Mühazirə toplusu İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi



Yüklə 365,82 Kb.
səhifə1/3
tarix26.05.2018
ölçüsü365,82 Kb.
#46081
növüMühazirə
  1   2   3

“Azərbaycan Hava Yolları”

Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası

TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASININ TƏŞKİLİ VƏ TEXNALOGİYASI ”

(mühazirə toplusu)

İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

Tərtib edən: P.İsmayılov

Bakı -2013

Giriş

Hava nəqliyyatında Təhlükəli Yüklərin daşınması qaydaları haqqında əsas mənbələr İATA-nın qüvvədə olan qaydaları (DGR) mülkü aviyasiyanın Çikaqo konvensiyasının (1944-cü il) 18-ci əlavəsinin tələblərinə əsaslanır.Eyni zamanda İCAO-nun hazırladığı Doc 9284/AN 905 sənədlərinə əsaslanır.Çikaqo konvensiyasının 18-ci əlavəsi və təhlükəli yüklərin daşınması texniki təlimat yeganə mənbə hesab olunur. İCAO və İATA tərəfindən hazırlanmış qaydalar arasında müəyyən fərq mövcuddur. Bu fərq İCAO tərəfindən hazırlanmış qaydalara nisbətən İATA -da olan qaydaların daha sərt olmasıdır. Bu fərqi biz təhlükəli yüklərin siyahısında (göy vərəqlərdə) əl işarəsi olan yüklərin qarşısında görə bilərik. İATA-nın DGR eyni zamanda çin, fransız, alman, ispan dilində çap olunur. İATA-nın DGR kitabı təhlükə xüsusiyyətli maddə və materialları hava nəqliyyatı ilə təhlükəsiz daşınması üçün yük göndərən və operatoru zəruri prosedurlarla təmin etmək üçün nəşr edilir. 1953-cü ildə İATA-nın üzvü olan aviaşirkətlər təhlükə xüsusiyyətli maddə və materialların yoxlanılmadan hava nəqliyyatı ilə daşınmasını qeydə aldılar. Bu da öz növəsində sərnişinlərin, heyyətin hava gəmisinin təhlükəsizliyinə ciddi şəkildə təsir göstərib. Digər nəqliyyat növlərinin təcrübəsi göstərdi ki, bir çox belə maddə və materiallar təhlükəsiz daşına bilər o şərtlə ki, maddə və materiallar düzgün qablaşdırılsın və hər bağlamaya düşən limit miqdarı düzgün müəyyən olunsun.Bu təcrübələrdən sənaye biliyi ilə birgə hava nəqliyyatının xüsusi xarekteristikaları nəzərə alınmaqla İATA 1956-cı ildə təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları kitabını nəşr etdi. Bu qaydalara BMT tərəfindən müəyyən olunmuş hər bir maddə və materialların fərdi xüsusiyyətləri və onların hava nəqliyyatı daşınması üçün şərtlər daxildir. Bəzi təhlükəli yükləri hava nəqliyyatı ilə daşımaq daha təhlükəlidir:



  1. Bunların bəzilərini hava nəqliyyatı ilə daşımaq qadağandır ancaq dövlətdən xüsusi icazə almaqla daşına bilər.

  2. Bəzi təlükəli yüklər yalnız yük hava gəmisi ilə (CAO- Cargo Aircraft Only) daşınması kimi məhdudiyyətlər tətbiq olunur. Belə ki,bir çox təhlükəli yüklər sərnişin hava gəmisi ilə təhlükəsiz daşına bilər o şərtlə ki, müəyyən tələblərə riayər olunsun.

Qablaşdırma təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşənması üçün vacib komponentdir. DGR-da hava nəqliyyatı ilə daşınıla bilən bütün təhlükəli yüklər üçün daxili ,xarici və tək qablaşdırma təlimatları var. Bu qablaşdırma təlimatları bir qayda olaraq UN (BMT) spesifikasiyalı qablaşdırma tələb edir.Belə ki, bəzi təhlükəli yüklər “Y” qablaşdırma təlimatına uyğun olaraq adi qabda da daşına bilər. Belə olan halda bağlamaya düşən limitə ciddi riayət olunmalıdır.

Təhlükəli yüklər insan sağlamlığına, təhlükəsizliyə, əmlaka və ətraf mühitə ciddi şəkildə zərər verə bilən və təhlükəli yüklərin siyahısında göstərilən maddə və materiallardır.

BMT – nin ekspert komitəsi radioaktiv maddələr istisna olmaqla digər bütün növ təhlükəli yüklərin daşınması üçün tövsiyyə olunmuş prosedurları hazırlayır. Bu prosedurlar bütün nəqliyyat növləri üçün mövcuddur.











Beynəlxalq atom enerjisi agentliyi (İAEA)

Regulationsfor the Safe Transport of Radioactive Material (İAEATS-R-1)

BMAT baza olaraq bu iki prosedurlardan istifadə edərək təhlükəli yüklərin texniki təlimat kitabını hazırlayır.

İATA isə DGR-ın bütün tələblərindən ibarətdir. DGR – Aviaşirkətlər və yükgöndərənlər tərəfindən istifadə olunaraq təhlükəli yük barəsində işçi sənəddir. Burada istifadəçi üçün köməkçi materiallar daxil olunub. Misal: Daşıma sənədlərinin doldurulma qaydaları və təhlükəli yüklər üçün yükgöndərənin bəyannaməsi.

Shipper”s Declaration for Dangerous Goods (DGD).

DGD – nin bu blankı bütün sinif təhlükəli yüklərin daşınması üçün istifadə oluna bilər.

Yükgöndərən aşağıdakılara cavabdehdir.


  • Təhlekəli yüklərin təsnifləndirilməsi.

  • Yükgöndərənin təhlükəli yük üçün bəyannamənin doldurulması.

  • Qablaşdırma, markalanma və təhlükəlilik nişanlarının (etiketlərinin) qablaşdırmanın üzərinə vurulması.

Yük agenti aşağıdakılara cavabdehdir.

  • Awb – nin doldurulması

  • Yükün yoxlanılması (Check listə əsasən)

  • Yükün aviaşirkətə çatdırılması

Aviaşirkət və emal xidməti (handling) aşağıdakılara cavabdehdir.

  • Check listlə yüklərin daşınmağa qəbulu

  • Axma və zədələnməyi müəyyən etmək

  • Saxlama

  • Sərnişin və ya yük hava gəmisinə yükləmə məhdudiyyət

  • Təhlükəsiz məsafə və təhlükəli yükün uyğunluğu

  • Təhlükəli yük yerlərinin bərkidilməsi

  • Təhlükəli yükün daşınması üçün bəyannamənin rəsmiləşdirilməsi

  • NOTOC – un rəsmiləşdirilməsi

  • Fövqəladə vəziyyətlərdə infarmasiyanın verilməsi (ERG)

  • Baş vermiş hadisə barədə hesabatın tərtib olunması

  • İşçi heyyətin hazırlığı

Packing group

PG – I High danger X

PG – II Medium danger Y

PG – III Low danger Z



Packing Group

Flash Point (closed – cup)

İnitial Boiling Point

I



≤ 35º C

II

<23º C

> 35º C

III

≥23º C but ≤ 60º C

□ - Yeni növ yükün əlavə olunması

∆ - Həmin bənddə dəyişikliyin olması



- Həmin bəndin ləğv olunması

- Əlavə İATA tələbləri

- Həmin hissə tamamilə radioaktiv yükə həsr olunub

* - Varsa mütləq yükün texniki adı göstərilməlidir

n.o.s. – No otherwise specified

Təhlükəli yüklərin sinifləri və növləri

Sərnişin HG-də təhlükəli yüklərin daşınması

Təhlükəli yüklərin daşınmaya qəbul edilməsinə və HG-nə yüklənməsinə yalnız “İATA-nın təhlükəli yüklərin daşınması” rəhbərliyinin(IATA Dangerous Goods Regulations) tələbləri üzrə xüsusi hazırlıq keçmiş və sertifikat almış işçi personalı buraxılır.

Təhlükəli yüklərin yükləməzdən əvvəl aşağıdakı sənədlər təqdim olunmalıdır:

● Yük manifesti (CARGO MANIFEST)

● Yük qaiməsi (AIR WAYBILL);

● Təhlükəli yükü göndərənin bəyannaməsi (SHIPPER’S DECLARATION FOR

DANGEROUS GOODS);

● Təhlükəli yükün göndərilməsi haqda HG kapitanına bildiriş (NOTOC);

● Yoxlama vərəqi - Check-list (radiaktiv, radiaktiv olmayan və quru buz

üçün).


Təhlükəli yükü göndərənin bəyannaməsinin «Passenger and Cargo Aircraft» qrafasında xüsusi qeydə diqqət etmək vacibdir. Əgər «Cargo Aircraft Only» qrafası X-lə işarə edilməyibsə həmin yük partiyasını sərnişin HG-nə yükləmək qadağandır.

Təhlükəli yükü göndərənin bəyannaməsində (SHIPPER’S DECLARATION FOR DANGEROUS GOODS) mütləq aviaqaimənin nömrəsi qeyd olunmalıdır.

Yükləməyə başlamazdan əvvəl müxtəlif kateqoriyalı təhlükəli yüklərin bir-biri ilə uyarlığı, həmçinin digər yüklərlə (heyvanlarla, qida məhsulları ilə, nəm yüklərlə, tez xarab olan yüklərlə) uyarlığı Xüsusi yüklərin qarşılıqlı təsir cədvəli vasitəsi ilə yoxlanılır.Təhlükəli yüklər elə nişanlanmalı və elə bərkidilməlidir ki, HG-nin hərəkəti və uçuşu zamanı yük cüzi də olsa yerdəyişməyə uğramasın.

Təhlükəli yüklər – elə yüklərə deyilir ki , onlar öz fiziki və kimyəvi xassələrinə görə sərnişinlərin və ekipajın səhhətinə , digər yüklərə təhlükə yaradır. Sərnişin salonunda təhlükəli yüklərin daşınmasına icazə verilmir (quru buz istisna olmaqla

Hava daşımalarında nəqli mümkün olan təhlükəli yüklər öz xarakterinə, sayına və qablaşdırılmasına görə 2 kateqoriyaya bölünür :


  • Sərnişin hava gəmilərində daşınmasına icazə verilən maddələr;

  • Yalnız yük hava gəmilərində daşına bilən maddələr (CAO kodu altında yük göndərmələri)

Sərnişin hava gəmisi elə hava gəmiləri hesab edilir ki, onungöyərtəsində,ekipajın üzvü , vəzifə borcunu yerinə yetirən aviaşirkətin əməkdaşı, yükü müşaiyət edən şəxs hesab edilməyən başqa istənilən şəxs daşınır.

Sərnişin hava gəmisi olmayan, yük və əmlak daşıyan istənilən hava gəmisi



yük hava gəmisi hesab edilir.

Göyərtəsində sərnişin və yük daşıyan sərnişin-yük hava gəmisi (COMBİ) təhlükəli yüklərin daşınması nöqteyi-nəzərindən sərnişin hava gəmisi hesab edilir.

Yalnız yük hava gəmiləri üçün”

Təhlükəli yüklərin 9 əsas sinifi vardır və onlar aşağıdakılardır




  1. Partlayıcı maddələr

    1. tam kütləsi ilə partlaya bilən maddə və məmulatlar. REX

    2. tam kütləsi ilə partlamayan lakin partladığı zaman ətrafındakı əşyalara möhkəm zədələmə və səpələnmə təhlükəsi yaradan perotexniki maddə və materiallar.

    3. Alışma ilə müşayət olunan və az miqdarda səpələnən partlayıcı maddə və materiallar. REX, RCX, RXD

    4. əhəmiyyətli dərəcədə təhlükəliliyi olmayan partlayıcı maddələr. RXB, RXC, RXD, RXE, RXG, RXS

    5. çox həssas olmayan partlayıcı maddələr. REX

    6. kütləvi sürətdə partlama ilə xarakterizə olunmayan çox az həssas olan partlayıcı maddələr. REX

  2. Qazlar

2.1 tez alışan qazlar RFG misal; butan, hidrogen, propan, asetilen

2.2 alışmayan və zəhərli olmayan qazlar. RNG, RCL misal; carbon iki oksid, neon, yanğınsöndürən.

2.3 zəhərli qazlar RPG


  1. Tez alışan mayelər. RFL Misal: krasqa, spirt, yapışqan və s.

  2. Tez alışan bərk maddələr

    1. Tez alışan bərk maddələr. RFS kibrit, nitronaftalin, kükürd, selliloid

    2. Normal daşıma zamanı öz – özünə alışan bərk maddələr. RSC misal: ağ və yaxud sarı fosfor, maqnum dinamit

    3. Nəm olduqda təhlükəli. RFW misal: natrium, kalsium karbit

5.Oksidləşdirici maddələr

5.1 oksidlər. ROX misal:kalsium xlorat və ağardıcılar

5.2 orqanik peroksidlər. ROP

6.Toksit(zəhərli) maddələr

6.1 Zəhərli maddələr. RPB misal: mışyak, nikotin, sionid.

Zəhərli maddələr insan orqanizminə 3 üsulla təsir edə bilər:


  1. Dadbilmə ilə

  2. Nəfəs alma yolu ilə

  3. Dəri vasitəsilə

6.2 infeksion maddələr. RİS

UN 3373 “BİOLOGİCAL SUBSTANCE CATEGORY B” göndəriləndə DGD tələb olunmur.

7. Radioaktiv maddələr

Kateqoriya 1 - RRW

Kateqoriya 2 - RRY

Kateqoriya 3 - RRY

8.Corrosiv(aşındırıcı) maddələr RCM

9. Digər təhlükəli yüklər - RMD

Polistrol şüşə - RSB

Quru buz - İCE






Sinif 1- Partlayıcı maddələr.

Kateqoriya 1.1

Kateqoriya 1.2

Kateqoriya 1.3

REX

RGX


RCX

Kateqoriya 1.4 REX



Kateqoriya 1.5 REX

Kateqoriya 1.6 REX



  • Sinif 2 - Qazlar.

Kateqoriya 2.1 RFG Asan alışan qazlar.


Kateqoriya 2.2 RFG Alışmayan, zəhərli olmayan qazlar.

Kateqoriya 2.3 RPG Zəhərli (toksik) qazlar.





  • Sinif 3 – Asan alışan mayelər.RFL



  • Sinif 4 – Asan alışan bərk maddələr.

Kateqoriya 4.1 RFS Asan alışan bərk maddələr.


Kateqoriya 4.2 Öz-özünə alışmaya meylli maddələr. RSC




Kateqoriya 4.3 Su ilə təmasda təhlükəli olan maddələr . RFW




  • Sinif 5 – Oksidləşdirici maddələr, üzvi peroksidlər.

Kateqoriya 5.1 Oksidləşdiricilər. ROX


Kateqoriya 5.2 Üzvi peroksidlər. ROP




  • Sinif 6 – Toksik (zəhərli) maddələr, infeksiyalar.

Kateqoriya 6.1 Toksik (zəhərli) maddələr.RPB

Kateqoriya 6.2 Toksik (zəhərli) maddələr.RIS





  • Sinif 7 – Radiaktiv maddələr.

Kateqoriya 1 RRW


Kateqoriya 2 RRY





Kateqoriya 3 RRY

Sinif 7Parçalanan radiaktiv maddələr.





  • Sinif 8 – Korroziyalı maddələr. RCM



  • Sinif 9 – Digər təhlükəli yüklər.

RMD

RSB


İCE



Təhlükəli yüklərin siyahısında olan yüklərin cədvəlinin açılışı.

A – Təhlükəli yüklərin 4 rəqəmli UN – nömrələri yazılır.

B – yüklərin düzgün göndərilmə adı yazılır.

C – təhlükəli yükün mənsub olduğu sinif və yaxud yarımsinif göstərilir.

D – Bu sütunda əlavə təhlükəlilik göstərilir.

E – Yükün üstünə vurulan təhlükə etiketi göstərilir.

F – Bağlama (packing group) qrupu göstərilir.

G – Adi qablaşdırma təlimatı göstərilir.

H – Adi qaba düşən xalis çəkinin maksimal limiti göstərilir. Net weight

I – UN qablarının təlimatı göstərilir.

J – həmin təlimatla qablaşdırılan bağlamada olan yükün max. xalis çəkisi göstərlir.

K – Yalnız yük hava gəmisində daşınan təhlükəli yüklərin qablaşdırma təlimatı (CAO)

L – CAO – aid olan max. net weight

M – Special Provisions DGR 4.4 xüsusi əsasnamə

N – ERG code göstərilir. (emergency Responce Guidance) İCAO DOC 9481 - AN/928

BMT Qablaşbırmasına olan ümumi tələblər, onların qrupları. Section 6.0 C

BMT – nin bütün xüsusi testdən keçmiş bağlamaların hamısında  - simvolu göstərilir, metallarda UN - kimi yazılır.





 4G/y145/S/07/NL/VL823

4 – Box (qutu)

G – Material fibreboard (karton)

Y – Packing group

145 – Gross weight

S – Solid or İP (inner package)

07 – Year of manufacture (yaradılma tarixi)

NL – State (ölkə)

VL823 – Manufacturer ( istehsalçı)

OVERPACK 5.0.1.5




UN 1263 shipper

Point total net 25l ----------

UN ---- consignee

------- -----------






5cl 3 – 5l

3cl8 – 3l

cl2 – 2kg





cl3 UN 1263 3L/5L PG II

cl8 UN 3244 5kg/15kg PGIII

cl2.2 UN 1072 5kg/75kg



n1 – yükün faktiki miqdarı (3L, 5kg)

M1 –DGR 4.2 – də həmin yük üçün 1 bağlamada olan max. limitidir. (5L)

Q – böhran əmsalıdır.  olmalıdır.

“All packed in one Fibreboard box”

Böhran əmsalı (Q) ancaq All packed used in one” olanda olur. Overpackda Q yazılmır.

Təhlükəli yük bağlamaları örtülü formada (görünməyən materialla) overpack olunubsa, yükgöndərən tərəfindən aşağıdakı tələblərə ciddi əməl olunmalıdır:



  • Overpack 9.3A cədvəlinə uyğun olaraq ayırma tələb edən, bir-biri ilə reaksiyaya girmək təhlükəsi olan müxtəlif maddələrdən ibarət olmamalıdır;

  • Overpackın tərkibində olan hər bir bağlama düzgün qablaşdırılmalıdır, markalanmalıdır, etiketləşdirilməlidir, zədələnmə və axma halları olmamalıdır və bütün hallarda DGR-ın tələb etdiyi şəkildə düzgün hazırlanmalıdır.

Aşağıdakı hallar istisna olmaqla “CAO” labeli olan bağlamaların overpackda daşınmasına icazə verilmir:

  1. Əgər overpackdə yalnız bir bağlama varsa;

  2. Overpackdə iki və daha artıq bağlama olduğu halda onlar elə yığılmalıdır ki, bütün məlumatlar aydın surətdə görünsün və lazım olduğu halda yük əlçatan olsun;

  3. Aşağıdakı maddələrdən ibarət olan bağlamalar:

  • Class 3 PG III əlavə təhlükəizlik olmamaq şərtilə;

  • Class 6;Class 7;Class 9;

Qeyd: Soyutma məqsədiylə 904 qablaşdırma təlimatının tələblərini yerinə yetirməklə, overpackdə quru buz da daşımağa icazə verilir.

Hər bağlamanın nəzərdə tutulan funksiyası overpack tərəfindən pozulmamlıdır.



Markalanma və Etiketlənmə

(Marking and Labeling)

Yükgöndərənin ümumi məsuliyyəti:

Yükgöndərən təhlükəli yük bağlamalarının və hər təhlükəli yükdən ibarət overpackin DGR bəndlərinə uyğun olaraq lazımi markalanma və etiketlənməni etməyə borcludur. Bağlama elə ölçüdə olmalıdır ki, tələb olunan markalanma və etiketlənməni etmək üçün bağlamanın üzərində kifayət qədər yer olsun.

Markalanma tələb edən hər bele yük və bağlama üçün yükgöndərən aşağıdakıları etməlidir:


  • Uyğun markalanmanı bağlamanın və overpackin üzərində düzgün yerdə olduğunu yoxlamalı və qaydaların keyfiyyət və xüsusiyyət tələblərinin yerinə yetirdiyini yoxlamalıdır;

  • Bağlamanın və overpackin üzərində olan köhnə markalanmaları ya çıxarılmalı, yada onun üzərinə yeni məlumatları elə yapışdırılmalıdır ki, köhnə məlumatlar görünməsin;

  • DGR-ın 5-ci bölməsinin tələblərinə uyğun olaraq istifadə olunmuş daxili və xarici qabların üzərində 6.4 bölməsinin tələblərinə uyğun olaraq markalanmanın olduğuna əmin olmaq;

  • Uyğun yeni markalanmanı düzgün yerdə həyata keçirmək və onun oxunula bilməsinə əmin olmaq.

Markalanmanın növləri

Bağlamalar üçün markalanmalar 2 növdür və onlar uyğun tələbləri yerinə yetirməlidir (7.1.2.1 və 7.1.2.3)

Bağlamanın dizaynı və xüsusiyyətiylə tanınan markalanmalar (UN specification marking) onun xüsusi yük üçün istifadə olunmasından asılı olmayaraq yəni tərkibi, yükgöndərən, yükalan və s. 6.0.4 və 6.0.7 xüsusi qablaşdırma markalanmalarının uyğun qaydalarını yerinə yetirməlidirlər. Bu markalanma bir qayda olaraq bağlama istehsalçıları tərəfindən edilir, lakin hələdə yükgöndərənin məsuliyyətində olan məsələdir.

Qeyd: Bağlamanın xüsusi markalanması (UN specification marking) məhdud miqdarda bağlamalar üçün tələb olunmur.

Görünməyən materialla Overpack olan zaman, Overpackin içərisində olan yüklərin məlumatların hamısını Overpackin üzərində göstərmək lazım deyil.

Shipper:



Consigner:

Paint UN 1263

Yüklə 365,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə