1
Muxtar respublika sakinlərinin
alıcılıq qabiliyyəti artmışdır
Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq yeni istehsal və
xidmət sahələrinin yaradılması, səmərəli məşğulluğun təmini üzrə ardıcıl tədbirlər
davam etdirilir. İqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən mühüm
tədbirlər bütün makroiqtisadi göstəricilərin pozitiv meyilliliyini təmin etmiş,
yüksək nəticələr əldə olunmuşdur.
2016-cı ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq
əməkhaqqı 413,2 manat olmaqla 1995-ci ildəki göstəricini 26 dəfə üstələmişdir.
2016-cı ildə muxtar respublikada əhali gəlirlərinin həcmi 1995-ci illə
müqayisədə 58 dəfə artaraq 1 milyard 825 milyon manat təşkil etmişdir. Bu
dövr ərzində hər bir nəfərə düşən əhali gəlirlərinin həcmi isə 43 dəfə artaraq
4086 manata çatmışdır.
2016-cı ildə muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi
1995-ci illə müqayisədə 41 dəfə artaraq 1 milyard 506 milyon manatdan, onun hər
bir nəfərə düşən həcmi isə 31 dəfə artaraq 3371 manatdan çox olmuşdur. Ümumi
əmtəə dövriyyəsinin 1 milyard 450 milyon manatı və ya 96,3 faizi pərakəndə
ticarət şəbəkələrinin payına düşmüşdür. Pərakəndə ticarət şəbəkələrində hər bir
nəfərə düşən ticarət dövriyyəsi göstəricisinə görə muxtar respublikamız ölkənin
digər iqtisadi rayonları ilə müqayisədə ilk yerdə təmsil olunmuşdur.
Bu gün istеhsаlçı və istеhlаkçılаrın qаrşılıqlı fəаliyyətinin təmin olunduğu
bazar iqtisadiyyatında təhlil edilən mühüm göstəricilərdən biri də pərakəndə ticarət
şəbəkələrində satılan məhsulların tərkibində yerli istehsal məhsullarının üstünlük
təşkil etməsidir. Bu göstəriciyə görə də Naxçıvan Muxtar Respublikası öz üstün
mövqeyini qoruyub saxlamışdır. Belə ki, bu gün muxtar respublikada 120 növü
ərzaq, 246 növü qeyri-ərzaq olmaqla, 366 növdə məhsul istehsal olunur. 107-si
2
ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli
imkanlar hesabına ödənilməkdədir.
2016-cı ildə muxtar respublikada əhaliyə iaşə şəbəkələrində 56 milyon
manatlıq xidmət göstərilmişdir ki, bu da pərakəndə əmtəə dövriyyəsinin
3,7 faizini təşkil etmişdir. 2016-cı ildə iaşə dövriyyəsinin həcmi 2015-ci illə
müqayisədə 2,3 faiz artmışdır.