MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə1/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
  1   2   3   4   5   6   7   8   9   ...   266


 


 


MÜƏLLIFDƏN

 

II 

MÜƏLLİFDƏN 

Dövlət  müstəqilliyinin  bərpası  və  yeni  dövlətçiliyin  təşəkkül 

tapması  prosesi  həmin  dövlətin  ilk  növbədə  öz  müvafiq  milli  hüquq 

sisteminin  yaradılması  problemini  bütün  kəskinliyi  ilə  qarşıya  qoyur. 

Özü  də  Azərbaycan  Respublikasının  formalaşmaqda  olan  hüquq 

sistemində  bu  günün  sosial-iqtisadi  gerçəklikləri,  o  cümlədən  bazar 

iqtisadiyyatının  yaradılması,  yəhi  əslində  dövlətin  iqtisadi  və  siyasi 

əsaslarının  kökündən  dəyişdirilməsi  kimi  faktorlar  öz  real  əksini 

tapmalıdır.  İstənilən  müstəqil  dövlətin  hüquq  sisteminin  çox  mühüm 

tərkib  hissəsini  cinayət  hüququ  və  buna  müvafiq  cinayət-prosessual 

qanunvericiliyi təşkil edir. 

Demokratik  qaydaların  bərqərar  edilməsi,  insan  hüquq  və 

azadlıqlarının müdafiə olunması məsələləri bu gün demokratik, hüquqi, 

dünyəvi  dövlət  quruculuğu  yolu  ilə  irəliləyən  respublikamızın  həyata 

keçirdiyi islahatlann əsas mahiyyətini təşkil edir. 

Son  illərdə  ölkəmizdə  apanlan  demokratik  islahatlar  daha  geniş 

xarakter  almış,  məhkəmə  hüquq  sisteminin  yenidən  qurulması 

sahəsində,  artıq  demək  olar  ki,  müəyyən  müsbət  nəticələr  əldə 

edilmişdir. 

Məhkəmə  hüquq  islahatının  əsas  xüsusiyyətlərindən  birini  ədalət 

mühakiməsi sisteminin yenidən qurulması təşkil edir. Belə ki, hüquqi 

dövlətdə dövlət hakimiyyətinin müstəqil, sərbəst qanadı kimi məhkəmə 

hakimiyyəti xüsusi yer tutur. Məhz bu hakimiyyətin gücü ilə məhkəmə 

orqanları dövlət hakimiyyətinin qanunvericilik və icra orqanlan- nı əvəz 

etmədən onlann arasındakı və ictimai münasibətlərin digər subyektləri 

arasındakı mübahisələri həll edirlər. Məhkəmə qərarlan hüququn bütün 

subyektləri üçün məcburidir və dövlət hakimiyyəti kimi onlann gücü də 

məhz bunda təzahür edir. Məhkəmələr öz qərarlanm dövlətin adından 

çıxanr, bu qərarlann icrasını isə dövlət təmin edir. 





Mirağa Cəfərquliyev 

Müasir həyat qanunlarla tənzimlənir. Hər bir yeni qanunun qüvvəyə 

minməsi öz-özlüyündə irəliyə atılmış vacib bir addımdır. Bu baxımdan 

14  iyul  2000-ci  il  tarixdə  qəbul  olunmuş  və  1  sentyabr  2000-  ci  ildə 

qanuni  qüvvəyə  minmiş  Azərbaycan  Respublikasının  Cinayət- 

Prosessual  Məcəlləsi,  demək  olar  ki,  ədalət  mühakiməsinin  həyata 

keçirilməsinə  dair  yeni  Konstitusiyanın  tələblərinin  yerinə 

yetirilməsinin bariz nümunəsidir. 

Bu  qanunlann  düzgün  həyata  keçirilməsi,  birinci  növbədə, 

vətəndaşların  hüquqi  şüur  səviyyəsinin  yüksək  olmasını  tələb  edir. 

Nəzərə  almalıyıq  ki,  müasir  dövrdə  insan  hüquqları  və  azadlıqlan 

haqqında,  hüquqi  dövlət  barədə  təlimlər  hüquqi  şüurda,  təfəkkürlərdə 

hakim təsəvvürlərə çevrilir, ümumbəşəri dəyər kimi formalaşır. Məhz 

bununla bağlı olaraq, milli cinayət-prosessual qanunvericiliyi qabaqcıl 

dünyəvi  prinsiplər  əsasında  yenidən  qurmaq,  insanın  və  vətəndaşın 

hüquq  və  azadlıqlannm  qorunmasının  etibarlı  qarantına  çevirmək 

vəzifəsi qabanq şəkildə meydana çıxır. 

Belə vəzifələri yeni hüquqi təfəkkürə, yüksək professionallığa malik 

dünya  dövlətlərinin  qanunvericiliyindən  agah  olan,  onun  mütərəqqi 

ənənələrini  mənimsəyən  ali  təhsilli  hüquqşünas  kadrlann  vasitəsi  ilə 

həyata  keçirmək  mümkün  olacaq.  Şübhəsiz  ki,  bu  vəzifələrin  yerinə 

yetirilməsində  ali  tədris  ocaqlarında  fəaliyyət  göstərən  hüquq 

fakültələrinin  rolu  danılmazdır.  Hüquq-mühafizə  orqanlanmn  gələcək 

əməkdaşlan  bu  elm  ocaqlannda  hüquqi  biliklərə  yiyələnir,  cinayət 

mühakimə  icraatının  həyata  keçirilməsi  prosesinin  incəliklərini 

dərindən öyrənirlər. 

Yuxarıda  qeyd  etdiyimiz  səviyyədə  və  miqyasda  kadrların 

hazırlanması,  ilk  növbədə,  respublikada  təhsilin  maddi-texniki 

bazasının  yaradılmasını,  milli  dildə  keyfiyyətli  dərsliklərin 

hazırlanmasını günün ən vacib məsələlərindən biri kimi nəzərdə tutur. 

Zənn  edirik  ki,  hazırlanmış  “Azərbaycan  Respublikasının  cinayət 

prosesi”  dərsliyi  ölkədə  hüquqşünas  kadrların  yeni  nəslinin  püxtələş- 

dirilməsi  kimi  böyük  maddi  və  mənəvi  məsrəflərlə  bağlı  olan  gərgin 

zəhmət tələb edən mürəkkəb vəzifənin həllinə kömək edəcəkdir. 

Dərslikdə  elmi,  praktiki  və  metodiki  səviyyədə  cinayət-prosessual 

qanunun  vəzifələri  şərh  edilir,  törədilmiş  cinayətə  görə  cəzanın  təyin 

edilməsinin sosial-hüquqi məzmunu açılır, nəzəri biliklərlə qanunve 



MÜƏLLIFDƏN

 

riciliyin  tətbiqi  praktikasının  düzgün  əlaqələndirməyin  mexanizminə 

aydınlıq gətirilir. 

Dərslikdə cinayət-prosessual qanunvericiliyin müqayisəli tədqiqinə

qüvvədə  olan  cinayət-prosessual  qanunvericilik  ilə  müqayisədə 

respublikada  hazırlanan  yeni  prosessual-normativ  aktlarda  nəzərdə 

tutulan yeniliklərə geniş yer verilir. 

Dərslikdə bir sıra xarici ölkələrin cinayət prosesinin müddəalarına, 

prosessualistlərin mütərəqqi ideyalanna da istinad edilir. 

Oxuculara  təqdim  olunan  “Azərbaycan  Respublikasının  cinayət 

prosesi”  dərsliyin  III  nəşri  hazırlanarkən  son  illər  cinayət-prosessual 

qanunvericiliyinə  edilmiş  əlavələr  və  dəyişikliklər,  yeni  normativ- 

hüquqi aktlar nəzərə alınmış, cinayət-prosessual hüququ sahəsində ən 

yeni ədəbiyyatın öyrənilməsinə və ondan səmərəli istifadə edilməsinə 

xüsusi diqqət yetirilmişdir. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə