Mühaz rə 1 relyef haqqinda ümum məlumat relyef formaları V



Yüklə 187,09 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix08.04.2018
ölçüsü187,09 Kb.
#36727
  1   2   3   4   5   6


MÜHAZ RƏ 1 

 

RELYEF HAQQINDA ÜMUM  MƏLUMAT 

Relyef formaları və elementləri haqqında anlayış 

 

  

 Relyef anlayışı yer səthi əyriliklərinin məcmuyunu əhatə edir.O.K.Leontyev 



və  Q. .Rıçakov  göstərirlər  ki,yer  səthinin  hər  hansı  bir  sahəsinin  relyefi  dəfələrlə 

təkrarlanan  və  bir-biri  ilə  növbələşən  ayrı-ayrı  relyef  formalarından  və  bunların 

elementlərindən ibarətdir. 

  Relyefin elementləri s ə t h l ə r,t i l l ə r(iki səthin kəsişməsi) və s ə t h  b u c a q l  

r  ı  d  ı  r(bir  neçə  səthin  kəsişməsi).Səthlər  müxtəlif  ölçülü  olur.Adətən  erozion 

formalarla(dərələr,yarğanlar)  çox  kəsilmiş  sahələrdə  səthlər  daha  kiçik,az 

parçalanmış sahələrdə isə böyük olur.Erozion bedlend sahələri üçün ən kiçik sahəli 

səthlər səciyyəvidir. 

  Səthlərin  mənşəyi  çox  müxtəlifdir.Onlar  endogen  və  ekzogen  (erozion,abrazion 

və  i.a.),yaxud  mürəkkəb  mənşəli  olur.Meyilliyinə  görə  səthlər  üfüqiyə  yaxın 

,yaxud  subhorizontal(meyilliyi  2°-dən  az)  və  meyiliyi  (2°-dən  çox)  olur.Meyilliyi 

2°-dən artıq olan səthlər yamac adlanır. 

  Səthlər  morfologiyasına  görə  d  ü  z,b  a  t  ı  q,yaxud  q  a  b  a  r  ı  q  ola  bilər.Bu  üç 

morfoloji  əlamətin  növbələşməsi  nəticəsində  səthlərin  xarici  görünüşü  bir  qədər 

mürəkkəbləşir,o dalğalı,pilləli görkəm alır. 

  Tillər və səth bucaqları müəyyən şəraitdə aydın seçilir.Adətən kəskin parçalanmış 

sahələrdə tillər və səth bucaqları kəskin seçilir,çox vaxt tillər iti olur.Əksər hallarda 

səthlər bir-birinə tədricən keçir və tilləri ymacın bükük hissəsi əvəz edir. 

  Relyefin formaları q a pa l ı,a ç ı q,s ad ə və m ü r ək k ə b olur.Qapalı formalara 

müxtəlif  mənşəli  təpələr  (xüsusən  moren  təpələri)  və  çökəklər  (məsələn,morenli 

sahələrdə  çökəklər,karst  qıfları,nəlbəkiləri  və  i.a)  aid  edilir.Adətən  belə  formaları 

topoqrafik xəritədə qapalı horizontallar ifadə edir.Açıq formalara yarğanlar,qobular 

və bşqa erozion formalar daxildir. 

  Relyefin  sadə  formaları  bir,yaxud  iki-üç  elementdən  ibarət  olur,mürəkkəb 

formalar çox elementli olmaqla,bir sıra müxtəlif morfoloji quruluşlu elementlərdən 

yaranmışdır. 

  Yuxarıda  göstərilənlərlə  yanaşı  relyef  forması  m  ü  s  b  ə  t  və  mə  n  f  i  növlərə 

ayrılır.Bunların  seçilməsi  həmin  formaların  üfüqi  (yaxud  subhorizontal)  səthə 

münasibətinə  əsaslanır.Həmin(yəni  üfüqi)  səthdən  ucalan  (yüksələn)  formalar 

müsbət,alçalan(yaxud  aşağı  olan)  formalar  isə  mənfi  formalara  aid  edilir.Hər  iki 

forma mənşə etibarilə müxtəlifdir.Bundan əlavə müsbət və mənfi formaların yalnız 

bir  sadə  morfoloji  göstəriciyə  görə  ayrılması  vacibdir.Bir  qayda  olaraq  müsbət 

forma denudasiya,mənfi forma isə akkumliyasiya sahəsidir.Deməli bu iki formada 

müasir geomorfoloji prosesslərin bir-birinin əksinə olan müxtəlif növləri baş verir. 

  Müsbət  və  mənfi  relyef  formaları  həm  endogen,həm  də  ekzogen  mənşəli  ola 

bilər.Lakin sadə müsbət və mənfi formalar əksər halda ekzogen mənşəli olur. 

  Ekzogen geomorfoloji proseslərin fəaliyyətinə görə relyef formaları əsas iki növə 

ayrılır:1-a k k u m l y a t i v  formalar,2-d e n u d a s i o n  formalar.Akkumlyativ 

formalar çöküntülərin toplanması nəticəsində yaranır(məsələn moren təpəsi,yaxud 

Melikov Behruz




tirəsi,barxan,dün  və  s.).Denudasion  formalar  materialın  denudasiya  amilləri 

vasitəsilə  bir  yerdən  aparılması  nəticəsində  yaranır  (məsələn,yarğan,səhralarda 

deflyasiya çökəkləri və s.)    

   Relyef  formaları  böyüklüyünə  görə  olduqca  müxtəlif  olur.O.K.Leontyev  və 

Q. .Rıçakov böyüklüyünə görə aşağıdakı relyef formalarını ayırırlar: 1)p l a n e t a 

r relyef formaları, 2)m e q a f o r m a l a r, 3)m a k r o f o r m a l a r, 4)m e z o f o r 

m a l a r, 5)m i k r o f o r m a l a r, 6)n a n o r e l ye f  formaları. 

  Relyefin 

planetar 

formaları 

sahəsinə 

görə 


ə

böyük 



relyef 

formalardır.Bu,materikləri,geosinklinal 

qurşaqları,okean 

yatağını,orta 

okean 

silsilələrini  əhatə  edir.Materiklər  və  okean  çökəkləri  planetar  relyef  formaları 



içərisində xüsusi mövqe tuturlar. 

  M  a  t  e  r  i  k  l  ə  r  planetimizin  ən  böyük  müsbət  relyef  formalarıdır.Mteriklərin 

ə

ksər  hissəsi  qurudan  ibarət  olsa  da,xeyli  hissəsi(şelf  və  materik  yamacı)  okean 



suları  ilə  örtülüdür.O  k  e  a  n    y  a  ta  ğ  ı    dərinliyi  3km-dən  artıq  olmaqla,Dünya 

okeanı dibinin əsas hissəsini tutur. 

  

G e o s i n k l i n a l  q u r ş a q l a r  əsasən Sakit okeanla Asiya və Avstraliya 



materikləri arasında yerləşən geniş bir qurşağı tutur.Bu qurşaqdan kənarda müasir 

geosinklinallar  nisbətən  kiçik  əraziyə  malikdir.Bir  çox  hallarda  isə  materiklər 

birbaşa  okean  yatağı  ilə  sərhədlənir(məsələn,Şimal  Buzlu,Atlantik  və  Hind 

okeanları ətrafında). 

  O r t a  o k e a n  s i l s i l ə l ə r i  Yerin səthində ən uzun və sahəsinə görə ən 

böyük  ərazini  tutan  dağlıq  qurşaqdır.Ayrı-ayrı  okanlardakı  orta  okean  silsilələri 

bir-birinin davamını təşkil edir(Şərqi Hind okeanı silsiləsi müstəsnalıq təşkil edir). 

  Adətən planetar relyef formalarının sahəsi milyon və on milyon km2-lə ölçülür. 

  M  e  q  a  f  o  r  m  a  l  a  r    planetar  relyef  formalarını  mürəkkəbləşdirən  böyük 

formalardır.Bunlarla 

materiklərdə 

Alp 


və 

Böyük 


Qafqaz 

kimi 


dağ 

sistemlərini,Qara dəniz,Meksika körfəzi,Yapon dənizi çökəklərini misal göstərmək 

olar.Relyfin meqformaları on və yüz min km2 sahəni tutur. 

  M  a  k  r  o  f  o  r  m  a  l  a  r    meqaformaların  iri  hissələrini  təşkil  edirlər.Onların 

sahələri  yüzlərlə,minlərlə  və  bəzən  on  minlərlə  km2-lə  ölçülür.Makroformalara 

dağlıq ölkənin silsilələrini və çökəkliklərini misal göstərmək olar. 

  M  e  z  o  f  o  r  m  a  l  a  r  a    makroformaları  mürəkkəbləşdirən 

yarğanlar,qobular,kiçik 

dərələr,tirlər 

və 


silsilələr,dağdaxili 

çökəklər 

aid 

edilir.Bunların sahəsi adətən bir neçə km2-dən bir neçə on km2-ə kimi olur. 



  M  i  k  r  o  f  o  r  m  a  l  a  r    mezoformaların  səthini  mürəkkəbləşdirən  daha  kiçik 

relyef formalarıdır.Bunlara karst qıfları,erozion şırımlar,sahil bəndləri (tirləri) və s. 

misal ola bilər. 

  N  a  n  o  r  e  l  ye  f  (nano-yunanca  cırtdan  deməkdi)  formaları  olduqca  kiçik 

olur.Bunlar  çəmənlərdəki  çimpizlər,kiçik  erozion  şırımlar,qum  üzərindəki 

tirəciklər və s.-dən ibarətdir. 

  Müxtəlif relyef formalarının sahəsinə aid göstərilən rəqəmlər bir qədər şərti olsa 

da,onlar həmin kateqoriyaların ən geniş yayılmış növlərinin ölçüsü haqda təsəvvür 

yardır. 

  Adətən  relyefin  böyük  formaları  (meqaformalar,makroformalar)  tektonik 

hərəkətlərin (endogen qüvvələrin) təsiri nəticəsində yaranan formalardır.Bunlardan 

Melikov Behruz




Yüklə 187,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə