MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
  1   2   3   4   5   6   7   8   9   ...   33


 


 


MUNDƏRİCAT 
Mövzu 1. Bank sisteminin fəaliyyətinin əsaslan 
§ 1. Bank sistemi............................................................................ 4 
§ 2. Mərkəzi Bank, onun rolu və funksiyaları................................ 5 
§ 3. Kommersiya bankları, onların fəaliyyət istiqamətləri ............. 13 
Mövzu 2. Kommersiya banklarının resursları və likvidliyi 
§ 1. Kommersiya banklarının resursları ...................................... ,...21 
§ 2. Kommersiya banklarının likvidliyi .......................................... 23 
Mövzu 3. Kommersiya banklarının nağdsız hesablaşma əməliyyatları 
§ 1. Nağdsız hesablaşmaların təşkili ............................................... 27  - 
§ 2. Nağdsız hesablaşmaların formaları .......................................... 30 
§ 3. Akkreditiv formasında hesablaşma ......................................... 37 
§4. İnkasso sərəncamları üzrə hesablaşmalar ................................. 41 
§5. İnkasso üzrə hesablaşmalar ....................................................... 42 
Mövzu_4._Bank_kreditləşməsinin_təşkili'>Mövzu 4. Bank kreditləşməsinin təşkili 
§ 1. Kreditin mahiyyəti ................................................................... 47 
§ 2. Bank kreditləşməsinin prisnipləri ............................................ 49 
Mövzu 5. Kreditləşmə prosesi 
§ 1. Kreditləşmə mərhələləri ........................................................... 52 
§ 2. Kreditlərin geri qaytarılmasının təminatlılığı........................... 60 
§ 3. Kommersiya banklarının kredit siyasəti .................................. 62 
Mövzu 6. Ayrı-ayrı kreditlərin verilməsi və qaytarılması qaydaları 
§ 1. Veksel krediti ........................................................................... 66 
§ 2. Qiymətli kağızlar və daşınmaz əmlak üzrə kreditləşmə.......... 68 
§ 3. Kredit xətti açmaq və overdraft qaydasında kreditləşmə ....71 
§ 4. Kəndli təsərrüfatlarının kreditləşdirilməsi ............................... 73 
Mövzu 7. Kommersiya banklarının sair əməliyyatları 
§ 1. Kassa əməliyatları .................................................................... 74 
§ 2. Lizinq əməliyyatları ................................................................. 79 
§ 3. Trast əməliyyatları ................................................................... 81 
§ 4. Faktorinq əməliyyatları ...........................................................  82 
§ 5. Valyuta əməliyyatları ............................................................... 84 
§ 6. Qiymətli kağızlarla əməliyyatlar .............................................. 86 
§7. Bankların investisiya əməliyyatları ........................................... 88 
Mövzu 8. Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi 
§ 1. Kapital qoyuluşu, sahələrin inkişafında onun rolu ................... 94 
§ 2. Kapital qoyuluşunun uzun və qısa müddətli 
kreditləşdirilməsi ................................................................... 105 
Mövzu 9. Bank menecmenti və marketinqi 
§ 1. Bank menecmenti .................................................................  108 
§ 2. Bank marketinqi ...................................................................   111 
Mövzu 10. Kommersiya banklarının maliyyə nəticələri ............................ 113 


Mövzu 1. BANK 
SISTEMININ 
FƏALİYYƏTİNİN 
ƏSASLARI 
§1. Bank sistemi 
«Bank»  termini  italyan  sözü  olan,  «bankö»  sözündən  əmələ 
gələrək  pul  dəyişmə  stolu  mənasını  verir.  Tacirlər  ticarət 
əməliyyatlarını  yerinə  yetirmək  üçün  pul  dəyişənlərin  xidmətindən 
istifadə etmişlər. 
Bank  sistemi  -  bankların,  bank  infrastrukturu,  bank  qa- 
nunçuluğu  və  bank  bazamın  məcmundur.  İqtisadi  sistemin  tərkib 
hissəsi  olmaqla  bank  sistemi  cəmiyyətdəki  iqtisadi  münasibətləri 
özündə əks etdirir. 
İki tip bank sistemi mövcuddur; 
bölüşdürüciij^ıx  pilləli)  -  belə  bank  sistemi  iqtisadiyyatın 
inzibati amirlik yolu ilə idarə edildiyi cəmiyyət üçün xarakterikdir. Bu 
zaman banklar dövlətin inhisarında olurlar. 
bazar  (iki  pilləli)  -  burada  banklar  dövlət  inhisarından  çıxaraq 
sərbəst fəaliyyət göstərirlər. 
Bank  infrastrukturu  -  bank  sisteminin  tərkib  hissəsi  olmaqla  - 
bankların həyat fəaliyyətini təmin edən müəssisələrin və xidmətlərin 
məcmundur. 
Hazırda  bank  sistemi  iki  pilləli  prinsip  əsasında  fəaliyyət 
göstərir. 
birinci pillədə - Mərkəzi bank 
ikinci pillədə - kommersiya bankları və kredit idarələri durur. 
Mərkəzi bank - hər bir ölkənin bank sisteminin əsas həlqəsini 
təşkil edir. O ümumi milli mənafei əks etdirərək dövlətin mənafeini 
müdafiə  edən  siyasət  yürüdür,  bütün  bank  fəaliyyətinin  başlıca 
prinsiplərini müəyyənləşdirir. 
Kommersiya  bankları  kredit  resurslarının  işgüzar  hissəsini 
cəmləşdirərək fiziki və hüquqi şəxslərə bank xidməti göstərirlər. 
İxtisaslaşma səviyyəsinə görə kommersiya bankları: universal; 
ixtisaslaşmış banklara bölünürlər. 


Universal  banklar  bülün  növ  bank  əməliyyatlarını  yerinə 
yetirirlər. 
İxtisaslaşmış banklar isə bank əməliyyatlarının müəyyən növü 
üzrə ixtisaslaşırlar. 
Azərbaycanın  bank  sistemi  əsasən  özündə  Milli  bankı,  kredit 
təşkilatlarını, xarici bankların nümayəndəliyi və filiallarını birləşdirir. 
Bank  -  aşağıdakı  bank  əməliyyatlarını  yerinə  yetirməyə 
müstəsna hüququ olan kredit təşkilatıdır; 
-
 
fiziki və hüquqi şəxslərin pul vəsaitlərini qoyuluşa cəlb etmək; 
-
 
cəlb  olunmuş  vəsaitləri  öz  adından  və  öz  hesabına  qay- 
tarılmaqhq, müddətlilik və ödəniclik şərtləri əsasında yerləşdirmək; 
-
 
fiziki və hüquqi şəxslərə bank hesablarının açılıb aparılması; 
-
 
digər əməliyyatlar. 
Qanunçuluqla  müəyyən  olunmuş  qaydada  ayrı-ayrı  bank 
əməliyyatlarını  yerinə  yetirmək  hüququna  malik  kredit  təşkilatları 
qeyri bank kredit təkilatı_ adlanır. 
§ 2. Mərkəzi Bank, onun rolu və funksiyaları 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  Milli  Bankdır. 
Milli  Bank  respublika  prezidentinin  11  fevral  1992-ci  il  tarixli 
fərmanı ilə yaradılmışdır. Milli Bank haqqında 7 avqust 1992-ci il, 10 
iyun  1996-cı  il,  10  dekabr  2004-cü  il  tarixlərdə  qanun  qəbul 
edilmişdir. 
Milli Bank ölkədə pul tədavülünün stabilləşməsinə yönəldilən 
pul kredit siyasətini həyata keçirir. Bazar iqtisadiyyatında onun əsas 
vəzifəsi pulun dəyərini və alıcılıq qabiliyyətini qorumaqdır. 
Milli bankın iqtisadiyyatda rolu aşağıdakılarla müəyyən edilir: 
■ a) manatın möhkəmliyinin təmin edilməsi 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə