Müəllif: dos. G. G.Şəfaqətova Mühazirə-8: Az miqdarda maddələrlə kimyəvi eksperimentin aparılması xüsusiyyətləri



Yüklə 20,07 Kb.
səhifə1/3
tarix21.05.2022
ölçüsü20,07 Kb.
#87502
növüMühazirə
  1   2   3
8-ci mühazirə


Müəllif: dos.G.G.Şəfaqətova

Mühazirə-8: Az miqdarda maddələrlə kimyəvi eksperimentin aparılması xüsusiyyətləri


Kimya eksperimentində bir çox hallarda az miqdarda maddələrlə təcrübə aparmaq lazım olur ki, onları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • şagird eksperimentinin təşkilində çox zəhmət tələb olunduqda;

  • bəzi təcrübələrin texnika və metodikasının proqramda verilənlərə uyğun olmaması, kimya kabineti şəraitində aparılan eksperimentin təhlükəli olması;

  • şagirdlərin eksperimental fəaliyyətinin aşağı olması;

  • kimya kabineti avadanlığının çatışmazlığı;

  • məktəbin lazımi cihaz, reaktiv və metodiki ədəbiyyatlarla təchizatının zəif olması;

  • kimyəvi ekspermentin aparılması zamanı müəllim və şagirdlərin əməyinin elmi cəhətdən təşkilinin zəif olması və müasir tələblərə cavab verməməsi;

Bəzi məktəblərdə şagird eksperimenti israfçı və az effektli olur. Belə hallarda bir çox məktəblərdə təcrübələrin aparılmasında mikrometodlardan istifadəyə üstünlük verilir.

Metodiki ədəbiyyatlarda “az miqdarda maddələr” termini müxtəlif formada şərh edilir. Bəzi ədəbiyyatlarda az miqdarda maddələrdə iş metodu dedikdə belə qeyd olunur: təcrübələrin aparılması zamanı kiçik ölçülü qablardan istifadə etmək. Digərləri belə hesab edirlər ki, “az miqdarda maddələr” ifadəsi ümumidir: o başlıca olaraq yarımmikrometod və hissələrlə mikrometod kimi ifadə olunmalıdır. Başqa bir ədəbiyyatda qeyd edilir ki, şagird eksperimentində mikro və yarımmikrometodlarla bir-birindən ayırmaq çətindir. Beləki, onların yerinə yetirilməsi texnikası demək olar ki, eynidir və onlar arasında miqdar fərqi o qədər də dəqiq deyildir. Bu baxımdan da onlar hesab edirlər ki, hər iki metodu birləşdirib, az miqdarda maddələrlə iş metodu kimi ifadə etmək daha məqsədəuyğundur.

Az miqdarda reaktivlərlə aparılan şagird eksperimentinin xüsusiyyətlərinin makroeksperimentlərdən üstünlükləri aşağıdakı kimi qeyd edilir:

  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə