Mühazirə 2 coğrafiya dəRSİNİn müASİr quruluşu mühazirənin planı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#81075
növüMühazirə


 

             COĞRAFİYANIN TƏDRİSİ METODİKASI 2 

                                            mühazirə 2 

       COĞRAFİYA DƏRSİNİN MÜASİR QURULUŞU 

                               Mühazirənin planı 

        Dərs  pedaqoji prosesin  əsasıdır.  

       Ənənəvi və fəal dərsin  müqayisəsi. 

       Təlimdən əvvəl- motivasiya və onun  növləri.      

       Təlim prosesi -tədqiqatın aparılması.   

       Təlimdən sonra- məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili, 

nəticənin çıxarılması, yaradıcı tətbiqetmə.  

      Qiymətləndirmə və refleksiya.     

      Fəal təlimin əsas mexanizmləri:   

a.

 



Dərs prosesində problemli vəziyyətin yaradılması  

b.

 



 Dialoq və əməkdaşlığın  zəruri olması  

c.

 



Şagirdin tədqiqatçı –müəllimin bələdçi olması   

d.

 



Psixoloji dəstək 

 

 



        Dərs  -  təlim  prosesinin  əsasıdır.  Dərs    təlimin  hüceyrəsidir,  dinamik  və 

variantlığı ilə seçilir. Dərs prosesi bütöv, vahid, səhnələşdirilmiş prosesdir. Burada 

şagird və müəllimlərin fəaliyyəti bərabər paylanmışdır.    Dərsin müəllifi müəllimdir. 

Dərs həmçinin şagird şəxsiyyətin formalaşmasında əvəzsiz rol oynayır.  

       Dərsin   iki əsas şərti vardır.  

1.

 



Normativlər-  tədrisi təşkil edən orqanlar tərəfindən ( təhsil nazirliyi, təhsil 

departamentləri, məktəb rəhbərliyi və s) müəyyən edilir-  dərsin müddəti, 

dərsdə reallaşması tələb olunan standartlar, dərsdə tədris edilən mövzular, 

şagirdlərin qiymətləndirilməsinə verilən tələblər, böyük summativ 

qiymətləndirmə və s-  

2.

 



Yaradıcılıq- müəllimin şəxsi keyfiyyətlərindən asılı olub müxtılif səviyyədə 

ola bilər --  dərsin məqsədinin müəyyən edilməsi,  müəllimin  dərs 

prosesində istiadə etdiyi metod və üsullar, dərsin təşkili, dərs prosesində  

şagirdlərin işinin təşkil edilməsi, motivasiyanın seçilməsi, biliklərin tətbiq 

edilməsi və  yoxlanılması üçün tapşırıqların müəyyən edilməsi, kiçik 

summativ qiymətləndirmənin təşkili və s. 




Dərsin müddəti ona verilən tələblər zaman-zaman dəyişmiş, bəzi hallarda ictimai 

siyası  qurluşa  xidmət  etmişdir.  Dərsin  əsas  xüsusiyyəti  müəllim  və  şagirdlərin 

fəaliyyətidir.  Müəllimin və şagirdin fəaliyyəti ənənəvi və müasir dərsdə eyni deyil. 

Azərbaycanda müstəqillik elan olunana qədər  sovet təhsili üçün uyğunlaşdırılmaış  

ənənəvi dərs tədris olunurdu.    

 Ənənəvi dərsin qurluşundakı  elementlər sadə və dəyişməz olub aşağıdakılardan 

ibarətdir.   

 1.Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması.  

2. Yeni  materialların təqdim olunması 

3.Yeni mövzunun ümumiləşdirilməsi və möhkəmləndirilməsi              

4. Ev tapşırığının verilməsi 

Göründüyü kimi dərs keçmiş dərsin sorğusu və yeni dərsin izahı prosesinin əhatə 

edir və dəqiq olaraq aşağıdakı mərhələləri əhatə edir.  

 

1.Ev tapşırıqlarının yoxlanılması 



2. Öyrənilən mövzunun sorğusu  

3.Keçmiş və yeni dərs arasında əlaqənin  yaradılması 

4.Yeni dərsin izahı (əsasən müəllimnin mühazirəsindən ) 

      5. Yeni dərsin möhkəmləndirilməsi 

6.  Biliklərin qiymətləndirilməsi 

         7. Ev tapşırığının verilməsi 

        Azərbaycanda müstəqillik  qəbul edildikdən sonra fəal  və ya  interaktiv ( 

müasir) dərslərin tətbiq edilməsi qəbul edildi. Müasir dərs müəllim 

yaradıcılığına əsaslanır. Aşağıdakı mərhələlərdən ibarətdir.  

  

1.Motivasiya-problemin yaradılması 



2. Tədqiqatın aparılması və tədqiqta sualının çıxarılması 

2. İnformasiya ( məlumat)  mübadiləsi 

3.İnformasiyanın müzakirəsi və təşkili 

4.Ümumilləşdirmə və nəticə çıxarma 

5. Yaradıcı tətbiqetmə 

6. Özünüqiymətləndirmə  

7. Refleksiya

 

 



 

 



Göründüyü  kimi, müasir dərslərdə şagirdlərin aktivlik dərəcəsi artır və müəllim-

istiqamətləndirici, şagird isə –tədqiqatçı kimi çıxış edir.  

Müəllimin dərsi dərsə hazırlıqdan başlanır. Dərsə hazırlıq isə dərs planının tərtib 

olunması ilə birbaşa əlaqədardır. Dərs planı – tematik plan əsasında tərtib olunur. 

Dərs planı müəllimin yaradıcı fəaliyyətini-ustalığını, cəsaraitini, manevr etmək 

qabiliyyətini, elmi və metodiki ideyalarını, fənnə aid bilik səviyyəsini əks etdirir. 

Dərs planları  çoxvariantlıdır. Lakin, onun ümumi formasını aşağıdakı kimi qəbul 

etmək olar 

Dərs icmalının tərtib olunması ilə  başlayır.   Dərsin icmalı – tematik plan əsasında 

tərtib olunur. Müəllimin yaradıcı fəaliyyətini-ustalığını, cəsaraitini, manevr etmək 

qabiliyyətini, elmi və metodiki ideyalarını, fənnə aid bilik səviyyəsini əks etdirir. 

Müəllimlərin xüsusilə, gənc coğrafiya müəllimlərinin qarşısında duran ən çətin 

vəzifələrdən biri dərsə hazırlıq  prosesində mövzunun məqsədinin təyin 

edilməsidir. Dərsin məqsədi xeyli suallara cavab verir:

 

- şəxsiyyətin inkişafında dərsin rolu nədir? 



- hansı biliklər şagirdin inkişafında baza rolunu oynaya bilər? 

- dərsdə hansı bacarıqlar formalaşdırılmalıdır?və s. 

 

Bilik və bacarıqlara verilən tələblər hər hansı dərsin əsas məqsədlərindən biridir: 



Müasir dərsin  məqsədi coğrafi bilik və bacarıqlar əsasında şagird şəxsiyyətinin 

formalaşdırılmasıdır. Dərsin məqsədi standartın reallaşdırılmasına xidmət edir və 

üç istiqaməti özündə birləşdirir.  

 1.   Təhsilverici və ya öyrədici-tədqiqat aparılması . müxtəlif iş formalarından 

istifadə  edilməsi, vaxta  qənət etmək, təhliletmə və nəticə çıxarma qabiliyyətinin 

formalaşdırılması, qısa müddətdə materialın mənimsənilməsi 

  2.   Tərbiyəedici- şagirdlərin bir-biri ilə və müəllimlə əməkdaşlıq etməsi, bir- 

birini dinləmək  və fikirlərinə qulaq asmaq, tənqidi qəbul etmək, bir-birinin 

fikriklərinə hörmətlə yanaşmaq    

 3.   İnkişafetdirici- şagirdlərin fəallığının təşkili, qyeni şəraitə uyğunlaşma, 

yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, müstəqil tədqiqat apara bilmək 

qabiliyyətinin inkişaf etdirilməsi,  məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf 

etdirilməsi 

Dərsin məqsədini müəyyən edərkən dərs prosesində hər hansı tapşırığın yerinə 

yetirilməsində  eyni vaxtda iştirak edən şagirdlərin sayı əsas götürülür. Bu dərsin 

səmərəliliyi adlanır. Dərsin səmərəliliyi -  hər hansı tapşırığın icrası zamanı 

prosesə cəlb olunan şagirdlərin sayı  ilə ölçülür  

  



T.S = Ş . S      düsturu ilə  ifadə olunur 

            V 

 ( T.S - təlimin səmərəliliyi,     Ş –şagirdlərin sayı,    S- sual və ya 

tapşırıqların sayı,   V- tapşırığın  həyata keçirildiyi vaxt)  

 

Müasir dərsin xüsusiyyətləri fərqlidir. Müasir dərsdə:  



a.

 

Müəllimin funksiyası  dəyişmişdir 



b.

 

Təlim prosesinin məntiqi quruluşu dəyişmişdir 



c.

 

Müəllim -şagird əməkdaşlığı    



d.

 

Kollektiv tədris fəaliyyəti xarakterlidir. 



e.

 

Geniş fənnlərarası əlaqəyə malikdir.  



f.

 

Təşkilat formaları dəyişmişdir 



Müasir dərsin əsas əlamətləri  

1.

 



Müəllimin bəzi funksiyaları şagirdlərə verilmişdir- yeni mövzuya maraq 

yaratmaq, biliklərin tətbiq edilməsini və yoxlanılmasını təşkil etmək 

2.

 

Təlimin digər formalarıdan istifadə -qeyri standart( praktik, layihə, konfrans, 



tədqiqat, debat  və s)  dərslərdən istifadə etmək 

3.

 



Müəllim və şagird münasibətləri əməkdaşlıq və yaradıcılıq üslubunda 

qurulur 


4.

 

Tədris proseinin təşkili müxtəlif formalarda tətbiq edilir- ekskursiya, məktəb 



guşəsində, coğrafiya meydançasında və s 

5.

 



Müəllim tədris prosesinin təşkilatçısıdır və şagirdləri istiqamətləndirir 

6.

 



Müasir dərs şagird şəxsiyyətinin formalaşdırmağa istiqamətlənmişdir 

7.

 



Tədris fəaliyyıətinin kollektiv  formaları- qruplarcütlər və s tətbiq edilir 

8.

 



Dərsin bütün mərhələləri bilik və bacarıqların tətbiq edilməsinə yönəlmişdir 

9.

 



Fənnlərarası əlaqə şaquli və üfiqi inteqrasiya formasında  təqdim edilir. 

MÜASİR DƏRS ÜÇ MƏRHƏLƏLİ DƏRSDİR 

İlk mərhələ TƏLIMDƏN ƏVVƏL (  və ya DÜŞÜNMƏYƏ YÖNƏLTMƏ)  

adlanır. Motivasiya  bu mərhələdə həyata keçirilir. Bu mərhələdə şagirdlər 

«Beyin həmləsi» (əqli hücum) yolu ilə yeni mövzuya aid olan və şagirdlərə 

məlum  bilikləri yada salırlar. Beyin həmləsi fərdi, cütlər və ya qruplar 

şəklində həyata keçirilir.  

      Motiv nədir? – latınca movere-hərəkətə gətirmək, itələmək və ya təhrik etmək 

deməkdir. Tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə 

təhrik edən amillər nəzərdə tutulur. 

Motivasiyanın   3 əsas funksiyası vardır. 

-təhriketmə 




-istiqamətləndirmə 

-mənalandırma və ya  mənavermə 

 

Motivasiya yaradılan problem situasiyadan asılı olaraq şagirdləri mövzuya 



cəlb edə bilər. Yəni yaradılan problem situasiya şagirdlər üçün maraqlı 

olarsa, dərsin başlanğıcı, yeni mövzuya başlamaq o qədər maraqlı ola bilər 

 

- məqsədəuyğun olmalıdır 



- hazırlanmasına az qüvvə sərf edilməlidir 

- yığcam yəni qısa vaxt ərzində həyata keçirilməlidir 

          - orta çətinlik səviyyəsində olmalıdır( yaş və bilik səviyyəsi nəzərə 

alınmalıdır 

 

1.

 



Motivasiyanın məqsədəuyğunluğu – məqsədəuyğunluq dedikdə dərsin 

mövzusuna uyğun olması nəzərdə tutulur. Belə ki motivasiya ele 

qurulmalıdırki şagirdləri mövzuya istiqamətləndirsin.  Dərsin motivasiya 

mərhələsinin düzgün və ya yanlış qurulması dərsin sonluğuna təsir edir. 

Motivasiya sual, acıq tipli sual, aşar sozlər, simvollarla- əşya, təbiət 

mənzərəsi, model şəkil, bədii təsvir, sxem, plakat, mahnı, musiqi, tapmaca, 

bayatı, sual işarəsi və s.  

2. Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması  –

Motivasiya mərhələsində problemin qoyulması ziddiyyətlərin çoxluğu və 

məlumat qıtlığından, fakt və anlayışların az olmasından yaranır. Çətinliklərlə 

qarşılaşan şagirddə problemi həll etmək üçün daxili eytiyac yaranır və qarşıya 

çıxan problemli sualları cavablandırmağa təşəbbüs göstərilməsində onda real 

idraki maraq oyanır. 

3. Motivasiyanın yığcamlığı - qısa vaxt ərzindəhəyata keçirilməsi – motivasiyanı 

yaradan zaman müəllim vaxt amilini mütləq nəzərə almalıdır. Müəllimin 

motivasiya üçün ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış 

addımdır.  Motivasiya ele qurulmalıdırki qısa müddətdə həyata keçirilsin.   

4. Motivasiyanın hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi – 

Motivasiyalar dərsin məqsədi deyil. Ona görə də müəllim  dərsə hazırlaşarkən 

əsas diqqəti digər məqsədlərə yönəltməlidir. Az vaxt ərzində motivasiya 

səhnəsi yaratmalıdır.   

  5. Uşaqlar tərəfindən orta cətinliklə dərk edilməsi (onların yaş və bilik 

səviyyəsinin nəzərə alınması) –Motivasiya zamanı problemli vəziyyəti yaradarkən 

müəllim şagirdlərin təfəkkür fəaliyyətini oyadan və ya fəallaşdıran, müxtəlif 

fıkirlərin, ideyaların daha çox olmasını və problemli sualların şagirdlərin 



səviyyəsinə uyğunluğunu həm də bu sualların çətin, maraqlı və cəlbedici olması 

nəzərə alınmalıdır. 

Motivasiyalar müxtəlif xarakterli olmalıdır. Onların tərtib edilməsində şagirdlərin 

maraqları nəzərə alınmalıdır. Motivasiyalar şagirdlərdə təəccüb, maraq şübhə 

yaratmalıdır. 

1.

 



Rəmzi (simvolik) materialın şərhi- bu şəkil, rəsm,simvol, melodiya, əbədi 

əsərdən parça, rəvayət, sxem, tapmaca, qrafik, sxem və s ola bilər. Müəlllim 

bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab  verməyi 

təklif edir. « Bunun bizim öyrənəcəyimiz mövzuya nə kimi əlaqəsi var»  

2.

 

Sual verməyə həvəsləndirmə - idrak prosesini fəallaşdırmaq üçün sualların 3 



növü var.  

- öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyən edən suallar 

- açıq suallar- yəni iki və ya daha çox cavab variantı olan suallar 

-  öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (növlər, 

tiplər, xassələr, nəticə, rol, səbəb,qayda, qüsur,  və s. açar sözlər olmalıdır.)  

3.

 



Problemin müxtəlif yollarla həll edilməsi- müxtəlif yollarla təsnif edilmək, 

problemin müxtəlif üsullarla uğurlu həlli, ziddiyyət və təəccüb yaratmaqla, 

təcrübə qoymaqla, və s 

Hər 3 halda müəllim şagirdləri istiqamətləndirməklə prosesi idarə etməlidir. 

Problemi qoymaq üçün sual və ya tapşırıq verilir- yönəldici suallar təklif edilir- 

tədqiqat sualı çıxarılır- fərziyyə irəli sürülür.  

Məsələn :  1972- ci   il  iyunun  5-də  Stokholmda  BMT-

nin  “Ətraf  mühütin  mühafizəsi  problərinə  dair” konfrans  kecirildi,  iyunun 5-

ni  “Ətraf  Mühütün  Mühafizəsi  Günü”  elan 

edildi.  İndi  bütün  dünyada  olduğu  kimi  Azərbaycanda  da  iyunun  5-i 

müxtəlif  ekoloji  tədbirlərlə qeyd edilir. 

- Ətraf mühütin qorunması üçün nə edə bilərsiniz? 

 

 

Müasir dərsin ikinci mərhələsi  TƏLİM və ya  DƏRKETMƏ adlanır. Şagirdlər 



yeni mövzunu bu mərhələdə mənimsəyir. Bu mərhələdə  mötivasiya prosesində 

ortaya çıxan problem tədqiqat halına gətirilir və şagirdlər  mövzunu tədqiq edirlər.  

 

Tədqiqatın aparılması üçün  müxtəlif təlim formaları seçilə bilər: bütün 



siniflə birgə, kiçik qruplarda, cütlük şəkiində və fərdi şəkildə Tədqiqat 

prosesi müxtəlif  mənbələr üzərində aparıla bilər: 

1.

 

mətn üzərində - şagirdlər mətni oxuyub ona verilən suala cavab axtarırlar. 



Məsələn, Mətni oxuyun suala cavab verin. 


 

 

 



 

 

 



Müzakirə edin və nəticə çıxarın: 

-

 



Qəza ilə oyuncaqların satışının artması arasında hansı əlaqə ola bilər?  

 

2.  cədvəl üzərində- cədvəldəki statistik rəqəmləri təhlil etməklə, hesablamaqla  



əsasında verilən tapşırıq həyata keçrilir. Məsələn 

2013-cü il hesabat cədvəlindən olan bir hissəni təhlil edin və aşağıdakı suallara 

cavab verməyə çalışın: 

Ölkə 

Adambaşına düşən          

    gəlir (ABŞ dolları 

ilə) 

Dünyada 

tutduğu yer 

Norveç 

29620 



BƏƏ 

20530 

48 

İsrail 

19790 

22 

Botsvana 

7820 

125 

Azərbaycan 

3090 

89 

Türkiyə 

5890 

96 

Somali 

700 

191 

Müzakirə edin və nəticə çıxarın: 

- Adambaşına düşən gəlirin miqdarı ilə ölkələrin təbii şəraiti arasında hansı əlaqə 

vardır?  

 

2.

 



-xəritə üzərində - şagirdlər axtarış yolu ilə tapşırığı yerinə yetirirlər. 

Məsələn,  

 1992-ci ilin əvvəlində  Qonkonkdan ABŞ-a istiqamətlənən gəmidə 29 min ədəd  

plastik oyuncaq sarı ördək, tışbağa, qurbağa və diğr Çin malları vardı. Təqribən 

yolun yarısında gəmi qəzaya uğradı və oyuncaqlar ətrafa dağıldı  Az sonra 

oyuncaqlara müxtəlif ərazilərdə eləcə də Alyaska və  Havay sahillərində  rast 

gəlinirdi.  

Bu hadisədən sonra  həmin oyuncaqların satışı dəfələrlə artdı.  




 

4. - xəritə-sxemlər üzərində - məntiq və keçirilmiş mövzuları yada salmaqla 

tapşırıq həll olunur. Məsələn,  

Məntəqələri aldıqları istilik miqdarına görə ardıcıl sıralayın.  

 

 

 



 

 

                      Müzakirə edin və nəticə çıxarın: 



   – Sıralamanı nəyə əsasən apardınız? 

 

5. - şəkil üzərində- müqayisə aparmaq, təyin etmək və s ilə tapşırıq həll olunur 



6. - qrafik təsvirlər ( qrafik, diaqram və s) təhlil etməklə tapşırıq həll olunur. 

Məsələn,  Ümumi daxili məhsulun artım dinamikasını müqayisə edin. 

 

A  


B  

C  


D  

E  



Müzakirə edin və nəticə çıxarın: 

-

 



Azərbaycanda ÜDM-nin artım dinamikasının yüksək olmasını, və dünya  və 

Avropa ittifaqında sabit olmasının səbəbləri nədir? 

 

Tədqiqat motivasiyanın davamıdır. Şagirdlər onlara verilmiş tapşırıq üzərində 



düşünür və müxtəlif  nəticələrə gəlirlər. Onların fikirləri səhv də ola bilər.  

Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştrakçılarını bir-birinin 

təqdimatını fəal dinləməyə sövq edir. Hələlik bu biliklər natamam və xaotik 

xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya 

salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına 

cavab tapmaq zərurəti yaranır. Məlumat mübadiləsi zamanı işgüzar səs-küyün 

olması təcrübəçi tələbədə çaşqınlıq yaratmamalıdır.  

Müəllim yönəldici, köməkçi suallardan istifadə etməklə əldə edilmiş faktların 

müzakirəsinə və onların təşkilinə kömək edir. Nəticədə tədqiqat sualına cavab əldə 

olnur.  Məlumat sxem, qrafik, cədvəl, təsnifat  formasında təşkil oluna bilər. 

Məlumatın müzakirəsinin təşkil edilməsi üçün   slayd, animasiya hazirlaması 

dərsin səviyyəsini artira bilər.  

şagirdlərin təfəkkürünün inkişafına  və yeni materialı öyrənməsinə xidmət edir. 

Onlar yeni mövzuya aid informasiyaları qəbul edir. Müəllimin istiqamətləndirici 

kimi iştirakı bu mərhələdə daha aydın hiss olunur. Şagirdlərin mövzunu  sərbəst 

şəkildə öyrənməsinə daha az müdaxillə etməklə müəllim əslində onların  dərk 

edərək  öyrənməsinə şərait yaradır. 

Müasir dərsin üçüncü mərhələsi TƏLİMDƏN SONRA adlanır.  

Bu mərhələyə  DÜŞÜNMƏ mərhələsi də deyilir.  Bu  şagirdlərin yeni anlayışları 

əldə etməsi, yeni biliyin möhkəmlənditrilməsi bu mərhələdə həyata keçirilir. 

Yeni biliklərin mənimsənilməsi səviyyəsi, şagirdlərin həmən  informasiyanı 

öz sözləri ilə ifadə etmək bacarığı ilə ifadə olunur. Öyrənmə fərdi formada 

yerinə yetirilir. Müəllim şagirdləri müzakirəyə cəlb edir. 

Şagirdlər  yeni biliyin kəşfi yolunda son addımı atır. Onlar əldə etdiyi  bilikləri 

ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı və irəli sürülmüş 

fərziyyələrlə  müqayisə etməlidirlər. Şagirdlər bilgiləri məhz özləri kəşf etdikləri 

üçün şagirdlər  sevinc və məmnuniyyət hissi keçirir. 

Tətbiqetmə  mərhələsi müasir dərsin əsas məqsədinin , təlim nəticələrinin 

reallaşmasını göstərən mərhələsidir.  

Biliklərin mənimsənilməsinin  göstəricisi  onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı 

tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. 

Bu mərhələdə də yalnız dərslikdə verilən nümunə deyil müxtəlif üsullar tətbiq 

edilməlidir. 



Tətbiqetmə mərhələsi üçün tapşırıqlar müəllim tərəfindən hazırlana bilər. Bu 

tapşırıqlar  adətən öyrənilən bilik və bacarıqların xəritədə, diaqramda, xəritə 

sxemdə, cədvəldə  və s ifadə edilməsidir.    

 Dərsin son mərhələsi öyrənilənlərin qiymətləndirilməsidir.  Qiymətləndirmə 

istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Bunun üçün 

vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına 

nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. 

Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə  prosesi məhz bu məqsədə xidmət 

etməlidir. 

Müasir dərsin sonu mövzuya aid  refleksiya ilə bitir.  Refleksiya  şagirdlərin mətni 

necə  mənimsədiklərini əks etdirən sualların qoyuluşuna xidmət edir. 

Reflaksiya eləcə də  dərsin sonunda müəllimin mövzuya aid şagirdlərin 

rəylərini öyrənməsidir. 

        Refleksiya şagirdlərdə özünü obyektiv qiymətləndirməyə geniş imkan yaradır 

ki, bu da dərsin tərbiyəedici əhəmiyyətini artırır. 

 

Müasir  dərsin    əsas  xüsusiyyətləri  dərsin  mexanizmləridir.  Uzun  illərin  təcrübəsi 



göstərir  ki,  dərsdə  müəllimin  fəallığına  həmişə  üstünlük  verilir.  Müəllim  bilik 

mənbəyi kimi çıxış edib. Şagirdlər isə yeni bilikləri həmişə müəllimin məlumatları 

və izahlarını qavrama və yadda saxlama əsasında mənimsəyiblər. Müasir dərs fəal 

təlim mexanizmlərinin tətbiqi ilə gerçəkləşir.

 

Təhsil islahatının zəruri etdiyi fəal dərsin təşkili zamanı problem şərait yaradılmalı, 



müəllim  bələdçilik  etməli,  şagird-tədqiqatçı  olmalı,  dialoq  və  əməkdaşlıq  təmin 

edilməli, psixoloji dəstək göstərilməlidir. Qeyd olunan tələblərin ödənilməsi ilə fəal 

dərsin təşkilini reallaşdırmaq mümkündür. Müşahidələr göstərir ki, müəllimlər qeyd 

olunan  mexanizmlərin  mahiyyətinin  şərhində  və  praktik  tətbiqində  çətinliklərlə 

üzləşirlər.Fəal dərsin aşağıdakı mexanizmləri vardır: 

 

 



Mexanizm №1-Problemli şəraitin yaradılması: 

Şagirdin qarşısına problem qoyulur və bu problemi həll etməyə yönəldilməsi 

nəticəsində idrak fəallığı yaranır. 

Mexanizm №2-Şagird tədqiqatçı,müəllim fasilitator. 

Fəal təlim zamanı şagird subyekt mövqeyi tutmalı,bu prosesin bərabər 

iştirakçısı olmalıdır.Şagird tədqiqatçı,müəllim isə bələdçi rolunu həyata 

keçirməlidir.Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə 

etməlidir. 

Mexanizm №3-Dialoqun və əməkdaşlığın zəminliyi. 

Fəal təlimdiplpji şəkildə əməkdaşlıq şəklində həyata keçirilir. 




Mexanizm№4-Psixoloji dəstək.Hörmət və etibar.Şagirdlərin idrak 

fəallıqlarını  saxlamaq vasitəsi-onların psixoloji dəstəklənməsidir: 

Müəllimin xeyirxah münasibəti,şagirdlərə hörmət və etibar,onların 

bacarığına inamın olmasıdır.  

 

İstifadə  olunan ədəbiyyat 



1.

 

Əlizadə  E.,  Seyfullayeva  N.,  Aktoprak  İ.,  Şabanova  Y.  Coğrafiya  –  9, 



Ümumtəhsil məktəbləri üçün dərslik, Bakı: Bakınəşr, 2016, 204 s. 

2.

 



 Əlizadə E., Seyfullayeva N., Aktoprak İ., Şabanova Y. Coğrafiya – 9, Müəllim 

üçün metodik vəsait, Bakı: Bakınəşr, 2016, 204 s. 

3.

 

 Əlizadə  E.,  Seyfullayeva  N.,  Rakçayeva  İ.,  Şabanova  Y.  Coğrafiya  –  6. 



Ümumtəhsil məktəbləri üçün dərslik, Bakı: Bakınəşr, 2013, 160 s. 

4.

 



 Kurikulum. Elmi – metodik jurnal. Bakı: Şərq – Qərb, 2013, №3,152 s. 

5.

 



 Qəribov  Y.,  Seyfullayeva  N.,  Hümbətova  Ş.,  Şabanova  Y.,  İsmayılova  T. 

Coğrafiya – 7. Ümumtəhsil məktəbləri üçün dərslik, Bakı: Bakınəşr, 2014, 144 

s. 

6.

 



 Qəribov  Y.,  Seyfullayeva  N.,  Hümbətova  Ş.,  Şabanova  Y.,  İsmayılova  T. 

Coğrafiya – 7. Müəllim üçün metodik vəsait, Bakı: Bakınəşr, 2014, 144 s. 

7.

 

Müəllim  hazırlığının  və  orta  təhsilin  perspektivləri  (Qərb  təhsil  sisteminin 



təcrübəsi əsasında). Müəllimlər üçün vəsait. Bakı: 2005, (IREX təşkilatının xətti 

ilə).152 s. 

8.

 

Veysova Z. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, Bakı: 2007, 149 s. 



 

 

 



 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə