Mündəricat



Yüklə 87,72 Kb.
tarix11.10.2017
ölçüsü87,72 Kb.
#4386

Mündəricat
Giriş ................................................................................2

1.Java poqramlaşdırma dilinin yaranma tarixi...........4

1.0.Sun Microsistemin daxili çətinlikləri.......................4

1.1.Green proyekti ..........................................................6

1.2.Kompaniya First Person ..........................................7

1.3.World Wide Web.......................................................8

1.4.Oak-ın yaradılması .................................................11

2.Java poqramlaşdırma dili işıq üzü görür ................11

2.0.Brauzerlər ................................................................12

2.1.Şəbək komputeri......................................................13

2.2.Java poqramlaşdırma dilinin platforması.............14

3.Javaya əlavə - Javascript dili.....................................22

Nəticə ............................................................................25

Ədəbiyyatlar ................................................................26

Giriş



Java proqramlaşdırma dili nə deməkdir?

Adi İnternetin və fərdi komputer istifadəçiləri Java proqramlaşdırma dili haqqında nə bilir? Bəs bu texnologiya ilə professional olaraq məşğul olmayan işçilər bu haqqda nə fikirdədir? Java obyekt yönlü dil kimi daha məşhurdur, heç bir tamamlama olmadan istənilən platformada istifadə oluna bilən proqramların qurulmasında imkan verən, öyrənilməsi asan olan bir dildir. Proqramçılar bəzən belə hesab edirlər ki, Java proqramlaşdırma dili C++ proqramının sadələşdirilmiş forması ilə oxşardir, əlavə olaraq avtomatik “zibil qutusu” (yaddaşı təmizləyən mexanizm) qurucusu da bura daxildir.

Eləcə də məlumdur ki, Java proqramlaşdırma dili İnternetlə əlaqədardır və onun geniş mənasında o brauzerə daxil olur və HTML səhifəsinin bir hissəsi hesab edilir.

Bu proqramin tənqidçiləri isə bu fikirdədir ki, bu dil elə də sadə deyil, deyildiyi kimi işlək olmamaqla yanaşı əməliyyatların yerinə yetirilməsində cox ləngdir. Tədqiqatlar göstərir ki, bu sadəcə dəbdə olan bir texnologiyadır, bu müddət fikri özünə cəlb edir, sonra isə digərləri kimi nəzərdən itir.

Amma bir neçə fakt bu cür qiymətləndirmə ilə razılaşmağa yol vermir. Birincisi, Java proqramlaşdırma dilinin rəsmi tanıdımından on altı il yarım keçir. Bu isə “adi dəbdə olan texnologiya” üçün xeyli vaxtdir. Ikincisi isə ilk dəfə 1996-ci ildə təşkil olunmuş Java1 işçi konfransına artiq bir ildən sonra 10.000 iştirakçi qoşulmuş və o dünyanın proqram təminatı üzrə ən böyük və əhatəli konfransı olmuşdur. Java işçilərini dünyaya birləşdirən xüsusi Sun proqramı və Java Developer Connection olan 1996-ci ildə istifadəyə verilmiş və bir ildən sonra 100.000 işçisi olmuş, 2000-ci ioldə isə bu say 1.5 milyona çatmış, hal-hazırda isə Java proqramçılarının sayı 3 milyondur.

Dilin 1995-ci ildə 1.0 versiyasından başlamış 2002-ci il fevralında 1.4 versiyasına kimi beş versiyası olmuşdur. 5-ci 1.5 versiyası isə 2003-cü ilə təsadüf edir. Onun bütün versiyalarını pulsuz olaraq Javanın rəsmi saytı http//java.sun.com/-dan əldə etmək mümkündür. Javanın ilk məhsullarından biri – JDK 1.1 təqdimatından sonrakı ilk üç həftə ərzində 220.000dəfə yüklənilmişdir. 1.4 versiyası isə ilk beş ay ərzində iki milyon dəfə yüklənilmişdir. Praktik olaraq proqram təminatının bütün istehsalçıları Java proqramlaşdırma dili texnologiyasını lisenziyalaşdırmışlar və müntəzəm olaraq yeni məhsulların istehsalı haqda məlumat verirlər. Bunlar “mavi ekran” İBM, Macintoshun yaradıcısı Apple fiması, Oracla, hətta Sun firması Microsoft koorperasiyası hələ 1996-cı ildə Javanı lisenziyalaşdırmışlar.


Indi isə Java proqramlaşdırma dilinin yaradılmasına yol açan ideyanın verilməsi və inkişafı, bu texnologiyanın fərqli xüsusiyyətləri və keyfiyyəti haqda danışaq.

1. Java proqramlaşdırma dilinin yaranma tarixi

Əgər internetdə Javanın yaranma tarixi barədə axtarış versək görərik ki, əvvəlcə bu dil OAK (palıd) adlandırılıb və onun yaradılması işləri isə hələ 1990-ci ildən başlanılmışdır. Sun koorperasiyası daxilində bir qalmaqallı şəkildə yaradıldığı da deyilir.



  1. Sun Microsistemin daxili çətinlikləri

Bu hadisələr 1990-ci ilin dekebrından başladı, hələ onda WWW axtarış sistemi haqqında çox adam bilmirdi. O zamanlar komputer sənayesi fərdi komputerlərin istehsalına yönəldilmişdir.

Əfsus ki, Sun Microsistem firması server bazarı, yüksək məhsuldar stansiyalar bazarı ilə məşğul olsa da, işçi və ekspertlərin işə cəlb olunması ilə heç bir maraqlı bir şey təqdim edə bilmədi, Sun-dan olan komputerlər adi istifadəçilər üçün çox çətin heç də gözəl olmayan həddən artıq “küt” (lazımsız) avadanlıq idi.

Ona görə də direktorlar qurumunun üzvü, prezident, Sun koorperasiyasının icraçı direktoru Skot MakNili 25 il ərzində özünü təsdiq etmiş proqramist Patrik Notonun 3 il işlədikdən sonra Next kompaniyasına keçmək arzusuna təəccüblənmədi. Onlar dost idilər və Patrik oz seçimini sadə və lakonik ifadə etdi - “onlar hər şeyi düz edir” Skot bir müddət fikrə getdi və tarixi bir ifadə işlətdi. O, Patrikdən getməzdən əvvəl ,onun fikrincə, Sunun yaxşı işləmədiyini yazmağı xahiş etdi. Problem haqqında təkcə danışmaq yox, təklif irəli sürmək lazım idi, mövcud qaydalara və ənələrə baxmayaraq, sanki onun sərəncamında bütün resurs və imkanlar var idi.

Patrik Noton onun istəyini yerinə yetirdi, o, öz fikir və ürəyində olanların hamısını məktuba yazdı. Heç bir acıması olmadan çox qəti şəkildə o zamanlar firmanın üzərində işlədiyi News yeni proqram arxitekturasını tənqid etməyə başladı. Eləcə də yenicə təqdim olunmuş əməliyyat sistemi olan NEXTstep haqqında da yüksək fikirlərini yazdı. Onun təkliflərindən biri belə idi: Sun-un istifadəçi interfeysini maraqlı və əyləncəli etmək üçün professional rəssam-dizaynerləri işə cəlb etmək, işin bir üsulunu seçmək və bütün səyləri bir neçəsinin deyil, bir texnologiyanın yaradılmasına yönləndirmək və nəhayət “Windows system group”u praktik olaraq redd etmək.

Əlbəttə ki, Noton əmin idi ki, onun məktubu sadəcə narazılıqları idi, amma o yenə də Next-e keçməsini ləngidirdi ki, bəlkə nə isə cavab reaksiyası oldu. Amma buna baxmayaraq bu addım bütün gözləmələri üstələdi.

MakNili məktubunu koorperasiyanın bütün idarə heyətinə göndərdi, onlar isə ona öz məşhur ixtisasçılarını göndərdilər. Noton əslində hamının təxmin etdiyi amma etiraf etməyə çəkindyi bir məsələni gündəmə gətirmişdi. Bill Consun və Ceyms Qoslinqin müdafiəsi həlledici oldu. Bill Coys Sun-un əsasını qoyanlardan biri və vitse-prezidenti, eləcə də Berkli Universitetində UNİX əməliyyat sisteminin yaradılması layihəsinin iştirakçısı idi. Ceyms Qoslinq isə Sun-a 1984-cü ildə gəlmişdi (ona qədər İBM-in tədqiqat laboratoriyasında işləmişdir), EMACS mətn redaktorunu ilk realizəsinin müəllifi olmuşdur. Bu iki şəxs koorperasiyada yüksək nüfuza malik idi.

Bu nailiyyətləri davam etdirmək üçün tamamilə yeni proyekt işləyib hazırlamaq lazım idi. Noton texniki ixtisasçılar qrupu ilə birləşdi, onlar səhər 4:30-a kimi oturdular və proyektin baza konsepsiyasını müzakirə etdilər.

1.1. Green proyekti

1990-cı ilin 5 dekabrında Noton Next kompaniyasına keçmək məcburiyyətində olanda Sun firması ona təklif verdi. Rəhbərlər onun bu istəyi ilə razılaşdılar. Gözlənilməz nəticə - “qeyri-adi nəsə kəşf etmək” idi. 1991-ci ilin 1 fevralıda Patrik Noton, Feyms Qoslinq və Mayk Şeridon tam şəkildə bu layihəyə başladılar. Hansı ki, o Green adlanırdı. Məqsəd növbəti komputer sənayesinin dalğasının inkişafını adlandırmaq və onu müvəffəqiyyətini əldə etmək idi. Əvvəlcə bu real məhsul idi. Sun firmasının hər il keçirdiyi iclaslarda (1991-ci il) Qoslinq belə bir nəticəyə gəldi ki, komputer çipseti qeyri-adi şaxələnib. Onlar videomaqnitofonda, tosterdə, hətta onların yaşadığı mehmanxanalarda belə istifadə olunurdu hələ də hər bir evdə üç məsafəli idarəetmə pultu (televizor, maqnitofon, musiqi mərkəzi) var. Elə buradan da belə bir fikir meydana çıxır ki, maye kristallı ekran qurğusunu işləmək hansı ki, onu işlədənlər animasiyalar vasitəsilə onu idarə etsinlər. Belə bir qurğunu hazirlamaq üçün Noton xüsusi qrafik sistemi üzərində işləyir, Qoslinq proqramının təminati, Şeridan isə biznes sualları ilə məşğul olurdu.

Qosliq çalışırdı ki, C/C++ proqramlaşdırma dilini modifikasiyası ilə məşğul olsun. Beləki, mətn proqramının dilini yaratsın və onun minimal həddə konkret platformada həyata keçirsin. Çox qısa müddətdə məlum oldu ki, bu mümkün deyil. C/C++ proqramlaşdırma dilində sürət proqramı etibarlı deyildir. İşin etibarlılığı onun istifadəçilərinə təminatla verilməlidir.

    1. Kompaniya First Person

Böyük istehsal kompaniyaları olan Mirsubishi, Electonic, France Telecom, Dobly Labs yeni texnologiya ilə maraqlanır və bu haqqda danışıqlar keçirirdilər. Şeridan yeni biznes plan hazırlayır ki, bu da “Beyond the green door” adlanır. Hansı ki, burada Sun platformasının inkişafını kompaniyalara təklif edir. OAK bazarda 1992-ci ilin noyabrın 11-də Ferst Person kompaniyası yaradılır və buna Veyn Rouzing rəhbərlik edirdi.

Bu vaxtı komputer təminatı interaktiv televizorları zəbt etmişdi və belə təsəvvür yaranır ki, komputer növbəti inqilabın qələbəsi olur. Buna görə 1993-cü ildə Time Vorner konkurs elan edəndə televizora komputer əlavəsini tam şəkildə genişləndirmək üçün interaktiv televiziyanın nümunə şəbəkəsini bu işə görə First Persona qoşuldu. Burada Ceym Klark qalib gəldi. Və bu OAK-a görə öz texniki fikirlərində güzəştə gedirdi. Beliklə, 1 il sonra Time Vorner və SQI ixtisara düşmüşdü və Ceyms Klark Netscape kompaniyasını yaradır və hansı ki, buda Java proqramlaşdırma dilinin nəaliyyətində mühüm rol oynayır.

1.3. World Wide Web

1993-cü ildə Mark Andrissen və Erik Bina WWW üçün qrafiki brauzer Mozaik 1.0-ın birinci versiyasını yaratdılar. Baxmayaraq ki, İnternet o vaxt 20 il idi ki, yaranmışdı ondan istifadə o qədərdə rahat deyildi. Qlobal şəbəkə yalnız Akademik və dövlət səviyyəsində istifadə olnunurdu. Mozaik 1991-ci ildən bəri Avropa İnstitutunun Fizika şöbəsində informasiyanın ötürülməsi üçün yaradılmış hipermətnlərin yeni versiyası idi. Bu format mətn və təsvirlərə baxmağa icazə verir, başlıcası isə bircə dəfə siçanın oxunu basmaqla eyni bir səhifənin digər bir hissəsində olan səhifəyə keçidi dəstəkləyirdi. Məhz belə bir qarşılıqlı münasibət imkan verirdi ki, bütün HTML sənədləri bir məqsədin–ümumdünya hörümçək torunun hisssələri hesab edilsin. Və ən vacibi bütün bu yeniliklər onu arzulayanlar üçün tamamilə pulsuz əldə olunurdu. Birincisi, adi fərdi komputer istifadəçisi heç bir xüsusi hazırlığı olmadan qlobal şəbəkədən nəinki işi ilə bağlı məsələlərinn həllində, eləcə də müxtəlif mövzularda olan informasiya axtarışı üçün də istifadə edə bilərdilər. WWW sənədlərinin keyfiyyəti get-gedə daha da yaxşılaşdırdı və tezliklə çox tez bir zamanda İnternet şəbəkələri ümumdünya səciyyəsi daşımağa başladı. Düzdür, müəyyən müddətdən sonra aşkar olundu ki, belə idarəetmə və informasiyanı saxlama üsulu daha çox tör-töküntünü xatırladırdı. Çünki hər hansı bir konkret sualın cavabını tapmaq çox çətin idi. Amma bu mövzu komputer dünyasının inkişafının digər mərhələsinə aiddir.

Bununla belə Sun bilmirdi ki, yeni bir dövr başlayır. Sun-un texniki direktoru Mozaiki ilk dəfə yarandığından üç ay sonra görmüşdü. Və bundan başqa İnternet şəbəkəsini 50% serveri və işçi stansiyası Sun tərəfindən yardılmışdı.

Yeni biznes plan First Person əsas məqsədə çevrildi. Bu interaktiv görüntü və İnternet imkanları arasında aralıq addım idi. Bu fikir onunla nəticələndi ki, Kabel konpaniyasının platformasının və birləşmiş şəbəkə kompaniyasının istifadəçiləri adi komputer istifadəçiləri idi. Oak-dan istifadə edərək istehsalçılar CD-ROM proqramını hazırlaya bilərdilər. Və bununla interaktiv əlaqəsi olan istifadəçilər çox asanlıqla şəbəkə vasitəsilə hər hansi bir informasiyanı əldə edirdi. Bir çox səbəblər üzündən bu planı Sun tərtib etməmişdi. First Person-un yarım işçilərini olmaması üzündən bu planı Sun interakriv komandasının yaranmasına səbəb oldu və bu işi World davam etdirdi. OAK multimediya servisini vermirdi. Bütün müəssisələr təhlükə altına düşdü və bu an Bill Coy yeni proyekti təsdiq etdi və bu da dünyaya Java platformasını verdi. First Personun-un yaradıcıları internetə nəzər salanda gördülər ki, OAK üçün onlar o şəbəkələri ki yaratmışdılar WWW-a çox yaxın idi. Bill Coy xatırladı ki, 20il bundan əvvəl o, UNİX əməliyyat sistemində çalışmışdı və bu sistem ödənişsiz olduğu üçün geniş yayılmışdı. Bu kimi ödənişsiz prinsipi WWW özüdə yaratmışdı. Həmçinin Netscape kompaniyası brauzer bazarında tezliklə lider oldu və bir çox texnoloqlar qısa bir müddətdə onun bazar qiyməti əldə etmək imkanını əldə etdi. Bu yeni ideyalar Sun rəhbərliyini əmin etdi ki, İnternet OAK platformasını canlandıra bilər (ilk dəfə bu proyekt “liveoak” adlanırdı).

Həqiqətən də bu texnologiyalar bir-birinə uyğun gəlirdi. Dil proqramı həmişə komputer texnologiyasının inkişafında mühüm rol oynayırdı. Cobal proqramlaşdırma dili yaranana kimi meynfreym əhəmiyyətsiz deyildi. İBM–dən alınan Fortran poqramlaşdırma dilinə görə komputer elmi-hesablamalara və tədqiqatların aparılmasında geniş istifadə olunurdu. Basic proqramlaşdırma dili Microsoftun ilk məhsuludur. Hansı ki, o bütün proqramist serverə asanlıqla öz fərdi komputerlərindən istifadə etmə imkanını verirdi. Qrafik interfeys istifadəçilərini iknişafı üçün C++ proqramlaşdırma dili əsas oldu. Belə ki, Mac OS və Windows kimi. OAK-i yradanlar bu texnologiyanın İnternetrin proqramlaşdırılmasında bu kimi rola malik olması əlindən gələni edirdi.

Baxmayaraq ki, 1994-cü ilin ortalarında WWW geniş vüsət aldı, Web səhifələri adi kağız istehsalına oxşamağı davam edirdi ki, nəinki interaktiv əlavələrə. Şəbəkədə işin ən çox hissəsi Web-serverə sual göndərməklə və cavab almaqla nəticələnirdi. Hansı ki, bu kliyent tərəfindən HTML faylında saxlanırdı brauzer vasitəsilə işıqlandılmışdır.

    1. OAK-ın yaradılması

OAK-ın qələbəsi üçün brauzer çatışmırdı. Brauzer Webrunner adlandırıldı. 1994-cü il sentyabr ayında Webrunner Sun rəhbərləyinə nümayiş etdirildi. OAK-ın proqramına İnternet vasitəsilə yayıldı və Dyuk öz ixtiraçılarını alqışladı. Indi bu applet Java Development Kitt tərkibinə daxildir. 1995-ci ildə OAK Java adlandı, Werbrunner isə HotJava adlandırıldı.

  1. Java proqramlaşdırma dili işıq üzü görür

Geniş yayılmış Java proqramlaşdırma dili Sun World konfederasiyasında öz məntiqi nəticəsini verməli idi. Beləki, Java proqramlaşdırma dilində proqramın yaradılması qısa məlumat elanı demək idi ki, bununda baş məqsədi UNİX sistemi idi. Hər şey planlaşdırılmış qaydada idi. 1995-ci ilin 23 mayında Java və HotJava texnologiyası rəsmən elan onundu. Və eyni zamanda o da bildirildi ki, yeni versiya məşhur Netscape Naviqator tərəfindən məşhurlaşdırılıb və yeni texnologiyanı müdafiyə edir. Bu isə o demək idi ki, Java proqramlaşdırma dili WWW–in bir hissəsi oldu, eynilə HTML kimi.

2.0. Brauzerlər

Java proqramlaşdırma dilinin əsas tarixi brauzerlə bağlıdır. Internet yaranan kimi artıq onun yerinə problemləri yarandı. Müxtəlif platformalarda bir neçə müxtəlif brauzerlər yaranmışdı və bunlar şriftlə də fərqlənirdilər. HTML – sənədin strukturunu göstərmək üçün istifadə edilən əmrlər toplusudur. HTML vasitəsilə sənəd uyğun məntiqi komponentlərə bölünür: abzas, sərlövhə, siyahılar və s. sənədin konkret formatlaşdırma atributları(əsas mətn və qeyd edilmiş komponentlər) həmin sənədə baxış zamanı istifadə olunan brauzer vasitəsilə təyin edilir.

Ən geniş yayılmış brauzerlər bunlardır:

  • Windos üçün Mosaic;

  • Cello proqramı;

  • Linx proqramı;

  • ElNet Winweb;

  • Internet Works;

  • Microsoft Internet Explorer(MSİE);

  • Netscape Communicator.

Windos üçün Mosaic – sənədə baxış proqramlarından bir olub, istifadəçi ilə ünsiyyətdə olmaq üçün çox sadə qrafiki interfeysə malikdir və formatlaşdırılmış Web-sənədlərini ekranda təsvir etmək imkanı verir. Onun mənfi cəhəti brauzer tərkibinə daxil olmayan qrafik fayllarla, audio və video təsvirlərlə işləmək üçün standart əlavə proqram təminatının qurulmasını tələb etməsidir.

Web- sənədlərə baxış keçirən və onları redaktə edən proqramlar arasında ümumi qəbul edilmiş brauzerlər – Netscape Communicator və Microsoft İnternet Explorer brauzerləri ən rahat və çox funksiyalıdırlar. Onlar vasitəsilə ekranda istənilən əməliyyyat sistemi mühitində və şəbəkədə komputerin işləməsini təmin edən istənilən konfiqurasiyalı komputerdə yaradılmış sənədləri təsvir etmək mümkündür.

2.1. Şəbəkə komputeri

1996-cı il 9 yanvarda yeni bölmə Java Soft yaradıldı hansı ki, o yeni Java texnologiyası və onun bazarda inkişafı ilə məşğul olurdu komputer sənayesinin inkişafında istehsalçı universal platforma yaratdılar ki, bunun altında bütün proqramlar işləyə bilsin və buna öz ətrafinda istifadəçiləri birləşdirən qlobal şəbəkə kömək oldu. Elə buna görə də Java proqramlaşdırma dilini yaradanlar dil proqramında yalnız bir dili yox, həmçinin əlavələrin yerinə yetirilməsi üçün universal platformanın yaranmasını fikirləşirdilər. Bunun üçün yeni olmayan, lakin keyfiyyətli virtual maşının olması idi. Bu JVM idi. JVM proqramı hər real platforma üçün yazılır ona görə ki, bir tərəfdən onun xüsusiyyətlərini gizlətmək üçün, digər tərəfdən isə Java əlavəsini təqdim etmək üçün. Sun və onun partnyorları JVM-i bütün növ müasir əməliyyat sistemi üçün yaratdılar. Şəbəkə komputer deməkdir. Lakin bu o demək deyil ki, komputerin imkanlarını şəbəkənin imkanları ilə heç vaxt müqaisə etmək olmaz.

O vaxtlarda indi də platforma Windos əməliyyat sisteminin İntel firmasının ən geniş yayılmış hissəsidir. Bu kompaniyalar qapalı dairə yaratma imkanına malik oldu. Və öz növbəsində yeni məhsul istehsal edən platforma - Winteli yaratdılar. Microsoft fərdi komputerlər arasıda geniş vüsət almışdı. Şəbəkə komputerin konsepsiyası asanlıqla Inteli aradan qaldırır. Internet Explorer geniş üçün Microsoft Java proqramlaşdırma dilini lisenziyalaşdırdı. Belə məlum oldu ki, Microsoft asanlıqla Javanın dilini asanlaşdırdı və Java universal platformadan çıxa bilmədi. Hansı ki, onun üçün məşhur deviz ”Write ones, write everywhere” idi. Belə halda o öz reytiqini itirə bilərdi.

    1. Java proqramlaşdırma dilinin platforması

Bir çox xüsiyyətlərə malik olan Java proqramlaşdırma dili uzun və sadə olmayan inkişaf mərhələsi keçmişdir. Java proqramlaşdırma dilinin komplikasiya və ya interpritasiya olunması həmişə sual doğururdu. Əslində hər iki yanaşmadan istifadə olunub. Istənilən mətn redaktorunda və ya ixtisaslaşdırılmış Java genişləndirilməsinə malik olan emal vasitəsində yaradılan Java proqramlaşdırma dilinin istənilən proqramının hazırki kodu adi mətn faylları şəklində təsvir oluna bilər. Bu fayllar xüsusilə Java bayt-koda transliasiya olunan Java kompliyatorun girişinə daxil olur. Elə bu kompakt effektli qaydalar yığımı Java platformasının ayrılmaz hissəsidir. Kompliyatorun işinin nəticələri .class. genişləndirilməsinə malik binar fayllarda saxlanılır. Belə fayllardan ibarət olan Java əlavəsi virtual maşında yerinə yetirilməyə və ya interpritasiya olunmaq üçün daxil edilir (elə ki, özüdə proqramdır). Javanın daha bir vacib xüsusiyyəti onun obyekt yönlü olmasıdır. Qeyd etmək lazımdır ki, Javada yerinə yetirilmə ardıcıllıqları və verilənləri, şəbəkə ilə iş, təsvirlərlə iş, şəbəkə interfeysi, səhvlərin təshihi, düzəldilməsi və s. obyekt şəkilində reallaşmışdır. Nəhayət Java əlavəsi-obyektlərin yeni tipində yazılmış klasslar yığımıdır.

Sonralar Java poqramlaşdırma dili ciddi tipləşdirmə ilə tətbiq olunur. Bu isə o deməkdir ki, hər hansi bir tətbiq olunma və ifadə olunmanın öz tipi var. Hansı ki, yığma vaxtı artıq məlum olur. Bu cür yanaşma yaranmış hər hansı bir problemin sadələşdirilməsi vaxtı tətbiq olunur, axı kompilyator o dəqiqə səhvlər haqqında məlumat verir və onun kodda yerini göstərir. Istisna olunmuş vəziyyətlərin, situasiyaların axtarışı zamanı, proqramın yerinə yetirilmə vaxtı ciddi yoxlamanı tələb edir. Əgər səbəb yaranmış defektdirsə, tamam başqa bir sinifdə meydana çıxa bilər. Bu vaxtı kodun yazılmasına əlavə güc sərf etmək lazımdır. Belə ki, onun etibarlılığı yüksəlir.

Javada cəmi 8 tip göstərici var hansı ki, onlar obyekt deyildir. Onlar ilk versiyalarda(variantlarda) təyin olunmuşdur və heç vaxt dəyişməmişdir. Bunlar 5 məqsədyönlü növlərdir-byte, short, int, long və həmçinin bura simvolik char daxildir. Sonra 2 seçmə tip daxildir-floot və double və nəhayət məntiqi tip olan boolean. Bu cür növlər sadə və primitiv adlanır. Yerdə qalanlar isə obyektiv və göstəricidir.

Javanın sintaksisi hamını nədənsə çətinliyə salmışdı. O həqiqətən C/C++ sintaksisi əsasında yaranmışdır. Beləki, proqramın çıxış nöqtəsinə baxdıqda orada və Javada bu dildə yazılmış yazını gördükdə bunun hansı dildə yazıldığını o dəqiqə başa düşmək olmur.

Bu isə “Java-C++” tipinin “garbage collector” olmasına əsas verdi. Belə hesab etmək olarki, Java proqramlaşdırma dili elə bu dildədir, hansı ki, C++ böyük yanılmadır.

Əlbəttə yeni texnologiya ilə işləyən Javanın müəlliflərin əsas məqsədi proqramlaşdırmada ən çox yayılmış dilin tətbiq olunması idi. Əvvəlcə onlar özləri də o vaxtı C++ proqramlaşdırma dilini özlərinin əsas alətləri hesab edirdilər. Ikincisi, köhnəyə uyğun gələn olan yerdə yenisini nə üçün fikirləşək. Nəhayət məlum oldu ki, naməlum sintaksis istifadəçiləri qorxudar və yeni dilin əmələ gəlməsini çətinləşdirən amma Java qısa bir müddətdə geniş vüsət almalı idi.

Buna görə sintaksis biraz təkminləşdi ki, dolaşıq konstruksiyalardan uzaq olsun. Belə ki, C++ tam yeni tapşırıqlara yararlı deyildi hansı ki, Sun şirkətinin işçiləri bunu söyləyirdi, ona görə də Java ideologiyası, modeli yenidən yarandı. Tamam başqa məqsədlərə uyğun olaraq növbəti bölmələr ardıcıl olaraq konkret açıqlanacaq.

Obyektiv modelə gəldikdə isə o İBM-dən götürülmüş Smalltalk və ya 60-ci illərdə işlənmiş Norveç hesablama mərkəzindəki Simula dili-hansı ki, Java proqramlaşdırma dilinin yaradıcısı Ceymis Qoslinq nümunəsinə əsasən yaradıldı.

Başqa Java proqramlaşdırma dilinin əsas tərkibi rahat işləmə və asan öyrənmə bir mənalı olmamışdır. Həqiqətən müəlliflər çalışırdılar ki, proqramistləri C/C++ proqramlaşdırma dilinin təcrübəli işçilərinin belə etdiyi bu geniş şəkildə olan səhvlərdən azad etsinlər. Burada birinci yeri yaddaşla bağlı iş tuturdu. Java proqramlaşdırma dilində də əvvəlcədən zibilin yığılması mexanizmi avtomatlaşdırılmışdır.

Belə təsvir edək ki, proqram bir neçə obyekt yaradır, onunla işləyir sonra isə belə bir an gəlir ki, bu obyekt artiq lazım olmur. Bu vaxt onu yaddaşdan azda etmək lazımdir ki, təyin olunmuş sistem normal fəaliyyətdə olsun.

C/C++ cəld proqramdan aydın sima yaratmaq deməkdir. Aydındır ki, bu cür yanaşmada 2 təhkükə vardır: ya obyekti yox etmək hansı ki, hələ kiməsə lazımdır, yada obyekti yox etməmək, lazım olmayan kimi saxlamaq, bu isə yaddaşa daxil olma deməkdir hansı ki, proqram çox sayda operativ yaddaş tələb etməyə başlayır. Java proqramlaşdırma dilində işləyən proqramist yaddaşdan azad olma haqqqında heç fikirləşmirdə. Mümkün virtual maşın hər obyektə göndərdiyini sayır və əgər o sıfıra bərabər olursa, belə obyekt garbage collectorunu təmizləməlidir. Bu yolla proqramist göndərişlərin lazımsız obyektlərdə qalmasına baxmalıdır. Zibil yiğma yerinə yetirmənin əsas axınıdır, hansı ki, müntəzən olaraq aktiv obyektlərə baxır və lazım olmayanı təmizləyir. Proqramdan garbage collector işinə heç cür təsir etmək olmaz yalnız onu aydın şəkildə standart funksiyanın köməyi ilə həyata keçirmək olar. Aydındır ki, bu proqram hazırlamasının təkminləşdirir xüsusi ilə yeni başlayan proqramistlər üçün. Belə ki, təcrübəli mütəxəssislər onların sistemində baş verənləri tam yoxlaya bilmədiklərindən narazı idilər. Obyektin nə vaxt yox olması, lazımsız olması və nə vaxt yığılmasının işə başlanması haqqında dəqiq məlumat yox idi. Bütün bunlara baxmayaraq bu cür proqramistlərin təcrübəsinə bunu da qeyd etmək lazımdır ki, C++ proqramlaşdırma dilində yazılmış proqrama təsir göstərən yığımların sayı yaddaşla kobud olmayan tərzdə iş aparmaqla beləki, bu ciddi kompaniyalarda geniş inkişaf etmiş məhsullarda belə baş verir.

Bundan başqa bu yeni texnologiyanın yüngül formasında xüsusi diqqəti cəlb edir. Belə deyilirdi ki, Java proqramlaşdırma dilinin tətbiqi yüksək vüsət almalı idi, hətta o cür kompaniyalarda ki, buna kimi heç vaxt proqramlaşdırma ilə bu səviyyədə məşğul olmamışdı. Həmçinin başqa fikirlərdə var idi. Adi məhsullarla işləyən, lakin qeyri-mütəxəsis proqramistlər daha etibarlı olmalı idi.

Internet qeyri-mütəxəsis işləyənlər üçün ümümdünya mərkəzi oldu. Lakin appletin verilməsi imkanı onlar üçün cəlbedici oldu. Onlara vacib əlavələrin ixtirası üçün sadə instrument tələb olunurdu.

Nəhayət İnternet-bum 1990-ci illərdə öz yerini tapdı və işləmə müddətində yeni, ciddi tələblər irəli sürdü. Çoxillik layihələr hansı ki, keçmişdə adi iş idi. Sifarişçilərin tələblərinə cavab verməni dayandırdı, yeni sistemi isi maksimum bir il müddətinə və yaxud müəyyən olunmuş ay ərzində təhvil verilməlidir. Bundan başqa “zibil qutusu” işləmənin tətbiqinin başqa yerlərində tətbiq olunurdu. Bəziləri isə artıq yada salınırdı-sintaksisin tətbiqi, çox saylı fərziyyələrdən imtina. Java proqramlaşdırma dilinin ilk versiyasında bu kimi imkanlar artıq daxil olmuşdur. Digər tələblər aşağıdakı bölmələrdə verilmişdir: Java proqramlaşdırma dilinin yaranması və onun sisteminin qurulması daha üstündür, nəyinki, C++ proqramlaşdırma dili. Hansı ki, ümumfaktdan ibarətdir. Ümumiyyətlə bu dilin hər ikisi müxtəlif məqsədlər üçün yaradılıb. Və onun hər birinin özünün öz xüsusiyyətləri var. Java proqramlaşdırma dilinin növbəti tərkibi onun təhlükəsizliyidir. Əlavələrin yerləşməsinə yönəldilmiş və appletin kliyent maşınında işləmə qərarı onu preoritetin qoruyucu suallarından biri etmişdir. Hər hansı bir virtual maşında Java proqramlaşdırma dili tam ölçü kompleksində iştirak edir.

Birinci, yaddaşla işləmə qaydası. Artıq deyilmişdir ki, yaddaşın təmizlənməsi avtomatik şəklidə həyata keçirilir. Reserv JVM-lə həyata keçirilir. Lakin qeyri-kompilyator və ya aydın şəkildə proqramda işləyən adam onu göstərə bilərki, o yenidən yeni obyekt yarada bilir. Fiziki ünvanlarda göstərici məqsədyönlü iştirak etmir.

Ikincisi, virtual maşın olan interpretator hər iş etapında təhlükəli koddan rahat çıxmaq imkanı yaradır. Əvvəlcə bayt-kod sisteminə yüklənir. Belə ki, class fayl kimi JVM diqqətlə yoxlayır. Hansı ki, onların hamısı ümumi qayda üzrə Java proqramlaşdırma dilinin təhlükəsizliyinə aiddir. Sonra proramın işləmə vaxtı interpretator asanlıqla buraxılmış hər bir hərəkəti yoxlaya bilir. Ola bilsin ki, classlar şəbəkə vasitəsilə lokal diskə yüklənildiyinə görə fərqlənirlər. Məsələn, applet heç vaxt lokal fayl sisteminə giriş almır. Bu kimi sadalanmış qorunmalar Java proqramlaşdırma dilinin ümumstandart kitabxanasında da vardır. Nəhayət appletin yazma mexanizmi əlavələrlə və yüklənmiş şəbəkə ilə işə düşür. Xüsusi sertifikat ona zəmanət verir ki, istifadəçi kodu həmin şəkildə hansı ki, istehlakçı ona verdiyi şəkildə alır. Bu əlbəttə kliyentə qoruyucu vəsait vermir, lakin ona ya bu işdən imtina etmək imkanı,yada ona proqrama daxil olan qeyri-müəllif dəyişikliyini görməyə imkan verir. Son anda o bilir, dəyişilmiş ziyana kim cavabdehdir. Java proqramlaşdırma dilinin tərkibinin təsviri onu təstiq edir ki, dil tamamilə internet üçün və internet əlavələri üçün işlənilmişdir. Nəhayət Java proqramlaşdırma dilinin əsas üstünlüyü onun dinamik olmasıdır. Dil çox düşünülmüşdür. Onun inkişafında yüz minlərlə işçilər və bir çox iri kompaniyalar iştirak edir. Onun əsas etapları aşağıdakı bölmələrdə verilmişdir. Beləliklə nəticə çıxaraq Java proqramlaşdırma dilinin platformaları bu kimi xüsusiyyətlərə malikdir:

  • Ötürücü və ya kross-platforma ;

  • Obyektyönlü olması, keyfiyyətli obyekt modelin yaradılması ;

  • C/C++ proqramlaşdırma dilinin adi sintaksisi ;

  • Təhlükəsizlik modelinin şəffaflığı və düzülüşü;

  • Internetin çalışmasında orientasiyası və onun şəbəkələr arasında paylanması ;

  • Dinamika, yüksək inkişaf və yeni imkanların əlavəsi ;

  • Başa düşülmənin asanlığı;

Lakin belə hesab etmək olmaz ki, bu dil asandırsa, onu öyrənmək lazım deyil. Proqramda yaxşı yazmaq üçün, böyük mürəkkəb sistemi yaratmaq üçün, Java proqramlaşdırma dilinin bütün baza konsepsiyalarını dəqiq başa düşmək üçün və kitabxanadan istifadə etmək üçün dil lazımdır. Gəlin etiraf edək ki, burada bu məhsullara əsasən Sun kompaniyasının proqram qərarı anlaşılır və nümunə realizasiyasına aid olur. Beləliklə, ilk dəfə 1995-ci il 23 mayda elan olundu. Əsas məhsullar o anda Beta versiyası görünüşündə idi:

–javanın spesifik dili-JLS;

–JVM-in spesifikasiyası;

–JDK (Java Delelopment Kitt). Əsasən utilitdən ibarət istehsalçının vəsaiti, kitabxana sinfinin standartı və nümunələrin nümayişi. Dilin spesifikasiyası o qədər gözəl tərtib olunmuşdur ki, dəyişiklik olmadan hal-hazırki dövrə qədər istifadə olunur.

Aşağıdakı kurs dilin spesifikasiyasından bəhs edir: JVM-in spesifikasiyası ilə növbədə virtual maşınların ixtiraçılarından ibarətdir. Praktik olaraq Java proqramlaşdırma dili proqramistlərindən istifadə olunmur. JDK uzun müddət işlənmiş əlavələrin əsas bazası olmuşdur. O, heç bir mətn readaktorunu saxlamır yalnız Java fayla əsaslanır. Kompilyator utilit Javac (java computer) kimi təqdim olunur. Virtual maşın isə proqram Java kimi realizə olunur. Test appletlərinin buraxılışı üçün xüsusi utilitlər var-appletviewer. Nəhayət sənədin avtomatik olaraq çıxır koduna java.doc genişlənməsi verilir. Ilk versiya 8 standart kitabxanadan ibarətdir:

  • Java.lang - sinfin bazası, hər hansı bir əlvənin işlənməsinin vacibliyi;

  • Java.util - bir çox xeyrli köməkçi classlar;

  • Java.applet - appletin yaranması üçün classlar;

  • Java.awt, java.awt.peer - qrafik interfeys istifadəçiləri üçün yaranmış kitabxana (GUI), hansı ki, AWT adalnır;

  • Java.awt.image - təsvirlə işləmək üçün classlar;

  • Java.io - verilənlər bazası və faylla iş;

  • Java.net - şəbəkə ilə iş;

Göründüyü kimi, bütün kitabxana Java proqramlaşdırma dili ilə başlanır və standart olurlar. Digərləri isə hər hansı versiyada dəyişə bilir. JDK-in sonuncu versiyası 1.0 1996-cı ilin yanvarında buraxılıb.

1997-ci ilin aprel ayında Java platforması elan olunur. Çünki JVK-dan yeni məhsulun alınması üçün şirkət texnologiyaları AWT Sun-dan və IFC Netscape-dən birləşmələri planlaşdırır, hansı ki, bura daxildir:

  • interfeys pəncərəsinin yaxşılaşması

  • drang and dropun realizasiyası

  • 2D qrafikinin müdafiyəsi, təsvir işinin yaxşılaşdırılması və s.

  1. Javaya əlavə - Javascript dili

Javanın başqa versiyası da Javascript dilidir. Javascript kliyent skriptləşdirmə dilidir. Javascript İnternet səhifəsinin dinamik imkanlarını genişləndirmək məqsədilə istifadə olunur. Javascript dilində yazılmış modul HTML faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun uyğun sətrindən çağırılır. Veb brauzerdə qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir.

Java isə Javascriptdən fərqli olaraq ondan istifadə edən səhifə inteqrrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur. Elmi dildə desək, apletdir. Bu dildən istifadə edərkən aplet uyğun əmr vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejmində ayrıca proqram kimi olur.

C++ dilinin mürəkkəbliyi və obyekt oriyentasiyalı olmayan xüsusiyyətləri bu dilin əsas səbəblərdən biridir. Digər başlıca səbəb hər hansı platformada kompayl edilən kodun başqa platformalarda da dəyişdirilmədən işlədilə bilməsinə olan ehtiyacdır. Dilin bu xüsusiyyəti Java Virtual maşını sayəsində həyata keçirilir. Java dili mürəkkəbliyi aradan qaldırmaq üçün bir çox C++ xüsusiyyətlərini çox köklü irsiyyət, şablonlar (yeni versiyalarda şablonlar daxil edilib), pointerləri özünə daxil etmir. Bundan başqa dildə C++ da olmayan tullantı təmizləmə mexanizmi mövcuddur.

Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə “saat”, “qaşan sətir”, digər animasiyalar və çat yaratmaq mümkündür.

Üstün cəhəti: serverdə Java proqramının işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır.

Mənfi cəhəti: Java proqramlaşdırma dilinin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı Web brauzerlə işləyən istifadəçilər bu dildə yaradılmış obyektləri görə bilmirlər.

C++. 1972-ci ildə ABŞ-ın Bell Labarotories firmasının əməkdaşı Denis Ritçi tərəfindən əməliyyat sisteminin, transliyatorların, verilənlər bazası, digər sistem və tətbiqi proqramların işlənməsi üçün C(si) proqramlaşdırma dili hazırladı. Standart 1983-cü ildə Amerikanın Milli Standartlar İnstitutu tərəfindən təstiq edilmiş C strukturlu proqramlaşdırma dilinin köməyi ilə komputerin müəyyən yaddaş sahəsinə müraciət etmək imkanı yaradıldı. C dili hal-hazırda ən çox sistem proqramlaşması üçün istifadə edilir.



Nəticə

1990-cı ilin sonunda Sun fərdi komputerlərin inkişaf tarixinə daxil olmuşdur. Patrik Noton öz məktubunda belə bir vəziyyətdə həqiqəti açıb göstərmiş və uğurlu məhsulun inkişafı üçün həqiqi məqsədin mühüm olduğunu göstərmişdir. Bunun əsasında Ceyms Qoslinqin Green proyekti yarandı. Bu məhsullardan biri də bu proyekt əsasında yaranmış yeni OAK platformasıdır. Onun inkişafı üçün Sun First Person kompaniyasının əsası qoyulmuşdu. Lakin hal-hazırki nəaliyyət platformaya yeni ad- Java verilməsi olmuşdur. Hansı ki, bu internetdə tətbiq olunmuşdur. 1993-cü il aprel ayında qlobal şəbəkənin yaranması ilk brauzer Mozaik 1.0 çıxışı olmuşdur. Və bu da cəld istifadəçi auditoriyasının qələbəsi olmuşdur. Ilk nümunə olaraq Java əlavələri appletlər olmuşdur, hansı ki, HotJava brauzer vasitəsilə istifadəyə vermişdir. Nəhayət dörd il sonra yaranma və inkişaf tarixinə görə Java dünyaya rəsmən elan olunmuşdu. Netscape–in razılıq lisenziyasına əsasən bu hadisə həqiqi yüksəliş idi.



Javanın müxtəlif variantlarının tətbiqinə baxış keçirmiş və onun inkişafı, həyata keçirilməsi çox asan olmuşdur. Javascript dili ayrılıqda təsvir olunmuşdur. Baxmayaraq ki, onların adında da uyğunluq vardır. Lakin onun Java ilə ümumi o qədərdə çox cəhətləri yoxdur. Sun-un baza məhsulları bunlardır: JDK və JRE.



Ədəbiyyatlar


  1. http:// www.google.com/e

  2. http://www.sun.com/

  3. http://www.java.az/

  4. http://www.wikipedia.com/









Yüklə 87,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə