Mündəricat
Ön Söz
Demokratiyanın Prinsipləri
1. Demokratiya nədir?
2. Bərabərlik və azadlıq
3. Şəxsi məsuliyyət
4. Inamsızlıq və ləyaqət
5. Etika
6. Hakimiyyət
7. Hüquq
Vəzifə və Məsuliyyət
8. Xalq demokratik rejimdə
9. İxtilaf və Qarşıdurma
10. Liderlər
Demokratiya Institutlari
11. Sosial məhdudlaşdırma və balanslar
12. Hüquqi norma
13. Konstitusiya
14. Federalizm
15. Seçkilər
16. Siyasi partiyalar
Demokratiyaya görə Iddialar
17. Demokratiya dilemması
18. Silahlı qüvvələr
19. Polis
20. Kapitalizm və korporasiya
-2-
Müəlliflik hüququ Roland O. Watsona məxsusdur
DEMOKRATIYA DƏRSLƏRI
ÖN SÖZ
Demokratiya dərslərini yazmağa başlayanda, məqsədim bu sahədə təzə olanlar üçün dərslik
hazırlamaq idi. O kəslər üçün ki, məhdud təhsil almış olsalar da belə bunu başa düşə bilsinlər.
Lakin materialları toplayarkən anladım ki, bu cür şərh verməyim nəyin ki, faydalı olmaya bilər,
hətta yalnışlığa gətirib çıxarda bilərdi. Demokratiya mürəkkəb mövzudur. Dünyada müxtəlif
milli demokratiyalardan nümunə gətirilə biləcəyi və sınaqdan çıxmış bir sıra digər ciddi
məsələlər vardır ki, bunlar mövcud sistemi yanlış yola gətirib çıxara bilər. Bu zaman ya biz
mürəkkəb olsa belə bu demokratiyanı qəbul edib başa düşməyə çalışmalıyıq, ya da özümüzü
aldadaraq bunu da bəsit bir sistem hesab edib necə uğursuzluqla nəticələndiyini müşahidə
etməkdən başqa yolumuz qalmayacaq.
Demokratiya tərəfdarları üçün bunun əksinin olması əsas şərtdir. Sistem xalq tərəfindən idarə
olunur və bunun səmərəli fəaliyyəti üçün xalq özü yüksək təhsilə malik olmalıdır.
Apardığım bu işi dərs vəsaiti adlandırmaq daha doğru olardı. Bu iş demokratik sistemin bütün
ünsürlərini əhatə edir və demokratiyanın əsasını təşkil edən bütün fundamental ideya və
prinsiplərini dünya boyunca yayılmış hal-hazırkı bununla bağlı olan mövcud
problemləri özündə ehtiva edir.
DEMOKRATIYANIN PRINSIPLƏRI
1. DEMOKRATIYA NƏDIR?
Demokratiyanın mənası xalq üçün və xalq tərəfindən "idarə olunma" deməkdir. Sual olunur,
bu nə deməkdir? Xalq öz-öünü necə idarə edir?
Demokartiyanın iki əsas modeli var: təmsilçilik və bir başa demokratiya. Dünyanın müxtəlif
olkələrində təmsilçilik vasitəsilə olan demokratiyanın bu variantı geniş yayılmışdır; xalq ardıcıl
surətdə seçkilərdə iştirak edir. Belə seçki üsulu ilə onlar liderlərdən ibarət kiçik qruplar
seçirlər. O adamlar ki, faktiki olaraq hakimiyyət dairələrində çalışırlar.
Bir başa demokratiya dedikdə isə xalq seçimini idarə etməyə görə edir. Digər sözlə desək
onlar haçansa qərar qəbul edəcək liderləri deyil, bir başa - yəni hazırda hakimiyyətin mövcud
vacib məsələləri ilə çalışan namizədlərə səs verirlər. Bir başa seçim üsulu hələ ki, bir çox
səbəblərdən geniş yayılmayıb, buna səbəb belə sistemin idarə edilməsi və həmçinin mövcud
təmsilçilik modelindən bu modelə keçid zamanı idarə edilmədə yarana biləcək çətinliklər
aiddir.
-3-
Təmsilçilik demokratiyasını üstün tutanlara da öz-özlüyündə sual olunur- bununla bütün
məsələlər həll olunurmu? Xalq öz seçimini etdikdən sonra işi bitmişmi hesab olunur?
Buna cavab “xeyr” olacaq. Demokratiya sosial təşkilatlardan ibarət mürəkkəb bir sistemdir.
Onun bir sıra prinsipləri, məsuliyyəti və təsisçiləri var. Ən əsas prinsiplərindən biri insanların
bərabər hüquqlu olması və onların şəxsi azadlıqlarıdır. Eləcə də, bir çox bu kimi digər
məsələlər. İkincisi: xalq və liderlərin hər birinə məxsus və müvafiq olan öhdəçilikləri var. Səs
verdikdən sonra xalqın bu imkanları daha da genişlənir. Nəhayət demokratiyanı təsis edən
müxtəlif institutlar fəaliyət göstərir ki, onlar da tarazlıq və müvazinətin, eləcə də hüquq
qaydalarının qorunub saxlanmasına nəzarət edirlər.
Sözsüz ki, ən böyük məsuliyyət demokratiyanın xalq tərəfindən bütün aspektlərilə birlikdə tam
mənada başa düşülməsidir. Lakin digər tərəfdən bunun tam başa düşülməsi heç mümkün də
deyil və bu əl çatmaz bir xülyadır.
Hal-hazırda dünyada insanların əksəriyyəti demokratik sistemin nə olduğunu bilməmələrinə
və ya çox kicik bir qisminin məlumatlı olmasına baxmayaraq, uzun müddət bu sistemin əsası
qoyulmuş ölkələrdə də bu tam anlamlı deyil və olsa da bir çox hallarda qüsurlu olur.
Dünyada bu gün demokratik dövlətlərin ciddi problemlərlə üzləşməsi də bu səbəbdəndir.
Bunun tam başa düşülməməsinın səbəbi sadədir: bayaq qeyd olunduğu kimi demokratiya
mürəkkəb bir sitemdir. Bu sistem bir sıra fərdi ünsürlərə malikdir. Bunu düzgün başa düşmək
üçün əvvəlcə bu unsürləri ayrıd etmək, sonra isə onları məntiqlə bir birilə əlaqələndirmək
lazımdır.
Bu dərsləri ardıcıl olaraq bitirməklə siz demokratiya haqqında bütün mürəkkəb məsələləri
öyrənəcək və bu biliklərə yiyələndikdən sonra demokratik cəmiyyətdə iştirak etməyə hazır
olmuş sayılacaqsınız.
Nadanlıq ucbatından geniş yayılmış fikirlərdən biri də demokratiyanı polemikaya çevirmək
mələsidir. Həm dövlət daxilində və həm də milllətdən-millətə bunun əslində necə olması
məsələsi hər zaman ciddi müzakirələrə çevrilir.
Ziddiyyətin yaranmasına səbəb də demokratiyanin mütləq, yoxsa nisbi sistem olmasındadır.
Son müddəalar bunu deməyə əsas verir ki, təmsilçilik demoratiyası çox tərəfli,
əsaslandırılmış, müxtəlif formalara malik bir sistemdir. Bu mövqenin tərəfdarları hansısa siyasi
partiyanın demokratiyaya baxışlarının digərindən fərqli olması qənaətinə gəlirlər. Burda Asiya
Qərbdən, Rusiyada Vladimir Putin demokratiyası, Venesuellada Huqo Chavez demokratiyası
və s. bir- birindən fərqli baxışlara malikdirlər.
Demokratiya əslində mütləq sistemdir, çünki o, prinsiplərin kompleksinə malik olan bir
sistemdir. Bu prinsipləri təmin və ya qəbul etməyən sistem heç şübhəsiz demokratik deyil.
Demokratiya həmçinin legitim və fərqli formalara malikdir: bura, hakimiyyətə başçı seçən,
ümumxalq qanunverici orqanı olan - parlament və prezident tərəfindən aparılan seçim aiddir.
Bundan başqa demokratik sistem millətin tarixinə, populyasiyaya və etnik müxtəlifliyə
-4-