MüNDƏRİcat giRİŞ FƏSİl veriLƏNLƏr bazasi haqqinda §



Yüklə 164,22 Kb.
tarix06.02.2018
ölçüsü164,22 Kb.

MÜNDƏRİCAT
GİRİŞ.........................................................................................................................4
FƏSİL 1. VERİLƏNLƏR BAZASI HAQQINDA.................................................6
§1.1VERLƏNLƏR BAZASININ MƏKSƏDİ VƏ TƏRİFİ………….………..6
§1.2VERİLƏLƏRİN BAZASI STURUKTURU..................................................8
§1.3RELYASİYA STURUKTURU......................................................................9
§1.4SAHƏLƏRİN TİPLƏRİ...................................................................................9
§1.5 VERİLƏNLƏR BAZASI İDARƏETMƏ SİSTEMLƏRİ (VBİS), ONLARIN MƏQSƏDİ VƏ TƏSNİFATI..............................................................11
§1.6 VBİS-in TƏSNİFATI......................................................................................15
FƏSİL 2 MİCROSOFT ACCESS HAQQINDA .................................................18
§2.1 MS ACCESS PROQRAMI HAQQINDA ƏSAS MƏLUMATLAR.........18
§2.2 CƏDVƏLLƏRİN YARADILMASI..............................................................21
§2.3 SORĞULAR....................................................................................................27
§2.4 FORMALAR..................................................................................................30
§2.5 HESABATLAR..............................................................................................32
FƏSİL 3 ORİFLAME FİRMASINI MS ACCESS DƏ VERİLƏNLƏR BAZASININ YIĞILMASI .FORMALAR ,SORĞULAR...................................33
§3.1 ORİFLAME FİMRASI HAQQINDA...........................................................33
§3.2 MS ACCESSDE ORİFLAME FİRMASIN CƏDVƏLİNİN
YİĞİLMASI.............................................................................................................34

§3.3SORĞULARIN VERİLMƏSİ........................................................................37
§3.4 FOMRA HAZIRLANMASI...........................................................................40
§3.5 CƏDVƏLLƏR ARASI ƏLAQƏ....................................................................41
NƏTİCƏ ..................................................................................................................,43
ƏDƏBİYYAT............................................................................................................44


GİRİŞ

İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərin-dən biridir. İnformasiyanın kompüterlərdə qorunub saxlanılması üçün verilənlər baza-ından(VB)geniş istifadəolunur.

Verilənlər bazası eyni yerdə saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və müxtə-lif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan məlumatlar yığımı-dır. Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.
Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır

-bazada verilənlərin təkrarlanması minimum olmalıdır;

- verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi idarə-etmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;

- sonrakı mərhələlərdə verilənlər bazasının tətbiq sahəsinin genişləndirilməsi üçün ve-rilənlər strukturlaşdırılmalıdır.

Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif funksiyalara malik ola bilər. Verilənlər bazasının müxtəlif vəzifələri müxtəlif istifadəçilər tərəfin-dən istifadə olunması ilə müəyyən olunur.

Verilənlər bazasını yaratmaq və idarə etmək üçün bir çox şirkətlərin proqram təminatı vardır.Bunlardan Microsoft şirkətinin Access və SQL ,JAVA şirkətinin ORACLE ,İnforMix və s məhsullar vardır.Oriflame şirkətinin verilənlər bazasını ya-ratmaq üçün MS Access proqramından istifadə edəcəyik.

FƏSİL 1 də Verilənlər bazası və onların idarə olunma sistemlərindən bəhs olunur
FƏSİL 2 də Microsoft Access proqramının imkanları və interfeysi haqqında qeyd olunub .
FƏSİL 3 də isə MS Access vasitəsi ilə Oriflame şirkətinin VB yiğılması idarə olunması göstərilmişdir.

FƏSİL 1. VERİLƏNLƏR BAZASI HAQQINDA

§1.1VERLƏNLƏR BAZASININ MƏKSƏDİ VƏ TƏRİFİ

İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biri-dir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.



Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri - elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.

VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.

Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.

Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır.“Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur.

Tərif.VB - informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

Verilənlər bazasının təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi verilənlər bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.

Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar aid edilir:

- verilənlərin daxili strukturunun saxlanılması;

- verilənlərin təkrarlanmasının minimuma endirilməsi;

- verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;

-verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi;

- verilənlərin birgə idarə edilməsi;

- verilənlərin məhsuldarlığı;

- verilənlərin tamlığı və s.

Verilənlər bazasının idarəetmə sistemi elə qurulmlıdır ki, verilənlərdən məhsuldar istifadə edilsin. Verilənlərin məntiqi təşkili proqram vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini müəyyən edir.

Verilənlər modeli bir-birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları və bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü və onda istifadə edilən verilənlərin quruluş tipi verilənlərin təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir informasiyanın yerləşdirilməsi üçün verilənlərin müxtəlif modellərindən istifadə edilir. Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll edilən məsələlərin mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.

§1.2 VERİLƏLƏRİN BAZASI STURUKTURU

Verilənlər bazası struktura görə üç cür ola bilər:



- iyerarxik, şəbəkə, relyasion.

İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət bir qayda olaraq digər obyektə tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən həyata keçirilir .

Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. Bu modellər arasındakı fərq onların sxemlərindən də aydın görünür. Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərin quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur
Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.

Verilənlərin relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir. Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir.


Relyasiya modelində cədvəl verilənlərin quruluşunun əsas növü hesab edilir. Onun quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərin müəyyən bır elementinə uyğun gəlir və o verilənlərin sadə quruluşundan ibarətdir.

Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan, normalaşdırılmış münasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir. Burada cədvəlinin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verilməsi nəzərdə tutulur.



§1.3RELYASİYA STURUKTURU

Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.



Sahələrin xüsusiyyətləri:

- hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.


- hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.

- hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.



§1.4SAHƏLƏRİN TİPLƏRİ.

- mətn sahələr mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var, onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.

- ədədi sahələr rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar-tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.

- tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

- xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır.Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.

- müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.

- əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
- ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.

Sadə verilənlər bazası. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.

Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.

VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.



Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

§1.5 VERİLƏNLƏR BAZASI İDARƏETMƏ SİSTEMLƏRİ (VBİS), ONLARIN MƏQSƏDİ VƏ TƏSNİFATI.

VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.

Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır. Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurğularında verilənlər bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların işlənməsini təmin edən universal proqram vasitəsidir.

Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından çoxməqsədli qaydada istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş dialoq vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının idarəetmə sistemini son istifadəçi üçün ən əlverişli vasitəyə çevirir. Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemi vasitələrinin köməyi ilə kompüterin sabit yaddaşında təşkil edilmiş verilənlər yığımıdır. Verilənlər bazasının köməyi ilə saxlanan məlumatların minimum təkrarlanmaları ilə yanaşı, məntiqi əlaqədə olan verilənlərin inteqrasiyası təmin edilir. Verilənlər bazası müəyyən predmet sahəsində informasiya obyektlərinin məntiqi modelini əks etdirən verilənləri özündə birləşdirir.

Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən modelə və verilənlərin quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur. Ümumi verilənlər bazasına bir neçə istifadəçinin eyni vaxtda müraciət etməsi verilənlər bazasının idarəetmə sisteminin fərdi kompüterlərin lokal şəbəkəsində quraşdırılan və çox saylı istifadəçilər uçun verilənlər bazası yaradılan zaman mümkün olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif istifadəçilərin ümumi məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni zamanda ümumi verilənlərlə işləyəndə verilənlərin mühafizəsini təmin edir.

Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir:

- modelin müxtəlif obyektlərində verilənlərin təkrarlanması;

- verilənlərin bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;

- verilənlərin uyğunluğu və birinin digərini inkar etməməsi;

- verilənlər bazasının tamlığı və bütövlüyü;

- verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;

- verilənlər bazasında verilənlərin ixtiyari seçilməsi;

- verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;

- qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya istifadəçilər səhv etdikdə belə verilənlərin mühafizəsi və bərpasının mümkünlüyü vəs.


Verilənlər bazasını idarəetmə sistemi müxtəlif predmet sahələri üçün istifadəçilərin praktik işinin avtomatlaşdırılmasının əsasını təşkil edir.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra amillərlə bağlıdır,

- mövcud texniki və baza proqram təminatı, onların konfiqurasiyası, əməli və disk yaddaşı;

- istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;

- verilənlər modelinin növü;

- predmet sahəsinin xüsusiyyətləri;

- informasiya məntiqi modelinin quruluşu;

- verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;

- istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.

Verilənlər bazasının idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər bazasının yaradılması həyata keçirilir. Qeyd etmək lazımdır ki, fərdi kompüterlər üçün müasir verilənlər bazasının idarəetmə sistemi yüksək üstünlüyə malikdir. Bu imkan verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının ayrı-ayrı hissələrinin yaradılmasına başlanılsın. Məlumatlar bazasının bu cür işlənib hazırlanması tədricən onun genişləndirilməsinə və modifikasiyasına əlverişli şərait yaradır. Beləliklə, istifadəçi tərəfindən işin texnologiyasının mənimsənilməsi sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının öyrənilməsi və mərhələlərlə tətbiqi asanlaşır.

VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

1. Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.

2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.


3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.

4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.



5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.

6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.



§1.6 VBİS-in TƏSNİFATI.

VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır.

VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:



1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11
2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.

4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.


VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

- xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);

- məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);

- daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğu

Verilənlər bazasının yaradılması.

Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:

- layihələndirmə mərhələsi;

- istismar vəə ya istifadəçi mərhələsi.



Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın bir neçə yaradıcısı ola bilər.

İstifadəçi mərhələsində - baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.

FƏSİL 2 MİCROSOFT ACCESS HAQQINDA

§2.1 MS ACCESS PROQRAMI HAQQINDA ƏSAS MƏLUMATLAR

MS Office proqram paketinə daxil olan MS Access proqramı həm bir fərdi kompüterdə , həm də lokal kompüter şəbəkəsində fəaliyyət göstərə bilən VBİS – dir.

Verilənlər hər hansı bir təşkilat, idarə, müəssisə, firma və obyektlərin iş fəaliyyətləri ilə bağlı məlumatlar toplusudur.

Verilənlər bazası kompüterlərin yaddaşında təşkil edilərək saxlanılan informasiya yığımıdır.Verilənlər bazalarında real obyektlər proseslər,hadisələr ilə bağlı böyük həcmdə məlumatlar saxlanılır.

Son zamanlar relyasiyalı (relation- əlaqə,münasibət) verilənlər bazaları geniş yayılmışdır. Relyasiyalı verilənlər bazası nəzəriyyəsi 1970 – ci ildə E.F.Kodd tərəfindən riyazi münasibətlər nəzəriyyəsinə əsasən yaradılmışdır.

Relyasiyalı verilənlər bazası nəzəriyyəsinin əsas anlayışlarına cəd-vəl,münasibət,sətir,sütun,ilkin və xarici açar anlayışları daxildir.

Relyasiyalı verilənlər bazalarında məlumatlar bir və ya bir neçe cədvəllərdə saxlanıla bilər.Cədvəllər arası əlaqələr onların bir və ya bir neçə üst – üstə düşən sahələrinə əsasən yaradılır.Hər cədvəldə bir tip obyektə aid məlumatlar saxlanılır.

Relyasiyalı verilənlər bazalarında cədvəlin hər sətrində (yazısında) bir obyekt haqqında məlumat saxlanılır,bu məlumat unikaldır (təkrar olunmazdır).Cədvəllərdə sətirlərin unikallığını təmin etmək üçün açarlardan istifadə olunur.Cədvəlin bir və ya bir neçə sütun açarı ola bilər ki,bunada açar sütunları deyilir.Açar kimi ardıcıl və ya təsadüfi natural ədədlərdən,telefon nömrələrindən istifadə oluna bilər.

Verilənlər bazalarının yaradılmasını və emalını həyata keçirən sistemlərə (dil və proqram vasitələrinə) verilənlər bazasının idarəetmə sistemləri deyilir.(VBİS) VBİS-ləri istifadəçi ilə VB – ı arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən proqramlardır.Fərdi və çoxistifadəçili olmaqla iki yerə bölünür.

Fərdi VBİS- ləri bir kompüterdə işləyən lokal verilənlər bazası yaratmağa imkan verir.Misal olaraq Paradox, dBase, FoxPro və.s gostərmək olar.

Çoxistifadəçili VBİS- ləri müştəri server arxitekturasında fəaliyyət göstərən informasiya sistemləri yaratmağa imkan verir.Onlara misal olaraq Oracle, MS SQL Server , İnformix, SyBase və.s göstərə bilərik.

Müasi VBİS- nin tərkibinə aşağıdakılar daxildir.



  • Cədvəllər və onlar arasında əlaqələri yaradan vasitələr toplusu

  • Məlumatları daxil etmək, dəyişdirmək,axtarmaq və müxtəlif şəkillərdə (mətn , qrafik) əks etdirmək imkanı verən istifadəçi interfeysi

  • Yuxarı səviyyəli proqramlaşdırma vasitələri

MS Access proqramı məlumatları saxlamaq , axtarmaq və təqdim etmək imkanlarını verən aşağidakı obyektlərdən ibarətdir.

Таблицы – Cədvəllər verilənlər bazalarının əsasını təşkil edir.Bu proqramda çoxlu sayda cədvəl yaratmaq olar.

Запросы – Sorğular verilənlər bazalarından məlumatların tapılıb əldə edilməsi vasitəsidir.

Формы – Forma məlumatların cədvəllərə daxil edilməsini və baxışını forma pəncərəsi vasitəsilə yerinə yetirmək üçün istifadə olunur.

Отчеты – VB- dakı məlumatları çap məqsədilə sənəd şəklində əks etdirmək üçün istifadə olunur.

Страницы – İnternet şəbəkələri vasitəsilə MS Access və ya MS SQL Server verilənlər bazalarında saxlanılan verilənlərə baxmaq və onlarla işləmək üçün xüsusi Web səhifələrini hazırlayır.

Макросы – Tez – tez icra olunan əməliyyatların avtomatlaşdırılması məqsədini daşıyır.Hər makros bi və ya bir neçə makroəmrlərdən ibarət olur.Onların hər biri müəyyən əməliyyatı icra edə bilər, məsələn formanı açır, hesabatı çapa gondərir və .s

MS Access proqramı Пуск menyusunun Программы alt menyusundan MS Access əmini seçməklə yüklənir.Bu zaman ekrana proqramın əsas pəncərəsi açılır



Pəncərə pəncərə başlığından,menyu sətrindən,alətlər panelindən vəziyyət sətrindən,tapshiriqlar panelindən ibarətdir.

Yeni verilənlər bazası yaratmaq üçün Файл menyusundan Создать əmrini seçirik. Verilənlər bazalarına gündəlik daxil edilən məlumatlar faylın ölçüsünü artırır.Bunun üçün vaxtaşırı faylları sıxmaq lazımdır.6 Mb- lıq fayl 1.2 Mb – a qədər azalacaqdır.Bu əməliyyatı icra etmək üçün fayl açıldıqdan sonra Сервис menyusundan Служебные программы əmrini seçirik. Açılan alt menyudan Сжать и восстановить базу данных əmrini seçirik.

§2.2 CƏDVƏLLƏRİN YARADILMASI

Cədvəl verilənər bazasının əsas obyekti olub, informasiya onda saxlanılır. MS Access-də cədvəlin sətrini yazı, sütununu isə sahə adlandırmaq qəbul edilmişdir.Bir cədvələ daxil olan bütün yazılar eyni sahələrdən ibarətdir.Yazıların eyni sahələrində saxlanılan məlumatlar eyni tipli olmalıdır.Cədvəl müxtəlif tipli sahələrdən ibarət ola bilər.Hər cədvəldə bir tip obyekt ilə bağlı məlumatlar saxlanılır.Cədvəlin yaradılmasına onların strukturları müəyyənləşdirildikdən sonra başlanır.Cədvəlin strukturu dedikdə ona daxil olan sahələrin seçilməsi başa düşülür.

Cədvəlin yaradılması üçün verilənlər bazası pəncərəsindən Таблицы obyekti seçilir.Bu zaman pəncərənin işçi sahəsində cədvəllərin yaradılma rejimi görünür.

Создание таблицы в режиме конструктора - Konstruktor rejimində cədvəl yarat. Создание таблицы с помощью мастер – Ustanın köməyi ilə cədvəl yarat. Создание таблицы путем ввода данных – Verilənləri daxil etməklə cədvəl yarat.

Cədvəllərin yaradılmasını verilənlər bazası pəncərəsindəki

düyməsi ilə açılan

Новая таблица pəncərəsindən də yerinə yetirmək olar.

Режим таблицы – Verilənlər cədvələ birbaşa daxil edilməklə yaradılır.

Конструктор – Cədvəl konstruktor rejimində yaradılır.

Мастер таблиц – Cədvəl usta proqramın köməyi ilə yaradılır.

Импорт таблиц – Başqa verilənlər bazalarındakı cədvəllər aktiv verilənlər bazasına köçürülür.

Связи с таблицами - Başqa verilənlər bazalarındakı cədvəllər ilə əlaqə yaradılır.
Режим таблицы – Verilənlər cədvələ birbaşa daxil edilməklə yaradılır.

Cədvəl rejimi sadə cədvəllərin yaradılmasına xidmət edir.Cədvələ verilənləri daxil etdikdə eyni zamanda cədvəlin strukturu müəyyən olunur. Cədvəl rejimi vasitəsilə cədvəl yaratmaq üçün База данных pəncərəsinin cədvəl bölməsinin Создать düyməsini sıxmaqla Новая таблица pəncərəsinin rejimlər siyahısından Режим таблиц variantını seçib OK düyməsini sıxmaq lazımdır.

Bu zaman 20 sahədən və 30 ədəd yazıdan ibarət olan boş cədvəl

pəncərəsi açılacaqdır.



Sahələr standart Поле 1, Поле 2, Поле 3.... Поле 20 adlandırılmışdır.Sahələrin adını dəyişmək üçün kursoru sahənin adının üzərinə qoyub, mışkanın sol düyməsini iki dəfə sıxmaq və yeni adı klaviaturadan daxil etmək lazımdır.Bunun üçün Format menyusunun Переименовать столбец əmrini və ya kontekst menyunun eyni adlı əmrini yerinə yetirməklə də həyata keçirmək olar.

Kursor avtomatik olaraq yeni cədvəlin birinci xanasında yerləşir və artıq bu xanaya informasiya daxil etmək olar. İnformasiya sonuncu 30- cu yazıya daxil olduqdan sonra avtomatik cədvələ yeni boş sətir – yazı əlavə olunur.Ehtiyac olarsa cədvələ yeni sahələr də əlavə etmək olar.Bunun üçün Вставка menyusunun Cтолбец əmrini yerinə yetirmək kifayətdir.Yaradılmış cədvəli yaddaşda saxlamaq üçün Fayl menyusunun Сохранить əmrini yerinə yetirmək lazımdır.Bu zaman açılan dialoq pəncərəsində cədvələ ad vermək və OK düyməsini sıxmaq lazımdır.Növbəti açılan dialoq pəncərəsində cədvəl üçün ilkin açar yazının identifikasiya nömrəsinin avtomatik yaradılması haqda soruşulur? Sorğuya Да və ya Нет düyməsini sıxmaqla cavab vermək olar.


Конструктор – Cədvəl konstruktor rejimində yaradılır.

Cədvəl yaradılmasının əsas üsulu – cədvəl konstruktoru ,yalnız cədvəlin strukturunu müəyyən edir. База данных pəncərəsinin cədvəl bölməsinin Создать düyməsini sıxmaqla açılmış pəncərədə Конструктор rejimini seçib Ok düyməsini sıxdıqdan sonra Конструктор таблицы pəncərəsi açılir.



Pəncərənin yuxarı hissəsi sahənin təsvirini əks etdirir. Sahə Имя поля – Sahə adı ,тип данных – Verilənlərin tipi, Описание – Təsvir sütunlarından təşkil olunmuşdur.Bu əsas atributlardan başqa cədvəlin hər bir sahəsi əlavə xüsusiyyətlərə malik ola bilər. Onlar cədvəl konstruktoru pəncərəsinin Свойства поля – hissəsində əks olunur. Aşağı hissə Общие və Подстановка(əvəzetmə) bölmələrindən ibarətdir və sahələr üçün əlavə xassələrin təyin olunmasına xidmət edir. Имя поля sütununda yeni cədvəlin sahələrinin adı daxil edilir. Тип данных sütununa keçdikdə ona avtomatik olaraq Текстовый – mətn verilən tipi daxil edilir və xananın sağ küncündə sətir düyməsi yaranır.Sətir düyməsi ilə açılan siyahıdan lazım olan verilən tiplərindən biri seçilir.

MS Access-də aşağıdakı verilənlər tipi nəzərdə tutulmuşdur.

Текст- Sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur.(maksimum 255 simvol ola bilər).Hesablama prosesində iştirak etməyən ədədlər, məsələn telefon nömrələri,ünvan indeksləri və. S. mətn tipi ilə göstərilə bilər.

Memo – Mətn tipindən fərqli olaraq 64000 - ə qədər simvollu uzun sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur.

Числовой – Tam və sürüşkən vergüllü həqiqi ədədləri adi və ya ikiqat dəqiqliklə daxil olunmasını təmin edir.

Дата/Время – Vat və tarixin daxil olunmasını təmin edir.

Счетчик - İlkin və sonrakı açar sahələri üçün nəzərdə tutulmuşdur.

Логический - Вкл/Выкл və ya Да/Нет qiymətlərindən birini alan sahələri üçün nəzərdə tutulmuşdur.

Ole obyekti – digər Windows əlavələrinin obyektlərinin cari səhifəyə daxil olunmasını təmin edir.

Гиперссылка – Sahəyə hiperəlaqənin – Web sənədlərin , şəbəkə və lokal faylların ünvanlarının saxlanmasını təmin edir.

Мастер подстановок – İnformasiyanın digər cədvəldən ,sorğudan və ya əvvəlcədən müəyyən edilmliş siyahıdan seçilən açılan siyahılı sahələrin yaradılmasını təmin edir.Bu əməliyyat bir neçə mərhələ ilə yerinə yetrilir.Hər bir mərhələyə uyğun pəncərə açılır.Bir pəncərədən digərinə keçid Далее düyməsini sıxmaqla həyata keçrilir.Birinci mərhələdə açılmış ilk pəncərədə informasiyanın digər cədvəldən və ya əvvəlcədən müəyyən edilmiş siyahıdan seçilməli olduğunu müəyyən etməli

Əgər informasiya mənbəyi digər cədvəl,sorğu olarsa ikinci pəncərədə informasiya mənbəyinin adı siyahıdan seçilir.Sonrakı mərhələlərdə informasiyanın informasiya mənbəyinin hansı sahəsindən seçiləcəyi müəyyən olunur və açılan siyahılı sahənin eni təyin olunur.Nəhayət sonuncu mərhələdə açılan siyahılı sahəyə ad verilir və Готово düyməsi sıxıır.Əgər informasiya mənbəyi əvvəlcədən müəyyən edilmiş siyahı olarsa ikinci pəncərədə siyahı tərtib olunur.Sonrakı mərhələdə isə açılmış pəncərədə açılan siyahılı sahəyə ad verilir və Готово düyməsi sıxıır.

Təsvir sütunu isə sahə üçün izahedici şərh yazılması üçün nəzərdə tutulmuşdur.Qeyd edək ki, bir sütundan digər sütuna keçid Tab düyməsi ilə həyata keçrilir.

Hər bir sahənin verilənlərinin tipinə uyğun xassələr müəyyən etmək olar.Onların bir qismi bütün tip verilənlər üçün digərləri isə konkret sahələr üçün nəzərdə tutulmuşdur.

Размер поля – Sahəyə daxil olunacaq mətnin uzunluğunu və ya ədədin tipini – bayt,tam(Целое),Длинное цело,Обычное,ikiqat dəqiqliklə(Двойной точностью) müəyyən edir.

Format – verilənlərin formatını müəyyən edir.

Число десятичных знаков – Onluq kəsr şəklində daxil olunan informasiyalarda vergüldən sonra rəqəmlərin sayını müəyyən etməyə imkan verir.

Маска ввода – daxiletmə şablonu sahəyə informasiyanın format əsasında düzgün daxil olmasını asanlaşdırır.

Подпись – yazı xassəsi kimi müəyyən olunmuş simvollar cədvəl rejimində,forma və hesabatlarda sahə başlığı olacaqdır.Bu sahə boş buraxıldıqda isə sahə adı avtomatk sahə başlığı olacaq.

Значение по умолчанию – o təkrar olunan informasiyanın daxil olmasını avtomatlaşdırmağa xidmət edir.

Условие на значeние – Sahəyə düzgün informasiyanın daxil olmasına nəzarət edir.

Сообщение об ощибке- Səhv məlumatları əks etdirir.

Обязательные поля – Vacib sahə kimi qəbul olunmuş sahəyə informasiya mütləq daxil olmalıdır.

Индексированные – Sahənin indeksli olmasını müəyyən edir.İndeks informasiya axtarışını sürətləndirir.Üç hal ola bilər.

1.Sahə indekslidir və təkrar yol verilməzdir.(Да,совпадение недопустима ). Bu halda sahədə eyni informasiya təkrar oluna bilməz

2.Sahə indekslidir və təkrara yol verilə bilər.

3.Sahə indeksli deyil

Yeni qiymət bu xassə Sayğac tipli informasiyanın hansı prinsiplə ardıcıl və ya təsadüfü olaraq avtonömrələnməsini bildirir.

Əvəz etmə üçün xassələr avtomatik olaraq usta vasitəsilə müəyyən olunur.

Cədvəlin strukturu yaradıldıqdan sonra onun yadda saxlanılması üçün Файл menyusundan Сохранить əmri seçilir.Açılan dialoq pəcərəsində cədvələ açar sütununun əlavə olunub olunmaması soruşulur.Sorğuya Да və ya Нет cavabı verilir.

Qeyd etmək lazımdır ki, Мемо , Поле обьекта ОЛЕ, Гиперссылка tipli sahələr indeksləşdirilə bilməz.Числовой , Дата\время , Денежный ,Логический tiplərinin formatları cədvəl konstruktoru pəncərəsinin Свойства поля bölməsinin Формат поля sətrindən dəyişdirilə bilər.

Verilənlərin tipləri ilə tanış olduqdan sonra - Создание таблицы в режиме конструктора üsulu ilə Şirkət işçiləri adlı cədvəlin yaradılması misalına baxaq.Bunun üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır. База данных pəncərəsinin cədvəl bölməsinin Создать düyməsini sıxmaqla açılmış pəncərədə Конструктор rejimini seçib Ok düyməsini sıxdıqdan sonra Конструктор таблицы pəncərəsi açılır.

§2.3 SORĞULAR

Sorğular verilənlər bazasından tələb olunan informasiyanın əldə olunmasını və bazanın dəyişdirilməsini təmin edir. Soğular öz növbəsində digər sorğunun , formanın və hesabatın informasiya mənbəyi ola bilər.Sorğular təyinatına görə 3 qrupa bölünür.

1.Seçmə sorğu

2.Hesablayıcı sorğu

3.Modifikasiyaedici sorğu

MS Access- də sorğu yaratmaq üçün Verilənlər bazası pəncərəsinin Обьекты panelindən Запросы bölməsi seçilir.Pəncərənin işçi sahəsində iki sorğu üsulunun adı görünür.

Создание запроса в режиме конструктора – Sorğunu konstruktor rejimində yarat.

Создание запроса с помощью мастера – Sorğunu ustanın köməyi ilə yarat.

Sorğu yaratma üsullarının tam siyahısı verilənlər bazası pəncərəsindən Создать düyməsi ilə açılan Новый запрос pəncərəsində göstərilmişdir.


Конструктор - konstruktor

Простой запрос - sadə sorğu ustası

Перекрестный запрос – çarpaz sorğu ustası

Повторяющиеся записи – təkrarlanan yazılar

Записи без подчиненных – aslı olmayan yazilar
Простой запрос - sadə sorğu ustası
Bu üsu ilə sorğu yaratmaq üçün Verilənlər bazası pəncərəsindən Запросы bölməsi seçilir. Создать düyməsi sıxılır.Новый запрос pəncərəsi açılır. Buradan Простой запрос əmri seçilir.

1.Seçim

2.Dəyişdirici

3.Parametrik

4.Kəsişən

5.SQL sorğuları

1.Seçim sorğusu

Seçim sorğusu bir və ya bir neçə informasiya mənbəyindən –

Ekrana pəncərəsi açılır.
Pəncərənin Таблицы и запросы sahəsindən sətir düyməsi ilə açılan siyahıdan sorğu veriləcək cədvəlin adı seçilir.




Tələb olunan sahələr alt pəncərəsindən


Alt pəncərəsinə ötrülür.

Bunun Açılan pəncərədə sorğuya ad verilir və düyməsi sıxılır.



§2.4 FORMALAR

Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə olub,təyinatından asılı olaraq База данных informasiyanın rahat daxil olmasını ,redaktəsini ,informasiyanın vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir

Formalar cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər.

1.Forma bir deyil , bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini və informasiya daxil olmasını təmin edə bilər.

2.İdarəetmə elementlərinin , informasiyanın tam şəkildə görünüşü üçün,rahat daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir.

3.Bir sıra informasiyaların OLE- obyektlərin , o cümlədən şəkillər,video və animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.

Yeni formaların yaradılması

1.Sadə formaların yaradılması

Yeni forma yaratmaq üçün ilk növbədə База данных pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxdıqda və ya Вставка menyusunun Forma əmrini yerinə yetirdikdə ekrana Новая форма pəncərəsi açılır.

Новая форма pəncərəsində informasiya mənbəyini və Мастер форм rejimini seçib OK düyməsini sıxırıq

Açılmış növbəti pəncərədə formanın yaradılmasında iştirak edən sahələri müəyyən etmək lazımdır.Bunun üçün informasiya mənbəyinin sahələr siyahısından formanın yaradılmasında iştirak edən sahəni qeyd edib> düyməsini sıxmaq kifayətdir. >> düyməsi bütün sahələrin formanın yaradılmasında iştirakını təmin edir. < və << düymələri isə əksinə ,səhvən müəyyən edilmiş ayrı-ayrı sahələrin və hamısının iştirakını ləğv edir.Forma bir və ya qarşılıqlı əlaqəli bir neçə informasiya mənbəyi əsasında yaradıla bilər.Əlavə informasiya mənbəyi pəncərənin Таблицы/Запросы açılan siyahısından seçilir. Далее düyməsi sıxılır.


MS Access proqramında mürəkkəb quruluşlu formaların yaradılması üçün Konstruktor üsulundan istifadə olunur.Bu üsul istifadəçilərin zövqünə uyğun mürəkkəb , çoxsəhifəli formaların yaradılmasına imkan verir.Forma konstruktoru pəncərəsini açmaq üçün

База данных pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxmaqla açılan pəncərədə Konstruktor rejimini ,ehtiyac olarsa informasiya mənbəyini seçib OK düyməsini sıxmaq lazımdır.Bu zaman boş forma Konstruktor rejimində əks olunacaqdır.Elementlər panelinin müvafiq idarəetmə elementlərini boş forma üzərində yerləşdirməklə və müvafiq tərtibat , dizayn ,elementlərə uyğun xassələri müəyyən etməklə formanın yaradılması təmin olunur.



§2.5 HESABATLAR

Hesabatlar verilənlər bazasındakı informasiya əsasında yaradılmış və çap üçün nəzərdə tutulmuş sənədlərdir. Yeni Hesabat yaratmaq üçün ilk növbədə База данных pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxmaq,açılan pəncərədə hesabat yaradılması rejimlərindən birini və informasiya mənbəyini seçib OK düyməsini sıxmaq lazımdır.





FƏSİL 3 ORİFLAME FİRMASINI MS ACCESS DƏ VERİLƏNLƏR BAZASININ YIĞILMASI .FORMALAR ,SORĞULAR

§3.1 ORİFLAME FİMRASI HAQQINDA

1967 ildə Orifleym şirkəti af Yoknik qardaşları və onların dostu tərəfindən yaradılmışdır. Bu şirkət bu gün beynəlxalq kosmetik konsern olub, 61 ölkədə nümayəndəliklərə malikdir. İl ərzində 1,3 millyard avro məbləğində satışı təmin edən təxminən 3 milyona qədər məsləhətçi bütün dünya miqyasında təbii isveç kosmetikasının pərəstişkarıdır.

Orifleym şirkətinin biznes-imkanları - yüksək gəlir haqqında arzular quran və «Bu gün qazan və sabahkı arzularını həyata keçirTM» kimi unikal biznes-konsepsiyanı istifadə edərək arzusuna doğru uzanan yola qədəm qoyan insanlar üçün birbaşa satış bazarında ən münasib təklifdir.

Təbiətə və insanlara qarşı humanist münasibət şirkətin korporativ siyasətinin bir hissəsidir. Orifleym şirkəti Beynəlxalq uşaq fondunun birgə təsisçisi kimi xeyriyyəçilik layihələri ilə məşğul olur. Şirkətin səhmləri OMX Nordic Exchange fond birjasında dövr edir.

Maraqlı  faktlar

Satışın illik həcmi 1,5 millyard avro

Bütün dünya üzrə 3,6 milyonməsləhətçi və 7500 əməkdaş

Məhsulun çeşidləri 1000 vahidlə hesablanır

Orifleym - Beynəlxalq Uşaq Fondunun birgə təsisçisidir

Orifleym şirkətinin elmi-tədqiqat mərkəzində təxminən 100 alim və ekspert mütəxəssisfəaliyyət göstərir

Şirkət İsveçdə, Polşada, Çində, Rusiyada və Hindistanda 5 şəxsi fabrikə sahibdir

Şirkətin   səhmləri   2004   ilin   mart ayından   etibarən   OMX   Nordic Exchange fond birjasında dövr edir

Məhsul   təbii   inqridiyentlərdən   ibarətdir  və   heyvanların   üzərində sınaqdan keçirilməmişdir

Orifleym 62  ölkədə təmsil olunur və  11 ölkədə françayzinq üzrə təmsil edilir.


§3.2 MS ACCESSDE ORİFLAME FİRMASININ

CƏDVƏLİNİN YİĞİLMASI

Firmanın VB –nı yaratmaq üçün Access proqramı yüklənilir.İlkin başlanğıc pəncərəsindən “novaya baza dannıx” seçilir və “Sozdat” əmri verilir.



Daha sonra ikinci cədvəl pəncərəsi acılır və burada vərilənlər və onları tipləri qeyd olunur .


Verilmiş tapşırığa əsasən 5 ədəd cədvəl yaradılır.Bunlar “Ətirlər” , “Bədən”, “Dəriyə qulluq” , “Təraş” , və “Aylıq Satış” cədvəlləridir.

Ətirlər cədvəli 8 Sutundan ibarətdir. Bunlar “İP”, “Məhsul” , “Ətir Növü” , “İstehsal tarixi” , “Satışda” , “Depoda qalan say” , “Əsas tərkib” və “qiyməti” sütun-larından ibarətdir .

Sütunlardan Məhsul.Ətir növü və Əsas tərkib sütunlarının tipi mətn , istehsal tarixi sütunun tipi vaxt və tarix , satışda sahəsinin tipi məntiqi , depoda qalan say sütunun tipi say və son olaraq qiyməti sütunun tipi pul vahidi tipidir . Verilmiş tapsırığa əsasən “bədən” , “dəriyə qulluq” , “təraş” və satış cədvələri qurulur .

Bədən cədvəli

Bu cədvəl şəkildə göstərilən 6 sütundan ibarətdir.

Dəriyə qulluq cədvəli .

Şəkildən göründüyü kimi cədvəl 8 sütundan ibarətdir .
Təraş cədvəli

Şəkildən göründüyü kimi cədvəl 6 sütundan ibarətdir.


Və son olaraq Ayliq satış cədvəli

Göründüyü kimi cədvəl 6 sütundan ibarətdir.Cədvələ vərilənəri iki rejimdə əlavə etmək mümkündür.Bunlar cədvəl və konstruktor rejimləridir.Yuxarıda göstərilmiş cədvələrin hamsı cədvəl rejimində göstərilmışdir.Konstruktor rejimi cədvəl üzərində cox saylə əməliyyatlar aparmağaimkan veren interfeysdir.Konstruktor rjimində cədvələ sütun əlavə etmək, və ya əlavə olunmuş sütunda müxtəlif çoxsaylı əməliyyatlar aparmaq mümküdür.Cədvəl rejimninn imkanları məhdud olduğu halda konstruktor rejimində bu problem yoxdur.Konstruktor rejimi aşağıdakı şəkildə göstərilmişdir.



Kosntruktor rejiminin üst hissəsi üç sütundan ibarətdir bunlar “sütunun adı” , “verilə-nin tipi“ və “qeyd” hissəsindən ibarətdir. Alt hissədə isə “ümumi parametrlər” redaktə etmək üçün yerləşdirilmişdir.



§3.3SORĞULARIN VERİLMƏSİ

Verilmiş tapşırığa əsasən cədvəllər hazırlandıqdan sonra onlara sorğular verilməlidir sorğuları “sozdanıe” >“konstruktor zaprosov” menyusundan veririk.

Məsələn bizə ətir növü ağac olan 2013 cu ilin yanvar aynının birinden bu günkü tarixə qədər istehsal olunmuş depoda 1000 ədədən artıq sayda olan qiyməti 15 dol-lardan artıq olan ərirlərin siyahısı lazımdır. Bunun üçün sozdanıe” >“konstruktor zaprosov” əmrini veririk açılan pəncərədə əritlər cədvəlini sorğu konstuktoruna əlavə edirik edrik.

Daha sonra sorğular sətrində cədvəl və onun sütununu seçirik. Və bizə lazım olan sor-ğuları yazırıq .Yuxarıda qeyd etdiyimiz kimi ətir növü ağac olan ətirlərə müraciət edə-cəyimiz üçün birinci sütunda “ətir novü” sütununu seçib işarələyirik . İşarələmə-diyimiz təqdirdə həmən sütun cədvəldə görunmür. Daha sonra bizə ağac növü lazım olduğu üçün sorğu sətrinə ağac sözünü qeyd edirik . İkinci sütunda “ətirlər” cədvəli-nin “istehsal tarixi sütununu seçirik. Orada bizə qoyulan sərt 2013 cu ilin yanvar ayı-nin 1 dən bu günkü tarixə qədər istehsal olunan ətirləri seçməkdir. Bunun üçün biz sorğu sətrinə “>#01/01/2013#” şərtini veririk . Daha sonra üçüncü sorğu sütununda “ətirlər” cədvəlinin “depoda qalan say” sütununu seçirik. Və sorğu sətrinə “>1000” sorğusunu veririk . Dördüncü olaraq “qiyməti” sütunun secib “>15” sorgusunu veririk. Son olaraq “məhsul” sütunun seçib ya boş və ya “like “*” ” sorğusunu veririk.



Sorğumuz hazır olduqdan sonra “vıpolnit” əmri verilir və sorğumuzun nəticəsini alırıq. Sorğunun nəticəsi alındiqdan sonra yeniden konstruktor mrnyusuna qayıdıb sorğunuzmu yadda saxlayırıq. Bunun üçün “soxranit” əmri verilir. Əmr verildikdən sonra açılan pəncərədə sorğumuza ad veririk.



Sorğunun kosntruktor rejimindəki görüşü



Sorğunun nəticəsini almaq üçün “vıpolnit” əmrini veririk və nəticə ekrana çıxır.



Tapşırıqda verilmiş “Between” , “in” , “like” , “not like”, “not between” və digər sorğular digər yeddi sorğuda yuxarıda göterilən üekildə yerinə yetirilib


§3.4FOMRA HAZIRLANMASI

Tapşırığın digər hissəsi Formalar üzərində işləməkdir. Forna yaratnaq üçün “sozdalnine” >”konsturktor forma” əmri verilir. Açılan pənərədə ilk öncə emblem seçilir. Bunun üçün “emlema” əmri verilir ve emlem seçilir .


Daha sonra alətlər panelindən düymələr seçilir və açılan dialoq pəncərəsində təyinatı verilir.

Daha sonra “svoysta” pəncərəsindən formamızın hər bir obyektini istədiyimiz şəkildə readaktə edirik .Fomramızın rəng seçiləri “temı” pəncərəsində verilir. Ölçülər və digər parametrlər “svoystva pəncərəsindən redaktə olunur.” Dobavit izobrajeniya” əmri ilə formamıza təsvirlər əlavə edirik. Forma hazır oluqdan sonra forma rejimine keçib ondan istifadə edirik.

Ətirlər cədvəlinin forması

§3.5CƏDVƏLLƏR ARASI ƏLAQƏ

Cədvəllərimiz araslndakı əlaqəni yaratmaq üçüb “sxema danıx” bölməsindən məntiqi əlaqələr qurulur.Tapşırığımızda olan cədvələrin sütunları arasındakı əlaqə aşağıdakı kimi göstərilmışdir .

Bütün tamamlama işləri bitdikdən sonra verilənlər bazasını yadda saxlamaq üçün “fayl”> ”soxranit” əmri verilir.





NƏTİCƏ

Bu kurs lahiyəsində məmin işim Oriflame Fimrasını verilənlər bazasını qurmaq sorğu və formalarda istifadə etmək idi . Firmanın kişilər üçün olan məhsullarını 5 cevdele yerləşdirdim. Bu cədvələ 7 sorğu ilə müraciət etdim və nəticə aldım. Sorğularımda bir neçə sorğu funksiyasından istifadə etdim. Daha sonra kişi ətirlərini nümayiş etirmək üçün formadan istifadə etdim və nəticə aldım. Formamda təsvirlər embelm düymə və fonlardan istifadə etdim. Hesabat hazirladım. Hazırlamış olduğum cədvəllər arasında məntiqi əlaqə yaratdım. Kurs lahiyəsi 3 fəsil 16 mövzu ilə izah olunub



FƏSİL 1. VERİLƏNLƏR BAZASI HAQQINDA

§1.1VERLƏNLƏR BAZASININ MƏKSƏDİ VƏ TƏRİFİ
§1.2VERİLƏLƏRİN BAZASI STURUKTURU
§1.3RELYASİYA STURUKTURU
§1.4SAHƏLƏRİN TİPLƏRİ
§1.5 VERİLƏNLƏR BAZASI İDARƏETMƏ SİSTEMLƏRİ (VBİS), ONLARIN MƏQSƏDİ VƏ TƏSNİFATI.
§1.6 VBİS-in TƏSNİFATI.
FƏSİL 2 MİCROSOFT ACCESS HAQQINDA
§2.1 MS ACCESS PROQRAMI HAQQINDA ƏSAS MƏLUMATLAR
§2.2 CƏDVƏLLƏRİN YARADILMASI
§2.3 SORĞULAR
§2.4 FORMALAR
§2.5 HESABATLAR
FƏSİL 3 ORİFLAME FİRMASINI MS ACCESS DƏ VERİLƏNLƏR BAZASININ YIĞILMASI .FORMALAR ,SORĞULAR
§3.1 ORİFLAME FİMRASI HAQQINDA
§3.2 MS ACCESSDE ORİFLAME FİRMASIN CƏDVƏLİNİN YİĞİLMASI§3.2SORĞULARIN VERİLMƏSİ
§3.4 FOMRA HAZIRLANMASI
§3.5 CƏDVƏLLƏR ARASI ƏLAQƏ

ƏDƏDBİYYAT

1.referat.ilkaddımlar.com


2.Veritabanları Mehmet Koçak Elma naşriyytı 2012







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə