Multikulturalizm ILI çərçivəsində Yaponiyanın



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü1,23 Mb.
#72774


Multikulturalizm ili 

çərçivəsində Yaponiyanın 

Va-Liqa ansamblının

Azərbaycan turu 2016

2 iyul, 2016 (şənbə) saat 18:00

Xətai Rayonu

Heydər Əliyev Parkı

Yapon Bağı

Giriş pulsuzdur

Xətai Rayonu

Heydər Əliyev Parkı

Yapon Bağı

Musiqi alətləri ilə tanışlıq

Tsuqaru  Camisen 

(şami-sen  –  üç 

simli  musiqi  aləti) 

Tsuqaru bölgəsində 

( Ya p o n i y a n ı n 

şimalında  yerləşən  Aomori  Prefekturasının 

qərb  hissəsi)  yaranmış  musiqi  növüdür.  Əsas 

xüsusiyyəti mizrab ilə zərb aləti üslubunda ifa 

olunması və ifa olunan musiqinin yüksək tempə 

malik olmasıdır.



Şinobue  Yaponiyanın  taxta 

nəfəs  musiqi  alətlərindən 

biridir. Sadə quruluşlu eninə 

formalı fleytadır. Bambukda 

dəlik  açılır,  gövdənin  içəri  

hissəsi  isə  yapon  lakı  ilə  

rənglənilir. Sadə fleyta ilə  eyni olaraq“müştüksüz 

nəfəs musiqi alətləri” qrupuna daxildir.

 

Vadaiko  yapon  barabanları 

üçün  istifadə  olunan  ümumi 

addır.  Ağacdan  hazırlanmış 

korpusa  dəri  çəkilir  və  daha 

sonra  vibrasiya  nəticəsində 

musiqi  səsi  alınır.  Baçi 

(çubuq) ilə ifa olunan zərb aləti taiko, əl ilə ifa 

olunan alət isə tsuzumi adlanır.



Minyo qədim zamanlardan bəri qorunub saxlanan 

ənənəvi  mahnılara  verilən  ümumi  addır.  Yapon 

dilinin  səslənmə  sistemi  qafiyədən  yaranaraq 

Yaponiyanın  özünəməxsus  musiqisinin  əsasını 

təşkil edir. Hal-hazırda mövcud olan minyo musiqisi 

təxminən 58,000 mahnı parçasından ibarətdir.

Xətai Rayon

İcra Hakimiyyəti




Hanava Çie

Tsuqaru şamisen ifaçısı.

9 yaşında tsuqaru şamisen 

dərslərini almağa başlayıb. 

2000-ci  ildə  (17  yaş) 

Yaponiyanın 

tsuqaru 

şamisen müsabiqəsində ən 

gənc çempion titulunu qazanıb.

Tokio  İncəsənət  Universitetinin  Musiqi 

fakültəsinin  Yapon    musiqisi  şöbəsində  təhsil 

alıb.  Daha  sonra  yapon    və  qərb  milli  musiqi 

alətlərinin  sintezi olan “Hanamas” adlı qrup və  

ayrıca  yapon  milli  musiqi    alətlərindən    ibarət 

“Yui” adlı qrup formalaşdırıb.

Omodaka Akiko

Min-yo ifaçısı.

İlk dəfə 2 yaşında səh-

nədə çıxış edib. 1989-cu 

ildə (3 yaş) Yaponiyanin Yerli 

Folklor 

Assosiasiyasının 

yeniyetmələr 

arasında 

keçirtdiyi yarışda xüsusi mükafata layiq görülüb. 

1997-ci  ildə  (11  yaş)  və  1999-cu  ildə  (13 

yaş)  qələbə  qazanıb.  Bundan  başqa,  müxtəlif 

şəhərlərdə  yeniyetmələr  arasında  keçirilən 

yarışlarda birinci yerlərə layiq görülüb. 

Hal-hazırda  yalnız  folklor  mahnılar  deyil, 

həmçinin  şamisen,  sanşin  (Okinava  şamiseni) 

ifaçısı kimi də fəaliyyət göstərir.

Yamada Miçiko

Şinobue,  nokan  (yapon 

fleyta növləri) ifaçısı.

No  teatrının  ifaçısı  İsso 

Yukihironun (İsso üslubunda 

fleyta  ifa  məktəbi)  tələbəsi 

olub.


Yaponiyanın yokobue, şinobue, nokan (yapon 

fleyta  növləri)  ənənəvi  musiqi  alətlərindən 

istifadə  edib,  klassik  musiqidə  öz  bacarığını 

təkmilləşdirərək 

hər 

zaman 


orijinallıq 

axtarışındadır.  Bəstəkarlıq  ilə  məşğul  olaraq 

və  şinobue  (yapon  fleytası)  dərsləri  verərək, 

müxtəlif  şəhərlərdə  musiqi  parçalarını  təqdim 

edir. 

Kasai Hiroyuki



Vadaiko  (zərb  aləti) 

ifaçısı.


2005-ci  ildə  Tokio 

Universitetinə  daxil  olub 

və  eyni  zamanda  vadaiko 

(yapon  barabanı)  qrupunu 

formalaşdırıb. 

Sonralar  qrupun  başçısı  kimi  fəaliyyət 

göstərib. 

Nəfəs və zərb alətlərinin ifasında əldə etdiyi 

təcrübədən  yararlanaraq  çıxışlarında  tez-tez 

vadaiko (zərb aləti) dəstindən istifadə edir və hər 

zaman özünə əmin şəkildə səhnədə çıxış edərək 

ifada əsas rol oynayır.

“Va-Liqa”

 

- ənənəvi incəsənət ilə məşğul 



olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə 

yapon  mədəniyyətinin  tanıtımı  və  beynəlxalq 

mübadilə  qurulması  məqsədi  ilə  çıxış  edən 

incəsənət  qrupudur.  Yaponiyaya  olan  marağı 

oyatmaq  məqsədi  ilə  kabuki  və  no  teatrlarının 

rəqs və səhnələri, vadaiko (yapon barabanları), 



şamisen (simli musiqi aləti), minyo kimi folklor 

musiqisi başda olmaqla, müxtəlif janrlarda olan 

yapon ənənəvi incəsənətinin xaricdə tanıtımı ilə 

məşğul olur.  

Qrup  indiyə  qədər  dünyanın  müxtəlif 

ölkələrində  300  dəfədən  artıq  çıxış  edib. 

Ansambl 2014-cü ilin dekabr ayında, daha sonra 

isə  2015-ci  ilin  dekabr  ayında  Azərbaycanda 

konsert  ilə  çıxış  etmişdir.  Bu  dəfə  artıq  3-cü 

konsert ilə burada çıxış edəcək. Keçən konsertdə 

ənənəvi Azərbaycan musiqisi ilə ənənəvi Yapon 

musiqisinin  sintezi  iki  ölkənin  ənənəvi  musiqi 

janrlarını  bir  araya  gətirərək  olduqca  maraqlı 

ifalar  ilə  yadda  qalmışdır  və  tamaşaçılar 

tərəfindən çox bəyənilmişdir.

Ansamblın sayca 3-cü konserti Xətai Rayon 

İcra  Hakimiyyəti,  JTI  şirkəti  və  Beynəlxalq 

Muğam Mərkəzinin əməkdaşlığı ilə 2015-ci ilin 

oktyabr ayında Heydər Əliyev parkında salınan 

yapon bağının yaxınlığında keçiriləcək.

Bu  dəfə  həmçinin  Yapon  və  Azərbaycan 

musiqisinin  sintez  ifaları  planlaşdırılır,  odur 

ki,  ənənəvi  Yapon  musiqisi  ilə  yaxından  tanış 

olmaqla bərabər, ənənəvi Yapon və Azərbaycan 

musiqi  janrlarını  müqayisə  edib,  iki  ölkənin 

mədəniyyətinə xas olan oxşar cəhətlərdən zövq 



ala bilərsiniz.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə