Mühazirə Kursa giriş Quyuların geofiziki tədqiqatı



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix05.02.2018
ölçüsü0,82 Mb.
#25721
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   30


Mühazirə 1. 

Kursa giriş Quyuların geofiziki tədqiqatı  

 

Quyuların geofiziki tədqiqatı fiziki üsulların cəmi olub quyu uəsilişi üzrə və 

ya yaxud quylar arası fəzanın tədqiqinə əsaslanır. Neft-qaz quyularının  tədqiqində 

istifadə  olunan    kompleks  QGT  üsulları  mədən    geofizikası  adlanır.  QGT 

kompleksi  dedikdə  karotaj  üsullarının  məcmusu  nəzərdə  tutulur.  Quyu  kəsilişi 

boyunca  suxurlara  fiziki  xassələrinin    fasiləsiz  olaraq  öyrənilməsi    məqsədilə 

aparılar geofiziki tədqiqatlara karotaj deyilir. 

 QGT-nin  yeri  və  rolu  geoloji  proseslərin  mərhələləri  ilə  şərtlənir  ki,  bu  da 

geoloji  məsələnin  qoyuluşundan  yatağın  istismarı  da  daxil  olmaqla  kompleks 

əməliyyatlar deməkdir. 



I  mərhələ:  Regional  tədqiqatlar  aparmaqla  regionun  perspektivli  geoloji 

obyektləri aşkarlanır.  



II  mərhələ:  Zonal  tədqiqatlar  mərhələsində  perspektivli  geoloji  obyektlərin 

quruluşu öyrənilir.  



III  mərhələ:  Axatarış  mərhələsində  əsas  məsələ  yatağın  mövcudluğunun 

təsdiqi və onun sənaye əhəmiyyətliliyinin qiymətləndirilməsidir  



IV  mərhələ:  Kəşfiyyat  mərhələsində  faydalı  qazıntıların  ehtiyatının 

hesablanması  və  yatağın  istismara  hazırlanması  məqsədilə  axtarış  mərhələsində 

qurulmuş model dəqiqləşdirilir və müfəssəlləşdirilir.   

V  mərhələ:  QGT-nin  istismar  prosesindəki  rolu  yatağın  işlənmə 

texnologiyasından  (quyu, şaxta və s.) asılı olur.  

QGT əsas aşağıdakı məsələlərin  həllində əhəmiyyətlidir. 

I.Ümumi  geoloji  xarakterli  məsələlər

-burada  quyu  kəsilişini  litologiyanın  

öyrənilməsi,  layların  sərhəd  və  qalınlıqlarının  öyrənilməsi,  quyu  kəsilişlərinin 

koolasiyası. 



II.Layların  kollektorluq  xüsusiyyətlərinin  öyrənilməsi

-məhsuldar  kollektor 

layların  seçilməsi,  onların    məsaməliliyinin,  gilliliyinin,  keçiriciliyinin  effektiv 

qalınlığının neft-qaz doyumluluğunun və s. təyin edilməsi. 



III.Quyuların  texniki  vəziyyətinə  nəzarət

-quyuların  sementləməsinin 

keyfiyyətinə nəzarət, kəmərin zədələnməsi yerinin təyini, quyuda laya və ya laydan 

quyuya  maye  axınının  intervalının  təyini,  quyuların  mayilliyinin  ölçülməsi, 

quyunun həqiqi diametrinin öyrənilməsi və quyuda pervasiya talpitlənmə işləri və 

s. 


    IV.  Neft-qaz  yataqlarının  işlənməsinə  nəzarət 

–  su,  neft,  qaz,  maye 

kontanklarının, yerinin müəyyənləşdiriliməsi, cari neft-qaz doyumluluq əmsalının 

təyini, məhsuldarlığın qiymətləndirilməsi. 



QGT

  tədqiqat  obyekti  əsasən  müəyyən  fiziki  xassə  və  maddi  tərkiblə 

müəyyənləşən, müəyyən həndəsi ölçüyə malik olan geoloji modellə təsvir olunan 

geoloji obyektdir.



   

 

neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət-su neft  



 

qaz  kontoklarının öyrənilməsi  

 

ani neft qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiymətləndirilməsi və 



s. 


QGT-nin  tədqiqat  obyekti  müəyyən  fiziki  xassələri  malik  maddi  tərkiblə 

həndəsi ölçülərlə xarakterizə olunan hər hansı bir petrofiziki və geoloji modeldir. 

Yəni lay suxur geoloji obyekt nəzərdə tutulur. 

QGT-nın  50-dən  modifikasiyaları  mövcuddur.  Belə  say  çoxluğu  həll  edilən 

geoloji  məsələlərin  xüsusiyyətlərindən  və  növündən  asılıdır.  Bu  üsullardan  quyu 

kəsilişlərinin tədqiqində əsas aşagıdakı üsullar tətbiq olunur 

 

Fərz olunan xüsusi müqavimət üsulu- 



quyu sütunu boyunca süxurların sünii 

elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. 

Quyu  potensialı  üsülü

-  quyu  sütunu  boyunca  süxurların  təbii  elektrik 

xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. 

Yan  karotaj  üsulu-

quyu  kəsilişi  üzrə  məhsuldar  layların  həqiqi  xüsusi 

müqaviməti müəyyən edilir. 

İnduksiya  karotajı  üsulu-

süxurların  xüsusi  elektrik  keçiriciliyi  və  elektrik 

müqavimətinin ayrılmasına əsaslanır 

Mikrokarotajı  üsulu-

Bu  üsulda  nazik  layların  xüsusi  elektrik  müqaviməti 

təyin edilir. 

 

Rezistrometriya



 -gil məhlulunun xüsusi müqavimətinin dəyişməsini öyrənir. 

Radioaktiv  karotaj- 

süxurların  təbii  və  süni  radioaktivliyinin  intensivliyini 

öyrənir. 

Qamma karotajı üsulu- (QK)

 Bu üsulda təbii yaranmış qamma kvantlar sahəsi 

öyrənilir. 

Neytron  qamma  karoyajı  üsulu-(NQK) 

Bu  üsulda  quyuda  süni  yaradılmış 

qamma kvantlar sahəsi öyrənilir.  

İmpuls-neytron  karotaj  üsulu:

  Bu  üsul  vasitəsi  ilə  su-neft,  neft-qaz  əlaqələri 

təyin edilir. 

Qamma-qamma karotajı üsulu-

 Bu üsul vasitəsi ilə layı təşkil edən süxurların 

sıxlığı öyrənilir.  

Quyuların  akustik  karotajı  vasitəsilə  öyrənilməsi  üsulu:  Bu  üsul  vasitəsilə 

kəsilişində  olan  və  sıxlığına  görə  fərqlənən  layları  təyin  etmək  mümkündür. 




Akustik  karotajı  –uzununa  və  eninə  elastiki  dalğaların  mühitdə  yayılma  sürətini 

öyrənir. Quyuların texniki vəziyyətinə nəzarət üsulları aşağıdakılardır. 

Termometriya üsulu- 

Bu üsul ilə quyuda temperaturun dəyişməsi öyrənilir. 

Kavernometriya  üsulu-

Bu  üsul  vasitəsi  ilə  quyunun  həqiqi  diametrinin 

dərinlik üzrə dəyişməsini öyrənir. 

İnklinometriya  üsulu-

Bu  üsul  vasitəsilə  quyunun  meyl  və  azimut  bucaqları 

öyrənilir.

  

Naklonometriya üsulu-



Bu üsul vasitəsilə quyu kəsilişində olan layların meyl 

bucağı öyrənilir. 

Quyularda  termometriya

  işləri  qoruyucu  kəmər  arxasında  sementin 

səviyyəsini öyrənir. 

Akustik  karotajı  vasitəsilə  sementlənməyə  nəzarət  üsulu: 

Bu  üsul  vasitəsilə 

sementlənmə işlərinin səmərəliliyini təyin etmək mümkündür. 

Perforasiya üsulu-

 Bu üsul vasitəsilə quyularda sementləmə işləri aparıldıqdan 

sonra məhsuldar layla quyu arasında əlaqə yaradılır. 

Torpedləmə  üsulu-

  Bu  üsul  vasitəsilə  quyuda  baş  verən  qəzanı  aradan 

götürmək mümkündür. 

Maqnit karotajı-

 süxurların maqnit həssaslığını öyrənir. 

Geofiziki işlər əsasən 2 mərhələyə ayrılır. 

I. 


Informasiyanın toplanması, yəni çöl işlərinin aparılması, quyularda karotaj 

üsulunun aparılması. 

II. 

mərhələ alınan məlumatların interpretasiyası. 



İnterpretasiya  kəmiyyət  və  keyfiyyət  interpretasiyasına  ayrılır.  Keyfiyyət 

interpretasiyası  zamanı  tədqiq  olunan  geoloji  obyektin  coğrafi  mövqeyi  yeri, 

ölçüləri, fiziki kəmiyyətləri qetd olunur. Kəmiyyət interpretasiyası zamanı alınmış 

məlumatlar  uyğun  qaydada  interpretasiya  edilir  və  geofiziki  məsələ  həll  edilir. 

Kəmiyyət  interpretasiyası  ilk  növbədə  düz  və  tərs  məsələnin  həllindən  ibarətdir. 

Qrşıya  qoyduğumuz  modeli  qurmaq  üçün  sahələr  mərkəzinin  müəyyən  edilmiş 

hansısa  geofiziki  parametri  təyin  edir.  Tərs  məsələ  dedikdə  əldə  olunan  geoloji 

geofiziki  modeldən  interpretasiya  etməklə  petrofiziki  və  ya  geofiziki  parametri 

təyin edirik. 

Mürəkkəb geoloji məsələlər kompleks ilə həll edilir. Geoloji obyekt haqqında 

daha dəqiq və geniş miqyaslı imkan yaradır. Əsasən 2 mərhələyə ayrılır. 

İnformasiyanın toplanması isə yer səthində istərsə quyu daxilində 2 mərhələ 

alınan məlumatların interprefasiyası alınır. İnterprefasiya onun kəmiyyət kəşfiyyat 

interpretasiyalarına ayrılır. Tətbiq olunan geoloji obyektin coğrafi mövqeyi  yeri, 

ölçüləri,  fiziki  kəmiyyətləri  qeyd  olunur.  Kəmiyyət  interpretasiyası  zamanı 

olunmuş  məlumatla  uyğun  qaydada  interpretasiya  edilir  və  geofizik  məsələ  həll 

edilir.  Kəmiyyət  interpretasiyası  ilk  növbədə    olur  və  tərs    məsələnin    həllindən 

ibarətdir.  Qarşıya  qoyduğumuz  modeli  qurmaq  üçün  fiziki  sahələr  məmbəyinin 

müəyyən  edilmiş  mənbəyindən  hansısa  geofiziki  parametri  təyin  edir. 

İnterpretasiya edirik. Tərs  məsələ dedikdə əldə olunan geoloji geofiziki modeldən 

interpretasiya  etməklə  petrofiziki  və  ya  yaxud  geofiziki  parametri  təyin  edirik. 

(keçiricilik, gillilik, məsaməlilik). 



 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə