Mühazirə 5: İnternet protokolları Plan



Yüklə 229,41 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix26.03.2023
ölçüsü229,41 Kb.
#103241
növüMühazirə
  1   2   3   4   5   6
Fənn infor.idarə edil. mühazirə 5



Fənn: İnformasiyanın idarə edilməsi 
Mühazirə 5: İnternet protokolları 
Plan: 
1.
OSİ modeli 
2.
TCP/İP protokolu 
3.
Digər şəbəkə protokolları 
4.
Ünvanlaşma 
 
OSİ modeli
- texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün 
qəbul olunmuş ümumi formasıdır. OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki 
təchizatından tutmuş proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir 
kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış 
formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır.
Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə 
məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların 
istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə 
kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın özünə məxsus 
proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər 
və drayverlər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada
bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər 
yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın 
texnologiyasını istifadə etmək məcburiyyətində qalırdı. Çünki digər firmaların 
texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə 
əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi. Həmin firmadan alınan 
mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi bir sistemin 
yaranmasına tələb yaratdı. Standartlaşdırmada yaranan problemlərin başında 
proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus 
terminologiyasının olması idi.
1984-cü ildə International Organization of Standardization (ISO) adında bir 
qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı. ISO qurumun 
adının qısaltması deyil, latınca “bərabər” mənasını verən "isos" sözündən götürülüb. 
Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI 
Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. 
Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr 
tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir. 
Səviyyələr -
OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə 
daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, 
kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir 


kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir. Model bu prosesi 7 lay 
formasında izah edir: 

Yüklə 229,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə