N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
  1   2   3   4   5   6   7   8   9   ...   38


AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI 

 

 

N Ə S İ M İ   a d ı n a   D İ L Ç İ L İ K   İ N S T İ T U T U  

 

 



 

 

 



 

 

 



TÜRKOLOGİYA 

 

 



B E Y N Ə L X A L Q     E L M İ     J U R N A L  

 

 



1970-ci  İLDƏN NƏŞR OLUNUR 

 

 



Jurnal Azərbaycan Respublikası Prezidenti yanında 

Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır  

(Filologiya elmləri bölməsi, № 18) 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə 

  daxil edilmişdir. Reyestr № 3378 

 

 



İ l d ə   4   d ə f ə   ç ı x ı r  

 

№ 2

 

 

 

Bakı – 2011 


 



BAŞ  REDAKTOR  A. AXUNDOV 



 

 

 

REDAKSİYA   HEYƏTİ 

 

 



 

K. ABDULLAYEV, N. CƏFƏROV, 

T. HACIYEV, N. XUDİYEV, A.  MƏMMƏDOV,  A. NƏBİYEV,   

B. NƏBİYEV,  S. SÜLEYMANOVA (baş redaktorun müavini), F. VEYSƏLOV 

 

 

BEYNƏLXALQ  MƏSLƏHƏTÇİLƏR 

 

Ş. H. AKALIN ( Türkiyə), ÇONQ JİN OH (Cənubi Koreya),  



HAYASI TOORU (Yaponiya), K. KONAKBAYEV (Qırğızıstan),   

İ. KORMUŞİN (Rusiya), F. QƏNİYEV (Rusiya),  

V. QƏRƏNFİL (Moldova), T. MƏLIKOV (Rusiya), 

 M. MUSAOĞLU (Türkiyə), M. SOYEQOV (Türkmənistan) 

 

 

JURNALIN TƏSİSÇİSİ 



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ  

NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR 

 

İngilis mətnin elmi redaktoru G. AXUNDOVA 



 

 

Ünvan: Az-1143, Bakı-143, Hüseyn Cavid prospekti, 31. Dilçilik İnstitutu. 



«Türkologiya». Tel.: 5372081, 5372083. E-mail: ilinguistics@lan.ab.az  

turkologiya2010@mail.ru 

 

Адрес: Az-1143. Баку-143, пр. Гусейна Джавида, 31. Институт языкознания. 



«Тюркология». Тел.: (+99412) 5372081, 5372083. E-mail: ilinguistics@lan.ab.az 

turkologiya2010@mail.ru 

Adress: Az-1143. Baku-143, Hussein Javid avenue, 31. The İnstitute of Linguistics. 

«Turkologia». Tel.: (+99412) 5372081, 5372083. E-mail: ilinguistics@lan.ab.az  

turkologiya2010@mail.ru 



№ 2                                                                                                    2011 

   

                                 

 

 



 

 

 



 

 

 



                                               RƏHİLƏ  

MƏHƏRRƏMOVA, 

                                                            ŞƏHRİBANI  ALLAHVERDİYEVA 

 

XV–XVI ƏSRİN ƏVVƏLLƏRİNDƏ  

KLASSİK AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ  

ONOMASTİK VAHİDLƏR 

 

X ü l a s ə.  Məqalədə XV–XVI əsrin əvvəllərində klassik Azərbaycan 

ədəbi  dilində  işlənmiş  onomastik  vahidlər  –  toponimlər,  kosmonimlərdən 

bəhs  edilmişdir.  Toponimlər:  dövlət,  qitə,  ölkə  adları  bildirən  xoronimlər; 

şəhər  adları  bildirən  astionimlər  başlıqları  altında;  kosmonimlər  –  göy,  göy 

cismlərindən Ay, Günəş (sinonimləri ilə), planet adları (sinonimləri ilə) kimi 

iki qrupda verilmişdir. Toponimlər, kosmonimlərin bədii ədəbiyyatda işlənmə 

məqamları,  poetik  xüsusiyyətləri,  üslubi  funksiyaları  zəngin  faktlar  əsasında 

təhlil edilmişdir və  belə nəticəyə gəlinmişdir ki, torpaqla,  yerlə  bağlı  məkan 

adlarını bildirən onomastik vahidlərdən klassik ədəbi dildə, bədii mətndə daha 

çox poetik məqsədlərlə istifadə olunmuş, fikrin obrazlı, ekspressiv, emosional 

ifadəsinə xidmət etmişdir. 

 

Açar  sözlər:  onomastika,  toponim,  xoronim,  astionim,  kosmonim

planet,    klassik 

 

 



«Azərbaycan  bədii  təfəkkürünün  ən  fundamental  təzahür  olunduğu 

mənbə klassik poeziyadır. Azərbaycan klassik poeziyası sözün tam mənasında 

fəlsəfi  poeziyadır  və  çox  elmlər  üçün  –  ədəbiyyat,  dilçilik,  tarix,  təbabət, 

fəlsəfə  və  s.  zəngin  material  verəcək  mənbədir»  [1.  S.  5].  Həqiqətən  də, 

klassik poeziyada  insan, onu əhatə edən maddi dünya, insana  məxsus sevgi, 

məhəbbət, mənəvi-ruhani saflaşma, bilik, kamillik kimi  yüksək keyfiyyətləri 

şairlər müxtəlif janrlardakı əsərlərində sənətkar qələmilə bədii obrazlı şəkildə 

tərənnüm  etmişlər.  Bunları  xalqımızın  böyük  klassikləri  Nizami,  Nəsimi, 

Xətai, Füzuli və digər yazıçılarımızın yaradıcılığında görürük. Odur ki, klassik 

ədəbi  dilimizi  –  onun  söz  xəzinəsini  dilin  müxtəlif  səviyyələrində  hərtərəfli 

tədqiq etmək ədəbiyyatımızın, dilimizin tarixini, onun poetikasını, söz sənətini 

öyrənmək baxımından faydalıdır, gərəklidir. 

Xalqın tarixini özündə əks etdirən onomastik vahidlər Azərbaycan dili 

lüğət  tərkibinin  ayrılmaz  hissəsini  təşkil  edir.  Bu  vahidlər  hər  bir  xalqın 

ТЦРК ОЛОЭИЙА   



 

ictimai-tarixi  keçmişi,  onun  məişəti  ilə  sıxı  surətdə  bağlıdır.  «Toponimlər 



xalqımızın  tarixi  dili  və  coğrafiyası  ilə  bağlı  adlardır.  Onlarda  xalqımızın 

etnogenezində vaxtilə iştirak etmiş, sonralar qaynayıb-qarışaraq aradan çıxmış 

tayfa  və  qəbilələrin,  onlara  məxsus  tirə  və  nəsillərin,  ayrı-ayrı  şəxslərin 

qalaların dini sitayiş yerlərinin və s. adları qalmışdır» [2. S. 139].  

Bu  vahidlərin  dilçilik  baxımından  tədqiq  edilməsi  xalqın  tarixinin 

öyrənilməsi,  digər  tərəfdən,  bədii  ədəbiyyatdan  onomastik  vahidlərin 

seçilməsi,  tədqiq  olunması  poetik  onomastika  məsələlərinin  həlli,  klassik 

ədəbi dil materialları əsasında işlənməsi isə tarixi onomastika üçün faydalı ola 

bilər. Çünki  Azərbaycan onomastikasının öyrənilməsi  mənbələrindən  biri də 

qədim  və  orta  əsr  yazılı  abidələrimizdir.  Bədii  ədəbiyyatda  işlənmiş 

onomastik  vahidlərlə  bağlı  S.  Mollazadənin  də  fikrini  yada  salmaq  yerinə 

düşər:  «XIII–XIX  əsrlərə  aid  yazılı  abidələrimiz  Nəsimi,  Kişvəri,  Xətai, 

Füzuli,  Əmani,  Qövsi  Təbrizi,  Vaqif,  Vidadi  kimi şairlərimizin  əsərlərindən 

toponimləri  toplamaq,  işləmək,  Azərbaycan  toponimikasının  elmi-nəzəri 

cəhətdən  daha  da  inkişaf  etdirilməsi  üçün,  xüsusən  tarixi  toponimika 

məsələlərinin  işıqlandırılması  üçün  bir  sıra  maraqlı  və  giymətli  faktlar  verə 

bilər» [3. S. 113]. 

Onomastik  vahidlərdən  bədii  ədəbiyyatda  geniş  istifadə olunur,  bu  da 

daha çox janr və mövzularla bağlı olur. «Dilin ümumi leksik sistemində ono-

mastik leksikanın xüsusi mövqeyi vardır. Buraya daxil olan vahidlər müxtəlif 

cəhətlərinə görə ayrı-ayrı sistem və yarımsistemlər təşkil edir» [4. S. 274]. 

Azərbaycan  dilçilik  ədəbiyyatında  onomastik  vahidlər  antroponimlər, 

etnonimlər, toponimlər, hidronimlər, zoonimlər, kosmonimlər, ktematonimlər 

qrupları  altında  təsnif  olunur.  Məqalədə  toponimlər  və  kosmonimlərdən  bəhs 

olunur. 

   

Toponimlər 

 

Toponimlər  torpaqla,  yerlə  bağlı  məkanların  adlarını  bildirdiyi  üçün 



coğrafiya,  tarix  elmləri  ilə  sıx  bağlıdır.  Bu  adlarda  xalqın  tarixi,  mənşəyi, 

etnoqrafiyası  yaşayır.  Toponimlərin  müxtəlif  növləri  vardır  və  bunların 

hamısına bədii ədəbiyyatda rast gəlmək mümkündür. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə