Mühazirə Həzm sistemi və həzmolma prosesləri  Plan: 



Yüklə 144,81 Kb.
Pdf görüntüsü
tarix17.11.2017
ölçüsü144,81 Kb.
#10848
növüMühazirə




Fənn:

Qida fiziologiyası



Tərtib etdi:



müəl., b.ü.f.d.



BABAŞLI A.Ə.






Mühazirə 3. Həzm sistemi və 

həzmolma prosesləri



Plan:

1. Qida məhsulları və qida maddələrinin həzmdə 



iştirakı.

2. İnsanda həzmin struktur-funksional təşkili, həzmin 



növləri.

3. Həzm aparatının quruluşu və funksiyaları.



4. Mədədə həzm.

5. Bağırsaqlarda həzm.



6. Qaraciyər və onun həzmdə funksiyası.

7. Həzm sistemi orqanları və onların funksiyalarının yaş 



inkişafı.

8. Həzm sistemində funksional qarşılıqlı əlaqələr.



9. Həzm mərkəzləri və həzmdə onların rolu.

10. Mədə-bağırsaq fəaliyyətinin neyro-humoral təyini.






Qida məhsulları və qida maddələrinin həzmdə iştirakı.

İnsanın qidalanması üçün tələb olunan qida 



məhsullarının demək olar ki, hamısı bitki və heyvan 

mənşəlidir və onların növləri qidalılıq dəyərləri 

olduqca müxtəlifdir. İnsanın qidasının əsas hissəsini 

taxıl, meyvə, tərəvəz, ət, süd, balıq və yumurta 

məhsulları təşkil edir. Dünya əhalisinin böyük 

əksəriyyəti üçün qida məhsulları kimi çörək, düyü və 

ət ümdə əhəmiyyətə malikdirlər. Qida məhsulları, 

tərkibindəki qida maddələrinə görə fərqlənirlər. 

Orqanizm üçün bu maddələrin ayrı-ayrılıqda 

əhəmiyyəti eyni deyildir. Qida maddələrinə zülallar, 

karbohidratlar və yağlar aiddir. Bunlar mürəkkəb üzvi 

birləşmələr olub, bitki və heyvan orqanizmlərində 

sintez olunurlar. Zülallar amin turşulardan, 

karbohidratlar bəsit şəkərlərdən (qlükoza, fruktoza və 

s.), yağlar isə qliserin və yağ turşularından əmələ 

gəlirlər. 




Fizioloji mənada qida maddələri kimi məhz amin 

turşuları, bəsit şəkərlər və yağ turşuları hesab 

olunurlar. Zülallar, karbohidratlar və yağlar həzm 

olunduqda bu maddələr əmələ gəlir və onlardan 

mürəkkəb qida maddələrinin (zülal, karbohidrat, yağ) 

sintezi üçün orqanizmdə yenidən istifadə edilir. Sözün 

geniş mənasında qida maddələri dedikdə, buraya 

zülal, şəkər və yağlardan başqa su, mineral duzlar, 

vitaminlər kimi maddələri də əlavə etmək olar. Amma 

yadda saxlamaq lazımdır ki, bu maddələr kalori 

(enerji) əldə etmək nöqteyi-nə­zərdən qida əhəmiyyəti 

daşımırlar. İnsan qidasının əsas karbohidrat mənbəyini 

bitkilər təşkil edirlər. Taxıl (buğda, arpa, düyü, 

qarğıdalı və s.), kartof və düyü məhsulları 

karbohidratlarla çox zəngindirlər. Paxlalı bitkilər, bitki 

zülalları, günəbaxan, zeytun, pambıq və s. bu kimi 

bitkilər isə bitki yağları ilə zəngindirlər. 




Heyvanat mənşəli zülallar və yağlar ən müxtəlif heyvan 

orqanizmlərindən tədarük edilir və mənimsənilirlər. Adları 

çəkilən və müxtəlif mənşəli qida maddələri tikinti və enerji 

materialları kimi orqanizm üçün eyni əhəmiyyət 

daşımırlar. Karbohidrat və yağlar əsasən eneıji mənbəyi, 

zülallar və yağlar əsasən tikinti materialları kimi 

əhəmiyyətlidirlər.

İnsan orqanizmi canlı təbiətdən aldığı bitki və ya heyvan 

mənşəli mürəkkəb üzvi qida maddələrini elə olduğu kimi 

də mənimsəyib istifadə edə bilmir. Onun hüceyrələri 

yalnız müxtəlif zülal, karbohidrat və yağların parçalanması 

nəticəsində hasil olan amin turşuları, sadə şəkərləri və yağ 

turşularını qəbul edib mənimsəyir, yəni onlardan sintez-

tikinti, enerji hasili və digər məqsədlər üçün istifadə 

edirlər. Sintez proseslərində insan orqanizmi bitki və ya 

heyvan mənşəli maddələrdən özünə xas olan, özü üçün 

səciyyəvi xarakter kəsb edən yeni zülal, karbohidrat, yağ 

və digər maddələri istehsal edir.




Ona görə də qidalanma zamanı qəbul etdiyi qida 

məhsullarının tərkibindəki mürəkkəb qida 

maddələrini həzm proseslərinə (parçalanma, hidroliz) 

uğradır, alınan son məhsullar (amin turşuları, sadə 

şəkərlər, yağ turşuları), habelə qidanın tərkibindəki və 

ya əlavə qəbul edilən su və mineral duzlar isə sorulub 

hüceyrələrə daxil olurlar. 

Qida məhsullarından mürəkkəb üzvi maddələrin 

ayrılmasına və onların orqanizmdə sonrakı 

parçalanmasına həzm prosesləri deyilir. Qidalanma 

dedikdə isə buraya qida məhsullarının əldə edilməsi, 

orqanizm tərəfındən onların qəbul edilməsi, həzmə 

məruz qalması, son məhsulların sorulması, qan və 

digər toxuma mayeləri vasitəsilə daşınması və 

hüceyrələr tərəfındən mənimsənilməsi prosesləri 

nəzərdə tutulur.




2) İnsanda həzmin struktur-funksional təşkili, həzmin növləri.

İnsan çoxhüceyrəli mürəkkəb orqanizmdir. Onun 

qidalanması da mürəkkəb xarakter daşıyır. İnsan hər cür qida 

ilə qidalanan canlıdır. O, məməlilər sinfınin ən ali və şüurlu 

nümayəndəsi kimi qidalanma məqsədilə təbiətdən çox fəal və 

geniş surətdə istifadə edir, qida məhsullarının təbii və ya süni 

artırılmasında və onların yeni növlərinin aşkar edilməsind 

bilavasitə maraqlı olan varlıqdır.

İnsanda digər onurğalılarda olduğu kimi, həzm funksiyasını 



yerinə yetirən xüsusi orqanlar sistemi formalaşmışdır. Qeyd 

etmək lazımdır ki, bu orqanlar sistemi insanda xeyli 

mürəkkəb şəkildə qurulmuşdur və bəzi morfoloji əlamət və 

xüsusiyyətlərinə görə heyvanlardakından fərqlənir.

İnsanda, o cümlədən heyvanlarda əsas həzm prosesləri 



mədə-bağırsaq borusunda həyata keçir. Əslində bu həzm 

sistemi bir-birilə sıx anatomik və funksional əlaqədə olan bir 

neçə orqanlardan - ağız aparatı (dodaq, diş, dil, ağız 

boşluğuna açılan həzm vəziləri), qida borusu, mədə, nazik və 

yoğun bağırsaqlardan, mədə-bağırsaq kanalına açılan həzm 

vəzilərindən ibarətdir




Ağız boşluğuna düşən qida burada müəyyən qədər 

işləndikdən sonra mədə və bağırsaqlarda həzmə 

məruz qalır ki, buna mədə-bağırsaq həzmi və ya 

borudaxili həzm deyilir.

Həzm proseslərinin struktur və funksional təşkilinə



gəldikdə qeyd etmək la­zımdır ki, insan

orqanizmində bu bir neçə səviyyədə bərqərar

olmuşdur. Fiziolo­giya elminin son nailiyyətləri

göstərir ki, insan və heyvan orqanizmlərində üç

səviyyəli həzm mexanizmi fəaliyyət göstərir.

Onlardan ən aşağı, daha bəsiti, yalnız müəyyən



hallarda fızioloji əhəmiyyət daşıyan həzm

mexanizmi-hüceyrədaxili həzmdir.




Bu, bütün hüceyrələrdə fəaliyyət göstərən bir

mexanizmdir ki, onun əsas vəzifəsi hüceyrəyə

müəyyən səbəblər üzündən hər hansı yad qida

cisimciyi (bu zülal, mikrob, virus və başqa iri üzvi

komponent ola bilər) düşdükdə və ya hüceyrə

xaricdən zəruri qida maddələri almadıqda və ac 

qaldıqda, hüceyrədaxili mürəkkəb üzvi maddələri

parçalamaqla qida maddələrinə olan məxsusi

ehtiyacları ödəmək zərurəti yarandıqda, yaxud da

hüceyrəni tamam məhv etmək lazım gəldikdə

burada həzm proseslərini həyata keçirməkdir. 

Heyvan orqanizmlərində hüceyrədaxili həzm

aparatı funksiyasını lizosomlar deyilən

ultramikroskopik tək membran örtüklü xırda

orqanoidlər yerinə yetirir. Bu membran

qovuqcuqlarında hüceyrənin istənilən üzvi

komponentini hidroliz edə bilən həzm fermentləri

yerləşir. 




Lizosom daxilində həzm fermentləri passiv olduğu

halda, lizosom partladıqda ondan azad olan həzm

fermentləri çox aktiv və aqressiv olub, hüceyrədəki

üzvi maddələrin - nuklein turşularının, zülalların, 

yağların, polisaxaridlərin, hətta iri orqanoid

hissəciklərinin, son nəhayətdə isə hətta hüceyrənin

özünün parçalanmasına səbəb olurlar. Hüceyrənin

lizosomal aparatı orqanizm ac qaldığı müddətlərdə

daxili maddələr hesabına qidalanmanı (endogen 

qidalanmanı) həyata keçirən əsaslı mexanizmlərdən

biri hesab olunur. Lakin insanda əsas həzm, mədə-

bağırsaq həzmidir. Bu həzmin mahiyyəti ondan

ibarətdir ki, qida reflektori və qeyri- reflektori

olaraq həzm orqanlarının kanalları ilə tədricən

hərəkət edir və onun üstünə həzm vəzilərindən

olan həzm şirələri (bu şirələrin tərkibində müxtəlif

həzm fermentləri var) ifraz olunur və o həzmə

məruz qalır. Buna borudaxili həzm də deyilir.




Bu proses zamanı həzm kanalında tam 

parçalanmamış zülallar, polisaxaridlər və ya yağ 

fraqmentləri qala bilər. Belə iri qida fraqmentlərinin 

tam parçalanması prosesləri bağırsaq borusu 

divarının daxili səthində fıksə olunmuş həzm 

fermentlərinin təsiri altında həyata keçir. Buna 

divaryanı həzm və ya membran həzmi deyilir. 

Membran həzmi xüsusilə nazik bağırsaqların epitel 

qişasının əmələ gətirdiyi xovların səthində daha 

geniş surətdə həyata keçir. Həm borudaxili, həm də 

divaryanı həzm, qidanın parçalanması və sorulması 

proseslərinin effektivliyini fızioloji baxımdan xeyli 

artırır, qidanın faydalı komponentlərinin tam 

mənimsənilməsinə xidmət edir.







3) Həzm aparatının quruluşu və funksiyaları.

Həzm traktı bəzi genişlənmələri olan uzun borudan 



ibarətdir. Həzm yolu ağız boşluğundan başlanır və anal 

dəliyində qurtarır. Ən əvvəl, qida ağız boşluğuna daxil 

olur və burada bərk və yüksək sıxlığa malik olan 

qidalar xırdalanır və ağız şirəsi (ağız suyu, tüpürcək) ilə 

isladılır. Ağız boşluğunda yerləşən 32 ədəd diş 

vasitəsilə qida çeynənilir, dilin köməyi ilə qarışdırılır. 

Dil əzələ orqanı olub, səthi selikli qişa ilə örtülüdür, 

burada yerləşən dad reseptorları isə qidanın dadını 

müəyyən edirlər. Ağız şirəsi özlü, rəngsiz, neytral və ya 

zəif qələvi xassəli maye olub, ağız boşluğunun 

ətrafında olan ağızsuyu vəzilərinin - çənəaltı, dilaltı və 

qulaqyanı vəzilərin ifraz etdiyi həzm şirəsidir. Onun 

tərkibində 98,5-99% su və 1-1,5 % üzvi maddələr (zülal 

maddələrindən musin, mürəkkəb şəkərlərə təsir edən 

maltaza, amilaza və ya ptialin fermenti, qidadakı 

mikrobları zərərsizləşdirən lizosim fermenti, habelə 

qeyri-üzvi maddələr (fosfor, natrium, kalium duzları) 

vardır. 



Ağız suyu vəzilərinin sekretor fəaliyyəti ağıza 

düşən qidanın vəziyyəti, miqdarı və keyfıyyətindən 

asılı olaraq şərtsiz və şərti refleks mexanizmləri 

vasitəsilə tənzimlənilir.



4) Mədədə həzm.

Ağız boşluğunda çeynənilmiş və ağız suyu ilə 



isladılmış qida horrası və ya loxması əvvəlcə 

udlağa, sonra isə qida borusu ilə mədəyə daxil 

olur. Qida borusunun həzmdə rolu ancaq qidanın 

hissə-hissə mədəyə ötürülməsindədir. Onun ritmik 

peristaltik hərəkətləri reflektor təbiətə malikdir və 

qidanın boru boyunca hərəkətini təmin edir. Qida 

borusunun xəstəlikləri, qidalanma və həzm 

prosesinə çox mənfi təsir göstərirlər. Qida 

borusunun xərçəngi bütün xərçəng xəstəliklərinin 

3-4%-ni təşkil edir. 




Qidanın mədədə həzmi mühüm əhəmiyyət kəsb edir. 

Mədə, içərisi boşluq olan əzələ orqanı olub, insanda 

əsasən üç hissədən - yuxarı və ya kardial, orta və ya 

fundal və aşağı və ya pilorik şöbələrdən ibarətdir. 

Onun tutumu orta hesabla 2-2,5 litrə bərabərdir. 

Mədənin divarı üç qatlıdır: xarici serroz təbəqə, orta 

əzələ qatı, daxili selikli qişa. Əzələ qatı boylama və 

uzununa yerləşən saya-əzələ liflərindən ibarətdir. 

Onların nizamlı yığılıb-boşalmaları mədə divarının 

ritmik peristaltik hərəkətini təmin edir. Selikli qişa, 

silindrik epitel hüceyrələrdən əmələ gəlib, mədə 

divarının bütün daxili səthini örtür.

Epitel təbəqə burada çoxlu qanşıqlar əmələ gətirir ki, 



onlarda da külli miqdarda vəz hüceyrələri - mədə 

vəziləri formalaşmışdır. Bu vəzilər mütəmadi olaraq 

mədə şirəsini ifraz edirlər.



Mədə şirəsi rəngsiz, şəffaf maye olub, turş 

reaksiyaya malikdir. (pH 1,5-4), o əsasən xlorid 

turşusunun (HCl) sulu məhlulundan (10%-li məhlul), 

həzm fermentlərindən və mukopolisaxaridlərdən 

ibarətdir. Beynəlxalq biokimya ittifaqının fermentlər 

üzrə komissiyasının rəsmi təsdiqinə görə mədə 

şirəsində zülalları parçalayan 4 ferment mövcuddur. 

Proteolitik və ya peptid hidrolazlar (proteazalar) 

qrupuna aid olan bu fermentlər aşağıdakılardır: 

pepsin-b, rennin (ximozin) və qastriksin. Bu 

fermentlər müxtəlif substrat spesifıkliyinə 

malikdirlər və ayrı-ayrı pH - optimumlarında təsir 

göstərirlər. Onlardan əlavə, mədə şirəsində yağlara 

təsir edən lipaza fermenti də aşkar edilmişdir. 

İnsanın mədə şirəsində pepsin və qastriksin 

fermentləri mühüm yer tutur və mədə şirəsinin 

proteolitik fəallığının 95%-i qədəri onların payına 

düşür.



Mədə şirəsinin ifrazı (sekresiyası) fazalı xarakter daşıyır. 

Birinci faza şərtsiz və şərti reflekslərdən ibarət mürəkkəb 

reflektori reaksiyadır. Bu reaksiya yemək vaxtı baş verir. 

İkinci faza sinir- humoral və ya sinir-kimyəvi fazadır ki, 

onun baş verməsi qana daxil olan bəzi kimyəvi, başlıca 

olaraq hormon maddələrin mədə reseptorlarına və ya 

sinir sisteminə təsiri ilə əlaqədardır. Mədə simpatik və 

parasimpatik sinirlər, azan sinirin qolları ilə ən sıx 

innervasiya olunan orqanlardan biridir. Onun əzələ və 

selikli qişalarında zəngin məhəlli sinir kələfləri 

(intermural sinir kələfləri) vardır. 

Mədə divarında çoxlu mexano, -xemo, -osmo, -termo 



və s. reseptorlar yerləşir ki, onlar da mədənin həzm və 

hərəkət fəaliyyəti üçün zəruri olan hissi siqnalları 

mərkəzi sinir sisteminə, onun müvafiq mərkəzlərinə 

yollayırlar. Mədə toxumasında bəzi yerli mərkəzi təsirə 

malik olan hormonlar da hasil olur ki, onlar qana keçərək 

sinir-humoral yolla mədə fəaliyyətinə tənzimləyici təsir 

göstərirlər.



Yaşla əlaqədar olaraq, mədə divarının selikli 

qişasının morfoloji və fızioloji vəziyyəti dəyişilir. 

Yaşlı və ahıl adamlarda mədə fəaliyyətinin 

zəifləməsi, mədə şirəsinin tərkibinin və miqdarının, 

onun aktivliyinin kəskin dəyişilmələri müşahidə 

olunur. Bir sıra amillər (alkoqol, nikotin, psixi 

stresslər və s.) mədənin fızioloji qıcolmasına, onda 

müəyyən xəstəliklərin (mədə xərçəngi, qastrit, 

mədə xorası, mə'də yarası və s.) baş verməsinə 

zəmin yaradırlar. Yaşdan asılı olaraq mədə şirəsinin 

həcmi daha tez dəyişilir. Məs: 10-20 yaşlarında 

olan sağlam gənclərdə mədə şirəsinin həcmi 109 

ml/saat təşkil edirsə, 41-50 yaşlarında bu 77 

ml/saat, 61-70 yaşlarında isə 51 ml/saat 

qiymətlərinə qədər aşağı düşür. Bu mədədə həzmin 

keyfıyyət intensivliyinə və miqyasına mənfı təsir 

göstərir.



5) Bağırsaqlarda həzm.

Mədə boşluğunda xeyli dərəcədə həzmə məruz qalan 



qida horrası reflektori olaraq hissə-hissə onikibarmaq 

bağırsağına evakuasiya olunduğu zaman, burada həzm 

şirələrinin, mədəaltı vəzin ifraz etdiyi pankreas 

şirəsinin və qaraciyərin hasil etdiyi ödün təsiri altına 

düşür.



Pankreas şirəsi həm də xarici sekresiya vəzisi rolunu 



oynayır. Onun Langerhans adacıqları deyilən hissəsi 

daxili sekresiya vəzisi olub, qana insulin və qlükoqon 

hormonları ifraz edir. Mədəaltı vəzin pankreas şirəsi 

onikibarmaq bağırsağına açılan axarları ilə buraya xeyli 

miqdarda müxtəlif həzm fermentləri ekssekresiya edir. 

Mədə şirəsindən fərqli olaraq bu şirə qələvi reaksiyaya 

malikdir. Tərkibində tripsin, ximotripsin, amilaza, 

lipaza, nukleaza kimi fermentlər vardır ki, onlar 

zülalları, yağları, karbohidratları və nuklein turşularını 

parçalayırlar.




Tripsin zülalları polipeptidlərə qədər parçalayır, 

ximotripsin isə əsasən zərdab və yumurta zülallarına

təsir edir, amilaza nişastanı maltozaya kimi parçalayır. 

Lipaza yağları qliserin və yağ turşularına ayırır. 

Yağların həzm olunmasına ödün böyük təsiri vardır.

Öd turşuları yağın emulsiya halına düşməsinə və lipaza

fermentinin təsirinin fəallaşmasına yardım edir. Ödün

tərkibində öd turşularından başqa öd piqmentləri və

xolesterin də vardır. Öd piqmentləri hemoqlobinin

parçalanması və oksidləşməsi nəticəsində əmələ gələn

məhsullardır. Onların təsiri qidada olan yağın

emulqasiyasına səbəb olur.  Öd qaraciyərdə fasiləsiz 

olaraq əmələ gəlsə də, onikibarmaq bağırsağına ancaq 

qida qəbul ediləndə ifraz olunur. Bağırsağın bu 

hissəsində qidanın həzmi kifayət qədər getmir.



Ona görə də qida horrası buradan tədricən nazik 

bağırsağın orta və aşağı şöbələrinə hərəkət edir. Buna 

bağırsağın ritmik peristalitik hərəkətləri səbəb olur. 

Bağırsaq borusunun divarı, mədənin divarı kimi daxili 

selikli qişa, orta saya - əzələ qişası və xarici seroz 

təbəqədən ibarətdir. Bağırsağın hərəkəti onun əzələ 

qatınının yığılıb boşalmaları nəticəsində baş verir.



6) Qaraciyər və onun həzmdə funksiyası.

İnsanda qaraciyər ən böyük vəzidir, kütləsi 1,5-2 kq-a 



çatır. O qarın boşluğunda, diafraqmanın altında olub, 

mədə-bağırsaq traktına yaxın yerləşir, iki böyük 

paydan-sağ və sol hissələrdən ibarətdir. Qaraciyərin 

"qapısı" adlanan nahiyəsindən onun daxilinə qaraciyər 

arteriyası, qapı venası, limfa damarları və sinirlər daxil 

olur. Bağırsaqlardan axan və sorulmuş qida maddələri 

ilə zəngin olan venoz qan, qapı venası damarları 

vasitəsilə qaracıyərə daxil olur və burada zərərləşdirmə 

və digər proseslərə məruz qalır, bir sıra zülal və başqa 

təbiətli maddələrlə zənginləşir.




Qaraciyərin orqanizmdə vəzifəsi çox böyükdür. O, 

həzm prosesində və maddələr mübadiləsində fəal 

iştirak edir. Onun toxumasında bir sıra kimyəvi 

reaksiyalar baş verir: bağırsaqdan, dalaqdan və digər 

toxuma və üzvlərdən buraya daxil olan müxtəlif 

maddələr yenidən işlənilir, saxlanılır, yenidən 

paylanılır, mənimsənilir və parçalanır. Bununla 

yanaşı, qaraciyər orqanizmə lazım olan bəzi 

maddələri özü sintez edir.

Həzmdə qaraciyərin hasil etdiyi öd mühüm rol 



oynayır. Sutka ərzində qaraciyərdə 500-700 ml öd 

hasil olur. Həzm prosesləri getməyəndə bu məhsul 

öd kisəsində yığılır və daha da qatılaşır. Od 

qaraciyərə daxil olan qanın tərkibindəki bəzi 

maddələrdən əmələ gəlir. Məsələn, öd piqmentləri 

qanın tənəffüs zülalı olan hemoqlobinin 

parçalanması məhsullarından yaranır. Ödün mühüm 

tərkib hissələri öd turşularıdır. Onlardan başqa, ödün 

tərkibində xolesterin, lesitin, musin, yağlar, sabun və 



Qaraciyərin orqanizmdə vəzifəsi çox böyükdür. O, 

həzm prosesində və maddələr mübadiləsində fəal 

iştirak edir. Onun toxumasında bir sıra kimyəvi 

reaksiyalar baş verir: bağırsaqdan, dalaqdan və digər 

toxuma və üzvlərdən buraya daxil olan müxtəlif 

maddələr yenidən işlənilir, saxlanılır, yenidən 

paylanılır, mənimsənilir və parçalanır. Bununla 

yanaşı, qaraciyər orqanizmə lazım olan bəzi 

maddələri özü sintez edir.

Həzmdə qaraciyərin hasil etdiyi öd mühüm rol 



oynayır. Sutka ərzində qaraciyərdə 500-700 ml öd 

hasil olur. Həzm prosesləri getməyəndə bu məhsul 

öd kisəsində yığılır və daha da qatılaşır. Od 

qaraciyərə daxil olan qanın tərkibindəki bəzi 

maddələrdən əmələ gəlir. Məsələn, öd piqmentləri 

qanın tənəffüs zülalı olan hemoqlobinin 

parçalanması məhsullarından yaranır. Ödün mühüm 

tərkib hissələri öd turşularıdır. Onlardan başqa, ödün 

tərkibində xolesterin, lesitin, musin, yağlar, sabun və 



Ödün ifrazı sinir-reflektor və humor amillərlə 

tənzimlənir. Şərtsiz və şərti qıcıqlar öd kisəsinin 

əzələli divarına azan və simpatik sinirlər vasitəsilə 

təsir göstərir. Azan sinirin zəif qıcıqlanmaları öd 

kisəsinin ümumi axarının sfinkterini boşaldır, bu isə 

onikibarmaq bağırsağın boşluğuna ödün ifrazına 

səbəb olur. Azan sinirin qüvvətli qıcıqlanmasında isə 

əksinə, sfınkter yığılır və ödün öd kisəsində 

yığılmasına gətirib çıxarır. Simpatik sinirlərin 

stimulyasiyası üç bu cür effekt verir. Ödün ifrazı qida 

qəbul edildikdən 5-10 dəqiqə sonra başlanır. 3-5 

saat ərzində o öddən tamam azad olur. Öd bağırsağa 

kiçik hissələrlə, hər 1-2 saatdan bir daxil olur. Onun 

bağırsağa ifrazı, buraya qida daxil olduqda daha da 

artır və qidanın tərkibindən asılıdır.




Ödün funksional əhəmiyyəti ondan ibarətdir ki, 

bağırsaqda yağlara parçalayıcı təsir göstərən lipaza 

fermentini fəallaşdırır, qida yağlarının emulsiya halına 

düşməsini sürətləndirir. Lipaza fermenti emulsiya 

olunmuş yağlara daha güclü təsir göstərir. Öd, həmçinin 

yağların sorulması proseslərini də stimullaşdırır. Yağların 

parçalanmasının son məhsulları olan yağ turşuları öd 

turşuları ilə birləşdikdən sonra bağırsaqlarda sorulurlar. 

Öd turşuları suda asan həll olunur və ona görə də asan 

sorulurlar. Öd, həmçinin bağırsağın hərəkət funksiyasını 

artırır, bağırsaqdan çıxan ifrazat kütləsinin -

ekskrementlərin rəngini dəyişir.

7. Həzm sistemi orqanları və onların funksiyalarının yaş 

inkişafı.

Yaşla əlaqədar olaraq insanda həzm sistemi üzvləri, 



onların morfoloji və fizioloji xüsusiyyətləri xeyli dərəcədə 

dəyişilir. Mədə-bağırsaq xəstəliklərinin faizi də yaşdan 

çox asılıdır. 1 yaşa kimi uşaqlarda xəstəliklərin 40%-i, 5 

yaşa kimi uşaqlarda 30%-i, 5 yaşdan yuxarı yaşlarda 

olanlarda isə 15-20%-i mədə-bağırsaq xəstəliklərinin 

payına düşür.




İnsanda ağız aparatı doğulandan sonrakı dövrdə 

intensiv olaraq inkişaf edir. Dişlər iki mərhələdə 

əmələ gəlir: əvvəlcə süd dişləri, sonra isə daimi 

dişlər çıxır. Süd dişlərin çıxması 6-16 aylıq 

müddətlərində baş verir və 22-30 aylıq 

müddətlərində başa çatır. Bu müddət ərzində uşağın 

qidasını süd, yarımmaye halında və ya aşağı sıxlığa 

malik olan yeyinti məhsulları təşkil edir. Süd dişləri 

daimi dişlərlə əvəz olunur. Daimi dişlərin inkişafi 6-

7 yaşlarına kimi yavaş gedir. Dişlərin əvəzlənməsi 16 

yaşa qədər başa çatır. Daimi dişlər bərk toxumalar 

(dentin, emal) ilə zəngin olub, yüksək sıxlıqlı qida 

məhsullarının çeynənilməsi üçün yararlıdır. Dişlər 

həyatın ilk günlərindən etibarən inkişaf etməyə 

başlayır, 3 aylıq yaşda onların kütləsi əvvəlkindən 2 

dəfə, 2 yaşda isə 5 dəfə artır, quruluşu yaşlı 

adamlarınkına çatır.




Yeni doğulmuşlarda qida borusunun uzunluğu 11-16 

sm olur. O sürətlə uzanır və 2 yaşda 20 sm-ə çatır. 

Yaşlılarda onun uzunluğu 25 sm-ə qədərdir. Yeni 

doğulmuşlarda mədə boşluğunun tutumu xeyli kiçikdir 

(7 ml). 1 yaşa qədər olan dövrdə onun tutumu 400-500 

ml, 2 yaşda 600-700 ml, 6-7 yaşda 950-1100 ml, 10-

12 yaşda isə 1500 ml-ə qədər artır. Nazik bağırsağın 

inkişafı da yaşdan asılıdır. Onun yaşlılarda 25-30 sm-ə 

çatan onikibarmaq bağırsaq hissəsi və 5-6 m 

uzunluğunda olan yerdə qalan hissəsi doğulandan 

əvvəl və sonra intensiv şəkildə artıb inkişaf edir. 3 

yaşda olan uşaqlarda nazik bağırsağın ümumi 

uzunluğu artıq 3- 4 m-ə çatır. Bağırsağın intensiv 

uzanması 10-15 yaşlara təsadüf olunur.

Mədəaltı vəzin kütləsi 1 yaşa qədər təxminən, 3,2 dəfə 



artır. Qaraciyərin bədən kütləsinə görə götürülən nisbi 

kütləsi uşaqlarda yaşlılara nisbətən daha yüksəkdir. 

Yaşla əlaqədar olaraq onun nisbi kütləsi azalır. Yeni 

doğulmuşlarda qaraciyərin kütləsi 120-150 qram təşkil 

edir. Cinsi yetişkənlik dövrünə kimi onun kütləsi 10 

dəfə artır, 21-30 yaşlarında isə o özünün maksimal 

kütləsinə çatır.



Həzm orqanlarının funksional əlamətləri də fərdi 

inkişafda xeyli dəyişikliklərə uğrayır. Ağız suyu 

vəziləri həyatın ilk 6 aylığında az şirə ifraz edir, 

sonrakı yaşlarda isə qida qıcıqlarının təsirindən bu 

şirənin ifrazı artır. Mədə vəzilərinin sekretor 

funksiyası südlə qidalanma və definitiv qidalanma 

ilə əlaqədar olaraq dəyişilir. Yaşla bağlı olaraq 

mədə şirəsinin turşuluğu artır, 13 yaşlarında 

şirənin turşuluğu yaşlılarda olduğu kimidir. 

Mə'dənin həcminin artması, onun selikli qişasının 

inkişafı ilə əlaqədar olaraq mədə vəzilərinin 

miqdarı və funksiyası da artır. Mədə şirəsində 

pepsin və digər həzmedici fermentlərin fəallığı da 

yaşdan asılı olaraq dəyişilir. Ana südü mədədə 2-3 

saata həzm olunur. İnək südü isə 3-4 saat ərzində 

həzm oluna bilir. Digər qida maddələrinin 

(nutriyentlərin) mədədə həzm müddətləri onların 

xarakteri və mədə fəaliyyəti ilə sıx əlaqədardır.




Uşaqlarda bağırsağın peristaltikası xeyli yüksək 

olur. Körpə uşaqlarda bütün bağırsaq boyu qida 

horrası 12-30 saat ərzində, süni qida ilə 

qidalandırma zamanı isə daha uzun müddətə 

hərəkət edir. Bağırsaq vəzilərinin şirəsinin 

həzmedici fəallığı uşaqlarda xeyli aşağıdır və yaşın 

artması ilə əlaqədar olaraq artır. İnsanda qida 

davranışı reaksiyaları çox erkən yaşlardan 

başlayaraq inkişaf edir. Şərti və şərtsiz qida 

refleksləri uşaqlar üçün də xarakterikdir. Onlarda 

qidalanma vaxtı reflekslər, aclıq və toxluq hissləri 

tez yaranır. Qidanın qəbulu, ondan imtina edilməsi, 

qidanın qusulması, defekasiya aktları ilə bağlı 

reflektor reaksiyalar, uşaqlarda şəraitdən asılı 

olaraq dəyanətli və ya dəyanətsiz ola bilər.






8) Həzm sistemində funksional qarşılıqlı əlaqələr.

Həzm sisteminə aid olan bütün üzvlər bir-biriləri ilə sıx 



anatomik və funksional əlaqədədirlər. Bu günə kimi 

fıziologıya elminə tam aydın deyil ki, orqanizm həzm 

sisteminə daxil olan üzvlərin mürəkkəb fəaliyyətini 

necə uzlaşdırır və tənzimləyir. Həzm funksiyalarının 

dərk olunmasında meydana çıxan çətinliklərdən biri də 

ondan ibarətdir ki, bu ümumi funksiya öz-özlüyündə 

bir sıra ayrıca və həm də bir-biri ilə əlaqədar proses və 

hadisələr şəklində həyata keçir və elm tərəfındən çox 

hallarda ayrı-ayrılıqda öyrənilir. Həzm vəzilərinin 

sekretor funksiyası, həzm fermentləri və onların təsiri, 

mədə və bağırsaqların hərəkət funksiyaları, 

bağırsaqlarda qidanın sorulması prosesləri, 

bağırsaqların ifrazat funksiyaları, həzmin idarə və 

tənzimlənməsi - bütün bunlar həzm fiziologiyasının 

nisbi müstəqil bölmələri və ya istiqamətləri kimi tədqiq 

edilib öyrənilir.




Həzm funksiyalarının qarşılıqlı əlaqələri haqqında 

ilk təsəvvürlər hələ əsrimizin əvvəllərindən 

yaranmışdır. Hələ o dövrdə hesab edirdilər ki, 

mədə və bağırsaqların funksiyaları bir-birindən 

asılıdır. Bağırsaqların fəaliyyəti xeyli dərəcədə 

mədənin evakuator funksiyalarından asılı olduğu 

kimi, mədənin funksiyası da bağırsaqların işi kimi 

xarakterizə edilə bilər.

Ağız boşluğundan tutmuş düz bağırsağa qədər



olan uzun həzm traktında həzm prosesləri

bilavasitə qida və ifrazat kütləsinin həzm borusu ilə

hərəkətindən asılıdır. Bu isə əsasən mədə və

bağırsağın yığılma funksiyaları ilə müəyyənləşir. 

Mədə və onikibarmaq bağırsağın motor funksiyaları

üzərində aparılmış müşahidələr göstərmiş­dir ki, 

bu orqanların əzələvi yığılmaları müxtəlif tezliklə

baş verir.




Nazik və yoğun ba­ğır­sağın hərəkətləri də öz ritmik

tezliklərinə görə fərqlənirlər. Buradan belə nəticə

çı­xarmaq olar ki, mədə-bağırsaq borusunun ritmik

peristaltik hərəkətləri onun müxtəlif səviyyələrində

funksiyalara uyğun şəkildə əlaqədar mexanizmlər

vasitəsilə həyata keçirilir. Rentgenoloji, elektrofizioloji

və vizual müşahidələrə görə müəyyən olun­muş­dur ki, 

mədənin ritmik yığılma və boşalmaları daha mürəkkəb

mexanizmlərə əsas­lanır. Mədə divarının saya əzələ

təbəqəsi çəpəki (daxili), sirkulyar və uzununa (xa­rici) 

liflərdən təşkil olunduğundan, onların təqəllüsləri

zamanı bu orqanın mürək­kəb peristaltik hərəkətləri

formalaşır. Bu hərəkətlərin ritmi adətən mədənin

başlanğıc qütbündən (kardial hissəsi) onun digər

hissələrinə doğru cərəyan edir. Mədənin yığıcı

funksiyası buraya düşmüş qida kütləsinin yaxşı

qarışmasına və onikibarmaq bağırsağa evakuasiya

olunmasına yardım edir. 




Bu proses mədə-bağırsaq kanalının distal 

şöbələ­rin­də gedən həzm proseslərinə bilavasitə təsir 

göstərir. Mədə-bağırsaq borusunun anadangəlmə 

hərəkət avtomatizmi ayrı-ayrı hissələri səviyyəsində 

fərqli olsa da ümumi sinir və humoral mexanizmlər 

vasitəsilə idarə və tənzim olunur ki, bu da həzm 

orqanlarının ayrı-ayrılıqda və bütövlükdə ümumi 

vəzifəsinə tabedir.

Beləliklə, xüsusi qeyd edilməlidir ki, sağlam insan 



orqanizmində həzm sistemi orqanları, digər funksional 

sistemlərdə olduğu kimi, vahid bir tam kimi fəaliyyət 

gös­tərir və orqanizmin qidalanmasında çox mühüm rol 

oynayırlar. Həzm aparatının hər hansı orqanında baş 

verən pozğunluqlar sinxron olaraq digər orqanların 

fəaliyyətinə neqativ təsir göstərir və onların 

fəaliyyətinin pozulmasına gətirib çıxarır. Həzm 

aparatına məxsus olan bir orqanın tam və ya qismən 

çıxarılması (məs: mədənin və ya bağırsağın rezeksiyası) 

ilə əlaqədar olaraq, bütün həzm sistemində dərin 

dəyişikliklər baş verir.



Həzm prosesində digər sistemlərin, ilk növbədə, qan-

damar, ifrazat, en­do­krin və sinir sistemlərinin birgə 

fəallaşması baş verir ki, bu da qidalanma funksi­yasının 

həyata keçməsi və idarə olunması proseslərinin mühüm 

əhəmiyyətini göstərir.



9) Həzm mərkəzləri və həzmdə onların rolu.

Qidanın axtarılması, qəbulu və həzmi prosesləri də 



orqanizmin davranışının mühüm tərkib hissəsidir və 

qida davranışı kimi əsasən mərkəzi sinir sistemi 

tərəfındən idarə olunur. Mərkəzi sinir sisteminin 

müxtəlif pillələrində həzmi idarə edən xüsusi sinir 

mərkəzlərinin olması, bu prosesin orqanizm üçün 

böyük əhəmiyyətini bir daha təsdiq edir. Əsas həzm 

mərkəzləri baş beyinin müxtəlif şöbələrində 

yerləşmişdir.



Mədənin boşalması (evakuasiya) mərkəzi - mədedəki 

qida möhtəviyyatının onikibarmaq bağırsağa hissə-

hissə keçməsini təmin edir



Baş beyinin uzunsov beyin nahiyəsində həzmlə 

əlaqədar olan aşağıdakı mər­kəzlər fəaliyyət göstərir:

Əmmə mərkəzi - südəmər körpələrdə fəaliyyət işinin 

əmmə reaksiyalarını işə salır. Uzunsov beyin 

zədələnməsində bu mərkəzin fəaliyyəti itir. Çeynəmə 

mərkəzi - ağıza qida düşdükdə, reflektori olaraq onun 

çeynənilməsi aktını işə salır. Bu, əmmə refleksinə 

nisbətən daha mürəkkəb reflektori prosesdir. Ağız 

şirəsi ifrazı mərkəzi - qidanın ağıza düşməsi ilə 

əlaqədar olaraq ağız suyu vəzilərinin fəaliyyətini 

reflektori artırır və qidanın xarakterindən asılı olaraq 

onu dəyişir. Udma mərkəzi - ağız və udlaq 

boşluqlarının əzələlərinin vəziyyətini reflektori olaraq 

dəyişdirir və udma aktını həyata keçirir. Mədə şirəsi 

ifrazı mərkəzi - qida ağız və mədə boşluqlarına 

düşdükdə, mədə şirəsinin ifrazını tənzimləyir.






Qusma mərkəzi - bu müdafiə xarakterli reflektori 

qida imtinalarını həyata keçirir. Qusma reaksiyası 

mədəyə yararsız və ya zərərli maddələrin düşməsi 

və onların mədədən rədd edilməsi ilə əlaqədardır.



Mədəaltı vəzi şirəsinin ifrazı mərkəzi - qida 

onikibarmaq bağırsağını keçdikdə, pankreas 

şirəsinin ifrazını tənzimləyir. Öd ifrazı mərkəzi -

onikibarmaq bağırsağa yağlı qidanın düşməsi ilə 

əlaqədardır. Ödün buraya reflektori tökülməsini 

təmin edir.

Həzm və qidalanma, aclıq və toxluq, susuzluq və s. 



bu kimi halların tənzimlənməsində ara beynin ən

mühüm strukturlarından olan hipotalamus mühüm

rol oynayır. Burada ali vegetativ funksiyaların

(qidalanma, tənəffüs, ifrazat və s.) mərkəzləri

yerləşmişdir. 



Aclıq və susuzluq hisslərinin və bu hisslər ilə bağlı olan 

emosional-moti­vasion vəziyyətlərin yaranmasında 

hipotalamusun bəzi nüvələri xüsusi rol oynayır. Bu 

nüvələrin pozulması (zədələnməsi) və ya 

qıcıqlandırılması orqanizmin qida davranı­şında kəskin 

dəyişikliklərə səbəb olur: iştahanın artması, hədsiz 

dərəcədə və uzun müddət ardıcıl qidalanma, orqanizmin 

piylənməsi və s. bu kimi hallar büruzə olur. 

Hi­potalamusun ventromedial nüvələri adlanan sahənin 

pozulması zamanı hiperfasiya, poli­dipsiya (hədsiz 

susuzlama, piyləmə) kimi proseslər sürətlənir. Onun 

lateral nüvə­ləri adlanan sahənin pozulması afaziya və 

adipsiya hallarına (iştahdan qalma, sudan im­ti­na etmə) 

gətirib çıxarır, bu da orqanizmin son nəticədə həddən 

ziyadə arıqla­ma­sına və ölümünə gətirib çıxarır. 

Hipotalamusun orta və yan nüvələrində "toxluq" və 

"ac­lıq" mərkəzlərinin yerləşdiyi təcrübi yolla sübut 

edilmişdir. Bu mərkəzlərin oyan­ması qida axtarışı, 

qidanın mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir 

sıra vegeta­tiv və hərəki reflektori reaksiyaları işə salır. 




Aclıq və susuzluq hisslərinin və bu hisslər ilə bağlı olan 

emosional-moti­vasion vəziyyətlərin yaranmasında 

hipotalamusun bəzi nüvələri xüsusi rol oynayır. Bu 

nüvələrin pozulması (zədələnməsi) və ya 

qıcıqlandırılması orqanizmin qida davranı­şında kəskin 

dəyişikliklərə səbəb olur: iştahanın artması, hədsiz 

dərəcədə və uzun müddət ardıcıl qidalanma, orqanizmin 

piylənməsi və s. bu kimi hallar büruzə olur. 

Hi­potalamusun ventromedial nüvələri adlanan sahənin 

pozulması zamanı hiperfasiya, poli­dipsiya (hədsiz 

susuzlama, piyləmə) kimi proseslər sürətlənir. Onun 

lateral nüvə­ləri adlanan sahənin pozulması afaziya və 

adipsiya hallarına (iştahdan qalma, sudan im­ti­na etmə) 

gətirib çıxarır, bu da orqanizmin son nəticədə həddən 

ziyadə arıqla­ma­sına və ölümünə gətirib çıxarır. 

Hipotalamusun orta və yan nüvələrində "toxluq" və 

"ac­lıq" mərkəzlərinin yerləşdiyi təcrübi yolla sübut 

edilmişdir. Bu mərkəzlərin oyan­ması qida axtarışı, 

qidanın mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir 

sıra vegeta­tiv və hərəki reflektori reaksiyaları işə salır. 




Adları çəkilən hipotolamik mərkəzlər qanın tərkibində 

qida maddələrinin səviyyəsinə həssasdırlar. Digər 

tərəfdən hipotala­mus mədədən və digər həzm 

orqanlarından onurğa və orta beyin vasitəsilə, habelə 

di­gər resseptiv yollarla orqanizmin qida homeostazı 

haqqında siqnallar alır. 

Hipotala­mus neyronları osmo, xemo və digər tipli 

reseptorlara malikdir ki, orqanizmin daxili mühi­tinin 

kimyəvi tərkibində və fıziki vəziyyətində əmələ gələn 

dəyişikliklərə tezliklə reaksiya verir.

Baş beyin yarımkürələrinin qabığı orqanizmin bütün 



daxili üzvlərinin, o cüm­lə­dən həzm sistemi 

orqanlarının fəaliyyətini daim nəzarətdə saxlayır, onlara 

korreksiya­edi­ci siqnallar göndərir, vegetativ və 

somatik reaksiyaların şərti reflektor və iradi 

tənzimləmə proseslərinə rəhbərlik edir. 




10) Mədə-bağirsaq fəaliyyətinin neyro-humoral 

tənzimi.

Orqanizmin bütün üzvləri və üzvlər sistemlərinin 

funksiyaları başlıca olaraq sinir-humoral mexanizmi 

vasitəsilə tənzimlənilir. Verilmiş orqanın funksiyasının 

sinir tənzimlənməsi dedikdə, bu orqana əzələ hərəki 

sinirlərin onun fəaliyyətinə etdiyi müs­bət (oyadıcı) və 

mənfı (ləngidici) və yaxud düzəlişverici, təhsisedici 

(korreksiyaedici) təsirlər nəzərdə tutulur. Bu təsirlərin 

oyadıcı və ya ləngidici xarakterdə olması hər bir 

verilmiş anda ətraf mühitin orqanizmə təsiri və 

orqanizmdə yaranan vəziyyətin tələb­ləri, orqanın 

fəaliyyətinin artıb və ya azalmasının fızioloji (bioloji) 

məqsədəuyğunluğu ilə sıx əlaqədardır. Humoral 

tənzimləmə dedikdə isə orqanizmdə dövran edən daxili 

mayelərdə - qan, limfa, hüceyrələrarası maye və ya 

toxuma mayesi, beyin, onurğa beynin mayesi (likvor) 

kimi mühitlərdə olan bəzi fızioloji fəal maddələrin, ilk 

növbə­də hormonların orqanların fəaliyyətinə olan 

tənzimləyici təsirləri nəzərdə tutulur. 



Sinir-humoral tənzimləməni vahid bir mexanizmin 

fəaliyyəti kimi də başa düşmək lazım­dır. Belə ki, sinir 

sistemi humoral sferaya, axırıncı isə sinir sferasına 

qarşılıqlı təsir göstərir. 

Mərkəzi sinir sistemi, ilk növbədə baş beyin, ali vegetativ 

mərkəzi olan hipotalamus və onun neyrosekretor 

funksiyası (burada hasil olan neyrohormonlar) baş 

endokrin vəzi olan hipofızə, bu vəz də, öz növbəsində, 

periferik endokrin vəzilərə tənzimləyici təsir göstərir, 

onlarda hormonların az və ya çox hasil olmasına nəzarət 

edir. Hipotalamo-hipofızar tənzimləmə sistemi sinir-

humoral tənzimləmədə çox mühüm rol oynayır. Daxili 

üzvlərin fəaliyyətinin tənzimlənməsində baş və onurğa 

beyinin müəyyən strukturları ilə bağlı olan simpatik və 

parasimpatik sinir şöbələri bir-birinə əks-antaqonist 

təsirlərə malikdir. Əgər simpatik sinir sistemi verilmiş 

orqanın fəaliyyətinə müsbət (oyadıcı) təsir edirsə, 

parasimpatik sinir sistemi ona mənfı (ləngidici) təsir 

bağışlayır. 



Uzunsov beyinlə beyin körpüsü sərhədindən 

başlanğıc olan azan siniri daxili orqanları 

sinirləndirən əsas parasimpatik sinirlərə aiddir. 

Simpatik və parasimpatik mexanizmlər, müvafiq 

olaraq beyindaxili adrenerqik və xolinerqik 

mexanizmlər (noradrenalin və asetilxolin kimi 

neyromediatorlara-sinir siqnallarının neyrondan 

neyrona və ya işçi üzvə ötürülməsini təmin edən 

maddələrə həssas olan neyron ansamblları) ilə sıx 

əlaqədardır və onların fəaliyyəti ilə tənzimlənilir.

Həzm sisteminin fəaliyyətinə mərkəzi sinir 

sisteminin simpatik və parasimpatik təsirləri 

çoxcəhətlidir və əsasən bir-birinə əks xarakter 

daşıyır. Bu təsirlər başlıca ola­raq, ağız şirəsi 

vəziləri, mədə və bağırsaq vəziləri, mədəaltı vəzinin 

pankreas hissəsi­nin fəaliyyətinin, mədə və 

bağırsaqların motor və evakuator funksiyalarının 

tənzim­lən­məsinə doğru yönəlmişdir. 




Parasimpatik sinirlər və onların postqanqlionar (sinir 

düyünü və sinir kələfı arxası) lifləri bilavasitə 

qulaqyanı və çənəaltı həzm vəzilərini, mədə, nazik 

bağırsaq, qaraciyər, mədəaltı vəzi və yoğun bağırsağı 

innerva­siya edir və onların fəaliyyətinə stimuləedici 

təsir göstərir. Mədə və bağırsaqların divarını 

innerva­siya edən simpatik liflər bu orqanların motor 

funksiyalarına ləngidici təsir edir, para­simpatik liflər 

isə onların ritmik peristaltik hərəkətlərinin fəallığını 

artırırlar.

Təcrübədə baş beyinin müxtəlif zonalarını 

qıcıqlandırdıqda, həzm sistemi orqan­larının 

fəaliyyətində baş verən dəyişikliklərə nəzər saldıqda 

görmək olar ki, bu reak­siyalar qıcıqlandırılan beyin 

zonasından və həzm orqanının vəzifəsindən asılı 

olaraq müxtəlifdir.




Baş beyin qabığının bəzi ön sahələrini qıcıqlandırdıqda 

mədə cisminin hərəkətləri sürətlənir, onun sekresiyası 

artır, mədə və bağırsağın tonusu zəifləyir, motor və 

premotor sahələrini qıcıqlandırdıqda isə, nazik və yoğun 

bağırsağın peristallik və antiperistallik hərəkətləri artır, 

pankreas şirəsinin və ödün ifrazı azalır, ağız suyunun 

ifrazı isə artır. Hipotalamusun bəzi nüvələrinin 

qıcıqlandırılması mədə və bağırsaqların motor 

funksiyasına ləngidici təsir göstərir, həzm şirələri 

ifrazatını dəyişdirir, nazik bağırsağın tonusunu azaldır. 

Orta beynin qıcıqlandırılması nazik bağırsağın peristaltik 

hərəkətlərini zəiflədir, mədənin motor funksiyasının 

oyanıb azalmasına səbəb olur, onun sekretor fəaliyyətini 

artırır. Uzunsov beyinin qıcıqlanması mədə və bağırsağın 

reaksiyalarını əvvəl sürətləndirir, sonra isə aşağı salır. 

Beləliklə, bu kimi faktlar bir daha sübut edir ki, baş 

beyinin ən müxtəlif törəmələri həzm orqanlarının 



fəaliyyətinin tənzimlənməsində geniş iştirak edirlər.

Yüklə 144,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə