Müşkür kənd tam orta məktəb XI sinif a variantı Monitorinq-1 1 Uyğunluğu müəyyən edin



Yüklə 60,33 Kb.
səhifə1/4
tarix22.03.2024
ölçüsü60,33 Kb.
#183531
  1   2   3   4
Monitorinq 1 A XI


Müşkür kənd tam orta məktəb XI sinif A variantı Monitorinq-1

1) 1. Uyğunluğu müəyyən edin.
1. Feili xəbərli şəxssiz cümlə
2. İkinci dərəcəli üzvün iştirak etdiyi müəyyən şəxsli cümlə
3. Ümumi şəxsli cümlə
a. İgid adamdan igid törǝyǝr.
b. Növbəti iclasda bu məsələyə baxılmayacaq.
c. Göz görmək üçün, ağıl bilmək üçündür.
d. Danışanda böyüyün sözünü kəsməzlər.
e. Kəndin kənarında səfalı bir yer.
A) 1-d; 2-a; 3-b B) 1-b; 2-c; 3-a C) 1-b; 2-c; 3-a
D) 1-a, b; 2-e; 3-d E) 1-d: 2-b. e: 3-a, c

2) "Madam ki məsləhətə qulaq asmırsan, mən səni daha narahat etməyəcəyəm, ancaq bu hərəkətinlə nələri itirdiyini, deyəsən, başa düşmürsən" cümləsində əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin.


1. qoşma
2. tabelilik bağlayıcısı
3. modal söz
4. tabesizlik bağlayıcısı
5. ədat
A) 5, 2, 4, 1, 3 B) 3, 5, 1, 4, 2 C) 2, 5, 1, 4, 3
D) 3, 5, 4, 1, 2 E) 2, 5, 4, 1, 3

3) Nümunədə ədəbi dilin hansı norması (normaları) pozulmuşdur?


Əsir payız küləyi,
Gecə uzun, gün gödək.
Ağacdan yarpaq düşür,
Bir ömrün günləri tək. (B. Vahabzadə)
A) leksik və qrammatik B) yalnız qrammatik C)leksik və fonetik D) yalnız fonetik
E) fonetik və qrammatik

4) Cümlələrdəki feili bağlama tərkiblərinin sintaktik vəzifəsini nəzərə alaraq, uyğunluğu müəyyən edin.


1. zaman zərfliyi
2. tərzi-hərəkət zərfliyi
3. səbəb zərfliyi
a. Qoca bağban qollarını başının altında çarpazlayaraq dodaqaltı zümzümə etməyə başladı.
b. Səhərin gözü açılar-açılmaz o, yerindən qalxdı, doğma kəndlərinə tərəf yol aldı.
c. Dağlardan əsən külək üzünə vurduqca ilk gəncliyinin xatirələri mehriban dost qolu kimi onun boynuna dolandı.
d. Odunçu oğlu təkbaşına otaqda oturub Əliyar xanın qərarını gözləyirdi.
e. Asya qardaşının əsəbiləşəcəyindən qorxub səsini çıxarmadı.
A) 1-a, c; 2-b, d; 3-e B) 1-b, c; 2-a, d; 3-e
C) 1-d, e; 2-a, c; 3-b
D) 1-b, d; 2-a; 3-c, e E) 1-a, c; 2-d, e; 3-b

5) "Çiskinli" və "çayırlıq" sözlərinin səs tərkibi ilə bağlı səhvi müəyyən edin.


A) Hər iki sözdə 2 kar, 3 cingiltili samit işlənib.
B) Hər iki sözün tələffüzündə yazılışından fərqli iki məqam vardır.
C) Hər iki söz üç hecadan ibarətdir, ahəng qanunu gözlənilmişdir.
D) Hər iki sözdə 2 qarşılığı olmayan samit var.
E) Hər iki sözün tələffüzündə kar samitin cingiltili samitə çevrilməsi var.

6) Nümunədə hansı durğu işarələri buraxılmışdır?


Paşa üzünü ona sarı tutub
Uzun əhvalatdır ata dedi gedən gündən başım yaman qarışıq idi.
A) qoşa nöqtə, 2 tire, 4 vergül
B) qoşa nöqtə, 3 tire, 3 vergül
C) qoşa nöqtə, 2 tire, 2 vergül
D) qoşa nöqtə, 3 tire, 2 vergül
E) qoşa nöqtə, 2 tire, 3 vergül

7) Tamamlığı ismi birləşmə ilə ifadə olunmuş cümləni müəyyən edin.


A) Divar saatı yaxşı işləmirdi.
B) Biz qarşıdakı otağı nəzərdən keçirdik.
C) Quşlar yaşıl bağçada cəh-cǝh yururdu.
D) Rəngsazlar idman zalını rənglədilər.
E) Məktəbin həyətində iməcilik keçirməyi planlaşdırdıq.

8) Hansı cümlələrdə sözlə yazılmış say rəqəmlə yazılsa, şəkilçilərdən biri yazılmayacaq?


1. Vaqifin rəsm əsəri yarışda birinci oldu.
2. Biz ayın beşinə qədər işləri qurtarmalıyıq.
3. Düşərgədə turistlərin sayı əlli beşi keçmişdi.
4. Uşaqların ikisində idman paltarı yox idi.
5. Onuncular yarışda fəal iştirak etdilər.
A) 2,4 B) 7,5 C) 1,3,5 D) 1,4 E) 3,4,5

9) Nümunələrdən biri həmcins mübtədalı cümlədir:


A) Zəmilərdən qalxan nəmli torpaq qoxusu havaya bir təzəlik, mülayimlik gətirmişdi.
B) Onlar qışda cəbhədəkilər üçün corab, əlcək, şərf toxuyurdular.
C) Bu xəbərdən Ramazan da, mən də əl-ayağa düşmüşdük.
D) O, hǝyǝtə endi, sonra nəsə düşünərək geri döndü.
E) Araz ya rayona getməli, ya da məlumatı telefonla bildirməli idi.

10) Uyğunluğu müəyyən edin.


1. Mənsubiyyət şəkilçili iki isim işlənib.
2. Şəxs şəkilçisi qəbul etmiş isim işlənib.
3. Hal şəkilçisi qəbul etmiş iki isim işlənib.
a. İki ildən artıqdır ki, mən mühəndisǝm.
b. Kiçik təpəni aşdıqdan sonra kəndə çatdıq.
c. Fikirlərini gənclərə çatdırmaq onun əsas məqsədi idi.
d. Oynamağı hər kəsin alqışına səbəb oldu.
e. Bunu da bilirəm ki, sən yaxşı insansan.
A) 1-d; 2-a, c; 3-b, e B) 1-c; 2-a, e; 3-b C) 1-c; 2-e; 3-d
D) 1-d; 2-a, b; 3-c, e E) 1-b; 2 -e; 3-c

Yüklə 60,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə