Müəsisə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Sənədin növü



Yüklə 50,92 Kb.
tarix08.10.2017
ölçüsü50,92 Kb.
#3842

Müəsisə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Azərbaycan Tibb Universiteti



Sənədin növü

Tibb üzrə fəlsəfə doktoru adını almaq üçün

Dissertasiya işinin



ANNOTASİYASI

İşin adı

Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının və onun bəzi orqanlarının morfometrik, topoqrafik xüsusuyyətləri

Elmi istiqamətin adı və kodu

İnsan anatomiyası-3241.01

İcraçı

Qanbayeva Şəbnəm Faiq qızı

Elmi rəhbər

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru t.e.d. Xıdırov E.Ə.

Şəhər və il

Bakı 2017

TƏDQİQATIN MƏZMUNU

İşin adı

Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının və onun bəzi orqanlarının morfometrik, topoqrafik xüsusuyyətləri

İşin ideyası və referatı

Problem Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının morfometrik ölçülərinin və çanaqda yerləşən bəzi orqanlarının topoqrafo- anatomik xüsusiyyətlərinin araşdırılması.

Əsas məsələ (ideya) - Normada kiçik çanağın və orqanların morfometrik, topoqrafo-anatomik xüsusuiyyətlərinin araşdırılması və yaş dövrlərindən asılı olaraq çanağın və orqanların normativ göstəricilərinin müəyyənləşdirilməsi.

MetodikaAnatomik təşrih metodu, morfometriya, maqnit-rezanans tomoqrafiya müayinə metodları ilə kiçik çanağın girəcəyinin və çıxacağının morfometrik ölçülərinin təyini, USM müayinə metodu ilə boşluqda yerləşən orqanların (uşaqlıq, yumurtalıq) topoqrafo-anatomik xüsusiyyətlərinin və ölçülərinin təyini. Rəqəm göstəricilərinin statistik təhlil metodu.

Açar sözlər

Qadın kiçik çanağı, morfometrik ölçülər, orqanların topoqrafo-anatomik xüsusiyyətləri.

İşin xarakteri

Fündomental

Sənədin növü

T.f.d dissertasiyasının annotasiyası

Aktuallığı

Qadın kiçik çanağının və çanaqda yerləşən orqanların morfometrik topoqrafo-anatomik xüsusiyyətlərinin öyrənilməsi daima tədqiqatçıların diqqət mərkəzində olmuşdur (Озерская И.А. 2001, Цхой.В.Б 2002, Сырова О.В. 2008). Yaş dövrlərindən və cinsiyyətdən aslı olaraq çanağın quruluş xüsusiyyətlərinin öyrənilməsi morfoloqların, mama-ginekoloqların və məhkəmə tibbi ekspertlərinin qarşısında duran əsas məsələlərdən biridir (Thomas S.M. 1998, Barentsz J.O. 1999, Хребтова О.М. 2004, Haqverdiyeva H.L. 1989). Çanağın formasının müxtəlifliyi haqqında mövcud olan fikirlər alınan nəticələrin müqayisə və analizində çətinliklər törədir. Çanağın formasından asılı olaraq əldə olunan morfometrik göstəricilərin müxtəlifliyi tədqiqatların fərdi qaydada aparılması ilə əlaqədardır (Виноградов С.В. 2006, Михайлов А.Н. 2008). Kiçik çanağın standart ölçü göstəricilərinin minimal və maksimal ölçülərinin müxtəlifliyi, çanağın digər anatomik indekslərinin öyrənilməsi zərurətini yaradır (Виноградов С.В. 2009)

Müasir tədqiqat metodlarından istifadə etməklə xüsusilə maqnit rezanans tomoqrafiya, ultrasəs müayinə üsulları ilə canlı insanların çanağının hər hansı anatomik göstəriciləri və çanaq boşluğunda yerləşən orqanların topoqrafik xüsusiyyətləri haqqında dürüst fikir söyləmək mümkündür. Eyni zamanda praktik həkimlərin gündəlik fəaliyyətində daha çox istifadə etdikləri çanağın morfometrik göstəriciləri əsasən təşrih materiallara və rentgenoqrafiyaya əsaslanır (Гайвaрoнски И.В. 2005). Bədən tiplərindən asılı olaraq çanağın forması alimlər tərəfindən geniş tədqiq olunmuşdur. Belə ki, müəyyən olunmuşdur ki, astenik tipli bədən qurluşlarında ən çox dar çanaqlara təsadüf olunur.

Yetgin dövrdə dar çanağa az təsadüf olunur. Eyni zamanda belə nəticəyə gəlinir ki, gənclik dövrdə xarici konyuqata mamalıq normotivindən kiçik olur. Yalnız 18-20 yaşlarında normal göstəricilərə çatır (Хребтова О.М. 2004).

Lakin kiçik çanağın və orada yerləşən orqanların morfometrik topoqrafo-anatomik xüsusiyyətlərinin yaş dövrlərindən asılı olaraq kompleks şəklində öyrənilməsinə elmi ədədəbiyyatda rast gəlinməmişdir.



Məqsəd

Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının morfometrik ölçülərinin və çanaqda yerləşən bəzi orqanların topoqrafo-anatomik xüsusiyyətlərinin araşdırılması.

Vəzifələr

  1. Gənclik dövründə, bir və ikinci yetkin dövrdə kiçik çanağın morfometrik göstəricilərinin təyini.

  2. Gənclik dövründə, bir və ikinci yetkin dövrdə kiçik çanaq orqanlarının topoqrafo-anatomik xüsusiyyətlərinin təyini.

  3. Müxtəlif formalı çanaqlarda morfometrik göstəricilərin təyini.

  4. Yaş dövrlərindən asılı olaraq kiçik çanağın morfometrik göstəricilərinin fərdi xüsusiyyətlərinin öyrənilməsi.

  5. Müxtəlif yaş dövrlərindən asılı olaraq alınan nəticələrin müqayisəli təhlili.

Orjinallıq (yeniliyi)

Normada yaş dövrlərindən asılı olaraq qadın kiçik çanağının və çanaq boşluğunda yerləşən bəzi orqanların morfometrik, topoqrafo-anatomik xüsusiyyətləri aydınlaşacaqdır.

Elmi və praktik əhəmiyyəti

Yaş dövrlərindən asılı olaraq kiçik çanağın ölçülərinin və çanaq boşluğu orqanlarının (yumurtalıq, uşaqlıq) ölçü, forma və topoqrafik dəyişkənliyinin öyrənilməsinin nəticələri mama – ginekologiyada və məhkəmə tibi ekspertizada praktik əhəmiyyət kəsb edir.

Material

Tədqiqat 75 insan çanağı və 50 canlı insan üzərində aparılaçaqdır.

Daxil etmə kriteriyaları

Gənclik dövr –25

I yetgin dövr – 25

II yetgin dövr – 25


40 – USM
10 – MRT


Çıxarma kriteriyaları

Kiçik çanaq və orqanlarının potologiyaları istisna ediləcəkdir.

Metodlar

  1. Maqnit-rezanans tomoqrafiya. morfometriya metodları ilə kiçik çanağın girəcəyinin və çıxacağının morfometrik göstəricilərinin təyini.

  2. USM müayinə metodu ilə kiçik çanaq boşluğunda yerləşən bəzi orqanların morfometrik göstəricilərinin təyini.

  3. Anatomik təşrih metodu.

  4. Statistik təhlil metodu.

Əsas və nəzarət qrupları

Normal insan çanağı və orqanları.

Qiymətləndirmə və ya müqayisə kriteriyaları

Yaş dövrlərindən və müayinə metodların nəticələrindən asılı olaraq əldə olunan nəticələrin qarşılıqlı müqayisəsi.

Maddi və texniki imkanlar

Tədqiqatın yerinə yetirilməsi üçün lazım olan maddi və texniki avadanlıqların təmini Azərbaycan Tibb Universiteti insan anatomiyası kafedrasının müdiri ə.e.x., REA-nın akademiki, professor V.B.Şadlinski tərəfindən ediləcəkdir.

İşin müddəti

2017-2020

İşin mərhələləri

I mərhələ. 2017-cı il

Dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyatla tanışlıq və mövcud elmi ədəbiyyat məlumatlarının toplanması. Tədqiqatın ilkin materiallarının toplanması. Tədqiqatın metodlarının və texnikasının mənimsənilməsi. 10 insan üzərində USM müayinə metodu ilə kiçik çanaq boşluğu orqanların topoqrafik xüsusiyyətlərinin və morfometrik göstəricilərinin öyrənilməsi. Eyni zamanda maqnit-rezanans tomoqrafiya müayinə üsulu ilə morfometrik və topoqrafik xüsusiyyətlərin müəyyənləşməsi. Tədqiqatın nəticəsində əldə olunmuş dəlillər əsasında məqalə və tezislərin dərc olunması. Dissertasiya mövzusunun təsdiqi. Mövzu üzrə elmi ədəbiyyatın toplanılması. Dissertasiyanın «Ədəbiyyat icmalı» və «Tədqiqatın material və metodlar» fəsillərinin ilkin variantının hazırlanması.



II mərhələ. 2018- ci il

Tədqiqatın ilkin materiallarının toplanması. Yaş dövrlərindən asılı olaraq kiçik çanağın və boşluqda yerləşən orqanların morfometrik və topoqrafik xüsusiyyətlərin tətqiqi. Əldə olunmuş məlumatlar əsasında cədvəl, qrafik və diaqramların hazırlanması. Dissertasiya mövzusu üzrə məqalə və tezislərin dərc olunması. Dissertasiyanın «Ədəbiyyat icmalı» və «Tədqiqatın material və metodlar» fəsillərinin son variantının hazırlanması. Alınmış dəlillərin analiz edilməsi və onların müasir elmi ədəbiyyatlardakı məlumatlarla müqayisə edilməsi. Dissertasiya işinin şəxsi tədqiqatların nəticələrinə həsr olunmuş fəsillərinin ilkin variantının hazırlanması.



III mərhələ. 2019-ci il

Dissertasiyanın «Alınmış nəticələrin müzakirəsi» fəslinin ilkin variantının hazırlanması. Yerli və xarici ölkələrdə keçirilən elmi konfranslarda tədqiqatın nəticələri barədə məruzələrin edilməsi. Dissertasiya mövzusu üzrə məqalə və tezislərin dərc olunmasının davam etdirilməsi. Əldə olunmuş nəticələrin tibbin müvafiq sahələrində tətbiq edilməsi üçün təkliflərin hazırlanması. Dissertasiyanın şəxsi tədqiqatların nəticələrinə həsr olunmuş fəsillərinin son variantının hazırlanması.



IV mərhələ. 2020-cu il

Dissertasiyanın «Alınmış nəticələrin müzakirəsi», və «Nəticələr» fəsilləri üzərində işlərin tamamlanması. Ədəbiyyat siyahısının son variantının hazırlanması. Həyata keçirilmiş statistik analizin dürüstlüyünün təyin edilməsi. İnsan anatomiyası kafedrasının iclasında və kafedralararası elmi konfranslarda dissertasiya işinin ilkin müzakirəsinin keçirilməsi. Dissertasiya barədə edilən irad və təklifləri nəzərə almaqla onun son variantının hazırlanması. Dissertasiyanın aprobasiya şurasında müzakirəsinin keçirilməsi. Dissertasiyanın son variantının açıq müdafiəyə təqdim olunması.



Ədəbiyyat

  1. Thomas S.M. Trends in the use of pelvimotri techniques. Clin Radid. 1998. Vol 53 № 4. P.233-235.

  2. Barentsz L.O. MR imaging of the mole pelvisi. Eur. Radid 1999.Vol № 11. P. 1722-1736.

  3. Озерская И.А., Агеева М.И., Возможности ультразвуковой пельвиометрии в определение размеров женского талого таза Ультразвуковая и функцианальная диагностика 2001. № 4. с. 53-55.

  4. Цхой В.Б. Узкий таз в современном акушерства новые методы диагностике, лечение заболеваний в акушерекой гинекологической практике. Материалы оюл. Н.П.К. Новосибирск. 2002. с. 27-31.

  5. Демарчук Л.М. Анатомо-антропологические особенности организма и размеры таза женшин на юнешоском этапе онтогенеза. Автореф. дисс. канд. мед. наук. 2004. с. 18.

  6. Хребтова О.М. Индивидуально типологическая характеристика таза, ультразвуковая морфология молочной железы у молодых женщин. Дисс. канд. мед. наук. Новосибирск. 2004. с. 123.

  7. Гайвaрoнски И.В. нормальная анатомия человека. Учебник для мед. вузов. Спб. Спец. Лит. 2004. Т.1 с. 560.

  8. Сырова О.В. Ультразвуковой анатомия внутренних половых органов девушек 17-19 лет с различными формами таза и типами телосложения. Дисс. канд. мед. наук. Саратов 2008. с. 116.

  9. Виноградов С.В. Половые и индивидуальние морфо-метричиския характеристики таза взрослово человека. конд. дисс. мед. наук. Санкт Петервург 2006. с. 185.

İnsan anatomiyası



kafedrasının assistenti: Ş.F. Qanbayeva


Yüklə 50,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə