Mühazirə otağı/Cədvəl II gün 13 40 15 00 (301N(b) IV gün 13 40 15 00



Yüklə 80,77 Kb.
tarix02.01.2018
ölçüsü80,77 Kb.
#19027
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

MATH (Seçmə fənn) Elementar həndəsə.(Elementary geometry)

3 kredit

Departament

Mathematics

Proqram (bakalavr, magistr)

Undergraduate

Tədris semestri

Fall,2014

Fənni tədris edən müəllim (lər)

Rzayev Seymur Fəxrəddin oğlu

E-mail:

rzseymur@gmail.com

Telefon:

(+994 51) 935 10 44. (+994 55) 312 04 36

Mühazirə otağı/Cədvəl

II gün 1340-1500(301N(b)

IV gün 1340-1500410 (old)




Konsultasiya vaxtı

Vgün 1800

Prerekvizitlər




Tədris dili

Azeri

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1.H.M. Xəlilov, M.F.Heydərov ,R.M.Məmmədov və

Başqaları RİYAZİYYAT-2 Bakı-1990

2. A.Д. Кутасов, Т.С.Пиголкина, и другие. Пособия по математике Москва- Наука-1995

3.Готман Э.Г. Задачи по планиметрии и методы их решения М: Просвещение, 1996. - 243 с.

4.Alexander D.C., Koeberlein G.M. Elementary Geometry for College Students .Brooks Cole, 2010. - 628 pages.


Kursun vebsaytı

www.calculus. org, www.math.hmc.edu/calculus/tutorials bookfi.orq)


Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




15

Tapşırıq və testlər




15

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər







Yekun




100

Kursun təsviri

Məlumdur ki, həndəsə bir riyazi elm kimi həndəsi fiqur və cisimlərin fəza formaları , ölçüləri və bunlar arasındakı qarşılıqlı münasibətlərdən bəhs edir. Praktikada rast gəlinən bir sıra məsələlərə tətbiqi göstərilir.


Kursun məqsədləri

• Təhsil fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.

• Praktikada rast gəlinən kifayət qədər ümumi olan funksiyaların sonsuz kiçilənlər metodu, başqa sözlə limitlər nəzəriyyəsi metodu ilə öyrənilməsi və eyni zamanda riyaziyyatın öyrənilməsində müəyyən mənada fundamentin yaradılması.

• Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması.

• Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha da təkmilləşdirmək.



Tədrisin (öyrənmənin) nəticələri


Bütün kurs boyu tələbələr inkişafda olmalı və aşağıdakı bacarıq və vərdişlərini qoruyub saxlamalıdırlar:

Analitik düşünmə

• Ardıcıllığın və funksiyanın limitini tapa bilməli

• Funksiyaları analiz etməyi, funksiyaların limitini tapmağı, onların kəsilməzliyini təyin etməyi bacarmalı

•Müxtəlif funksiyaların törəməsinin tapılması

•Törəmənin köməyilə funksiyanın maksimum və minimumunun təyini

•Mütləq ekstremumun tapılması

• Ekstremum anlayışı ilə bağlı tətbiqi məsələləri həll etməyi bacarmalı





Qaydalar (Tədris siyasəti və davranış)

Dərslərdə iştirak etmək:

Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.

Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.

Gecikmə:

Əgər tələbə dərsə fənn müəllimindən sonra daxil olarsa, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.



Dərsə hazırlaşma

Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.

Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.

İmtahanda iştirak qaydası

Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.



İmtahan (keçmə / kəsilmə )

Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.



Aldadıcı / xoşagəlməz hərəkətlər

Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.



Professionalizmə doğru

Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.



Kursun uğurlu alınması

Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.



Öyrənmə və Öyrətmə üsulları

Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları


Dərslik/Tapşırıqlar

1

16.09.2014

18.09.2014



Həndəsi fiqurlar və onlarin xassələri.Əsas anlayışlar.

Bucağın növləri.Bucağın dərəcə ölcüsü.



[1],səh.103-112

2

23.09.2014

25.09.2014



Üçbuçaqlar. Çoxbucaqlılar haqqında anlayış.Çoxbucaqlıların perimetri.Üçbuçağın növləri.Bərabəryanlı üçbuçağın xassəsi.

[1], səh.125-137

3

30.09.2014

2.10.2014



Paralel düz xətlər. Düz xətlərin paralellik əlamətləri.

[1],səh.138-148


4

7.10.2014

9.10.2014



Perpendikuliyar və mailin xassələri. Uyğun tərəfləri parallel və perpendikuliyar buçaqlar.

[1],səh.149-154

5

14.10.2014

16.10.2014



Dördbuçaqlılar.Daxilə və xaricə çəkilmiş çoxbuçaqlılar. Paraleloqram və onun xassələri.Fales teoremi.Çevrə ilə bağlı olan buçaqlar.

[1], səh.156-179

6

21.10.2014

23.10.2014



Fiqurların çevrilməsi.Oxşar fiqurlar. Oxşar çoxbuçaqlılar.

[1], səh.183-204


7

28.10.2014


Aralıq imtahanı.




8

30.10.2014

4.11.2014




Üçbuçaqlıların həlli. İti buçağın triqonometrik funksiyaları.Sinuslar teoremi.Kosinuslar teoremi.

[1],səh.208-227

9

6.11.2014

11.11.2014




Qurma məsələləri. Əsas qurma məsələləri.Qurma məsələlərinin həllinə nümunələr.

[1],səh.240-248

10

13.11.2014

18.11.2014




Fiqurların sahələri. Sahə anlayışı.Duzbuçaqlı və paraleoqramın sahəsi.Çevrənin uzunluğu.

[1],səh. 249-269

11

20.11.2014

25.11.2014




Vektorlar. Vektor anlayışı.Vektorun proyeksiyasının xassələri.Skalyar hasil və onun xassələri.

[1],səh.272-293

12

27.11.2014

2.12.2014



Düz xətt və müstəvi. Düz xətlərin və düz xətlə müstəvinin qarşılıqlı vəziyyəti.Düz xətlə müstəvi arasındakı buçaq.

[1],səh. 297-311

13

4.12.2014

9.12.2014



Çoxbuçaqlılar. Çoxbucaqlı buçaqlar və onların xassələr.Prizma.Paralelepiped.

[1],səh.315-322


14

11.12.2014

16.12.2014



Piramida. Piramida da paralel kəsilənlərin xassələri.Prizmanın səthinin sahəsi.

[1],səh.324-338

15

18.12.2014

23.12.2014



Fırlanma çismləri. Fırlanma səthi.Sfera və kürə.Sferaya toxunan müstəvi.

[1],səh.340-354

16

25.12.2014

Final imtahanı.




Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 80,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə