Müəllim: Sərbəst iş: Həzm kanalı, bağırsaqlar, onların quruluşu və funksiyası. Qanın laxtalanmasına təsir edən dərman maddələri



Yüklə 43,14 Kb.
tarix10.11.2017
ölçüsü43,14 Kb.
#9373


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti

Fakültə: Kimya və Biologiya
Kafedra:
Fənn: Tibbi biliklər
İxtisas: Coğrafiya müəllimi
Qrup: 335
Kurs: III
Tələbə: Aynur Səmədova
Müəllim:


Sərbəst iş: 1. Həzm kanalı, bağırsaqlar, onların quruluşu və funksiyası. 2. Qanın laxtalanmasına təsir edən dərman maddələri.

Həzm kanalı, bağırsaqlar, onların quruluşu və funksiyası.
Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.

Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10m uzunluğunda olub, bu şöbələrə bölünür; ağız boşluğu, udlaq, qida borusu,mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi, böyük ağız suyu vəziləri aiddir.

Ağız boşluguna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra eşnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədə də həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq xaric olur. Qida həzm olduqdan sonra lazımı maddələr qana sorulur.

Qidalanma orqanizmin normal böyüməsi, inkişafı və həyat fəaliyyəti üçün vacib şərtdir.

Müxtəlif qida məhsullarının tərkibində əsas qida maddələri- zülallar, yağlar, karbohidratlar, habelə mineral duzlar, su və vitaminlər vardır. Bitki və heyvan mənşəli qida məhsulları bir-birini tamamlayıb, orqanizmin hüceyrələrini bütün lazımı qida maddələri ilə təmin edir. Su, mineral duzlar və vitaminlər qidada olduğu şəkildə mənimsənilir. Zülalların, yağların və karbohidratların malekulları iri olduğu üçün həzm yolunun divarlarından keçə bilmir. Ona görə də bu maddələr kimyəvi və mexaniki çevrilməyə uğrayır, parçalanır, yəni həzm olunur.

Nazik bağırsaq- 5,6m uzunluğunda olub, 3 hissəyə bölünür, 12 barmağ, acı və qalça bağırsaq.

12 barmaq bağırsaq 25-30sm uzunluğunda olub, yuxarı, enən və aşağı hissələrə bölünür. 12 barmağ bağırsağa öd axacağı mə mədəaltı vəzinin axacağı açılır Acı və qalça bağırsaq birlikdə 5m uzunluğda olub, anatomik hüdudlarından məhrumdur. Nazik bağırsağın selikli qişasının səthində dairəvi büküşlər, xovlar, aqreqat limfatik folikullar və bağırsaq şirəsi ifraz edən vəzilər yerləşir. Bağırsaq xovları qida maddələrinin sorulması prosesində iştirak edir. Xovlarda limfa damarları, qan damarları və sinirlər vardır. Xovlarda olan saya əzələlər həzm zamanı yığılaraq, onları hərəkətə gətirir və möhtəviyyat, yoğun bağırsağa doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır.

Yoğun bağırsaq- Xarici səthində zolaqları, çömçələrin, köndələn şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor bağırsağın içəri və aşağı tərəfindən bir çıxıntı başlanır ki, bu da soxulcanabənzər çıxıntı (appendiks) adlanır.

Yoğun bağırsağın axırıncı hissəsi-düz bağırsaq 15-20sm uzunluğundadır. O anus dəliyi ilə xaricə açılır.

Ağız boşluğunda həzm; Orqanizmdə həzm prosesinə hazırlıq ağız boşluğundan başlayır. Qəbul olunan qida burada xırdalanır, ağız suyu ilə isladılır,Onun dad xüsusiyyətləri təhlil olunur., bəzi qida maddələri ilkin hidrolizə məruz qalır və qida loxması formalaşır. Ağız boşluğunda qida 15-18 saniyə saxlanılır. Ağız boşluğuna daxil edilmiş qida dad, taktil və termoreseptorları qıcıqlandırır. Dad və taktil reseptorlar əksərən dilin məməciklərində yerləşirlər və ağız boşluğunun selikli qişasında yerləşirlər. Bu reseptorlardan siqnallar üçlü, üz və dil-udlaq sinirlərinin mərkəzəqaçan lifləri vasitəsilə müxtəlif reflekslərin sinir mərkəzlərinə çatdırılır. Mərkəzdənqaçan impulslar ağız suyu vəzilərinin, mədə və mədəaltı vəzlərin sekresiyasını təmin edirlər. Eyni zamanda ödün onikibarmaq bağırsağa tökülməsi və mədənin motor fəallığı tənzim olunur. Ağız boşluğu reseptorlarının qıcıqlanması çeynəmə və udam aktları üçün mühüm əhəmiyyətə malikdir. Qısa müddət ərzində ağız boşluğunda olan qida həzm prosesinin bütün etaplarına təsir edir.

Çeynəmə - qida ağız boşluğuna tikə, müxtəlif tərkibli və konsistensiyalı qarışıqlar və ya maye vəziyyətində daxil olur. Bundan asılı olaraq qida ya həmin anda udulur, ya da ilkin mexaniki və kimyəvi təsirlərə məruz qalır.



Mədədə həzm; Mədə həzm konveyerində iştirak etməklə bərabər, həm də ara maddələr mübadiləsində, qanın pH-nın sabit saxlanılmasında və qanyaratma prosesində ( mədə vəzləri "Kaslın daxili amilini" hazırlayırlar ) iştirak edir. Mədənin həzm fəaliyyəti qidanı-depolaşdırmaq, onu mexaniki və kimyəvi cəhətdən hazırlamaq və möhtəviyyatı tədricən paycıqlarla bağırsağa keçirməkdən ( evakuasiya ) ibarətdir. Bir neçə saat mədədə qalan qida şişir, yumşalır və nisbətən durulaşır, onun xeyli komponentləri ( ağızsuyu və mədə şirəsi ) antibakterial təsirə malikdir. Ağız suyunun karbohidratları mədə möhtəviyyatındakı qidanın mərkəzində gizlənərək ( ora, hələlik diffuziya edib karbohidrazaların təsirini dayandıran turş mədə şirəsi çatmayıbsa ) öz təsirini davam etdirirlər. Turş mühitli mədə şirəsinin fermentləri qida maddələrinin zülallarına nisbətən dar sahədə , mədənin selikli qişasına təmas edən və az kənarda ( o yerdə ki, mədə şirəsi hələlik yoxdur və fermentlər qidanın bufer xüsusiyyətləri təsirindən neytrallaşmayıb ) təsir edirlər. Bu sahənin genişliyi mədə şirəsinin və qəbul edilmiş qidanın miqdar və xüsusiyyətlərindən asılıdır.

Qidanın bütün kütləsi eyni vaxtda şirə ilə qarışmır, qida durulaşdıqca və kimyəvi dəyişikliyə uğradıqca onun selikli qişaya yaxın olan qatı, mədənin antral hissəsinə itələnir və oradan bağırsağa evakuasiya olunur.

Beləliklə, qidanın mədədə həzmi ( boşluqda həzm növü üzrə ) az müddət ərzində ağızsuyu hesabına icra olunur. Lakin, bu prosesdə mühüm, həll edici əhəmiyyətə malik mədənin özünün sekretor və motor fəaliyyətidir.

Nazik bağırsaqda həzm; Nazik bağırsaqlara daxil olan möhtəviyyatda maddələrin parçalanması elə bir mərhələyə ( əsasən monomerlərə ) çatır ki, hidroliz olunmuş maddələr bağırsaqlardan qana və limfaya keçməyi təmin olunsun. Əvvəlcə həzm nazik bağırsaqların boşluğunda ( boşluq həzmi ) icra olunur.

Sonra mikroxovlarla və qlikokaliksdə fiksə olunmuş fermentlər təsirindən bağırsaq epiteli sahəsində ( " divarönü həzm" ) icra olunur.

Boşluq və divarönü həzm mədəaltı vəz və bağırsaq fermentlərinin təsiri ilə törənir. Bu prosesdə çox mühüm rol oynayan öddür.

Nazik bağırsaqlarda həzmin təmin olunmasında onikibarmaq bağırsaqda gedən proseslər böyük əhəmiyyətə malikdirlər. Həzmdən kənar, acqarına, onikibarmaq bağırsağın möhtəviyyatızəif qələvidir ( pH=7,2-8,0 ). Turş reaksiyalı mədə möhtəviyyatı hissələrlə ( porsiyalarla ) daxil olaraq duodenal reaksiyanı da turşulaşdırır. Lakin tezliklə bu reaksiya dəyişilir. Çünki mədə şirəsinin duz turşusu, öd, mədəaltı vəz şirəsi, həmçinin duodenal şirə ( brunner vəzlərinin şirəsi ) və bağırsaq kriptləri ( liberkün vəzilərinin şirəsi ) təsirindən neytrallaşır. Bu vaxt mədə perestalttikasının təsiri dayandırılır.

Duodenal möhtəviyyatın turşuluğu çox olduqca mədəaltı vəz şirəsi və öd də çox ifraz olunur və belə halda mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyası da daha kəskin yavaşıyır. Onikibarmaq bağırsaqda icra olunan hidroliz prosesində mədəaltı vəz şirəsinin rolu xüsusi ilə böyükdür.

Yoğun bağırsqda həzm; Nazik bağırsaqdan ximus hissəsi ( porsiyası ) ileosekal sfinktor vasitəsi ilə yoğun bağırsağa keçir. Sfinktor qapaq rolu oynayır və bağırsaq möhtəviyyatını yalnız bir istiqamətdə buraxır.

Qida qəbul olmayanda ileosekal qapaq bağlıdır. Qida qəbulundan 1-4 dəqiqə sonra qapaq açılır və ximus kiçik ( o,0151 ) hissələrlə nazik bağırsaqdan kor bağırsağa keçir. Qapağın açılması reflektoru icra olunur. Reflektor reaksiyanın səbəbi peristaltik dalğalar nəticəsində nazik bağırsaqda təzyiqin yüksəlməsidir. Əksinə, yoğun bağırsaqda təzyiqin yüksəlməsi ileosekal qapağın ( sfinktorun ) tounusunu artırır və nazik bağırsaq möhtəviyyatının yoğun bağırsağa keçməsini ləngidir. Həzm prosesində yoğun bağırsağın rolu çox azdır. Çünki nazik bağırsaqda qida təxminən tamamilə ( bəzi bitki mənşəli maddələr ) həzm olunur və sorulur. Az miqdarda qida və həzm şirələri ilə yoğun bağırsaqda hidrolizə uğradılır. Bu prosesdə nazik bağırsaqlardan gətirilən fermentlər və yoğun bağırsağın öz şirəsi iştirak edirlər.

Mexaniki qıcıqlandırma olmadan, yoğun bağırsaq şirəsi az miqdarda ifraz olunur. Onun tərkibində duru və qatı hissələr ayırd edilir, reaksiyası qələvidir ( pH=8,5-9,0 ). Qatı hissəsi selikli topa olub, qopmuş epitelial hüceyrələrdən və selikdən ibarətdir ( selik qədəhəbənzər hüceyrələrdən ayrılır ).

Şirənin tərkibindəki əsasən qatı hissədə tapılır. Yoğun bağırsaq şirəsində enterokinaza və saxaraza yoxdur. Qələvi fosfataza isə nazik bağırsaqda olduğundan 15-20 dəfə az olur. Burada az miqdarda katepsin, peptidazalar, lipaza, amilaza və nukleaza vardır.

Yoğun bağırsaqda şirə ifrazı yerli mexanizmlərə tabedir. Mexaniki qıcıqlanma sekresiyanı 8-10 dəfə artırır.

İnsanlarda 24 saat ərzində nazik bağırsaqdan yoğun bağırsağa 400 q qədər ximus keçir. Yoğun bağırsağın proksimal hissəsində bəzi maddələrin həzmi mövcuddur. Burada suyun sorulması çox intensivdir və bu hadisədə bağırsağın motor fəaliyyəti böyük əhəmiyyətə malikdir. Ximus tədricən kal kütləsinə çevrilir. 24 saat ərzində 150-250 q kal hazırlanır və xaric olur. Bitki mənşəli qida qəbul etdikdə kal kütləsi qarışıq və ətli qida qəbulunda olduğundan çox törənir. Tərkibində çoxlu liflər ( sellüloza, pektin, piknin ) olan qida yalnız həzm olunmayan liflər hesabına deyil, həm də ximusun hərəkətini tezləşdirərək, işlədici vasitələr kimi, bağırsaq boyu formalaşmasını da tezləşdirir.



Defekasiya aktı; Defekasiya, yəni yoğun bağırsağın boşalması, düz bağırsaq reseptorlarının burada toplanan kal kütləsi təsirindən qıcıqlanması nəticəsində başlayır. Defekasiya aktının "istəyi" düz bağırsaqda təzyiqin 40-50 mm su sütununa qədər yüksəldikdə törənir. Kal kütləsinin bağırsaqdan xaric olmasına müqavimət göstərən sfinktordur. Düz bağırsağın iki sfinktoru vardır: saya əzələlərdən ibarət daxili sfinktor və eninə zolaqlı əzələlərdən təşkil olunmuş xarici sfinktor. Defekasiya aktından kənar vaxtda sfinktorlar toniki təqəllüs vəziyyətindədirlər. Bu sfinktorların reflektoru boşalması nəticəsində - düz bağırsaqdan çıxış açılır və bağırsağın peristaltik hərəkətləri kalın xaric olması ilə bitir. Bu prosesdə "gücənmələr"in böyük əhəmiyyəti vardır. Gücənmələr zamanı qarın divarı əzələləri və diafraqma təqəllüs edərək qarın boşluğunda təzyiqin yüksəlməsinə səbəb olurlar.

Defekasiya aktının refleks qövsü onurğa beyninin oma-büzdüm şöbəsində qapanır. Bu refleks qövsü qeyri-iradi defekasiya aktını təmin edir. İradi defekasiya aktı isə uzunsov beyində, hipotalamusda və baş-beyin qabığında olan mərkəzlərin iştirakı ilə icra olunur.

Simpatik sinirlərə təsirlər sfinktorların tonusunu yüksəldir və düz bağırsağın motorikasını ləngidirlər.

Çanaq sinirlərinin tərkibində gətirilən parasimpatik sinir lifləri sfinktorların tonusunu ləngidir və düz bağırsağın motorikası güclənir, yəni parasimpatik təsirlər defekasiya aktını stimulə edirlər.

Defekasiya aktının iradi komponentləri baş-beyin onurğa beyninə enən təsirlərdən, xarici sfinktorun boşalmasından və diafraqma, elə də qarın əzələlərinin təqəllüsündən ibarətdir.

Qanın laxtalanmasına təsir edən dərman maddələri.
Qədim dövrün həkimləri qanaxmanın dayandırılması prosesi ilə tanış idilər. Hipokrat axan qanın laxtalanmasını ilk təsvir edənlərdən biridir. Aristotel qanın laxtalanması üçün vacib olan liflər haqqında söhbət açmışdır.

İbn – Sina çox zaman damardan axan qanın görünüşünə görə xəstənin vəziyyəti haqqında mühakimə yeridirdi. Tünd rəngli uzun müddət laxtalanmayan qanı o ağır xəstəliyin, normal laxtalanmaya qabil al – qırmızı qanı isə sağlamlığın əlaməti sayırdı. Eyni zamanda travmalarda qanın laxtalanmasının müdafiə əhəmiyyəti İbn – Sinaya məlum idi.

Qanın laxtalanma sisteminin elmi əsaslarla öyrənilməsi XIX əsrdə yaşamış R. Virxovun adı ilə bağlıdır. O ilk dəfə tromboz terminini tətbiq etmişdir. Tromboz dedikdə qanın laxtalanma qabiliyyətinin sürətlənməsi, damar divarının zədələnməsi, qan cərəyanı sürətinin yavaşıması nəticəsində damar daxilində qan laxtalarının əmələ gəlməsi başa düşülür. O, həmçinin öz yapışdığı yerdən qopan trombla damar mənfəzinin tıxanmasını ilk dəfə olaraq" emboliya" adlandırmışdır. Sonra qanın laxtalanmasının yuxarıda qeyd olunan amilləri ( damar divarının zədələnməsi, qan cərəyanı sürətinin yavaşıması və qanın tərkibinin dəyişməsi ) Virxor üçlüyü adını almış və hamı tərəfindən qəbul edilmişdir.

Müasir elm qanın laxtalanması mexanizmini molekulyar və submolekulyar səviyyələrdə intensiv surətdə öyrənir. İndiyədək qanın laxtalanmasında iştirak edən 13 amil aşkar edilmişdir.

Qamil-fibrinogen, qara ciyər tərəfindən sintez edilən plazmatik qlikoproteiddən ibarətdir. II amil – protrombin, həmçinin qaraciyərdə hepatositlər tərəfindən sintez edilən qlikoproteindən ibarətdir. Protrombinin biosintezi prostetik qrupunda K vitamini olan enzimlər vasitəsilə katalizləşir. Toxuma protrombini (III amil) və ya trombokinaza orqanizmin bütün toxumalarında, lakin əsas etibarilə beynində, ağ ciyərlərdə, ciftdə aşkar edilmişdir. Toxuma tromboplastinin təsiri ilə VII amil aktivləşir və bu da öz növbəsində kalsium ionlarının iştirakı ilə X amili fəallaşdırır. IV amil kalsium ionlarıdır. V-VI amillər akselərin və proakselərindir. Bu, suda həll olan və istiliyə həssas betaqlobulindən ibarətdir. Proakselərin protrombinin trombinə çevrilməsi prosesində iştirak edir. Həmin prosesi sürətləndirir. VII amil prokonvertin K vitamininin iştirakı ilə hepatositlər tərəfindən sintez olunan və protrombin kompleksinin tərkibinə daxil olan betaqlobulindən ibarətdir. O, trombositar fosfolipidlərin və ya toxuma tromboplastininin təsiri ilə fəallaşır. VIII amil antihemofil qlobulin istər yüksək və istərsə də aşağı temperaturaya tamamilə həssas, az rezistentli beta – 2 - qlobulindir. Onun başlıca olaraq dalaqda və qara ciyərdə retikulohistositar sistemi səviyyəsində sintez olunması güman edilir. IX amil Kristmas amilidir. Bu, K vitamininin təsiri ilə qara ciyərdə sintez olunan termastabil beta – 2 - qlobulindən ibarətdir. O, fəallaşdırılmış XI amil üçün substratdır və onun vasitəsilə, həmçinin kalsium ionlarının iştirakı ilə fəal formaya çevrilir. X amil Styuart – Prouer amilidir. Bu da həmçinin K vitamininin təsiri ilə qara ciyərdə sintez olunan alfa – 2 – qlobulindir. O toxuma tromboplastininin və kalsium ionlarının iştirakı ilə VII amilin təsirindən öz fəal formasına keçir. XI amil IX amilin plazmatik tromboplastik sələfdir və retikulo – histiositar sistem vasitəsi ilə sintez edilən bete – 2 – qlobulindən ibarətdir. O, koaqulyasiya prosesi zamanı fəallaşdırılmış Xageman amili tərəfindən fəallaşan hidrolitik enzimdir. XII amil Xageman amili retikulohistiositar sistemdə sintez olunan termostabil qammaqlobulindən ibarətdir. Bu amilin və III plastiki amilin iştirakı ilə protrombinə çevrilir. Xageman amilinin özü hamar olmayan səthlərlə təmasda olduqda fəallaşır və koaqulyasiya prosesinin başlanğıcında təsir göstərir. XIII amil fibrini sabitləşdirən amildir. Bu, qara ciyərdə sintez edilən beta – 2 – qlobulindir. Fəallaşdırılmış XIII amil əsasında fibrin monomerlərinin öz aralarında birləşməsi duran, biokimyəvi reaksiyaları katalizə edən transamidazdır. Onu trombin fəallaşdırır. XIII amil koaqulyasiya prosesində əmələ gələn fibrinləri əvəz edən fibroblastların sayının artmasını və kollagenin yaranmasını sürətləndirir.

Yuxarıda qeyd etdiyimiz kimi, qanın laxtalanma sistemi çox mürəkkəb mexanizmlə icra edilən yüksək özünütənzimləmə qabiliyyətinə malikdir.

Ancaq həddən artıq güclü qıcıqların təsiri və ya bu qıcığın uzun müddət davam etməsi zamanı müdafiə - uyğunlaşma reaksiyalarının zəifləməsi baş verir, tənzim mexanizmləri sıradan çıxır. Qanın laxtalanma və laxtalanma əleyhinə olan sistemlərinin mürəkkəb zəncirlərinin ayrı – ayrı həlqələrinə lap başlanğıcdan seçici təsir edən bir çox amillər də vardır.

Bütün bu hallarda təsirin xarakterindən və artan pozğunluqlardan asılı olaraq qanın laxtalanması da sürətlənir, ya da ləngiyir.

Qanın laxtalanma qabiliyyətinin ləngiməsi ilə əlaqədər olan ağırlaşmalara, əsasən, qanitirmələr, müxtəlif mənşəli qanaxmalar və hemoragik diatezlər, yəni orqanizmin qanitirməyə meyilliliyi aiddir.

Qanın laxtalanmasının sürətlənməsi ilə müxtəlif lokalizasiyalı trombun əmələ gəlməsinə səbəb olur.

Hərgah qanitirmənin xətəri, nəticələri həkimlərin diqqətini hələ çox qədimdən cəlb etmiş və onun öyrənilməsi ilə çoxdan məşğul olmuşlarsa da, trombun əmələgəlməsi ilə alimlər əsasən son onilliklərdə məşğul olmağa başlamışlar. Bu qısa müddət ərzində məlum olmuşdur ki, tromboz, venalarda kəskin dəyişikliyə səbəb olur, ürək – damar, sinir sisteminin və s. ağır xəstəliklərinin əsaspatogenetik həlqəsi, bəzən də əsas səbəbi sayılır.

Qanın laxtalanmasına mane olan maddələr iki qrupa bölünür.

1. Birbaşa təsir göstərən preparatlar: Heparin, Sinantrin, Natrium-sitrut.

2. Dolayı təsir göstərən preparatlar: Hirudin,Dikumurin, Neodikumarin, Fenilin, Sinkumar, Ometin.

Qanın laxtalanması sinir sisteminin tipoloji xüsusiyyətlərindən asılı olaraq bu və ya digər eyni amillərin təsiri altında müxtəlif surətdə dəyişə bilər.

Son zamanlar qan laxtalanma sisteminin hipotalamik neyro-humoral tənziminə mühüm yer verilir. Hipotalamusun ön payında hipotalamus – hipofiz-qalxanabənzər vəz sistemi vasitəsilə tənzimləyici struktorların olmasını güman edirlər.

Reflektor təsiri ilə yanaşı, qanın laxtalanmasına sinir sisteminin tənzimedici təsiri, əsasən, sinir mediatorları vasitəsilə icra edilir.

İnsanlara və məməli heyvanlara adrenalinin vurulması, həmçinin hiper adrenalinemiyaya səbəb olan ağrı, qəzəb və qorxu vəziyyəti hiperkoaqulyasiya törədir.



Adrenalin, asetilxolin, histamin, digər humoral amillər qanın laxtalanma və laxtalanma əleyhinə olan sistemlərinin müxtəlif cəhətlərinə fəal təsir göstərirlər. İsbat edilmişdir ki, adrenalinin, serotoninin, ADF-in, fibrinogenin, eləcə də trombositlərin 3-cü, 4-cü amillərinin qanda aşkar olunması, qonşu intakt trombositlərin oyadılmasına və divaryanı ağ trombların formalaşmasına səbəb olur.
Yüklə 43,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə