusiyyət olduğu üçün B) türk dillərinin 

bəzilərində d və t səssizləri sözün əvvəlində "-d", digərində "-t" kimi 

tələffüz edilmişdir. C) d>t əvəzlənmələri sözün ortasında, sonunda 

özünü göstərir D) "daş" şəkilçisi türk dillərinə xas olan da+eş 

hissələrindən ibarətdir. E) müasir fars dilində işlənən "taş" şəkilçisi 

fars dilinə xas olan da+eş şəkilçilərinin birləşməsindən yaranmışdır. 

147

Cümlənin növünü müəyyənləşdirin: Zəmanə zülfü rüngündən bəlayə 



sadı məni, Həm ol zaman ki seçildi qarası ağından. A) zaman əlaqəli 

tabesiz mürəkkəb cümlə B) ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə 

C) zaman budaq cümləsi D) səbəb budaq cümləsi E) şərt budaq 

cümləsi



148

yu² feili bağlama şəkilçiləri əsasən hansı məna yaradır?  A) zaman B) 

səbəb-nəticə  C) tərz, vəziyyət  D) əlaqə, bağlılıq  E) şərt

149


Cümlənin növünü müəyyənləşdirin müasir dildən fərqli olaraq 

bağlayıcının başda işllənməsini necə izah etmək olar? Çün hüsnünə 

xətm oldu bu gün dövrü məlahət,Ey fitnələrin xatəmi,şəqqül-qəmər 

eylə.A) məqsəd budaq cümləsi, obrazlılıq üçün başda işlənir  B) 

səbəb budaq cümləsi,baş  cümlənin budaq cümlədən sonra keçdiyi 

üçün  C) şərt budaq cümləsi, budaq cümlə baş cümlədən sonra 

işləndiyi üçün D) zaman budaq cümləsi, obrazlılıq üçün E) zaman 

budaq cümləsi, baş cümlə budaq cümlədən sonra işləndiyi üçün

150

Modal sözlərin mənaca hansı növü işlənməmişdir?  Haşa, 



lacərəm,əlhasil, səd heyf, galıba, tut kim  A) təəssüf  B) güman, 

şübhə  C) ümumiləşdirmə, yekun  D) təsdiq  E) sıra, ardıcıllıq



Yüklə 487,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə