Müəllif müqaviləsi kreativ kommons korporasiyasi hüquq firmasi deyil və HÜquq



Yüklə 52,23 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü52,23 Kb.
#27705


Müəllif müqaviləsi

KREATIV KOMMONS KORPORASİYASI HÜQUQ FİRMASI DEYİL VƏ HÜQUQ 

XİDMƏTLƏRİ GÖSTƏRMİR. BU MÜQAVİLƏNİN YAYILMASI TƏRƏFLƏR ARASINDA 

VƏ KREATİVE KOMMONSLA MÜŞTƏRİ MÜNASİBƏTLƏRİNİ YARATMIR. KREATIV 

KOMMONS BU MƏLUMATI OLDUĞU KİMİ TƏQDİM EDİR. KREATIV KOMMONS 

TƏQDİM OLUNAN MƏLUMATA ZƏMANƏT VERMİR VƏ ONDAN İSTİFADƏ 

NƏTİCƏSİNDƏ DƏYƏ BİLƏCƏK ZİYANA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

Müqavilə

ƏSƏR (AŞAĞIDA GÖSTƏRİLDİYİKİMİ) BU KREATIV KOMMONS İCTIMAİ MÜQAVİLƏ  

ŞƏRTLƏRİNƏ ƏSASƏN TƏQDİM EDİLİR. ƏSƏR MÜƏLLİFLİK HÜQUQU VƏ/VƏ YA 

DİGƏR TƏDBİQ EDİLƏ BULƏCƏK HÜQUQLA QORUNUR. BU MÜQAVİLƏDƏ VƏ YA 

MÜƏLLİFLİK HÜQUQLARI HAQQINDA QANUNDA NƏZƏRDƏ TUTULAN FORMADAN 

BAŞQA ƏSƏRİN İSTİFADƏSİ QADAĞANDIR.

BURADA GÖSTƏRİLƏN ƏSƏRƏ OLAN HƏR HANSI HÜQUQLARI İFADƏ EDƏRƏK 

SİZ BU MÜQAVİLƏNİN ŞƏRTLƏRİNƏ RİAYƏT ETMƏYİ ÖHDƏNİZƏ GÖTÜRMƏYƏ 

RAZILAŞIRSINIZ. BU LİSENZİYA MÜQAVİLƏ SAYILA BİLİNDİYİNDƏN, LİSENZİYA 

VERƏN SİZİN BU CÜR ŞƏRTLƏRİ QƏBUL ETMƏYİNİZİ NƏZƏRƏ ALARAQ BURADA 

GÖSTƏRİLƏN HÜQUQLARI SİZƏ VERİR.

1. Anlayışlar

[Yalnız aşağıda göstərilən anlayışların bu lisenziyanı əks etdirməli olduğunu nəzərə 

almağınızı xahiş edirik:

a) Törəmə əsər - tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, 

səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi

Bu müqavilənin məqsədlərinə görə, əsər Toplu halda olduqda Törəmə əsər sayıla bilməz. 

b) 


“Toplu” 

toplu - materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi 

müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi 

əsər mənasını ifadə edir. 

Bu müqavilənin məqsədinə əsasən Toplu bu müqaviləin 1(g) Bölməsində sadalanan 

əsərlərdən olmayan, seçilmə və məzmun quruluşuna görə intellektual yaradıcılıq olan 

ifalar, fonoqramlar və ya yayımlar və ya digər əsərlərdir, ki bunlara Əsərlər olduğu kimi 

dəyişdirilmədən əlavə edilir, və hər biri ayrı və müstəqil əsər kimi bir topluda birləşdirilir. 

Toplu təşkil edən Əsər, bu müqavilənin məqsədlərinə görə törəmə əsər (yuxarıda 

göstərildiyi kimi) sayılmayacaq.

c) “Dərc edilmə” (istifadəyə buraxılma) — əsərin müəllifinin və ya fonoqram istehsalçısının 

razılığı ilə əsərin, fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-

informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc 

edilmə sayılır;



 

d) 


“Müqavilə elementləri” müqavilə tərəfindən seçilən və bu müqaviıənin başlığında 


göstərilən aşağıdakı yüksək səviyyəli müqavilə atributları deməkdir: Müəllifliyin müəyyən 

edilməsi, qeyri-kommersiya, bərabərhüquqlu.

e) 

“Müəllif hüquqlarının sahibi” bu müqavilənin müddəalarına əsasən Əsər təklif edən 

fərd, fərdlər, təşkilat və ya təşkilatlardır.

f) 

“(“orijinal”) Müəllif” - əsəri bilavasitə yaradan hüquqi şəxs olmayan fərd və ya fərdlər.

g) «Ясяр» - тяйинатындан, дяйяриндян вя мязмунундан, щабеля ифадя едилмя формасындан вя 

цсулундан асылы олмайараг обйектив формада  мювcуд олан вя мцяллифлик щцгугунун обйекти 

сайылан йарадыжылыг фяалиййятинин нятиcяси. 

 

Müəlliflik hüququnun obyektləri olan əsəslər aşağıdakılardır: 



• 

ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları 

və s.)

• 

dram, musiqili-dram və başqa səhnə əsərləri; 



• 

xoreoqrafiya əsərləri və pantomimalar; 

• 

mətnli və ya mətnsiz musiqi əsərləri; 



• 

audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və 

teleəsərlər); 

• 

heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və 



digər təsviri sənət əsərləri; 

• 

dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri; 



• 

memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; 

• 

fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; 



• 

coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar 

və plastik əsərlər; 

• 

törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, 



icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən 

işlənməsi); 

• 

toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları və materialın seçilməsinə və ya 



düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr); 

• 

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən 



əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. 

• 

teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, 



multimedia məhsulları (əsərləri) və digər əsərlər. 

• 

Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin 



mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların 

bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir. 

Azərbaycan qanunvericliyinə əsasən həmçinin Əlaqəli hüquqlar da qorunur:

1. Ифачылар, фонограм истещсалчылары вя йайым тяшкилатлары ялагяли щцгугларын субйектляридир. 

Ялагяли щцгуглар бу Ганунун 2-жи бюлмясиндя нязярдя тутулмуш мцяллифлик щцгугларына зяряр 

вурмадан щяйата кечирилир.

2. Фонограм истещсалчысы вя йайым тяшкилаты бу бюлмядя нязярдя тутулан щцгуглары ифачы вя 

фонограма йазылан вя йа ефирля, йахуд кабел телевизийасы иля верилян ясярин мцяллифи иля баьланан 

мцгавиля цзря алдыьы щцгуглар щяддиндя щяйата кечирир.

3. Ифачы бу бюлмядя нязярдя тутулан щцгуглары, ифа олунан ясярин мцяллифинин щцгугларына 

риайят етмяк шярти иля щяйата кечирир.

4.  Ялагяли  щцгугларын  йаранмасы  вя  щяйата  кечирилмяси  цчцн  щяр  щансы  формал  гайда 




тяляб олунмур. Фонограм истещсалчысынын вя (вя йа) ифачынын юз щцгугларыны билдирмяси цчцн 

ялагяли щцгуглары горума нишанындан истифадя етмяк щцгугу вардыр; бу нишан фонограмын щяр 

нцсхясиндя вя (вя йа) онун ичиня гойулдуьу гутуда эюстярилир вя цч цнсцрдян ибарят олур:

 



даиряйя алынмыш П латын щярфи —  

    ;


 

ялагяли щцгугларын сащибинин ады;



 

фоногрмын илк дяфя истещсал олундуьу ил.



h) 

“İstifadəçi” bu müqaviləyə əsasən hüquqlardan istifadə edən, əvvəllər Əsərə 

münasibətdə bu müqavilənin şərtlərini pozmayan və ya əvvəlki pozuntuya baxmayaraq bu 

müqaviləyə əsaən hüquqlardan istifadə etmək üçün razılıq alan fərd və ya təşkilat (hüquqi 

şəxs). 


i) “kütləvi ifa” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı 

ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə 

istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə 

dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin.

j) 

“Reprosurətçixarma” səsyazma və ya vizual yazılış hər hansı üsulla Əsərin surətini 

çıxarmaq və qorunan ifaların və ya fonoqramların rəqəmsal və ya digər elektron formada 

saxlanılması daxil olmaqla əsərin fiksasiya edilməsi və yenidən hasil etmək hüququdur.

Əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya 

nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud 

kiçildilmiş) faksimilesinin çıxarılması; 



  

2. “pulsuz istifadə” — əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə 

əhaliyə pulsuz xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara 

verilməsi; 

Əsərdən azad isitfadə Müəllif Hüquqları və əlaqəli hüquqlar haqqında qanun və digər 

tətbiqedilən qanunlara əsasən, bu müqavilədə heç nə müəllif hüquqlarından və əlaqəli 

hüquqlardan və ya  müəllif hüquqları ilə əlaqədar  məhdudiyyətlər və ya istisnalardan azad 

olan istifadəni azalda və ya məhdudlaşdıra bilməz.



3. Müəlliflik hüquqlarının verilməsi. Bu müqavilənin şərtlərinə uyğun olaraq, müəlliflik 

hüquqlarının sahibi bununla istifadəçiyə ümumdünya, müəllif honorarından azad, qeyri-

müstəsna, daimi (tətbiqedilən müəllif hüququnun müddətinə) aşağıda göstərildiyi kimi 

Əsərə olan hüquqlardan istifadə üçün icazə verir:

a) Əsərin surətini çıxarmaq, bir və ya bir neçə Toplulara daxil etmək, və əsərin Topluya 

daxil edilmiş kimi surətini çıxarmaq

b) Tərcümə daxil olmaqla törəmə əsərlər yaratmaq və sürətini çıxarmaq, o şərtlə ki, 

Əsərin əslinin üzərində dəyişikliklərin edildiyini bildirmək üçün bütün addımlar atılacaqdır. 

Məsələn, tərcüməyə bu cür qeyd əlavə edilə bilər ki, “Orijinal əsər İngilis dilindən İspan 

dilinə tərcümə olunmuşdur” və ya dəyişikliklər edildikdə göstərmək olar ki, “Orijinal əsər 

dəyişdirilmişdir”;

c) Toplularda olan Əsərlər daxil olmaqla Əsərləri Yaymaq və Kütləvi surətdə İfa etmək; və

P



d) Törəmə əsərləri Yaymaq və Kütləvi surətdə İfa etmək.

Yuxarıda göstərilən hüquqlar bütün indi məlum olan və ya gələcəkdə icad ediləcək 

daşıyıcılarda və formatlarda istifadə oluna bilər. Yuxarıda göstərilən hüquqlara texniki 

cəhətdən digər daşıyıcı və ya formatlara keçirmək üçün tələb olunan bu cür dəyişikliklər 

etmək hüququ daxildir. 8(f) Bölməsinə əsasən, Lisenziya verən tərəfindən açıq şəkildə 

verilməyən bütün hüquqlar beləliklə qeyd edilir, və bunlara 4(e) Bölməsində göstərilən 

hüquqlar daxildir, lakin bununla məhdudlaşmr.

4. Məhdudiyyətlər. Yuxarıda göstərilən 3-cü Bölmədə oduğu kimi verilən aşağıdakı 

məhduduyyətlərə məruz qalır:

a)  İstifadəçi İşi yalnız bu müqavilənin şərtlərnə uyğun olaraq dərc edə və yaya bilər. 

İstifadəçi dərc etdiyi hər İşin surətinə bu müqavilə üçün internet ünvanının və ya 

onun surətini əlavə etməlisiniz. İstifadəçi əsərə dair heç bir bu müqavilə şərtlərini 

və ya bu müqaviləyə əsasən Əsəri alanın hüquqlarından istifadə etmək imkanlarını 

məhdudlaşdıran şərt qoya və ya təklif edə bilməz. İstifadəçi bu müqaviləyə aid 

bütün qeydləri saxlamalı və hər yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi  Əsərə dair 

verilən zəmanətdən imtina edə bilməz.  İstifadəçi əsəri Yaydığı və ya Kütləvi Şəkildə 

İfa etdiyi  zaman Əsəri alanın bu müqaviləyə əsasən əldə etdiyi hüquqlarında 

istifadə etmək imkanlarını məhdudlaşdıran heç bir texnoloji meyar qoya bilməz. Bu 

Bölmə 4(a) Əsəri Toplunun bir hissəsi kimi nəzərə alır, lakin buna görə Toplunun 

Əsərdən ayrı olaraq müqavilə subyekti olmağı tələb olunmur. İstifadəçi Toplu 

yaradırsa, müəllif hüququ verənə xəbərdarlıq etdikdən sonra, tələb olunarsa, 4(d) 

bölməsində göstərilən qeydləri Topludan çıxarmalıdir. 

b)  İstifadəçi hər hansı bir törəmə əsəri yalnız aşağıda göstərilən şərtlərlə yaya və ya 

Kütləvi Şəkildə İfa edə Bilər: (İ) bu müqavilənin şərtləri; (İİ) bu müqavilədə olan 

eyni müqavilə Elementləri ilə olan bu müqavilənin daha sonrakı versiyaları; (İİİ) 

bu müqavilədə olan eyni müqavilə Elementləri ilə Kreativ Kommons şirkətinin 

yurisdiksiyasına aid müqavilə  (bu və ya daha sonrakı müqavilə versiyaları) (yəni 

Müəllifliyin müəyyən edilməsi - qeyri-kommersiya - bərabərhüquqlu 3.0 US) 

(“Tətbiqedilən Lisenziya”). İstifadəçi yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi hər 

törəmə əsərə tətbiqedilən müqavilənin surətini və onun üçün internet ünvanını əlavə 

etməlidir. İstifadəçi törəmə əsərə dair heç bir Tətbiqedilən müqavilənin şərtlərini 

və ya Tətbiqedilən müqaviləyə əsasən törəmə əsəri alanın hüquqlarından istifadə 

etmək imkanlarını məhdudlaşdıran şərt qoya və ya təklif edə bilməz. İstifadəçi 

Tətbiqedilən müqaviləyə aid bütün qeydləri saxlamalı və hər Yaydığı və ya Kütləvi 

Şəkildə İfa etdiyi  törəmə əsərə dair verilən zəmanətdən imtina edə bilməz. 

İstifadəçi Törəmə əsəri Yaydığı və ya Kütləvi Şəkildə İfa etdiyi  zaman törəmə əsəri 

alanın  Tətbiqedilən müqaviləyə əsasən əldə etdiyi hüquqlarında istifadə etmək 

imkanlarını məhdudlaşdıran heç bir texnoloji meyar qoya bilməz. Bu Bölmə 4(b) 

törəmə əsəri Toplunun bir hissəsi kimi nəzərə alır, lakin buna görə Toplunun törəmə 

əsərdən ayrı olaraq Tətbiqedilən müqavilə subyekti olmağı tələb olunmur.

c)  Yuxarıda göstərilən 3-cü Bölmədə İstifadəçiyə verilən heç bir hüquqdan kommersiya 

məqsədi ilə və ya şəxsi pul mükafatı almaq niyyəti ilə istifadə edə bilməz. Bü 

Əsərin digər müəllif hüquqları qorunan əsərlərə hər hansı formada dəyişdirilməsi 

(mübadiləsi) kommersiya məqsədi ilə və ya şəxsi pul mükafatı almaq niyyəti almaq 

məsədi ilə istifadə sayıla bilməz, ona görə ki, bürada müəllif hüquqları qorunan 

əsərlərin mübadiləsinə aid heç bir pul mükafatının verilməsi nəzərdə tutulur. 



d)  İstifadəçi Əsəri və ya törəmə əsəri və ya Toplunu Yayır və ya Kütləvi surətdə İfa 

edirsə İstifadəçi, 4 (a) bölməsinə uyğun tələb edilməyibsə, müəllif hüquqlarına 

aid istifadə etdiyi daşıyıcı və ya vasitələrə uyğun bütün qeydləri saxlamalı: (i) 

Müəllifin adının (psevdonim də ola bilər) varsa, və/və ya Müəllif və/və ya müəlliflik 

hüquqlarının digər sahiblərinin (yəni sponsor təşkilat, nəşriyyat, jurnal) qeyd 

olunması üçün göstərdikdə (“Qeyd olunan Tərəflər”)hüquqları verənin müəllif 

hüquqlarına dair qeydində göstərilməsi; (İİ) Əsərin adı təmin edilirsə; (İİİ) müəllif 

hüquqlarını verənin Əsərlə əlaqələndirdiyi və istifadə olunan internet ünvanı 

və müəllif hüquqlarına dair qeydlərə və ya Əsərlə əlaqədar lisenziyalaşma 

məlumatlarına aid olmadığı hallar istisna olmaqla; və (İV) 3(b) Bölməsinə əsasən, 

törəmə əsər olduqda Əsərin törəmə olduğunu bildirən qeyd (məsələn,” Müəllifin 

Əsərinin Fransız dilinə tərcüməsi”, və ya “Müəllifin Orijinal Əsərinin üzərində 

qurulmuş ssenari”). 4(d) Bölməsinin tələb etdiyi qeyd hər bir uyğun formada edilə 

bilər, lakin törəmə əsər və ya Topluya qeyd edilərkən bütün müəlliflər barədə edilən 

qeydlər eyni formada olunmalıdır. 

e)  Könüllü Lisenziya Sxemi. Müəllif hüquqlarını verən şəxs fərdi olaraq və ya müəllif 

honoraralarını toplayan könüllü lisenziyalaşma sistemindən istifadə edən  təşkilatın 

üzvü olaraq müəllif honorarlarını həmin təşkilat vasitəsi ilə toplamaq hüququnu 

özündə o halda saxlayır ki, İstifadəçi bu hüquqlardan 4(c) Bölməsində göstərildiyi 

kimi, qeyri-kommersiya məqsədindən başqa məqsədlərlə istifadə edir, əks halda isə 

Müəllif honorarlarını qanunla müəyyən edilmiş və ya məcburi toplamaq hüququndan 

imtina edilməlidir

f)  Müəllif tərəfindən yazılı surətdə razılaşdırıldığı və ya tətbiqedilən qanunvericilikdə 

göstərildiyi hallar istisna olmaqla, istifadəçi Əsərin özünü və ya onun Törəmə əsəri 

və ay Toplunun bir hissəsi kimi Reproduksiya edir, Yayır və ya Kütləvi surətdə İfa 

Edirsə, İstifadəçi Əsəri təhrif edə, korlaya, dəyişə və ya ona münasibətdə alçaldıcı, 

Müəllifin şərəfinə və reputasiyasına xələl yetirəcək hərəkətlər etməməlidir (şəxsi 

hüquqlar).



5. Nümayəndəlik və zəmanət 

Müəlliflik hüquqlarının sahibi təmsilçilik edir və zəmanət verir ki:

a)  Bü müqavilənin həyata keçirilməsi Müəlliflik hüquqları sahibinin iqtidarındadır və heç bir 

qanunvericlik aktı ilə ziddiyət təşkil etmir:

b) Müəllif hüququnun sahibi əsər üzərində müqavilə ilə verilən bütün hüquqlara sahiblik 

hüququ vardır və bu hüquqları həyata keçirmək üçün heç bir hüquqi əngəl yoxdur.



6. Öhdəliyin məhdudlaşdırılması. 

TƏTBİQEDİLƏN QANUNVERİCİLİKDƏ TƏLƏB OLUNDUĞU HALLAR İSİSNA 

OLMAQLA, HEÇ BİR HALDA MÜƏLLIF ISTIFADƏÇI QARŞISINDA ƏSƏRİN 

İSTİFADƏSİNDƏN İRƏLİ GƏLƏN HÜQUQİ CƏHƏTDƏN HEÇ BİR XÜSUSİ, TƏSADÜFİ, 

VƏ YA HƏR HANSI SƏBƏBDƏN YARANAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT 

DAŞIMAYACAQ (QƏSDƏN ZIYAN VURMA ISTISNA OLMAQLA). 



7. Xitam 


a) Bu müqavilə və ona əsasən verilən hüquqlara istifadəçi tərəfdən müqavilənin şərtləri 

pozulduqda avtomatik olaraq xitam veriləcək. İstifadəçidən bu müqaviləyə əsasən törəmə 

əsərlər və ya toplular alan fərdlərin və ya hüquqi şəxslərin lisenziyaları, buna baxmayaraq, 

tam riayət edildikdə ləğv edilməyəcək. 1, 2, 5, 6, 7, və 8-ci Bölmələr bu müqavilənin ləğv 

edildiyi hər bir halda qüvvədə qalacaqlar.

b) Yuxarıda göstərilən şərtlərə uyğun olaraq  burada verilən hüquqlar daimidir (Əsərə 

tətbiqedilən müəllif hüquqlarının müddətinə). Yuxarıda göstərilənlərə baxmayaraq, Müəllif 

Əsəri müxtəlif müqavilə şərtlərinə uyğun olaraq verə və ya hər bir zaman yayılmasını 

dayandıra bilər; lakin hər belə sechim bu müqaviləni (və ya bu müqavilənin şərtlərinə 

uyğun olaraq verilməli olan hər hansı başqa  müqaviləni) ləğv etməyəcək, və bu müqavilə 

yuxarıda göstərildiyi kimi xitam verilməyənə qədər tam qüvvəsi ilə davam edəcək.

Мцяллиф  мцгавилясиндя  истифадянин  мцддяти    щаггында  шярт  олмадыгда  щямин  мцгавиля 

баьландыьы тарихдян беш ил кечяндян сонра мцяллиф тяряфиндян позула биляр, щям дя истифадячи 

мцгавилянин позулмасы щаггында алты  ай яввялдян йазылы хябярдар едилмялидир.



8. Digər məsələlər

a) Hər dəfə Əsəri və ya Toplunu Yayanda və ya Kütləvi şəkildə İfa etdikdə müəllif 

istifadəçiyə verdiyi şərtlərlə Əsərə müəlliflik hüququ verir.

b) Hər dəfə törəmə əsəri və ya Toplumu Yayanda və ya Kütləvi şəkildə İfa etdikdə müəllif 

istifadəçiyə verdiyi şərtlərlə orijinal Əsərə müəlliflik hüququ verir.

c) bu müqavilənin hər hansı müddəası yararsız və ya tətbiq edilən qanunvericilik 

çərçivəsində yerinə yetirilməsi mümkun deyilsə, bu müqavilənin digər şərtlərinin qüvvədə 

olmasına təsir etməməlidir, və bu müqavilənin tərəfləri növbəti hərəkəti etmədən bu cür 

müddəa mümkün qədər dəyişdirilməlidir ki, yararlı və icra edilən olsun.

d) Bu müqavilənin heç bir şərti və ya müddəasından üzürsüz səbəbdən imtina etmək və ya 

onu pozmaq olmaz. Bu cür imtina yalnız yazılı surətdə və buna cavabdeh tərəfin imzası ilə 

həyata keçirilməlidir.

e) Bu müqavilə burada icazə verilən Əsərə dair tərəflərin razılığını ehtiva edən müqavilədir. 

Burada göstərilməyən Əsərə dair bu müqavilədə heç bir anlaşma, razılıq və ya bəyanatlar 

yoxdur. Müəlliflik hüquqlarını verən heç bir əlavə müddəalara öhdəlik daşımır. Bu müqavilə 

müəlliflik hüququ verənin və istifadəçi arasında qarşılıqlı yazılı razılaşma olmadan 

dəyişdirilə bilməz. 

Kreativ Kommons şirkətinin qeydi

Kreativ Kommons bu müqaviləyə tərəf deyil, və Əsərə dair heç bir zəmanət vermir. 

Kreativ Kommons İstifadəçinin və ya hər hansı digər tərəf qarşısında bu müqavilədən irəli 

gələn heç bir xüsusi, təsadüfi, və ya hər hansı səbəbdən yaranan zərərə görə məsuliyyət 

daşımayacaq. Kreativ Kommons şirkəti burada özünü müəlliflik hüququnu verən kimi 

göstərir və müəlliflik hüququ verənin bütün hüquq və öhdəliklərinə malik olmalıdır.

Məhdud şəkildə ictimaiyyətə Əsərin KKİL vasitəsi ilə lisenziyalaşdırıldığını bildirmək 



məqsədi istisna olmaqla, Kreativ Kommons şirkəti onun əvvəlcədən yazılı razılığı olmadan 

heç bir tərəfin onun adından “Creative Commons” əmtəə nişanı kimi və ya hər hansı oxşar 

əmtəə nişanı və ya Kreativ Kommons şirkətinin loqotipindən istifadə etməsinə razılıq 

vermir. Hər bir icazə verilən istifadə Kreativ Kommons Şirkətinin internet səhifəsində və ya 

tələb olunan zaman verilən cari əmtəə nişanından istifadə qaydalarına uyğun edilməlidir. 

Şübhə yaranmaması üçün, bu əmtəə nişanına dair məhdudiyyət bu müqavilənin bir hissəsi 



deyil.

Kreativ Kommons şirkəti ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar 



http://

creativecommons.org/

.

Yüklə 52,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə