Mülki və siyasi hüquqlar haqqinda beynəlxalq pakt



Yüklə 133,72 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü133,72 Kb.
#27733


MÜLKI VƏ SIYASI HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKT 

 

Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli Qətnaməsi ilə qəbuk edilib  

   

PREAMBULA  



   

Hazırkı Paktda iştirak edən dövlətlər,  

Biriəşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilən prinsiplərə uyğun olaraq, bəşər 

ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını  qəbul 

etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq,  

bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqətlərdən doğduğunu gəbul edərək,  

Ümumdünya  İnsan Hüquqları  Bəyannaməsinə uyğun olaraq, mülki və siyasi azadlıqdan, 

qorxu və ehtiyaclardan qurtulma azadlığından istifadə edən azad insan şəxsiyyəti idealının, 

yalnız hər kəsin həm öz iqtisadi, sosial və  mədəni hüquqlarından, həm də mülki və siyasi 

hüquqlarından istifadə edə bilməsinə  şərait yaradılacağı  təqdirdə gerçəkləşə biləcəyini  qəbul 

edərək,  

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin, insan hüquqları  və 

azadlıqlarına hamılıqla hörmət edilməsini və onlara riayət olunmasını  təşviq etməyə borclu 

olduqlarını nəzərə alaraq,  

ayrılıqda hər bir insanın, başqalarına və  mənsub olduğu kollektivə münasibətdə müəyyən 

vəzifələr daşımaqla, hazırkı Paktda qəbul edilən hüquqların təşviq edilməsinə və onlara riayət 

edilməsinə çalışmalı olduğunu nəzərə alaraq, aşaqıdakı maddələr barədə razılıqa gəlirlər:  

   

   


HİSSƏ I  

   


Maddə 1  

   


1. Bütün xalqlar öz müqəddəratını təyinetmə hüququna malikdirlər. Bu hüquq sayəsində onlar 

öz siyasi statuslarını sərbəst müəyyən edir və öz iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst 

təmin edirlər.  

2. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün qarşılıqlı fayda prinsiplərinə  əsaslanan 

beynəlxalq  əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı bir öhdəliyə ziyan 

vurmadan öz təbii sərvətləri və ehtiyatlarını sərbəst şəkildə sərf edə bilərlər. Heç bir xalq heç bir 

halda ona məxsus olan dolanışıq vəsaitlərindən məhrum edilə bilməz.  

3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin 

idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə 

uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu 

hüquqa hörmət etməlidirlər.  

   


II HİSSƏ  

   


Maddə 2  

   


1. Hazırkı Paktda iştirak edən hər bir dövlət, onun ərazisi hüdudlarında və onun yurisdiksiyası 

altında olan bütün şəxslərin hazırkı Paktda qəbul edilən hüquqlarına, irqi, dərisinin rəngi, cinsi, 

dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər 

halları ilə bağlı əlamətlərinə heç bir fərq qoymadan hörmət etməyi onların bu hüquqlarını təmin 

etməyı öhdəsinə götürür.  

2.  Əgər bu, mövcud qanunvericilik tədbirlərilə  və yaxud digər tədbirlərlə  nəzərdə 

tutulmayıbsa, hazırkı Paktda iştirak edən hər bir dövlət, öz konstitusion prosedurlarına və 

hazırkı Paktın müddəalarına uyğun olaraq, hazırkı Paktda qəbul edilən hüquqların həyata 

 

1



keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi 

öhdəsinə götürür.  

3. Hazırkı Paktda iştirak edən hər bir dövlət aşağıdakıları öz öhdəsinə götürür:  

a) istənilən  şəxsin hazırki Paktda qəbul edilən hüquq və azadlıqları pozulduğu təqdirdə, - 

hətta  əgər bu pozuntu rəsmi fəaliyyət göstərən  şəxslər tərəfindən törədilmiş olsa belə, - onu 

səmərəli müdafiə vasitələrilə təmin etməyi;  

b) hüquqi müdafiə tələb edən istənilən şəxsin belə müdafiə hüququnun səlahiyyətli məhkəmə, 

inzibati və qanunverici hakimiyyət orqanları  tərəfindən və yaxud dövlətin hüquq sistemində 

nəzərdə tutulan digər səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini təmin etməyi və 

məhkəmə müdafiəsi imkanlarını inkişaf etdirməyi;  

c) hüquqi müdafiə vasitələri təqdim edildiyi təqdirdə, səlahiyyətli hakimiyyət orqanları 

tərəfindən onların tətbiq edilməsini təmin etməyi.  

   

Maddə 3  

   


Hazırkı Paktda iştirak edən dövlətlər hazırkı Paktda nəzərdə tutulan bütün mülki və siyasi 

hüquqlardan kişilərin və qadınların bərabər hüquqda istifadə etmələrini təmin etməyi öhdələrinə 

götürürlər.  

   


Maddə 4  

   


1. Dövlət daxilində əhalinin həyatını təhlükə altına salan fövqəladə vəziyyət zamanı və belə 

halın mövcudluğu rəsmən elan edilərkən, hazırkı Paktda iştirak edən dövlətlər hazırkı Pakt üzrə 

öz öhdəliklərindən yalnız həmin vəziyyətin tələb etdiyi ölçüdə geri çəkilmək üçün tədbirlər görə 

bilərlər, bu şərtlə ki, belə  tədbirlər onların beynəlxalq hüquq üzrə digər öhdəliklərinə zidd 

olmasın və insanın yalnız irqi, dərisinin rəngi, cinsi, dili, dini və ya sosial mənsubiyyəti ilə bağlı 

əlamətləri əsasında ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarmasın.  

2. Bu müddəa 6, 7, 8 (1-ci və 2-ci bəndlər), 11, 15, 16 və 18-ci maddələrdən hər hansı bir 

şəkildə geri çəkilmək üçün əsas ola bilməz.  

3. Hazırkı Paktda iştirak edən istənilən dövlət, geri çəkilmək hüququndan istifadə edərkən, 

geri çəkildiyi müddəalar barədə  və belə bir qərarı doğuran səbəblər barədə Birləşmiş Millətlər 

Təşkilatının Baş Katibi vasitəsilə hazırkı Paktda iştirak edən digər dövlətlərə  dərhal məlumat 

verməlidir. Həmçinin həmin vasitəçi vasitəsilə bu geri çəkilməyə son qoyacağı tarix barədə 

məlumat verməlidir  

   


Maddə 5  

   


1. Hazırkı Paktın heç bir müddəası, hansısa dövlətə, hansısa qrupa və hansısa şəxsə, hazırkı 

Paktda qəbul edilən istənilən hüquq və azadlığın ləğv edilməsinə və yaxud onun hazırkı Paktda 

nəzərdə tutulduğundan artıq ölçüdə  məhdudlaşdırılmasına yönəldilən hər hansı bir fəaliyyətlə 

məşğul olmaq və ya hər hansı bir əməl törətmək hüququnun verilməsi  şəklində  şərh edilə 

bilməz.  

2. Hazırkı Paktda iştirak edən dövlətlərin hər hansı birində qanun, konvensiya, qayda və ya 

adət qüvvəsində qəbul edilən və yaxud mövcud olan əsas insan hüquqlarının hər hansı birinin 

hazırkı Paktda qəbul edilmədiyi və ya onda daha az həcmdə  qəbul edildiyi bəhanəsilə 

məhdudlaşdırılmasına və yaxud nüfuzdan salınmasına heç cür yol verilmir.  

   


III HİSSƏ  

   


Maddə 6  

   


1. Yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kim 

özbaşınalıqla həyatdan məhrum edilə bilməz.  

 

2



2. Ölüm hökmünün ləğv edilmədiyi ölkələrdə ölüm hökmü cinayətin törədildiyi dövrdə 

fəaliyyətdə olan və hazırkı Paktın və Genosid cinayətlərinin önlənilməsi və ona görə  cəza 

haqqında Konvensiyanın müddəalarına zidd olmayan qanuna müvafiq olaraq ər ağır cinayətlərə 

görə çıxarıla bilər. Bu cəza yalnız səlahiyyətli məhkəmənin qəti hökmünü icra etmək məqsədilə 

həyata keçirilə bilər.  

3. Həyatdan məhrum etmə genosid cinayəti tərkibi daşıyarsa, nəzərdə saxlamaq lazımdır ki, 

hazırkı maddənin heç bir müddəası hazırkı Paktda iştirak edən dövlətlərə, Genosid 

cinayətlərinin önlənilməsi və ona görə  cəza haqqında Konvensiyasının müddəalarına uyğun 

olaraq qəbul edilən istənilən öhdəlikdən heç bir vəchlə geri çəkilmək hüququ verilmir.  

4. Ölüm hökmü kəsilən hər bir kəs əfv olunmasını  və ya bu hökmün yumşaldılmasını xahiş 

etmək hüququna malikdir. Bütün hallarda amnistiya, əfv və ya ölüm hökmünün dəyişdirilməsi 

bəxş edilə bilər.  

5. On səkkiz yaşı tamam olmamış şəxslərin törətdikləri cinayətlərə görə ölüm hökmü kəsilmir 

və belə hökm hamilə qadınlara münasibətdə icra edilmir.  

6. Hazırkı maddənin heç bir müddəası hazırkı Paktda iştirak edən hər hansı bir dövlət 

tərəfindən ölüm hökmünün təxirə salınması  və ya onun dəyişdirilməsinə yol verilməməsi üçün 

əsas ola bilməz.  

   


Maddə 7  

   


Heç kim işgəncələrə  və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya 

cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün sərbəst razılığı olmadan tibbi və 

ya elmi təcrubələrə məruz qalmamalıdır.  

   


Maddə 8  

   


1. Heç kim kölə halında saxlanılmamalıdir; köləlik və kölə ticarətinin bütün növləri qadağan 

edilir.  

2. Heç kim asılı vəziyyətdə saxlanılmamalıdır.  

a) Heç kim icbari və yaxud məcburi əməyə vadar edilməməlidir;  

b) cinayətə görə cəza növü kimi katorqa işləri ilə birlikdə azadlqdan məhrum olunmanın təyin 

edildiyi ölkələrdə 3 a) bəndi belə  cəza təyin edən səlahiyyətli məhkəmənin hökmünə  əsasən 

katorqa işlərinin yerinə yetirilməsinə əngəl hesab edilmir;  

c) hazırkı bənddə "icbari və məcburi əmək" termini aşağıdakıları əhatə etmir:  

I) məhkəmənin qanuni sərəncamı əsasında həbsdə olan şəxsin və yaxud belə həbsdən şərti 

olaraq azad edilən  şəxsin bir qayda olaraq yerinə yetirməli olduğu və I) yarımbəndində 

xatırlanmayan istənilən iş və xldməti;  

II) hərbi xarakterli istənilən xidməti; siyasi və dini-etik motivlərə görə hərbi qulluqdan imtinanın 

qəbul edildiyi ölkələrdə isə belə motivlərə görə hərbi qulluqdan imtina edən şəxs üçün qanunla 

nəzərdə tutulan istənilən xidməti;  

III)  əhalinin həyatını  və rifahını  təhdid edən fövqəladə  vəziyyətlər və  fəlakətlər halında 

məcburi olan istənilən xidməti;  

IV) adi mülki vəzifələrə daxil olan istənilən iş və xidməti.  

   


Maddə 9  

   


1. Hər bir insan azadlıq və  şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla 

həbs edilə və ya dustaqda saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa 

və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.  

2. Həbs edilən hər bir kəsə həbs zamanı onun həbs olunmasının səbəbləri barədə məlumat 

verilir və irəli sürülən istənilən ittiham təcili qaydada ona bildirilir.  

3. Cinayət ittihamı ilə  həbs edilən və ya tutulub saxlanılan hər bir şəxs təcili qaydada 

məhkəməyə  və yaxud məhkəmə hakimiyyətinin həyata keçirilməsinin qanunla həvalə edildiyi 

 

3




digər vəzifəli  şəxsə çatdırılır və  məntiqi müddət  ərzində  məhkəmə araşdırması  və ya azad 

edilmə hüququna malikdir. Məhkəmə araşdırmasını gözləyən  şəxslərin həbsdə saxlanılması 

ümumi qayda şəklində olmamalıdır; lakin azadlığa buraxılma məhkəməyə getməyə, məhkəmə 

araşdırmasının istənilən mərhələsinə gəlməyə və zəruri halda isə hökmün icrası üçün gəlməyə 

təminat verilməsindən asılı hala salına bilər.  

4. Həbs və ya dustaq edilmək nəticəsində azadlıqdan məhrum edilən hər kəs işinin 

məhkəmədə araşdırılması hüququna malikdir ki, bu məhkəmə, təxirə salınmadan onun tutulub 

saxlanılmasının qanuniliyi barədə  qərar çıxarsın və ya əgər onun tutulub saxlanılması qanuni 

deyilsə, azadlığa buraxılmasına sərəncam versin.  

5. Qeyri-qanuni həbs və ya dustaq edilmənin qurbanı olan hər bir kəs iddia qüvvəsində olan 

kompensasiya hüququna malikdir.  

   


Maddə 10  

   


1. Azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan 

ləyaqətlərə hörmət hüququna malikdirlər.  

2.  

a) Müstəsna hallar olmadıqda müttəhimlər məhkum edilmişlərdən ayrı yerləşdirilir və onlara 



məhkum edilməmiş şəxslərin statusuna cavab verən ayrıca rejim təqdim edilir;  

b) yetkinlik yaşına çatmamış müttəhimlər yetkinlik yaşına çatmış müttəhimlərdən ayrı 

saxlanılır və qərar çıxarılmaq üçün ən qısa müddətdə məhkəməyə çatdırılır.  

3. Həbs cəza sistemində  məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan 

yenidən tərbiyə etmək olan rejim nəzərdə tutulur. Yetkinlik yaşına çatmamış qanun pozucuları 

yetkinlik yaşına çatmışlardan ayrı saxlanılır və onlara yaşlarına və statuslarına cavab verən 

rejim təqdim edilir.  

   


Maddə 11  

   


Heç kim, yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması  əsasında 

azadlıqdan məhrum edilə büməz.  

   

Maddə 12  

   


1. Hansısa dövlətin  ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində  sərbəst 

hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir.  

2. Hər bir insan, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək hüququna malikdir.  

3.Yuxarıda xatırlanan hüquqlar, dövlət təhlükəsizliyinin, ictimai asayişin,  əhalinin sağlamlığı 

və  mənəviyyatının mühafizəsi üçün və yaxud başqalarının hazırkı Paktda qəbul edilən digər 

hüquqlarla bir araya sığan hüquq və azadlıqları üçün zəruri olan, qanunla nəzərdə tutulan 

məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət obyekti ola bilməz.  

4. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz.  

   

Maddə 13  

   


Hazırkı Paktda iştirak edən dövlətlərdən hər hansı birinin ərazisinə qanuni gələn xarici 

vətəndaş yalnız qanuna müvafiq olaraq çıxarılan qərarın icrasına əsasən ölkədən çıxarıla bilər; 

əgər imperativ dövlət təhlükəsizliyi mülahizəsi bunun əksini tələb etmirsə, həmin  şəxs özünün 

ölkədən çıxarılması  əleyhinə sübutlar təqdim etmək, öz işinin səlahiyyətli orqan tərəfindən və 

yaxud səlahiyyətli hakimiyyət orqanının təyin etdiyi şəxs və ya şəxslər tərəfindən yenidən 

nəzərdən keçirilməsinə və bu məqsədlə həmin hakimiyyət orqanı, şəxs və ya şəxslər qarşısına 

çıxarılmağa nail olmaq hüququna malikdir.  

   


Maddə 14  

 

4




   

1. Bütün şəxslər məhkəmələr və tribunalar qarşısında bərabərdirlər. Hər bir şəxs, ona qarşı 

irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə 

onun hüquq və  vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, 

müstəqil və  qərəzsiz məhkəmə  tərəfindən  ədalətli və açıq araşdırma hüququna malikdir. 

Demokratik cəmiyyətdə  əxlaq, ictimai asayiş  və ya dövlət təhlükəsizliyi mülahizələrinə  əsasən 

və yaxud bunu tərəflərin özəl həyat mənafelərinin tələb etdiyi təqdirdə  və yaxud məhkəmənin 

açıq keçirilməsinin ədalət məhkəməsinin maraqlarını pozduğu xüsusi hallarda, - özü də hakimin 

rəyinə görə son dərəcə  zəruri olduğu olçüdə, - mətbuat və ictimaiyyət bütün məhkəmə 

araşdırmasına və ya onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinlik yaşına çatmamışların 

mənafelərinin başqa cür tələb etdiyi hallar və yaxud işin matrimonial mübahisələrə və ya uşaqlar 

üzərində qəyyumluğa aid olduğu hallar istisna edilməklə istənilən cinayət işi və ya mülki iş üzrə 

məhkəmə qərarı açıq olmalıdır.  

2. Cinayət  əməlində ittiham olunan hər bir şəxs, günahı qanuna uyğun olaraq sübut 

edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir.  

3. Hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən bərabərlik 

əsasında aşağıdakılarla təmin olunmaq hüququna malikdir:  

a) ona qarşı irəli sürülən ittihamın xarakteri və  əsasları barədə başa düşdüyü dildə, təcili 

qaydada və ətraflı xəbərdar edilmək;  

b) öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçisi ilə əlaqə saxlamaq üçün kifayət 

qədər vaxta və imkana malik olmaq;  

c) əsassız gecikdirmələrə yol verilmədən mühakimə olunmaq;  

d) öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi müdafiəçisi vasitəsilə 

müdafiə etmək;  əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə  xəbərdar edilmək və  ədalət 

məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, 

bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz 

müdafiəçiyə malik olmaq;  

e) onun əleyhinə  çıxış edən  şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna 

malik olmaq və onun əleyhinə  çıxış edən  şahidlər üçün mövcud olan şərtlərdə öz şahidlərini 

çağırtdırmaq və dindirmək hüququna malik olmaq;  

f) məhkəmədə istifadə olunan dili başa düşmürsə və yaxud bu dildə danışa bilmirsə, pulsuz 

tərcüməçi köməyindən istifadə etmək;  

q) öz əleyhinə ifadə verməyə və günahkar olduğunu zorla etiraf etməyə məcbur edilməmək.  

4. Yetkinlik yaşına çatmamışlara münasibətdə proses elə olmalıdır ki, onların yaşı və yenidən 

tərbiyəyə yardımçı olmaq arzuları nəzərə alınsın.  

5. Hər hansı bir cinayətə görə  məhkum edilən hər bir şəxs onunla bağlı ittihamnaməyə  və 

hökmə yuxarı məhkəmə instansiyası tərəfindən qanuna uyğun olaraq yenidən baxılmasına nail 

olmaq hüququna malikdir.  

6. Əgər hər hansı bir şəxs qəti qərarla cinayət əməlinə görə məhkum edilmişsə və əgər ona 

kəsilən hökm sonralar ləğv edilmişsə  və ya o, hansısa yeni və yaxud yenidən üzə  çıxarılmış 

halın məhkəmənin səhvini danılmaz şəkildə sübut etməsi əsasında əfv edilmişsə, onda bu cür 

ittihamnamə nəticəsində cəza çəkmiş olan həmin şəxs, əgər göstərilən naməlum halın təmamilə 

və ya qismən onun günahı ucbatından vaxtında üzə çıxarılmaması sübuta yetirilməzsə, qanuna 

müvafiq olaraq kompensasiya alır.  

7. Heç kim hər bir öikənin qanununa və cinayət-prosessual hüququna müvafiq surətdə  qəti 

məhkum olunduğu və yaxud bəraət aldığı cinayətə görə ikinci dəfə mühakimə edilə  və ya 

cəzalandırıla bilməz.  

   


Maddə 15  

   


1. Heç kim cinayət əməli törədilən anda fəaliyyət göstərən dövlətdaxili qanunvericiliyə və ya 

beynəlxalq hüquqa uyğun olaraq cinayət  əməli hesab olunmayan hər hansı bir hərəkət və ya 

xəta nəticəsində  hər hansı bir cinayət  əməli törətməkdə müqəssir sayıla bilməz. Eyni şəkildə

cinayət əməlinin törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. 

 

5



Əgər cinayət törədildikdən sonra qanunla daha yüngül cəza təyin edilibsə, bu qanunun təsiri 

həmin cinayətkara şamil edilir.  

2. Hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul 

edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət  əməli sayılan istənilən hərəkətə  və 

xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir.  

   


Maddə 16  

   


Hər bir insan, harada olmasından asılı olmayaraq, hüquq subyekti kimi qəbul edilmək 

hüququna malikdir.  

   

Maddə 17  

   


1. Heç kimin şəxsi və ailə  həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun 

evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyri-qanuni qəsd 

və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.  

2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.  

   

Maddə 18  

   


1. Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquqa özü seçdiyi 

dinə və əqidəyə malik olmaq və ya öz istədiyi dini və əqidəni qəbul etmək azadlığı və öz dini və 

əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, açıq və ya özəl qaydada etiqad etmək, 

ibadət etmək, dini və mərasim ayinləri və təlimini yerinə yetirmək azadlığı daxildir.  

2. Heç kim öz seçiminə görə dininə  və  əqidəsinə malik olmaq və ya onları  qəbul etmək 

azadlığını alçaldan məcburiyyətə məruz qalmamalıdır.  

3. Öz dininə və əqidəsinə etiqad etmək azadlığına yalnız qanunla müəyyən edilən və ictimai 

təhlüksizliyin, asəyişin, sağlamlığın və  əxlaqın, eyni dərəcədə digər  şəxslərin  əsas hüquq və 

azadlıqlarının mühafizəsi üçün zəruri olan məhdudiyyətlər qoyula bilər.  

4. Hazırkı Paktda iştirak edən dövlətlər, valideynlərin və müvafiq hallarda qanuni qəyyumların 

öz uşaqlarına öz əqidələrinə uyğun olaraq dini və mənəvi tərbiyə vermələrinin təmin olunması 

azadlığına hörmətlə yanaşmağı öz öhdələrinə götürürlər.  

   

Maddə 19  

   


1. Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir.  

2. Hər bir insan öz fikrini sərbəst ifadə etmək hüququna malikdir; bü hüquqa hər cür 

informasiyalara və ideyalara dövlət sərhədlərindən asılı olmayaraq şifahi və ya yazılı  şəkildə, 

mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla 

axtarmaq, almaq və yaymaq hüququ daxildir.  

3. Hazırkı maddənin 2-ci bəndində  nəzərdə tutulan hüquqlardan istifadə insanın üzərinə 

xüsusi öhdəliklər və xüsusi məsuliyyət qoyur. Buna görə  də o, bəzi məhdudiyyətlərlə bağlıdır; 

lakin aşağıdakı məqsədlər üçün qoyula bilən həmin məhdudiyyətlər qanunla müəyyən edilməli 

və zəruri olmalıdır:  

a) başqa şəxslərin hüquqlarına və nüfuzlarına hörmət edilməsi üçün;  

b) dövlət təhlükəsizliyinin, ictimai asayişin,  əhalinin sağlamlığının və  mənəviyyatının 

qorunması üçün.  

   

Maddə 20  

   


1. Müharibə təbliğatının hər cür forması qanunla qadağan edilməlidir.  

 

6




2. Ayrı-seçkiliyə, düşmənçiliyə  və ya zorakılığa təhriki özündə  əks etdirərək milli, irqi və ya 

dini nifrətə qutluq edən çıxışların hər cür forması qanunla qadağan edilir.  

   

Maddə 21  

Dinc yığıncaqlar keçirmək hüququ qəbul edilir. Bu hüquqdan istifadəyə qanuna müvafiq 

surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, 

əhalinin sağlamlığının və  mənəviyyatının və yaxud başqa  şəxslərin hüquq və azadlıqlarının 

qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa, heç bir məhdudiyyət qoyula 

bilməz.  

   

Maddə 22  

   


1. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkərlar ittifaqları yaratmaq və belə 

təşkilatlara yaratmaq hüququ da daxil olmaqla, başqaları ilə birlikdə assosiasiyalar qurmaq 

azadlığına malikdir.  

2. Bu hüquqdan istifadəyə, qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə 

dövlətin və ya ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığı və mənəviyyatının 

və yaxud başqa  şəxslərin hüquq və azadlıqlarının qorunması  mənafeləri üçün zəruri olan 

məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz. Hazırkı maddə silahlı qüvvələrin 

və polisin tərkibinə daxil olan şəxslərin bu hüquqdan istifadə etmələrinə qanuni məhdudiyyətlər 

qoyulmasına əngəl törətmir.  

3. Hazırkı maddənin heç bir müddəası Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar azadlığı 

və  təşkilat hüququnun müdafiəsi ilə bağlı 1948-ci il Konvensiyasında iştirak edən dövlətlərə, 

həmin Konvensiyada nəzərdə tutulan təminatlara ziyan vuran qanunvericilik aktları qəbul etmək 

və ya qanunu bu təminatlara ziyan vuran tərzdə tətbiq etmək hüququ vermir.  

   


Maddə 23  

   

1. Ailə  cəmiyyətin təbii və  əsas özəyidir, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq 

hüququna malikdir.  

2. Nikah yaşına çatmış kişi və qadınların nikah bağlamaq hüququ və ailə qurmaq hüququ 

qəbul edilir.  

3. Heç bir nikah onu bağlayanların sərbəst şəkildə və tam razılığı olmadan bağlana bilməz.  

4. Hazırkı Paktda iştirak edən dövlətlər, nikah bağlayarkən, nikah vəziyyətində olarkən və bu 

nikahı pozarkən  ərlə arvadın hüquq və  vəzifələrinin bərabərliyinin təmin olunması üçün lazımi 

tədbirlər görməlidirlər. Nikahın pozulması halında bütün uşaqlar üçün zəruri müdafiə  nəzərdə 

tutulmalıdır.  

   

Maddə 24  

   


1. Hər bir uşaq irqi, dərisinin rəngi, cinsi, dili, dini, milli və ya sosial mənsubiyyəti,  əmlak 

vəziyyəti və doğuşu əlamətinə görə heç bir ayrı-seçkiliyə yol verilmədən, elə müdafiə tədbirləri 

hüququna malikdir ki, bu müdafiə  tədbirləri, kiçik yaşlı  vəziyyətində olduğuna görə, onun 

ailəsindən, cəmiyyətdən və dövlətdən tələb olunur.  

2. Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır.  

3. Hər bir uşaq vətəndaşlıq əldə etmək hüququna malikdir.  

   

Maddə 25  

   


Hər bir vətəndaş, 2-ci maddədə xatırlanan ayrı-seçkiliklərin heç birinə yol verilmədən və heç 

bir əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:  

a) dövlət işlərinin aparılmasında həm bilavasitə, həm də azad seçilmiş nümayəndələr 

vasitəsilə iştirak etmək;  

 

7



b) ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə keçirilən və seçicilərin öz 

iradələrini azad şəkildə bildirmələrinin təmin edildiyi həqiqi vaxtaşırı seçkilərdə  səs vermək və 

seçilmək;  

c) öz ölkəsində ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq.  

   

Maddə 26  

Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən 

qanunla bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bununla bağlı ayrı-seçkiliyin bütün 

növləri qanunla qadağan olunmalıdır və qanun istənilən əlamətə: irqi, dərisinin rəngi, cinsi, dili, 

dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və ya digər 

halları ilə bağlı əlamətlərə görə ayrı-seçkiliyə qarşı bütün şəxslərə bərabər və səmərəli müdafiə 

təminatı verməlidir.  

   


Maddə 27  

   


Etnik, dini və dil azlıqlarının mövcud olduğu ölkələrdə bu azlıqlara mənsub olan şəxslərə, 

həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən istifadə etmək, öz dininə etiqad 

etmək və onun ayinlərini icra etmək, habelə doğma dilindən istifadə etmək hüququ 

verilməsindən imtina edilə bilməz.  

   

IV HİSSƏ  

   


Maddə 28  

   


1.  İnsan Hüquqları Komitəsi (hazırkı Paktda aşağıda Komitə adlanacaq) təşkil edilir. O, on 

səkkiz üzvdən ibarətdir və aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirir.  

2. Komitənin tərkibinə, hazırkı Paktda iştirak edən dövlətlərin yüksək keyfiyyətlərə malik, 

insan hüquqları sahəsində səriştəliliyi ilə tanınmış vətəndaşları olan şəxslər daxil edilir, özü də 

bu zaman hüquqşünaslıq təcrübəsinə malik olan bir neçə  şəxsin iştirakının faydalı olacağı 

nəzərə alınır.  

3. Komitə üzvləri şəxsi keyfiyyətdə seçilir və çalışırlar.  

   


Maddə 29  

   


1. Komitə üzvləri 28-ci maddədə  nəzərdə tutulan tələblərə cavab verən və hazırkı Paktda 

iştirak edən dövlətlərin bu məqsədlə irəli sürdükləri şəxslər siyahısından gizli səsvermə yolu ilə 

seçilirlər.  

2. Hazırkı Paktda iştirak edən hər bir dövlət ikidən çox şəxsin namizədliyini irəli sürə bilməz. 

Həmin şəxslər, onların namizədliyini irəli sürən dövlətin vətəndaşları olmalıdırlar.  

3. Hər bir şəxs təkrar irəli sürülmək hüququna malikdir.  

   

Maddə 30  

   


1. İlk seçkilər, hazırkı Paktın qüvvəyə mindiyi gündən altı ay gec olmayaraq keçirilir.  

2. 34-cü maddəyə uyğun olaraq boş olduğu elan edilən vakansiyaların doldurulması üçün 

keçirilən seçkilərdən əlavə, hər dəfə Komitədə seçkilər gününə ən azı dörd ay qalmış Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktda iştirak  ədən dövlətlərə, üç ay ərzində Komitə 

üzvlüyünə namizədlərini təqdim etmələri üçün yazılı dəvətnamə ilə müraciət edir.  

3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu üsulla namizədliyi irəli sürülən  şəxslərin, 

onların mənsub olduqları hazırkı Paktda iştirak edən dövlətlərin adları göstərilməklə, əlifba sırası 

üzrə siyahısını  tərtib edir və bu siyahını  hər seçkinin keçiriləcəyi günə  ən azı bir ay qalmış 

hazırkı Paktda iştirak edən dövlətlərə təqdim edir.  

 

8




4. Komitə üzvləri, hazırkı Paktda iştirak edən dövlətlərin Birləşmiş Millətlər Təşkilatının Baş 

Katibinin Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında çağırdığı iclaslarda seçilir. Hazırkı 

Paktda iştirak edən dövlətlərin üçdə ikisinin iştirakının kvorum təşkil etdiyi bu iclaslarda 

namizədlikləri  ən çox səs toplayan və  iştirakçı dövlətlərin iclasda iştirak edən və  səs verən 

nümayəndələrinin böyük əksəriyyətinin səsini alan şəxslər Komitə üzvlüyünə seçilmiş olurlar.  

   


Maddə 31  

   

1. Eyni dövlətin birdən artıq vətəndaşı Komitəyə üzv ola bilməz.  

2. Komitə üzvlüyünə seçkilər zamanı üzvlərin coğrafi bölgü və müxtəlif sivilizasiya formaları 

və əsas hüquqi sistemlər üzrə ədalətli paylanması nəzərə alınır.  

   

Maddə 32  

   


1. Komitə üzvləri dörd il müddətinə seçilirlər. Onlar, təkrar nəmizədlikləri irəli sürülərsə, 

yenidən seçilmək hüququna malikdirlər. Lakin ilk seçkilərdə seçilən üzvlərdən doqquzunun 

səlahiyyət müddəti iki ildən sonra başa çatır; ilk seçkilərdən dərhal sonra bu doqquz üzvün adı 

30-cu maddənin 4-cü bəndində xatırlanan iclasın Sədrinin püşk atması ilə müəyyən edilir.  

2. Səlahiyyətlərin müddəti başa çatdıqda, seçkilər hazırkı Paktın  əvvəlki məlum hissəsinin 

maddələrinə uyğun olaraq keçirilir.  

   

Maddə 33  

   


1.  Əgər digər üzvlərin yekdil rəyinə görə Komitənin hər hansı bir üzvü öz funksiyalarının 

icrasına, müvəqqəti iştirak edə bilməmə  səbəbindən başqa, hər hansı  səbəbə görə son 

qoymuşsa, Komitə Sədri Biriəşmiş Millətlər Təşkilatının Baş Katibini bu barədə xəbərdar edir, o 

isə bu üzvün yerinin boş olduğunu elan edir.  

2. Komitə üzvlərindən hər hansı, birinin ölümü və yaxud istefa verməsi halında Sədr, 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə  dərhal bu barədə  xəbərdarlıq edir, o isə ölüm 

günündən və yaxud istefa verilməsi gerçəkləşdiyi gündən etibarən bu yerin boş olduğunu elan 

edir.  


   

Maddə 34  

   


1. 33-cü maddəyə uyğun olaraq üzv yerinin boş qaldığı elan edilirsə  və  əvəz edilməli olan 

üzvün səlahiyyət müddəti bu vakansiyanın elan edilməsindən sonrakı altı ay ərzində başa 

çatmırsa, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktda iştirak edən hər bir dövlətə bu 

barədə xəbərdarlıq edir; onlar isə 29-cu maddəyə uyğun olaraq bu vakansiyanın doldurulması 

üçün iki ay ərzində öz namizədlərini təqdim edirlər.  

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu qayda ilə namizədlikləri irəli sürülən şəxslərin 

əlifba sırası üzrə siyahısını  tərtib edir və  həmin siyahını hazırkı Paktda iştirak edən dövlətlərə 

təqdim edir. Boş yerlərin tutulması üzrə seçkilər hazırkı Paktın məlum hissəsinin müddəalarına 

müvafiq surətdə keçirilir.  

3. 33-cü maddəyə uyğun olaraq elan edilən vakansiyanı tutmaq üçün seçilən Komitə üzvü bu 

vəzifəni, göstərilən maddənin müddəalarına uyğun olaraq öz yerini azad edən Komitə üzvünün 

səlahiyyət müddətinin qalan hissəsi ərzində daşıyır.  

   

Maddə 35  

   


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq olunan Komitə üzvləri Baş 

Assambleya tərəfindən, Komitənin vəzifələrinin vacibliyi nəzərə alınmaqla, müəyyən edilən 

qaydada və şərtlərdə Birləşmiş Millətlər Təşkilatının vəsaitləri hesabına haqq alırlar.  

   


 

9



Maddə 36  

   


Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, Komitənin öz funksiyalarını hazırkı Pakta müvafiq 

surətdə səmərəli həyata keçirməsi üçün lazımi personal və maddi vəsait ayırır.  

   

Maddə 37  

   


1. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitənin birinci iclasını Birləşmiş Millətlər 

Təşkilatının Mərkəzi təsisatlarının birində çağırır.  

2.   Özünün ilk iclasından sonra Komitə, öz prosedur qaydalarında nəzərdə tutulan vaxtda 

toplaşır.  

3. Komitə, adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında və ya Birləşmiş 

Millətlər Təşkilatının Cenevrədəki Şöbəsində toplaşır.  

   

Maddə 38  

   


Komitənin hər bir üzvü, öz vəzifələrinin icrasına başlamazdan əvvəl, Komitənin açıq iclasında 

öz funksiyalarını qərəzsiz və vicdanla həyata keçirəcəyi barədə təntənəli bəyanat verir.  

   

Maddə 39  

   


1. Komitə öz vəzifəli şəxslərini ikiillik müddətə seçir. Onlar təkrar seçilə bilərlər.  

2. Komitə özünün xüsusi prosedur qaydalarını müəyyənləşdirir, ancaq bu qaydalar, əsasən, 

aşağıdakıları nəzərdə tutmalıdır:  

a) Komitənin 12 üzvü kvorum təşkil edir;  

b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.  

   


Maddə 40  

   


1. Hazırkı Paktda iştirak edən dövlətlər hazırkı Paktda qəbul edilən hüquqların həyata 

keçirilməsi ilə bağlı  qəbul etdikləri tədbirlər haqqında və bu hüquqlardan istifadə olunmasında 

əldə edilən tərəqqi haqqında aşağıdakı məruzələri təqdim etməyi öhdələrinə götürürlər.  

a) hazırkı Paktın müvafiq iştirakçı dövlətlərə münasibətdə qüvvəyə minməsindən sonrakı bir il 

ərzində;  

b) bundan sonra, Komitənin tələb etdiyi bütün hallarda.  

2. Bütün məruzələr Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə  təqdim edilir, o isə bu 

məruzələri baxılmaq üçün Komitəyə göndərir. Hazırkı Paktın həyata keçirilməsinə təsir göstərən 

amillər və çətinliklər olarsa, onlar bu məruzələrdə qeyd olunur.  

3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, Komitə ilə  məsləhətləşdikdən sonra, bu 

məruzələrin o hissələrini ixtisaslaşdırılmış  təsisatlara göndərə bilər ki, bu, onların səlahiyyət 

sahələrinə aid olsun.  

4. Komitə, hazırkı Paktda iştirak edən dövlətlərin təqdim etdikləri məruzələri öyrənir. O, 

iştirakçı dövlətlərə öz məruzələrini və  məqsədəuyğun hesab etdiyi ümumi qeydlərini göndərir. 

Komitə, həmçinin bu qeydlərini, hazırkı Paktda iştirak edən dövlətlərdən aldığı  məruzələrin 

nüsxələri ilə birlikdə İqtisadi və Sosial Şuraya göndərə bilər.  

5. Hazırkı Paktda iştirak edən dövlətlər, hazırkı maddənin 4-cü bəndinə uyğun olaraq edilə 

bilən istənilən qeydlərlə əlaqədar öz mülahizələrini Komitəyə təqdim edə bilərlər.  

   

Maddə 41  

   


1. Hazırkı Paktda iştirak edən dövlət, hazırkı maddəyə uyğun olaraq, istənilən vaxt bəyan edə 

bilər ki, o, Komitənin, iştirakçı dövlətlərdən hər hansı birinin, digərinin hazırkı Pakt üzrə öz 

 

10



öhdəliklərini yerinə yetirmədiyini iddia etməsi barədə verdiyi məlumatları almaq və  nəzərdən 

keçirmək səlahiyyətini qəbul edir. Hazırkı maddədə nəzərdə tutulan məlumatlar yalnız o halda 

qəbul edilə  və  nəzərdən keçirilə bilər ki, onlar bu Komitənin səlahiyyətliliyini qəbul etdikləri 

barədə bəyanat vermiş olan iştirakçı dövlətlər tərəfindən təqdim edilmiş olsunlar. Komitə, belə 

bir bəyanat verməmiş olan iştirakçı dövlətə aid olan heç bir məlumatı  qəbul etmir. Hazırkı 

maddəyə uyğun olaraq alınan məlumatlar aşağıdakı prosedura uyğun olaraq nəzərdən keçirilir:  

a) əgər hazırkı Paktda iştirak edən dövlətlərdən hər hansı biri, digər iştirakçı dövlətin hazırkı 

Paktın müddəalarını həyata keçirmədiyi qənəətinə gələrsə, onda o, bu məsələni yazılı məlumat 

şəklində həmin dövlətin nəzərinə çatdıra bilər. Bu məlumatı alan dövlət, onu aldıqdan sonra üç 

ay  ərzində onu göndərən dövlətə yazılı formada izahat və ya bu məsələyə aydınlıq gətirən 

istənilən başqa bəyanat təqdim edir; həmin bəyanatda, mümkün və  məqsədəuyğun olduğu 

qədər həmin məsələ ilə bağlı qəbul edilmiş olan, qəbul ediləcək və ya qəbul edilə biləcək daxili 

prosedurlar və tədbirlər göstərilməlidir.  

b) əgər bu məsələ, ilkin məlumatı alan iştirakçı dövlətin bu məlumatı almasından sonrakı altı 

ay ərzində bunda marağı olan hər iki iştirakçı dövləti təmin edəcək şəkildə həll edilməzsə, həmin 

dövlətlərdən istənilən biri Komitəni və digər dövləti xəbərdar etməklə həmin məsələni Komitəyə 

vermək hüququna malikdir;  

c) Komitə, ona verilən məsələni yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilən 

prinsiplərinə uyğun olaraq bütün mümkün daxili vasitələrin həmin halda sınandığına və 

tükəndiyinə əmin olduqdan sonra nəzərdən keçirir;  

d) hazırkı maddədə nəzərdə tutulan məlumatları Komitə qapalı iclaslarında nəzərdən keçirir;  

e) Komitə, c) yarımbəndinin müddəalarına riayət etməklə, məsələnin hazırkı Paktda qəbul 

edilən insan hüquqlarına və əsas azadlıqlara hörmət edilməsi əsasında dostcasına həll edilməsi 

məqsədilə bunda marağı olan iştirakçı dövlətlərə xeyirxah xidmət göstərir;  

f) Komitə, b) yarımbəndində xatırlanan bunda marağı olan iştirakçı dövlətlərə ona baxılmağa 

verilən istənilən məsələ ilə bağlı istənilən məlumatı təqdim etmələri barədə müraciət edə bilər;  

q) b) yarımbəndində xatırlanan bunda marağı olan iştirakçı dövlətlər Komitədə  məsələyə 

baxılarkən təmsil olunmaq və şifahi və yaxud yazılı təqdimat vermək hüququna malikdirlər;  

h) Komitə, b) yarımbəndinə uyğun olaraq xəbərdar edildikdən sonra on iki ay ərzində 

aşağıdakı formalarda məruzə təqdim edir:  

i)  əgər e) yarımbəndinin müddəaları  çərçivəsinədə  həllə nail olunarsa, onda Komitə öz 

məruzəsində faktların və əldə edilən həll qərarının qısa təfsilatı ilə kifayətlənir;  

ıı)  əgər e) yarımbəndinin müddəaları  çərçivəsində  həllə nail olunmazsa, onda Komitə öz 

məruzəsində faktların qısa təfsilatı ilə kifayətlənir; bunda marağı olan həmin iştirakçı dövlətlərin 

yazılı təqdimatları və şifahi təqdimatlarının yazısı məruzəyə əlavə edilir.  

Hər bir məsələ üzrə məruzə bunda marağı olan iştirakçı dövlətlərə göndərilir.  

2. Hazırkı maddənin müddəaları, hazırkı Paktda iştirak edən on dövlətin bu maddənin 1-ci 

bəndinə uyğun olaraq bəyanat verdiyi andan qüvvəyə minir. Həmin bəyanatlar iştirakçı dövlətlər 

tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulur, o isə onların 

surətlərini qalan iştirakçı dövlətlərə göndərir. Bəyanat, Baş Katibi xəbərdar etməklə istənilən 

vaxt geri götürülə bilər. Belə bir hərəkət hazırkı maddəyə uyğun olaraq artıq verilmiş məlumatın 

mövzusu olan istənilən məsələnin baxılmasına  əngəl törətmir; Baş Katibin bəyanatın geri 

götürülməsi haqqında xəbərdarlıq almasından sonra, əgər bunda marağı olan iştirakçı dövlət 

yeni bəyanat verməmişsə, onun sonrakı heç bir məlumatı qəbul edilmir.  

   

Maddə 42  

   


1.  

a)  əgər 41-ci maddəyə uyğun olaraq Komitəyə verilən hər hansı bir məsələ bunda marağı 

olan iştirakçı dövlətləri təmin edəcək şəkildə həll edilməzsə, Komitə bunda marağı olan iştirakçı 

dövlətlərin razılığı ilə Xüsusi Razılaşdırıcı Komissiya (sonralar Komissiya adlanacaq) təyin edə 

bilər. Komissiya həmin məsələnin, hazırkı Paktın müddəlarına riayət etməklə, xoşluqla həll 

edilməsi məqsədilə bunda marağı olan iştirakçı dövlətlərə öz xeyirxah xidmətlərini təqdim edir.  

 

11



b) Komissiya, bunda marağı olan iştirakçı dövlətlər üçün məqbul olan beş şəxsdən ibarət olur. 

Əgər bunda marağı olan iştirakçı dövlətlər üç ay ərzində Komissiyanin tam tərkibi və ya onun 

tərkibinin bir hissəsi barədə razılığa gələ bilməzlərsə, onda təyin edilmələrı barədə razılıq əldə 

edilməyən Komissiya üzvləri gizli səsvermə yolu ilə Komitə üzvlərinin üçdə ikisinin səs çoxluğu 

ilə seçilirlər.  

2. Komissiya üzvləri öz vəzifələrini  şəxsi keyfiyyətdə yerinə yetirirlər. Onlar, bunda marağı 

olan iştirakçı dövlətlərin və ya hazırkı Paktda iştirak etməyən dövlətlərin və yaxud 41-ci 

maddəyə uyğun şəkildə bəyanat verməyən iştirakçı dövlətlərin vətəndaşları olmamalıdırlar.  

3. Komissiya öz Sədrini seçir və öz prosedur qaydalarını müəyyən edir.  

4. Komissiyanın iclasları, adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında və 

yaxud Birləşmiş Millətlər Təşkilatının Cenevrə  Şöbəsində keçirilir.  Lakin bu iclaslar, Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibi ilə və müvafiq iştirakçı dövlətlərlə məsləhətləşməklə Komissiya 

tərəfindən müəyyən edilən digər münasib yerlərdə də keçirilə bilər.  

5. 36-cı maddəyə uyğun olaraq təqdim edilən katiblik də hazırkı maddə əsasında təyin edilən 

Komissiyaya xidmət edir.  

6. Komitənin aldığı  və  tədqiq etdiyi informasiyalar Komissiyanın sərəncamına verilir və 

Komissiya işə aid olan istənilən informasiyanı təqdim etmələri üçün bunda marağı olan iştirakçı 

dövlətlərə xahişlə müraciət edə bilər.  

7. Komissiya, məsələyə tamam baxıb qurtardıqdan sonra, amma həmin məsələnin ona 

verildiyi vaxtdan on iki aydan gec olmayaraq, Komitə  Sədrinə bunda marağı olan iştirakçı 

dövlətlərə göndərilmək üçün aşağıdakı formalarda məruzə təqdim edir:  

a)  əgər Komissiya həmin məsələni on iki ay ərzində baxıb qurtara bilməzsə, o öz 

məruzəsində həmin məsələnin baxılma vəziyyətinin qısa təfsilatını verməklə kifayətlənir;  

b)  əgər, hazırkı Paktda qəbul edilən insan hüquqlarına riayət edilməklə, həmin məsələnin 

xoşluqla həllinə nail olunarsa, Komissiya öz məruzəsində faktların və əldə edilən həll qərarının 

qısa təfsilatını verməklə kifayətlənir;  

c) əgər b) yarımbəndində göstərilən şəkildə məsələnin həllinə nail olunmazsa, Komissiyanın 

məruzəsi, bunda marağı olan iştirakçı dövlətlər arasındakı mübahisə ilə bağlı bütün məsələlərə 

dair Komissiyanın faktik xarakterli rəyindən və bu məsələnin xoşluqla nizamlanması imkanları 

barədə onun mülahizələrindən ibarət olur;  

d) əgər Komissiyanın məruzəsi c) yarımbəndinə uyğun olaraq təqdim edilərsə, bunda marağı 

olan iştirakçı dövlətlər bu məruzəni aldıqdan sonra üç ay ərzində onun məzmunu ilə razılaşıb-

razılaşmadıqlarını Komitə Sədrinə bildirirlər.  

8. Hazırkı maddənin müddəaları Komitənin 41-ci maddədə  nəzərdə tutulan vəzifələrini 

azaltmır.  

9. Bunda marağı olan iştirakçı dövlətlər, Komissiya üzvlərinin bütün xərclərini Biriəşmiş 

Millətlər Təşkilatının Baş Katibi tərəfindən təqdim edilən smetaya uyğun olaraq, bərabər ölçüdə 

çəkirlər.  

10. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, lazım gələrsə, Komissiya üzvlərinin xərclərini 

bunda marağı olan iştirakçı dövlətlərin hazırkı maddənin 9-cu bəndinə uyğun olaraq onları 

ödəmələrinə qədər ödəmək hüququna malikdir.  

   


Maddə 43  

   


   

Komitə üzvləri və 42-ci maddəyə uyğun olaraq təyin edilən Xüsusi Razılaşdırıcı Komissiyanın 

üzvləri, Birləşmiş Millətlər Təşkilatının imtiyazları və Toxunulmazlıqları haqqında Konvensiyanın 

müvafiq bölmələrində Birləşmiş Millətlər Təşkilatı  tərəfindən ezam edilən ekspertlər üçün 

nəzərdə tutulan güzəşt, imtiyaz və toxunulmazlıq hüququna malikdirlər.  

   


Maddə 44  

   


Hazırkı Paktın həyata keçirilməsi qaydaları, insan hüquqları sahəsində Birləşmiş Millətlər 

Təşkilatının və ixtisaslaşdırılmış  təsisatların təsis aktları  və konvensiyalarında təyin edilən 

 

12



prosedurlara ziyan gətirmədən və ya onlara uyğun olaraq tətbiq edilir və bu qaydalar hazırkı 

Paktda iştirak edən dövlətlərin, mübahisənin həlli üçün onlar arasında fəaliyyətdə olan ümumi 

və xüsusi beynəlxalq müqavilələr əsasında digər prosedurlara əl atmalarına əngəl törətmir.  

   


Maddə 45  

Komitə öz işi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına,  İqtisadi və Sosial 

Şura vasitəsilə illik məruzə təqdim edir.  

   


V HİSSƏ  

   


Maddə 46  

   


Hazırkı Paktın heç bir müddəası Birləşmiş Millətlər Təşkilatı və ixtisaslaşdırılmış təsisatların, 

hazırkı Paktın da aid olduğu mövzular üzrə, müxtəlif orqanlarının müvafiq vəzifələrini müəyyən 

edən Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və ixtisaslaşdırılmış  təsisatların 

nizamnamələrinin müddəalarının əhəmiyyətinin azaldılması kimi şərh edilə bilməz.  

   

Maddə 47  

   


Hazırkı Paktın heç bir müddəası, bütün xalqların öz təbii sərvətlərinə  və ehtiyatlarına sahib 

çıxmaq və onlardan tam həcmdə və sərbəst şəkildə istifadə etməklə bağlı alınmaz hüquqlarının 

məhdudlaşdırılması kimi şərh edilə bilməz.  

   


VI HİSSƏ  

   


Maddə 48  

   


1. Hazırkı Pakt Birləşmiş Millətlər Təşkilatına və ya onun ixtisaslaşdırılmış  təsisatlarına üzv 

olan istənilən dövlət üçün, Beynəlxalq Məhkəmə Statuna üzv olan istənilən dövlət üçün və 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hazırkı Paktda iştiraka dəvət edilən 

istənilən dövlət üçün imzalanmaya açıqdır.  

2. Hazırkı Pakt təsdiq olunmalıdır. Təsdiq fərmanları Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 

yanında depozitə qoyulur.  

3. Hazırkı Pakt bu maddənin 1-ci bəndində göstərilən istənilən dövlətin ona qoşulması üçün 

açıqdır.  

4. Qoşulma, bu barədəki sənədin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə 

qoyulması ilə başa çatır.  

5. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktı imzalayan və ya ona qoşulan bütün 

dövlətlərə  hər bir təsdiq fərmanının və ya qoşulma sənədinin depozitə qoyulması barədə 

məlumat verir.  

   


Maddə 49  

   


1. Hazırkı Pakt, 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi Birləşmiş Millətlər Təşkilatının Baş 

Katibi yanında depozitə qoyutduqdan üç ay sonra qüvvəyə minir.  

2. 35-ci təsdiq fərmanı  və ya qoşulma sənədi depozitə qoyulduqdan sonra hazırkı Paktı 

təsdiq edən və ya ona qoşulan hər bir dövlət üçün hazırkı Pakt, onun öz təsdiq fərmanı və ya 

qoşulma sənədi depozitə qoyulduqdan üç ay sonra qüvvəyə minir.  

   


Maddə 50  

   


 

13



1. Hazırkı Paktda iştirak edən istənilən dövlət ona qeyd-şərtlər edə  və onları Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibinə  təqdim edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 

sonra təklif olunan istənilən qeyd-şərtləri hazırkı Paktda iştirak edən dövlətlərə göndərir və 

onlardan, bu təkliflərə baxmaq və bununla bağlı  səsvermə keçirmək məqsədilə  iştirakçı 

dövlətlərin konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını ona bildirmələrini xahiş edir. 

Əgər, iştirakçı dövlətlərin  ən azı üçdə biri belə bir konfrans çağırılmasına tərəfdar olduqlarını 

bildirərlərsə, onda Baş Katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu konfransı 

çağırır. Bu konfransda olan və səsvermədə iştirak edən iştirakçı dövlətlərin səs çoxluğu ilə qəbul 

edilən istənilən qeyd-şərtlər təsdiq olunmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş 

Assambleyasına təqdim olunur.  

2. Qeyd-şərtlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası onları  təsdiq etdikdən və 

hazırkı Paktda iştirak edən dövlətlərin üçdə ikisindən çoxunun onları öz konstitusion 

prosedurlarına uyğun olaraq qəbul etməsindən sonra qüvvəyə minir.  

3. Qeyd-şərtlər qüvvəyə mindikdən sonra, onları qəbul edən iştirakçı dövlətlər üçün məcburi 

olur, digər dövlətlər üçün hazırkı Paktın müddəaları  və onların  əvvəllər qəbul etdikləri qeyd-

şərtlər məcburi olaraq qalır.  

   

Maddə 52  

   


48-ci maddənin 5-d bəndinə uyğun olaraq edilən xəbərdarlıqlardan asılı olmayaraq, Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibi elə  həmin maddənin 1-ci bəndində haqqında danışılan bütün 

dövlətləri aşağıdakılar barədə xəbərdar edir:  

a) 48-ci maddəyə uyğun olaraq imzalamalar, təsdiqetmələr və qoşulmalar;  

b) 49-cu maddəyə uyğun olaraq hazırkı Paktın qüvvəyə minmə tarixi və 51-ci maddəyə uyğun 

istənilən qeyd-şərtlərin qüvvəyə minmə tarixi.  

   

Maddə 53  

   


1. Hazırkı Paktın ingilis, ispan, çin, rus və fransız dillərindəki mətnləri eyni dərəcədə 

autentikdir və saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir.  

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktın təsdiq olunmuş surətlərini 48-ci 

maddədə göstərilən bütün dövlətlərə göndərir 



 

 

14



Document Outline

  • MÜLKI VƏ SIYASI HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKT 

Yüklə 133,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə