Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
  1   2   3   4   5   6   7   8   9   ...   21
53541

MUSA QULİYEV
ŞAHTAXTİNSKİLƏR 
TARİXİMİZDƏ VƏ 
TALEYİMİZDƏ
•Ncixçıvm r r -S 0 1Q-


Elmi  redaktor:  ismayıl Hacıyev
AMEA-nın həqiqi iizvü
Rəyçilər: 
Şükür Məmmədov
T.e.n.,  dos.
Emin Şıxəliyev 
T.e.n.,  dos.
Kitabda  tariximizdə  və  taleyimizdə  mühüm  rol  oynamış 
Şahtaxtinskilər in,  onların  görkəmli  nümayəndələrinin  elm, 
təhsil,  mədəniyyət,  diplomatiya  və  dövlət  quruculuğu  sahələ­
rindəki fəaliyyətlərindən bəhs edilir.
Kitabda ilk dəfə olaraq Şahtaxtinskilər in nəsil şəcərəsi də 
verilir.
Musa  Quliyev.  Şahtaxtinskilər  tariximizdə  və  taleyimizdə. 
Naxçıvan,  “Əcəmi” NPB,  104.  səh.
4700000000
053-2010
©  “Əcəmi” 2010.


ŞAHTAXTİNSKİLƏR  MUZEYİNİN 
YARADILMASI HAQQINDA
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
SƏRƏNCAMI
Azərbaycanda  elmin,  mədəniyyətin,  təhsilin,  səhiyyə­
nin,  parlamentarizmin,  dövlət quruculuğunun və  hərb  sənə­
tinin  inkişafında Şahtaxtinskilərin xüsusi yeri və  böyük xid­
mətləri  vardır.  Bakıxanovlar,  Naxçıvanskilər  kimi,  Şahtax­
tinskilərin də tarixi yalnız ayrılıqda götürülmüş bir sülalənin 
deyil,  ölkə  həyatının  mühüm  sahələrinin  inkişaf tarixi  kimi 
nəzərdən  keçirilməkdədir.  Bu  məşhur  sülalə  son  iki  əsr 
ərzində Azərbaycan elmi və ictimai-siyasi mühitinə tanınmış 
dövlət xadimi və diplomat, beynəlxalq  Moskva və Qars mü­
qavilələrinin  bağlanmasında  müstəsna  xidmətlər  göstərmiş 
Behbud ağa Əliağa oğlu Şahtaxtinski,  görkəmli Azərbaycan 
publisisti, maarifçi, şərqşünas, dilçi, əlifba islahatçısı, ictimai 
xadim,  2-ci  Dövlət  Dumasının  deputatı  olmuş  Məhəmməd 
ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinski, ziyalı,  hərbçi, 
Çar  Rusiyası  ordusunun  polkovniki  olmuş  Əbülfət  Nəcəf- 
qulu  oğlu  Şahtaxtinski,  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
dövlət  xadimlərindən  biri,  Azərbaycan  parlamentinin  ilk 
üzvlərindən olmuş  Həmid ağa Xəlil oğlu Şahtaxtinski, alim­
lik dərəcəsi almış (1875-ci il) ziyalı, jurnalist və ictimai xadim 
İsa  Sultan  Nəcəfqulu  oğlu  Şahtaxtinski  kimi  şəxsiyyətlər 
bəxş etmişdir.
Fəaliyyət  göstərdikləri  bütün  dövrlərdə  Şahtaxtinskilər 
fədakarlıqlar  göstərmiş,  Azərbaycanın  xoşbəxt  gələcəyi  uğ- 
runda  mərd  mübarizlər  olmuşlar.  Şahtaxtinskilərin  Azər­
baycanda  elmin,  mədəniyyətin,  təhsilin,  səhiyyənin,  parla­
mentarizmin,  dövlət  quruculuğunun  və  hərb  sənətinin  inki­
şafında müstəsna xidmətlərini, həyat və fəaliyyətləri ilə bağlı
3


tədqiqat  işlərinin  aparılması  vacibliyini,  onların  keçdikləri 
şərəfli yolun  vətənpərvərlik  tərbiyəsində  böyük  təsir gücünə 
malik olmasını  əsas götürərək qərara  alıram:
1.  Kəngərli  rayonunun  Şahtaxtı  kəndində  Şahtaxtin­
skilər muzeyi yaradılsın.
2.  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 
Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu Sərəncamdan 
irəli gələn məsələləri həll etsin.
3.  Bu  Sərəncam  imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar  Respublikası
Ali  Məclisinin Sədri: 
Vasif TALIBOV
Naxçıvan şəhəri,  9 fevral,  2010-cu il.
4


ŞAHTAXTİNSKİLƏR:  NAXÇIVANIN 
iMƏŞHUR SOYLARINDAN  BİRİ
"Şahtaxtinskilər:  tariximizdə  və  taleyimizdə"  kitabının 
müəllifi Musa Quliyevin imzası elmi ictimaiyyətə yaxşı tanış­
dır. O, artıq 30 ilə yaxındır ki, Naxçıvanın görkəmli yetirmə­
ləri,  onların  qəribə taleləri,  bizə məlum olmayan  fəaliyyətləri 
haqqında  məlumatlar  verir.  Bu  məlumatları  tədqiqatçı 
böyük səbr və maraqla arxivlərdən, şəxsi adamlardan  topla­
yır,  ümumiləşdirir,  təhlil edir və yazılara,  məqalələrə,  oçerk­
lərə  çevirir.  Musa  müəllimin  məqalələrində  kimlər  yoxdur: 
Əliyevlər,  Kəngərlilər,  Naxçıvanskilər,  Təhmasiblər,  Bekta- 
şilər  haqqında,bəhs  olunan  Şahtaxtinskilər  və  onlarla  məş­
hur  soylar  və  onların  tanınmış  nümayəndələri.  Respublika­
nın  dövri  mətbuatında  Musa  Quliyev  bu  istiqamətdə  500-
й
dən artıq  məqalə çap etdirmişdir.
M.Quliyevin  tədqiqatlarında  Şahtaxtinskilərin  öz  yeri 
və  mövqeyi  vardır.  Çünki  Şahtaxtinskilərin  Azərbaycan  el­
mində,  təhsilində,  dövlət  quruculuğunda,  diplomatik  işdə, 
mətbuat  tarixində - bir sözlə,  tariximizdə və taleyimizdə çox 
böyük  xidmətləri  olmuşdur.  Bunları  yaxşı  bilən  Musa  Qu­
liyev böyük  həvəs və məhəbbətlə Şahtaxtinskilərin fəaliyyət­
lərini,  onların  çətin,  kəşməkəşli,  lakin  şərəfli  həyatlarını  öy­
rənir və geniş ictimaiyyətə  təqdim edir.
Şahtaxtinskilər,  onların  ayrı-ayrı  nümayəndələri  haq­
qında  İ.Həbibbəyli,  İ.Hacıyev,  V.Quliyev,  Ş.Vəliyev, 
M.Əliyev, Ə.Əliyev,  F.İbıahimzadə, Ş.Məmmədov və başqa 
tədqiqatçılar  araşdırmalar  aparmış,  kitab,  monoqrafiya  və 
məqalələr  çap  etdirmişlər.  Tədqiqatçı  Musa  Quliyevin  təq­
dim olunan  bu kitabı onun daha çox arxiv materiallarına is­
tinad  olunaraq  müxtəlif  illərdə  çap  etdirdiyi  məqalələri 
özündə birləşdirir.
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
"Şahtaxtinskilər  muzeyinin  yaradılması"  haqqında  9  fevral
5


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə