Müqəddəs söz-sənət ocağının nurlu varisi



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix08.09.2018
ölçüsü1,19 Mb.
#66953
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

 



 

      


                          

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

    

 

               

 

                                      

 

              

                                

 

 

Müqəddəs söz-sənət ocağının nurlu varisi 

Elçin Əfəndiyev

 

 

    


E.  Əfəndiyevin  anadan  olmasının  73-cü  ildönümü  münasibəti  ilə 

respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait 

                                 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                        Bakı – 2016 

 



 

 



Redaktor:                   Şəhla Qəmbərova 

 

                                 



Tərtib edən:               Ruhiyyə Məmmədli 

 

 

 

 

 

 

 

 

Müqəddəs söz-sənət ocağının nurlu varisi Elçin Əfəndiyev- E. 

Əfəndiyevin  anadan  olmasının  73-cü  ildönümü  münasibəti  ilə 

respublika  uşaq  kitabxanaları  üçün  hazırlanmış  metodik  vəsait  / 

redaktor    və    buraxılışa  məsul  Ş.Qəmbərova;  tərtib  edən 

R.Məmmədli.  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.  - 

Bakı, 2016. - 68 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016 

  



 

                                   Tərtibçidən 



 

Bu  vəsaiti  Elçin  Əfəndiyevin  anadan  olmasının  73-cü 

ildönümü  münasibətilə  hazırlayıb  sizə  təqdim  edirik.  Əsas 

məqsədimiz  oxucuların  lirik hekayələr ustası, müqtədir romançı, 

mahir  komediyalar  müəllifi,  psixoloji  faciələr,  tragediyalar 

dramaturqu,  ədəbi  prosesə  hakimlik  etmək  səlahiyyəti  olan  ustad 

tənqidçi,  fundamental  monoqrafiyalarıyla  özünəməxsus  elmi-

nəzəri  sistemini  yaradan  klassik  ədəbiyyatşünas  alim  Elçin 

Əfəndiyev haqqında olan biliklərini daha da artırmaqdır. 

“Müqəddəs  söz-sənət  ocağının  nurlu  varisi  Elçin  Əfəndiyev” 

adlanan  metodik  vəsait  “Giriş”  və  “Keçiriləcək  tədbirlər” 

hissəsindən  ibarətdir.  Vəsaitin  “Giriş”  hissəsində  Elçin 

Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır. İkinci hissədə 

isə kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.       

Elçin Əfəndiyev 60-cı  illərdə ədəbiyyatımıza gəlmiş və tez bir 

zamanda  əsərlərinin  poetik  gücü  ilə  geniş  oxucu  kütləsinin 

hörmətini  qazanmış  yazıçılarımızdandır.  O,  Azərbaycan  nəsrinin 

“ədəbi  təəccüb”  hissindən  daha  çox  xalqımızın  milli-tarixi 

təəccübünü qoruyub saxlayan nümayəndələrdəndir. 

Elçin  Əfəndiyev  əsl  bir  ziyalı  ömrü  yaşayıb.  Ötən  əsrin  60-cı 

illərindən  üzü  bəri  yaşadığımız  həyatın  elə  bir  ciddi  hadisəsi 

yoxdur  ki,  onun  özünün,  sözünün,  qələminin  diqqətindən 

yayınsın; bu dövrdə dünyada baş verən elə bir dəyərli ədəbi hadisə 

yoxdur  ki,  Elçin  Əfəndiyev  ona  münasibət  bildirməsin,  öz 

qiymətini verməsin; yaşlı, gənc nəslin elə bir uğurlu əsəri yoxdur 

ki, Elçin Əfəndiyev onun haqqında ayrıca məqalə yazmasın və ya 

fürsət  tapdığı  bir  məqamda  qələm  dostlarının  nailiyyətlərinə 

sevinməsin.  Bu  dövrün  mürəkkəbliyi  daban-dabana  zidd  olan 




 

ideoloji  sistemlər,  imperiyanın  çöküşü,  müstəqillik  uğrunda 



mübarizə, doğma Şuşa və Qarabağ itgisiylə nəticələnən işğalçılıq 

müharibəsi  –  hamısı  xalq  yazıçısının  əsərlərində  əksini  tapıb;  bu 

tarixin  içindən  Elçin  Əfəndiyev  alnıaçıq  çıxıb,  çünki  həmişə 

xalqın  tərəfində  olub,  vətəndaşlıq  məfkurəsindən  dönməyib, 

mövqeyi aydın və ardıcıl olub. Yazıçı indi də yorulmaq bilmədən 

mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı üçün 

əlindən gələni əsirgəmir. Yazıçının povest və hekayələrdən ibarət 

kitabları, seçilmiş əsərləri, ədəbi tənqidi məqalələri həmişə diqqət 

mərkəzində olmuşdur. Elçin Əfəndiyev nədən yazırsa yazsın, ona 

oxucularının  arzu  və  düşüncələri  prizmasından  baxmağı 

bacarmışdır. Yazıçı tənqidi fəaliyyətə də yazıçı kimi başlamışdır. 

Lakin  tənqidi  əsərləri  öz  canlılığı,  kəsəri,  aktuallığı  ilə  həmişə 

ümumi 

maraq 


oyatmışdır.Yazıçı 

müasirliyi 

aktuallıqla 

eyniləşdirməyi, hər iki estetik kateqoriyadan sənətkarlıq hesabına  

sui-istifadə etməyi müasir ədəbiyyatın ən yaralı yeri sayır və bədii 

ədəbiyyatın  sənətkarlıq  məsələlərini,  tənqidini  həmişə  onlarla 

vəhdətdə aparır. 

   Sevimli  yazıçımıza  yaradıcılığında  uğurlar  arzulayaraq,  vəsaiti 

sizə təqdim edirik. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə