Muzdla tutulmuşdu. Şeyxəli xanın sərkərdəliyi altında toplan­mış qoşunların əsas hissəsini azadlığını hər şeydən üstün tutan qazilər, Qafqaz mücahidləri təşkil etmişdilər



Yüklə 6,96 Kb.
tarix13.05.2022
ölçüsü6,96 Kb.
#87029
növüYazı
Azf-267639 pages-to-jpg-0140


muzdla tutulmuşdu. Şeyxəli xanın sərkərdəliyi altında toplan­mış qoşunların əsas hissəsini azadlığını hər şeydən üstün tutan qazilər, Qafqaz mücahidləri təşkil etmişdilər. Şeyxəli xanın müxtəlif yazışmalarından məlum olur ki, Quba xanının siyasi fəaliyyətində islami dəyərlər böyük rol oynamışdır. Şeyxəli xa­nın tərəfdarlarının böyük əksəriyyətini isə Quba xanlığından mühacirət etmiş qubalılar təşkil edirdi.

Markiz Pauliççinin hərbi nazirə 30 dekabr 1811-ci il ta­rixli 99 Ne-li məluma darından bəlli olur ki, həmin ilin 22 noy­abrında general Xatunsovun başçılığı altında rus qoşunlarının Şeyxəli xan üzərindəki qələbəsindən sonra ələ keçirilən qəni­mətlər arasında "33 ədəd bayraq və müxtəlif simvolik ləvazi­matlar da olmuşdur" (45, c.IV, sənəd 238, s. 170). Digər, iki tarixi sənəddə isə rus qoşunlarının əldə etdiyi qənimətlər sıra­sında "30 bayrağın olduğu" göstərilir (69, c.IV, sənəd 231, s. 165; sənəd 233, s. 167).

Sözsüz ki, Qafqaz xalqlarını çarizmə qarşı ümumi mü- cadilə üçün birləşdirən ən mühüm amillərdən biri də islam ol­muşdur. Üsyançıların 33 ədəd bayraqla düşmən üzərinə gəlməsi isə islami dəyərlərdən biri kimi qiymətləndirilirdi və müqəddəs müharibəyə işarənin ifadəsi idi.

Beləliklə, Şeyxəli xanın qoşunları işğal olunmuş vətənlə­rini azad etmək istəyən qubalılardan, muzdlu dağlı hissələrin­dən və dağh mücahidlərindən ibarət olmuşdur. Şeyxəli xanın Quba xanlığını rus işğalçılarından azad etmək cəhdi 1811-ci il noyabrın əwələrində uğurlu oldu. Belə ki, noyabr ayının 6-da general Quryevin qoşunları Şeyxəli tərəfindən darmadağın edildi.

Markiz Pauliççinin general Xatunsova 1811-ci il 7 dekabr tarixli məktubunda qeyd olunur ki, General Quryevin dəstələri noyabrın 6-da satqın Şeyxəli xanın rəhbərlik etdiyi dağlılar tə­rəfindən ciddi məğlubiyyətə uğradılmışdır. Bizim tərəfdən öl-


134



Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə