Mühazirə №11 Mövzu: Məsləhət və Psixoterapiya. Yönləndirmə



Yüklə 26,46 Kb.
səhifə1/4
tarix09.01.2022
ölçüsü26,46 Kb.
#82738
növüMühazirə
  1   2   3   4
18.Məsləhət və Psixoterapiya.Yönləndirmə


Sosial işin təşkili və idarə olunması” kafedrası



Fənnin adı : “Psixi Sağlamlıq”

Mühazirə №11

Mövzu: Məsləhət və Psixoterapiya.Yönləndirmə

Psixoterapiya haqqında ümumi anlayış – Psixoterapiya psycho – psixika və thetapy – müalicə sözlərindən götürülüb,psixoloji vasitələrlə müalicə deməkdir.Psixoloji təsir formaları və simvolları adi söhbətdən tutmuş mürəkkəb üsullaradək (hipnoz,psixoanaliz,neyrolinqvistik proqramlaşdırma və s) geniş təsir etmə formalarını əhatə edir.Psixoterapiyanin özəlliyini təşkil edən başlıca şərt bir şəxsin digərinə (və ya çoc saylı şəxslərə)təsir edərək qarşı tərəfin iztirablarını yüngülləşdirmək,onu xıstəlik və gərginliklərdən xilas etmək arzusudur.

İctimaihəyatın yetirməsi olan insan həmişə başqasından aslıdır.Böhran vəziyyətində,ehtiyyac olduqda insanlar biri digərinə müraciət edir,ondan kömək diləyir.Kömək göstərməyin geniş yayılmış unversal formalarından biri psixoloji yardımdır – yəni psixoterapiyadır.Psixoterapiyanın tarıxı olduqca qədimdir.Onu təbabətin yaşıdı hesab etmək olar.Qədim Yunan mənbələrində Kahinlərin,bir çox Şərq ölkələrində dərvişlərin müalicə məqsədi ilə tətbiq etdikləri üsulları erkən psixoterapiya adlandırmaq olar.Lakin elmi psixoterapiya 19 cu əsirin ortalarında inkişaf etməyə başlamışdır.Həmin dövrlərdə Hipnozun geniş yayılması və ondan müalicə məqsədi ilə istifadə edilməsi psixoterapiyanın inkişafına güclü təkan verdi.

Müasir psixoterapiya kliniki təbabətin bir bölməsi olmaqla son 100 il ərzində onlarla yeni-yeni metodlar işlənib hazırlanmış,külli miqdarda xəstələrə yardım göstərmək üçün zəmin yaratmışdır.Frans Memerin vaxtlarında 20 ci əsrin ortalarınadək emprik-elmi psixoterapiya ilə,əsasən,nevroloqlar məşğul olmuş,sonralar isə bu elm sahəsi psixolterapiyanın bir bölməsinə çevrilmişdir.Hal-hazırda həkim-psixiyatr,həkim-psixoterapevlərlə yanaşı,tibbi psixoloqlar,tibb müəssisələrində çalışan sosial işçilər fəaliyyət göstərirlər.


Yüklə 26,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə