Mühasibat uçotu və audit



Yüklə 24,5 Kb.
tarix14.09.2018
ölçüsü24,5 Kb.
#68415
növüYazı

5303.01 “Mühasibat uçotu və audit” ixtisası üzrə doktorluq imtahanı üzrə suallar

I Nəzəriyyə - 10

  1. Bazar şəraitində mühasibat uçotunun mahiyyəti, məqsədi və qarşısında duran vəzifələri

  2. Mühasibat uçotunun predmeti və metodu

  3. Maliyyə vəziyyəti (balans) haqda hesabat, onun quruluşu, məzmunu və idarəetmədə rolu

  4. Beynəlxalq uçot praktikasında hesablar sistemi və ikili yazılışa yanaşmalar

  5. Beynəlxalq və milli praktikada mühasibat uçotunun qeyd vasitələri (reqistrləri və formaları)

  6. Təsərrüfat faktlarının uçotu prinsipləri

  7. Mühasibat uçotu və hesabatın təşkili prinsipləri və beynəlxalq standartlara uyğunlaşdırılması məsəslələri

  8. Uçot siaysəti və izahedici qeydlər

  9. Müəssisənin malik olduğu əmlak və öhdəliklərin inventarlaşması

  10. Uçot və hesabatın beynəlxalq və milli standartları

II Maliyyə uçotu – 20

  1. Mühasibat (maliyyə) uçotunun konseptual əsasları və tənzimlənməsi

  2. Maliyyə və idarəetmə uçotunun ümumi prinsipləri

  3. Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) təsnifatı, tanınması və uçot və hesabatda qiymətləndirilməsi metodikası

  4. Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) hərəkətinin uçotunun təkmilləşdirilməsi

  5. Qeyri-maddi aktivlərin təsnifatı, tanınması və uçotda qiymətləndirilməsi metodikası

  6. Qeyri-maddi aktivlərin formalaşması mənbələri və hərəkətinin sənədləşdirilməsi

  7. Materialların mahiyyəti, təsnifatı və qiymətləndirilməsi metodları

  8. Materialların daxil olması və sərf edilməsinin sənədləşdirilməsi, sintetik və analitik uçotu

  9. Kommersiya təşkilatlarında əmək haqqının hesablanması və ödənişinin sənədləşdirilməsi qaydası

  10. Əmək haqqı üzrə işçi heyəti ilə hesablaşmaların sintetik və analitik uçotda əks etdirilməsi metodikası

  11. Xərclər haqqında anlayış, onların təsnifatı, uçot və hesabatda tanınması meyarları

  12. Xərclərin uçotu və kalkulyasiyalaşdırmanın mövcud və müasir metodları

  13. Gəlirlərin mahiyyəti, qiymətləndirilməsi və uçot və hesabatda tanınması meyarları

  14. Gəlirlərin hesablanması qaydası, uçotu metodları və hesabatda əks etdirilməsi metodikası

  15. Pul vəsaitləri və onların ekvivalentlərinin uçotda əks etdirilməsi

  16. Hesablaşma formaları, onların növləri və xarakteristikası

  17. Mənfəət və zərərlərin uçot və hesabatda müəyyən edilməsi qaydası və uçotu

  18. Müxtəlif təsərrüfat subyektlərində kapitalın formalaşdırılması, qaydası, onların tanınması, qiymətləndirilməsi və uçotu

  19. Öhdəliklər, onların mahiyyəti, təsnifatı və qiymətləndirilməsi və uçotu

  20. Maliyyə hesabatının növləri, onların tərkibi, tərtibi və təsdiq edilməsi qaydası

  21. Maliyyə hesabatının müxtəlif elementləri elementləri və onların xarakteristik xüsusiyyətləri

III İdarəetmə uçotu

  1. Kommersiya təşkilatlarında idarəetmə uçotunun mahiyyəti, təyinatı və xarakteristik xüsusiyyətləri

  2. Idarəetmə uçotu sistemində xərclər və gəlirlər, müasir yanaşma və onların təsnifatı

  3. Məhsulun maya dəyərinin müasir kalkulyasiyalaşdırma sistemləri və metodları

  4. Idarəetmə uçotu ilə bağlı müvafiq qərarların qəbul edilməsi metodikası

  5. Planlaşdırma (büdcələşdirmə), nəzarət və fəaliyyətin nəticələrinin qiymətləndirilməsi metodikası

  6. Idarəetmə uçotu və müvafiq hesabatların tərtibi

  7. Xərclərin məqsədlər üzrə uçotu və bölüşdürülməsi metodikası

  8. Strateji idarəetmə uçotu və onun tətbiqi imkanları

  9. İdarəetmə uçotunun obyektləri və funksiyaları

IV Maliyyə təhlili

  1. Maliyyə təhlilinin məqsədi, vəzifələri, idarəetmədə rolu və xarakterik xüsusiyyətləri

  2. Müəssisənin maliyyə nəticələrinin təhlilinin məqsədi, vəzifələri, göstəricilər sistemi və hesabat məlumatları əsasında onların səviyyəsinin və dinamikasının təhlili metodikası

  3. Rentabelliyin göstəricilər sistemi, onların hesablanması metodikası və rentabellik səviyyəsinin amilli təhlili

  4. Müəssisənin maliyyə vəziyyətinin təhlilinin məqsədi, vəzifələri və onun informasiya mənbələri əsasında təhlili metodikası

  5. Kapitalın formalaşması və ondan istifadənin səmərəliliyinin təhlili və qiymətləndirilməsi metodikası

  6. Müəssisənin investisiya fəaliyyətinin və onun effektivliyinin təhlili metodikası

  7. Məhsulun (iş və xidmətlərin) maya dəyərinin təhlili metodikası

  8. Əmək ehtiyatlarından istifadənin səmərəliliyinin təhlili metodikası

  9. Iqtisadi təhlilin metodu və onun xarakterik xüsusiyyətləri

  10. Material ehtiyatlarından istifadənin səmərəliliyini effektivliyinin təhlili metodikası

  11. Müəssisənin xarici iqtisadi fəaliyyətinin təhlili metodikası

V Audit

  1. Kassa əməliyyatlarının auditi

  2. Əsas vəsaitlərin (TTA) auditi

  3. Qeyri-maddi aktivlərin auditi

  4. Borcların, kreditlərin və məqsədli maliyyələşmələrin auditi üzrə əsas prosedurlar

  5. Hazır məhsul, onun yola salınması və satışı üzrə əməliyyatların auditi

  6. Maliyyə nəticələri və onların istifadəsinin auditi zamanı istifadə olunan prosedurlara yanaşma

  7. Təsis sənədlərinin və təsisçilərlə hesablaşmaların auditi xüsusiyyətləri

  8. Maliyyə nəzarətinin mühüm forması olan auditin mahiyyəti, funksiyası və növləri, onun nəticələrinin rəsmiləşdirilməsi qaydası

  9. Auditor rəyi, onun tərtibi qaydası və növləri

Ədəbiyyat siyahısı:

  1. “Mühasibat uçotu haqqında” AR Qanun, Bakı - 2004

  2. В.Ф.Палий. Современный бухгалтерский учет. Москва-2003.

  3. Т.В.Морозова. Международные Стандарты Финансовой Отчетности. Москва-2012.

  4. В.Я.Кожинов. Современный бухгалтерский учет. Москва-2007.

  5. Ю.И.Проскуровская. Международные Стандарты Финансовой Отчетности. Москва-2007.

  6. В.Ф.Палий. Международные Стандарты учета и финансовой отчетности. Москва-2007.

  7. Kommersiya təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə 1№-li MMUS”

  8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci ildə təsdiq olunmuş “2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə” Proqram.

  9. Kommersiya Təşkilatları ücün Milli Mühasibat Ucotu Standartları. Bakı-2008

  10. S.M.Səbzəliyev. Beynəlxalq və Milli Uçot terminlərinin izahlı lüğəti. Bakı – 2010;

  11. Международные Стандарты Финансовой Отчетности (под. ред., проф. Н.Г.Сапожниковой) Москва – 2012;

  12. Ə.Sadıqov və b., Mühasibat ucotu. Bakı-2012.

  13. S.Səbzəliyev, Q Abbasov, Xidmət sahələrində mühasibat ucotu. Bakı-2015.

  14. S.Səbzəliyev, Xaricı ölkələrdə mühasibat ucotu. Bakı-2014.

  15. S.Səbzəliyev, V.Quliyev, İdarəetmə Ucotu. Bakı-2014

  16. Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” qanunu. Bakı, 1994.

  17. Cəfərli H.A. İqtisadi təhlil. Bakı, 2009.

  18. S.Y.Müslümov, R.N.Kazımov “Maliyyə təhlili”, ADİU, Bakı-2011

  19. İ.M.Abbasov “Audit”, Bakı Biznes Universiteti, 2007

  20. R.N.Kazımov, C.B.Namazova “Praktiki audit”, ADİU, 2012




Yüklə 24,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə