Müşahidə Şurası sədrinin müraciəti İdarə Heyəti sədrinin müraciəti



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix20.09.2018
ölçüsü4,76 Mb.
#69427
  1   2   3   4   5   6   7   8   9   ...   12


1

Illik Hesabat 2011




3

2

MÜNDƏRİCAT:



Müşahidə Şurası sədrinin müraciəti

İdarə Heyəti sədrinin müraciəti

Azərbaycan iqtisadiyyatı 2011-ci ildə

Azərbaycanın bank sektoru

Beynəlxalq reytinqlər

Səhm və istiqrazların buraxılışı

Pərakəndə biznes

Xidmət şəbəkəsi

Korporativ biznesə xidmət

İnsan resursları

Korporativ məsuliyyət

Törəmə müəssisələr

8

12

16



22

25

28



32

39

42



46

50

56




5

4

Qızıl sikkələr



Bizans İmperiyası zamanı Azərbaycan ərazisində yayılan qızıl solid (1), 450-476-cı 

illər. Əməvilər və Abbasilər sülalələrin qızıl dinarları (2,4), 661-695-ci illər. Səfəvilər 

dövlətləri tərəfindən zərb olunan qızıl əşrəfillər (3,5), 1502-1524-cü illər.

1

2



4

3

5




7

6

Müşahidə Şurası sədrinin müraciəti



Hörmətli səhmdarlar, müştərilər və 

tərəfdaşlar!

MÜŞAHİDƏ ŞURASI

Böyük məmnunlluq hissi ilə “Unibank” Açıq Səhmdar 

Cəmiyyətinin Müşahidə Şurası sədri qismində 

Sizlərə 2011-ci ilin hesabatını təqdim edirəm. Bu 

ilki hesabatda diqqətinizi bir sıra pozitiv nəticələr və 

bizim üçün vacib nailiyyətlərə cəlb etmək istərdim. 

Əlbəttə ki, bu nəticələr ilk növbədə Azərbaycan 

iqtisadiyyatında baş verən müsbət trendlərlə bağlıdır. 

Sabit makroiqtisadi şəraitdə bankların xidmətlərinə 

artan tələbat və ümumiyyətlə istehlak sektorunun 

yüksəlməsi maliyyə təsisatlarının fəallığı üçün yaxşı 

bünövrədir. Pozitiv tendensiya kimi əhali və işgüzar 

dairələrdə müsbət psixoloji münasibəti də aid etmək 

olar. İnsanları qeyri-müəyyənlik artıq narahat etmir, 

maliyyə bazarı və bank sektoru ilə bağlı suallar daha 

qorxutmur. Bu isə bazar iqtisadiyyatının inkişafının 

hərəkətverici qüvvəsi olan istehlak sektorunu 

stimullaşdırır. Fərdi istehlakla bərabər, 2011-ci ildə 

kiçik və orta biznesdə müşahidə olunan işgüzar 

fəallıq, bankları son iki ildə apardıqları konservativ 

kreditləşdirmə modellərindən aktiv kreditləşdirmə 

strategiyalarına keçməyə məcbur etdi. 

Bir tərəfdən bu amil “Unibank” üçün bank xidmətləri 

bazarında qazandığı üstünlükləri daha çox sayda 

müştərilərə nümayiş etmək imkanı idi. Digər tərəfdən 

isə Bankımız üçün ötən il rəqabətin artması ilə 

səciyyələndi.

Bildiyiniz kimi, rəqabət tələbat və təklifin tarazlığını 

təmin edə biləcək bazarın ayrılmaz bir hissəsidir. 

Amma şəxsən mənim üçün rəqabət kredit portfelinin 

genişlənməsi hesabına aktivlərin nəyin bahasına 

olsun artması deyil. Ən azı ona görə ki, bank sisteminin 

inkişaf vektoru tamamilə dəyişib. Həcmin nəyin 

bahasına olursa-olsun artırılması uğrunda mübarizə, 

gəlirlilik və risklərin idarə olunmasında diqqətin 

cəmlənməsi ilə əvəz olunub. Bu da daha çox faydalı 

fondlaşdırma, risklərin doğru idarə edilməsi, xidmət 

nöqtələrin və kanalların inkişafı, müştərilərin artması 

deməkdir. 

Zənnimcə bu məqsədlərə “Unibank” heyəti 2011-ci 

ildə tam nail ola bildi.  Artıq etiraf olunur ki, “Unibank” 

mövqelərinin möhkəmlənməsi eyni dərəcədə 

ambisiyalı və düşünülmüş biznes-modelə əsaslanır.

Xarici və yerli bazarlardan kifayət qədər vəsaitlər cəlb 

olundu. Bunun üçün Azərbaycanda ilk dəfə olaraq 

konvertləşdirilən istiqrazlar buraxıldı. İqtisadiyyatın 

qeyri-neft sahələrinin və fərdi sahibkarların 

kreditləşdirməsi davam etdirildi. Və nəhayət, “Unibank” 

ölkənin qabaqcıl riteyl-banklarının üçlüyünə daxil oldu.

Sözsüz ki, məhz bu kimi nailiyyətlərin hesabına ötən 

ilin maliyyə nəticələri də Bank üçün uğurlu oldu. 

Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun 

mənfəət 7,111 mln. manat təşkil etdi, kredit portfeli 

32% artdı, müştərilərin sayı isə ilk dəfə olaraq 200 

mini ötdü. Bu və hesabatda təqdim edəcəyimiz 

digər göstəricilərin dinamikası ümumilikdə ölkə bank 

sektoru üzrə məcmu göstəricilərini xeyli üstələyir. 

Sabit artan maliyyə nəticələri Müşahidə Şurası və 

İdarə Heyəti tərəfindən seçilən prioritetlərin doğru 

olmasına dəlalət edir. Əminəm ki, ölkə iqtisadiyyatı və 

banklar qarşısında duran yeni çağırışlara da “Unibank” 

adekvat və yenilikçi xidmətləri ilə cavab verəcək. 

Əsas hədəfimiz – bütün Azərbaycan üçün müasir və 

dinamik bank təsisatı olmaqdır.

Eldar Qəribov

Müşahidə Şurasının sədri

Julian Hilli

Müşahidə Şurasının üzvü

Elxan Qəribli

Müşahidə Şurasının üzvü

Samir Balayev

Müşahidə Şurası sədrinin 

müşaviri

Andreas Zeisler

Müşahidə Şurasının üzvü

Eldar Qəribov

Müşahidə Şurasının sədri

Emin Quliyev

Müşahidə Şurasının sədr 

müavini


İqor Yakovenko

Müşahidə Şurasının üzvü




9

8

Gümüş sikkələr



Azərbaycanın Makedoniyalı İskəndərin və Selevkilərin pullarına bənzədilən 

tetradraxma (1) və draxma (2), eradan əvvəl VII-VI əsrlər. 889-954-cü illərdə Səcilər 

sülalələri dövründə zərb edilən dirhəmlər (3,4).

1

2



3

4



11

10

İdarə Heyəti sədrinin müraciəti



Fazil Məmmədov

İdarə Heyətinin üzvü,

Risk-menecment üzrə direktor

Vaqif Qəribli

Korporativ xidmətlər üzrə

direktor


Vadim Qədirov

İdarə Heyətinin üzvü,

Biznesin inzibatiləşdirilməsi və 

dəstəklənməsi üzrə direktor

Faiq Hüseynov

 

İdarə Heyətinin sədri



Faiq Zeynalov

 

İdarə Heyəti sədrinin 1-ci 



müavini, Riteyl xidmətləri üzrə 

direktor


Emin Rəsulzadə

İdarə Heyətinin üzvü, 

Maliyyə üzrə direktor

Əziz dostlar,

2011-ci il «Unibank» ASC-nin tarixində növbəti uğurlu 

il kimi yadda qalacaq. Qarşınızda olan İllik Hesabat 

bunu bir daha sübut edir. Müştəri sayının xeyli artımı, 

mənfəət göstəricilərinin müsbət dinamikası və bank 

xidmətləri bazarındakı payımızın genişlənməsi yeni 

strategiyamızın nəticəsidir. Ötən iki ili ilə bərabər, 

yeni strategiya qarşıdakı 2012-ci ili də əhatə edir 

və maliyyə xidmətlərini müştərilərə daha yaxın 

etməkdən ibarət olan Bankın missiyasına tam 

uyğundur.

Amma strategiya bizim üçün sadəcə inkişafda 

qalmağımız istəyi deyil, bu həmçinin inkişafın 

düşünülmüş sürətdə planlaşdırılması deməkdir. Məhz 

bu səbəbdən “Unibank” müştərilərə daha yaxın 

olmaq məqsədini yeni və müasir texnologiyaları 

hesabına təmin edərək, onlara nəinki istədikləri 

bank xidmətlərdən istifadə etmək, hətta bu zaman 

maksimum dərəcədə vaxtlarının qənaət olunmasına 

çalışır. Xidmət şəbəkəmizin il ərzində bir milyona 

yaxın müştəri müraciətlərinin qəbulu bunu artıq 

təsdiq etdi. Əlbəttə ki, qarşımızda qoyduğumuz 

kəmiyyət göstəricilərin və yaxud proqnozların sırf 

yerinə yetirilməsi hələ uğurlu bank olmağımıza 

dəlalət etmir. Biznesdə əsl uğur yalnız qazanc, 

mükafatlar və yaxud göstəricilərlə ölçülmür. Əsl uğur 

insanların birgə düşüncələri və bacarıqları, istedad 

və təşəbbüsləri, əmək və səyləri nəticəsində əldə 

etdikləri birgə nüfuzdur. Bu gün bu nüfuzu ifadə edən 

və Azərbaycanda ilk sıralarda olan “Unibank” brendidir.

Bank ən böyük dəyəri naminə çalışır - müştərilərin 

etimadını doğrultmaq və onların loyallığını qazanmaq 

üçün. Təsadüfi hall deyil ki, Azərbaycan özəl 

banklarındakı müştərilərin hər yeddincisi məhz 

“Unibank”-ın xidmətlərindən faydalanır. Bu o deməkdir 

ki, yenililik, sabitlik və etibarlılıq artıq Bankımızı 

rəqibləri arasında fərqləndirən cəhətlərdəndir. Bu 

amillərə arxalanan xarici investorlar, 2011-ci ildə 

ölkədə ilk dəfə olaraq “Unibank” tərəfindən buraxılan 

və həcmi $25 milyon təşkil edən konvertasiya 

istiqrazlarının əsas alıcıları olmuşlar. Eyni amilləri 

rəhbər tutan minlərlə əmanətçilərimiz məhz 

“Unibank”-ın faiz dərəcələrinə etibar ediblər. Yenilikçi 

və etibar qazandıran alətlər sayəsində Bankımız kiçik 

və orta biznesinin maliyyələşdirilməsini, eləcə də 

nağd və təminatsız kreditləşdirmə həcmlərini artırdı. 

Nəticədə, Bank nəinki müasir trendlər çərçivəsində 

qalıb, hətta onları xeyli qabaqlayaraq, milli bank 

xidmətləri bazarının yüksəkmarjinal seqmentlərdə 

liderlərdən birinə çevrildi. Bu nailiyyətləri yüksək 

qiymətləndirən müştərilərlə bərabər, aparıcı reytinq 

agentlikləri də qəbul ediblər. 

Tanınmış brend ilk növbədə məsuliyyətdir və hərçənd 

bu məsuliyyət yalnız ödənilmiş faizlərlə və yaxud 

idarə etdiyimiz vəsaitlərlə ölçülmür. Özəl bankçılıqda 

liderlərdən biri olaraq, “Unibank” rəqibləri arasında 

korporativ sosial məsuliyyət proqramları ilə də seçilir. 

Biz futbol üzrə milli çempionatın ilk sponsoru olmaqla, 

ölkədə milyonların bu idman növünə sevgisinə dəstək 

verdik. İdmanla yanaşı, Bankımız mədəniyyət və 

təhsil layihələrin inkişafına önəm verir. Onlar arasında 

Milli Kitab Mükafatını, ənənəvi şahmat turnirləri, 

tələbələr üçün təsis etdiyimiz “Unişans” təqaüdünü, 

kimsəsiz uşaqlara köməyimizi qeyd etmək olar. Hər 

bir əməkdaşımızın ürəyindən gələn bu iş davam 

etdiriləcək və cəmiyyətdə “Unibank”-ın rolu bundan 

sonra da artacaq.

İdarə Heyəti adından bütün əməkdaşlarımıza 

işlərinin peşəkar təşkilinə, təşəbbüskar və sadiq 

qaldıqlarına görə dərin təşəkkürümü bildirirəm. 

İstənilən biznes-məqsədlərə çata bilmək bacarıqlarını 

sübut edən komandamıza etibar münasibətə görə 

səhmdarlara, tərəfdaşlara və müştərilərə də bu 

uğurlu ilə görə minnətdaram. 2011-ci ildə əldə 

etdiyimiz nailiyyətlər təbii ki yüksəkdir, amma yeni 

layihələrin gerçəkləşməsi nəticəsində əldə oluna 

biləcək nəticələr bundan da yüksək ola bilər. Ölkəmizə, 

xalqımıza, “Unibank”-ın səhmdarlarına, tərəfdaşlarına, 

əməkdaşlarına, müştərilərinə uğur gətirən bu zirvələri 

yalnız birlikdə fəth etməliyik.

Faiq Hüseynov,

İdarə Heyətinin sədri

İDARƏ HEYƏTİ




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə