MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   44



MÜƏLLİF  HAQQINDA: 
Harun  Yəhya  im-
zasından  istifadə  edən Adnan  Oktar  1956-cı  ildə
Ankarada anadan olub. 1980-ci illərdən bəri imani,
elmi və siyasi mövzularda bir çox əsər yazıb. Bu-
nunla  yanaşı,  müəllifin  təkamülçülərin  saxta-
karlıqlarını, iddialarının əsassızlığını və darvinizmin
qanlı ideologiyalarla qaranlıq əlaqələrini üzə çıxaran
çox mühüm əsərləri var. 
Müəllifin bütün əsərlərindəki ortaq məqsəd Quranın
təbliğini  dünyaya  çatdırmaq,  beləliklə,  insanları
Allah’ın  varlığı,  birliyi  və  axirət  kimi  əsas  imani  mövzular  üzərində
düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və batil
əməllərini nümayiş etdirməkdir. Belə ki, müəllifin bu günə qədər 73 müxtəlif
dilə tərcümə edilən 300-dən çox əsəri dünya səviyyəsində geniş oxucu
kütləsi tərəfindən oxunur. Harun Yəhya Külliyyatı, Allah’ın izni ilə XXI
əsrdə dünyadakı insanları Quranda tərif edilən hüzur və sülhə, doğruluq və
ədalətə, gözəllik və xoşbəxtliyə aparmağa səbəb olacaqdır.
Bütün kainatın alt-üst olduğu, yerin, göyün və ikisinin ara-
sındakı hər şeyin yox olduğu qiyamət günü ilə mütləq qarşıla-
şacaqsınız. O gün sahib olduğunuz hər şeyin, hətta öz vücu-
dunuzun  belə  sizdən  uzaqlaşdığını  görəcək  və  yeni  bir
yaradılışla dirildiləcəksiniz.
Sizi  gözləyən  sonsuz  həyatda  bu  dünyadakı  ilə  müqa-
yisəedilməz nemət, rahatlıq və hüzur əldə etmək üçün Allah`ın
sizə hələ dünyada ikən verdiyi fürsəti dəyərləndirməlisiniz.
Bunun üçün  Allah`a iman etmək, Onun qarşılıqsız verdiyi
nemətlərə şükür etmək və axirət gününün dəqiq həqiqət oldu-
ğuna inanmaq lazımdır.
Bu kitab sizə qiyamət gününü və o gün meydana gələcək
hadisələri açıqlayır, o çətin günlə bağlı xəbərdar edir. Bu, çox
əhəmiyyətli bir xəbərdarlıqdır. Çünki belə bir günün və son-
rasının varlığından xəbərsiz yaşayan insan qiyamət günü ilə
başlayan və sonsuza qədər sürən əzab içində yaşayacaqdır. 





YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə
Ankarada anadan olmuşdur. İbtidai və orta  təhsilini Ankarada almışdır.
Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində
və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci
illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır.
Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının
əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini
ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik
külliyyatdır və bu külliyyat 73 fərqli dilə tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin
xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından
götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v)
möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır.
Bu möhür Qurani-kərimin Allah’ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v)
xatəmül-ənbiya  olduğunun  rəmzidir.  Yazıçı  bütün  yayımlarında  Quranı  və
Rəsulullahın  sünnəsini  özünə  rəhbər  etmişdir.  Bu  surətlə,  inkarçı  düşüncə
sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı
yönələn etirazları tam susduracaq son sözü söyləməyi əsas almışdır. Böyük
hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü
söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir. 
Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya
çatdırmaq, beləliklə, insanları Allah’ın varlığı, birliyi və axirət
kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək
və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini
gözlər önünə çəkməkdir.
Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya,
İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya,
İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan
Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox
ölkəsində  sevilərək  oxunur.  İngilis,  fransız,  alman,
italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq,


uyğur,  İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox
dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir. 
Dünyanın dörd  tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə,
bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu
əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın
fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən
xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq
materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq
müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla
müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı
cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu
əsərlərə görə  öyünmür, yalnız Allah’ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan
başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc güdülmür.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən,
hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli  xidmət
olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana
gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı
ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı
qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin
əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın
əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu
xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi
qənaətindən anlaya bilərlər. 
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin
təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin
fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların
qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox
büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər
sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah’ın izni ilə
21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik
və xoşbəxtliyə daşımağa vəsilə olacaq.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə