Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə1/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Avtonəqliyyat vasitələri kafedrası

Avtomobillərin istehsalı və təmiri
fənni üzrə
Mühazirələr konspekti
Ümumi kurs
(Elektron variantı – 127 s.)

BAKI 2010


ÖN SÖZ
Avtomobil nəqliyyatı vahid nəqliyyat sisteminin əsas növlərindən biridir və istehsal sahələrinin, eləcə də, əhalinin daşımalara olan təlabatının ödənilməsində mühüm rol oynayır.

Hər hansı bir ölkənin elmi - texniki və sosial - iqtisadi inkişaf səviyyəsi onun avtoqayırma sənayesinin olması ilə qiymətləndirilir. Avtomobilqayırma sənayesinin inkişafı isə digər vacib istehsal sahələrinin: qara və əlvan metallurgiyanın, neftçıxarma və neft emalının, kimya sənayesinin, plastik kütlə və rezin məmulatları emalının, dəzgahqayırmanın, radio - elektron cihazları istehsalının yaranmasına və inkişafına zəmin yaradır.

Son zamanlar Respublikada avto qayırma sənayesinin yaradılmasına böyük diqqət yetirilir. Xarici ölkələrin iştirakı ilə Azərbaycanda müasir avtomobil istehsal edən zavodlar fəaliyyət göstərir. Məsələn: Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvan-da və sairə. Eyni zamanda, xarici ölkələrdən gətirilən avtomobillərin hesabına Res-publikada avtomobilləşmə böyük sürətlə gedir. Hazırda ölkədə 1,2 milyona yaxın avtomobil vardır. Ona görə də mövcud avtomobil parkının səmərəli işini təmin etmək, avtomobillərə texniki xidmət və təmir işlərinin keyfiyyətinin, onların etibarlığının və ömür uzunluğunun artırılması böyük əhəmiyyət kəsb edir.

Bu məsələlərin uğurlu həlli avtomobil nəqliyyatı sahəsində çalışacaq yüksək ixtisaslı mütəxəsislərin hazirlanmasından çox asılıdır. Ona görə də avtoqayırma zavodlarında, avtonəqliyyat və avtoservis müəssisələrində, avtoşirkətlərdə, avtotəmir zavodlarında, eləcə də texniki ekspertiza, yol-tikinti maşınlarının istismarı və yol polis xidməti üzrə, hazırlanan mütəxəsislərin avmobillərin istehsal və təmir texnologiyası üzrə biliklərə yiyələnməsi olduqca, bir sözlə, avtomobil nəqliyyatı ilə əlaqədar olan bütün sahələrdə çalışacaq mütəxəsislərin avtomobillərin istehsal və təmir texnologiyası üzrə biliklərə yiyələnməsi üçün “Avtomobillərin istehsalı və təmiri” kursu tədris edilir.



Kursun məqsədi - avtomobillərin istismar xüsusiyyətlərinin minimum xərclərlə tələb olunan səviyyəyə qədər istehsal və bərpasının (texnoloji proseslərinin) məna və qanunauyğunluqları ilə elmi əsaslar üzrə tanış olmaq və onlardan ölkənin sürətli inkişafının təmin edilməsində səmərəli istifadə etməkdir.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə