Mühazirə 19. Məktəbəqədər dövrdə kəmiyyətlərin ölçülməsinə aid düşündürücü və əyləncəli məsələlərin təlimi metodikası



Yüklə 23,98 Kb.
səhifə1/3
tarix15.03.2022
ölçüsü23,98 Kb.
#84516
növüMühazirə
  1   2   3
Mühazirə 19


Mühazirə 19. Məktəbəqədər dövrdə kəmiyyətlərin ölçülməsinə aid düşündürücü və əyləncəli məsələlərin təlimi metodikası

Plan


  1. Əşyaların uzunluğuna, enliyinə, hündürlüyünə görə ölçülmə qaydası və onların müqayisə edilməsi.

  2. Müxtəlif yaş qruplarında kəmiyyətlərin ölçülməsinə aid oyun-çalışmalarından istifadə.

  3. Maye və dənəvər cisimlərin həcmlərinin ölçülməsinə aid əyləncəli məsələlər həlli.

Ə D Ə B İ Y Y A T



  1. Məktəbəqədər təhsilin kurikulumu (Layihə). Azərbaycan Respublikası Təhsil İnstitutu. Bakı,2017.

  2. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”. 16 iyul 2010-cu il. http://www.edu.gov.az/

  3. Həmidov S., Tağıyeva S. Bağça tərbiyəçilərinin riyaziyyatdan metodiki hazırlığının əsasları. Bakı, 2004.

  4. Metlina L. “Uşaq bağçasında riyaziyyat” Bakı, 1985.

  5. Rüstəmova G. Balaca riyaziyyatçı. 4-5 yaşlı uşaqlar üçün. Bakı, 2009

  6. Михайлова З. А.. Игровые задачи для дошкольников. Санкт-Петербург, 2016

  7. Михайлова З.А. 'Игровые занимательные задачи для дошкольников' - Москва: Просвещение, 1985

  8. www.bagcam.az

  9. www.edugames.az



1. Məktəbəqədər dövrdə uşaqlarda əşyaların ölçü əlamətlərini ayırmaq, uzunluğu, eni, hündürlüyü tapmaq, əşyalar arasında ölçü münasibətlərini müəyyən etmək bacarığını inkişaf etdirirlir.Ölçmənin nə üçün lazım olduğunu uşaqlar başa düşməlidirlər. Bu məqsədlə onları ölçmə aparmağın zərurəti qarşısında qoymaq lazımdır. Məsələn, pedaqoq təklif edir ki, masanın uzunluğuna bərabər lent seçsinlər və ya hazırlasınlar, yaxud bir əşyanın o birindən nə qədər uzun olduğunu təyin etsinlər.

Uşaqlar əşyaların xassələrini tam ayıra bilmirlər. Ölçülərə görə fərqli əlamətləri yalnız “uzundur”, “qısadır” sözləri ilə ifadə edirlər . Birinci məşğələdə uzunluq əlaməti haqqında təsəvvür yaratmaq istəyiriksə , onda yalnız uzunluqları müxtəlif olan olan iki eyni formalı, eyni rəngli əşya nümayiş etdirməli və onun üzərində iş aparmalıyıq. Çalışmaq lazımdır ki, nümayiş edirilən əşyaların uzunluq fərqi 10-15 sm olsun.

Müqayisə zamanı əşyalar elə qoyulmalıdır ki, uşaqlar fərqi yaxşı müşahidə etsinlər. Əşyanın ölçərkən pedaqoq onu əl hərəkəti göstərməlidir. Əşyaların uzunluqlarıni, enini və hündürlüklərini müqayisə etmək üçün üst-üstə qoyma, yanaşı qoyma priyomlarından istifadə edilir.

Uzunluğun müxtəlif növlərinə - uzunluq və enin, uzunluq və qalınlığın, uzunluq və hündürlüyün müqayisəsinə aid düşündürücü və əyləncəli məsələlərdən istifadə etmək olduqca faydalıdır. Uşaqlara kəmiyyətlərin bilavasitə qiymətini, onların ölçmə ilə olduqları miqdar xarakteristkasını öyrədirlər.

Ölçmə prosesində şərti ölçü vahidi ölçülən kəmiyyəti sanki hər biri onun özünə bərabər olan hissələrə xırdalayır. Ölçmə nəticəsində alınan ədəd tamın hissəsinə olan münasibəti ifadə edir. Ölçmə, ədədin onun götürülmüş qiymətindən asılılığının nisbi olmasını başa düşməkdə uşaqlara kömək edir.

Pedaqoq əşyanın uzunluğunun, eninin, hündürlüyünün ölçülməsinə aid müxtəlif düşündürcü çalışmalar seçir. Əvvəlcədən hazırlanmış şərti ölçü vahidi ilə həmin ölçmələri yerinə yetirir. Sonra uzunluğu ölçmə qaydası ilə uşaqları tanış edir: soldan sağa doğru başlağıcdan başlayaraq ardıcıl surətdə ölçü vahidini yerləşdirmək lazımdır. Ölçü vahidinin neçə dəfə yerləşdiyini göstərən ədəd həmin kəmiyyətin qiyməti olacaqdır.

Tədricən uşaqlar dərk edirlər ki , kəmiyyət anlayışı ədəd anlayışı ilə sıx bağlıdır. Kəmiyyət ölçülməsi nəticəsində ədədlə ifadə olunur. Eyni bir kəmiyyəti müxtəlif şərti ölçü vahidləri ilə ölçdükdə, müxtəlif nəticələr alınacaqdır. Şərti ölçü vasitəsilə ölçülən əşyaların müqayisə edilməsinə aid çalışmalar yerinə yetirirlər.

2. Orta yaş qrupunda əşyaların ölçülərinin müqayisəsinə aid düşündürücü çalışmalar aparılır. Müqayisə həm üst-üstə, yanaşı qoyma və ya gözəyarı aparılır. Uşaqlar eyni zamanda əşyaların iki ölçüsünü müqayisə etməyi öyrənirlər. Məsələn, 2 düzbucaqlının eni və uzunluğu müqayisə edilir. Əvvəlcə elə iki düzbucaqlı götürülür ki, onların eni eyni, uzunluqları müxtəlif olsun. Ətraf mühitdə uzunluqları eyni, eni müxtəlif və tərsinə eni eyni, uzunluqları müxtəlif olan əşyalar tapırlar. Nəhayət, eni və uzunluqları bərabər olan əşyaları müqayisə edirlər .Buna üç məşğələ həsr edilir. Bundan sonra 2-5 əşyanın ölçülərinin müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar eyni formalı, müxtəlif ölçülü əşyaları artma və ya azalma sırasına görə düzürlər. Hər bir əşya bilavasitə özündən əvvəlki və sonrakı əşya ilə müqayisə edilir.

Əşyaların müqayisəsinə aid oyun-çalışmalarından geniş istifadə olunur.




Yüklə 23,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə