Мустягил тящсил сийасяти



Yüklə 168,9 Kb.
tarix01.11.2017
ölçüsü168,9 Kb.
#7793



DÖVLƏTÇİLİK HİSSİ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR SİSTEMİ
Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.

Heydər Əliyev


Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsil­lərə çat­dır­mağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq əra­zi­nin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorun­ma­sı­na xidmət edir.

Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırıl­ma­sı, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın ro­lu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılan­da, onun inkişafının daxili hərəkətverici qüv­vələri məhdudlaşdırılanda, in­ki­şaf kənar qüvvələrlə məqsəd­yönlü surətdə başqa səmtə istiqa­mət­lən­­dirilən­də milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi for­ma­­larda; fikirlərdə, xatirələrdə, ədəbiy­yatda, incəsə­nətdə yaşadılması zə­rurəti yaranır. Xalq başqa imperi­yaların işğalı altında qaldıqda, baş­qa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi hə­ya­tı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da ol­sa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük zi­ya­lılar estafeti öz əllərinə almalı olurlar.

Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq mis­si­yasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə, zər kərəmlə vax­tın­da birləşməyəndə bütün ağırlıq təkcə qələ­m və kərəmin, yaradıcı ziyalılar və kərəm əhlinin üzərinə dü­şür. Milli döv­lətçilik kəsilməz bir proses kimi davam etsin deyə, döv­lətlərarası dövr­də kəsilməzliyi milli-mənəvi körpülər tə­min etməli olur.

Milli dövlət isə bununla səciyyələnir ki, kimlərinsə milli dəyər­lə­ri öz qanı bahasına qoruyub-saxlamasına ehtiyac qalmır. Çünki o, ellikcə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və in­kişaf etdirilir. Yəni dövlətçiliklə millilik birləşmiş olur.

Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və men­talitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəl şüur­da, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özü­nütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret for­mada reallaşdırılması vasitəsidir.

Məsələ burasındadır ki, konkret bir hadisə kimi dövlət olma­dıq­da belə, dövlətçilik yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə milli dövlətin nə vaxtsa yenidən qurulacağına təminat verir. Ən pisi odur ki, döv­lət­çilik ənənəsi və dövlətçilik hissiyatı olmasın. Bu halda hətta dövlət apa­ratı qurulsa da, o, milli dövlət olmayacaq, milli ira­dənin ictimai-si­ya­si özünütəsdiqi olmayacaq, xalqın, millətin məna­feyinə xidmət et­mə­yəcəkdir.

Dövlətçilik ənənələrinin yaranması nə deməkdir və hansı gös­tə­ri­­cilərlə şərtlənir? Bu, ilk növbədə əhalinin xalqa, xalqın millətə, sa­kin­lə­rin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Döv­lət­çi­lik insanlarda və­tənpərvərlik duyğusunu, vətən anlamının milli mənə da­xil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs ancaq öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə və bütövlükdə xalqın ta­leyinə, ümummilli siyasi və iqtisadi mənafeyə biganədirsə, – de­mə­li, burada dövlətçlik ənənələri yoxdur. Hər bir vətəndaş gərək ölkə­si­nin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraq­ları haq­qında düşünməsin.1 Dövlətçilik ümummilli iqtisadi mənafe duy­ğu­su tələb edir. Dövlətçilik mənəviyyatda fərdi miqyasdan, ailə miq­ya­­sından, tayfa miqyasından, zona, region miqyasın­dan kənara çıxa­raq bütöv vətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Öz dövlət simvollarına hörmət və sevgi bəslənməsini, öz döv­lə­­ti­nin nailiyyətlə­rinə görə iftixar hissi keçirilməsini, dövlətin uğur­suz­luq­la­rını isə şəxsi faciə kimi yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə “mil­li” anlamının etnik-millidən fərqli yeni mə­nası, siyasi aspekti, dövlətlə adekvat­lı­ğı ortaya çıxır.

Milli dövlət qurulması və dövlətçilik ideyalarının həyata keçi­ril­məsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir. Bu xidmət milli-tarixi prosesin kəsilməzliyini tə­min edilməsi baxımın­dan ziyalı məramının siyasi müstəviyə keçi­ril­məsi deməkdir. Belə ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənə­nə­lə­ri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqa­nizm ki­mi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa et­mək təkcə ziyalılığın deyil, həm də siyasətin ən ali amalı olmalıdır.

Millətini sevən, millətə həqiqətən xidmət göstərmək istəyən in­san­­lar öz ixtisasları üzrə, dərindən bildikləri sahələrdə ümumi milli tə­rəq­qi işinə fayda gətirməklə yanaşı, cəmiyyətdəki proseslərə də öz münasibətlərini bildirməyə çalışırlar. Təəssüf ki, bu yeni rolda onların bir çoxu artıq peşəkar mütəxəssis olmadıqlarını unudurlar. Ona görə də, bir sahədə qazanılmış nüfuzun başqa bir səmtə yönəldilməsi məsə­lə­sində çox ehtiyatlı olmaq la­zım­dır. Təsadüfi deyildir ki, inkişaf etmiş Qərb ölkələrinin üstünlüklərindən biri burada – hər kəsin məhz öz işi ilə məşğul olmasıdır. Bu işlərin ümumi mənafe məcrasına yönəldilməsi də peşəkar səviyyədə həyata keçirilir. Buna nail olmaq üçün isə həmin ölkələr böyük demokratik inkişaf yolu keçiblər. Həm də bu inkişaf xaos yox, stabil­ləşmə şəraitində həyata keçirilib. Belə stabil cəmiy­yət­də, hər kəs öz bildiyi işlə məşğul olduqda, peşəkarlıq ön pla­na keçdik­də ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümum­milli mənafeyə xidmət et­mək çətin olmur. Cəmiyyət özü hər kəsin kiçik də olsa ziyalı po­ten­sia­lı­nın reallaşdırılma­sına imkan yaradır. Demək olar ki, hamı ümum­ic­ti­mai tərəqqi prosesinin iştirakçılarına çevrilir. Tərəqqiyə qarşı çıxan­lar, milli mənafeyə ziyan gətirənlər isə bir qrup tüfeylilər, cinayətkar ün­sürlərdir. (Yaxşı cəmiyyət o cəmiyyətdir ki, burada hər kəs öz müs­bət əmsalı ilə ümumi işə daxil olur). Bizim də məqsədimiz məhz belə bir cə­miyyət yaratmaqdır. Lakin biz hələ keçid dövründəyik.

Keçid mərhələsində olan cəmiyyətin bir ciddi prob­lemi də bu­dur ki, ümummilli tərəqqinin əsas istiqamət­ləri hamı tərəfindən kifa­yət dərəcədə dərk edilmədiyindən, peşəkarlıq çox vaxt arxa plana keç­di­yindən, fikir plüra­lizmini fikir xaosu əvəz etdiyindən, söz fikirdən, ide­yadan ayrılıb müstəqil amilə çevrildiyindən, habelə yeni ic­ti­mai təbəqələr hələ kifayət dərəcədə formalaşma­dığından və sosial-iqtisadi ukladların spektri həddindən çox rəngarəng olduğundan tə­rəq­qi yolunu tənəzzül yolun­dan seçib ayırmaq da çətin olur. Cəmiyyət ifrat dərəcədə siyasiləşir, peşəkar siyasətçilərlə yanaşı öz ixtisası üzrə uğur qazana bilməyən müxtəlif peşə sahibləri də siyasətə qurşanır və si­yasət aləmində diletantlardan ibarət olduq­ca müxtəlif qruplaşmalar or­taya çıxır.

Müstəqillik illərində Azərbaycan keçid dövrünün bir sıra uğurları və tə­bəddülatları ilə yanaşı siyasiləşmə meyllərinin ifrat güclənməsi ilə də səciyyələndirilə bilər. Elə bil ki, sovet imperiyası dövründə siyasət­dən uzaq­laşdırılmış və azad fikirdən məhrum edilmiş xalq belə bir şans qa­za­­nan kimi bu istiqamətdəki boşluğu böyük ehtirasla dol­dur­mağa ça­lışır.

Lakin bizim müstəqillikdən gözlədiyimiz yalnız söz azadlığı və siyasi aludəçilik deyildi. Müstəqillik ona görə lazımdır ki, dövlət qu­ru­­cu­luğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir qüvvənin deyil, xal­qın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümum-milli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial, tə­bii sər­vət­lər­dən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bü­tün im­kanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir və­təndaş ümum­milli tərəqqi kontekstində öz şəxsi maraqlarını da rea­lizə edə bilsin.

Lakin kütləvi siyasiləş­mə və ifrat siyasi qarşıdur­malar təbii ki, qüvvələrin va­hid amal uğrunda səfərbər edil­məsinə, ümummilli tərəq­qi­yə xidmət etmir. Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəl­dilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün vasitələrdən biri idi. Lakin biz hələ də böyük dövlətlərin qeostrateji planlarından doğan siyasi burulğan­dan çıxa bilmirik.

Bax, belə bir şəraitdə siyasi təbəddülatlara uyma­dan ümum­mil­li tərəqqi naminə fəaliyyətlərin davam etdirilməsinə böyük ehtiyac var­dır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiya­sı­nın yaratdığı labi­rint­lərdən məharətlə keçərək, milli mədəniyyətin tərəq­­qisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfək­kürün inki­şaf etdirilməsi sahəsində böyük xidmətlər gös­tərən ziyalılarımız, bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir kon­yuk­turaya uymadan bə­şəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təb­liğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.

Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfək­kür öz ehtiyac­la­rına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klassik mədəni-mənəvi dəyər­lərin ön plana çəkilməsi heç də müqavi­mət­siz qarşılan­mır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uy­­ğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi dü­şüncənin özü­nü ümumbəşəri və milli dəyərlərin priori­tetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiy­yətlidir. Əsl böyük vətənpərvərlik də elmi və ya bədii yaradı­cılığın və şəxsi nüfuzun məhz dövlətçiliyin möhkəmlən­diril­mə­si­nə yönəldilməsini tələb edir.
* * *

İnsan özü ilə dünya arasında vasitəçiyə ehtiyac hiss edirmi? İn­san özünü dünyaya qarşı qoyarkən, dünya ilə tərəf–müqabil olarkən cəmiyyəti özünə, yoxsa dünyaya aid edir? Maddi dünyadan fərqlənən insanın ancaq mənəvi varlığıdırsa, onun dünyadakı hadisələrdə işti­ra­kı hansı vasitələrlə həyata keçir? “Mən”in təsdiqi şəxsi ide­ya­ların mad­­di müstəvidə reallaşdırılması iləmi, yoxsa kə­nardan istiqa­mət­lən­di­­rilən proseslərə sadəcə qoşul­maq­lamı mümkün olur?

Şəxsi mənafe necə başa düşülməlidir? “Mən”in təsdiqi kimimi, yoxsa cismani varlığın maddi dünyada iştirak dərəcəsi kimimi? Şəxs dün­yadan pay alandamı, yoxsa dünyaya pay verəndəmi özünü təsdiq et­miş olur? Başqalarından yardım alandamı, yoxsa başqalarına yar­dım edəndəmi? Kimlərinsə tərəfindən dəstəklənəndəmi, kimlərəsə dəs­tək (dayaq) olandamı? Seviləndəmi, yoxsa sevəndəmi? Öyrənəndəmi, yox­­sa öyrədəndəmi?

Şəxsi özünütəsdiq olduğu kimi, ictimai özünütəsdiqmilli özü­­təsdiq də mümkündürmü? Əgər müm­kündürsə, bu özünütəs­diq­lə­rin subyektləri kimdir? Cəmiyyət və ya millətmi, yoxsa yenə də fərd­mi? İctimai mənin və ya milli mənin müstəqil mövcudluğu müm­kün­dür­mü? Yoxsa onlar an­caq fərdi mənlərdəmi təzahür edir? Suallar çox­dur və əv­vəlcə onların fəlsəfi-konsep­tual izahına ehtiyac vardır. Belə ki, sadəcə şəxsi, ictimai və ya milli mənafedən adi şüur səviy­yə­sin­də danışmaqla problemin köklü izahı mümkün deyil. Fərdi mənafe ilə icti­mai mənafeni qarşılaşdırmaq özü də düzgün deyil. Çün­ki burada söh­bət iki eyni tərtibli hadisənin nisbə­tin­dən getmir. Fərdi mənafe zən­gindir, rəngarəngdir, çoxcə­hətlidir, ictimai mənafe isə milli ruhun hərarətindən kənarda məh­dud, solğun və birtərəflidir. Digər tərəfdən, bu və ya digər ictimai mənafe, o cümlədən hətta milli mənafe harada isə abstrakt şəkildə mövcud olmayıb, fərdi mənafeyə daxildir, onun tərkib hissəsidir.

Bəli, nə qədər paradoksal görünsə də fərdi mənafelər ictimai mə­nafeyə deyil, ictimai mənafelər fərdi mənafeyə daxildir. Lakin fərd­lər çoxdur və fərdi mənafelərin strukturu da müxtəlifdir. Kimlərinsə fərdi mənafelərində bu və ya digər ictimai mənafe aspektləri üstünlük təşkil edə bilər. Kim isə milli mənafeni, kim isə dövlətçilik mənafeyini, kim isə mədəni-mənəvi dəyərləri üstün tuta bilər. Kim isə bunların heç birinə məhəl qoymadan, ancaq öz fiziki sağlamlığını, şəxsi əhvalını və şəxsi əmlakını ön plana çəkə bilər. Deməli, fərdi məna­felər çoxluğu ifrat fərdi mənafedən ifrat ictimai mənafeyə qədər bütöv bir spektri əhatə edir. Əslində “şəxsi və icti­mai mənafe problemi” idealizasiya halında bir ifrat qütblə digər ifrat qütb arasında münasibəti xatırladır. Halbuki, real həyatda şəxsi mənafelər müxtəlif aspektli ictimai mənafe komplekslərini ehtiva edir.

İstənilən cəmiyyətdə, istənilən ictimai münasibətlər çoxluğun­da şəxslərin mənafeyinə uyğun gəlməyən mücərrəd ictimai mənafe yox­dur və ya daha doğrusu, ol­mamalıdır. İctimai mənafe an­caq o halda həqiqətən məna­fedir ki, o, “normal şəxslərin” mənafeyini əks et­di­rir. Daha doğ­rusu, şəxsi mənafelər cəmiyyət prizmasından keçə­rək mü­rək­­­kəb struktur kəsb edir.

Geri qalmış ictimai toplumlarda şəxsi mənafelərin toplumla əlaqəsi zəifdir. O cəmiyyət mütəşəkkil hesab olu­nur ki, burada ayrı-ayrı şəxslərin həyat və mənafeləri ictimai qu­rum­larla vasitə­lənir. Və bunun sayəsində birinin mənafeyi başqala­rı­nın mənafeyi üçün şərt olur. Yəni şəxsi inkişafın ictimai inkişafdan, şəx­si xoşbəxtliyin ictimai rifahdan asılı olduğu dərk edilir. Hər bir adam öz xeyrinə çalış­maq üçün ictimai mənafeyə xidmət etmiş olur. Və əksinə, cəmiyyətin tərəqqisi hər bir şəxsin rifahına xidmət edir. Ən başlıcası isə, insanlar bunu dərk edir və özünü başqalarına və cəmiyyətə qarşı qoymaqdan çəkinir.

Sovet dövründə “ictimai mənafe” anlayışı “dövlət mənafeyi” ilə eyniləşdirilirdi. Əslində isə dövlət ilə cəmiyyətin adekvatlığı gerçək­lik­dən çox uzaqdır. Digər tərəfdən, “ictimai” anlayışı heç də həmişə bü­tövlükdə cəmiyyəti nəzərdə tutmur. Müəyyən bir sosial qrupun, icti­mai birliyin, siyasi partiyanın, kollektivin mənafeyi də “ictimai” an­layışı ilə ehtiva olunur. Yəni şəxsi mənafe qrup mənafeləri ilə də müqayisə oluna bilər və bu xüsusi bir mövzudur. Lakin şəxsi və icti­mai mənafelərin nisbətindən danışdıqda bir qayda olaraq bütövlükdə cə­miyyətin mənafeyi nəzərdə tutulur. Bu isə həm də “dövlət” anla­mı­nın geniş mənasına uyğun gəlir. Dövlət ilə cəmiyyət arasında böyük zid­diyyətlər olmadıqda, dövlət öz əsas missiyasına uyğun olaraq bü­tövlükdə cəmiyyətin, xalqın mənafeyini təmsil etdikdə bu ifadələrin adekvatlığı şübhə doğurmur. Bu halda ictimai mənafe əslində cəmiy­yətlə, ictimai proseslərlə vasitələnmiş şəxsi mənafedir.

Dövlətlə cəmiyyət arasında ziddiyyətlər olduqda, dövlət rəh­bər­liyi cəmiyyətin mənafeyini deyil, xüsusiləşərək cəmiyyətin fövqünə qalx­­mış bir qrup dövlət məmurlarının mənafeyini təmsil etdikdə ic­timai mənafe ilə şəxsi mənafe arasında da ziddiyyət yaranır. Onda bu iki mənafe bir-birini tamamlamaq əvəzinə və ya biri digərinin məz­mu­nuna daxil olmaq əvəzinə qarşı-qarşıya durur.

İmperiya şəraitində milli mənafelərlə dövlət mənafeyi arasında ziddiyyət olduğundan şəxsi və ictimai mənafe də uyğunlaşa bilmir. Müstəqil milli dövlətlərdə isə dövlət quruculuğu öz təyinatına uyğun surətdə aparılarsa millilik və dövlətçilik üst-üstə düşür. Bu halda şəxsi mə­na­fe ilə ictimai mənafe arasında qarşılıqlı tamamlama üçün şərait ya­ranır.

Həm fərdi, həm də ictimai həyatın strukturunda ümumbəşəri də­yərlərlə yanaşı milli-mənəvi dəyərlər də mühüm yer tutur. Milli mən­subiyyətindən asılı olmayaraq bütün insanlara və bütün cəmiy­yət­lərə xas olan cəhətlər ilk növbədə iqtisadi və intellektual aspektləri əha­tə edir. Öz cismani varlığını təkrar istehsal etmək, təsərrüfat fəaliy­yətlərini qurmaq, sənayeni inkişaf etdirmək və bunun üçün yeni-yeni texniki vasitələr icad etmək, təbiətin qanunlarını öyrənmək və onlardan isti­fa­də etmək sahəsində insanların maraqları əsasən üst-üstə düşür. Yəni burada insan-insan münasibətindən daha çox, insan-təbiət mü­na­sibətindən söhbət gedir. Maddi dünyaya, təbiətə münasibətdə bütün insanlar milli mənsubiyyətindən asılı olmadan eyni mövqedə dururlar. Düzdür, burada da müxtəlif dövrlərdə müxtəlif xalqların fəaliyyətləri tam üst-üstə düş­mür. Təbiətə münasibətdə də praq­ma­tik­lik, eqoizm, şaira­nəlik və s. müxtəlif mövqelər ola bilər. Ayrı-ayrı adam­lar və hətta bəlkə bütöv millətlər də bu baxımdan fərqlənə bilər­lər. Məsələn, Nov­ruz Bayramı əs­lində insanların təbiətə müna­sibətini ifa­də edir. Lakin mü­əy­yən xalqlarda bu münasibət özünü daha qa­ba­rıq göstərir və da­ha çox ənənəyə çevril­mişdir. Ümumiyyətlə, ənənələ­rin bir qismi insan­la­rın hələ təbiətdən tam ayrılmadıqları dövrdən başla­nır və insanla tə­biə­tin vəhdətini ifadə edir. Di­gər qisim ənənələr insan özü­nü təbiətdən ayır­dıqdan sonra ona olan şüurlu münasibəti (minnətdarlıq hissi və s.) ifadə edir.

Lakin millilik daha çox dərəcədə insanların öz aralarındakı münasibətlərdə üzə çıxır. Bu da ən çox əxlaq sferasını əhatə edir.

Din insanlar arasındakı münasibəti deyil, insanla Allah arasın­da­kı münasibəti ifadə etdiyindən, o da milli­liyin fövqündə dayanır. Di­ni duyğular daha çox dərəcədə insanın təbiətə münasbətinin dava­mı ki­mi ortaya çıxır. Dində insan özü ilə təbiət, özü ilə dünya ara­sında vəh­dət axtarır.

Millilik tarixən eyni təbii mühitdə, eyni ictimai-iqtisadi şəraitdə formalaşmış olan insanların öz aralarındakı münasibətlərin ənənəvi­ləş­miş məqamlarını əhatə edir. İnsanlar arasında əlaqə və ünsiyyətin ar­dıcıl, müntəzəm xarakter daşıması vahid ünsiyyət vasitələrindən istifadə olunmasını tələb edir. Ünsiyyət dedikdə biz yalnız dili deyil, in­sanlar arasında əlaqənin bütün formalarını nəzərdə tuturuq.

Əlbəttə, etnik-milli xüsusiyyətlər qısa müddətdə, birdən-birə for­malaşmır. Əsrlər boyu davam edən ənənəviləşən, qərarlaşan ünsiy­yət formaları tədricən cəmiyyətdə stabil sosial normalar, əxlaqi və este­tik meyarlar sistemi yaradır və düşüncə tərzinin özünə də təsir edir. Əvvəlki nəsillərin həyat tərzi və qiymətləndirmə meyarları bila­va­si­tə ötürülməklə yanaşı, bədii ədəbiyyat və incəsənət vasitəsi ilə də yeni nəslə çatdırılır. Nəticədə milli varislik müxtəlif kanallar və vasitələrlə təmin edilir.

İnsan müəyyən milli-mənəvi dəyərlər sistemində formalaşdıqdan sonra başqa bir mühitə düşərsə, onunla mühit arasında ziddiyyətlər ya­ran­ma­sı qaçılmazdır. Belə ki, hər bir insanın fərdi-mənəvi aləmi adekvat ic­ti­mai mühit tələb edir. Yalnız bu zaman insanla cəmiyyət arasında har­moniya mümkündür.

İnsanın başqa, ona yad olan mədəni-mənəvi mühitə adap­tasiya olun­ması yalnız onun milli-mənəvi köklərdən ayrılması sayəsində müm­­kündür. Köklü, əsil-nəcabətli, milli mənsubiyyəti şübhə doğur­ma­yan insanlar başqa mühitlərə tezliklə uyğunlaşa bilməzlər. Ancaq mil­li siması olmayanlar üçün istənilən ictimai, mədəni-mənəvi mühit eyni dərəcədə məqbuldur.

Bu gün milli özünüdərk problemi həm də ona görə aktualdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz milli-mənəvi köklərinə qayıtmağa, öz milli mentalitetinə adekvat olan həyat tərzi qurmağa çalışır. Lakin buna nail olmaq üçün ilk növbədə əsrlərdən və nəsillərdən bizə miras qalmış milli sərvətlərimizi qoruyub saxlamağı və onları dəyərləndirməyi bacarmalıyıq. Milli varlığımız üçün təhlü­kələr isə çoxdur. Ona görə də biz bu sahədəki problemləri üzə çıxar­malı və çıxış yollarını göstərməyə çalışmalıyıq.


* * *

Ən mühüm məsələlərdən biri də keçid dövrünün sınaq məqa­mın­da ictimai şüurun düzgün istiqamətləndirilməsidir. Bununla bağlı kütləvi informasiya vasitələri böyük imkanlara malikdir. Əl­bət­tə, gənc­lərin mənəviyyatının formalaşmasında ən əsas yerlərdən bi­ri­ni təh­sil müəssisələri tutur. Lakin məktəblərdə verilən biliklə, müəl­lim­lərin öyrətdiyi ilə real həyat arasında müəyyən uyğunluq, qarşılıqlı tamamlama olmalıdır. Özü də real həyatın, canlı nümunənin təsir gü- cü daha böyükdür.

Əgər gənclər cəmiyyətdə nüfuzlu adamların, vəzi­fə­li şəxslərin, zi­ya­lıların, tanınmış sənətçilərin həyat tərzində müəyyən nöq­sanlar görür­lərsə, onun ziyanı daha çox olur. Çünki gənclər əsa­sən tanınmış adam­lara bən­zəməyə çalışırlar. Digər tərəf­dən, mətbuat or­qanlarının, tele­viziyanın böyük təsir gücü vardır. Belə ki, televiziya və mətbuat is­tənilən sahədə me­yar­ların formalaşmasına bö­yük təsir gös­tərir. “Nəyi isə hətta televiziyada da göstərirlərsə, haqqında qəzet­lər­də uta­nıb-çəkinmədən yazırlarsa və hətta reklam edirlərsə, deməli, bu­rada pis heç nə ola bilməz”. Ona görə də, gənclərin tərbiyəsi işində KİV-in üzə­rinə olduqca böyük məsuliyyət düşür.

Lakin bəzi qəzetlər və jurnallar “mətbuat azadlığında” ifrata varır, erotik mövzularda ya­zı­lar və şəkil­lər dərc etməklə qazanc əldə etməyə çalışırlar. Ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı verdiyi bəya­natda deyilir: “Ölkəmizin icti­maiyyətinin müxtəlif təbəqə­lərinə mən­sub olan şəxslər, bəzi adamlar verilmiş bu azadlıqdan öz şəxsi məna­feləri, şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Ya an­lamırlar, ya da anlayaraq bizim xal­qımızın mənəviy­yatını, əxlaqını və xüsusən gənc­lərin əxlaqını poz­mağa cəhd göstərirlər”.2 Ən pisi odur ki, belə adam­ların şəxsi ma­raq­ları qloballaşma şəraitində milli mənəviy­yat­lara, adət-ənənələrə qar­şı yönəldilmiş məqsədyönlü kütləvi proseslə üst-üstə düşür. Belə ki, qlo­ballaşma dünya miqyasında xalq­lar ara­sında fərqlərin aradan götü­rülməsini stimullaşdırır. Lakin baş­qası kimi olmaq üçün ilk növbədə özün kimi olmaqdan imtina etmə­lisən. Ona görə də, ümumbəşəri də­yər­ləri daha rahat şəkildə ön plana çəkməyin ən asan yolu milli-mənəvi də­yər­lə­rin arxa plana keçirilməsi hesab edilir. Lakin bu, səhv təsəvvürdür.

Ən doğru yol – yeni ümumbəşəri mədəniyyətin milli mədəniy­yət­lə­rin fövqündə deyil, onlarla sintez halında formalaşmasıdır. Bu ba­xım­dan, Heydər Əliyevin milli ideologiyamızın əsas prinsipi kimi irəli sür­düyü “milliliklə ümumbəşəriliyin vəhdəti” ideyası əsas götürülmə­li­dir. Biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrən­mə­lidir. Həm də burada “ortaq məxrəc” prinsipi əsas tutulmamalıdır. Han­sı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bə­şə­riyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğundur.

Bizim bəzi kütləvi informasiya vasitələri isə hüquqi məhdudiy­yət­lərin aradan götürülməsindən sui-istifadə edərək və daha varlı olan və daha çox qonarar və reklam haqqı vermək iqtidarında olan kos­mo­po­lit ruhlu, qərbpərəst şəxslərin və təşkilatların təsiri altında fəaliyyət gös­tərirlər. Və bununla guya Qərb mədəniyyətinə qovuş­duq­la­rı­nı zənn edənlər əslində yanılırlar. Çünki Qərb dünyası ilkin kapital yı­ğı­mı mərhələsini – “mənə­viyyatsızlıq” dövrünü arxada qoymuşdur və indi mənəvi inkişaf uğrunda mübarizə aparır. Biz isə bəzən əsl yük­sək Qərb mədəniyyətindən xəbərsiz halda məqsədyönlü surətdə və bö­yük səxavətlə bizə transfer edilən “vulqar kütləvi mədəniyyət” nü­mu­nə­lə­­- rini az qala Qərbin əsas göstəricisi kimi qəbul edirik. Bu səhv təsəv­vür­dən daşındırmaq üçün ümummilli liderimiz Heydər Əliyev bu mə­sə­ləni xüsusi qeyd edirdi: Ayrı-ayrı jurnallarda, qəzetlərdə pornoq­ra­fi­ya səviyyəsində fotoşəkillər nümayiş etdirənlər düşünürlər? İndi ən inkişaf etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər yoxdur. Vaxtilə, vaxtsa olubdur. Amma indi belə şeylər yox­dur. Bəli, başqa xalqlardan, xarici ölkələrdən öyrənmək qəbahət de­yil. Lakin başqa xalqların mədəniyyətini, mənəviy­yatını biznes məqsədilə çəkilmiş filmlərdən və ya ancaq xüsusi pub­lika – məhdud miqyas­da adamlar üçün nəzərdə tutulmuş telekanal, qə­zet və jurnal- lardan deyil, onların klassik əsərlərindən, yüksək bədii nü­mu­nələrdən öyrənmək lazımdır.

Təəs­süf ki, televiziya yük­sək estetik idealın, ali hiss və duy­ğu­ların təbliği əvəzinə, çox vaxt məzmunsuz tele­se­riallar, ba­yağı gülüş səhnələri və həddindən artıq çoxlu konsert təq­dim edir. Bəzən telekanallar guya öz maddi durumlarını düzəltmək üçün gənclərin psixikasına pis təsir edən, reallaqdan uzaq dəhşət səh­nə­ləri, erotik məqamlarla zəngin filmlər nümayiş et­dir­mək­dən çəkinmirlər. Konsertlər də çox vaxt bayağılaşdırılır, sənət­çi­lə­rin geyimində və rəftarında bütün milli-mənəvi ənənələrdən uzaq­laş­maq cəhdi az qala yarış həddinə çatır.

Tariximizlə, mənəviy­yatımızla, milli-mədəni abidələrimizlə, dili­miz, dinimiz, adət-ənənələrimizlə bağlı ve­rilişlər isə arzu olun­du­ğun­dan azdır. Düzdür, son illərdə bəzi tele­vi­zi­ya kanallarında bu isti­qa­mətdə müəyyən uğurlar müşahidə olun­maq­dadır, lakin bu hələ da­vam­lı bir tendensiya halını almamışdır.

Müasir dövrün ən mühüm problemlərindən biri də cəmiyyətin strukturunda öz iqtisadi imkanlarına görə seçilən müxtəlif təbəqələrin birgə yaşayışı və bu zaman ortaya çıxan mənəvi problemlərdir. Məsələ burasındadır ki, Qərb ölkələrində milli burjuaziya neçə əsrlər ərzində for­malaşmış və onların mənəvi-əxlaqi keyfiyyətləri və buna uyğun hə­yat tərzi də yaranmışdır. Lakin hələ müvafiq mənəvi təkamül keç­mə­miş insanların birdən-birə çoxlu qazanc əldə etməsi, hələ cəmiyyətdə bu artıq pulların ictimai mənafe baxımından faydalı surətdə xərc­lən­mə­si, yeni iş yerlərinin açılması, bütövlükdə milli-ictimai tərəqqiyə xid­mət edilməsi istiqamətində ənənənin formalaşmaması müəyyən çə­tin­liklər doğurur.

Artıq pulların ən asan xərclənmə üsulu onun eyş-iş­rə­tə sərf olun­masıdır. Ona görə də, qarşıda həm də milli burjuaziyanın mənəvi key­fiyyətlərinin formalaşdırılması kimi çətin bir vəzifə durur. Həm də milli burjuaziyadan fərqli, məhz keçid dövrü üçün səciyyəvi olan sosial qruplar da vardır ki, onlar maddi istehsalın və halal biznesin çətin yolları ilə deyil, bir sıra əyri yollarla asa­nlıqla böyük pul­lar qaza­nırlar. Onlarda milli mənəviyyatın formalaşdırılması ümumiy­yət­lə, mümkün deyil. Çünki onların iş üsulu özü mənəviyyatla bir araya sığ­mır. Məhz belə mürəkkəb bir şəraitdə cəmiyyət daxilində böyük təzadlar yaranır. Ümummilli liderimiz Heydər Əliyevin bu ba­rədə ver­di­yi bəyanatda deyilir: “Bir qütbdə həddindən artıq zəngin­ləşmiş, bəzi hal­larda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zən­ginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içəri­sin­də­dir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qə­dər əziyyətlər çəkirlər”. Doğrudan da, – böyük tə­zad­­dır. Və təbii ki, cə­miy­yətin strukturundakı bu təzadlar mənəvi həyatı­mızda da təzahür edir. Heydər Əliyev məhz bu məsələdə də Qərbin yaxşı nümunələrini öy­rənməyə çağırırdı. Avro­pada, Ame­rikada zəngin adamların, böyük biz­nesmen­lərin real həyat tərzinin nə dərəcədə işgüzar, səmərəli və sa­də olduğunu yada salırdı. Bizim mətbuat da, televiziya da bədii ədə­biy­yat da bu yaxşı nümunə­lərin təbliğinə daha geniş yer verməli, hə­qi­qət­dən uzaq olan, ideoloji və mədəni-mənəvi təxribata xidmət edən bayağı nümu­nələr isə mətbuata və efirə yol tapmamalıdır.

Təsadüfi deyildir ki, Heydər Əliyev dövlətçilik hissi ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı da azərbaycançılıq məfkurəsinin mü- hüm tərkib hissəsi sayırdı. Professor Ramiz Mehdiyev yazır: «Azər- baycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqı- nın tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcəkdir».1 Bu ideya dövlətçilik və vətənpər- vərlik hissinin gənc nəslə çatdırılmasında xüsusi əhəmiyyətə malikdir.

Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, ədəbiy- yatda olduğu kimi, pedaqoji prosesdə də aparıcı ideya olmalıdır. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlərimiz nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Azərbaycançılıq dövlətimi- zin milli-siyasi məfkurəsi olmaqla həm təlim, həm də tərbiyə prosesi- nin məzmununa daxil edilməlidir.



1 Heydər Əliyev. Müstəqillik yolu. B., «Azərbaycan Universiteti», 1997, səh. 20.

2 «Azərbaycan» qəzeti. 13 avqust 2001-ci il.

1 Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik. B., 2003, səh.34.




Yüklə 168,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə