Mülki müdafiənin təmin edilməsi haqqında



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
  1   2   3   4   5   6   7   8   9   ...   16
temin 1998



Mülki müdafiənin təmin edilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABINETİNİN QƏRARI
“Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının 2-ci 
bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
qərara 
alır: 
1. “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”. 
“Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara və 
təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi Qaydaları”; 
“Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin 
hazırlanması Qaydaları” təsdiq edilsin. 
2. “Azərbaycan Respublikasında əhalinin mülki müdafiəyə hazırlanması haqqında” 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 703 nömrəli qərarı 
qüvvədən düşmüş hesab edilsin. 
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 
Bakı şəhəri, 25 sentyabr 1998-ci il 
№ 193
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə 
TƏSDİQ EDİLMİŞDİR 
 
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi 
QAYDASI 
1. Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən 
sənədlər Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik 
mülki müdafiə tədbirləri planıdır. 
2. Azərbaycan Respublikasının mülki müdafiə planı Azərbaycan Respublikasının Müdafiə 
Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər nazirliklər cəlb 
olunmaqla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən işlənib hazırlanır 
və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur.
1
3. Azərbaycan Respublikasının mülki müdafiə planı fövqəladə hadisələr zamanı ölkədə 
mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir. Planda fövqəladə hadisələr nəticəsində 
yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkili, 
fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz 
işlərin yerinə yetirilməsinin təminatı, eləcə də belə şəraitdə idarəetmənin təşkili (idarəetmə 
məntəqələrindən və rabitə kanallarından istifadə olunması, xəbərdarlıq siqnallarının verilməsi 
qaydası və s.) barədə əsas göstərişlər öz əksini tapır. 
4. Mülki müdafiə planları bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, mülkiyyət 
formasından asılı olmayaraq təsərrüfat obyektlərində tərtib edilir, hər il əsas göstəriciləri 
dəqiqləşdirilməklə, 5 il müddətinə qüvvədə qalır. 
5. Bundan əlavə, ölkənin mülki müdafiə üzrə tam hazırlığını təmin etmək məqsədilə 
Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planı tərtib olunur və Azərbaycan 
Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilir.
2


6. Planda cari ildə müvafiq icra hakimiyyəti orqanları, təsərrüfat obyektləri və təhsil 
müəssisələri rəhbərləri tərəfindən keçiriləcək mülki müdafiə təlimləri, məşqlər, yoxlamalar və 
digər tədbirlər, onların keçirilmə tarixləri müəyyən edilir.
3
7. Təsdiq olunmuş plan əsasında bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də 
hüquqi şəxslər tərəfindən ilkin mülki müdafiə üzrə planlar tərtib edilib Azərbaycan 
Respublikasının Fövqəladə Hallar Nazirliyi və yaxud onun yerli təşkilatları ilə razılaşdırılır və 
həyata keçirilir.
4
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə 
TƏSDİQ EDİLMİŞDİR 

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə