Müqəddimə



Yüklə 0,93 Mb.
səhifə1/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
  1   2   3   4   5   6   7   8   9   ...   16



ABBAS ƏZİZİ




BİRİNCİ HİSSƏ

SALAVATIN SAVABI



Müqəddimə


Salavat insan ruhuna can verir

Salavat insanın (Allaha) yaxınlaşmasına səbəb olur.

Salavat insanın Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və əhli-beytə (əleyhimus-səlam) yaxınlaşmasına səbəb olur.

Salavat namazın kamil olmasına səbəbdir.

Salavat duanın kamil olmasına səbəbdir.

Salavat ən gözəl ilahi zikirdir.

Salavat insanın behiştə daxil olmasına səbəb olur.

Salavat günahların yuyulmasına səbəb olur.

Salavat dünyəvi müşkül və çətinliklərin aradan getməsinə səbəb olur.

Salavat Qəbirdə bir nurdur.

Salavat Siratda bir nurdur.

Salavat Behiştdə bir nurdur.

Salavat Namazın qəbul olunmasına bais olar.

Salavat ağız qoxusunu ətirləndirir.

Salavat Qiyamət günündə əməllərin ən ağırıdır.

Onda gəlin salavat göndərmək və onu hədiyyə etməklə Allah, müqərrəb mələklər, Peyğəmbər (səlləllahu əleyhi və alihi) və mə`sumları sevindirək. Sə`yimiz bu olsun ki, hər bir yerdə: ailədə, cəmiyyətdə, idarə və mədrəsələrdə salavat göndərməklə o məkanı ətirləndirək. Həmişə salavat deyən olaq. Çünki salavat bizi və cəmiyyətimizi sığortalayandır və ən gözəl sığortadır.

Abbas Əzizi

I-ci Fəsil

Salavatın fəziləti

1 – İlahi kəlamda Salavat


İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.”

“Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun”

İmam Kazım əleyhis-səlamdan: “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və mö`minlərin salavatının mə`nası barədə sual oldu. İmam buyurdu: “Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və mö`minlərin Peyğəmbər üçün onlardan bir duadır.”

İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: “Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tə`rif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).


2 – Salavat camaatın duasıdır


İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.”


3 Qiyamətdə ən fəzilətli əməllər


İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”



4 Qiyamətdə ən ağır əməl

İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) buyururlar:

“Qiyamət günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-beytinə olan salavatdır.”

5 – Bərzəxdə əməllərin ən yaxşısı

Əbu Əlqəmə deyir:

Peyğəmbər (səlləllahu əleyhi və alihi) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu:

“Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (rə) və qardaşım Cə`fəri (Təyyarı) yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı gördünüz?

Cavab verdilər: Ata və anamız sənə fəda olsun! Biz sənə salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”

6 – Ən sevimli əməl

Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi) buyurdu:

Cəbraildən (əleyhis-səlam) soruşdum: Ən sevimli əməl hansıdır?

Cavab verdi:

“Ey Məhəmməd (səlləllahu əleyhi və alihi)! Sizə göndərilən salavat və salam və Əli İbn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbət ən sevimli əməldir.”

7 – Mələklərlə yoldaşlıq

Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) buyurdu:

“Həmişə mələklərdən ibarət bir karvan Allahın əmri ilə aləmdə hərəkətdədirlər. Zikr və salavat deyilən bir məclisə yetişən zaman bir-birinə deyərlər: Yerə enin! Yerə enən zaman məclis əhli ilə dua edən zaman “amin” deməklə və salavat göndərən zaman da salavat göndərməklə yoldaşlıq edərlər və axırda bir-birinə deyərlər: Bu məclis əhlinin xoş halına ki, Allah onları bağışladı!”

8 – Bir şey əldən çıxan və məhv olan zaman

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir şey aradan gedən zaman de: “Allahummə səlli əla Muhəmməd ali Muhəmməd”

9 – Allahın salava

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Cəbrail (əleyhis-səlam) mənə nazil oldu və dedi: - Allah-təala buyurur: Hər kəs sənə salavat göndərsə mən və mələklərim ona on dəfə salavat göndəririk və bir nəfər sənə salam versə mən və mələklərim ona on dəfə salam veririk.”

10 – Salavat yazmağın mükafa

Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd ali Muhəmməd o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir mələklər onun üçün rəhmət və istiğfar (bağışlanma) edərlər.”

11 – İmamın səfərdə ibadəti

İmam Rzanı (əleyhis-səlam) Mədinədən Mərvə gətirmək üçün gedən mə`murların başçısı Rəca ibn Əbi Zəhhak İmamın gecə-gündüz etdiyi ibadətlərdən söhbət açaraq deyir:

“İmam Rza (əleyhis-səlam) sübh namazını qılırdı, salamdan sonra namaz qıldığı yerdə otururdu, Allahın təsbih, həmd, təkbir və təhlilinə ilə məşğul olurdu və günəş çıxana qədər Peyğəmbər və ali peyğəmbərə salavat göndərirdi.”

12 – Mən sava hesablamaqdan acizəm!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Me`raca gedən zaman, gördüm bir mələyin bir milyon əli vardır və hər əlin bir milyon barmağı vardır və hər barmağında bir milyon bəndi vardır.

O mələk dedi: Mən yağan yağışın səhraya və dənizə neçə damla yağdığının hesabını bilirəm, həmçinin xilqətin əvvəlindən indiyə qədər yağan yağışın damlalarının sayını bilirəm, amma bir şey var ki, onu hesablamaqda acizəm.

Buyurdu: “Nədir?”

Ərz etdi: “Sənin ümmətindən bir dəstə camaat birlikdə olub və bir yerdə sənə salavat göndərən bir zamanda salavatın savabını hesablamaqda acizəm. Allahummə səlli əla Muhəmmədin ali Muhəmmədin əccil fərəcəhum.”



13 – Nifa aradan qaldırmaq

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mənə və Əhli-Beytimə salavat göndərmək nifaqı aradan aparır.”


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə