Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə1/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
  1   2   3   4   5   6   7   8   9   ...   78


CAHANGİR HÜSEYN ƏFŞAR
AZƏRBAYCAN NADİR
ƏFŞAR DÖVLƏTİ
(Nadir şahın 325 və Əfşar
döv lətinin 280 illiyinə həsr edilir)


Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-
2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-
sor, Qarabağ müharibəsi veteranı Cahangir Hüseyn oğlu Hüseynov 1971-ci ildən
hüquq sahəsində əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq uzun illər daxili
işlər orqanlarında çalışmışdır. Ağdaş, Biləsuvar, Abşeron və Sabirabad rayon-
larında polis rəisi işləmişdir. 2006-cı ildən 2011-ci ilə qədər Azərbaycan Milli
Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda elmi işlər üzrə direktor
müavini və elmi şuranın sədri olmuşdur. Elmi rəhbər olaraq hüquq sahəsində on-
larla kadrlar yetişdirmişdir. Bir sıra monoqrafiyaların, elmi məqalələrin və
kitabların müəllifi və redaktoru olmuşdur. 2012-ci ildə «Mənim xidməti və siyasi
fəaliyyətim» («Ömürdən anlar») adlı kitabı nəşr olunmuşdur.
* * * 
Hörmətli oxucum! Bu tarixi əsərimi xoş təəssüratlarla qəbul etməyinizi, oxu -
yub arzu və təkliflərinizi Cahangir Hüseynov.com saytına göndərə bilərsiniz.
Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə:                        Cahangir Hüseynov
Bakı şəhəri, 2014-cü il


CAHANGİR HÜSEYN ƏFŞAR
ÀÇßÐÁÀÉÚÀÍ ÍÀÄÈÐ
ßÔØÀÐ ÄÞÂËßÒÈ
(Nadir şahın 325 və Əfşar
dövlətinin 280 illiyinə həsr edilir)
Bakı – 2014


Rəyçilər: 
Xəlil Köçərli, 
tarix elmləri doktoru, professor
Şahin Fərzəliyev,
tarix elmləri doktoru, professor
Qasım Hacıyev, 
tarix elmləri doktoru
Rəsul Hüseynli, 
tarix üzrə fəlsəfə doktoru
Xüsusi redaktoru və 
ön sözün müəllifi:  İlham Həsənov, 
tarix elmləri doktoru 
Ədəbi redaktor:
Mustafa Çəmənli
Cahangir Hüseyn Əfşar. 
Azərbaycan Nadir Əfşar dövləti.
Bakı, 2014,  256 səh.
Hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar «Azərbaycan Nadir
Əfşar dövləti»  kitabında Şərqin sonuncu fatehi Nadir şah Əfşarın həyatı, Azərbay-
canın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı
müharibələri, nəhayət, şahlıq taxtına oturması və s. əməli fəaliyyətini çoxsaylı tarixi
faktlar əsasında araşdıraraq oxucalara çatdırmışdır.
Müəllif bu dəyərli kitabda Azərbaycan Əfşar dövlətinin əsasını qoymuş Nadir
şah Əfşarın şəxsi həyatını, bir dövlət adamı olaraq xarici və daxili siyasətini, sərkərdə-
lik məharətini, hərbi yürüşlərini, ordu quruculuğunu, hərbi-dəniz donanması yaratmaq
təşəbbüsünü, müsəlman-türk dünyasını parçalayan, zəiflədən şiə-sünni məzhəb ləri -
nin aradan qaldırılması yolunda göstərdiyi fədakarlıqları azərbaycançılığı, türk
dövlətlərinin və imperiyalarının 4 min illik tarixi mənbələr əsasında qələmə alaraq
Şərqin bu sonuncu fatehinin tarixdəki yerini və rolunu olduğu kimi yazmağa cəhd
göstərmişdir.  
©  C.Hüseynov, 2014


ULU TARİXƏ SÖYKƏNƏN ÖMÜR
Ì
ən Cahangir Hüseynovu XX əsrdə respublikamızın adlı-sanlı
şöhrətli hakimlərindən olan mərhum Hüseyn Hüseynovun oğlu
kimi tanımışdım. Belə ki, universitet təhsili alıb, 1980-ci illərdə təyinatla
İsmayıllı rayonuna göndəriləndə həyati problemlərin həll olunmasında
Hüseyn Hüseynov hakim kimi mənə çox böyük köməklik göstərmişdi. Bu
comərd insanın təmənnasız qayğısı mənim yaddaşıma mütləq bir həqiqət
kimi həkk olunmuşdur. Sonralar Hüseyn Hüseynovun adına və məramına
olan doğmalıq duyğusu məni Cahangir Hüseynovla da görüşdürdü.
Mayasında böyük bir insanın şəxsiyyəti dayanan bu görüş tədricən bizim
mənəvi birliyimizə – dostluğumuza çevrildi. Bax belə bir məhrəm müna-
sibətlər fonunda mən hələ 2003-cü ildə Hüseyn Hüseynovun «Qalxın!
Məhkəmə gəlir» xatirə kitabını oxumuşdum. Kitab 2007-ci ildə haqqa
qovuşmuş fenomenal bir iradə sahibinin ömür salnaməsi kimi mənə böyük
zövq vermişdir.
2012-ci ilin yazında Cahangir Hüseynov mənə öz xatirələrini yazdığını
və bu xatirələrini atasının adını çəkdiyim xatirəsi ilə birlikdə nəşr etdirmək
istədiyini bildirdi və materiallarla mənim də tanış olmağımı istədi. Hüseyn
müəllimin xatirəsindən əlavə C.Hüseynovun «Mənim xidməti və siyasi
fəaliyyətim» adlı xatirəsinin yer aldığı bu əlyazma vətənpərvər millət vəkili,
cəsur polis polkovniki, analitik düşüncəli bir alim kimi C.Hüseynovun la -
yiqli obrazını bir daha mənə təqdim etmiş oldu. Məntiqi olaraq, bir-birini
tamamlamaqla qanun qoruyan atanın və qanun yazan oğulun bu xatirələri
məni o qədər məftun etdi ki, hətta xırdaca bir son söz yazmaqla xatirələrə
münasibətimi bildirməli oldum. Həmin son sözdə Cahangir müəllimin
xatirələrində yer alan belə bir məsələyə də toxunmuşdum ki, Əfşarlardan
olan və şəcərəsi birbaşa Nadir şah Əfşara gedib çıxan bu etnogenetik ra-
bitəsini aşkara çıxarmaq üçün araşdırmalar aparılmasını vacib bildim.
2014-cü ilin fevral ayında Cahangir müəllim mənimlə görüşmək
istədiyini bildirdi. Bu dəfə o mənə uzun illərin axtarışından sonra başa çat-
dıra bildiyi tədqiqat əsərini verib tanış olub redaktə etməyimi xahiş etdi. 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
5


Material Nadir şah Əfşar dövlətinin qısa tarixi barəsində idi. Mən
bütün tarixi-ideoloji təhdidlərə baxmayaraq, öyrənmişdim ki, Nadir şah,
sözün mütləq mənasında, fenomenal hərbi dühası və siyasi bəsirəti olan bir
şəxsiyyətdir. O, Asiyanın dünyaya sığışdırıla bilməyən son fateh oğludur.
Ağlı və emosionallığını fəaliyyətində üzvi bir vəhdətdə təsbit etməyi bacar-
mış, xüsusi bir mahiyyətlə tarixdə zühur etmiş təkrarsız bir enerji sahibi
olmuş sərkərdədir. Mən ayrılıqda Nadir şah Əfşara tay tutula biləcək bir
fateh, fövqəladə dühası olan bir hərbçi tanımırdım. Nadir şahı təqdir etmək,
vəsf etmək onu layiq olduğu ünvandan endirmək cəhdi qədər çətin bir iş
idi. Ona görə Cahangir müəllimin yazısı mənə çox maraqlı göründü.
Əvvəlcə məndə belə bir qənaət yarandı ki, tarixçi olmayan bir şəxsin Nadir
şah haqqında yeni, cəlbedici bir söz deməsi çətin bir işdir.
Elə ilk səhifələrindən mənim düşüncəmi alt-üst edən materialları,
demək olar ki, birnəfəsə oxudum və gördüm ki, bu Nadir şahın tarixinə
tamamilə yeni münasibətdir. Cahangir Hüseynov tədqiqatında göstərdi ki,
Nadir şah fövqəladə hərbi düha sahibi olmaqla yanaşı, həm də böyük ədalət
və həqiqət carçısı  idi.
Məsələnin qoyuluşunun əhəmiyyətli cəhəti ondan ibarətdir ki, müəllif
öz ömür salnaməsinin fonunda Nadir şaha şəcərəsinin bir nümayəndəsi
kimi yanaşır.
Çoxsaylı tədqiqat əsərlərini və tarixi mənbələri araşdıran Cahangir
Hüseynov belə bir doğru nəticəyə gəlir ki, Nadir şah sadəcə onun ulu əcdadı
kimi deyil, Azərbaycan dövlətçiliyinin tərcümanlarından biri kimi məhz
Azərbaycanda öyrənilməyə və təbliğ edilməyə layiqdir. Təəssüf hissi ilə
qeyd olunur ki, Avropa və Asiya ölkələrinin müəllifləri Nadir haqqında in-
tensiv elmi tədqiqatlar aparsalar da, təəssüflər olsun ki, Azərbaycanda belə
tədqiqatlar yox dərəcəsindədir. 
Tarixdən bilirik ki, Nadir Əfşarların Qırıqlı boyundan idi. Həmin
dövrün hərəkət xəttini sinxron mənbələrinə əsasən Cahangir Hüseynov
səbirlə izləyə bilmiş və özünəqədərki təkamül yolunu uğurla üzə çıxara
bilmişdir. Bir oxucu kimi məni razı salan odur ki, Nadir şahın səlnaməçisi
Məhəmməd Kazım Mərvinin «Aləm Ara-ye Naderi» adlı 3 cildlik kitabın-
dan, həmçinin Bazenin, Lokkartın əsərlərindən çıxarılmış Nadir şahın nəsil
şəcərəsi hissəsində Nadir şahın 15 oğul törəməsi olduğu bildirilir, lakin
həmin əsərlərdə onun 13-nün adı çəkilir. Həmin adı çəkilməyənlərin atası,
Úàùàíýèð Ùöñåéí ßôøàð
6


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə