Münaqişələrin və stressin idarə edilməsi Mövzu: plan



Yüklə 1,75 Mb.
səhifə1/3
tarix23.05.2022
ölçüsü1,75 Mb.
#87698
  1   2   3
Nəhmətzadə Əli 760A2 - Menecment sərbəst iş


Azərbyacan Respulikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat
Universiteti
Kafedra: «Xidmət sahələrinin iqtisadiyyatı və menecment»
Fənn: «Menecment»
Fakültə: Tikinti-İqtisad
Qrup: 760A2
Müəllim: Məmmədov Məhəbbət
Tələbə: Nəhmətzadə Əli

Münaqişələrin və stressin idarə edilməsi

Mövzu:

PLAN:

  • PLAN:
  • 1. Münaqişələrin mahiyyəti və yaranma səbəbləri.

    2. Münaqişələrin növləri.

    3. Münaqişələrin tipləri.

    4. Münaqişələrin idarə olunması metodları.

    5. Stres və onun təbiəti.

    6. Stresin aradan qaldırılması yolları


MÜNAQİŞƏLƏRİN VƏ STRESİN İDARƏ OLUNMASI.
Münaqişələr mövqelərin, görüşlərin, mənafelərin bir-birinə uyğun gəlmədiyi şəraitdə, habelə problemlərin çətinliklə həll olunduğu halda baş verir.
Münaqişələr öz təbiətinə görə açıq və gizli, müəyyən və nisbətən qeyri- müəyyən formalarda ola bilər. Bunlar həm dağıdıcı, həm də yaradıcı xarakter daşıya bilərlər. Lakin münaqişələrin hansı xarakter daşımalarından asılı olmayaraq, onlar, gərgin qarşılıqlı əlaqə və emosional situasiyalar yaradırlar.
Əmək kollektivlərində münaqişələrin, münaqişə situasiyalarının bir sıra ümumi və xüsusi halları mövcuddur. Bu baxımdan, münaqişələr obyektiv və subyektiv olurlar.
Obyektiv- işguzar xarakter daşıyan münaqişələr, istehsal və əmək fəaliyyəti sahəsində bir növ siqnal rolunu oynayır və istehsal münaqişəsi adlanır. Münaqişələrin subyekti və obyekti ilə əlaqədə olan məsələlər sistemli halda araşdırılmalı, tədqiq edilməlidir. Çünki münaqişə situasiyası çevik xarakter daşıyır və sabit olmur. Hətta burada opponentlərin, bu və ya digər məsələyə dair olan fikirləri də dəyişə bilər. Bu, bir tərəfdən opponentlərin öz statusundan, digər
tərəfdən isə onlara təsir edə bilən rəsmi orqanların ranqından, yəni hakimiyyət səviyyəsindən asılı olur.

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə