N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
  1   2   3   4   5   6   7   8   9   ...   90


 
                                                
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL 
NAZİRLİYİ 
 
 
 
N. Ş. Hüseynov 
 
 
 
 
 
 
 
SİNOPTİK METEOROLOGİYA 
 
 
 
 
 
 
                                                  
Azərbaycan RespublikasıTəhsil 
                                                      Nazirliyinin 2011 – ci il 26 oktyabr 
                                                     tarixli 1715 nömrəli əmri ilə dərslik 
                                                    təsdiq edilmişdir. 
 
 
 
BAKI - 2011 
 


 
 
 
Elmi redaktorlar:             Milli Aviasiya Akademiyasının  rektoru, 
akademik  A.M. Paşayev, 
MAA-nın Aeronaviqasiya kafedrasının müdiri, 
t.e.n., dosent V.Z. Sultanov 
 
Rəyçilər:                           Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli 
Hidrometeorologiya Departamentinin 
direktoru,  c.e.d., prof. R.N. Mahmudov 
                                          AMEA-nın H.Əliyev adına Coğrafiya 
İnstitutunun İqlim və aqroiqlimşünaslıq 
şöbəsinin müdiri, c.e.n., X.Ş. Rəhimov 
                                          Bakı Dövlət Universitetinin 
Hidrometeorologiya kafedrasının baş müəllimi, 
f.r.e.n., dosent  
                                          Ə.S. Məmmədov 
 
    Hüseynov N.Ş, Sinoptik meteorologiya, dərslik, Bakı, 2011, 315s. 
113 şəkil. 
 
      Dərslik  azərbaycan  dilində  sinoptik  meteorologiyadan  bəhs  edən 
geniş  həcmdə  yazılmış  ilk  tədris  vəsaitidir.  Burada  sinoptik 
meteorologiyada  istifadə  olunan  xəritələrin  təhlil  qaydaları,  sinoptik 
proseslərin  yaranma  mexanizmləri  və  proqnozunun  qanunauyğunluqları 
geniş şəkildə şərh edilmişdir.  
    Dərslik,  MAA-nın,  universitetlərin,  ali  hərbi  məktəblərin  tələbələri, 
xüsusi  və  ümumi  təyinatlı  operativ  proqnozlarla  məşğul  olan 
mütəxəssislər üçün nəzərdə tutulmuşdur.   
 
 
 
                                          
                                               Azeraeronaviqasiya 
 
 
 
С 


 
 
 
 
 
 İxtisarlar 
 
MSP – Meteoroloji süni peyk 
QEZ – Qalxma-enmə zolağı 
MKS – Meteoroloji kosmik sistemlər 
ÜMT – Ümumdünya Meteorologiya Təşkilatı  
AMDAR – Aircraft Meteorological Data Relay 
AWOS – Automatic Weather Observation Station 
TQQ – Təzyiqin qradiyent qüvvəsi 
MOR – Meteoroloji görünüş məsafəsi 
MRL – Meteoroloji radiolokator 
YCZ – Yüksək cəbhə zonaları 
AKH – Arktik kontinental hava 
ADH – Arktik dəniz havası 
MDH – Mülayim dəniz hava 
MKH – Mülayim kontinental hava 
TDH  – Tropik dəniz havası 
TKH – Tropik kontinental hava 
EH – Ekvatorial hava 
ESP – Elementar sinoptik proses 
ESM – Elementar sirkulyasiya mexanizmləri 
MKS – Maksimal külək sahələri 
KDT – Konvektiv dayanıqsız təbəqə 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
                                                  GİRİŞ 
 
     Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini 
və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki 
yunan  sözünün  birləşməsindən:  meteor  -  atmosfer  hadisəsi,  yaxud 
səma 
hadisəsi 
və 
logiya-elm 
sözlərindən 
yaranmışdır. 
Meteorologiya  geofizika  elmlərinə  aiddir.  Atmosferdə  baş  verən 
proseslərin  öyrənilməsinin  əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  bu 
proseslər  üzərində  müşahidələr  aparılır  və  alınmış  nəticələr 
sonradan  təhlil  edilir.  Bu  zaman  fizika,  hidromexanika, 
aerodinamika  və  termodinamikada  qəbul  olunmuş  ümumi 
qanunlardan istifadə olunur. 
     Meteorologiya  elminin  tarixi  qədim  dövrlərə  təsadüf  etməklə, 
e.ə.  II  əsrdə  Yunanıstanda  Hipparx  tərəfindən  elmə  gətirilmişdir. 
Lap  qədim  zamanlardan  insanlarda  havanın  dəyişməsinin  bəzi 
əlamətlərə görə qabaqcadan  bilmək  marağı olub.  Bu əlamətlər  hər 
hansı  bir  məntəqədə  atmosfer  prosesləri  haqqında  gözəyarı 
müşahidələr  aparmağa  imkan  verirdi.  Ancaq  meteoroloji  cihazlar 
kəşf olunduqdan sonra (XVII əsr) elmi əsaslarla müşahidə aparmaq 
mümkün  oldu.  1856-cı  ildə  Rusiya  ilə  Fransa  arasında  bağlanmış 
müqaviləyə  əsasən onlar  fırtınalar  haqqında  məlumatları  bir-birinə 
xəbər  verməyə  başladılar.  1  yanvar  1872-ci  ildən  Rusiyada    isə 
gündəlik hava bülletenləri tərtib edildi. 
     Meteorologiya  elmi  bir  neçə  sahəyə  bölünür  və  onlardan  ən 
mühümləri aşağıdıkılardır: 
    
-  Aviasiya  meteorologiyası 

 
aviasiya  uçuşlarının  meteoroloji 
təminat   məsələlərini öyrənir; 
    -  Atmosfer  fizikası
  –  atmosferin  dinamik  və  termodinamik 
məsələlərini, optikasını və atmosfer cərəyanını öyrənir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə