N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə1/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
  1   2   3   4   5   6   7   8   9   ...   194



 

1

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                          «Елм вя тящсил» 

     

 

Бакы 



– 

2012 


 

Nizami Xudiyev

I cild

SEÇİLMİŞ 



ƏSƏRLƏRİ 

AZƏRBAYCAN  

ƏDƏBİ DİLİ TARİXİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

     Ali məktəblər üçün dərslik 




 

2

 



Elmi redaktor:       Tofiq HACIYEV 

AMEA-nın müxbir üzvü,  filologiya elmləri 

doktoru, professor 

 

Rəyçi:                    Ağamusa AXUNDOV 



AMEA-nın həqiqi üzvü,  filologiya elmləri 

doktoru, professor 

 

 

 



N.M.Xudiyev  

Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik.  

Bakı, “Elm və təhsil”, 2012, 686 səh. 

 

 



Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq 

edilmiş proqram əsasında yazılmışdır. Kitabda mənbələr əsasında 

Azərbaycan ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh olunur. 

Dərslik “Azərbaycan ədəbi dilinin təşəkkül dövrü” (qədim dövrlərdən XIII 

əsrə qədər), “Azərbaycan ədəbi dilinin  ümumxalq dili əsasında formalaşması 

və inkişafı dövrü” (XIII əsrdən XVII əsrə qədər) və “Azərbaycan ədəbi 

dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü” (XVII əsrdən bu 

günə qədər) kimi üç mühüm bölümdən ibarətdir. 

Dərslik universitet və institut tələbələri üçün nəzərdə tutulmuşdur. 

Ondan müəllimlər, aspirantlar, elmi işçilər, eləcə də dilimizin tarixi ilə 

maraqlananlar istifadə edə bilərlər. 

 

 



 

2012


098

4602000000

N

 грифли няшр



 

© «Maarif», 1995

                     

© «Åëì âÿ òÿùñèë», 2012 




 

3

 



Atam Mənaf Xudiyevin  

əziz xatirəsinə 

 

GİRİŞ 


 

Azərbaycan ədəbi dilinin tarixi, o qədər də sistemli və 

ardıcıl olmayan bir sıra təşəbbüsləri nəzərə almasaq, 

əsrimizin 30-cu illərindən etibarən araşdırılmağa 

başlanılmışdır. Ümumiyyətlə, müşahidələr göstərir ki, 

Azərbaycan ədəbi dili tarixi sahəsində aparılmış 

araşdırmalar aşağıdakı mərhələlərdən keçmişdir: 

1.

 30-50-ci illər; 



2.

 60-80-ci illər; 

3.

 80-ci illərdən sonra… 



Birinci mərhələdə ən çox prof. Əbdüləzəl 

Dəmirçizadənin araşdırmaları diqqəti cəlb edir

1

 və elə buna 



görə də həmin mərhələni prof. Ə.Dəmirçizadə mərhələsi 

adlandırmaq mümkündür: bu zaman Azərbaycan ədəbi 

dilinin tarixi ancaq ən mühüm mənbələr (“Kitabi-Dədə 

Qorqud”, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif…) əsasında 

öyrənilir, normanın təkamülündən çox, janr-üslub 

proseslərinə diqqət yetirilir və bir növ “fundamentalizm”ə 

meyil göstərilir. 

İkinci mərhələdə vəziyyət kifayət qədər dəyişir – 

Azərbaycan ədəbi dilinin tarixi daha geniş mənbələr 

əsasında öyrənilməyə başlanılır, hər il yeni-yeni 

əlyazmaları tapılıb araşdırılır və ən başlıcası prof. Tofiq 

                                                           

1

 Prof. Ə.Dəmirçizadənin həmin illərdə nəşr olunmuş



 araşdırmaları, əsasən, 

aşağıdakı kitabda toplanmışdır: Ə.Dəmirçizadə, Azərbaycan ədəbi dili tarixi 

xülasələri, Bakı, 1938; ümumiyyətlə dil tarixi sahəsindəki tədqiqatının 

yekunu kimi sonralar «Azərbaycan ədəbi dilinin tarixi» (I hissə, Bakı, 1979) 

kitabı meydana çıxdı. 



 

4

Hacıyev ədəbi dil tarixini məhz normanın tarixi kimi 



öyrənməyin ilk uğurlu təcrübələrini verir

1

. Lakin 60-80-ci 



illərdə də 30-50-ci illərin “metodologiya”sı ilə aparılan 

tədqiqatlar davam edir, bununla belə, mütəxəssislərin 

sayının artması həmin, “metodologiya”nın çox müxtəlif 

təzahür formalarının meydana çıxmasına səbəb olur. 

Üçüncü mərhələdə 80-ci illərin ortalarından başlayır və 

bu gün həmin mərhələnin özünəməxsus keyfiyyətləri 

müəyyənləşir – bunların başlıcası, heç şübhəsiz, 

Azərbaycan ədəbi dilinin tarixini ümumtürk mühitində 

(kontekstində) öyrənməkdən ibarətdir ki, həmin keyfiyyəti 

özündə əks etdirən artıq ilk tədqiqatlar meydana çıxmışdır

2



Azərbaycan ədəbi dilinin tarixindən bəhs edən bu kitab 



da məhz üçüncü mərhələnin məhsulu olub, müəyyən tarixi 

təkamül prosesində diferensiallaşmış bir türk ədəbi dilini 

ümumi türk dil proseslərinin tarixi tərkib hissəsi kimi 

təqdim edir. Müəllif bu vaxta qədərki tədqiqatları 

ümumiləşdirərək yeni mərhələnin tələblərinə (birinci 

növbədə, metodoloji tələblər nəzərdə tutulur) cavab verən 

bir əsər yazmağı qarşısına məqsəd qoymuşdur ki, həmin 

məqsədə nə dərəcədə nail olunduğunu ancaq hörmətli 

oxucular müəyyənləşdirə bilərlər. 

Müəllifin bir neçə il bundan əvvəl nəşr olunmuş 

kitabının “Giriş”ində

3

, eləcə də pedaqoji institutlar üçün 



                                                           

1

 Bax: T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, dok. dis., 



Bakı, 1969 (həmin əsər sonralar eyni adla nəşr olunmuşdur: XX əsrin

 

əvvəllərində Azərbaycan ədəbi dili, Bakı, 1977); Yenə onun, Azərbaycan 



ədəbi dili tarixi (təşəkkül dövrü), Bakı, 1976. 

2

 Bax: N.Cəfərov. XVIII əsr Azərbaycan ədəbi dili, dok. dis., Bakı, 1991, 



Azərbaycan ədəbi dili tarixi, «Elm», Bakı, 1991. N.Xudiyev. Azərbaycan 

ədəbi dilinin təşəkkülü, Bakı, 1991. 

3

 Bax: N.Xudiyev. Azərbaycan ədəbi dilinin sovet dövrü, Bakı, 1989, səh. 3-



7. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə