MİLLİ GÖRÜŞ
1
MÜNDƏRİCAT
RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ
İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI................. 3
İSLAM-QƏRB ƏLAQƏLƏRİ VƏ
ONUN GƏLƏCƏYİ.......................................................8
İSLAM BİR HƏYAT NİZAMIDIR VƏ SİYASƏT DƏ
BİR İMTAHANDIR ...................................................22
“NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ
ZİDDİR.........................................................................26
İKİNCİ RİSALƏ OLAN İKİNCİ HİSSƏ
ŞƏRAFƏTLİ RAMAZAN AYI
HAQQINDADIR ........................................................34
RAMAZAN AYI VƏ RAMAZAN ORUCU
HAQQINDA................................................................38
QƏMƏRİ AYLARIN BAŞLANĞICI HAQQINDA
BİR ARAŞDIRMA......................................................44
HİLALIN (AYIN) TƏSBİT EDİLMƏSİ
BARƏSİNDƏ SEYİD FƏZLULLAHIN RƏYİ
HİLALIN (AYIN) TƏSBİT EDİLMƏSİNƏ DAİR
ARAŞDIRMA..............................................................50
SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI
HAQQINDA................................................................54
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN
NADİR MİRVARİLƏR .............................................58
ƏQL SÜNNƏ BAXIMINDAN...................................64
HƏZRƏT ƏLİNİN HARİS HƏMDANİYƏ
MƏKTUBU (69-CU MƏKTUB)................................68
MİLLİ GÖRÜŞ
rüblük fikir jurnalı
TƏSİSÇİ:
Xəyyam Qurbanzadə
BAŞ REDAKTOR:
Cavid Mürvətli
REDAKTOR:
Əfruzə Həsənova
KORREKTORLAR:
Məhbubə Kərimzadə
Jalə Feyzullazadə
SƏHİFƏ BAĞLAYAN:
Şəhriyar Məmmədzadə
Telefon: (+994 12) 493-39-23
(+994 55) 308-66-38
(+994 70) 352-89-05
Web: www.sabiqun.az
www.muselmanqadin.org
E-mail: info@sabiqun.az
muselmanqadin@gmail.com
www.facebook.com/Milli
Görüş Azerbaycan
Hüquqi ünvan:
Bakı ş-ri, Xətai r-nu, Zığ
yolu, ev 22 mən. 28
Çapa imzalandığı tarix:
Çap olunduğu tarix:
Fiziki çap vərəqi:
Formatı
Ofset kağızı
Times New Roman
Tiraj 1500 ədəd
Jurnal “Tuna“ mətbəəsində
ofset üsulu ilə çap olunmuşdur.
Ünvan: Bakı ş-ri, Nizami r-nu,
Keşlə qəs.,1-ci Önünə k-si, 19
Telefon: (+994 12 447 15 25)
Qiyməti: 5 manat
MİLLİ GÖRÜŞ
2
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Yer üzündəki bütün varlıqların həyat yoluna
əgər nəzər salsaq, onların kamilləşərək öz yaradılış
qayələrinə doğru inkişaf etdiklərinin şahidi olarıq.
Əlbəttə, bu inkişaf və təkamül maneə olmadıqca
daim davam edir. Bizi əhatə edən aləmdə kiçik
zərrələrdən tutmuş ən böyük cisimlər, qalaktikalara
qədər hər nə varsa, özünəuyğun mükəmməl bir
nizama tabedir. Onları inkişaf etdirən də elə bu
nizamdır. Uca Allah bu barədə buyurur: “... Allah
hər şey üçün bir ölçü (hədd, müddət) təyin
etmişdir”
1
.
İnsan cisim və ruhdan ibarət olub ağıl və iradəyə
malikdir. Bu xüsusiyyət insanı digər varlıqlardan
fərqləndirir. Bütün işlərində iradə və ixtiyar sahibi
olduğu üçün onun inkişaf və təkamülü də öz iradə
və ixtiyarına bağlıdır. Bu səbəbdən Allah-Taala
peyğəmbərlər göndərmişdir. Peyğəmbərlər Allah
tərəfindən insanlara doğru yol göstərən, onları
dünya və axirət səadətinə qovuşduran ilahi və
nizamlı bir proqram, digər adı ilə desək, şəriət
gətirmişlər. İnsanları da yalnız şəriət qanunları
əsl səadət və xoşbəxtliyə qovuşdura bilər, çünki
insanın bədən və ruh baxımından bütün zərər və
faydalarını tam olaraq onu yaradan Allah bilir.
Buna görə də mütləq kamil qanunları da yalnız O,
insanlara təqdim edə bilər. İnsanların təyin etdiyi
qanun və qaydalar, məhdud və naqis elmdən,
düşüncədən və təhlildən qaynaqlandığı üçün heç
vaxt bəşəriyyətin ehtiyaclarını ödəyib onları tam
şəkildə məsud edə bilməz. Buna nümunə olaraq
deyə bilərik ki, qeyri-şəri qanunlar insanların
yalnız zahiri vəziyyət və davranışlarını əhatə
edir. Lakin onların daxili dünyası və ruhi-mənəvi
vəziyyətlərindən bəhs edərək onlar haqqında heç
bir fikir ortaya qoymur, tədbir görə bilmir.
Əbədi səadətə qovuşmaq üçün Allahın bizdən
istədiyi və tələb etdiyi yalnız Ona bəndəlik
etməyimizdir. Buna ibadət də deyə bilərik. İbadət
etmək və Allahın bəndəsi olmaq insanın yeganə
qurtuluş yolu və yaradılmasında da əsas məqsəddir.
İnsan nizamlı ibadətlər vasitəsi ilə özünü daimi
inkişaf və kamilliyə çatdıra bilər.
Quranda buyurulur: “Mən cinləri və insanları
yalnız Mənə ibadət etmək üçün yaratdım!”
2
İbadətlərin qisimləri və növləri çoxdur, əhatə
dairəsi də genişdir. Bu yazımızda çox təsirli, çox
dərin, maddi və mənəvi cəhətdən çoxşaxəli olan
oruc ibadətindən bəhs edəcəyik.
Uca Allah Öz kitabında buyurur: “Ey iman
gətirənlər! Oruc tutmaq sizdən əvvəlki
ümmətlərə vacib edildiyi kimi sizə də vacib
edildi ki, bəlkə, təqvalı olasınız!”
3
Oruc elə bir ibadətdir ki, insana mənəvi və
cismi paklıq qazandıraraq onu Allaha doğru
yönəldir və bu yolda irəliləməsinə yardımçı olur.
Belə ki, insan bir ay ərzində öz istək və iradəsi ilə
öz-özlüyündə halal və təbii ehtiyaclar olan yemək
və içmək kimi nemətlərdən Allaha itaət məqsədi
ilə çəkinir. Bu bir aylıq ibadət onda uzun müddət
haram və qeyri-təbii ehtiyaclar olan günahlardan
da çəkindirə bələcək iradə formalaşdırır.
Orucluq ayı ramazan ayıdır. Quran-kərimdə
orucun vacib edilməsindən bəhs edən ayələrdə
buyurulur: “İnsanlara doğru yolu göstərən, bu
yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı
batildən) ayıran (Quran) ramazan ayında nazil
edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər
(bu ayı) oruc tutmalıdırlar. ...”
4
Oruc ibadəti də digər ibadətlər kimi heç bir
çətinlik yaratmır, çünki müqəddəs şəriət səfərdə
olanları, xəstələri, uşaqları, yaşlıları və susuzluğa
dözümü olmayanları üzürlü hesab etmiş, onların
vəziyyətini nəzərə almış və belə insanları oruc
tutmaqdan azad etmişdir. Lakin bəzilərini sonradan
qəza orucu tutaraq və bəzilərini fidyə ödəyərək
orucun savabından məhrum etməmişdir.
Əgər hər kəs ramazan ayının orucunu düzgün
dəyərləndirərsə, çox böyük savab və ilahi feyzlərə
çataraq Allah nəzərində sevimli bir bəndə olar. Bu
ibadətlər onu getdikcə Allaha yaxınlaşdırar.
Uca Allahdan diləyirik ki, bütün müsəlmanlara
müqəddəs ramazan ayında oruc, dua, zəkat
ibadətlərini layiqincə yerinə yetirməkdə, cismani
və mənəvi cəhətdən paklanaraq ilahi qurtuluşa
çatmaqda yardımçı olsun!
BAŞ REDAKTOR
1. “Talaq”, 3
2. “Zariyat”, 56
3. “Bəqərə”, 183
4. “Bəqərə”, 185